Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-388/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs iştirakları ilə, 25.08 1982-ci ildə Türkmənistan Respublikası, Türkmənbaşı (Krasnovodsk) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Cəfərabad kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs yüksək vəzifədə tanışlarının olduğunu bildirib etibarını qazanaraq, etibarından sui- istifadə edib sonuncuya qardaşı X1 yaşadığı Ağsu rayonunda yerləşən torpaq sahəsinə bələdiyyə sənədi düzəldə biləcəyi ilə bağlı yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 11:06 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sosial binalar ünvanında yerləşən “Grandmart” supermarketdəki “MPAY" elektron ödəmə terminalından onun istifadəsində olan “Beynəlxalq Bank”a aid 5522 0993 6211 2476 saylı bank kartına 500 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sosial binalar ünvanında yerləşən “Grandmart” supermarketdəki "xxxx" elektron ödəmə terminalından onun istifadəsində olan “Beynəlxalq Bank”a aid 5522 0993 6211 2476 saylı banka kartına 500 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sosial binalar ünvanında yerləşən “Grandmart” supermarketdəki "xxxx" elektron ödəmə terminalından onun istifadəsində olan “Beynəlxalq Bank” a aid 5522 0993 6211 2476 saylı banka kartına 1000 manat, həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən “PashaPay” elektron ödəmə terminalından onun istifadəsində olmuş +994 55 *** ** ** saylı mobil nömrənin “M10” hesabına 400 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən “PashaPay” elektron ödəmə terminalından onun istifadəsində olmuş +994 55 *** ** ** saylı mobil nömrənin “M 10" hesabına 200 manat pulun köçürülməsinə nail olmuş, bununla kifayətlənməyib həmin işlə bağlı xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında 700 manat pulunu alıb ümumlikdə 3300 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs 3300 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs güya Nəsimi rayon prokurorluğunda işlədiyini bildirib etibarını qazanaraq, etibarından suiistifadə edib heç bir səlahiyyəti olmadığı halda ona həmin prokurorluqda xadimə işinə düzəldəcəyi ilə bağlı yalan vəd verib aldadaraq bu adla sonuncunun xx.xx.2024-cü il tarixdə saat 17:39 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik prosepkti 29 ünvanında yerləşən “Bazarstore” supermarketdəki "xxxx" elektron ödəmə terminalından onun istifadəsində olan “Beynəlxalq Bank”a aid 5522 0993 6211 2476 saylı banka kartına 275 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sosial binalar ünvanında yerləşən “Grandmart” supermarketdəki "xxxx" elektron ödəmə terminalından onun istifadəsində olan “Beynəlxalq bank”a aid 5522 0993 6211 2476 saylı banka kartına 700 manat, 2024-cü ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında “Beynəlxalq Bank"a aid 5522 0993 6765 6345 saylı bank kartından onun istifadəsində olan “Beynəlxalq Bank”a aid 5522 0993 6211 2476 saylı banka kartına 200 manat, “Beynəlxalq Bank” a aid 4127 2093 0853 9292 saylı bank kartından onun istifadəsində olan “Beynəlxalq Bank”a aid 5522 0993 5859 2905 saylı banka kartına 88 manat və 260 manat pulu köçürməsinə nail olmuş, bununla kifayətlənməyərək həmin işlə bağlı xx.xx.2024-cü ıl tarixdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən evində ona məxsus 1000 manat dəyərində gümüş materialdan olan qadın qol saatını və 1000 manat dəyərində Vestel markalı smart funksiyalı televizoru alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs 3523 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şəki rayonu, Cəfərabad kəndində ailə üzvləri ilə birlikdə yaşamış, üç övladı var və rəsmi əmək fəaliyyəti ilə məşğul olmur. O, ibtidai istintaq zamanı ilkin ifadəsində cinayət məsuliyyətindən yayınmaq məqsədilə bəzi həqiqətə uyğun olmayan məlumatlar təqdim etmiş, lakin, hazırda ifadəsini dəqiqləşdirmək və baş vermiş hadisələri real hüquqi mahiyyətinə uyğun şəkildə təqdim etmək niyyətindədir. Zərərçəkmiş şəxs tanıyır, aralarında hər hansı şəxsi ədavət və ya düşmənçilik münasibətləri mövcud olmamışdır. Zərərçəkmiş şəxs ilə 2024-cü ilin sentyabr ayında "Tap.az" elektron alqı-satqı platforması vasitəsilə tanış olmuşdur. Belə ki, yaşadığı evdə ev işlərinə köməkçi tələb olunması ilə bağlı elan yerləşdirmiş, elanda özünü "Fərid" adı ilə təqdim etmiş və əlaqə nömrəsi kimi ***-***-**-** mobil nömrəsini qeyd etmişdir. Elana cavab olaraq Zərərçəkmiş şəxs adlı qadın platformanın mesaj bölməsi vasitəsilə onunla əlaqə saxlamış və işlə maraqlandığını bildirmişdir. Daha sonra tərəflər arasında ünsiyyət "WhatsApp" mobil tətbiqi üzərindən davam etdirilmiş, bu ünsiyyət zamanı Zərərçəkmiş şəxs rəsmi əmək fəaliyyəti ilə maraqlandığını, əgər belə imkan olarsa, rəsmi işə qəbul edilmək istədiyini bildirmişdir. Maddi vəziyyəti ağır olduğu üçün o, Zərərçəkmiş şəxs yalan məlumat vermiş və dövlət orqanlarında, xüsusilə prokurorluq orqanlarında tanışları vasitəsilə onu xadimə vəzifəsinə düzəldə biləcəyini, bunun üçün isə 10.000 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs bu məbləği tam şəkildə təqdim edə bilməyəcəyini, lakin, hissə-hissə olmaqla 3.000 manat ödəyə biləcəyini bildirmiş, o, bu təklifi qəbul etmişdir. Tərəflər arasında münasibətlər getdikcə daha səmimi xarakter almış, bu ünsiyyət fonunda bir neçə gün sonra həmin şəxs Qaratelə zəng edərək prokurorluqda işləyən yaşlı bir şəxsin yaxın zamanda təqaüdə çıxacağını, bu səbəbdən bir qədər gözləməli olduğunu, həmin müddət ərzində isə özünün yaşadığı evdə müvəqqəti olaraq xadimə kimi işləyə biləcəyini bildirmişdir. O, həmçinin Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin fotoşəklini və məhkumluq haqqında arayış təqdim etməsini tələb etmişdir. Zərərçəkmiş şəxs sənədləri 8-ci mikrorayon ərazisində yerləşən, onun kirayədə yaşadığı evə gətirərək təqdim etmişdir. Bundan sonra o, şəxs zərərçəkmişə işi düzəldən şəxsə müvafiq məbləğdə pul ödənilməli olduğunu demiş, Zərərçəkmiş şəxs növbəti dəfə 3000 manat pulu hissə-hissə təqdim edə biləcəyini bildirmiş, o isə etiraz etməmişdir. Münasibətlərin davamı zamanı Zərərçəkmiş şəxs ona qardaşının Ağsu rayonunda yerləşən torpaq sahəsinin sənədsiz olduğunu, sənəd düzəltdirməyə ehtiyac duyulduğunu bildirmişdir. Bu haldan da, istifadə edərək o, Zərərçəkmiş şəxs onun tanışı vasitəsilə həmin torpaq sahəsinə dair müvafiq sənədlərin əldə edilməsində yardım göstərə biləcəyini bildirmiş və bu məqsədlə 4.000 manat məbləğində pul vəsaiti tələb etmişdir. Zərərçəkmiş şəxs bu məbləği də hissə-hissə təqdim edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs tərəfindən işə düzəltmə və torpaq sahəsinə dair sənədlərin əldə olunması məqsədi ilə ona məsus 5522 0993 6211 2476 nömrəli və 5522 0993 5859 2905 nömrəli bank kartına, +99455 *** ** ** nömrəli mobil telefonun “M10” hesabına xx.xx.2024-cü il tarixdə “Bazarstore” supermarketindəki "xxxx" terminalı vasitəsilə 275 AZN, Grandmart” supermarketindəki "xxxx" terminalı vasitəsilə 500 AZN, xx.xx.2024-cü il tarixdə eyni terminaldan 700 AZN, xx.xx.2024-cü il tarixdə eyni terminaldan 500 AZN, xx.xx.2024-cü il tarixdə eyni terminaldan 1000 AZN, “PashaPay” terminalından 400 AZN, xx.xx.2024-cü il tarixdə 200 AZN, xx.xx.2024-cü il tarixdə 200 AZN, xx.xx.2024-cü il tarixdə 400 AZN, 200 AZN, 88 AZN və 260 AZN pul göndərilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs tərəfindən ona girov məqsədilə bir ədəd “Vestel” markalı televizor və bir ədəd qadın gümüş qol saatı təqdim olunmuşdur. O, həmin televizoru “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən lombardda girov qoyaraq 250 manat kredit götürmüş, televizorun bazar dəyərinin isə 379 manat olduğunu bildirmişdir. Lombard ödənişlərinin yalnız 3 ayı ödənilmiş, sonrakı aylarda ödənişlər edilməmişdir. Qadın qol saatı isə “İçərişəhər” ərazisində tanımadığı bir şəxsə 20 manat məbləğində satılmışdır. Zərərçəkmiş şəxs saatın bazar dəyərinin 400-500 manat olduğunu bildirmişdir. 2024-cü ilin oktyabr ayının sonunda şəxs Zərərçəkmiş şəxs Rusiyaya getməli olduğunu bildirmiş və ondan 600 manat məbləğində borc almışdır. Sözügedən məbləğin verilməsi zamanı hər hansı geri qaytarma vədi və ya müqavilə mövcud olmamışdır. Özünü heç bir halda Nəsimi rayon prokurorluğunun əməkdaşı kimi təqdim etməmiş, yalnız tanışları vasitəsilə işə düzəltmə imkanı olduğunu bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs təqdim etdiyi “X3” adına olan şəxsiyyət vəsiqəsi internet şəbəkəsindən əldə edilmiş, məqsəd isə məsuliyyətdən yayınmaq və zərərçəkmişi inandırmaq olmuşdur. Maddi imkanı olmadığı üçün zərərçəkmişə heç bir ödəniş edə bilməmişdir. Amma o azadlığa buraxılacağı təqdirdə hissə-hissə olmaqla dəymiş ziyanı ödəyə biləcəyini bildirmişdir. Verilmiş mülki iddianı tam qəbul etdiyini, lakin hazırda ödəniş etmək imkanının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hazırda ailəsi ilə birlikdə Bakı şəhəri, ünvan 3 ünvanında yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs əvvəllər özünü ona Fərid adı ilə təqdim etmiş, sonradan onun adının Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. Bir neçə dəfə sosial şəbəkə vasitəsilə iş elanlarına baxıb xadimə işi tapıb işləmişdir deyə sosial şəbəkəyə inamı yaranmışdır. 2024-cü ilin sentyabr ayında yaşadığı evdə olan zaman mobil telefonunda “HRİN.CO” saytına daxil olaraq iş elanlarına baxmış, diqqətini çəkən xadimə işi ilə bağlı elana daxil olmuşdur. Həmin elanın Fərid adlı şəxsə məxsus olması və həmin şəxsin mobil nömrəsinin ***-***-**-** olması qeyd edilmişdir. Həmin mobil nömrənin Whatsapp mobil tətbiqində adını sonradan bildiyi Təqsirləndirilən şəxs mesaj yazaraq iş barəsində maraqlandığını, ona məlumat verməsini xahiş etmiş, Təqsirləndirilən şəxs adının Fərid olduğunu bildirib, ona özünü Nəsimi rayonu Prokurorluğunun işçisi kimi təqdim etmişdir. Ondan haralı olduğunu soruşduqda Laçın rayonundan olduğunu bildirmiş, sonuncu da ona Laçınlı olduğunu bildirərək onu Nəsimi rayon Prokurorluğunda xadimə işinə düzəldə biləcəyini demiş, Təqsirləndirilən şəxs ilə razılaşdıqdan sonra sonuncu onunla əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra onunla mobil telefonla əlaqə saxladıqda Təqsirləndirilən şəxs özünə məxsus 8-ci mikrorayon ərazisində evinin olduğunu, hələlik oraya xadimə lazım olduğunu, lakin, işi ilə bağlı Qarabağda olduğunu, rəislərlə oraya getdiyini, 2024-cü ilin oktyabr ayının 15-də gələcəyini və ona “Whatsapp” mesajlaşma tətbiqində şəxsiyyət vəsiqəsinin şəklini göndərməyini və gələnə qədər “Asan Xidmət”dən məhkumluq haqqında arayış almağını bildirmişdir. O da özünü Fərid kimi ona təqdim edən Təqsirləndirilən şəxs iş təklifini bəyəndiyi üçün sonuncu ilə razılaşmış və ona şəxsiyyət vəsiqəsinin şəklini göndərmişdir. Bundan sonra “Asan Xidmət” idarəsinə gedib məhkumluq haqqında arayış almış, Təqsirləndirilən şəxs onunla görüşmək istədiyini dedikdə onun 8-ci mikrorayon ərazisində yaşadığı evə getmiş, evində görüşüb ona həmin arayışı təqdim etmişdir. Təqsirləndirilən şəxs ona yaxınlıqda bir ev göstərib həmin evin qardaşına məxsus olduğunu demiş, o da sonuncuya inanmışdır. Təqsirləndirilən şəxs ona müvəqqəti olaraq həm onun yaşadığı, həm də qardaşının yaşadığı evlərdə xadimə kimi, daha sonra isə Prokurorluqda xadimə kimi işləyəcəyini deyib qarşılığında ondan 10.000 manat pul alacağını bildirmişdir. Təqsirləndirilən şəxs o qədər pulu olmadığını, ona 3.000 manat pul verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs əvvəl onunla razılaşmamış və işin qiymətinin 10.000 manat olduğunu bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs həmin məbləğdə pulunun olmadığını bildirib ona hörmət etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona Laçınlı olduğu üçün hörmət edəcəyini və ondan 3.000 manat pul alacağını, əgər pul düzəlməsə evində olan qiymətli əşyaları lombarda girov qoyub pul götürə biləcəyini demişdir. Təqsirləndirilən şəxs ilə razılaşmış və özünə məxsus bir cüt qızıl sırğanı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Qarant Kredit” lombard mağazasında girov qoyub 320 manat kreditə götürmüş və ilkin olaraq həmin tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik prospekti 29 ünvanında yerləşən “Bazarstore” supermarketdəki ödəmə terminalından Təqsirləndirilən şəxs ona təqdim etdiyi 5522 0993 6211 2476 saylı banka kartına 275 manat pul göndərmişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs Ağsu rayonunda qardaşı X2 məxsus torpaq sahəsi olduğunu, torpaq sahəsinin sənədinin olmadığını bildirmiş, həmin torpaq sahəsinə bələdiyyə sənədini düzəltməkdə köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona Prezident aparatında tanışlarının olduğunu, sənəd almaqda ona köməklik edə biləcəyini bildirmiş və 4.000 manat pul müqabilində torpağın bələdiyyə sənədini düzəldəcəyini demişdir. Təqsirləndirilən şəxs inandığı üçün onunla razılaşmış və həmin pulları hissə-hissə ona verə biləcəyini bildirmişdir. Belə ki, torpaq sahəsinin sənədinə görə ilk dəfə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Grandmart” supermarketdəki ödəmə terminalından Təqsirləndirilən şəxs istifadəsində olan 5522 0993 6211 2476 saylı banka kartına 500 manat göndərmişdir. 2024-cü ilin oktyabr ayının 4-dən etibarən Elşənin ona təqdim etdiyi 5522 0993 6211 2476 və 5522 0993 5859 2905 saylı bank kartlarına, eyni zamanda onun istifadəsində olan +994 55 *** ** ** saylı mobil nömrənin "M10” hesabına müxtəlif məbləğlərdə pulları hissəhissə göndərmişdir. Həmin pulları həm qeyd etdiyi kimi Nəsimi rayon Prokurorluğunda rəsmi olaraq xadimə işinə görə, həm də qardaşına məxsus torpaq sahəsinin sənədinə görə vermişdir. Pulun çox hissəsini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Grandmart” supermarketdəki ödəmə terminallarından göndərmişdir. Pulları göndərdiyi ərəfələrdə Təqsirləndirilən şəxs Prokurorluqda xadimə işinin alınıb-alınmadığını soruşduqda sonuncu ona səbrli olmağını, hazırda prokurorluqda işləyən yaşlı qadının pensiyaya çıxmağını gözlədiyini bildirmişdir. Pulu bitdikdə Təqsirləndirilən şəxs daha pulu olmadığını, lakin, evində təxminən 1.000 manat dəyərində qədim gümüş qadın saatı və 1.000 manat dəyərində “Vestel” markalı televizor olduğunu, həmin saat və televizoru ona verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs onunla razılaşaraq xx.xx.2024-cü il tarixdə onun yaşadığı ünvana gəlmiş və ona həmin saat və televizoru vermişdir. Onda şübhələr yarandığı üçün Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin şəklini istədikdə sonuncu Fərid adlı şəxsə məxsus şəxsiyyət vəsiqəsinin şəklini göndərmiş və həmin şəxsin özü olduğunu, sadəcə vəsiqənin köhnə tarixə aid olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlaya bilmədiyindən sonuncunun ona göndərdiyi şəxsiyyət vəsiqəsini “google.com” saytında axtarış vermiş və Fərid adlı şəxsin bir neçə il əvvəl rəhmətə getdiyi məlum olmuşdur. Əldə etdiyi məlumatın ekran şəklini çəkmiş və Təqsirləndirilən şəxs göndərdikdə sonuncu onunla mübahisə etməyə başlamış və qardaşı övladının rəhmətə getdiyini, təcili olaraq bununla bağlı Rusiyaya getməli olduğunu bildirib ona 600 manat pul lazım olduğunu, onun işinin də artıq həll olunacağını demişdir. O, Təqsirləndirilən şəxs bir daha inandığı üçün xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə isə 400 manat pulu Ramana qəsəbəsində yerləşən “Grandmart” supermarketdəki ödəniş terminalından Təqsirləndirilən şəxs məxsus mobil nömrənin M10 hesabına göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun mobil nömrəsini qara siyahıya atdığını görüb onun 8-ci mikrorayon ərazisində yaşadığı evə getmişdir. Ətrafda olan şəxslərdən maraqlandıqda evin Miri adlı şəxsə məxsus olduğu məlum olmuşdur. Miri adlı şəxsin əlaqə nömrəsini öyrənib əlaqə saxladıqda sonuncu Fərid adlı şəxsi tanımadığını, evini kirayə verdiyini, həmin şəxsin isə xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik prospekti 29 ünvanında yerləşən “Bazarstore” supermarketdəki "xxxx" elektron ödəmə terminalından sonu 2476 saylı banka kartına 275 manat, həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sosial binalar ünvanında yerləşən “Grandmart” supermarketdəki "xxxx" elektron ödəmə terminalından sonu 2476 saylı banka kartına 500 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sosial binalar ünvanında yerləşən "Grandmart” supermarketdəki "xxxx" elektron ödəmə terminalından sonu 2476 saylı banka kartına 700 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sosial binalar ünvanında yerləşən “Grandmart” supermarketdəki "xxxx" elektron ödəmə terminalından sonu 2476 saylı banka kartına 500 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sosial binalar ünvanında yerləşən “Grandmart” supermarketdəki "MPAY” elektron ödəmə terminalından sonu 2476 saylı banka kartına 1000 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən “PashaPay” elektron ödəmə terminalından +994 55 *** ** ** saylı mobil nömrənin “M10" hesabına 400 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən “PashaPay" elektron ödəmə terminalından +994 55 *** ** ** saylı mobil nömrənin “M10” hesabına 200 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən “PashaPay” elektron ödəmə terminalından +994 55 *** ** ** saylı mobil nömrənin “M10” hesabına 200 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən “PashaPay” elektron ödəmə terminalından +994 55 *** ** ** saylı mobil nömrənin “M10” hesabına 400 manat, Sonu 6345 olan “Kapital Bank”a aid plastik bank kartından sonu 2476 saylı banka kartına 200 manat, sonu 9292 olan bank kartından sonu 2905 saylı banka kartına 88 manat və 260 manat pul göndərilməsinə dair olan ödəniş qəbzlərində qeyd olunan məbləğlərdə pul vəsaitini göstərilən tarixlərdə Təqsirləndirilən şəxs ona təqdim etdiyi 5522 0993 6211 2476 və 5522 0993 5859 2905 nömrəli plastik kartlarına, həmçinin sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “M10” hesabına köçürmüşdür. Sonu 6345 olan bank kartı ona məxsus 5522 0993 6765 6345 saylı “Beynəlxalq Bank”a aid bank kartıdır. Sonu 9292 olan bank kartı da ona məxsus 4127 2093 0853 9292 saylı “Beynəlxalq Bank”a aid bank kartıdır. Həmin kartlardan pulları da Təqsirləndirilən şəxs ona təqdim etdiyi bank kartlarına göndərmişdir. Qeyd olunan 200, 88 və 260 manat məbləğlərində pulları 2024-cü ilin oktyabr ayının ortalarında dəqiq xatırlamadığı tarixlərdə yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında olan zaman Təqsirləndirilən şəxs kartlarına köçürmüşdür. Bundan başqa, qeyd etdiyi kimi, bir ədəd özünə məxsus saat və televizoru da Təqsirləndirilən şəxs ona yuxarıda qeyd etdiyi kimi vədlər verərək alıb ələ keçirmişdir. Torpaq sahəsinin sənədinə görə verdiyi pullardan 700 manatını yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs əlbəəl vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə 275 manat, xx.xx.2024-cü il tarixdə 700 manat, 2024-cü ilin oktyabr ayının ortalarında 200 manat, 88 manat və 260 manat pulu, 1000 manat dəyərində gümüş qol saatını və 1000 manat dəyərində Vestel markalı smart funksiyalı televizoru Prokurorluqda xadimə işinə görə Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, həmin tarixdə +994 55 *** ** ** saylı mobil nömrənin “M10” hesabına 400 manat, xx.xx.2024-cü il tarixdə +994 55 *** ** ** saylı mobil nömrənin “M10” hesabına 200 manat pulu və xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda 700 manat pulu torpaq sahəsinin sənədinə görə Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2024-cü il tarixdə +994 55 *** ** ** saylı mobil nömrənin “M10” hesabına göndərdiyi 200 manat, xx.xx.2024-cü il tarixdə +994 55 *** ** ** saylı mobil nömrənin “M10” hesabına göndərdiyi 400 manat pulu isə Təqsirləndirilən şəxs qardaşı uşağının rəhmətə getdiyini, buna görə də Rusiyaya getməli olduğunu bildirib ondan almışdır. Ərizə yazan vaxt Təqsirləndirilən şəxs indiyə qədər verdiyi pulları tam hesablamadığı üçün 5200 manat qeyd etmişdir. Ona göndərdiyi pulların qəbzlərini yaşadığı evdə tapdıqdan sonra hesablamış və ümumilikdə 4123 manat pul göndərdiyini bilmişdir. Təqsirləndirilən şəxs ona göndərdiyi pullardan başqa 700 manat pulu ondan əlbəəl almış, sonuncu dəfə isə təcili olaraq Rusiya Federasiyasına getməli olduğunu bildirib ondan 600 manat pulu onun bank kartına köçürməklə ələ keçirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə onu guya Nəsimi Rayon Prokurorluğunda xadimə vəzifəsinə işə düzəldəcəyini və həmçinin qardaşının yaşadığı torpaq sahəsinə dair bələdiyyə sənədlərinin hazırlanmasına köməklik göstərəcəyini vəd etmişdir. Sözügedən vədlər əsasında Təqsirləndirilən şəxs hissə-hissə olmaqla ümumilikdə 4823 (dörd min səkkiz yüz iyirmi üç) manat məbləğində pul vəsaiti əldə etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qardaşının övladının vəfat etdiyini və bu səbəbdən Rusiyaya getməli olduğunu bildirib, bu məqsədlə ondan 600 (altı yüz) manat borc pul almışdır. Həmçinin, o, zərərçəkmişdən 1000 (min) manat dəyərində qol saatı və 1000 (min) manat dəyərində televizor əldə etmişdir. Nəticə etibarilə, qeyd olunan hallar nəticəsində zərərçəkmiş şəxsə ümumilikdə 7423 (yeddi min dörd yüz iyirmi üç) manat məbləğində maddi ziyan dəymişdir. Mülki iddianın təmin edilməsini, 7423 (yeddi min dörd yüz iyirmi üç) manat məbləğində maddi ziyanın və ödənilmiş 94 (doxsan dörd) manat 23 (iyirmi üç) qəpik Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" QSC ödəniş sistemi vasitəsi ilə həyata keçirilmiş ödənişi özündə əks etdirən ödəniş qəbzlərindən görünür ki, 05 oktyabr 2024-cü il tarixdə, saat 21:25 radələrində Təqsirləndirilən şəxs məxsus bank kartına 700 manat pul vəsaiti köçürülmüşdür (i.v.10). "xxxx" QSC və "xxxx" MMC ödəniş sistemi vaistəsi ilə həyata keçirilmiş ödənişi özündə əks etdirən ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs məxsus bank kartına 04 oktyabr 2024-cü il tarixdə, saat 17:39 radələrində 275 manat, 04 oktyabr 2024cü il tarixdə, saat 11:06 radələrində 500 manat, 07 oktyabr 2024-cü il tarixdə,saat 11:29 radələrində 500 manat, 09 oktyabr 2024-cü il tarixdə,saat 21:08 radələrində 400 manat, 09 oktyabr 2024-cü il tarixdə, saat 10:49 radələrində 1000 manat, 13 oktyabr 2024-cü il tarixdə, saat 19:05 radələrində 200 manat, 19 oktyabr 2024-cü il tarixdə, saat 13:18 radələrində 200 manat, 19 oktyabr 2024-cü il tarixdə, saat 12:02 radələrində 200 manat, 19 oktyabr 2024-cü il tarixdə, saat 13:17 radələrində 200 manat pul vəsaiti köçürülmüşdür (i.v.11-12). “Hadisə yerinə baxış keçirilməsi barədə” 24 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında aparılan araşdırma ilə bağlı sonuncu köçürülən məbləğ Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Grandmart” mağazasında olan ödəniş aparatı vasitəsi ilə köçürülmüşdür (i.v.16-18). "Sübutların qiymətləndirilməsi haqqında” 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 178.2.2-ci maddəsi ilə ittiham elan edilmiş, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 310cu maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. (i.v. 174-184). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və ifadələri, iş materiallarında olan ödəniş qəbzləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş materiallarında olan ödəniş qəbzlərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. İş materiallarında olan: “Axtarışda olan şəxsin tutulması haqqında” 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2025-ci il tarixdə, saat 09:30 radələrində Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİnin MSY-nə təhvil üçün polis şöbəsinə gətirilmişdir. (i.v.87). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2025-ci il tarixli, 4(008)- 92/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 fevral 2025-ci il tarixdən hesablanmaqla 01 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.137-144). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 4(008)- 131/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) 08 (səkkiz) gün müddətinə uzadılmışdır (i.v.158-163). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 09 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.166). Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması (CM 59.1.4), səmimi peşmançılığı (CM 59.2) cəzasını yüngülləşdirən hallar hesab edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs mülki iddia ərizəsi verib 7423 (yeddi min dörd yüz iyirmi üç) manat məbləğində maddi ziyanın və ödənilmiş 94 (doxsan dörd) manat 23 (iyirmi üç) qəpik Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə verilmiş mülki iddia ərizəsini iş materialları ilə əlaqəli surətdə təhlil edərək Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus 6823 (altı min səkkiz yüz iyirmi üç) manat məbləğində pul vəsaitini ələ keçirməsi faktının təsdiq olunduğunu, bununla da, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə ümumilikdə 6823 (altı min səkkiz yüz iyirmi üç) manat məbləğində maddi ziyan dəyməsinin öz təsdiqini taparaq sübuta yetirildiyini nəzərə alaraq verilmiş mülki iddianın qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. Hər iki tərəfin ifadəsindən verilmiş 600 manat məbləğin borc olduğu və hər hansı vəd qarşılığında verilmədiyi təsdiq olunmuşdur. Belə olduğu halda həmin 600 manat borc məbləği cinayət əməli nəticəsində vurulmuş ziyan hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndində göstərilmişdir ki, Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Həmin qərarın 72-ci bəndində göstərilmişdir ki, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Beləliklə, məhkəmə AR CPM-nin və MPM-nin tələblərini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi zərərə görə 6823 (altı min iyirmi üç) manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 21 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi zərərə görə 6823 manat və 86,65 manat dövlət rüsumu məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Qalan məbləğin mülki cavabdehdən tələb edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia verə bilmək hüququ Zərərçəkmiş şəxs izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-388/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-388/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver