Məhkəmə qərarları › İş №1(008)-398/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-398/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-398/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən barəsində 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş bayev Aytin Akif oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Q.Vəzirov küçəsində yerləşən 3055 nömrəli «Al market» dükanına müştəri qismində daxil olaraq dükanın işçilərinin diqqətlərinin yayınmasından istifadə edib dükanın xidməti otağına və otaqdakı saxlanc yeri kimi istifadə olunan dəmir seyfin içərisinə qanunsuz daxil olmaqla oradan dükanın müdir müavini Zərərçəkmiş şəxs1 şəxsi vəsaiti olan 220 manat məbləğində nağd pulu gizli olaraq talayıb oğurluq etmişdir Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq təkrar talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində Yeni Ramanı yolunun kənarında yerləşən “Rahat Ramanı-2” marketinin dükanının qarşısında dayanmış, **-JE-*** dövlət qeydiyyat nişanlı “Qazel” markalı yük avtomobilinin kabinəsinin qapılarının kilidli olmamasından istifadə edərək avtomobilin salonuna daxıl olub oradakı sağ sərnişin oturacağının üzərində olan Zərərçəkmiş şəxs2 məxsus 560 manat dəyərində bir ədəd «Samsung Galaxy A23» markalı mobil smartfonu və həmin vaxt smarfonun üzərində olan, hər birinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 10 manat təşkil edən 02 ədəd ***-***-**-** və ***-***-**-** nömrəli sim-kartları gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 570 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həqiqətən də 02 08.2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi Q.Vəzirov küçəsində yerləşən «Al market» dükanına müştəri qismində daxil olaraq dükanın işçilərinin diqqətinin yayınmasından istifadə edərək dükandakı xidməti otağa qanunsuz daxil olmaqla oradakı açıq dəmir şkafın rəfindən 180 manat məbləğində nağd pulu götürüb cibinə qoymaqla oğurlamış, pulu öz ehtiyaclarıma xərcləmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbsi ərazisindəki «Rahat market» dükanının qarşısından keçərkən orada dayanmış «Qazel» markalı yük avtomobilinin qapısının açıq olmasını, sahibinin orada olmadığını görüb həmin avtomobilin salonundakı oturacağın üzərindən bir ədəd «Samsung» markalı mobil telefon cihazını oğurlayıb sabahısı gün aparıb Bakıxanov qəsəbəsi ərazisindəki telefon dükanına 95 manata sataraq əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Oğurluq hadisələrini törədərkən sərxoş olmuşdur. Səhv etmişdir. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində iş yoldaşı Ruslan Qəhrəmanovla birlikdə sonuncunun idarə etdiyi, idarələrinə məxsus, ** JE *** dövlət qeydiyyat nişanlı “Qazel” markalı xidməti yük avtomobili ilə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ərazisindən keçərkən alış-veriş etmək üçün oradakı Yeni Ramanı yolunun kənarında yerləşən “Rahat Ramanı-2” marketinin qarşısında avtomobili saxlayıb aşağı enmişlər, lakin tez qayıdacaqları üçün avtomobilin qapılarını kilidləməmişlər. Alışveriş edib təxminən 15-20 dəqiqədən sonra avtomobilə geri qayıtdıqda isə aşkar etmişdir ki, avtomobilin salonunda qabaq sərnişin oturacağının üzərində saxladığı, özünə məxsus, təxminən 3 ay əvvəl kreditlə 560 manata aldığı “Samsung Galaxy A-23” markalı mobil telefonu, üzərindəki hər birinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 10 manat təşkil edən ***-***-**-**, ***-***-**-** nömrəli sim-kartlar ilə birlikdə yerində yoxdur. Əvvəl elə zənn etmişdir ki, telefonu avtomobilin ayaqaltı hissəsinə və yaxud aşağı enərkən avtomobildən yerə düşüb, ona görə də telefonunu avtomobilin salonunda və yerdə axtarmış, lakin tapmadıqda yəqin etmişdir ki, kimsə avtomobilin qapısının kilidli olmadığını görərək avtomobilin salonuna gizli daxil olaraq telefonunu oğurlamışdır. Ona görə də telefonunun oğurlanması barədə iki gün sonra ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 570 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyandan 100 manat ödənilmişdir. Ziyan tam şəkildə ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ilə məhkəmə iclasında telefon vasitəsilə əlaqə saxlanılan zaman o, 200 manat pul vəsaitinin ona qaytarıldığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 5-6 aydır ki, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi Q.Vəzirov küçəsində yerləşən 3055 nömrəli “Al market” dükanında müdir müavini vəzifəsində işləyir. Marketin daxilindəki xidməti otaqda dəmir seyf ona təhkim olunub, içərisində hesabat dəftərlərini və öz şəxsi əşyalarını saxlayır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində marketdə olan zaman kassaya xırda pul lazım olduğundan o, xidməti otağa keçib oradakı seyfdə saxladığı özünə məxsus pulların arasında olan xırda pulları götürüb kassaya təhvil vermiş, seyfin qapısını isə kilidləməyi unutmuşdur, kassadakı iri əskinaslar ilə əvəzləşdirdiyı pulunu yerinə qoymaq üçün xidməti otağa geri qayıtdıqda isə müəyyən etmişdir ki. seyfdə qalan 220 manat məbləğində pulu oğurlanıb. Oğurluğun kimin tərəfindən törədildiyini müəyyən etmək üçün dükanın videomüşahidə kameralarının həmin vaxta qeydə aldıqları vıdeogörüntülərə baxdıqda isə müəyyən etmişdir ki, həmin vaxt dükana müştəri qismində gəlmiş bir nəfər cavan oğlan işçilərin diqqətinin yayınmasından istifadə edərək onun xidməti otağına icazəsiz daxil olmaqla oradakı seyfin içərisindən ona məxsus pulu oğurlayıb. Bu barədə zəng vurub Polisə məlumat vermiş, araşdırma başlanmış, videogörüntülər polisə təqdim olunmuş, bır müddətdən sonra həmin şəxs polis tərəfindən müəyyən olunaraq saxlanılmış, ona təqdim olunmuş və o, həmin şəxsin videogörüntüdə əks olunan, oğurluq etmiş şəxs olmasını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2019-cu ilin təxminən noyabr ayından ünvan 3 ünvanında yerləşən “İmpuls” telefon dükanını icarəyə götürüb orada mobil telefonların alğı-satqısı və təmiri ilə məşğul o!ur.xx.xx.2023-cü il tarixdə dükanda olarkən dükana bir nəfər əvvəllər tanımadığı, Təqsirləndirilən şəxs Arif oğlu adlı şəxs gələrək ona bir ədəd “Samsung” markalı mobil telefon cihazını göstərib özününki kimi təqdim edərək satmaq istədiyini bildirmişdir. O da həmin telefonu yoxlayb işlək vəziyyətdə olduğunu müəyyən etdikdən sonra həmin telefonu 95 manata almağa razılaşmışdır. Həmin şəxsdən şəxsiyyət vəsiqəsini alaraq kserosurəti çıxarıb üzərində müvafiq əlyazma qəbz yazdırmaqla pulunu ödəmişdir. Qısa bir müddətdən sonra isə həmin telefon cihazını hazırda yadında qalmayan tanımadığı başqa bir müştəriyə təxminən 130 manata satmışdır. Sonradan artıq həmin şəxsi polislər dükanına gətirdikdə məlum olmuşdur ki, həmin telefon oğurluq imiş, lakin oğurluqdan onun əvvəlcədən məlumatı olmamışdır. Bunu polislər tərəfindən dükanına gətirilmiş həmin şəxsin özü də təsdiq etmişdir. O, telefonu həmin şəxsdən alarkən şəxsin özünə yazdırdığı müvafiq əlyazma qəbzin surətini də polis əməkdaşlarına təqdim etmişdir. Əlavə olaraq onu da qeyd etmişdir ki, həmin Təqsirləndirilən şəxs Arif oğlu adlı şəxs ona cəmi bircə dəfə mobil telefon satmışdır, bundan başqa onun həmin şəxslə heç bir başqa alış-verişi olmayıb. Həmin şəxs onun dükanına tək gəlmişdir, ona satdığı telefonun şarj qurğusunu və qutusunu itirdiyni bildirərək ona təqdim etməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 şikayət ərizəsi əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 şikayət ərizəsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Rahat” marketin qarşısına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs kimi tanınmışdır. - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində yerləşən 3055 nömrəli «Al market» dükanına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. - diskin yaddaşında olan videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:07-də müştəri qismində marketə daxil olması, marketin işçilərinin diqqətlərinin yayınmasından istifadə edərək oradakı xidməti otağa keçməsi, xidməti otaqdakı açıq seyfin içərisinə daxil olaraq oradan pul oğurlaması müəyyən olunmuşdur. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30-da AR CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi tanınmışdır. - maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində yerləşən 3055 nömrəli “Al market” dükanında baş vermiş oğurluq hadisəsinin qeydə alınmış 04 ədəd vidoegörüntüləri əks olunmuş 01 ədəd CD-i cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuş, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə Sabunçu RPİ-nin MSY-dən azad olunmuşdur. - maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid tərəfindən təhqiqat orqanına təqdim edilmiş bir ədəd “A-4”formatlı vərəqdə çap edilmiş, üzərində əlyazma xətlə xx.xx.2023-cü il tarixi, Samsung A23, imei:**********79223/01 yazıları, imza sözü və imzanın özü, ***-***-**-** telefon nömrəsi yazılmış xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin kserosurəti cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuş, həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - maddi ziyanın ödənilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 100 manat məbləğində pulu sayıb təhvil aldıqdan sonra bildirdi ki, həmin pulu ödədikdən sonra təqsirləndirilən şəxsin hazırda 470 manat məbləğində pul verəcəyi qalır. - maddi ziyanın ödənilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 200 manat məbləğində pulu sayıb təhvil aldıqdan sonra bildirdi ki, həmin pulu ödədikdən sonra təqsirləndirilən şəxsin hazırda ona verəcəyi qalmır, müvafiq olaraq onun da təqsirləndirilən şəxsə qarşı hazırda heç bir şikayət və tələbi yoxdur. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən ona 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən barəsində 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi nəzərə alınmışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərərin qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən barəsində 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini cəzadan azad edildikdən sonra iki il müddət keçmədən törətməsinə baxmayaraq residiv hesab edilmir. Belə ki, “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 7-ci bəndində qeyd edilmişdir ki, bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Qeyd edilən qərara əsasən Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən, yəni xx.xx.2021-ci il tarixdən onun məhkumluğu götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilindiyi əməli Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-477/2023 nömrəli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-477/2023 nömrəli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-477/2023 nömrəli hökmü üzrə cinayət işinin ibtidai istintaqı dövründə xx.xx.2023-cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə MSY-dən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Həmçinin, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 19:30-da barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (1 sutkadan çox həbsdə saxlanılmış). Bununla da, o, ibtidai istintaq dövründə 04 gün müddətində tutulmuşdur. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 04 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 4 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən maddi sübut kimi tanınmış Şahid təqdim etdiyi xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus AA ******* nörməli şəxsiyyət vəsiqəsinin 01 ədəd “A4” formatlı vərəqdə çap olunmuş, üzərində əlyazma əks olunmuş kserosurəti və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-477/2023 saylı hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 4 gün həbsdə olması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Şahid təqdim etdiyi xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus AA ******* nörməli şəxsiyyət vəsiqəsinin 01 ədəd “A4” formatlı vərəqdə çap olunmuş, üzərində əlyazma əks olunmuş kserosurəti və 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 220 manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar