Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-398/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi ev 19-da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, yeni tikilidə yaşamış, barəsində “həbs” qətimkan seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd ******* nömrəli, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal edilmiş, «Kalaşnikov» konstruksiyalı, «AK-74» modelli, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah avtomatı, onun komplekt hissəsi olan 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 05 ədəd darağı, «Kalaşnikov» konstruksiyalı silahların ştat patronları olan, 80 ədəd 5,45x39 mm kalibrli və 55 ədəd 7,62x39 mm kalibrli zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı döyüş sursatı olan ümumilikdə 135 ədəd patronları əldə edib yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsindəki fərdi evədək daşıyaraq orada saxlamış, qanunsuz olaraq odlu silah saxlaması barədə daxil olmuş məlumat əsasında Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı ünvanın qarşısında saxlanılaraq öz razılığı ilə ünvanına keçirilmiş baxış zamanı evinin qonaq otağındakı divanın altından qanunsuz saxladığı həmin 01 ədəd ******* nömrəli, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal edilmiş, «Kalaşnikov» konstruksiyalı, «AK-74» modelli, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah avtomat, onun komplekt hissəsi olan, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 05 ədəd daraq, «Kalaşnikov» konstruksiyalı silahların ştat patronları olan, 80 ədəd 5,45x39 mm kalibrli və 55 ədəd 7,62x39 mm kalibrli zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı döyüş sursatı olan ümumilikdə 135 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadəyə görə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, 07 mart 2024-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində piyada gəzərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək adını və soyadını soruşmuş, o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları yaşadığı ünvanda qanunsuz olaraq oldu silah əldə edib saxlaması barədə əməliyyat daxil olduğu yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə getmiş, evində silahın olması barədə polis əməkdaşlarında dəqiq məlumat olduğunu anladığı üçün evin qonaq otağındakı divanın altından qanunsuz saxladığı ağ sellofanda 01 ədəd üzərində “Kalaşnikov” tipli avtomat, göy selofanda 135 ədəd patron və 05 ədəd odlu silahın daraqlarını təqdim etmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd “Kalaşnikov” tipli avtomat, 135 ədəd patron və 05 ədəd odlu silah daraqları qablaşdırılaraq götürülmüş və qablaşdırmanın üzəri tərəflərindən imzalanmışdır. Keçirilmiş hərəkətlərlə bağlı protokol tərtib edilmiş və o, digər iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib yaşadığı ünvanda saxlaması barədə məlumat daxil olmuşdur. Məlumat polis idarəsinin rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 07 mart 2024-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində zahiri əlamətləri Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin piyada getdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edərək barəsində qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib yaşadığı ünvanda saxlaması barədə əməliyyat məlumatının daxil olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs məlumatın doğruluğunu təsdiq edərək yaşadığı ünvanda silah və döyüş sursatları saxladığını etiraf etmiş, həmin silah-sursatı götürmələri üçün evində axtarış və götürmə aparılmasına etirazı olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs ilə birlikdə onun yaşadığı ünvana gedilmiş, Təqsirləndirilən şəxs evdə saxladığı silah və onun komponent hissələrini təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs evin giriş hissəsində yerləşən qonaq otağındakı divanın oturacaq hissəsini qaldıraraq altından iki ədəd sellofan torbada silah-sursatı çıxarıb təqdim etmişdir. Keçirilmiş hərəkətlərlə bağlı protokol tərtib edilmiş və o, digər iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 11-12-ci vərəqəsində olan 07 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə keçirilmiş şəxsi axtarış zamanı evin qonaq (zal) otağındakı divanın altından qanunsuz saxladığı ağ sellofanda 01 ədəd üzərində ******* nömrəsi olan “Kalaşnikov” tipli avtomat, göy sellofanda 135 ədəd patron və 05 ədəd odlu silahın daraqları aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 14-cü vərəqəsində olan 07 mart 2024-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 36-43-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə-ballistik ekspertizasının xx.xx.2024cü il tarixli, 24/535 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ******* №-li silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 05 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş hər birinə 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağlarıdır, döyüş sursatı hesab edilmirlər, texniki cəhətdən sazdırlar və istifadə üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 80 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 55 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd qəhvəyi rəngli taxta materialdan hazırlanmış əşya zavod üsulu ilə istehsal olunmuş Kalaşnikov konstruksiyalı avtomatların bir hissəsidir-qundağıdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİdə yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Tədqiqata təqdim edilmiş 80 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli patronlardan 06 ədədi, 55 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli patronlardan 05 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. Cinayət işinin 54-cü vərəqəsində olan 09 mart 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 55-ci vərəqəsində olan 09 mart 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 01 ədəd ******* nömrəli, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal edilmiş, «Kalaşnikov» konstruksiyalı, «AK-74» modelli, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah avtomat, onun komplekt hissəsi olan, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 05 ədəd daraq, «Kalaşnikov» konstruksiyalı silahların ştat patronları olan, ekspertiza tədqiqatından sonra qalıq 74 ədəd 5,45x39 mm kalibrli və 50 ədəd 7,62x39 mm kalibrli zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı döyüş sursatı olan ümumilikdə 124 ədəd patronlar cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin 79-80-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-141/2024 nömrəli, 09 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 07 mart 2024-cü il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 83-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 3-13-11/2-3805/2024 nömrəli, 19 mart 2024-cü il tarixli məktubundan görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 5,45 mm kalibrli, ******* nömrəli, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsi ilə yoxlanılmış, müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. Cinayət işinin 90-92-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 aprel 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. 03 aprel 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdiyi ifadələrlə, digər iş materialları ilə onun qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatlarını əldə edərək daşımaqla gəzdirib saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən əməlini etiraf etməsini cəzanı yüngülləşdirən, cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 07 mart 2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş 01 ədəd ******* nömrəli, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal edilmiş, «Kalaşnikov» konstruksiyalı, «AK-74» modelli, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah avtomat, onun komplekt hissəsi olan, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 05 ədəd daraq, «Kalaşnikov» konstruksiyalı silahların ştat patronları olan, ekspertiza tədqiqatından sonra qalıq 74 ədəd 5,45x39 mm kalibrli və 50 ədəd 7,62x39 mm kalibrli zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı döyüş sursatı olan ümumilikdə 124 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 07 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş 01 ədəd ******* nömrəli, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal edilmiş, «Kalaşnikov» konstruksiyalı, «AK-74» modelli, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah avtomat, onun komplekt hissəsi olan, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 05 ədəd daraq, «Kalaşnikov» konstruksiyalı silahların ştat patronları olan, ekspertiza tədqiqatından sonra qalıq 74 ədəd 5,45x39 mm kalibrli və 50 ədəd 7,62x39 mm kalibrli zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı döyüş sursatı olan ümumilikdə 124 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-398/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-398/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver