Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-39/2023 23.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 24 dekabr 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ev 127 qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə 19 dekabr 2021-ci il tarixdə, saat 03:00 radələrində tanışı Zərərçəkmiş şəxs ünvan 2 ünvanın qarşısında saxladığı özgənin Zərərçəkmiş şəxs məxsus qiyməti 1.200 manat olan, üzərində «Yamaha brobers» yazıları olan, qara rəngli «Moon» markalı, dövlət qeydiyyat nişanı və 49.9 kub sm çox olmayan mühərriklə hərəkətə gətirilən mopedi gizli talayaraq Zərərçəkmiş şəxs 1.200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Nurlan adlı şəxslə münasibəti yaxşı olmuşdur. 18 dekabr 2021-ci il tarixdə, təxminən saat 20:00 radələrində tanışı Nurlanın dotu Şamilin yaşadığı ünvan 2 ünvana qonaq getmişdir. Həmin vaxt Nurlan da orada idi. Həmin gün təxminən 3 saata yaxın Nurlanın dostunun yaşadığı evdə oturmuş, sonra oradan çıxmışdır. Nurlan idarə etdiyi «Moon» markalı, dövlət qeydiyyat nişanı olmayan mopedi dostunun yaşadığı E.Xəlilov küçəsi 69/75 ünvanının qarşısında saxlamışdır. Həmin ərəfələrdə onun maddi durumu yaxşı olmamışdır. Nurlanın mopedini oğurlamaq və satıb pul əldə etmək barədə qərara gəlmişdir. Bundan sonra o, yük avtomobilini axtarmağa başlamışdır ki, mopedi yük avtomobilə yükləyib aparsın. Lakin gecə olduğu üçün yük avtomaşını tapa bilməmişdir. Bundan sonra istifadə etdiyi mobil telefon vasitəsilə «Tap» az saytından yüklərin daşınması üçün «Pikap» markalı avtomobilin elanda oğluğunu görmüşdür. Həmin elandan «Pikap» markalı avtomobilin adını bilmədiyi sürücüsünün mobil nömrəsini götürərək, həmin nömrə ilə əlaqə saxlayaraq özünə məxsus mopedi Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən avtomobil bazarına aparması üçün sifariş vermişdir. 19 dekabr 2021-ci il tarixdə, təxminən saat 03:00 radələrində dövlət qeydiyyat nişanı yadında qalmayan «Pikap» markalı avtomobili E.Xəlilov küçəsi 69/75 ünvanın qarşısına gəlmişdir. Bundan sonra Nurlandan xəbərsiz həmin avtomobilin sürücü ilə birlikdə Nurlana məxsus mopedi «Pikap» markalı avtomobilin yük hissəsinə yerləşdirmişlər və Nizami rayonu, Babək prospektində yerləşən avtomobil bazarına gəlmişlər. Mopedi bazarının qarşısında avtomobildən düşürmüşlər. Sürücüyə 30 manat verib yola salmışdır. Mopedin açarları onda olmadığı üçün mopedi işə salmaq mümkün deyildi. Bu səbəbdən də səhər açılana qədər maşın bazarında olmuşdur ki, bazar açılan kimi mopedi ustaya aparsın və yeni açarlar düzəltdirsin. Səhər açılan kimi bazarın yaxınlığında yerləşən moped təmiri yerinə getmiş, orada adını bilmədiyi ustaya yaxınlaşaraq özünə məxsus mopedin açarlarmı itirdiyini deyib, yeni aşarlar düzəltməsini xahiş etmişdir. Həmin adını bilmədiyi usta mopedə açar düzəltmiş, ustaya zəhmət haqqı 15 manat verib oranı tərk etmişdir. 29 dekabr 2021-ci il tarixədək oğurladığı Nurlana məxsus mopedi sürmüş, həmin gün təxminən saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində Nurlana məxsus mopedlə hərəkətdə olan zaman Bakıxanov qəsəbəsi ərazisində yerləşən «Akkord» yaşayış binalarının yaxınlığında Sabunçu RPİ-in Post Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları ondan şübhələndiklərini deyib onlarla birlikdə Sabunçu RPİ-in 13-cü polis bölməsinə getməsini təklif etmişlər. O, da etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları onu mopedlə birlikdə Sabunçu RPİ-nin 13-cü polis bölməsinə təhvil vermişlər.Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs Nazim oğlu ifadəsində göstərmişdir ki, 19 dekabr 2021-ci il tarixdə, təxminən saat 02:45 radələrində idarə etdiyi özünə məxsus dəyəri 1.200 manat olan «Moon» markalı, dövlət qeydiyyat nişanı və 49.9 kb sm çox olmayan mühərriklə hərəkətə gətirilən mopedlə dostu Şamilin yaşadığı ünvan 2 ünvanın qarşısına gəlmişlər. Mopedi həmin ünvanm qarşısında saxlayaraq yaşadığı evə getmişdir. 20 dekabr 2021-ci il tarixdə, təxminən saat 00:30 radələrində mopedi saxladığı E. Xəlilov küçəsi 69/75 ünvanına mopedi götürmək üçün gəlmişdir. Lakin həmin vaxt mopedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq ona məxsus olan mopedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Sabunçu RPİ-in 13-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəlmişlər. 29 dekabr 2021-ci il tarixdə istifadə etdiyi mobil telefonuna tanımadığı nömrədən zəng gəlmişdir, zəng vuran şəxs özünü Sabunçu RPİ-in 13-cü Polis Bölməsinin əməkdaşı kimi təqdim edərək, ona məxsus olan «Moon» markalı mopedin tanıdığı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayılov Bakıxan Eldar oğlu ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq üçün «Ford Ranger» markalı, «az ** ZA ***» dövlət qeydiyyat nişanlı yük avtomobili idarə edir. Atasının səhhətində problemlər yarandığından ailəsini dolandırmaq üçün avtomobili o, idarə edir və yük daşıyır. 19 dekabr 2021-ci il tarixdə istifadə etdiyi mobil telefonuna tanımadığı «055 412 40 70» saylı mobil nömrədən zəng gəlmiş, zəng vuran şəxs onun mobil nömrəsini «Tap» az saytından götürdüyünü demişdir. ünvan 2 ünvandan özünə məxsus mopedi Babək prospektində yerləşən maşın bazarına aparmasını bildirmiş və gediş haqqı ona nə qədər ödəyəcəyini soruşmuşdur. O, da həmin şəxsə 30 manata apara biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxs ona Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 69/75 ünvanına gəlməsini bildirmişdir. O, da idarə etdiyi «Ford Ranger» markalı yük avtomobili ilə Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 69/75 ünvanına gəlmişdir. Orada adını bilmədiyi şəxs onu qarşılamış, həmin şəxs özünə məxsus olduğunu dediyi mopedi oun idarə etdiyi avtomobilin yük hissəsinə yerləşdirmiş və həmin şəxsi Nizami rayonu, Babək prospektində yerləşən maşın bazarına aparmışdır. Mopedi maşın bazarının qarşısında avtomobildən düşürmüş, həmin şəxs ona xidmət haqqı 30 manat vermiş və çıxıb getmişdir. O, da oradan uzaqlaşaraq yaşadığı eve getmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 04 fevral 2022-ci il tarixdə doldurulmuş tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)310/2023 saylı, 28 fevral 2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4, 128, 66.3-cü maddələri ilə təqsirli bilinib, 06 il, 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 17 mart 2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2017-ci il tarixli 2744 saylı «Əfv» sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)310/2023 saylı, 28 fevral 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 05 il, 06 ay müddətinə azadlıqdan məhhum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli hömü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəza ilə qismən toplanaraq, onun üzərində qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlınılmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/620 saylı, 22 fevral 2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 2019-cu il istehsallı üzərində «Yamaha brobers» yazıları olan, qara rəngli mopedin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 750.0 manat müəyyən edilir. Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Belə ki, Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsii ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sankisiyası həddində cəzalandırılmalıdır. İnsan Hüquqlarının və X3 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsada onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan 31 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 77). Cinayət işinin materiallarında olan 31 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (səh., 94). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvəllər məhkum olunmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrumetmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «09» iyul 2021-ci il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ilə «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)310/2023 saylı, 28 fevral 2023-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınmalı, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bir ədəd maddi sübut «Moon» markalı mopedin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 50 manat xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41NABZ0136010 **********944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci madəsinə əsasən 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunmuş cəza, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)310/2023 saylı, 28 fevral 2023-cü il tarixli hökmü ilə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «06» (altı) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «09» iyul 2021-ci il tarixindən hesablansın. Bir ədəd maddi sübut «Moon» markalı mopedin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. 50 manat xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41NABZ0136010 **********944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ilə «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)310/2023 saylı, 28 fevral 2023-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınsın, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-39/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-39/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver