Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-387/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi Nəcəf oğlunun iştirakı ilə 30 mart 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, məhkum olunmuş, Bakı şəh., Sabunçu rayonu, Zabrat qəsəbəsi, Axundov küç., ev 18 A, mənzil 03 ünvanda qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı İstintaq Təcridxanasında saxlanılan-Tacəddinli Özal Firudin oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tacəddinli Özal Firudin oğlu narkotik vasitələrə olan tələbatını ödəmək məqsədi ilə 02 iyul 2020-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Balaxanı qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 15 manata satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 0.345 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini və şəxsi istehlak miqdarında bir bükümdə təmiz çəkisi 0.020 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayıb Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzinin inzibati binasına daşımış, xx xxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində Respublika Narkoloji Mərkəzinin inzibati binasının giriş qapısında Sabunçu Rayon Mühafizə şöbəsinin polis nəfəri tərəfindən saxlanılaraq Sabunçu RPİ-in 14-cü Polis Bölməsinə gətirilmiş, orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş bir bükümdə təmiz çəkisi 0.345 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və gümüşü rəngli kağıza bükülmüş bir bükümdə təmiz çəkisi 0.020 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində narkotik vasitə almaq üçün Balaxanı qəsəbəsinə getmişdir. Narkotik vasitə almaq məqsədi ilə xarici görünüşündən narkotik vasitə istifadəçisinə oxşayan bir nəfər şəxsə yaxınlaşmışdır. Həmin şəxs ona narkotik vasitə sata biləcəyini deyərək, gümüşü rəngli kağıza bükülmüş iki büküm vermişdir. Bükümün birinin içərisində kakos kimi tanıdığı narkotik vasitə heroin, digər bükümün içərisində isə psixotrop maddə olan metamfetamin vermişdir. Heroin və metamfetaminə görə 15 manat pul ödəmişdir. Aldığı heroin və metamfetamini sonra istifadə etməsi üçün üzərində saxlamışdır. Narkotik istifadəçisi kimi müalicə almaq məqsədilə xx xxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzinə getmişdir. Həmin vaxt Balaxanı qəsəbəsində tanımadığı şəxsdən aldığı gümüşü rəngli kağızlara bükülmüş bir bükümdə heroin və bir bükümdə metamfetamini Respublika Narkoloji Mərkəzindən çıxdıqdan sonra istifadə etməsi üçün əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Respublika Narkoloji Mərkəzin giriş qapısında xidmət aparan polis əməkdaşı ondan şəxsiyyət vəsiqəsini istədikdə üzərində heroin və metamfetamin olması səbəbindən həyəcanlanmışdır. Özündən asılı olmayaraq heroini və metamfetamini qoyduğu əynində olan qara rəngli şalvarın sağ yan cibini tutmuşdur. Onun həyəcanlı olması polis əməkdaşında şübhə yaratmış və onu Sabunçu RPİ-in 14-cü PB-nə getməyi təklif etmişlər. Etiraz etmədiyindən Polis Bölməsinə getmiş, orada olarkən də həyəcanlı olması polis əməkdaşlarında yenidən şübhə yaratmışdır. Bu səbəbdən də üzərinə şəxsi axtarış keçirilməsi təklif edilmişdir. Xidməti otaqların birində polis əməkdaşlarının iştirakları ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. O, heç bir etiraz bildirmədən əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş heroin, bir ədəd gümüşü rəngli kağıza bükülmüş metamfetamini təqdim etmişdir. Sorğu zamanı səmimi olaraq gümüşü rəngli bir bükümdə kağıza bükülmüş maddənin birinin kakos kimi adlandırdığı narkotik vasitə heroin olduğunu, digər bükümdəki gümüşü rəngli kağıza bükülmüş maddənin isə psixotrop maddə olan metamfetamin olmasını, həmin heroin və metamfetamini xx xxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını, sonra istifadə etməsi üçün elə aldığı bükümlərdə üzərində saxlamışdır. xx xxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində Respublika Narkoloji Mərkəzinə gələrkən gümüşü rəngli kağıza bükülmüş bir bükümdə heroini və gümüşü rəngli kağıza bükülmüş bir bükümdə metamfetamini əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyduğunu bildirmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xidmətini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Məntəqəsində aparır. Xidmət hər gün saat 09:00 radələrində başlayıb, saat 19:00 radələrində bitir. xx xxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Məntəqəsində post yoldaşı polis nəfəri polis kiçik serjantı Şahid3lə birlikdə xidmətdə olmuşlar. Həmin vaxt əvvəllər tanımadığı şəxsiyyətinin sonradan onlara Təqsirləndirilən şəxs kimi bəlli olan şəxs X6 yaxınlaşaraq Respublika Narkoloji Dispanserinə müalicə almaq məqsədi ilə gəldiyini söyləmişdir. Onun üzərinə baxış keçirilməsi təklif olunduqda Təqsirləndirilən şəxs özünü şübhəli apararaq əli ilə əynində olan qara rəngli şalvarın sağ yan cibini tutmuş və X5 otaqdan çıxmaq istəmişdir. Onun hərəkətləri onda şübhə yaratdığından saxlayaraq Sabunçu RPİ-in 14-cü PB-nə məlumat verilmişdir. 5 dəqiqə sonra Respublika Narkoloji Dispanserinin X6 Sabunçu RPİ-in 14-cü PB-in CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 gəlmişdir. Təqsirləndirilən şəxs etirazı olmadığından onu əməliyyat müvəkkili Şahid2 ilə birlikdə onu Sabunçu RPİ-in 14-cü PB-nə aparmışlar. Polis bölməsində olarkən Təqsirləndirilən şəxs hərəkətləri ilə Polis Bölməsinin əməkdaşlarında daha da şübhə yaratmış, onun şəxsiyyəti müəyyən edildikdən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs etirazı olmadığından onun üzərinə xidməti otaqların birində onun və 14-cü PB-in əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyaların olduğu təqdirdə təqdim etməsinin təklif olunmuşdur. Həmin vaxt o heç bir etiraz bildirmədən əynində olan qara rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş iki ədəd bükülünü təqdim etmişdir. Bükülü açdıqda birinin içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan toz şəkilli maddə, digərinin içərisində isə kristal şəkilli maddənin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükülünün birinin içərisində olan qəhvəyi rəngli, spesifik iyə malik olan toz şəkilli maddənin «kakos», digər bükümdə olan kristal şəkilli maddənin isə «metamfetamin» olmasını, həmin maddələri öz istifadəsi üçün xx xxxx 2020-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını, təxminən 5-6 ay müddətində narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mirikiyşiyev Şahin Mətiş oğlu, İmaranov Samir Əli oğlu Fətullayev Əfsun Şahmərdan oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1230 saylı, xx xxxx 2020-ci il tarixli narkotik vasitələrin, psixtorop maddələrin və onların prekusorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...vət.Təqsirləndirilən şəxs götürülmüş...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.020 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 0.345 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin və metamfetamin müxtəlif kimyəvi qruplara aid maddələr olduğundan onların müqayisəli tədqiqatı aparılmır. Metamfetamin 2005-ci il, 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il, 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 0.020 qram, qalıq 0.10 qramdır, qalıq 0.010 qram, heroinin təmiz çəkisi-0.345 qram, tədqiqata sərf edildi-0.050 qram, qalıq-0.295 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator X2 2527 saylı, xx xxxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X7 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən və Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 1(008)191/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmün surətindən görünür ki, Tacəddinli Özal Firudin oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də CinayətProsessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Tacəddinli Özal Firudin oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında xx xxxxxxxx 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasasının Ali Məhkəməsinin 02 saylı, xx xxxx 2011-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrinvə ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan 03 iyul 2020-cu il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,14). Cinayət işinin materiallarında olan 05 iyul 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olumuşdur (səh., 50). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)387/2020 saylı, 05 iyul 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 74). Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Cinayət Məcəlləsinin 66.1-cimaddəsinə əsasəncinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Tacəddinli Özal Firudin oğlunun cəza çəkmə müddətinin başlanğıcı «03» iyul 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr-0.010 qram metafetamin, 0.295 qram heroin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 81.82 manat ekspertiza xərci Tacəddinli Özal Firudin oğlundan tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Tacəddinli Özal Firudin oğluna Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 1(008)191/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin olunmuş, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırki hökmlə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplansın, qəti olaraq Təqsirləndirilən şəxs üzərində «01» (bir) il, «04» (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Tacəddinli Özal Firudin oğlu cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Tacəddinli Özal Firudin oğlunun cəza çəkmə müddətinin başlanğıcı «03» iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsnnun ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr-0.010 qram metafetamin, 0.295 qram heroin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 81.82 manat ekspertiza xərci təqsirləndirilən şəxs Tacəddinli Özal Firudin oğlundan tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ01360100 00********** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-387/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-387/2020
30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver