Məhkəmə qərarları › İş №1(008)-389/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-389/2025

23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-389/2025 23.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, F.Əhmədov küçəsi, ev 30 C-də qeydiyyatla yaşamış, DİN-in Bakı Şəhəri Nizami RPİ-İn İŞ-si tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli qərarına əsasən barəsində 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, 25 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 289.1-ci maddəsi ilə ittiham elan edilmiş və Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, 06 sentyabr 2024-cü il tarixdə saat 12:20 radələrində Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 9 nömrəli iclas zalında Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə X5nın sədrliyi ilə keçirilən məhkəmə baxışı zamanı Şahid2 ifadəsinin düzgünlüyünə etiraz edərkən, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun ünvanına “şərəfsiz” ifadəsi işlətmiş, o, isə “şərəfsiz özünsən” ifadəsini sonuncunun ünvanına səsləndirərək məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs bir neçə ay əvvəl ortaq tanışları vasitəsilə tanımış və aralarında birgə iş birliyi olmuşdur. Aralarında pul söhbəti ilə bağlı narazılıq yarandığı üçün onun Zərərçəkmiş şəxs qarşı dələduzluq edərək 13000 (on üç min) manat məbəlğində pulu ələ keçirməyi ilə bağlı sonuncu Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə şikayət etmişdir. Zərərçəkmiş şəxs şikayəti əsasında fakta görə Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılaraq istinaq zamanı ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində istintaq edilən cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 06 sentyabr 2024-cü il tarixdə təxminən saat 12:20 radələrində qeyd edilən rayon məhkəməsinin inzibati binasının 3-cü mərtəbəsində yerləşən 9 nömrəli məhkəmə iclas zalında X5nın sədrliyi ilə məhkəmə iclası başlanılmışdır. Əlavə olaraq onuda qeyd etmişdir ki, bud-çanaq sümüyü sındığından dayaq vasitələrindən istifadə edərək hərəkət etdiyi üçün hakimin icazəsi ilə zalda oturaqlı vəziyyətdə çıxış edirmiş. Qeyd edilən iş üzrə Zərərçəkmiş şəxs özü də məhkəmə iclasında iştirak edərək onun sol tərəfində yerləşən oturacaqda əyləşmişdir. Onlardan başqa həmin zalda iclasa sədrlik edən X5, dövlət ittihamçısı Xalid Nəzərov, məhkəmə iclas katibi Şəbinə Ənvərli və müdafiəçisi Təyyar Talıbov iştirak etmişlər. Məhkəmə iclası başlayandan bir müddət sonra hakimin dəvəti ilə ifadə verməkdən ötrü Şahid2 zala dəvət edilmiş və sonuncu öz çıxışı zamanı ifadəsində Zərərçəkmiş şəxs sonuncunun yanında 5000 (beş min) manat məbləğində pulu ona verdiyini bildirmişdir. O, isə həmin vaxtı Şahid2 bu sözlərinə etiraz edərək düzgün danışmasını tələb etmişdir. Bu sözündən sonra, Zərərçəkmiş şəxs qəflətən yerindən qalxaraq onun ünvanına “şərəfsiz” ifadəsi işlədə-işlədə sol tərəfdən üzərinə hücum edərək sağ əli ilə boyun və sifət nahiyyəsindən iki dəfə şillə ilə zərbə vurmuş və o, ayağa qalxa bilmədiyi üçün ünvanına işlədilən nəlayiq ifadəni, yəni “şərəfsiz özünsən” sonuncunun ünvanına səsləndirmişdir. Bu zaman dərhal məhkəmə iclas katibi və dövlət ittihamçısı ayağa qalxaraq Zərərçəkmiş şəxs üzərinə gedərək ondan uzaqlaşdırmışlar. Bundan sonra məhkəməyə sədrlik edən X5 Zərərçəkmiş şəxs bu hərəkətini məhkəməyə hörmətsizlik kimi qəbul edərək aktlaşdıracağını bildirmişdir. Verilmiş suallara cavabında Zərərçəkmiş şəxs qəflətən yerindən qalxaraq onun ünvanına “şərəfsiz” ifadəsi işlədib sol tərəfdən üzərinə hücum edərək vurduğundan, o da Zərərçəkmiş şəxs qarşı nəlayiq ifadə, yəni “şərəfsiz özünsən” deyə cavab vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin fevral ayından tanıyır və onunla tanışlığına səbəb ortaq tanışları olmuşdur. Belə ki, həmin dövrdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən evi və torpaq sahəsi dövlət məqsədləri üçün sökülsə də, ona kompensasiya ödənilməmişdir. Bununla əlaqədar o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəldiyi üçün Təqsirləndirilən şəxs vəzifəli şəxslərlə əlaqəsi olaraq dostluq münasdibətlərinin olduğunu bildirərək bu işdə ona köməklik edə biləcəyinə dair yalan vədlər vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs məhkəmələrdə onun xeyrinə qərar qəbul edilməsi üçün ondan ümumilikdə 13000 (on üç min) manat məbləğində pul vəsaiti almışdır. Həmin məbləğdən 5000 (beş min) manatını Təqsirləndirilən şəxs nəğd şəkilində sonuncunun yaşadığı evin qarşısında vermiş və qalan 8000 (səkkiz mi) manatını isə sonuncunun kart hesabına köçürmüşdür. Sonradan o, Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirdiyini başa düşərək sonuncunun barəsində Bakı şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş və həmin baş idarənin İstintaq İdarəsi tərəfindən fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq cinayət işinin istintaqının davam etdirilməsindən ötrü Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməsi faktı öz təsdiqini tapdığından ona həmin maddə ilə ittiham elan olunaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilmişdir. 06 sentyabr 2024-cü il tarixdə təxminən saat 12:20 radələrində Bakı şəhəri Sabunçu rayon məhkəməsinin inzibati binasının 3-cü mərtəbəsində yerləşən 9 nömrəli məhkəmə iclas zalında X5nın sədrliyi ilə məhkəmə iclası başlanılmış və Təqsirləndirilən şəxs ayağında problem olması səbəbindən yeriyə bilmədiyi üçün məhkəmə zalında hakimin icazəsi ilə oturaqlı vəziyyətdə danışırmış. O, özü isə zərərçəkmiş şəxs qismində məhkəmə iclasında iştirak edərək Təqsirləndirilən şəxs sol tərəfində yerləşən oturacaqda əyləşmişdir. Həmin vaxtı məhkəmə zalında onlardan başqa iclasa sədrlik edən X5, dövlət ittihamçısı Xalid Nəzərov, məhkəmə iclas katibi Şəbinə Ənvərli və Təqsirləndirilən şəxs müdafiəçisi Təyyar Talıbov adlı şəxslər iştirak edirmişlər. Məhkəmə iclası davam edəndən bir müddət sonra hakimin dəvəti ilə şahid qismində ifadə verməkdən ötrü Şahid2 məhkəmə zalına dəvət edilmişdir. Hakim X4 Tağıyevdən 5000 (beş min) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs verilib-verilmədiyini sual etmiş, Şahid2 isə ifadəsini təsdiq edərək qeyd edilən məbləğdə pul vəsaitini onun tərəfəndən Təqsirləndirilən şəxs verildiyini təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid2 ifadəsinə etiraz edərək sonuncunun düzgün danışmadığını bildirən zaman, o, bundan əsəbləşərək yerindən Təqsirləndirilən şəxs ünvanına “şərəfsiz yalan danışma” ifadəsini işlətmişdir. Təqsirləndirilən şəxs isə ona cavabında “şərəfsiz sənin özünsən” deyə səsləndirdiyi üçün əsəblərini çilovlaya bilmədiyi səbəbindən yerindən qalxaraq Təqsirləndirilən şəxs yaxınlaşaraq sağ əli ilə onun boyun nahiyyəsindən iki dəfə sillə ilə zərbə vurmuşdur. Bu zaman dərhal məhkəmə iştirakçıları ayağa qalxıb ona yaxınlaşaraq onu sakitləşdirərək qayda və qanunlara əməl etməyini tələb etmişlər. Bundan sonra X5 onun bu hərəkətini məhkəməyə hörmətsizlik kimi qəbul edərək aktlaşdıracağını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza təyin olunmasını xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisi qızının həyat yoldaşıdır və onunla münasibəti həmişə yaxşı olmuşdur. 2022-ci ilin mart ayının təxminən 27-28-də qohumu Zərərçəkmiş şəxs ona zəng vuraraq Təqsirləndirilən şəxs adiı şəxslə görüşəcəyini, ona torpaq məsələsinin həll olunmasından ötrü 5000 (beş min) manat məbləğində pul vəsaitini verəcəyini bildirərək onunla birlikdə görüşə getməyini ondan xahiş etmişdir. O, isə Zərərçəkmiş şəxs yox deməyərək sonuncu ilə birlikdə Ramiz adlı şəxslə görüşməkdən ötrü sonuncunun Pirşağı qəsəbəsində yerləşən bağ evinin qarşısına gəlmişlər. Orada Zərərçəkmiş şəxs Ramiz adlı şəxslə görüşərək onun yanında sonuncuya 5000 (beş min) manat məbləğində pul vermiş və pulu alandan sonra tez bir zamanda torpağa dair sənədləri həll edəcəyini bildirmişdir. Bundan bir müddət keçəndən sonra eşitmişdir ki, Ramiz adlı şəxs qohumu Zərərçəkmiş şəxs aldadaraq ümumilikdə 13000 (on üç min) manat məbləğində pulunu ələ keçirərək sonuncunun xeyrinə heç bir iş görməmişdir. Bundan sonra qohumu Zərərçəkmiş şəxs Ramiz adlı şəxsin barəsində şikayət etmiş və sonuncunun dələduzluq etməsi faktı öz təsdiqini tapdığından barəsində istintaq edilən cinayət işi baxılmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Onu da qeyd etmişdir ki, həmin cinayət işinin istintaqı zamanı şahid qismində ifadə vermişdir. 06 sentyabr 2024-cü il tarixdə saat 12:20 radələrində Bakı şəhəri Sabunçu rayon məhkəməsinin inzibati binasının 3-cü mərtəbəsində yerləşən 9 nömrəli məhkəmə iclas zalında X5nın sədrliyi ilə məhkəmə iclası keçirilmişdir. Məhkəmə iclası başlayandan bir müddət sonra hakimin dəvəti ilə ifadə verməkdən ötrü şahid qismində zala dəvət edilmişdir. Məhkəmə zalında iclasa sədrlik edən X5dan başqa dövlət ittihamçısı, məhkəmə iclas katibi, zərərçəkmiş şəxs qismində qohumu Zərərçəkmiş şəxs, Ramiz adlı şəxsin özü və müdafiəçisi iştirak etmişlər. Ramiz adlı şəxsin ayağında problem olması səbəbindən yeriyə bilmədiyi üçün zalda hakimin icazəsi ilə oturaqlı vəziyyətdə çıxış edirmiş. Qohumu Zərərçəkmiş şəxs isə Ramiz adlı şəxsin sol tərəfində yerləşən oturacaqda əyləşmişdir. X2 Zərərçəkmiş şəxs 5000 (beş min) manat məbləğində pul vəsaitini onun iştirakı ilə Ramiz adlı şəxsə verilib-verilmədiyini soruşmuş, o isə ifadəsində qeyd edilənləri təsdiq edərək Zərərçəkmiş şəxs həmin məbləğdə pulu Ramiz adlı şəxsin bağ evinin qarşısında iştirakı ilə Ramiz adlı şəxsə verildiyini təsdiq etmişdir. Onun bu sözündən sonra Ramiz adlı şəxs deyilənlərə etiraz edərək düzgün danışmadığını və Zərərçəkmiş şəxs sonuncuya pulun verilmədiyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs əsəbiləşərək əyləşdiyi yerdən Ramiz adlı şəxsə "şərəfsiz yalan danışma” deyə səsləndirmişdir. Ramiz adiı şəxs isə cavabında "şərəfsiz sənin özünsən” deyə Zərərçəkmiş şəxs ünvanladığı üçün sonuncu bu sözdən əsəbləşıb yerindən qalxaraq Rumiz adlı şəxsin üzərinə gələrək sağ əli ilə sonuncunun boyun nahiyəsindən iki dəfə sillə ilə zərbə vurmuşdur. Bundan dərhal sonra məhkəmə iştirakçıları ayağa qalxaraq onların üzərinə gələrək Zərərçəkmiş şəxs sakitləşdirərək qaydalara əməl etməyini tələb etmişlər. Bu zaman X5 onların bu hərəkətlərini məhkəməyə hörmətsizlik kimi qəbul edərək aktlaşdıracağını bildirmişdir. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2016-cı ilin yanvar ayından etibarən hazıradək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin məhkəmə iclas katibi vəzifəsində işləyir. 06 sentyabr 2024-cü il tarixdə təxminən saat 12:20 radələrində işlədiyi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasının 3-cü mərtəbəsində yerləşən 9 nömrəli məhkəmə iclas zalında X5nın sədrliyi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı keçirilirmiş. Həmin vaxtı məhkəmə zalında ondan başqa iclasa sədrlik edən X5, dövlət ittihamçısı Xalid Nəzərov,Təqsirləndirilən şəxs özü və müdafiəçisi Təyyar Talıbov, iş üzrə Zərərçəkmiş şəxs Bala- hüseyn oğlu iştirak edirmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ayaqlarında problem olması səbəbindən yeriyə bilmədiyi üçün məhkəmə zalında hakimin icazəsi ilə oturaqlı vəziyyətdə çıxış edirmiş. İş üzrə zərərçəkmiş şəxs Maı! Qurbanov məhkəmə iclasında Təqsirləndirilən şəxs sol tərəfində yerləşən oturacaqda əyləşibmiş. Məhkəmə iclası davam edəndən bir müddət keçəndən sonra hakimin dəvəti ilə ifadə verməkdən ötrü Şahid2 məhkəmə zalına tərəflərindən dəvət edilmiş və hakim X4 Tağıyevdən 5000 (beş min) manat məbləğində pulu onun iştirakı ilə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs verib-vermədiyimi soruşulmuşdur. Şahid2 ifadəsini təsdiq edərək qeyd edilən məbləğdə pulun Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs yaşayış evinin qarşısında iştirakı ilə Təqsirləndirilən şəxs verildiyini təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şahid Tərlan Tağı- yevin bu sözünə qarşı etiraz edərək sonuncunun düzgün danışmadığını məhkəməyə bildirmişdir. Bu zaman isə iş üzrə Zərərçəkmiş şəxs yerindən Təqsirləndirilən şəxs ünvanına “şərəfsiz yalan danışma” deyərək səsləndrmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs cavabında “şərəfsiz sənin özünsən” deyə cavab verdiyi üçün sonuncu yerindən qalxıb Təqsirləndirilən şəxs yaxınlaşaraq sağ əli ilə onun boyun nahiyəsindən iki dəfə sillə ilə zərbə vurmuşdur. Bu zaman məhkəmə tərəfindən hər ikisi sakitləşdirilərək qayda və qanunlara əməl etmələri tələb edilmişdir. Sonradan X5 onların hər ikisinin bu hərəkətilərini məhkəməyə hörmətsizlik kimi qəbul edərək aktlaşdıracağını onlara bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmış, ayrılmış cinayət işinə ********* nömrəsi verilmiş və icraata qəbul edilərək istintaqı aparılmışdır(i.v.1-2). Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır(i.v.4). CD diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə olunmuş 1 ədəd CD-R diskə baxış keçirilən zaman orada xx.xx.2024-cü il tarixdə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında 3-cü mərtəbəsində 9-cu zalda keçirilən proses zamanı qeydə alınmış səsli görüntülər əks olunmuşdur. Həmin görüntülərdən görünür ki, məhkəmə iclası zamanı X5 Təqsirləndirilən şəxs 5000 manat sizə əlbəəl pul verilibmi deyə deyə soruşur, o, isə xeyr deyə cavab verir. Bundan sonra dövlət ittihamçısı Xalid Nəzərov Şahid2 bu görüş harada olub deyə soruşur, o isə cavabında 28 mart tarixində Pirşağıda bağ evində görüşdüklərini üçündən başqa heç kimin olmadığını, Mail ilə birlikdə getdiklərini deyir. Bu zaman Təqsirləndirilən şəxs Şahid2 çıxışını kəsib yerindən nəsə deyir, həmin vaxtı Zərərçəkmiş şəxs onu şərəfsiz deyə adlandırır, Təqsirləndirilən şəxs isə şərəfsiz sənsən deyə cavab verdikdən sonra hakimin sakit olalarına dair tələbinə məhəl qoymadan Zərərçəkmiş şəxs yerindən qalxaraq sol tərəfdən Təqsirləndirilən şəxs yaxınlaşaraq 3 dəfə ona boyun nahiyəsindən sillə ilə zərbə vurur. Bundan sonra dövlət ittihamçısı və məhkəmə iclas katibi yerlərindən qalxaraq onlara yaxınlaşıb Zərərçəkmiş şəxs aralayırlar(i.v13). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X6 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 11 sentyabr 2024-cü il tarixli, 2272 saylı rəydən görünür ki, Vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısına qoyulmuş suallara cavab olaraq nəticəyə gəlinmişdir ki, onun bədənində xəsarət aşkar edilməmişdir(i.v.35-36). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Xalq Məhkəməsinin 09 iyul 1998-ci il tarixli hökmünə əsasən AR CM-nin 220-2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31 yanvar 1999-cu il tarixdə AR Milli Məclisinin Amnistiya qərarına əsasən cəzadan azad edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyul 2002-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31 mart 2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir(i.v.55). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-448/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən barəsində 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir(i.v.56-62). Bakı Apellyasiya Məhkəməsinin 1(103)-137/2025 saylı 22 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-448/2024 nömrəli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən barəsində 01 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla təyin edilmiş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində 01 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)- 351/2024 nömrəli qərarına əsasən həbsdə saxlanılması nəzərə alınmışdır. AR Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-linqvistik ekspertizasının xx.xx.2024cü il tarixli, 4/1847 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına işlətdiyi “şərəfsiz” ifadəsi şərəf və ləyaqəti alçaldan təhqiramiz semantikalı ifadədir(i.v. 63-66). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-351/2024 saylı, 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 18 dekabr 2024-cü il tarixdən hesablanmaqla 02 ay 26 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir(i.v.76- 79). Sistem üzrə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair 1(007)-315/2025 saylı cinayət işi Bakı şəhər Nizami Rayon Məhkəməsinin icraatındadır. Zərərçəkmiş şəxs kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.148). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 289.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur(i.v.163-164). Cinayət işinin aidiyyatı üzrə göndərilməsi haqqında 26 fevral 2025-ci il tarixli qərardadn görünür ki, cinayət işi Nizami RPİ-in İŞ-də istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim edilmişdir(i.v 187-194). Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması haqqında 19 mart 2025-ci il tarixli qərardan görünür ki, cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar ləğv edilmiş, AR CM-nin 289.1-ci maddəsi ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddətinin 2 ay, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır(i.v.198-199). Cinayət işinin icraata qəbul edilməsi haqqında 04 aprel 2025-ci il tarixli qərarda görünür ki, AR CM-nin 289.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaq davam etdirilmişdir(iv.202-203). Sübutların qiymətləndirilməsi haqqında 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə nəzərdə tutulan elan edilmiş ittiham qüvvəsində saxlanılmış və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılması üçün barəsində qətimkan tədbirinin seçilməsinin məqsədə uyğun olmadığı nəzərə alınmış, cinayət işi üzrə şahidlərin ifadələri, hadisənin görüntülərini özündə əks etdirən video disk və digər sənədlər sübut növü kimi qəbul edilərək qiymətləndirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar cinayət işi üzrə zərər çəkmiş şəxsin, hadisənin görüntülərini özündə əks etdirən video disk və istintaq araşdırması zamanı dindirilmiş şahid ifadələri ilə tam təkzib edildiyi üçün həmin hissədə sübut kimi qiymətləndirilməmişdir(i.v.205-211). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsinə əsasən məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə-beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 68.1.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə ictimai işlərin səkkiz saatı bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsinin sanksiyası həddində ictimai işlər növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona ictimai işlər cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 68.1.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə ictimai işlərin səkkiz saatı bərabər tutulmaqla hesablanmalıdır. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı Apellyasiya Məhkəməsinin 1(103)-137/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 1(103)-137/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə həbsdə olmasını nəzərə alaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəlinin həmin tarixdən hesablanmalı olması qənaətinə gəlir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəza təyin edilməli, həmin cəza Azərbaycan Respublikası CM-nin 68.1.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü ictimai işlərin səkkiz saatı bərabər tutulmaqla hesablanmalı, təyin edilmiş cəza AR CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-137/2025 saylı, 22 yanvar 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki qərarla müəyyən edilmiş tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3.), Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 315/2025 saylı iş üzrə həbsdə saxlanılması nəzərə alınmalı, barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd video disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 320 (üç yüz iyirmi) saat ictimai işlər cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 320 saat ictimai işlər cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü ictimai işlərin səkkiz saatı bərabər tutulmaqla 01 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-137/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 il 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-137/2025 saylı xx.xx.2025-ci il tarixli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 01 gün müddət, cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 14 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 22 yanvar 2025-ci il tarixdən hesablansın (Bakı Apellyasiya Məhkəməsinin 1(103)-137/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə müəyyən edilmiş). Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-137/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut -01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 150(bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə icraatı zamanı sərf edilmiş 17 iş saatına görə 187 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar