Məhkəmə qərarları › İş №1(008)-398/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-398/2020

30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-398/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1945-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 52, mənzil 20 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq qoşa lüləli ov tüfəngini əldə edib yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 52, mənzil 20 ünvanında saxlamış, xx xxxxxx 2020-ci il saat 11 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı həmin ünvanda polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə baxış keçirilən zamanı evin yataq otağında yerləşən divanın saxlanc yerində göy rəngli sellofana bükülmüş zavod üsulu ilə istehsal edilmiş, 16 kalibirli, patronluqlarının uzunluğu 70 mm olan, “Ş 11080” №-li, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov tüfəngi, lakin sonradan konstruktiv dəyişikliyə məruz qalaraq lülələri və qundağı kustar üsulla kəsilib qısaldılaraq, ilkin təyinatı dəyişdirildiyindən tüfəng kəsiyi, saz vəziyyətdə, odlu silah hesab edilən, atəş açmaq üçün yararlı olan və həmin yerdən 6 ədəd zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində, həmçinin həmin (“T03-63) modelli, “Ş 11080” №-li ov tüfəngində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlar ağ rəngli sellofanın içərisində kardon qutudan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmin silah ona təxminən 50-60 il bundan əvvəl mərhum atası X2 yadigar qalmışdır. Həmin vaxtdan silahı və patronu atasından yadigar qaldığı üçün yaşadığı evdə saxlamış, lakin, həmin silahdan bu günə qədər istifadə etməmiş, yararlı olub olmamasından məlumatı olmamışdır. Həmin silahı özü kəsdirib evdə ata yadigarı kimi saxlamışdır. xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 52, mənzil 20 ünvanına yaxınlaşaraq evində silah sursatın saxlanılması barədə məlumat daxil olduğunu, buna görə də, yaşadığı mənzilə baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və evinə baxış keçirmələrinə icazə vermişdir. Polis əməkdaşları yaşadığı evə baxış keçirən zaman onun yatdığı yataq otağında olan divanın saxlanc yerində saxladığı bir ədəd lülələri, qundağı kəsilmiş ov tüfəngini və 16 ədəd kalibrli, 6 ədəd həmin silahın patronunu aşkar edərək götürmüşlər.Əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 52, mənzil 20 ünvanına yaşayan Təqsirləndirilən şəxs qanunsuz silahsursat olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raportla məruzə edilmiş, əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra, əməliyyat qrupu ilə birlikdə xx xxxxxx 2020-ci il saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 52, mənzil 20 ünvanına yaxınlaşmışlar. Orada özünü evin sahibi kimi təqdim edən Təqsirləndirilən şəxs evində silah-sursatın saxlanması barədə məlumat daxil olduğunu, buna görə də, yaşadığı mənzilə baxış keçirilməsi zərurəti yarandığını bildirmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və evə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yatdığı yataq otağında olan divanın saxlanc yerindən bir ədəd lülələri, qundağı kəsilmiş ov tüfəngini və 16 ədəd kalibrli 6 ədəd həmin silahın patronunu aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin silah ona təxminən 50-60 il bundan əvvəl mərhum atası X2 yadigar qalmışdır. Həmin vaxtdan silahı və patronu atasından yadigar qaldığı üçün yaşadığı evdə saxlayıb. Lakin, həmin silahdan bu günə qədər istifadə etməmiş, yararlı olub olmamasından məlumatı olmamışdır. Tərəflərindən həmin silah, sursat qablaşdırılıb imzalanaraq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Tərtib protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 14-cü PB-nin sahə inspektoru Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 76-78-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 26-27-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli baxış, axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid3, Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 52, mənzil 20 ünvanına baxış keçirilmiş və baxış zamanı evin yataq otağında yerləşən divanın saxlanc yerində göy rəngli sellofana bükülmüş bir ədəd T03-63 markalı silah və altı ədəd patronlar ağ rəngli sellofanın içərisində kardon qutudan aşkar edilərək götürülmüşdür. Cinayət işinin 44-cü vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 64 (altmış dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 45-46-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-ballistik ekspertizasının 3/941 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silahzavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli patronluqlarının uzunluğu 70 mm olan, “TOZ-63” modelli, “Ş 11080" №-li, xarici çaxmaqlı qoşalüləli, yivsiz odlu ov tüfəngidir, lakin sonradan konstruktiv dəyişikliyə məruz qalaraq lülələri və qundağı kustar üsulla kəsilib qısaldılaraq, ilkin təyinatı dəyişdirildiyindən tüfəng kəsiyidir, odlu silah hesab edilir. Həmin silah saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 6 (altı) ədəd patron-zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla. Həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində, həmçinin tədqiqata təqdim edilmiş “TOZ-63” modelli, “Ş 11080” №-li ov tüfəngində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardırlar, atəşə yararlıdırlar. Cinayət işinin 81-82-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli maddi sübutun tanınması və saxlanılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 52, mənzil 20 ünvanından yatdığı yataq otağında olan divanın saxlanc yerində saxladığı bir ədəd lülələri və qundağı kəsilmiş ov tüfəngi və 16 ədəd kalibrli 6 ədəd həmin silahın patronu maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, hadisənin görüntülərini əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 86-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X3 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 7 saylı X1 xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx xxxxxxx 1945-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs 1992-ci ildən 7 saylı X1 poliklinika şöbəsində “Diskulyar ensefalopatiya qarışıq tipli, beyin əsasında keçirilmiş işemik insultun qalıqları, Arterial hipertenziya” diaqnozu ilə tibbi qeydiyyatdadır. İİ qrup əlildir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışında verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə qanunsuz olaraq odlu silahı və döyüş sursatını saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, İİ qrup əlil olmasını, yaşını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 228.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı Sabunçu RPİ-nin MYS-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 01 (bir) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülmüş 16 kalibrli patronluqlarının uzunluğu 70 mm olan, “TOZ-63” modelli, “Ş 11080" №-li, xarici çaxmaqlı qoşalüləli, yivsiz odlu ov tüfəngi,16 kalibrli olmaqla6 ədəd zavod üsulu ilə hazırlanmış patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıvə iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs götürülmüş 16 kalibrli patronluqlarının uzunluğu 70 mm olan, “TOZ-63” modelli, “Ş 11080" №-li, xarici çaxmaqlı qoşalüləli, yivsiz odlu ov tüfəngi, 16 kalibrli olmaqla 6 ədəd zavod üsulu ilə hazırlanmış patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs yaşadığı evdə keçirilmiş baxış görüntülərini əks etdirən maddi sübut - 01 ədəd DVD disk cinayət işi materialında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar