Məhkəmə qərarları › İş №1(008)-39/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-39/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-39/2024 18.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - “Leqal hüquq” vəkil bürosunun vəkili Müdafiəçi4 və “Verdiktum” vəkil bürosunun vəkili Müdafiəçi6, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxx 1997-ci ildə Xocavənd rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi eməklə məşğul olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsi ilə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xocavənd rayonu, Kuropatkin kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilirlər ondan ötrü ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 noyabr 2022-ci il tarixdə, saat 02:30 radələrində saxlanc yeri olan "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən 3825 saylı marketin arxa plastik qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olub, oradan birinin qiyməti 5,83 manat olan 12 ədəd “Gillet blue 3” markalı 69,96 manat üz qırxan vasitə, birinin qiyməti 25 manat dəyərində və 5 litr çəkidə olan 6 ədəd 150 manat dəyərində “Sərfəli günəbaxan” yağı, biri 0,70 manat olan ümumi 25 ədəd 18 manat dəyərində 250 ml ölçüdə “Bizon” markalı içki, biri 12,52 manat olan “Molfix” markalı bir ədəd uşaq bezi, biri 3,16 manat olan 3 ədəd 9,48 manat dəyərində “Can bebe” markalı uşaq firması, biri 8,99 manat dəyərində olan bir ədəd “OMO” markalı 3 kq çəkidə olan yuyucu toz, biri 2,15 manat olan 11 ədəd 23,65 manat dəyərdə “Gillet blue 1” markalı üzqırxan vasitə, biri 0,85 qəpik dəyərdə 90 ədəd 76,5 manat dəyərində “Çakmak” markalı alışqan, 0,75 manat dəyərdə ümumi 20 ədəd 15 manat dəyərində “Tofita” markalı saqqız, 2000 manat dəyərində “SM-100” markalı elektron tərəzini gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə cəmi 2384,1 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 dekabr 2022-ci il tarixdə, saat 06 radələrində saxlanc yeri olan "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən 3825 saylı marketin qabaq plastik qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olub, oradan biri 3,39 manat olan 12 ədəd 40,68 manat dəyərində “Ariel HS” markalı 400 qram çəkidə yuyucu toz, biri 12,52 manat ümumi 1 ədəd “Molfix” markalı uşaq bezi, biri 12,52 manat dəyərdə 4 ədədi 50,08 qəpik olan “Molfix 6” markalı uşaq bezi, biri 6,29 manat olan 12 ədəd 75,48 manat dəyərdə “Ariel” markalı 1,5 kq çəkidə olan yuyucu toz, biri 6,29 manat olan “Ariel” markalı 1.5 kq çəkidə yuyucu toz, biri 9 manat olan bir ədəd “Poloryılmazlar” markalı 185,210 ölçülü battaniyə, biri 2,99 manat olan bir ədəd 4/6 ölçülü “Golden Daisy” markalı kilim, biri 2,99 manat dəyərdə bir ədəd 5/8 ölçülü “Golden Daisy” markalı kilim, biri 4,99 manat olan bir ədəd “Amanda” markalı yastıq, biri 3,49 manat “Golden Daisy” markalı yastıq üzü, biri 1,09 manat olan 3 ədəd 3,27 manat dəyərində “Merry” markalı 5 metr ölüçülü falqa, bir ədədi 1,9 manat olan iki ədəd 3,8 manat dəyərdə “Merry” markalı 10 metr ölçüdə streç, biri 6,8 manat olan 3 ədəd 20.4 manat dəyərdə “Final” markalı 0,9 litr çəkidə qarğıdalı yağı, biri 4,5 manat olan 2 ədəd 9 manat dəyərində “Final” markalı 0,9 litr çəkidə günəbaxan yağı, biri 7,29 manat olan iki ədəd 14,58 manat “Möcüzə” markalı bir litrlik qarğıdalı yağı, biri 10,99 manat dəyərində 3 ədəd 32,97 manat “Sərfəli” markalı 2 litrlik qarğıdalı yağı, 1 ədədi 10 manat olan 5 ədədi 50 manat 2 litr çəkidə “Final” markalı günəbaxan yağı, biri 15,25 manat olan 6 ədədi 91,5 manat olan 2 litrlik “Final” markalı qarğıdalı yağı, biri 29,4 manat olan 3 ədədi 88,2 manat olan “Final” markalı 4 litr çəkidə qarğıdalı yağı, biri 1 manat olan 5 ədəd 5 manat dəyərdə 250 ml çəkidə “Bizon Free” markalı içki, biri 4,19 manat olan bir ədəd “Şah” markalı 500 qramlıq bal, biri 3,99 manat dəyərdə bir ədəd “Al dad” markalı 450 qram çəkidə bal, biri 7 manat olan 4 ədəd 28 manat dəyərində “ROOC” markalı bıçaq dəsti, biri 2,6 manat dəyərində olan 2 ədəd 5,2 manat dəyərində “Maccoffe” markalı 50 qram çəkidə dəmir qabda qablaşdırılmış kofe, biri 8,95 manat olan 4 ədədi 35,8 manat dəyərdə “Jacobs” markalı 95 qram çəkidə şüşə qabda olan kofe, biri 7,25 manat dəyərində bir ədəd “Ülkər” markalı şokolad yağı, biri 1,6 manat olan bir ədəd “Ülkər” markalı 100 qram çəkidə şokolad yağı, biri 0,83 manat olan 8 ədəd 6,64 manat dəyərdə “Azovskaya” markalı 150 qram çəkidə “Kozinak” şirniyyatı, biri 2,85 manat olan 8 ədədi 22,8 manat dəyərdə “Azovskaya” markalı 280 qram çəkidə “Kozinak” şirniyyatı, bir ədədi 3 manat dəyərdə 500 qram çəkidə bir ədəd İran xurması, bir ədədi 1,28 manat dəyərdə bir ədəd 200 qramlıq narşərab, biri 2 manat olan bir ədəd 2,80 litr çəkidə plastik qabda qablaşmış “Bizim Bostan” markalı üzüm sirkəsi, biri 0,59 manat olan bir ədəd 0,45 litr çəkidə plastik qabda olan “Bizim Bostan” markalı üzüm sirkəsi, biri 0,18 manat olan 12 ədəd 2,16 manat dəyərdə “Qalina Blanka” 10 qramlıq toyuq bulyonu, biri 2,18 manat dəyərində 5 ədəd 10,9 manat deyərdə “Bizim Süd” markalı 1 litr çəkidə olan süd, biri 2,35 manat olan 3 ədədi 7,05 manat olan “Baltika-Kuller” markalı 500 ml pivə içkisi, biri 1,59 manat olan bir ədəd “Amanda” markalı dırnaqtutan ləvazimatı, bir kiloqramı 13 manat olan 6,582 kiloqram 85,566 manat dəyərdə qoz ləpəsi, bir ədədi 4,65 manat dəyərdə olan bir ədəd “Ananas” meyvəsi, bir ədədi 30 manat dəyərində olan 2 ədəd 60 manat dəyərdə süni şam ağacı, bir ədədi 3,49 manat dəyərdə 3 ədədi 10,47 manat olan “Pompeabito” markalı qadın üçün nəzərdə tutulan corab, biri 2,5 manat dəyərində bir ədəd “Pompeabito” markalı qadın üçün nəzərdə tutulan idman corab, biri 4,5 manat dəyərində 2 ədəd 9 manat dəyərdə “Pierluigi RGAGL” markalı kişi üçün nəzərdə tutulan corab, biri 3,49 manat dəyərdə bir ədəd “Pierluigi RGAG” markalı corab, biri 3,49 manat dəyərində 14 ədədi 48,86 manat olan “Pierluigi” markalı uşaq üçün nəzərdə tutulan corab, biri 2,49 manat olan bir ədəd Pompeabito markalı şəkilli uşaq corabı, biri 2,49 manat olan bir ədəd “Pierluigi” markalı uşaq üçün nəzərdə tutulan şəkilli corab, biri 17,67 manat olan 3 ədədi 53,01 manat dəyərdə “Yeni Zelandiya” markalı 1 kq çəkidə olan kərə yağını gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə cəmi 953,796 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 yanvar 2023-cü il tarixdə, saat 05 radələrində saxlanc yeri olan "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən 3825 saylı marketin qabaq plastik qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olub, oradan biri 4,19 manat olan 2 ədədi 8,38 manat “Blade” markalı 150 ml sprey, bir ədədi 6,69 manat olan 7 ədədi 46,83 manat deyərdə 150 ml “Nivea” markalı kişi üçün sprey, 1 ədədi 6,69 manat olan 4 ədəd 26,76 manat dəyərdə “Nivea” 150 ml qadın spreyi, bir ədədi 6,69 manat bir ədəd 150 ml çəkidə “Nivea” markalı qadın spreyi, bir ədədi 4,19 manat olan 3 ədəd 12,57 manat dəyərdə “Blade” markalı kişi spreyi, biri 6,89 manat dəyərdə olan 3 ədədi 20,67 manat dəyərdə 150 ml “Rexona” kişi spreyi, biri 6,89 manat olan 3 ədəd 20,67 manat olan 150 ml çəkidə “Rexona” markalı invizible iç kişi spreyi, biri 6.89 manat dəyərdə 2 ədəd 13,78 manat dəyərdə 150 ml çəkidə “Rexona” markalı qadın spreyi, biri 4,49 manat olan bir ədəd 150 ml çəkidə “Emotion” aquakiss markalı qadın spreyi, biri 4,49 manat dəyərdə olan bir ədəd “Emotion” natural breez 150 ml qadın spreyi, biri 6,69 manat dəyərdə 3 ədədi 20,07 manat dəyərdə “Nivea” markalı qadın spreyi, biri 6,69 manat olan 1 ədəd 150 ml “Nivea” markalı qadın spreyi, bir ədədi 6,69 manat olan 1 ədəd 150 ml “Nivea” markalı qadın spreyi, biri 5,669 manat dəyərdə bir ədəd “Head and Shoulders” markalı 200 ml saç şampunu, biri 5,19 manat olan bir ədəd “Pantene” markalı 250 ml çəkidə saç şampunu, biri 2,35 manat dəyərdə bir ədəd “Mis magic” markalı saç boyası, biri 4,99 manat olan bir ədəd “Garnier” markalı saç boyası, biri 4,99 manat olan 2 ədəd 9,98 manat dəyərdə “Garnier” markalı saç boyası, biri 4,49 manat dəyərində bir ədəd “Nevaton” markalı saç boyası, biri 5,85 manat dəyərdə 3 ədəd 17,55 manat olan 350 ml “Elidor” markalı saç balzamı, biri 6,15 manat 9 ədəd 55,35 manat dəyərdə “Elidor” markalı saç şampunu, biri 27,99 manat olan bir ədəd 5 kiloqram çəkidə “Ariel” markalı yuyucu toz, bir ədədi 13 manat dəyərdə 1 ədəd mikrofon oyuncaq, biri 7,29 manat olan 5 ədəd 36,45 manat “Möcüzə” markalı 1 litr çəkidə qarğıdalı yağı, biri 4,99 manat olan 5 ədəd 24,95 manat “Zolotoe Solnışko” markalı bir litrlik günəbaxan yağı, biri 6,73 manat olan 6 ədədi 40,38 manat dəyərdə “Sərfəli” markalı 1 litr çəkidə qarğıdalı yağı, biri 13,05 manat 6 ədədi 78,3 manat olan “Sərfəli” markalı 2 litrlik qarğıdalı yağı, biri 10 manat olan 3 ədəd 30 manat dəyərdə “Final” markalı 2 litrlik günəbaxan yağını gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə cəmi 555,419 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 yanvar 2023-cü il tarixdə, saat 05 radələrində saxlanc yeri olan "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən 3825 saylı marketin qabaq plastik qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olub, oradan biri 12,49 manat olan 2 ədədi 24,98 manat “Privace adiction” markalı 50 ml çəkidə qadın üçün ətir, bir ədədi 12,49 manat olan bir ədəd “Elegante” markalı qadın üçün nəzəndə tutulan ətir, biri 12,49 manat olan bir ədəd “Elegante” markalı qadın ətiri, bir ədədi 3,99 manat 3 ədəd 11,97 manat “Garnier” markalı 250 ml çəkidə saç şampunu, biri 5,19 manat olan 3 ədədi 15.57 manat dəyərdə “Pantene” markalı 250 ml saç şampunu, biri 5,69 manat olan 14 ədəd 79,66 manat dəyərdə “Head and Shoulders” markalı 200 ml saç şampunu, biri 5,85 manat bir ədəd “Elidor” markalı 350 ml balzam, biri 6,15 manat olan 2 ədəd 12,3 manat olan “Elidor” markalı 325 ml çəkidə saç şampunu, biri 4,89 manat olan 6 ədəd 29,34 manat dəyərdə 570 ml “İpək” markalı balzam, bir ədədi 7,85 manat olan 6 ədəd 47,1 manat dəyərdə “Pampers” markalı uşaq bezi, biri 9,99 manat olan 5 ədədi 49,95 manat olan “Molfix” markalı uşaq bezi, biri 6,99 manat olan 6 ədəd 41,94 manat dəyərdə “ARİEL” markalı 1,5 kq çəkidə yuyucu toz, bir ədədi 27,99 manat olan 4 ədədi 111,96 manat olan “Ariel” markalı 5 kq çəkidə yuyucu toz, biri 8,49 manat olan 2 ədədi 16,98 manat çəkidə “ŞEF MATİK” markalı 4,5 kq çəkidə yuyucu toz, biri 16 manat olan bir ədəd “Pervol” markalı 3 litrlik yuyucu maye, biri 2,6 manat dəyərdə bir ədəd “Zolotoe solnışko” 500 ml günəbaxan yağı, biri 2,79 manat bir ədəd 500 ml “Final” markalı günəbaxan yağı, biri 6,73 manat olan 2 ədəd 13,46 manat dəyərdə “Sərfəli” markalı qarğıdalı yağı,1 ədədi 7,48 manat olan 2 ədəd 14,96 manat “Zolotoe solnışko” 1 litr qarğıdalı yağı, 1 ədədi 4,99 manat dəyərdə 2 ədəd 9,98 manat dəyərdə “Zolotoe solnışko” 1 litr günəbaxan yağı, biri 6,8 manat dəyərdə bir ədəd “Final” markalı 0,9 litr qarğıdalı yağı, bir ədədi 4,5 manat 8 ədəd 36 manat dəyərdə “Final” markalı 0,9 litr günəbaxan yağı, bir ədədi 8,6 manat dəyərdə 3 ədədi 25.8 manat dəyərdə “Möcüzə” markalı qarğıdalı yağı, bir ədədi 6,2 manat bir ədəd “Diva” markalı 750 ml şampun, biri 7,8 manat olan 2 ədədi 15,6 manat “Azərbaycan” markalı 500 ml konyak, biri 3,5 manat olan 2 ədəd 7 manat dəyərdə “Şabran” markalı 750 ml çəkidə şərabı gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə cəmi 614,78 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 yanvar 2023-cü il tarixdə, saat 03 radələrində saxlanc yeri olan "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən 3825 saylı marketin qabaq plastik qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olub, oradan biri 9,99 manat olan 4 ədəd 39,96 manat olan “Molfix” markalı uşaq bezi, biri 6,69 manat olan bir ədəd 150 ml “Nivea” qadın spreyi, biri 4,19 manat olan 4 ədədi 16,76 manat dəyərdə “Blade” markalı 150 ml kişi spreyi, biri 29,4 manat olan bir ədəd “Final” markalı 4 litrlik qarğıdalı yağı, biri 4,75 manat olan 3 ədəd 14,25 manat “Sərfəli” markalı günəbaxan yağı, biri 8,6 manat dəyərdə 4 ədədi 34,4 manat olan “Möcüzə” markalı bir litrlik qarğıdalı yağı, bir ədədi 4,99 manat olan 3 ədədi 14,97 manat dəyərdə “Zolotoe solnışko” markalı bir litrlik günəbaxan yağı, bir ədədi 6,73 manat olan 5 ədədi 33,65 manat dəyərdə “Sərfəli” markalı 1 litr qarğıdalı yağı, bir ədədi 6,8 manat 2 ədədi 13,6 manat dəyərdə “Final” markalı 0,9 litr qarğıdalı yağı, bir ədədi 4,5 manat 10 ədəd 45 manat dəyərdə “Final” markalı 0,9 litr günəbaxan yağı, biri 7,48 manat 2 ədədi 14,96 manat “Zolotoe solnışko” markalı bir litrlik qarğıdalı yağı, biri 0,85 manat dəyərdə 14 ədəd 11,9 manat “Çakmak” markalı alışqan, biri 1,5 manat olan 5 ədəd 7,5 manat olan “Çakmak” markalı mətbəx alışqanı, biri 4 manat olan 8 ədədi 32 manat olan telefon cərəyanı üçün başlıq, biri 2,5 manat dəyərdə 2 ədədi 5 manat olan şarj aparatı, biri 6,69 manat olan 4 ədəd 26,76 manat “Nivea” markalı kişi spreyi, bir ədədi 3,99 mant olan 5 ədəd 19,95 manat “Garnier” markalı 250 ml şampun, biri 2,39 manat olan bir ədəd “Olentia” markalı 2500 ml maye sabun, bir kiloqramı 1,39 manat olan 3 kq 4.17 manat dəyərində portağalı gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə cəmi 373,31 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,466 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 13 yanvar 2023-cü il tarixdə, saat 17:52 radələrində Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respblikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulub, Sabunçu RPİ-nin MSY-yə təhvil verillərək RPİ-nin MSY-nin əməkdaşları tərəfindən onun üzərinə aparılan şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan balaca cibindən həmin 01 bükümdə ümumi təmiz çəkisi 0,466 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər oğurluq etməyə və narkotik vasitələrdən istifadə etməyə görə məhkum edilmişdir. Həbsdən azad olunduqdan sonra taksi fəaliyyəti ilə məşğul olmuş, lakin, əldə etdiyi qazanc gündəlik xərclərini ödəmədiyi üçün və pula ehtiyacı yarandığına görə oğurluq etməyi qərara almışdır. O, 12 noyabr 2022 tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə görüşərək ona Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən "xxxx" mağazasında oğurluq etməyi təklif etmiş, Təqsirləndirilən şəxs2 etiraz etməyərək onunla razılaşmışdır. Həmin gün, yəni, 12 noyabr 2022 tarixdə, saat 02:30 radələrində onlar birlikdə oğurluq etməyi planlaşdırdıqları "xxxx" mağazasına getmiş, təpiklə mağazanın plastik qapısını sındıraraq içəri daxil olmuşlar. Mağazada axtarış apararaq oradan müxtəlif sayda üz qırxan vasitə, günəbaxan yağı, enerji içkisi, uşaq bezi, yuyucu toz, alışqan, saqqız və 01 ədəd elekron tərəzi götürərək avtomobilə yığıb oradan uzaqlaşmışlar. O, oğurladığı məhsulları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən marketə apararaq orada özünə məxsus marketin bağlandığını bildirməklə ümumilikdə 328 manata satmış, elektron tərəzi isə Təqsirləndirilən şəxs2 qalmışdır. O, daha sonra Təqsirləndirilən şəxs2 ilə görüşərək oğurluqdan əldə edilən pulun 150 manatını ona vermişdir. O, 29 dekabr 2022-ci il, 02 yanvar 2023-cü il, 04 yanvar 2023-cü il tarixlərdə təkrarən Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən "xxxx" mağazasına gedərək ön plastik qapının kilidini təpiklə sınıdırıb içəri daxil olmuş, marka və sayını unutduğu yüngül və yeyinti məhsullarını oğurlayaraq avtomobilinə yığıb oradan uzaqlaşmışdır. O, oğurluq yolu ilə əldə etdiyi məhsulların bir qismini 29 dekabr 2022-ci il tarixdə 290 manata, 02 yanvar 2023-cü il tarixdə 225 manata və 04 yanvar 2023-cü il tarixdə 170 manata Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən marketə apararaq orada özünə məxsus marketin bağlandığını bildirməklə satmış, geri qalan hissəsini isə 05 yanvar 2023-cü il və 07 yanvar 2023-cü il tarixlərdə adını xatırlmadığı qadına ümumilikdə 79 manata satmışdır. O, 08 yanvar 2023cü il tarixdə yenidən Təqsirləndirilən şəxs2 ilə birlikdə "xxxx" MMC-yə məxsus mağazadan oğurluq etmiş, oğurladıqları əşyaları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən marketə apararaq orada özünə məxsus marketin bağlandığını bildirməklə satmış, əldə etdikləri puldan 60 manatı Təqsirləndirilən şəxs2 vermişdir. Bütün epizodlar üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyan tərəfindən ödənilmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamlarda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, 10 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan tanışı Şahid3 evində olduğu zaman Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları evə daxil olaraq onu saxlamış, ilk öncə oğurluq faktı ilə bağlı evdə axtarış keçirilmiş, lakin, hər hansı sübut aşkar edilməmişdir. Həmçinin, bununla bağlı, Şahid3 sorğu-sual edilmiş, Şahid3 yaşadığı evə onun tərəfindən hər hansı dəyərli əşyanın gətirilmədiyi bildirilmişdir. Bundan əlavə, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bundan sonra Sabunçu RPİ-nin 12-ci PŞ-yə aparılmışdır. Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixi təzyiqə məruz qalmış, üzərində narkotik vasitə olmamasına, həmçinin, oğurluq əməllərini törətməməsinə baxmayaraq polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. 13 yanvar 2023-cü il tarixdə, Sabunçu RPİ-nin MSY-yə təhvil verilmiş, üzərində narkotik vasitə olmamasına baxmayaraq Sabunçu RPİ-nin MSY-nin əməkdaşları tərəfindən onun üzərinə aparılan şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan balaca cibindən həmin 01 bükümdə ümumi təmiz çəkisi 0,466 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsinə dair sənədləşmə aparılmışdır. Özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmişdir. Həmin ifadəsində Nümayəndə bildirmişdir ki, o, 11 noyabr 2022-ci il tarixdə, saat 22 radələrində mağazanı bağlayıb evə getmiş, 12 noyabr 2022-ci il tarixdə saat 08 radələrində mağazaya gəlmiş və aşkar etmişdir ki, mağazanın arxa plastik qapısının kilidini sındıran naməlum şəxs mağazaya qanunsuz daxil olmuş və oradan birinin qiyməti 5,83 manat olan 12 ədəd “Gillet blue 3” markalı 70 manat üz qırxan vasitə, birinin qiyməti 25 manat dəyərində ve 5 litr çəkidə olan 6 ədəd olan 150 manat dəyərində “Sərfəli günəbaxan yağı, biri 0,70 manat olan ümumi 25 ədəd 18 manat dəyərində 250 ml ölçüdə “Bizon” markalı içki, biri 12,52 manat olan “Molfix” markalı bir ədəd uşaq bezi, biri 3,16 manat olan 3 ədəd 9,5 manat dəyərində “Can bebe” markalı uşaq firması, biri 8,99 manat dəyərində olan bir ədəd “OMO” markalı 3 kq çəkidə olan yuyucu toz, biri 2,15 manat olan 11 ədəd 23,65 manat dəyərdə “Gillet blue 1” markalı üzqırxan vasitə, biri 0,85 qəpik dəyərdə 90 ədəd 76,5 manat dəyərində “Çakmak” markalı alışqan, 0,75 manat dəyərdə ümumi 20 əded 15 manat dəyərində “Tofita” markalı saqqız, 2000 manat dəyərində “SM-100” markalı elekron tərəzi oğurlanmışdır. O, dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və 12-ci PŞ-yə ərizə yazmışdır. Hadisə nəticəsində ona 2390 manat maddi ziyan dəymişdir. Kamera görüntüsünə baxış zamanı mağazaya iki nəfər orta yaşlı gəncin daxil olaraq oğurluq etməsini aşkar etmişdir. 29 dekabr 2022-ci il tarixdə, saat 06 radələrində baş verən oğurluq zamanı bir nəfər naməlum şəxs qabaq plastik qapının kilidini sındırıb mağazaya daxil olub oradan biri 3,39 manat olan 12 ədəd 40,68 manat dəyərində “Ariel HS” markalı 400 qram çəkidə yuyucu toz, biri 12,52 manat ümumi 1 ədəd “Molfix” markalı uşaq bezi, biri 12,52 manat dəyərdə 4 ədədi 50,08 qəpik olan “Molfix 6” markalı uşaq bezi, biri 6,29 manat olan 12 ədəd 75,48 manat dəyərdə “Ariel” markalı 1,5 kq çəkidə olan yuyucu toz, biri 6,29 manat olan “Ariel” markalı 1.5 kq çəkidə yuyucu toz, biri 9 manat olan bir ədəd “Poloryılmazlar” markalı 185,210 ölçülü battaniyə, biri 2,99 manat olan bir ədəd 4/6 ölçülü “Golden Daisy” markalı kilim, biri 2,99 manat dəyərdə bir ədəd 5/8 ölçülü “Golden Daisy” markalı kilim, biri 4,99 manat olan bir ədəd “Amanda” markalı yastıq, biri 3,49 manat “Golden Daisy” markalı yastıq üzü, biri 1,09 manat olan 3 ədəd 3,27 manat dəyərdə “Merry” markalı 5 metr ölüçülü falqa, bir ədədi 1,9 manat olan iki ədəd 3,8 manat dəyərdə “Merry” markalı 10 metr ölçüdə streç, biri 6,8 manat olan 3 ədəd 20.4 manat dəyərdə “Final” markalı 0,9 litr çəkidə qarğıdalı yağı, biri 4,5 manat olan 2 ədəd 9 manat dəyərində “Final” markalı 0,9 litr çəkidə günəbaxan yağı, biri 7,29 manat olan iki ədəd 14,58 manat “Möcüzə” markalı bir litrlik qarğıdalı yağı, biri 10,99 manat dəyərində 3 ədəd 32,97 manat “Sərfəli” markalı 2 litrlik qarğıdalı yağı, 1 ədədi 10 manat olan 5 ədədi 50 manat 2 litr çəkidə “Final” markalı günəbaxan yağı, biri 15,25 manat olan 6 ədədi 91,5 manat olan 2 litrlik “Final” markalı qarğıdalı yağı, biri 29,4 manat olan 3 ədədi 88,2 manat olan “Final” markalı 4 litr çəkidə qarğıdalı yağı, biri 1 manat olan 5 ədəd 5 manat dəyərdə 250 ml çəkidə “Bizon Free” markalı içki, biri 4,19 manat olan bir ədəd “Şah” markalı 500 qramlıq bal, biri 3,99 manat dəyərdə bir ədəd “Al dad” markalı 450 qram çəkidə bal, biri 7 manat olan 4 ədəd 28 manat dəyərində “ROOC” markalı bıçaq dəsti, biri 2,6 manat dəyərində olan 2 ədəd 5,2 manat dəyərdə “Maccoffe” markalı 50 qram çəkidə dəmir qabda qablaşdırılmış kofe, biri 8,95 manat olan 4 ədədi 35,8 manat dəyərdə “Jacobs” markalı 95 qram çəkidə şüşə qabda olan kofe, biri 7,25 manat dəyərdə bir ədəd “Ülkər” markalı şokolad yağı, biri 1,6 manat olan bir ədəd “Ülkər” markalı 100 qram çəkidə şokolad yağı, biri 0,83 manat olan 8 ədəd 9,6 manat dəyərdə “Azovskaya” markalı 150 qram çəkidə “Kozinak” şirniyyatı, biri 2,85 manat olan 8 ədədi 22,8 manat dəyərdə “Azovskaya” markalı 280 qram çəkidə “Kozinak” şirniyyatı, bir ədədi 3 manat dəyərdə 500 qram çəkidə bir ədəd İran xurması, bir ədədi 1,28 manat dəyərdə bir ədəd 200 qramlıq narşərab, biri 2 manat olan bir ədəd 2,80 litr çəkidə plastik qabda qablaşmış “Bizim Bostan” markalı üzüm sirkəsi, biri 0,59 manat olan bir ədəd 0,45 litr çəkidə plastik qabda olan “Bizim Bostan” markalı üzüm sirkəsi, biri 0,18 manat olan 12 ədəd 2,16 manat dəyərdə “Qalina Blanka” 10 qramlıq toyuq bulyonu, biri 2,18 manat dəyərində 5 ədəd 10,9 manat dəyərdə “Bizim Süd” markalı 1 litr çəkidə olan süd, biri 2,35 manat olan 3 ədədi 7,35 manat olan “Baltika – Kuller” markalı 500 ml pivə içkisi, biri 1,59 manat olan bir ədəd “Amanda” markalı dırnaqtutan ləvazimatı, bir kiloqramı 13 manat olan 6,582 kiloqram 85,566 manat dəyərdə qoz ləpəsi, bir ədədi 4,65 manat dəyərdə olan bir ədəd “Ananas” meyvəsi, bir ədədi 30 manat dəyərində olan 2 ədəd 60 manat dəyərdə süni şam ağacı, bir ədədi 3,49 manat dəyərdə 3 ədədi 10,47 manat olan “Pompeabito” markalı qadın üçün nəzərdə tutulan corab, biri 2,5 manat dəyərində bir ədəd “Pompeabito” markalı qadın üçün nəzərdə tutulan idman corab, biri 4,5 manat dəyərində 2 ədəd 9 manat dəyərdə “Pierluigi RGAGL” markalı kişi üçün nəzərdə tutulan corab, biri 3,49 manat dəyərdə bir ədəd “Pierluigi RGAG” markalı corab, biri 3,49 manat dəyərində 14 ədədi 48,86 manat olan “Pierluigi” markalı uşaq üçün nəzərdə tutulan corab, biri 2,49 manat olan bir ədəd Pompeabito markalı şəkilli uşaq corabı, biri 2,49 manat olan bir ədəd “Pierluigi” markalı uşaq üçün nəzərdə tutulan şəkilli corab, biri 17,67 manat olan 3 ədədi 53,01 manat dəyərdə “Yeni Zelandiya” markalı 1 kq çəkidə olan kərə yağı oğurlanmışdır. Nəticədə 960,62 manat maddi ziyan dəymişdir. 02 yanvar 2023-cü il tarixdə səhər radələrində qabaq plastik qapını sındıran naməlum şəxs oradan biri 4,19 manat olan 2 ədədi 8,38 manat “Blade” markalı 150 ml sprey, bir ədədi 6,69 manat olan 7 ədədi 46,83 manat deyərdə 150 ml “Nivea” markalı kişi üçün sprey, 1 ədədi 6,69 manat olan 4 ədəd 26,76 manat dəyərdə “Nivea” 150 ml qadın spreyi, bir ədədi 6,69 manat bir ədəd 150 ml çəkidə “Nivea” markalı qadın spreyi, bir ədədi 4,19 manat olan 3 ədəd 12,57 manat dəyərdə “Blade” markalı kişi spreyi, biri 6,89 manat dəyərdə olan 3 ədədi 20,67 manat dəyərdə 150 ml “Rexona” kişi spreyi, biri 6,89 manat olan 3 ədəd 20,67 manat olan 150 ml çəkidə “Rexona” markalı invizible iç kişi spreyi, biri 6.89 manat dəyərdə 2 ədəd 13,78 manat dəyərdə 150 ml çəkidə “Rexona” markalı qadın spreyi, biri 4,49 manat olan bir ədəd 150 ml çəkidə “Emotion” aquakiss markalı qadın spreyi, biri 4,49 manat dəyərdə olan bir ədəd “Emotion” natural breez 150 ml qadın spreyi, biri 6,69 manat dəyərdə 3 ədədi 20,07 manat dəyərdə “Nivea” markalı qadın spreyi, biri 6,69 manat olan 1 ədəd 150 ml “Nivea” markalı qadın spreyi, bir ədədi 6,69 manat olan 1 ədəd 150 ml “Nivea” markalı qadın spreyi, biri 5,669 manat dəyərdə bir ədəd “Head and Shoulders” markalı 200 ml saç şampunu, biri 5,19 manat olan bir ədəd “Pantene” markalı 250 ml çəkidə saç şampunu, biri 2,35 manat dəyərdə bir ədəd “Mis magic” markalı saç boyası, biri 4,99 manat olan bir ədəd “Garnier” markalı saç boyası, biri 4,99 manat olan 2 ədəd 9,98 manat dəyərdə “Garnier” markalı saç boyası, biri 4,49 manat dəyərində bir ədəd “Nevaton” markalı saç boyası, biri 5,85 manat dəyərdə 3 ədəd 17,55 manat olan 350 ml “Elidor” markalı saç balzamı, biri 6,15 manat 9 ədəd 55,35 manat dəyərdə “Elidor” markalı saç şampunu, biri 27,99 manat olan bir ədəd 5 kiloqram çəkidə “Ariel” markalı yuyucu toz, bir ədədi 13 manat dəyərdə 1 ədəd mikrofon oyuncaq, biri 7,29 manat olan 5 ədəd 36,45 manat “Möcüzə” markalı 1 litr çəkidə qarğıdalı yağı, biri 4,99 manat olan 5 ədəd 24,95 manat “Zolotoe Solnışko” markalı bir litrlik günəbaxan yağı, biri 6,73 manat olan 6 ədədi 40,38 manat dəyərdə “Sərfəli” markalı 1 litr çəkidə qarğıdalı yağı, biri 13,05 manat 6 ədədi 78,3 manat olan “Sərfəli” markalı 2 litrlik qarğıdalı yağı, biri 10 manat olan 3 ədəd 30 manat dəyərdə “Final” markalı 2 litrlik günəbaxan yağı oğurlanmış 555,44 manat maddi ziyan dəymişdir. 04 yanvar 2023 tarixdə 05 radələrində mağazadan eyni üsulla naməlum şəxs biri 12,49 manat olan 2 ədədi 24,98 manat “Privace adiction” markalı 50 ml çəkidə qadın üçün ətir, bir ədədi 12,49 manat olan bir ədəd “Elegante” markalı qadın üçün nəzəndə tutulan ətir, biri 12,49 manat olan bir ədəd “Elegante” markalı qadın ətiri, bir ədədi 3,99 manat 3 ədəd 11,97 manat “Garnier” markalı 250 ml çəkidə saç şampunu, biri 5,19 manat olan 3 ədədi 15.57 manat dəyərdə “Pantene” markalı 250 ml saç şampunu, biri 5,69 manat olan 14 ədəd 79,66 manat dəyərdə “Head and Shoulders” markalı 200 ml saç şampunu, biri 5,85 manat bir ədəd “Elidor” markalı 350 ml balzam, biri 6,15 manat olan 2 ədəd 12,3 manat olan “Elidor” markalı 325 ml çəkidə saç şampunu, biri 4,89 manat olan 6 ədəd 29,34 manat dəyərdə 570 ml “İpək” markalı balzam, bir ədədi 7,85 manat olan 6 ədəd 47,1 manat dəyərdə “Pampers” markalı uşaq bezi, biri 9,99 manat olan 5 ədədi 49,95 manat olan “Molfix” markalı uşaq bezi, biri 6,99 manat olan 6 ədəd 41,94 manat dəyərdə “ARİEL” markalı 1,5 kq çəkidə yuyucu toz, bir ədədi 27,99 manat olan 4 ədədi 111,96 manat olan “Ariel” markalı 5 kq çəkidə yuyucu toz, biri 8,49 manat olan 2 ədədi 16,98 manat çəkidə “ŞEF MATİK” markalı 4,5 kq çəkidə yuyucu toz, biri 16 manat olan bir ədəd “Pervol” markalı 3 litrlik yuyucu maye, biri 2,6 manat dəyərdə bir ədəd “Zolotoe solnışko” 500 ml günəbaxan yağı, biri 2,79 manat bir ədəd 500 ml “Final” markalı günəbaxan yağı, biri 6,73 manat olan 2 ədəd 13,46 manat dəyərdə “Sərfəli” markalı qarğıdalı yağı,1 ədədi 7,48 manat olan 2 ədəd 14,96 manat “Zolotoe solnışko” 1 litr qarğıdalı yağı, 1 ədədi 4,99 manat dəyərdə 2 ədəd 9,98 manat dəyərdə “Zolotoe solnışko” 1 litr günəbaxan yağı, biri 6,8 manat dəyərdə bir ədəd “Final” markalı 0,9 litr qarğıdalı yağı, bir ədədi 4,5 manat 8 ədəd 36 manat dəyərdə “Final” markalı 0,9 litr günəbaxan yağı, bir ədədi 8,6 manat dəyərdə 3 ədədi 25.8 manat dəyərdə “Möcüzə” markalı qarğıdalı yağı, bir ədədi 6,2 manat bir ədəd “Diva” markalı 750 ml şampun, biri 7,8 manat olan 2 ədədi 15,6 manat “Azərbaycan” markalı 500 ml konyak, biri 3,5 manat olan 2 ədəd 7 manat dəyərdə “Şabran” markalı 750 ml çəkidə şərab oğurlanmış və 629,77 manat ona maddi ziyan dəymişdir. 08 yanvar 2023 tarixdə eyni üsulla iki nəfər naməlum şəxs 03 radələrində mağazadan biri 9,99 manat olan 4 ədəd 39,96 manat olan “Molfix” markalı uşaq bezi, biri 6,69 manat olan bir ədəd 150 ml “Nivea” qadın spreyi, biri 4,19 manat olan 4 ədədi 16,76 manat dəyərdə “Blade” markalı 150 ml kişi spreyi, biri 29,4 manat olan bir ədəd “Final” markalı 4 litrlik qarğıdalı yağı, biri 4,75 manat olan 3 ədəd 14,25 manat “Sərfəli” markalı günəbaxan yağı, biri 8,6 manat dəyərdə 4 ədədi 34,4 manat olan “Möcüzə” markalı bir litrlik qarğıdalı yağı, bir ədədi 4,99 manat olan 3 ədədi 14,97 manat dəyərdə “Zolotoe solnışko” markalı bir litrlik günəbaxan yağı, bir ədədi 6,73 manat olan 5 ədədi 33,65 manat dəyərdə “Sərfəli” markalı 1 litr qarğıdalı yağı, bir ədədi 6,8 manat 2 ədədi 13,6 manat dəyərdə “Final” markalı 0,9 litr qarğıdalı yağı, bir ədədi 4,5 manat 10 ədəd 45 manat dəyərdə “Final” markalı 0,9 litr günəbaxan yağı, biri 7,48 manat 2 ədədi 14,96 manat “Zolotoe solnışko” markalı bir litrlik qarğıdalı yağı, biri 0,85 manat dəyərdə 14 ədəd 11,9 manat “Çakmak” markalı alışqan, biri 1,5 manat olan 5 ədəd 7,5 manat olan “Çakmak” markalı mətbəx alışqanı, biri 4 manat olan 8 ədədi 32 manat olan telefon cərəyanı üçün başlıq, biri 2,5 manat dəyərdə 2 ədədi 5 manat olan şarj aparatı, biri 6,69 manat olan 4 ədəd 26,76 manat “Nivea” markalı kişi spreyi, bir ədədi 3,99 mant olan 5 ədəd 19,95 manat “Garnier” markalı 250 ml şampun, biri 2,39 manat olan bir ədəd “Olentia” markalı 2500 ml maye sabun, bir kiloqramı 1,39 manat olan 3 kq 4.17 manat dəyərində portağal oğurlanmış və 373,81 manat maddi ziyan dəymişdir. Ümumilikdə 12 noyabr 2022-ci il 08 yanvar 2023-cü il aralığında 5 dəfə mağazaya daxil olan şəxs (şəxslər) 4909,64 manat maddi ziyan vurmuş, bir şəxs 5 dəfə, ikinci şəxs isə 2 dəfə yəni, 12 noyabr 2022-ci il və 08 yanvar 2023-cü il tarixində mağazaya oğurluğa girmişdir, yerişi və boyu ilə onların eyni adam olması tam aydın görünür. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 10 ildir tanıyır və yaxın münasibətləri olmuşdur. 10 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin 6-7 polis əməkdaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən evə gələrək oğurluq faktı ilə bağlı axtarış keçirmiş, lakin, sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən ondan Təqsirləndirilən şəxs2 yaşadıqları ünvana dəyərli əşya gətirib-gətirməməsi soruşulmuş, o, Təqsirləndirilən şəxs2 evə hər hansı dəyərli əşya gətirmədiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən yaşadıqları evdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən Sabunçu RPİ-nin 12-ci PŞ-yə aparılmış, o, Təqsirləndirilən şəxs2 barəsində məlumat almaq məqsədi ilə Sabunçu RPİ-nin 12-ci PŞ-nin “Bəxtiyar” adlı əməkdaşının istifadəsində olan mobil nömrəni almışdır. 11 yanvar 2023-cü il tarixdə, saat 02-03 radələrində Təqsirləndirilən şəxs2 öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində olduğunu bildirmiş, o, özü də bir neçə dəfə “Bəxtiyar” adlı polis əməkdaşı ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs2 barədə məlumat almışdır. 12 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 üçün Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə yemək aparmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı izahatı alınarkən müstəntiqə Təqsirləndirilən şəxs2 Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən 10 yanvar 2023-cü il tarixdə saxlanıldığı bildirmiş, lakin, müstəntiq tərəfindən tarix təhrif edilərək Təqsirləndirilən şəxs2 13 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 14-cü Mədən, Əmrulla Əliyev küçəsində 10 kvadratmetr sahəsi olan tikilidə, daha dəqiqi evindən açılan pəncərədən mağaza işlədir. Şahid1 onun qonşusudur. 2023-cü ilin yanvar ayının əvvəllərində Şahid1 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə onun mağazasına gələrək Təqsirləndirilən şəxs1 məxsus obyektin bağlandını, qida məhsullarını münasib qiymətə satdığını bildirmiş, o, malların oğurluq yolu əldə edildiyindən şübhələnmədiyi üçün Təqsirləndirilən şəxs1 bir neçə qarğıdalı yağı almış, müqabilində təxminən 26-28 manat ödəniş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin MSY-nin polis nəfəri Şahid5 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsini təsdiq edərək, hadisən xeyli müddət ötdüyü üçün ifadəsini xatırlmadığını bildirdi. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş cinayət işinin ibitdai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsindən görünür ki, o, Sabunçu RPİ-nin MSY-də polis nəfəri vəzifəsində işləyir, polis baş serjantı rütbəsi daşıyır. 13 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində Sabunçu RPİ-nin MSY-nin polis nəfəri, polis serjantı X6 ilə birlikdə xidmətdə olarkən ********* nömrəli cinayət işi üzrə tutma protokoluna əsasən saxlanılan şəxs Köçərli X8 RPİ-nin MSY-yə təhvil verilmiş, MSY-nin nizamnaməsinə uyğun olaraq həmin şəxsdən üzərində hər hansı əşya olub-olmadığını soruşulduqda, o, üzərində psixotrop maddə olduğunu bildirmişdir. Dərhal bu barədə raportla Sabunçu RPİ-nin rəisinin adına məruzə edilmiş, həmin zaman şəxs onlar tərəfindən ciddi nəzarətdə saxlanıldığına görə o, üzərindəki əşyanı özündən kənara ata bilməmişdir. Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilmiş, protokolda olan müdafiəçi yenidən ona təqdim edilmiş, daha sonra Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısının və onların iştirakı ilə xahişinə əsasən müdafiəçi olmadan Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs2 könüllü olaraq əynində olan qara rəngli cins şalvarının sağ balaca yan cibindən bir büküm metamfetamini çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X1 ifadəsindən görünür ki, o, Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maşatağa qəsəbəsi ərazisində yaşayır. Təqsirləndirilən şəxs1 bir neçə ildir tanıyır. 2023-cü ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ona zəng edərək dostuna məxsus mağazanın bağlanması ilə əlaqədar müxtəlif çəkidə qarğıdalı və günəbaxan yağlarının olduğunu bildirərək, həmin məhsulları harada sata biləcəklərini soruşmuşdur. O, Təqsirləndirilən şəxs1 Aynur adlı xanımın işlətdiyi mağazaya sata biləcəklərini demişdir. O, Təqsirləndirilən şəxs1 ilə görüşərək Aynurun işlətdiyi mağazaya getmiş, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə olan yağları Aynura satmışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə ayrı-ayrı vaxtalrda "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən marketdən oğurluq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Albalılıq” yaşayış massivində yerləşən “Rəhman" marketdə satıcı işləyir. Təqsirləndirilən şəxs1 işlədiyi mağazanın müştərisi olaraq tanıyıb. 12 noyabr 2022-ci il tarixdə və 2023-cü ilin əvvəllərində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Prius” markalı avtomobillə onun işlədiyi marketə gələrək müxtəlif növ yüngül və yeyinti məhsullarını gətirib, dostuna məxsus mağazanın bağlandığını, bu səbəbdən, həmin məhsulları satmaq istədiyni bildirmişdir. O, həmin məhsulları alaraq Təqsirləndirilən şəxs1 dəqiq xatırlamadığı məbləğdə ödəniş etmişdir. O, aldığı məhsulun bir qismini satmış, geri qalan hissəsini isə məhsulların oğurluq olduğunu bildikdən sonra könüllü surətdə polis əməkdaşlarına təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 17-18-ci vərəqələrində olan 13 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Şahid5 və X1 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarının sağ yan balaca cibindən 01 bükümdə ağ rəngli, kristal şəkilli maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 30-cu vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 110 (yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 31-32-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/232 nömrəli, 14 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,466 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra metamfetaminin qalıq çəkisi 0.416 qramdır. Cinayət işinin 1-ci cildinin 189-cu vərəqəsində olan 13 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 13 yanvar 2023-cü il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 209-cu vərəqəsində olan 13 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 13 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 237-238-ci vərəqəsində olan 14 yanvar 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən 3825 saylı marketdə baş vermiş oğurluq hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 1-ci cildinin 239-240-cı vərəqəsində olan 14 yanvar 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən 3825 saylı marketdə baş vermiş oğurluq hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 1-ci cildinin 242-ci vərəqəsində olan 14 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.416 qram metamfetamin məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 244-cü vərəqəsində olan 14 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 60-66-cı vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-28/2023 nömrəli, 15 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlama müssətinin əvvəli 13 yanvar 2023-cü il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 67-71-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-29/2023 nömrəli, 15 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsdə saxlama müssətinin əvvəli 13 yanvar 2023-cü il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 74-cü vərəqəsində olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı övladı var. Cinayət işinin 2-ci cildinin 101-107-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-336/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsi ilə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 2-ci cildinin 131-132-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika NarkoloJi X4-NarkoloJi Tibbi Yoxlama ekspert komissiyasının 353 nömrəli, 24 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixomulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 134-cü vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 10 (on) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 135-136-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/394 nömrəli, 17 fevral 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqatına təqdim edilmiş “SM” markalı elektron tərəzi 300 manat, 2 litrlik “Sərfəli” qarğıdalı yağı 13 manat, 1,5 kq çəkidə “Ariel” yuyucu tozu 10.7 manat, “Molfix” pampers 13 manat, 1 litrlik “Sərfəli” yağı 6,70 manat, “Blade” markalı sprey 3.5 manat, 350 ml “Elidor” markalı saç balzamı 5.4 manat, 1 litrlik “Sərfəli” qarğıdalı 6.7 manat, 1 litr olan günəbaxan yağı 4 manat, “Gold Şabran” markalı şərab 5 manat müəyyən olunur. Ümumilikdə 457,5 manat müəyyən edilir. Cinayət işinin 2-ci cildinin 138-139-cu vərəqəsində olan 26 mart 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, “SM” markalı elektron tərəzi, 03 ədəd 2 litrlik “Sərfəli” qarğıdalı yağı, 02 ədəd 1,5 kq çəkidə “Ariel” yuyucu tozu, 03 ədəd “Molfix” pampers 03 ədəd 1 litrlik “Sərfəli” qarğıdalı yağı, 01 ədəd “Blade” markalı sprey, 01 ədəd “Elidor” markalı saç balzamı, 03 ədəd 1 litrlik “Sərfəli” qarğıdalı yağı, 01 ədəd “Sərfəli” qarğıdalı, 01 ədəd “Gold Şabran” markalı şərab cinayət işi üzrə maddi sübut kimi tanınaraq zərəçəkmiş şəxs X5 təhvil verilmişdir. Cinayət işinin 3-cü cildinin 64-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 3-16-17/38/2- 2226/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 16 yanvar 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinə zamanı sağ qulaq pərdəsində perforasiya (pərdənin tamlığının pozulması) müşahidə olunmuşdur. Cinayət işinin 3-cü cildinin 137-145-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-449/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddətinin uzadılmasına dair təqdimat təmin edilməmiş, o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 3-cü cildinin 146-cı vərəqələrində olan 07 iyun 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 98-99-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 yanvar 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsi ilə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixlii qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 100-cü vərəqəsində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 yanvar 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 742/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 742/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobiln telefon nömrələrinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi kimin adına və hansı müddətdə aktiv balansda olması, həmin dövrdə qeyd olunan mobil telefonlardan hansı nömrəli mobil və ya sabit (stasionar) telefonlara zəng edilməsi və zəng qəbul olunması, həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatlar, həmçinin həmin nömrələr olan mobil telefona daxil və xaric olmuş SMS mətnləri və anten dairəsi barədə məlumatların əldə edilməsi məqsədi ilə "xxxx" MMC-yə və "xxxx" MMC-nə sorğu verilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 742/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə şahidlər Sabunçu Rayon Polis İdarəsinin MSY-nın əməkdaşları Şahid5 istifadəsində olan ***-***-**-** saylı və X1 istifadəsində olan ***-***-**-** saylı mobiln telefon nömrəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək kimin adına və hansı müddətdə aktiv balansda olması, həmin dövrdə qeyd olunan mobil telefonlardan hansı nömrəli mobil və ya sabit (stasionar) telefonlara zəng edilməsi və zəng qəbul olunması, həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatlar, həmçinin həmin nömrələr olan mobil telefona daxil və xaric olmuş SMS mətnləri və anten dairəsi barədə məlumatların əldə edilməsi məqsədi ilə "xxxx" MMC-yə sorğu verilmişdir. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin AZF/LGL-6903/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli məktubu və ona əlavə olunuş məlumatlardan görünür ki, ********** GSM nömrəsi Təqsirləndirilən şəxs2 məxsusdur. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin AZF/LGL-6903/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli məktubu və ona əlavə olunuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus ********** GSM nömrəsinin xx.xx.2023-cü il, saat 22:46:50-dən xx.xx.2023-cü il, saat 02:31:26-dək anten dairəsi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi ərazisi, xx.xx.2023-cü il, saat 03:00:54-dən xx.xx.2023 20:35:09-dək anten dairəsi Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanı olmuşdur. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin AZF/LGL-6903/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli məktubu və ona əlavə olunuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus ********** GSM nömrəsindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif mobil operatorlara məxsus GSM nömrələri ilə telefon danışığı aparılmışdır. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin BKC/LGL-15056/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli məktubu və ona əlavə olunuş məlumatlardan görünür ki, ********** GSM nömrəsi X2 məxsusdur. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin BKC/LGL-15698/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli məktubu və ona əlavə olunuş məlumatlardan görünür ki, ********** GSM nömrəsi X3 məxsusdur. ********** və ********* nömrələr sorğulan müddət ərzində "xxxx" şəbəkəsində istifadəsində olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddələrinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddələrində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddələri cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddələrində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddələri hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-in 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edirlir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); Həmin Məcəllənin 350-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 346.1.1-346.1.4-cü maddələrinə görə isə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır): cinayət hadisəsinin olmasının sübuta yetirilib yetirilmədiyi; təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilmədiyi; cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib yetirilmədiyi. Məhkəmə hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddələrinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası CPM-in 21.1-ci maddələrinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirsizlik prezumsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar «satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,466 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşıma» əməlində təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işi üzrə aparılmış məhkəmə istintaqı zamanı əldə edilmiş yeni və mötəbər sübutlar da həmin şübhələrin əsaslılığını bir daha təsdiq edir. Azərbaycan Respublikası CPM-nin 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmüçıxarılır. Azərbaycan Respublikası CPM-in 42.2-ci və 42.2.4-cü maddələrində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,466 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşıma əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, məhkəmə iclasında verdilmiş ifadələrlə, digər iş materialları ilə tamamilə sübuta yetmir. Yuxarıda təsvir olunanlardan görünür ki, təqsirləndirilən şəxs Köçərli X9 məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmiş və üzərindən heç bir narkotik vasitə çıxmadığını, eləcə də, o, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində 13 yanvar 2023-cü il tarixdə deyil, 10 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan tanışı Şahid3 evində olduğu zaman saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-yə aparılmışdır. Təqsirləndirilən şəxs Köçərli X7 qeyd olunan ifadəsinin yoxlanılması məqsədilə təqsirləndirlən şəxs Köçərli X7 istifadəsində olan ********** GSM nömrəsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi kimin adına və hansı müddətdə aktiv balansda olması, həmin dövrdə qeyd olunan mobil telefonlardan hansı nömrəli mobil və ya sabit (stasionar) telefonlara zəng edilməsi və zəng qəbul olunması, həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatlar, həmçinin həmin nömrələr olan mobil telefona daxil və xaric olmuş SMS mətnləri və anten dairəsi barədə məlumatların əldə edilməsi məqsədi ilə "xxxx" MMC-yə və "xxxx" MMC-nə sorğu verilmiş, Təqsirləndirilən şəxs2 məxsus ********** GSM nömrəsinin xx.xx.2023-cü il, saat 03:00:54dən xx.xx.2023 20:35:09-dək anten dairəsi Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanı olduğu müəyyən edilmişdir. Beləliklə mobil telefon nömrələrinin anten dairəsi məlumatları ilə həqiqətən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il, saat 22:46:50-dən xx.xx.2023-cü il, saat 02:31:26dək anten dairəsi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi ərazisi, xx.xx.2023-cü il, saat 03:00:54-dən xx.xx.2023-cü il 20:35:09-dək anten dairəsi Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanı olduğu olması təsdiq edilmişdir ki, bu xüsusat Təqsirləndirilən şəxs2 10 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan tanışı Şahid3 evində olduğu zaman saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparılması barədə ifadəsini inandırıcı edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il, saat 03:00:54-dən etibarən fasiləsiz olaraq 13 yanvar 2023-cü il tarixədək Bakı şəhəri Sabunçu RPİ-nin 12cü PŞ-də saxlanılması, həmin müddət ərzində onun üzərindən psixotrop aşkar edilməməsi və yalnız 03 (üç) günə yaxın müddət keçdikdən sonra 13 yanvar 2023-cü il tarixdə Sabunçu RPİ-nin MSY-yə təhvil verildikdən sonra üzərinə baxış keçirilərkən ittihamda qeyd olunan psixotrop özü-özlüyündə ziddiyyət yaradır və iş materiallarında olan sübutlarla təkzib edilir. Qeyd olunanlar satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və saxlama ilə bağlı ittihamın əsasını təşkil edən Sabunçu RPİ-nin MSY-nin polis nəfərləri X6 və Şahid5 tərəfindən verilmiş şahid ifadələrinin mötəbərliyini şübhə altına alır və həmin sübut Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində ümumiyyətlə hadisəni xaıtrlamadığını və işin halları barədə dəqiq məlumat verə bilməyəcəyini qeyd etmişdir. Cinayət işinin materialları və məhkəmə istintaqının nəticələrindən aydın olmuşdur ki, ittiham aktında Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,466 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 13 yanvar 2023-cü il tarixdə, saat 17:52 radələrində Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respblikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulub, Sabunçu RPİ-nin MSY-nə təhvil verillərək RPİ-nin MSY-nin əməkdaşları tərəfindən onun üzərinə aparılan şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan balaca cibindən həmin 01 bükümdə ümumi təmiz çəkisi 0,466 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyü göstərilmiş, lakin, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus ********** GSM nömrəsinin anten dairəsinə dair məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il, saat 22:46:50-dən xx.xx.2023-cü il, saat 02:31:26-dək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi ərazisində, xx.xx.2023-cü il, saat 03:00:54-dən xx.xx.2023 20:35:09-dək Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında olmuşdur. Qeyd olunanlar həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsi ilə bira daha təsdiq edilmişdir. Belə ki, şahid həmin ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 10 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin 6-7 polis əməkdaşı tərəfindən Sabunçu RPİ-nin 12-ci PŞ-yə aparılmış, o, Təqsirləndirilən şəxs2 barəsində məlumat almaq məqsədi ilə Sabunçu RPİ-nin 12-ci PŞnin “Bəxtiyar” adlı əməkdaşının istifadəsində olan mobil nömrəni almışdır. 11 yanvar 2023cü il tarixdə, saat 02-03 radələrində Təqsirləndirilən şəxs2 öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində olduğunu bildirmiş, o, özü də bir neçə dəfə “Bəxtiyar” adlı polis əməkdaşı ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs2 barədə məlumat almışdır. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 3-16-17/38/2-2226/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli məktubu ilə müəyəyn edilir ki, Təqsirləndirilən şəxs2 16 yanvar 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi müayinə zamanı sağ qulaq pərdəsində perforasiya (pərdənin tamlığının pozulması) müşahidə olunmuşdur. Bu faktın özü də, Təqsirləndirilən şəxs2 onunla ilkin istintaq hərəkətləri keçirilərkən polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə ifadəsini inandırıcı edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla və qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş olduğundan, həmin sübutlar Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən - insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ümumilikdə 0,466 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarışn keçirilməsi ilə bağlı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs2 saxlanılması və hazırkı cinayətin predmeti olan narkotik vasitənin aşkar edilməsi ilə bağlı tərtib edilmiş digər sənədlər də mahiyyət etibarilə bir-birinə zidd olmaqla, onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Eləcə də, yuxarıda təsvir və tədqiq edilən şahid ifadələri və istintaq sənədləri ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yuxarıda təsvir edilən hallarla müəyyən edilir ki, psixotrop maddə ilə bağlı ittihamın əsaslandığı sübut növləri ilə bağlı tərtib edilmiş prosessual sənədlərin əksəriyyəti ziddiyyətli olmaqla yanaşı, onlar həm də Cinayət-Prosessual qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Buna görə də, həmin sübut növləri mötəbər olmayan dəlilləri əks etdirdikləri və ziddiyyətli olduqları üçün Təqsirləndirilən şəxs2 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı təqsirliliyinin müəyyən edilməsində mötəbər sübutlar kimi istifadə oluna bilməz. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10- cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətləri və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Bu epizod məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlarla sübuta yetmədiyindən onlar barəsində həmin epizod üzrə bəraət hökmü çıxarılmalıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onların həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs2 “…"Al Market” MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən 3825 saylı marketdən oğurluq etmədiyini.....” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə protokollar, digər təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadəsi, həmçinin hər iki təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs2 oğlunun şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət işinin materialları ilə, Təqsirləndirilən şəxs2 azadlığının 13 yanvar 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 tutulduğu 04 (dörd) ay 25 (iyirmi beş) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 09 (doqquz) ay 20 (iyirmi) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar özgənin əmlakını gizli olaraq talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən himayəsində bir azyaşlı övladının olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, zərərçəkmiş şəxslə barışmaqla şikayətin olmamasını cəzanı yüngülləşdirən hal kimi, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-336/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının 13 yanvar 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,416 qram psixotrop maddə metamfetamin xüsusi razılıq əsasında əldə olunan və saxlanılan maddələr kateqoriyasına aid olduğundan, həmin narkotik vasitə olan psixotrop maddə metamfetaminin mövcudluğu mübahisə doğurmadığından, onun qanunsuz olaraq əldə olunması, saxlanılması, satışı və s. cinayət təqibi üçün əsas götürülə bildiyindən, hazırkı iş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, “SM” markalı elektron tərəzi, 03 ədəd 2 litrlik “Sərfəli” qarğıdalı yağı, 02 ədəd 1,5 kq çəkidə “Ariel” yuyucu tozu, 03 ədəd “Molfix” pampers 03 ədəd 1 litrlik “Sərfəli” qarğıdalı yağı, 01 ədəd “Blade” markalı sprey, 01 ədəd “Elidor” markalı saç balzamı, 03 ədəd 1 litrlik “Sərfəli” qarğıdalı yağı, 01 ədəd “Sərfəli” qarğıdalı, 01 ədəd “Gold Şabran” markalı şərab cinayət işi üzrə maddi sübut kimi tanınaraq zərəçəkmiş şəxs X5 təhvil verilməsi nəzərə alınmalı, 06 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 10 (on) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, iş üzrə keçirilmiş 110 (yüz on) manat ekspertiza xərci (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/232 nömrəli, 14 yanvar 2023-cü il tarixli rəyi) Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə “satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,466 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşıma” hissəsinə Cinayət Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsasən həmin epizod üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 04 (dörd) ay 25 (iyirmi beş) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 09 (doqquz) ay 20 (iyirmi) gününə bərabər tutulmaqla, onun cəzasından 09 (doqquz) ay 20 (iyirmi) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhəri hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 13 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra psixotrop maddə və narkotik vasitənin (ekspertiza tədqiqatından sonra qalıq qalan 0,416 qram psixotrop maddə metamfetamin) əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilsin, iş üzrə maddi sübut kimi saxlanılan 0,416 qram psixotrop maddə metamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə maddi sübut “SM” markalı elektron tərəzi, 03 ədəd 2 litrlik “Sərfəli” qarğıdalı yağı, 02 ədəd 1,5 kq çəkidə “Ariel” yuyucu tozu, 03 ədəd “Molfix” pampers 03 ədəd 1 litrlik “Sərfəli” qarğıdalı yağı, 01 ədəd “Blade” markalı sprey, 01 ədəd “Elidor” markalı saç balzamı, 03 ədəd 1 litrlik “Sərfəli” qarğıdalı yağı, 01 ədəd “Sərfəli” qarğıdalı, 01 ədəd “Gold Şabran” markalı şərab cinayət işi üzrə maddi sübut kimi tanınaraq zərəçəkmiş şəxs X5 təhvil verilməsi nəzərə alınsın, 06 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının xərci 10 (on) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə keçirilmiş ekspertiza xərci 110 (yüz on) manat (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/232 nömrəli, 14 yanvar 2023-cü il tarixli rəyi) Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar