Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-399/2023 08.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1973-cü il tarixdə Ağdam rayonu, Yüzbaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam rayonu, Yüzbaşlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi nömrəsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə, saat 17:00 radələrində ictimai yerdə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində, Ramana-Şuşa şəhərciyi yolundakı sosial evlərin qarşısında, tanışı Şahid onunla əvvəllər yaxın münasibətdə olmuş Zərərçəkmiş şəxs görüşdükləri müddət ərzində xərclədiyi pulların bir qismini geri tələb etməsini cüzi səbəb kimi bəhanə edərək heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyub, özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqlənməsini təsdiq etmək niyyəti ilə cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik ifadə edərək ətrafdakıların gözü qarşısında Zərərçəkmiş şəxs qarşı uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni əxlaq normalarını, həmçinin insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını kobud surətdə pozmuş, bununla kifayətlənməyib qərəzli hərəkətlərini davam etdirərək zərərçəkmiş şəxsə zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətləri ilə zərərçəkmiş Ş.Ş. Kazımovun bədəninin müxtəlif nahiyələrindən təpik və yumruqla qəsdən vuraraq sonuncunun 124 manat dəyərində «Nokia» markalı mobil telefonunu yerə salıb məhv edilməsi, habelə sol bud nahiyəsinin geniş ölçülü dərialtı hematoması, hər iki said, sağ bazu və qarın nahiyələrinin qançır və sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi elan olunmuş ittiham üzrə özünü özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid onun restoranda işləyən anası Yetərin vasitəsi ilə tanımış və Sevillə dostluq edir, 2022-ci ilin yayından Sevil ilə mehriban münasibətləri yaranmışdır. Sevil və Şahin 2015-ci ildən yaxınlıq edirdilər. Şahin istədiyi vaxt Sevilin evinə gedib gəlir. 2022-ci ilin iyun ayından Sevil Şahinlə əlaqəsini kəsmək qərarına gəlmiş, lakin Şahin Sevildən ayrılmaq istəməmişdir. Sevilin ona deməsinə görə Şahin mütəmadi olaraq zəng vurmuş, Sevillə əvvəlki münasibətlərini bərpa etmək istəmişdir. Şahini tanımasa da Şahinin bu kimi hərəkətlərini qəbul edə bilməmişdir. 2022-ci ilin iyul ayının əvvəllərində Sevil ona Şahinin zəng vuraraq görüşdükləri dövürdə xərclədiyi puldan 500 manatını geri istədiyini bildirmişdir. O, Sevilə əhəmiyyət verməməsini bildirmişdir. 17 iyul 2022-ci il tarixdə, saat 17:00 radələrində Sevil ona zəng vuraraq bildirmişdir ki, X4 rayonu, Ramana qəsəbəsində yerləşən evinə getmişdir. Sevil evdə olmasa da, X2 rastlaşaraq Sevilin harada olmasını soruşmuşdur. Həmin vaxt Sevil evdə olmadığından Şahinlə görüşə bilməmişlər. X6 zəng vuraraq Şahinin harada olmasını soruşmuşdur. Şahin bildirmişdir ki, idarə etdiyi avtomobilində Ramana qəsəbəsində gedir, qəsəbənin mərkəzində işıqforun yaxınlığındadır. Sevil Şahinə həmin yerdə gözləməsini demişdir. Sevil taksiyə minərək həmin yerə gedib Şahinlə söhbət edərkən, təsadüfdən o, idarə etdiyi avtomobilində həmin yerdən keçirdi. O, Sabunçu rayonu, Ramana qəsəbəsində, Ramana ilə Şuşa şəhərciyi arasındakı yolun kənarında, sosial evlərin qarşısındakı işıqforun yaxınlığında Sevilin «Tofaş» markalı avtomobilin yanında bir nəfər şəxslə söhbət etdiyini görmüşdür. Sevil ona Şahinin «Tofaş» markalı avtomobilinin olmasını dediyindən Sevilin söhbət etdiyi şəxsin Şahin olduğunu bilmişdir. O, avtomobilini saxlayıb onlara yaxınlaşmış, Şahinə demişdir ki, «Niyə bu qıza zəng vurub narahat edirsən». Şahin isə ona «bu qızdan pulumu istəyirəm» demişdir. Şahinin Sevillə kobud danışmasını qəbul edə bilmədiyindən Şahinin bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə zərbələr endirmişdir. Həmin vaxt Şahinin əlində olan «Nokia» markalı mobil telefonu asfaltın üzərinə düşərək xırda hissələrə parçalanmaqla yararsız vəziyyətə düşmüşdür. Şahin onu söydüyündən o, da Şahini söymüşdür. Sevil onu sakitləşdirmək üçün araya girmiş, lakin Şahini vurmaqda davam etmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sevili 2015-ci ildən tanıyır, Sevillə qeyri rəsmi nigahda yaşamış, ailəsi də bu barədə bilmiş, Sevilin evinə sərbəst gedirdi. Yəhyani isə hadisə baş verən günədək tanımamış, heç bir tanışlıqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. 2022-ci ilin iyun ayında Sevil ondan ayrılmaq qərarına gəlmiş, ayrılmasının səbəbini bilmədiyindən tez-tez Sevilə zəng vuraraq onunla görüşmək istəyirmiş. O, görmüşdür ki, Sevilin fikiri qətidir, odur ki, ötən 6-7 il ərzində Sevilə xırda-xırda verdiyi 1.800 manatdan 500 manatını geri istəmişdir. Sevil ona demişdir ki, guya Sevilə nağd olaraq pul verməmiş, xərclədiyi pulları isə öz istəyi ilə xərcləmişdir. 17 iyul 2022-ci il tarixdə, saat 17:00 radələrində Sevilə zəng vuraraq demişdir ki, pula ehtiyacı var, ona olan 1.800 manat borcundan 500 manatını qaytarsın. Sevil isə ona borcu olmadığın, qaytarmayacağını demişdir. İdarə etdiyi «Tofaş» markalı avtomobilində Sevilin Sabunçu rayonu, Ramana qəsəbəsində nömrəsiz ünvanda yerləşən yaşadığı evinə getmişdir. Sevilin evinin qapısı bağlı olmuş, küçədə Sevilin oğlu Eltacı görərək Sevili, Eltac özüdə ondan Sevili soruşmuşdur. O, Eltaca bu gün Sevilin onunla olmadığını demişdir. Aavtomobilinə minərək Sabunçu rayonu, Maştağa qəsəbəsi istiqamətində gedərkən Sevil ona zəng vuraraq ayrıldıqları halda nə səbəbdən Sevilin evinə getməsini soruşmuş və harada olması ilə maraqlanmışdır. O, bildirmişdir ki, idarə etdiyi «Tofaş» markalı avtomobilində Ramana qəsəbəsi ilə gedir, qəsəbənin mərkəzində işıqforun yaxınlığındadır. Sevil ona həmin yerdə gözləməsini, gəldiyini bildirmişdir. Avtomobilini yolun kənarında saxlayaraq avtomobilindən düşüb Sevili gözləmiş, düşünmüşdür ki, Sevil onunla görüşmək istəyir. Təxminən 10 dəqiqə sonra Sevil taksidə həmin yerə gələrək taksidən düşmüş, taksi isə yoluna davam etmişdir. Sevillə salamlaşarkən Sevil ona onun evinə getdiyinə görə irad bildirmişdir. Ətrafda xeyli insan olduğundan Sevilə demişdir ki, «otur maşını söhbət edək». Sevil avtomobilinə minməyə etiraz etmişdir. O, Sevillə söhbət edərkən sonradan adını bildiyi Yəhya idarə etdiyi köhnə «Mercedes» markalı avtomobilini yolun kənarında saxlayıb onlara yaxınlaşmışdır. Yəhya ona «niyə bu qıza zəng vurub narahat edirsən» demişdir. O, bildirmişdir ki, «bu qızdan pulumu istəyir». Heç bir səbəb olmadan, heç bir söz demədən, qəfildən Yəhya yumruq və təpiklə bədəninin onun müxtəlif nahiyələrindən zərbələr vurmağa və onu küçə söyüşləri ilə söyməyə başlamışdır. Həmin vaxt əlində olan 124 manata aldığı «Nokia» markalı telefonu asfaltın üzərinə düşərək xırda hissələrə parçalanıb tam yararsız hala düşmüşdür. Sevil araya girsə də Yəhya Sevilə əhəmiyyət verməmiş, onu vurmağa və söyməyə davam etmişdir. Hal-hazırda onlar şəxslə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid şəxs qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o Şahini 2015-ci ildən tanıyır, qeyri-rəsmi nigahda yaşamışlar. 2022-ci ilin iyun ayından şəxsi münasibətləri pozulmuşdur. Yəhyani isə anası Yetərin vasitəsi ilə uşaqlıqdan tanıyır, Yəhya ilə ailəvi dostluq edirlər. 2022-ci ilin iyun ayından Şahinlə ayrılmaq qərarına gəlmiş, lakin Şahin ondan əl çəkməmiş, ayrılmaq istəməmişdir. Həmin ərəfədə Şahin ona bildirmişdir ki, ötən 6-7 il ərzində onun evinə bazarlıq etmək və digər komunal xərclər ödəməklə ona 1.800 manat pul xərcləmiş, həmin puldan 500 manatını qaytarsın. O, Şahinə ona nağd olaraq pul vermədiyini, xərclədiyi pullara görə ona yalvarmadığını, öz istəyi ilə pul xərclədiyini demişdir. Şahinin ondan pul istəməsi barədə ailəvi dostluq etdiyi Yəhyaya demişdir. Yəhya Şahini tanımasa da, Şahin barəsində ondan eşitmişdir. 17 iyul 2022-ci il tarixdə, saat 17:00 radələrində evdən şəxsi işləri ilə bağlı çıxmış, lakin oğlu Eltac evdə qalmışdır. Həmin vaxt Şahin 500 manatı istəməsi üçün evinə gəlmiş, lakin həmin vaxt oğlu Eltac qonşuluqda yaşayan bacısının evində olduğundan evinin qapısı bağlı olmuşdur. Şahin qapını döyərkən oğlu Eltac səs eşidərək küçəyə çıxmış, Şahin Eltacdan onu soruşmuş, evdə olmadığını bilib getmişdir. Eltac ona bu barədə dedikdə o, Şahinə zəng vuraraq ayrıldıqları halda evinə gəlməsinə görə Şahinə irad bildirmişdir. Şahindən harada olmasını soruşmuşdur. Şahin bildirmişdir ki, idarə etdiyi «Tofaş» markalı avtomobilində Ramana ilə Şuşa şəhərciyi arasındakı yolla gedir, sosial evlərin qarşısındakı işıqforun yaxınlığındadır. O, Şahinə həmin yerdə gözləməsini, indi gəldiyini demişdir. Taksiyə minərək Ramana qəsəbəsinə svetaforun yaxınlığına getmişdir. Şahini idarə etdiyi avtomobilini yolun kənarında saxlayaraq avtomobilindən düşməsini görmüşdür. O, taksidən düşərək Şahinlə salamlaşmış, ayrıldıqları halda evinə getməsinə görə Şahinə irad bildirmişdir. Şahin təklif etmişdir ki, avtomobildə oturub söhbət etsinlər. O, Şahinin avtomobilinə minməmişdir. Şahinlə söhbət edərkən Yəhya «Mercedes» markalı avtomobilində yanlarından ötərkən təsadüfdən onu Şahinlə söhbət edən görmüşdür. Yəhya avtomobilini saxlayıb onlara yaxınlaşmış, Yəhya Şahinə «Niyə bu qıza zəng vurub narahat edirsən» demişdir. Şahin isə «bu qızdan pulumu istəyirəm» demişdir. X3 bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə zərbələr vurmağa başlamış, Şahinin əlində olan «Nokia» markalı telefonu asfaltın üzərinə düşərək xırda hissələrə parçalanmışdır. O, araya girsə də Yəhya ona əhəmiyyət verməmiş, Şahini vurmağa və söyməyə davam etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 18 yanvar 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X5 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 1642 saylı, 26 iyul 2022-ci il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sol bud nahiyəsinin geniş ölçülü dərialtı hematoması, hər iki said, sağ bazu və qarın nahiyələrinin qançır və sıyrıqları müəyyən edilir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti 17 iyul 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq-yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin özünün qismən etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən-xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin şikayət və tələbin olmamasını işdə olan digər halları nəzərə alaraq, ona «cərimə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsi tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə, saat 16:00 radələrində tutulmuşdur (səh.,37). Cinayət işinin materiallarında olan 12 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində xəlb olunmuşdur (səh.,67) Cinayət işinin materiallarında olan 12 fevral 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 78).. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təbiq olunur və bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdən 12 fevral 2023-cü il tarixə kimi həbsdə saxlandığı müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 90 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən 2.500 manat miqdarında cərimə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdən 12 fevral 2023-cü il tarixə kimi həbsdə saxlandığı müddət nəzərə alınsın, təyin edilmiş cərimə yüngülləşdirilsin və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 2.400 manat miqdarında cərimə cəzası saxlanılsın. Hökmün icrası Bakı şəh., Probasiya İdarəsinə həvalə edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 15 saata görə 90 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-399/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-399/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver