Məhkəmə qərarları › İş №1(008)-388/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-388/2020

06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-388/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxx 1981-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağdam şəhəri, Maqsudlu ərazi dairəsi, Eyvazxanbəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı mədən küçəsi, ev 24-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs2 məxsus sonuncunun idarə etdiyi “Mercedes” markalı **-GL-*** qeydiyyat nişanlı yük avtomobili ilə xx xxxx 2020-ci il saat 15 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 saylı ünvanda yerləşən sökülmüş vəziyyətdə olan kafesinin qarşısına gələrək kafenin yaxınlığına yığılmış Zərərçəkmiş şəxs məxsus bir ədəd “Zil Moskva” markalı 100 manat dəyərində soyuducunu, bir ədədi 175 manat olan 2 ədəd dondurma saxlanılması üçün nəzərdə tutulan soyuducuları, 1 ədəd 250 manat dəyərində vitrin soyuducusunu, 500 manat dəyərində divan-kreslo dəstini, 100 manat dəyərində jurnal masasını, 300 manat dəyərində 2 dəst stol-stulunu, 100 manat dəyərində televizor altlığını, bir ədədi 20 manat olan ümumi 100 manat dəyərində 5 ədəd plastmas stulunu həmin avtomobilə yığıb oradan uzaqlaşaraq özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1800 manat ziyan vurmaqla oğurluq etmişlər. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri və işin digər tədqiq olunmuş halları ilə sübuta yetir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, özünə məxsus “Mercedes” markalı, **-GL-*** dövlət nömrə nişanlı yük avtomobil ilə yük daşıyır. Təqsirləndirilən şəxs1 əvvəllər tanımışdır. O, xx xxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində olarkən tanışı Tahiri görmüş, söhbət əsnasında Tahir ona Zakir adlı şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində işlətdiyi kafenin söküldüyünü və orada əşyaları yolun kənarına yığdıqlarını bildirmişdir. Maddi vəziyyətləri çətin olduğundan və pula ehtiyacları olduğu üçün oradan olan əşyaları oğurlamaq qərarına gəlmişlər. Bu məqsədlə xx xxxx 2020-ci il saat 15 radələrində Tahirlə birlikdə onun avtomobili ilə Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 saylı ünvana getmiş, ətrafda heç kimin olmadığını müəyyən etdikdən sonra həmin ünvanda yerləşən sökülmüş vəziyyətdə olan kafenin yaxınlığına yığılmış soyuducunu, divan və kreslonu götürərək yük avtomobilinə yerləşdirmişlər. Daha sonra, divan və kreslonu Sabunçu rayonu, Sabunçu qəsəbəsində 2-ci əl mebellərin alışı və satışı məşğul olan Nadir adlı şəxsə satmışlar, onu inandırmışlar ki, həmin divan-kreslo onlara məxsusdur. Kafenin yaxınlığından oğurladığı soyuducunu isə Dərnəgülə apararaq tanımadığı şəxsə satmışdır. Həmçinin, o, bildirmişdir ki, ittiham aktında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 saylı ünvanda yerləşən sökülmüş vəziyyətdə olan kafenin yaxınlığına yığılmış Zərərçəkmiş şəxs məxsus biri 175 manat olan 2 ədəd markası məlum olmayan dondurma saxlanılması üçün nəzərdə tutulan soyuducuların, 1 ədəd 250 manat dəyərində vitrin soyuducusunun, 100 manat dəyərində jurnal masasının, 300 manat dəyərində 2 dəst stol-stulun, 100 manat dəyərində televizor altlığının, biri 20 manat olan ümumi 100 manat dəyərində 5 ədəd plastmas stulun onlar tərəfindən oğurlandığı qeyd olunsa da, həmin əşyalar onlar tərəfindən oğurlanmamışdır. Törətdiyi əməldən səmimi peşmandır, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödəmişlər və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 əvvəl tanımış, 2020-ci ilin may ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində olarkən Ruslanla görmüşmüş, söhbət əsnasında Ruslana Zakir adlı şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində işlətdiyi kafenin söküldüyünü və orada əşyaları yolun kənarına yığdıqlarını bildirmişdir. Onların pula ehtiyacları olduğu üçün orada olan əşyaları oğurlamaq qərarına gəlmişlər. Oğurluq etmək məqsədilə xx xxxx 2020-ci il saat 15 radələrində Ruslanla birlikdə ona məxsus “Mercedes” markalı, **-GL-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 ünvanına getmişləp və ətrafda heç kimin olmadığını gördükdən sonra həmin ünvanda yerləşən sökülmüş vəziyyətdə olan kafenin yaxınlığına yığılmış divanı və kreslonu avtomobilə yerləşdirmişlər. Daha sonra, divan və kreslonu Sabunçu rayonu, Sabunçu qəsəbəsində 2-ci əl mebellərin alışı və satışı məşğul olan Nadir adlı şəxsə satmış, onu inandırmışlar ki, həmin divan-kreslo onlara məxsusdur. Əldə etdikləri pulu aralarında bölərək şəxsi xərclərinə sərf etmişlər. Daha sonra, o bildirmişdir ki, ittiham aktında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 saylı ünvanda yerləşən sökülmüş vəziyyətdə olan kafenin yaxınlığına yığılmış Zərərçəkmiş şəxs məxsus biri 175 manat olan 2 ədəd markası məlum olmayan dondurma saxlanılması üçün nəzərdə tutulan soyuducuların, 1 ədəd 250 manat dəyərində vitrin soyuducusunun, 100 manat dəyərində jurnal masasının, 300 manat dəyərində 2 dəst stol-stulun, 100 manat dəyərində televizor altlığının, biri 20 manat olan ümumi 100 manat dəyərində 5 ədəd plastmas stulun onların tərəfindən oğurlandığı qeyd olunsa da, həmin əşyalar onlar tərəfindən oğurlanmamışdır. Törətdiyi əməldən səmimi peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Törətdiyi əməldən səmimi peşmandır, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödəmişlər və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 saylı ünvanında yerləşən “Bakı” kafesi ona məxsusdur. Həmin kafeni 2000-ci ilin sentyabr ayından 2020-ci ilin may ayının sonlarınadək işlətmiş, kafenin sahəsi 151 kvadrat metr olmuşdur. 2020-ci ilin may ayının 26-da sərəncama əsasən kafe ərazisi plana düşdüyündən kafeni sökməyə başlamış və orada olan əmlakı kafenin qarşısına yığaraq hissə-hissə evə daşımışdır. xx xxxx 2020-ci il saat 12 radələrində kafeyə getmiş və kafeyə məxsus əmlakın yerində olduğunu görmüş, planlaşdırmışdır ki, 02 iyun tarixində avtomobil tapıb əmlaklarını Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən evinə aparsın. Axşam saat 19 radələrində yenidən kafeyə getmiş və kafenin qarşısından 01 ədəd “Zil Moskva” markalı 100 manat dəyərində soyuducunun, biri 175 manat olan 2 ədəd markasını bilmədiyi dondurma saxlanılması üçün nəzərdə tutulmuş soyuducuların, 250 manat dəyərində 01 ədəd vitrin soyuducusunun, 500 manat dəyərində divan-kreslo dəstinin, 100 manat dəyərində jurnal masasının, 300 manat dəyərində 2 dəst stol-stulun, 100 manat dəyərində televizor altlığının, biri 20 manat olan ümumi 100 manat dəyərində 5 ədəd plastmas stulun oğurlanmasını aşkar etmişdir. Növbəti gün polisə gedib ona məxsus əmlakın oğulanmasına dair ərizə yazmışdır. Hadisə nəticəsində ona 1800 manat məbləğində zərər dəymişdir. Zərərçəkmiş şəxs teleqramla məhkəməyə müraciət edərək ona dəymiş ziyan tam ödənildiyini, Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 10 ildir ki, Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Rus bazarı” ərazidə 2-ci əl işlənən yumşaq mebellər alışı və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs2 4 ildir ki, yaşadığı məhəllədən tanıyır. xx xxxx 2020-ci il saat 17:30 radələrində o, işdə olarkən Ruslan **-GL-*** dövlət nömrə nişanlı, “Mercedes” markalı yük avtomobil ilə adını sonradan bildiyi Tahir adlı şəxslə birlikdə onun yanına gəlmiş və özlərinə məxsus bir ədəd divan, bir ədəd kreslo, bir ədəd sadə televizor altlığı satdıqlarını bildirmişdir. Ruslanın əvvəllər tanıdığı üçün əmlakın ona məxsus olmasına inanmış və qeyd olunan əşyaları 30 manata ala biləcəyini bildirmişdir. İlkin olaraq onlara 20 manat vermiş, pulun qalan hissəsini isə şəxsiyyət vəsiqəsinin surətini gətirəcəkləri zaman verəcəyini demişdir. Daha sonra, iş yerinə polislər gələrək onun aldığı mebellərin oğurluq olduğunu ona bildirmiş, o, könüllü olaraq həmin əşyaları polisə təqdim etmiş və əşyaların oğurluq olması barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 6 aydır ki, Dərnəgüldə 2-ci əl işlənən dəmir və əlvan metalları alır. xx xxxx 2020-ci il saat 18-19 radələrində o, işdə olarkən adını sonradan bildiyi Ruslan adlı şəxs **-GL- *** dövlət nömrə nişanlı yük avtomobili ilə oraya gəlmiş, özünə məxsus bir ədəd soyuducunun mühərrikini və onun hissələrini satdığını bildirmişdir. O, Ruslanla razılaşmış və ona 15 manat pul vermişdir. xx xxxx 2020-ci il tarixdə onun iş yerinə polislər gəlmiş və o, baş vermiş hadisəni danışmışdır. Ruslanı əvvəllər tanımamış və aldığı soyuducu hissələrinin oğurluq olması barədə məlumatı olmamışdır. Cinayət işinin 133-135-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-321/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 136-138-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-322/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 150-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndiliyinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Orucov küçəsində yeləşən evdə Ağdam rayonundan məcburi köçkün kimi məskunlaşıb. Cinayət işinin 151-ci vərəqəsində olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir yetkinlik yaşına çatmayan övladı vardır. Cinayət işinin 152-157-ci vərəqəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilmiş, üzərində 2000 (iki min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Cinayət işinin 159-cu vərəqəsində Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndiliyinin xx xxxxxx 2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndiliyinə yazılı şikayət daxil olmamışdır. Cinayət işinin 180-181-ci vərəqəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X2 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 1578 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunur. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 202-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 203-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/2972 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 270,00 manat müəyyən edilir. 1 ədəd istifadədə olmuş boz-qara rəngli parçadan hazırlanmış kreslo və 1 ədəd boz-qara rəngli parçadan hazırlanmış divan 150 manat, 1 ədəd istifadədə olunmuş, üzərində əziklər və batıqlar, rəng qopuqları olan təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olan ağ rəngli “Zil Moskva” markalı soyuducu zədələnməmişdən əvvəl normal vəziyyətdə olduğu halda 120 manat dəyərindədir. Cinayət işinin 204-cü vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qəraradan görünür ki, cinayət işi üzrə 01 ədəd kreslo, 01 ədəd divan və 01 ədəd “Zil Moskva” markalı soyuducu maddi sübut hesab edilmiş və saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmışdır. Cinayət işinin 205-ci vərəqəsində olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan tamamilə ödənilmiş, təsiqləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 147-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X1 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 148-149-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X1 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilmiş, üzərində 2000 (iki min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilmiş, üzərində 2000 (iki min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs1 tərəfindən 2000 (iki min) manat miqdarında cərimə məbləği tam şəkildə ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin tərkibi vardır və onların əməli həmin maddə ilə tövsif olunmalıdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri sübut növü kimi qəbul edilə, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi vardır, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. İrəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxslərin bəzi əşyaların onlar tərəfindən oğurlanmamasını demələri məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, hadisə yerinə baxış protokolları və digər sübutlarla təkzib olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərindən səmimi peşman olaraq törətdiyi cinayət əməllərini qismən etiraf etmələrini, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbinin olmamasını, dəymiş ziyanı ödəmələrini, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olnmamasını, Təqsirləndirilən şəxs1 himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli onların barəsində məhkəmə hökmünün icraya yönəldiyi tarixdən hesablanmalı, hökmün icrası onların yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalı, onların üzərinə cəza çəkdikləri müddət ərzində yaşadığı şəhərin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Jinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdən azadlıqlarının faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə olduğu 05 (beş) ay 03 (üç) gün müddətinin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla onların cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1barəsindəseçilmiş“həbs” qətimkan tədbiri ləğv edilməli, onlar dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı, hökm qanuni qüvvəyə minənədək barələrində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd kreslo, 01 ədəd divan və 01 ədəd “Zil Moskva” markalı soyuducunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza xərci 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə olduğu 05 (beş) ay 03 (üç) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 10 (on) ay 06 (altı) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsindəseçilmiş“həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə olduğu 05 (beş) ay 03 (üç) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 10 (on) ay 06 (altı) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsindəseçilmiş“həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut 01 ədəd kreslo, 01 ədəd divan və 01 ədəd “Zil Moskva” markalı soyuducunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar