Məhkəmə qərarları › İş №1(008)-39/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-39/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-39/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X8, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs X9 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci ildə Yevlax rayonunda anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənməmiş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi V yaşayış massivində kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə, xx.xx.2002-ci ildə Şabran rayonunda anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, Şabran rayonu Uzunboyat kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 aprel 2024-cü il tarixdə saat 23 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseyn Əliyev küçəsində dayanmış “Mersedes Benz” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısının şüşəsinin açıq olmasından istifadə edərək həmin qapının əl sandıqçasından içərisində Bolkart plastik kartı, Kapital Bank plastik kartı, Yapıkredı plastik kartı, 1 AZN və həmin dövrün rəsmi məzənnəsi ilə 9.15 manat təşkil edən 5 EURO olan, 10 manat dəyərində pul kisəsini gizli olaraq talayıb cinayətkar niyyətin davamı olaraq elektron məlumat daşıyıcısından və informasiya texnologiyasından istifadə edilməklə "Bank of Baku” ASC aid 4098-6200-0105-2802 hesab nömrəli “Bolkart" bank kartından istifadə edərək Sabunçu rayonu, Balaxanı qəsəbəsi, “Akkord" zavodunun yaxınlığında yerləşən “Şərab Evində” 2 qutu “Rotmans” siqareti, Sabunçu rayonu Balaxanı qəsəbəsi, X13 Massivində yerləşən “Dad Marketdən” 2 qutu “Rotmans", 1 qutu “Palİ Mail” siqareti, ərzaq malları, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Hüseynov küçəsi mənzil 13-də “TRENDYOL” online satış saytından müxtəlif əşyalar sifariş edərək ümumilikdə 167 manat 91 qəpik, "xxxx" ASC aid 5239-1517-7116-0333 hesab nömrəli “Birbank” bank kartından istifadə edərək Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən “İNAM TELECOM 2” mağazasından 1 ədəd saat, Sabunçu rayonu Balaxanı qəsəbəsi P.Hüseynov küçəsi mənzil 13-də “TRENDYOL" online satış saytından müxtəlif əşyalar sifariş edərək ümumilikdə 48 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs 236,06 (iki yüz otuz altı manat 6 qəpik) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. X9 qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 aprel 2024-cü il tarixdə saat 23 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hüseyn Əliyev küçəsində dayanmış “Mersedes Benz” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısının şüşəsinin açıq olmasından istifadə edərək həmin qapının əl sandıqçasından içərisində Bolkart plastik kartı, "xxxx" plastik kartı, “Yapıkredi” plastik kartı, 1 AZN və həmin dövrün rəsmi məzənnəsi ilə 9.15 manat təşkil edən 5 EURO olan 10 manat dəyərində pul kisəsini gizli olaraq talayıb cinayətkar niyyətin davamı olaraq elektron məlumat daşıyıcısından və informasiya texnologiyasından istifadə edilməklə "xxxx" ASC aid 4098-6200-0105-2802 hesab nömrəli "Bolkart" bank kartından istifadə edərək Sabunçu rayonu, Balaxanı qəsəbəsi, “Akkord" zavodunun yaxınlığında yerləşən "Şərab Evində” 2 qutu “Rotmans" siqareti, Sabunçu rayonu Balaxanı qəsəbəsi, X13 Massivində yerləşən “Dad Marketdən” 2 qutu “Rotmans", 1 qutu “Palİ Mail” siqareti, ərzaq malları, Sabunçu rayonu Balaxanı qəsəbəsi P.Hüseynov küçəsi o, qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cu il tarixdə, saat təxminən 22:30 radələrındə Balaxanı qəsəbəsi ilə piyada Cəvahir adlı qız dostu ilə görüşməyə getmişdir. Bu zaman ayağına pul kisəsi dəymiş, o, həmin pul kisəsini yerdən götürmüş, pul kisəsi qara rəngdə olmuşdur. Pul kisəsinin içərisinə baxmış, içərisində 1 azn, 5 avro, "Zərərçəkmiş şəxs" nun adına olan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu, Bolkart kartı, Kapital bank kartı, Yapıkredı kartı olmuşdur. Sonra Cavahir ilə görüşmüş, hadisəni Cavahirə danışmışdır. Cavahir ilə birlikdə kartın balansında olan pulları Şərab evindən 2 qutu siqaret almış, telefon dükanından 2 ədəd qol saatı almış, Dad marketdən alış-veriş etmiş, Rahat marketdən də, ərzaq almış, Cəvahir "Trendyoldan” özünə ayaqqabı sifariş vermişdir. 1 azn, 5 evro və pul qabını özünə götürmüş, sənədləri və bank kartlarını isə Cəvahirə vermişdir. O, pul kisəsini avtomobildən oğurlamamış, yerdən tapmışdır. Pul kisəsini taparkən düşünmüşdür ki, bu hadisəni heç kim bilməyəcək və pula ehtiyacı olduğundan pulları xərcləmişdir. Məhkəmədən zərərçəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alıb yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X9 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 30 aprel 2024-cü il tarixində axşam saat 22:40 radələrində dostu Nihad ilə görüşməli idi. Nihad onun yaşadığı evə gəlməli idi. Onu qarşılamaq üçün evdən çıxmışdır. Küçədə Nihadla görüşən zaman Nihad ona yerdən cüzdan tapdığını bildirmişdir. Pul cüzdanının içərisində 1 manat, 5 avro, Zərərçəkmiş şəxs adına şəxsiyyət vəsiqəsi,sürücülük vəsiqəsi, avtomobil sənədi, ’’Bolkart" kartı", “Kapital Bank “ kartı, “Yapıkrediti” kartı olmuşdur. Daha sonra Nihadla yaxınlıqda olan şərab evinə getmişlər. Şərab evindən 3 manat 10 qəpik məbləğində “Rotmans mentol" bir paçka siqaret almışlar. Daha sonra "Dad” marketdən 2 qutu “Rotmans mentol” və 1 qutu “Palmal mentol” siqaretini ümumi olaraq 9 manat 30 qəpikə almışlar. Daha sonra telefon mağazasına gedərək ümumi olaraq 65 manat dəyərində iki ədəd qol saatı almışlar. Telefon mağazasından çıxıb nömrəsini xatırlamadığı taksiyə minərək Zabrat yolunda yerləşən "Rahat” marketə getmişlər. Oradan isə 10 manat məbləğində alış-veriş eləmişlər. Rahat marketdən çıxandan sonra taksi sifariş verərək o, evə getmişdir. Evdə olarkən “Bolkart" vasitəsilə təminən 20 manat dəyərində trendyol saytından məhsul sifariş vermişdir. Səhəri gün taksi sifariş verərək Əhmədli qəsəbəsində yerləşən “Bravo” marketə getmişdir. Orada Nihadla görüşmüş, marketdə alış-veriş etdikdən sonra kassaya yaxınlaşanda əllərində olan plastik kartların işləmədiyini görmüşlər. O, taksi sifariş verərək geri evə Balaxanıya qayıtmışdır. O, həmin pul cüzdanını avtomobildən götürməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən hamiləliyini nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində özünə məxsus olan şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, “MERSEDES BENZ E 240” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin texniki pasportunu, Bolkart kartı, Kapital bank kartı, Yapıkredi kartı, 1 azn və 5 euro pulu qara rəngli pulqabının içərisinə qoymuş, həmin pulqabını da **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücü tərəfdən qapının cibliyinə qoyub avtomobilini yaşadığı Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsi, ev 167 ünvanında yerləşən evin qarşısında küçədə saxlayıb evə getmişdir. Təxminən bir saat sonra, yəni saat 23 radələrində mobil telefonuna yüklədiyi tətbiqə sms gəlmiş, smsdə bank kartı ilə alış-veriş edilməsi və hesabından pul silinməsi göstərilmişdir. O, əvvəlcə əhəmiyyət verməmiş, bir müddət sonra yenidən mobil telefonuna sms gəlmiş, yenə kartının balansından pul silinməsi yəni xərclənməsi göstərilmişdir. Küçəyə çıxaraq avtomobilinin içərisinə baxış keçirmiş və pul kisəsinin yerində olmadığını və oğurlanmasını aşkar etmişdir. Ard-arda onun Bolkart kartı və Kapitalbank kartının balansından pullar xərclənərək silinməyə başlamışdır, sonra o, telefonunda olan tətbiq vasitəsi ilə kartlarını bloklamışdır. O, pulqabını avtomobilinin qapısında olan cibin içərisinə qoymuşdur, avtomobilin qabaq qapısının şüşəsini bıraz açıq saxlamışdır, pulqabı həmin kartının balansından ümumilikdə 320 manat çıxarılmışdır. Baş vermiş hadisə zamanı pulqabı aralı qalmış şüşədən əllə götürülərək oğurlanmışdır. Onun Bolkart kartı və Kapitalbank məxsus plastik kartlardan yəni "xxxx" ASC aid 4098-6200-0105- 2802 hesab nömrəli “Bolkart” bank kartından 167,91 manat, “Kapital Bank" ASC aid 5239-1517-7116-0333 hesab nömrəli “Birbank” bank kartından 48 manat, 5 EURO, 1 manat və 10 manat dəyərində pul kisəsi oğurlanmışdır. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 01 may 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsində “MERSEDES BENZ E 240” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir; 08 may 2024-cü il tarixli “götürmə və baxış keçirmə barədə" protokoldan görünür ki, Zərərçəkmiş şəxs götürülmüş 11 vərəqdən ibarət bank çıxarışları mötəbər əsaslar olduğundan götürülüb materiala əlavə edilmişdir; 07 may 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 20:00-dan Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; 07 may 2024-cü il tarixli tutma protokolundan görünür ki, X9 həmin tarixdə saat 22:00-da Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 08 ma 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə 09 may 2024-cü il tarixli qərardan görünür ki, X3 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir; təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X9 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi və saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır; təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə 09 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir; təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi və saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X3 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, AR CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2023-cü ildə cəzanın sonu ilə azad olunmuşdur; Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/3932 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd boz rəngli, üzərində markaları göstəriciləri olmayan, düymə ilə açılb bağlanan, bir hissəsi plastik kartlar üçün nəzərdə tutulmuş, süni dəri materialından hazırlanmış, 7x9,5 sm ölçülü pul kisəsinin istifadədə olunması nəzərə alınmaqla 2024-cü ilin may ayına olan orta bazar qiyməti təxminən 5,00 müəyyən edilir. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 qeyd edilən tarixdə Sabunçu rayonu ərazisində saxlanılaraq MSYnə təhvil verilməsi üçün 12-ci PŞ-nə gətirilmişdir. vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir; təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 saxlanıldığı Sabunçu RPİ-nin MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır; telefon danışıqları cədvəlinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, «Azerfon» LLC şirkətindən xx.xx.2024-cü il tarixli AZF/LGL-751/24 nömrəli müşayiət məktubu ilə daxil olmuş telefon danışıqları cədvəlinə baxış keçirilmişdir. Baxış keçirilən zamanı müəyyən edilmişdir ki, SMS tarixçəsi papkasında iş üçün əhəmiyyət kəsb edən xx.xx.2024-cü il tarixdə saat 00:37:42 dəqiqədə Təqsirləndirilən şəxs1 istifadəsində olan **********31 saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan **********55 nömrəsinə «Karti temiz xesdiyek onnan sonra deyersen», xx.xx.2024-cü il tarixdə saat 00:37:42 dəqiqədə Təqsirləndirilən şəxs1 istifadəsində olan **********31 saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan **********55 nömrəsinə «Karti temiz xesdiyek onnan sonra deyersen», xx.xx.2024-cü il tarixdə saat 03:20:52 dəqiqədə Təqsirləndirilən şəxs2 istifadəsində olan **********55 nömrəsinə «Trendyol adres degisikligi için doğrulama kodunuz 450821», xx.xx.2024-cü il tarixdə saat 03:20:52 dəqiqədə Təqsirləndirilən şəxs2 istifadəsində olan **********55 nömrəsinə «Trendyol adres degisikligi için doğrulama kodunuz 450821», xx.xx.2024-cü il tarixdə saat 03:20:53 dəqiqədə Təqsirləndirilən şəxs2 istifadəsində olan **********55 mobil nömrəsindən «Treendyol adres degis», xx.xx.2024-cü il tarixdə saat 03:20:53 dəqiqədə Təqsirləndirilən şəxs2 istifadəsində olan **********55 mobil nömrəsindən «Treendyol adres degis», xx.xx.2024-cü il tarixdə saat 08:59:51 dəqiqədə Təqsirləndirilən şəxs2 istifadəsində olan **********55 nömrəsinə «Treendyol adres degisikligi için doğrulama kodunuz 969559», xx.xx.2024-cü il tarixdə saat 08:59:51 dəqiqədə Təqsirləndirilən şəxs2 istifadəsində olan **********55 nömrəsinə «Treendyol adres degisikligi için doğrulama kodunuz 969559», xx.xx.2024-cü il tarixdə saat 09:00:42 dəqiqədə Təqsirləndirilən şəxs2 istifadəsində olan **********55 mobil nömrəsindən «Treendyol telefon num», xx.xx.2024-cü il tarixdə saat 09:00:42 dəqiqədə Təqsirləndirilən şəxs2 istifadəsində olan **********55 mobil nömrəsindən «Treendyol telefon num», mətnli SMS-lər göndərilmişdir ki, bununla da iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcısından istifadə edilməklə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 may 2024-cü il tarixli qərardan görünür ki, X9 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir; Sübutların qiymətləndirilməsi haqqında 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən “DAD Marketin” quraşdırlmış video müşahidə kameralarında “02" ədəd və “İNAM TELECOM 2” dükanında quraşdırlmış video müşahidə kameralarından 01 ədəd video görüntü 01 ədəd CD disk halında, «Azerfon» LLC şirkətindən xx.xx.2024-cü il tarixli AZF/LGL-751/24 nömrəli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd CD disk, Zərərçəkmiş şəxs götürülmüş 11 vərəqdən ibarət bank çıxarışları cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş və bir ədəd boz rəngli, üzərində markalanma göstəriciləri olmayan, düymə ilə açılıb bağlanan, bir hissəsi plastik kartlar üçün nəzərdə tutulmuş, süni dəri materialından hazırlanmış, 7x9,5 ölçülü pul kisəsi maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs təhvil verilmişdir; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-39/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməsi və tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasından daxil olmuş 12 mart 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X9 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir və təqsirləndirilən şəxslərin əməlləri düzgün olaraq AR CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə tövsif olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməmələrinə dair ifadələrini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 barəsində olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmündən görünür ki, o, CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2023-cü ildə cəzanın sonu ilə azad olunmuşdur; Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə X3 ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs X3 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən və götürülmədən yenidən cinayət törətdiyindən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, tutulduğu 07 may 2024-cü il tarixdən 09 may 2024-cü il tarixədək olan 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 17 mart 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxs X9 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, X3 07 may 2024-cü il tarixdən 09 may 2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, 05 mart 2025-ci il tarixdən 17 mart 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM 69.3), barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalı, barəsində seçilmiş “başqa yerə etməmək haqqında iltizam qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə X9 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Hüseynov küçəsi 13 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində X4 elektron nəzarət vasitəsi tətbiq edilməli, X4 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, X4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və X3 təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar-Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən “DAD Marketin” quraşdırlmış video müşahidə kameralarında “02" ədəd və “İNAM TELECOM 2” dükanında quraşdırlmış video müşahidə kameralarından 01 ədəd video görüntü 01 ədəd CD diskin, «Azerfon» LLC şirkətindən xx.xx.2024-cü il tarixli AZF/LGL-751/24 nömrəli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd CD diskin, Zərərçəkmiş şəxs götürülmüş 11 vərəqdən ibarət bank çıxarışlarının cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və bir ədəd boz rəngli üzərində markalanma göstəriciləri olmayan, düymə ilə açılıb bağlanan, bir hissəsi plastik kartlar üçün nəzərdə tutulmuş, süni dəri materialından hazırlanmış, 7x9,5 ölçülü pul kisəsinin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.3-cü maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərcinin 25 manatı Təqsirləndirilən şəxs1 və 25 manatı isə Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxs X3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri X5, Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 07 may 2024-cü il tarixdən 09 may 2024-cü il tarixədək olan 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X2 07 may 2024-cü il tarixdən 09 may 2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, 05 mart 2025-ci il tarixdən 17 mart 2025-ci il tarixədək həbsdə olduğu 16 (on altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 32 (otuz iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X9 yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. X2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X3 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. X2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X9 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun, barəsində seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – bir ədəd boz rəngli üzərində markalanma göstəriciləri olmayan, düymə ilə açılıb bağlanan, bir ədəd hissəsi plastik kartlar üçün nəzərdə tutulmuş, suni dəri materialından hazırlanmış 7x9,5 ölçülü pul kisəsinin Zərərçəkmiş şəxs təhvil verilməsi, 02 ədəd diskin, zərərçəkmiş şəxs X7 götürülmüş 11 vərəqdən ibarət bank çıxarışlarının iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərcinin 25 manatı Təqsirləndirilən şəxs1, 25 manatı isə Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 35 iş saatına görə 210 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. X2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait, Müdafiəçi2 isə sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar