Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-397/2024 31.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvələr məhkum olunmamış, işləməyən, Gəncə şəhəri Kəpəz rayonu, Hüseyn küçəsi ev 10-da qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi, Ramana südçülük sovxozu nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, onun tərəfindən idarə etdiyi avtomobillə alkoqollu içkilərinin qəbulu nəticəsində sərxoş halda nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixdə saat 23:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8ci bəndinin və həmin qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi tanışı Korkmaz Dolanay tərəfindən həmin tarixdə "xxxx" MMC-dən icarə əsasında götürülmüş X3 məxsus «Ford Mustang» markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Pirşağı-Novxanı avtomobil yolunda Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin üstünlük nişanları yol ayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrinin keçmə növbəliyi kimi tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək həmin qaydaları pozmaqla ehtiyatsızlıqdan dənizkənarı yoldan Pirşağı qəsəbəsinə qalxan avtomobil yolunun yaxınlığında Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olan Şahid idarə etdiyi «VAZ 21214» markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətinə çıxaraq idarə etdiyi avtomobilin ön hissəsi ilə «VAZ 21214» markalı avtomobilin qabaq sağ ön hissəsindən vuraraq toqquşması nəticəsində «VAZ 21214» markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan Surəya Əliyevaya sağ bud və sol mil sümüklərinin qapalı yerdəyişən sınığı, alın və alın təpə nahiyələrinin əzilmiş yarası, sağ yanaq-almacıq nahiyəsinin qançırı ilə müşayiət olunan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun sürücülük vəsiqəsi yoxdur. 2023-cü ilin dekabr ayının əvvəllərindən Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən Qala-Club kafesinə gedərək gündəlik ofisiant işləyib gəlir əldə etmişdir. 18 dekabr 2023-cü il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən Qala-Club kafesinə gəlmişdir. Orada olarkən bir gün əvvəl kafedə tanış olduğu Gencay Korkmaz ona yaxınlaşaraq bir qədər söhbət etmişlər. Bundan sonra onlar birlikdə, Gencay Korkmaz, onun qardaşı Dulonay Korkmaz, onların tanışı iki nəfər kişi cinsli Türk Respublikasının vətəndaşı olan şəxslər və iş yoldaşları Səbinə, Günəş, Aydan və İradə ilə birlikdə Gencay Korkmazın Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində kirayə tutduğu bağ evinə getmişlər. Orada spirtli içki olan viski içdikdən sonra kluba qayıtmaq məqsədi ilə Gencay Korkmaz ilə birlikdə oradan çıxmışdır. O Gencay Korkmaz ilə birlikdə onun idarə etdiyi Ford Mustang markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar. Avtomobilin üstü açıldığı üçün yanında dayanıb foto şəkillər çəkdirmişlər. Fotoşəkil çəkdirdikdən sonra Gencay Korkmaz qeyd olunan avtomobili idarə etməyi ona təklif etmişdir. Onda maraq olduğu üçün Gencay Korkmazın təklif etdiyi Ford Mustang markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə razılaşmışdır. 18 dekabr 2023cü il tarixdə təxminən saat 23:30 radələrində Gencay Korkmazın sərnişini olduğu Ford Mustang markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Dəniz kənarı yolda idarə edib əsas baş yol olan Pirşağı-Novxanı yoluna gözləmədən yolun sol hissəsinə saatda təxminən 20-25 km sürətlə dönüş edərkən anidən Pirşağı-Novxanı yolu ilə Novxanı qəsəbəsi istiqamətindən hərəkətdə olan VAZ 21214 markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ ön hissəsindən vuraraq toqquşmuşdur. Hadisə zamanı VAZ 21214 markalı ** FE *** avtomobildə sürücü və sərnişin olan qadın xəsarət almışlar. Hadisə baş verən zaman o və idarə etdiyi avtomobildə sərnişin olan Türkiyə Respublikasının vətəndaşı Gencay Korkmaz VAZ 21214 markalı ** FE *** avtomobilin sürücüsü və sərnişini olan qadına yaxınlaşıb köməklik göstərib hadisə yerinə təcili yardım çağırmışlar. Hadisə zamanı xəsarət almış şəxslər hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə tibbi yardım almaları üçün X9 aparılmışlar. Hadisə yerinə gəlmiş polis əməkdaşları hadisə yerinə baxış keçirdikdən sonra alkoqol sərxoşluğunun müəyyən olunmağı üçün tibbi müayinədən keçirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs şikayəti olmadığını, məhkəmənin onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdirş Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə istintaqının keçirilməsini mümkün hesab edərək onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 18 dekabr 2023-cü il tarixdə Bakı şəhərində yaşayan oğlu Şahid evinə qonaq gəlmişdir. 18 dekabr 2023-cü il tarixdə saat 23 radələrində oğlu Şahid idarə etdiyi «VAZ 21214» markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olaraq Bakı şəhəri Novxanı qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətində baş yolda hərəkətdə olan zaman Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi Pirşağı - Novxanı avtomobil yolunda sola doğru dönüş edən əvvəllər tanımadıqları sonradan anket məlumatları ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Mustang» markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobil onun sərnişin olduğu avtomobilin hərəkət istiqamətinə çıxmaqla «Ford Mustang» markalı avtomobilin ön hissəsi ilə sərnişini olduğu «VAZ 21214» markalı avtomobilin qabaq sağ ön hissəsindən vuraraq toqquşmuşdur. Baş vermiş hadisə zamanı xəsarət aldığından hadisə yerinə gəlmiş təcili yardım avtomobili tibbi yarım almağı üçün xəstəxanaya aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, «BC» kateqorialı sürücülük vəsiqəsi vardır və hazırda etibarnamə ilə VAZ 21214 markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 18 dekabr 2023-cü il tarixdə Şəmkir rayonunda yaşayan anası Zərərçəkmiş şəxs onun yaşadığı evə qonaq gəlmişdir. 18 dekabr 2023-cü il tarixdə saat təxminən 23 radələrində anası Zərərçəkmiş şəxsa Mikayıl qızının da sərnişin olduğu etibarnamə əsasında idarə etdiyi VAZ 21214 markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi Pirşağı-Novxanı avtomobil yolunda üzü Novxanı qəsəbəsi istiqamətində dəniz kənarı avtomobil yolu ilə saatda təxminən 30-40 km surətlə əsas baş yolda hərəkətdə olarkən qarşıda yol kəsişməsində yolun sağ hissəsindən ağ rəngli Ford Mustang markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin əsas baş yola gözləmədən hərəkətdə olub onun hərəkət istiqamətinə çıxmasını təxminən 3-4 metr aralı məsafədə gördükdə həmin avtomobillə toqquşmamaq üçün avtomobilin tormozundan istifadə edib sükanı sola doğru qarşı əks zolağa doğru istiqamətləndirib dayandırsa da hadisədən yan qaça bilməmiş və bu zaman qarşı əks zolağa manevr edən Ford Mustang markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə idarə etdiyi avtomobilin qabaq sağ ön hissəsindən vuraraq toqquşmuşdur. Hadisə zamanı o və idarə etdiyi avtomobildə sərnişin olan anası X4 xəsarət almışdır. Hadisə baş verən zaman Ford Mustang markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olmuş adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs və onun idarə etdiyi avtomobildə sərnişin olan Türkiyə Respublikasının vətəndaşı adı sonradan ona məlum olan Gencay Korkmaz ona və anasına yaxınlaşıb köməklik göstərib hadisə yerinə təcili yardım çağırmışlar. O və anası Zərərçəkmiş şəxs hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə tibbi yardım almaları üçün X9 aparılmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə 18 dekabr 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı-Novxanı dəniz kənarı yolunda hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur(i.v.05-12); xx.xx.2023-cü il tarixli, 1/4793 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqolun miqdarı 0,339 promil müəyyən olunmuşdur (i.v.16); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 Sabunçu rayon şöbəsinin 21 dekabr 2023-cü tarixli 3117 nömrəli tibbi rəyindən görünür ki, X1 bud və sol mil sümüklərinin qapalı yerdəyişən sınığı, alın və alın təpə nahiyələrinin əzilmiş yarası, sağ yanaq-almacıq nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (i.v.46-48); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 Sabunçu rayon şöbəsinin 21 dekabr 2023-cü il tarixli 3115 nömrəli tibbi rəyindən görünür ki, Şahid alın və burun nahiyələrinin əzilmiş səthi yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (i.v.49-50); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.62); Azərbaycan Respublikası DİN BDYPİ-nin 27 fevral 2024-cü il tarixli 3-13-16/2- 31856/2024 saylı məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2004cü il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir (i.v.64); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29 fevral 2024-cü il tarixli 8/401 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Ford Mustang markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısına almağa texniki imkanı olmuşdur. Sürücü A.R.X7 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü A.R.X7 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.
2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21214 markalı 99- FE-801 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur (i.v.65-68); Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X5 adlı bir azyaşlı övladı var (i.v.116); təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.117-118); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını(CM- 59.1.4), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.1) cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 128 (yüz iyirmi səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Elnurə Rəcəbova