Məhkəmə qərarları › İş №1(008)-395/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-395/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-395/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Xüsusi ittihamçılar X10 və X1, Xüsusi ittiham qaydasında ittiham edilən şəxs X13 və X9, Müdafiəçilər X5 və Müdafiəçi iştirakları ilə X13 və X9 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçılar X10 və X1 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: X10 və X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X13 və X9 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 2018-ci ilin may ayından yaşayırlar. 1992-ci ildə Birinci Qarabağ döyüşlərində itkin düşmüş şəhid qardaşının xatirə lövhəsi yaşadığı evi qarşısına yerləşdirilmişdir. Evin yaxınlığındakı adsız dükan qarşısında qoyulan və aşıb-daşan tullantı vedrələrindəki tullantılar külək vasitəsi ilə evinin ətrafında yerləşdirilmiş xatirə lövhəsinə yaxınlığına səpələyir. Dükanın sahibi olan X6 və X7 tullantılarına nəzarət etmələrini dəfələrlə tələb etsələr də, nəticədə onlar tərəfindən təhqir edilmələri və cavabdehlərin qohumları ilə birlikdə fiziki güc tətbiq edərək döymələri niyyətinin onlara bildirməsi ilə nəticələnmişdir. Yaranmış növbəti dözülməz təhqirlərdən sonra, vəziyyətlə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurmuş və müraciət əsasında sahə müvəkkili qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdehlərə ciddi xəbərdarlıq etmişdir. Lakin müsbət nəticə əldə olunmadığından Bakı şəhəri Sabunçu rayon Zabrat qəsəbəsi üzrə nümayəndəliyinə müraciət olunmuş, müraciət əsasında qəsəbə nümayəndəliyindən rəsmi şəxslər Həmzəyevlərlə yaranmış vəziyyətlə bağlı söhbət aparmış və bu kimi halların təkrarlanmamasını cavabdehlərə bildirmişdir. Onların cavabdehlər tərəfindən təhqir olunmaları ilə bütün aidiyyəti qurumlara müraciət etmələrimə baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. Cavabdehlərin hərəkətləri bu günə kimi davam edir. Nəticədə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2023-cti il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlər X13 və X11 iddiaçı X3 qardaşının xatirə lövhəsinin ətrafının zibillənməsinin qadağan edilməsi, cavabdehlər X13 və X7 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı X8 ödənilinəsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1160/2023 saylı, xx.xx.2023-cii ik tarixli qətnaməsi ilə iddiaçı X3 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış və mənə tövsiyə edilmişdir ki, qeyd edilən məsələ ilə bağlı xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət etsin. Məhkəmənin qətnaməsi çıxarılmasına baxmayaraq yenə də Həmzəyevlər tərəfindən təhqir, söyüş, böhtan xarakterli ifadələrə məruz qalır, həmin ifadələri işlətməyi özünə sığışdırmır, ona görə də ərizədə ümumi formada qeyd edir. Məhkəmə iclası iştirak edən xüsusi ittihamçı X10 şikayətin məzmununa uyğun izahat verərək, X13 və X9 Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələri ilə təqsirli bilinməsinə dair şikayətin məhkəmənin icraatına qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər xüsusi ittihamçı X2 da X13 və X9 Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələri ilə təqsirli bilinməsinə dair şikayətin məhkəmənin icraatına qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclası zamanı xüsusi ittiham qaydasında ittiham edilən şəxslər X13 və X14 şikayətə etiraz edərək şikayətdə göstərilən halların həqiqəti əks etdirmədiyini bildirərək şikayətin təmin olunmamasını xahiş etdilər. Xüsusi ittiham qaydasında ittiham edilən şəxslər X13 və X9 müdafiəçiləri X5 və Müdafiəçi hüquqlarını müdafiə etdikləri şəxslərin Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsini bildirib həmin şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X10 və X1 xüsusi ittiham qaydasında verdikləri şikayət qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 03 Saylı Qərarında qeyd edilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Qərarda həmçinin qeyd olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 6-cı və 7-ci bəndlərində qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Yerlərdə seçilmiş nümayəndələr və ya vəzifəli şəxslər tərəfindən törədilməsi güman olunan cinayətlər barədə ictimaiyyəti xəbərdar etmək vəzifəsi mətbuata aid olsa da, müəyyən şəxslərin adlarını və vəzifələrini qeyd etməklə onları birbaşa ittiham etmə jurnalistləri öz iddiaları üçün kifayət qədər faktiki əsasları təqdim etmək öhdəliyini müəyyən edir (bax, Lesnik Slovakiyaya qarşı, §57). Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Eləcə də oxşar mövqeni paylaşan Birləşmiş Millətlər Təşkilatının 1948-ci il tarixli Umumdünya İnsan Hüquqları Bəyannaməsində və 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında ”Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqin və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən mühafizə və müdafiə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 03 Saylı Qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, X10 və X2 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X13 və X9 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etsə də, həmin şəxslərin məhz Azərbaycan Respublikası CM-nin 147.1 və ya 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını qeyd etməmişlər. Halbuki qeyd olunan maddələrin dispozisiyası və sanksiyaları fərqli müəyyən edilmişdir. Eyni zamanda şikayətdə Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yaradan əməllər konkret olaraq göstərilməmiş, ümumi şəkildə təhqir və böhtan atılması qeyd edilmişdir. Bundan başqa şikayətdə şikayət vermiş şəxslərin doğulduğu il və məşğuliyyət növü də qeyd olunmamışdır. Odur ki, hazırkı iş üzrə X10 və X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 300.1.6, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Xüsusi ittihamçılar X10 və X1 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X13 və X9 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə təqsirli bilinməsinə dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar