Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-399/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxxxx 1996-cı il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əl bir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 30 dekabr 2023-cü il tarixdə ünvan 2 ünvanın qarşısından sifariş verdikləri dönəri çatdıran vətəndaş Zərərçəkmiş şəxs məxsus motosikleti talamaq niyyətini həyata keçirməkdən ötrü Təqsirləndirilən şəxs2 həmin binanın 4-cü mərtəbəsinə qalxaraq dönər sifarişi çatdıran Zərərçəkmiş şəxs başını söhbətə qataraq Təqsirləndirilən şəxs1 binanın qarşısından bir ədəd dəyəri 3200 manat olan üzərində E22 20 kub m yazıları həkk edilən «BLR Xland Geo» markalı motosikleti dəyəri 250 manat olan «Redmi Not 6 pro» markalı mobil telefonu bir ədəd dəyəri 40 manat olan çantanı, bir ədəd dəyəri 40 manat olan dəbilqəni, dəyəri 20 manat olan açar dəstini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 3550 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əl bir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 30 dekabr 2023-cü il tarixdə ünvan 2 ünvanın qarşısından sifariş verdikləri dönəri çatdıran vətəndaş Zərərçəkmiş şəxs məxsus motosikleti, talamaq niyyətlərini həyata keçirməkdən ötrü o, həmin binanın 4-cü mərtəbəsində sifarişi çatdıran Zərərçəkmiş şəxs başını söhbətə qatmış Təqsirləndirilən şəxs1 binanın həyətində olan dəyəri 3200 manat olan üzərində E22 20 kub m yazıları həkk edilən «BLR Xland Geo» markalı motosikleti, bir ədəd dəyəri 250 manat olan «Redmi Not 6 pro» markalı mobil telefonu, bir ədəd dəyəri 40 manat olan çantanı, bir ədəd dəyəri 40 manat olan dəbilqəni, dəyəri 20 manat olan açar dəstini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 3550 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir, onunla yaxşı münasibətləri vardır. Yusif avtomobil ustasıdır o, isə kuryer işləyirmiş. 30 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində evdə oturmuşlar, həmin ərəfədə pulları olmamışdır, maddi vəziyyətləri çox pis olmuşdur. O, Yusifə oğurluq etmək təklifini etmiş, Yusif isə birinci bu fikirlə razılaşmamış, lakin sonradan onun təklifini qəbul etmişdir. Yusif ondan nə oğurluq edəcəklərini soruşduqda, o, dönər sifariş verək gətirsin onun motosikletini oğurlayıb sataq pul əldə edək demişdir. Yusif bu fikirlə razılaşmışdır, lakin o, demişdirki, yaşadıqları evdə olmaz ona görə də onlar evdən çıxıb Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən Akordun binalarının yanına gəlmişlər və oradan o, öz mobil telefonu ilə «Köz» dönərə zəng edib iki dönər sifariş vermişdir. O, Yusifə sən qalxarsan 4cü mərtəbəyə oradan qarşıyılıb dönərin pulunu verərsən tapşırığını vermiş o, isə aşağıdan motosikleti aparacaqmış. Yusif razılaşmış və bir qədər sonra sifarişləri gətirilmiş və telefonla hansı bloka və mərtəbəyə daxil olmasını izah etmişlər, kuryer 4-cü mərtəbəyə qalxmış Yusif onun gətirdiyi 2 dönərin pulunu vermiş və bir qədər söhbətə tutmuşdur ki, o, motosikleti aparsın. O, motosikletin açarların üstündə olduğunu görmüş ona görə də mühərriki işə salıb idarə edərək Yeni Günəşli qəsəbəsində Yusifin işlədiyi sexə aparmışdır. Həmin motosikletin üzərində dövlət nömrə nişanı olmamışdır, rəngi qırmızı olmuşdur, sexdə o, motosikletin rəngini sarı və qara rəngə dəyişmiş və satmaq üçün müştəri axtarmağa başlamışlar. O, nə qədər müştəri axtarsada tapa bilməmişdir. 15 yanvar 2024cü il tarixdə, saat 15 radələrində Yeni Günəşli qəsəbəsində «Ballı» marketin qarşısında olan zaman polis əməkdaşları onu Sabunçu RPl-nin 13-cü PŞ-nə gətirmişlər, bir qədər sonra Yusifi də gətirmişlər. O, motosikleti Mərdəkan qəsəbəsində aparıb dönərxanaların birinin qarşısında yolun kənarında saxladığını demiş və o, polis işçiləri ilə gedib həmin motosikleti oradan götürmüşlər. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə barışıq əldə edilmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, o, dostu Təqsirləndirilən şəxs1la birlikdə kirayəşin yaşayırmış. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir, onunla yaxşı münasibətərim vardır. O, özü avtomobil ustasıdır dostu Mürsəl isə kuryer işləyir və beləliklə dolanırmışlar. 30 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində evdə oturmuşlar və həmin ərəfədə pulları olmamışdiri, maddi vəziyyətləri çox pis olmuşdur. Mürsəl oğurluq etmək təklifini etmiş, o isə birinci bu fikirlə razılaşmamış, lakin sonradan bir manat pulu olmadığını görüb Mürsəlin oğurluq etmək təklifini qəbul etmişdir. Mürsəldən nə oğurluq edəcəklərini soruşduqda, Mürsəl dönər sifariş verək gətirsin onun motosikletini aparaq sataq pul əldə edək demişdir. O, bu fikirlə razılaşmış, lakin Mürsəl yaşadıqları evdə olmaz demiş,ona görə də onlar evdən çıxıb Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən Akordun binalarının yanına gəlmişlər və oradan Mürsəl «Köz» dönərə zəng edib iki dönər sifarişi vermişdir. Mürsəl ona 4-cü mərtəbəyə qalxıb oradan qarşıyılıb dönərin pulunu verməsini tapşırmış özü isə aşağıdan motosikleti aparacaqmış. O, razılaşmış və bir qədər sonra onların sifarişi gətirilmiş və telefonla hansı bloka və mərtəbəyə daxil olmasını izah etmişlər, kuryer 4-cü mərtəbəyə qalxmış o, onun gətirdiyi 2 dönərin pulunu vermiş və bir qədər söhbətə tutmuşdur ki, Mürsəl motosikleti aparsın. Bir neçə dəqiqə sonra kuryer düşmüş və 5-10 dəqiqə sonrada o, düşmüşdür, lakin aşağıda dönəri gətirən kuryeri görməmişdir. Həmin vaxt həyətdən o, Mürsələ zəng edib ondan harada olduğunu soruşmuş Mürsəl isə ona Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Aygün mail ticarət mərkəzinin yanında evə getdiyini demişdir. Daha sonra o, da evə getmişdir. Bildirmişdir ki, onun işlədiyi təmir sexi Yeni Günəşli qəsəbəsində yerləşirmiş və motosikleti aparıb həmin sexdə saxlamışlar. Həmin motosikletin üzərində dövlət nömrə nişanı olmamışdır, rəngi qırmızı olmuşdur, orada Mürsəl motosikletin rəngini sarı və qara rəngə dəyişmiş və onlar motosikleti satmaq üçün müştəri axtarmağa başlamışlar. Mürsəl nə qədər müştəri axtarsada tapa bilməmişdir. 15 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində o, sexdə olan zaman polis əməkdaşları gəlib onu Sabunçu RPİ- nin 13-cü PŞ-nə gətirmişlər, polis şöbəsində Mürsəlində tutulduğunu görmüşdür. Motosikleti isə Mürsəl Mərdəkan qəsəbəsində aparıb dönərxanaların birinin qarşısında yolun kənarında saxlamışdır. Mürsəl polis işçiləri ilə gedib həmin motosikleti oradan götürüb gətirmişlər. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə barışıq əldə edilmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin iyul ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətə başlamış, sonra N saylı hərbi hissəyə daxil olmuş, X2 ilk günlərindən döyüşlərə qoşulmuş və bir çox rayonların azad olunmasında iştirak etmişdir. Ümumilikdə beş ədəd medall ilə təltif edilmişdir. Ailəsini dolandırmaq məqsədilə bir ədəd 3200 manata «Xland Geo» markalı motosiklet almış və kuryer kimi fəaliyyətə başlamışdır. O, Komsomol dairəsi yaxınlığında olan dönərxanadan dönər götürüb dönərxananın sifarişlərini çatdırırmış. xx.xx.2023-cü il tarixdə Bakıxanov dairəsi yaxınlığında olan zaman Bakıxanov qəsəbəsindəki Akkord binalarına bir nəfər (***-***-**- **) nömrədən zəng edərək sifariş vermişdir. “Komsomol” dairəsi yaxınlığındakı “Köz dönər” evindən 5 manat 60 qəpik məbləğində sifariş vermişdir. O, saat təxminən 21:20 radələrində sifarişi gətirmişdir. Bu vaxt həmin şəxs bildirmişdir ki, oradakı bloka daxil olub yuxarı mərtəbəyə qalxsın, özü də aşağı mərtəbəyə düşəcəkmiş. Sonra ona ***-***-**-** nömrədən zəng gəlmiş, blokda əlaqə saxlayıb ikinci mərtəbəyə bir nəfər 25 yaşlarında kişi sifarişi qəbul edib ödənişi verdikdən sonra, o, həyətə düşmüş və motosikletin yerində olmadığını aşkarlamışdır. Motosikletin üzərində bir ədəd 40 manat dəyərində çanta; bir ədəd 40 manat dəyərində dəbilqə; 20 manat dəyərində açar dəsti və bir ədəd 250 manat dəyərində “Redmi Not 6 pro” markalı mobil telefon olmuşdur. Motosikletin dəyəri isə 3200 manat olduğu üçün hadisə nəticəsində ona 3550 manat maddi ziyan dəymişdir. O əlavuə ifadəsində bildirmişdir ki, həmin motosikleti 3200 manata almış və onun qiyməti 3200 manatdır, 1300 manata motosiklet yoxdur, onun dediyi qiymətin nəzərə alınmasnı xahiş etmişdir, heç bir şikayəti və tələbi yoxdur, belə ki, motosiklet ona qaytarılmış, mobil telefonu oğurlayan şəxslər özləri onu tulladıqdarınıi demişlər, qalan əşyalar isə tam yararsız olduğu üçün ona həmin mobil telefonun və digər əşyaların tam dəyərini ödəmişlər. Hazırda təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanının qarşısıdır (i.v.11-12). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 aprel 2024-cü il tarixli, 3-16-16/2- 9/1939/2024 saylı rəyindən görünür ki, 01 ədəd “BLR Xland Geo” markalı, üzərində “E22 20 kub/m” yazıları həkk edilən motosikletin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1300 manat müəyyən olunur (i.v.83-85). “Sübutların qiymətləndirilməsi haqqında” 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış və barələrində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, 01 ədəd “BLR Xland Geo” markalı, üzərində “E22 20 kub/m” yazları həkk edilən motosikletin maddi sübut kimi tanınması qərara alınmış və onun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır (i.v.89-92). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların hər birinin etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin, hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı, məhkəmə əməlin tövsifinə təsir etməsə də, təqsirləndirilən şəxslərə verilmiş ittihamın həcmi ilə razılaşmır və ittihamın həcminin azaldılmasını qanuni və əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 aprel 2024-cü il tarixli, 9/1939 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “BLR Xland Geo” markalı, üzərində “E22 20 kub/m” yazıları həkk edilən motosikletin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1300 manat məbləğində müəyyən edilsə də, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda həmin əmlakın dəyəri isə 3200 manat məbləğində göstərilmişdir. Halbuki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Göründüyü kimi, hazırki iş üzrə aşkar edilmiş maddi sübutun, yəni zərərçəkmiş şəxsə məxsus olan motosikletin cinayət törədilən vaxt olan faktiki dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən müstəntiq tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə və oğurlanmış əmlakın dəyərinin cinayət törədilən vaxt üçün ekspert tərəfindən müəyyən edilməsinə baxmayaraq müstəntiq zərərçəkmiş şəxsin öz əmlakına verdiyi dəyəri (həmin motosikletin alındığı qiyməti) müvafiq ekspert rəyindən üstün tutaraq bunun səbəbini əsaslandırmaq zərurəti görmədən zərərçəkmiş şəxsin göstərdiyi məbləğlə motosikleti qiymətləndirərək həmin məbləğ əsasında da təqsirləndirilən şəxslərə ümumi olaraq 3550 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmələrinə dair ittiham elan etmişdir. Məhkəmə müvafiq ekspert rəyi ilə 01 ədəd “BLR Xland Geo” markalı, üzərində “E22 20 kub/m” yazıları həkk edilən motosikletin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin yanvar ayına olan orta bazar qiymətinin nəzəri hesablama yolu ilə təxminən 1300 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən məbləğ əsas götürülməklə şəxsə ittiham verilməsinin qanuni olması və motosikletin ittihamda verilmiş dəyərinin 1900 manat məbləğində azaldılaraq ümumi ittiham verilmiş məbləğin 1650 manat məbləğində müəyyən edilməli olması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, göstərilən hal əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15 yanvar 2024-cü il tarixdə, saat 17:15-də tutulmuşdur (i.v.25). “Şübhəli şəxsin tutulması haqqında” 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15 yanvar 2024-cü il tarixdə, saat 18:35-də tutulmuşdur (i.v.37). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.68-69). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.70-71). “Qətimkan tədbirinin seçilməsi haqqında” 17 yanvar 2024-cü il il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.72). “Qətimkan tədbirinin seçilməsi haqqında” 17 yanvar 2024-cü il il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.73). Zərərçəkmiş şəxs tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli notarial ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur (i.v.79). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (i.v.80). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (i.v.81). Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf etməsini və peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını (CM-nin 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf etməsini və peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını (CM-nin 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci maddəsi təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci maddəsi təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut-01 ədəd “BLR Xland Geo” markalı, üzərində “E22 20 kub/m” yazları həkk edilən motosikletin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərin hər birindən bərabər məbləğdə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək həbsdə saxlanldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək həbsdə saxlanldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-01 ədəd “BLR Xland Geo” markalı, üzərində “E22 20 kub/m” yazıları həkk edilən motosikletin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat təqsirləndirilən şəxslərin hər birindən 25 manat məbləğdə tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün müddətin başa çatdığı gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-399/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-399/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver