Məhkəmə qərarları › İş №1(008)-394/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-394/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-394/2023 15.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızınıın sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı yazılı vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə hazırlıq iclası zamanı baxılmasına xitam verilərək, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan: xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nə ünvanladığı şikayət ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə yaşadığı Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən evində əri Təqsirləndirilən şəxs tərəfindən ailəməişət münaqişəsi zəminində qəsdən döyülməsini bildirmişdir. Həmin ərizə əsasında Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Rauf Allahverdiyev tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyədək sadələşdirilmiş icraat başlanmışdır. Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələdirilmiş icraatın nəticələrinə dair yekun protokoldan görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində yaşadıqları Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən ünvansız fərdi evin yataq otağında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs ilə ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla Cəmilə Sutanovanın burun nayihəsindən qəsdən vuraraq, ona burun vasitəsilə tənəffüsün çətinləşməsinə səbəb olan burun nayihəsinin dərialtı hematoması və hər iki gözyuvasıaltı nahiyələrinin qançırları ilə müşayiət olunan xəsarət yetirərək, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 342 nömrəli rəyindən görünür ki, qərarın təsviri hissəsində Zərərçəkmiş şəxs aşkar edilmiş burun vasitəsilə tənəffüsün çətinləşməsinə səbəb olan burun nahiyəsinin dərialtı hematoması və hər iki gözyuvasıaltı nahiyələrinin qançırları ilə müşayiət olunan xəsarətin xx.xx.2023-cü il tarixə, nəticə hissəsində isə xx.xx.2023-cü il tarixə uyğun gəlməsi göstərilmişdir. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraat materialını araşdıraraq hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat zamanı kobud pozuntulara yol verildiyindən materialın baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 296.2.6-cı maddəsinin tələblərinə əsasən məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda cinayət qanunu ilə nəzərdə tutumuş əməli törətmiş şəxsin təqsirliliyini təsdiq edən sübutlar göstərilməli olduğu halda, hazırki iş üzrə yekun protokolda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət deyildir, material üzrə CPM-nin 8.0.3-cü maddəsinin tələbləri pozularaq tam, hərtərəfli, obyektiv araşdırma aparılmamışdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində yekun protokolda sonuncunun təqsirliliyini təsdiq edən sübutlar sırasında göstərimiş və sadələdirilmiş icraat materialında mövcud olan məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 342 nömrəli rəyinin təsviri hissəsində Zərərçəkmiş şəxs aşkar edilmiş burun vasitəsilə tənəffüsün çətinləşməsinə səbəb olan burun nahiyəsinin dərialtı hematoması və hər iki gözyuvasıaltı nahiyələrinin qançırları ilə müşayiət olunan xəsarətin xx.xx.2023-cü il tarixə, nəticə hissəsində isə xx.xx.2023-cü il tarixə uyğun gəlməsi göstərildiyi halda, Təqsirləndirilən şəxs və arvadı Zərərçəkmiş şəxs izahatlarında, eləcə də sonuncunun şikayət ərizəsində cinayətin törədilmə vaxtının xx.xx.2023-cü il tarixdə törədilməsi göstərilmişdir. xx.xx.2023-cü il tarixli yekun protokolda sözügedən ekspert rəyinə istinad olunaraq xəsarətlərin xx.xx.2023-cü il tarixə uyğun gəldiyi qeyd olunmuşdur. Göründüyü kimi ibtdai araşdırma orqanı tərəfindən material üzrə ziddiyyətli sübutlar toplanmış, bu hallar prosessual hərəkətlər aparılmaqla aradan qaldırılmamış və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli iş üzrə toplanmış sübutlarla qeyri-obyektiv təhlil aparılmaqla düzgün qiymətləndirilməmiş, ittihamın əsası kimi işin obyektiv hallarına uyğun olmayan məhkəmə tibb ekspertizasının rəyi əsas götürülmüşdür. Bundan başqa, Azərbaycan Respublikasının CPM-nin 296.2.1-ci maddəsinə əsasən yekun protokolun tərtib edildiyi tarix, vaxt və yer göstərilməlidir. Lakin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli yekun protokolda onun tərtib edildiyi vaxt göstərilməmişdir. Yuxarıda göstərilən hallardan göründüyü kimi məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokol düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikası CPM-nin: 296.2.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolunda protokolun tərtib edildiyi tarix, vaxt və yer göstərilir. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması. Qeyd edilənlərə əsasən hazırki məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol CPM-nin tələblərinə uyğun deyil və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan materialın mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-nin 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin: 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə verilmiş vəsatəti, proses iştirakçılarını dinləyərək və məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.6-cı maddəsində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməli və material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılmalıdır. Bundan başqa məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş təhqiqatçı barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilsin və material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılsın; Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilməz. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar