Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-392/2024 04.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 25 avqust 1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anov rayonu, A.Neymətulla küçəsi, ev 82, mənzil 40-da yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən «BC» dərəcəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan, "xxxx" MMC-yə məxsus, etibarnamə əsasında idarə etdiyi “X15” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi ilə Bakıxanov stansiyası istiqamətindən, Koroğlu metrostansiyası istiqamətinə 60-70 km/saat sürətlə idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 70 km/saat sürətlə idarə etməsi səbəbindən, ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin qarşısında yolu soldan sağa keçmək üçün piyadanın hərəkət hissəsinə daxil olması ilə hərəkət üçün təhlükə yaransa da, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin dayanması üçün heç bir tədbir görməyib həmin yol-hərəkət qaydalarını pozması, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə piyada X2 vurulmasına, nəticədə İmran Seyfullazadəyə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma, sol təpə sümüyünün kəllə əsasına keçən açıq qəlpəli sınığı, sağ baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, sol təpə-ənsə və sol gicgah-alın nahiyələrinin əzilmiş-cırılmış yarası, sağ gözyuvasıaltı nahiyənin şişkinliyi-qançırı ilə müşayiət olunan həyat üçün təhlükəli olan xəsarətlər yetirilməsinə və aldığı xəsarətlərdən 1 saylı X11 ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, “X15” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında, etibarnamə ilə idarə edir. 16 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində "xxxx" MMC-yə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi “X15” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi ilə Bakıxanov stansiyası istiqamətindən, “Koroğlu” metrostansiyası istiqamətində saatda 60-70 km/saat sürətlə yolun soldan birinci zolağıyla hərəkətdə olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsində yerləşən Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının hərbi hissəsinin qarşısına çatdıqda, üç nəfər hərbi geyimdə olan şəxsin yolun sol tərəfindən sağ tərəfinə doğru piyada şəkildə keçdiyini görərək avtomobilin işıqlarını yandırıb-söndürməklə işarə etmiş, həmçinin siqnal vermişdir. Həmin piyadalardan ikisi nəqliyyat axınını ayıran ayrıcı zolağın üzərində dayanmış, piyadaların ona yol verəcəyini düşünərək hərəkətini davam etdirmiş, lakin, piyadalardan biri hərəkətini davam etdirərək onun hərəkət zolağına doğru qaçmışdır. O, piyadanı vurmaq üçün avtomobilin əyləcini sıxaraq, avtomobili yolun sağına doğru çəkmiş, lakin, hadisənin qarşısını ala bilməmiş, həmin piyadanı avtomobilinin qabaq sol tərəfi ilə vurmuş, ayağını tormozdan götürmədiyinə görə avtomobil bir qədər irəli gedib sağda dayanmışdır. Bundan sonra o, idarə etdiyi avtomobili yolun sağ tərəfinə sürərək saxlamış, o, dərhal avtomobildən enərək xəsarət almış piyadaya yaxınlaşmışdır. Həmçinin, vurduğu piyada ilə birlikdə yolu keçən digər iki nəfər onların olduğu yerə yaxınlaşmışdır. Bundan sonra, hadisə yerinə yaxınlıqda yerləşən hərbi hissənin əməkdaşları gəlmiş, sonradan adını bildiyi X5 hərbi hissənin tibb sanitar bölüyünün avtomobili ilə ünvan 2anov rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi hospitalına aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi hospitalında X4 həkimlər tərəfindən ilkin tibbi yardım göstərdikdən sonra, o, 1 saylı X12 aparılmışdır. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi hospitalında olduğu zaman Sabunçu RPİ-nin əməkdaşları tərəfindən polis idarəsinə dəvət edilmiş, o, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə ilk öncə hadisə yerinə getmiş, hadisə yerinə baxış keçirildikdən sonra Sabunçu RPİ-yə aparılmışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, mərhum İmran Seyfullazadə onun oğludur. İmran Seyfullazadə ünvan 2anov rayonu, Ə.Əliyev küçəsi 52 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin 6-cı tədris bölüyünün 1-ci tağımınımn komandiri vəzifəsində xidət etmişdir. 16 yanvar 2024-cü il tarixdə ona zəng edilərək İmran Seyfullazadənin Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü, mərhumun meyitinin məhkəmə-tibbi müayinə məqsədilə aidiyyəti hüquq mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X8” X13 Sabunçu Rayon Şöbəsinə aparıldığı bildirilmişdir. O, dərhal Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X8” X13 Sabunçu Rayon Şöbəsinə getmiş, tibbi müayinədən sonra oğlunun meyiti ona təhvil verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, o, 2023-cü ildən ünvan 2anov rayonu, Ə.Əliyev küçəsi 52 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin 4-cü tədris bölüyünün 3-cü tağımının komandiri vəzifəsində xidət edir. 16 yanvar 2024-cü il tarixdə, saat 18 radələrində onunla birlikdə eyni hərbi hissədə xidmət edən, 5-ci tədris bölüyünün komandiri, gizir Yulət Məmmədov və 6-cı tədris bölüyünün komandiri, leytenant İmran Seyfullazadə ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsində yerləşən Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin yataqxanasına getmək üçün xidmət etdikləri hərbi hissədən çıxaraq N saylı sərnişin avtobusuna minmişlər. 16 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsində yerləşən Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin qarşısında üzbə-üz yolda avtobusdan enərək hərbi hissəyə daxil olmaq məqsədi ilə yolu piyada şəkildə keçməyə başlamış, yolu keçməmişdən əvvəl sol və sağ tərəfə baxmış, sol tərəfdən, yəni, “Koroğlu” metrostansiyası istiqamətindən gələn avtomobillər keçdikdən sonra yolun boş olduğunu görərək yolu keçməyə başlamış, yolun qarşı-qarşıya nəqliyyat axmını ayıran ayrıcı zolağına çatdıqda sağ tərəfdən hərəkətdə olan “Hyundai” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz səsini eşitmişlər. O və Yulət Məmmədov nəqliyyat axınını ayıran ayrıcı zolağın üzərində dayanmış, İmran Seyfullazadə isə yolu iti addımlarla keçməyə davam etmiş, həmin vaxt “Hyundai” markalı avtomobil qabaq sol hissəsi ilə İmran Seyfullazadəni vurmuşdur. Bundan sonra, “Hyundai” markalı avtomobilin sürücüsü avtomobili yolun sağ kənarında saxlayıb, avtomobildən enərək İmran Seyfullazadəyə yaxınlaşmışdır. Onlar da dərhal İmran Seyfullazadəyə yaxınlaşmış, həmin vaxt, onun başından qan gəldiyini görmüşlər. Daha sonra səsə hərbi hissənin zabit və gizirləri gəlmiş, xəsarət alan İmran Seyfullazadə N saylı hərbi hissənin tibb sanitar bölüyünün avtomobili ilə ünvan 2anov rayonu, ərazisində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi hospitalına aparılmışdır. Təqsirləndirilən şəxs onlarla birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi hospitalına getmiş, İmran Seyfullazadəyə ilkin tibbi yardım göstərildikdən sonra 1 saylı X12 aparmış, lakin, İmran Seyfullazadə aldığı bədən xəsarətləri nəticəsində X11 ölmüşdür. Cinayət işinin 22-ci vərəqəsində olan 2/3066 nömrəli, 16 yanvar 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 29-cu vərəqəsində olan 16 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 80-83-cü vərəqələrində olan 18 yanvar 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Canpolad Nağıyevin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 84-85-ci vərəqəsində olan 18 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 97-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarsinin 3-13-16/2-17352/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2018-ci il tarixdə “BC” kateqoriyalı, AE 129096 nömrəli sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 112-116-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X8” X13 Sabunçu Rayon Şöbəsinin 20 fevral 2024-cü il tarixli, 16 nömrəli ekspert rəyindən görünür ki, X1 meyitində Baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarına qansızına, sol təpə sümüyünün kəllə əsasına keçən açıq qəlpəli sınığı, sağ baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, sol təpə-ənsə və sol gicgah-alın nahiyələrinin əzilmiş-cırılmış yarası, sağ gözyuvasıaltı nahiyənin şişkinliyi-qançırı xəsarətləri aşkar edilmişdir. Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən mərhumun ölümündən az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın vurması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb baş-beyin maddəsinin əzilməsi olmuşdur. Ölüm xx.xx.2024-cü il tarixdə, saat 20:45 radələrində X14 PHŞ-də baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. X1 meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 127-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 128-129-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 06 aprel 2024-cü il tarixli, 8/863 saylı rəyindən görünür ki, Hyundai Santafe markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 70 km/saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 130-136-cı vərəqəsində olan 07 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, yol-nəqliyyat hadisəsinin görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 125-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 mart 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 N°li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla ona qarşı şikayət və tələbin olmamasını, əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 16 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, yol-nəqliyyat hadisəsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-392/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-392/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver