Məhkəmə qərarları › İş №1(008)-4/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-4/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-4/2023 10.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxx 1989-cu il tarixdə Şamaxı rayonu, Üzümçü qəsəbəsində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Qobustan rayonu,Bədəlli ərazi dairəsi, Bədəlli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, H.Əliyev küçəsi Albalılıq bğam massivi nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 29.177.2.2, 29.177.2.3, 185.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 22 fevral 2021-ci il tarixdə, saat 02:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq bağlar massivində yerləşən evin qarşısında saxlanılan Abiyev Hicran Qardaşəli oğluna məxsus «VAZ 21074» markalı, «az ** GP ***» dövlət qeydiyyat nişanlı avtomobilin qapısnın açıq vəziyyətdə olmasından istifadə edib mühərriki işə salıb nəqliyyat vasitəsini hərəkətə gətirib talama məqsədi olmadan avtomobili ələ keçirərək qaçırtmışdır. Bundan başqa o təkrarən 03 mart 2021-ci il tarixdə, saat 02:00 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılan Zərərçəkmiş şəxs2 məxsus «Moskviç M-412» markalı, «az ** HE ***» dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qapısının kilidini vintaçanla açıb mühərriki işə salıb nəqliyyat vasitəsini hərəkətə gətirib talama məqsədi olmadan avtomobili ələ keçirərək qaçırtmışdır. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 mart 2021ci il tarixdə, saat 05:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, «Panda» marketin arxasındakı yeni yaşyış massivində nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılan Zərərçəkmiş şəxs4 məxsus «VAZ 21074» markalı, «az ** BH ***» dövlət qeydiyyat nömrə nişanlı avtomobildən bir ədəd 250 manat dəyərində «Pioner» markalı maqintafon, bir ədəd 250 manat dəyərində qara rəngli isti kürk,bir ədəd 22 manat dəyərində alışqan yeri və 78 AZN pulnu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 600 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 mart 2021ci il tarixdə, saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Zabrat şossesində yerləşən avto təmir yerinin qarşısında saxlanılan Zərərçəkmiş şəxs6 məxsus «VAZ 21099» markalı, «az ** SD ***» dövlət qeydiyyat nişanlı avtomobilin qapısını üzərində olan vintaçanla açıb salonundan birinin qiyməti 70 manat olan, 140 manat dəyərində iki ədəd «Pioneer» markalı səsgücləndirici, birinin qiyməti 85 manat olan, 170 manat dəyərində iki ədəd «Pioneer» markalı səsgücləndirici, 700 manat manat dəyərində bir ədəd «X-Bom» markalı bas səsgücləndirici, 180 manat dəyərində bir ədəd «Sony» markalı səsgücləndirici, VAZ avtomobilinə məxsus 400 manat dəyərində bir ədəd sürətlər qutusu, 50 manat dəyərində bir ədəd dinamo, 45 manat dəyərində bir ədəd babin, 140 manat dəyərində bir ədəd korbirator, 35 manat dəyəsində bir ədəd kollektoru və 22 manat dəyərində nəqliyyat vasitəsinin bir cüt «az ** SD ***» dövlət qeydiyyat nişanını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 1.882 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 mart 2021ci il tarixdə, saat 05:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindəki «ATS»-in inzibati binasının yanındakı yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq saxlanc yerindən bir ədəd 550 manat dəyərində «Robello» markalı kombi aparatını söküb yerindən çıxardarkən ev sahibi X4 görüb qışqırdığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayətin törədilməsinə yönəlmiş əməlini başa çatdıra bilməyərək oradan qaçıb, təkrarən özgə əmlakını gizli olaraq talamağa, oğurluğa cəhd etmişdir. Bundan başqa o təkrarən 08 mart 2021-ci il tarixdə, saat 03:00 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus «VAZ 2106» markalı, «az ** BS ***» dövlət qeydiyyat nişanlı avtomobilin qapısını üzərində gəzdirdiyi vintaçanla kilidi açıb mühərriki işə salıb nəqliyyat vasitəsini hərəkətə gətirərək talama məqsədi olmadan avtomobili təkrarən qaçırtmışdır. Bundan başqa o təkrarən 10 mart 2021-ci il tarixdə, saat 06:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində yerləşən «Araz» marketin qarşısında saxlanılan Zərərçəkmiş şəxs3 məxsus «VAZ 21011» markalı, «az ** VL ***» dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq, açarının isə salondakı kilidin üzərində olmasından istifadə edib avtotobilin salonuna əyləşib kilidi açıb mühərriki işə salıb nəqliyyat vasitəsini hərəkətə gətirərək talama məqsədi olmadan avtomobili təkrarən qaçırtmışdır. Bundan başqa o istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0.186 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış və idarə etdiyi «az ** VL ***» dövlət qeydiyyat nişanlı, «VAZ 21011» markalı avtomobilin qeydiyyat nişanında dəyişiklik olduğundan şübhəli göründüyü üçün Sabunçu RPİ-in 12-ci PŞ-in əməkdaşları tərəfindən 12 mart 2021-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən Balaxanı qəbirstanlığının yaxınlığında saxlanılaraq 12-ci PŞ-nə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli cins şalvarın sağ piston cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə təmiz çəkisi 0.186 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqribən iki ilə yaxındır ki, narkotik vasitə olan heroin qəbul edir. Narkotik vasitəni mütəmadi olaraq üzdən tanıdığı, adını bilmədiyi şəxslərdən alaraq qəbul edir. Bir dəfə Xəzər rayonu ərazisində və bir neçə dəfə Sabunçu rayonu ərazisində bir neçə avtomobili talama niyyəti olmadan qaçırmış və oğurluq etmişdir. 22 fevral 2021-ci il tarixdə, gecə saat 02:00 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən evlərdən birinin qarşısından keçərək Rusiya istehsalı olan avtomobil tapıb qaçıraraq idarə etmək üçün avtomobil axtarmışdır.Bu zaman həmin yerdə «VAZ 21074» markalı, «az ** GP ***» dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Ətrafına baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra həmin avtomobilə yaxınlaşmış və özü ilə götürdüyü vintaçanla avtomobilin qapısını açıb sürücü oturacağına əyləşmişdir. Bundan sonra o, əyilib avtomobilin sükanının alt hissəsində olan elektrik naqillərini birləşdirərək avtomobili işə salmış və sürərək oradan uzaqlaşmışdır. Həmin avtomobili bir az idarə etdikdən sonra avtomobilin yanacağı qurtarmış və o, avtomobili dəqiq xatırlamadığı yerdə yolun kənarına verib saxlayaraq avtomobildən düşüb oradan uzaqlaşmışdır. 03 mart 2021-ci il tarixdə, gecə saat 02:00 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi ilə yerləşən evlərdən birinin qarşısından keçərək Rusiya istehsalı olan avtomobil tapıb qaçıraraq idarə etmək üçün avtomobil axtarmışdır. Bu zaman həmin yerdə «Moskviç» markalı, «az ** HE ***» dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Ətrafına baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra həmin avtomobilə yaxınlaşmış və özü ilə götürdüyü vintaçanla avtomobilin qapısını açıb sürücü oturacağına əyləşmişdir. Bundan sonra əyilib avtomobilin sükanının alt hissəsində olan elektrik naqillərini birləşdirərək avtomobili işə salmış və sürərək oradan uzaqlaşmışdır. Həmin avtomobili bir az idarə etdikdən sonra avtomobilin yanacağı qurtarmış və o, avtomobili dəqiq xatırlamadığı yerdə yolun kənarına verib saxlayaraq avtomobildən düşüb oradan uzaqlaşmışdır. 03 mart 2021-ci il tarixdə, gecə saat 05:00 radələrində Zabrat qəsəbəsində yerləşən «Panda» marketin yaxınlığında yerləşən həyət evlərinin qarşısı ilə piyada hərəkət edən zaman həmin küçədə «VAZ 21074» markalı, «az ** BH ***» dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Ətrafına baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra həmin avtomobilə yaxınlaşmış və özü ilə götürdüyü vintaçanla avtomobilin qapısını açıb sürücü oturacağına əyləşmişdir. Bundan sonra o, əyilib avtomobilin içərisində bir ədəd maqnitafon, bir ədəd isti kürk, bir ədəd zajqalka yeri və 78 manat pul tapıb götürmüş və avtomobildən çıxaraq oradan uzaqlaşmışdır. Bundan başqa, 04 mart 2021-ci il tarixdə, gecə təxminən saat 02:00 radələrində maddi ehtiyaclarını ödəmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də piyada gəzərək oğurluq etmək üçün avtomobil Rusiya istehsalı olan avtomobil axtarmağa başlamışdır. Çünki Rusiya istehsalı olan avtomobilləri rahatlıqla açmaq olur və çoxunda siqnalizasiya olmur. Bu zaman «VAZ 21099» markalı, «az ** SD ***» dövlət qeydiyyat nişanlı avtomobil görmüş və ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra üzərində olan vintaçanı çıxararaq həmin avtomobilin qapısını açmış və avtomobilin içərisinə daxil olmuşdur. Özü ilə götürdüyü vintaçanla həmin avtomobilə quraşdırılmış halda olan dörd ədəd səsgücləndirici, bir ədəd böyük səsgücləndirici, bir ədəd Bas aparatını yerindən çıxarmış və sonra avtomobidən çıxıb həmin avtomobilin arxa hissəsinə vurulmuş dövlət nömrə nişanını da yerindən çıxarmışdır. Oğurladığı əşyaları özü ilə götürmüş və bu hadisədən biraz keçdikdən sonra həmin əşyaları satmaq üçün saxlamışdır. 04 mart 2021-ci il tarixdə, gecə saat 05:00 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən ATS-in yanında yeni məhəllədə piyada hərəkət edən zaman həmin yerdə olan evlərdən birində hasara boylanıb hasara yaxın kombi aparatı görmüşdür. Bundan sonra həmin kombi aparatını oğurlamaq qərarına gəlmişdir. Ətrafına baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra həmin evin hasarına qalxıb həyətə düşmüşdür. Həyətdə birmərtəbəli ev olmuşdur. O, hamının yatdığını düşünmüş və özü ilə götürdüyü vintaçanla kombi aparatının alından keçən boruları yavaş-yavaş yerində boşaldıb açmışdır. Boruları çıxardıqdan sonra kombi aparatını yerindən çıxarıb aparmaq istəyərək bir qadın həmin evdən çıxıb ona tərəf gəlmişdir. Həmin qadının ona yaxınlaşdığını görüb dayanmışdır. Həmin qadın ona yaxınlaşıb onu gördükdə onun qorxmaması və qışqırmaması üçün «bağışlayın» demiş və tez hasara qalxıb çölə düşərək oradan uzaqlaşmışdır. Həmin qadın isə yüksək səslə qışqıraraq evə tərəf qaçmışdır. Beləliklə də, həmin kombi aparatını oğurlaya bilməmişdir. 07 mart 2021-ci il tarixdə, gecə təxminən saat 02:00 radələrində maddi ehtiyaclarını ödəmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də piyada gəzərək oğurluq etmək üçün avtomobil Rusiya istehsalı olan avtomobil axtarmağa başlamışdır. Çünki Rusiya istehsalı olan avtomobilləri rahatlıqla açmaq olur və çoxunda siqnalizasiya olmur. Bu zaman Sabunçu rayonu, 2-ci Aprel küçəsində yerləşən həyət evlərindən birinin «VAZ 2106» markalı, «az ** BF ***» dövlət qeydiyyat nömrə nişanlı avtomobil görmüş və ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra üzərində olan vintaçanı çıxararaq həmin avtomobilin qapısını açmaq istəmiş, lakin aça bilməmişdir. Bu zaman həmin avtomobildə siqnalizasiya olması ehtimalını fikirləşmiş və avtomobilin arxasına keçib həmin avtomobilin arxa dövlət nömrə nişanını özündə götürdüyü vintaçanla açıb özü ilə götürərək oradan uzaqlaşmışdır. 08 mart 2021-ci il tarixdə, gecə təxminən saat 01:00 radələrində maddi ehtiyaclarını ödəmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də piyada gəzərək oğurluq etmək üçün avtomobil Rusiya istehsalı olan avtomobil axtarmağa başlamışdır. Çünki Rusiya istehsalı olan avtomobilləri rahatlıqla açmaq olur və çoxunda siqnalizasiya olmur. Bu zaman «VAZ 2106» markalı, «az ** LY ***» dövlət qeydiyyat nişanlı avtomobil görmüş, ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra üzərində olan vintaçanı çıxararaq həmin avtomobilin qapısını açmış və avtomobilin içərisinə daxil olmuşdur. Avtomobilin içərisini axtarmış, lakin dəyərli hər hansı bir əşya və ya nağd pul tapa bilməmişdir. Bundan sonra avtomobilin kapotunu qaldırıb avtomobildən çölə çıxmış və həmin avtomobilin akkumulyatorunu yerindən ehtiyyatla çıxarıb qapını və kapotu yavaş örtmüşdür. Daha sonra həmin akkumulyatoru özü ilə götürüb oradan uzaqlaşmışdır. 08 mart 2021-ci il tarixdə, gecə 03:00 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, D.Pişəvəri küçəsi ilə yerləşən evlərin qarşısından keçərək Rusiya istehsalı olan avtomobil tapıb qaçıraraq idarə etmək üçün avtomobil axtarmışdır. Bu zaman həmin yerdə olan həyət evlərindən birinin qarşısında «VAZ 2106» markalı, «az ** BS ***» dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Ətrafına baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra həmin avtomobilə yaxınlaşmış və özü ilə götürdüyü vintaçanla avtomobilin qapısını açıb sürücü oturacağına əyləşmişdir. Bundan sonra əyilib avtomobilin sükanının alt hissəsində olan elektrik naqillərini birləşdirərək avtomobili işə salmış və sürərək oradan uzaqlaşmışdır. Həmin avtomobili biraz idarə etdikdən sonra avtomobilin yanacağı qurtarmış və o, avtomobili dəqiq xatırlamadığı yerdə yolun kənarına verib saxlayaraq avtomobildən düşüb oradan uzaqlaşmışdır. 10 mart 2021-ci il tarixdə, gecə saat 06:00 radələrində Sabunçu qəsəbəsində yerləşən «Araz» marketin qarşısından keçən zaman Rusiya istehsalı olan avtomobil tapıb qaçıraraq idarə etmək üçün avtomobil axtarmışdır. Bu zaman həmin yerdə olan həyət evlərindən birinin qarşısında «VAZ 21011» markalı, «az ** VL ***» dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Ətrafına baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra həmin avtomobilə yaxınlaşmış və özü ilə götürdüyü vintaçanla avtomobilin qapısını açıb sürücü oturacağına əyləşmişdir. Bundan sonra o, əyilib avtomobilin sükanının alt hissəsində olan elektrik naqillərini birləşdirərək avtomobili işə salmış və sürərək oradan uzaqlaşmışdır. Həmin avtomobilin içərisi normal olmuş və bir neçə gün həmin avtomobilə yanacaq töküb idarə etmək qərarına gəlmişdir. Həm də bir neçə gün əvvəl oğurladığı əşyaları həmin avtomobilə yığmışdır. Bundan iki gün sonra, yəni 12 mart 2021-ci il tarixdə o Balaxanı qəsəbəsinə 10 mart 2021-ci il tarixdə, saat 08:00 radələrində Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində qaçırtdığı «az ** VL ***» dövlət qeydiyyat nömrə nişanlı «VAZ 21011» markalı avtomobil ilə gəlmişdir. Əvvəlcədən həmin avtomobilin nömrəsini ağ boya vurub «az ** VL ***» nömrəsi ilə dəyişmişdir ki, avtomobil tanınmasın və orada olan üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata bir büküm heroin almışdır. Sonra oradan uzaqlaşaraq Balaxanı qəsəbə qəbirstanlığın yaxınlığında saxlamışdır. Bu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini təqdim etmişlər. Sonra ondan şəxsiyyəti təsdiq edən sənəd və avtomobilin sənədlərini istəmişlər. Lakin üzərində heç bir sənəd olmamışdır. O, polis əməkdaşlarının onun üzərində olan narkotik vasitəni aşkar edəcəklərindən və qaçırtdığı avtomobil barəsində məlumatlı ola bilmələri ehtimalından qorxaraq tez bir zamanda oradan yayınmaq istəmişdir. Lakin polis əməkdaşları ondan şübhələnərək onun nəysə gizlətdiyini görmüş və onu 12-ci PŞ-nə dəvət etmişlər. 12-ci PŞdə inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Baxışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu səbəbdən o, əynində olan açıq göy rəngli cins şalvarm sağ piston cibindən içərisində heroin olan bükümü təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 1991 -ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində adını xatırlamadığı şəxsdən «VAZ 21061» markalı, «az ** BS ***» dövlət qeydiyyat nişanlı avtomobili 5.500 rubla almış və həmin avtomobil ona məxsusdur. Həmin avtomobillə taksi kimi işləyib ailəsinin maddi tələbatını ödəyirdi. 08 mart 2021-ci il tarixdə, saat 00:00-01:00 radələrində sonuncu müştərini düşürdükdən sonra evə gəlmişdir. 08 mart 2021-ci il tarixdə, saat 07:00 radələrində evdən çölə çıxdığı vaxt ünvan 3 ünvanın qarşısında dayanmış vəziyyətdə olan «az ** BS ***» dövlət qeydiyyat nişanlı, «VAZ 21061» markalı avtomobilimin naməlum şəxs tərəfindən qaçırıldığını aşkar etmişdir. Dərhal bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2016-cı ilin fevral aydına «Moskviç 412» markalı, «az ** NE ***» dövlət qeydiyyat nişanlı avtomobili Səbail rayonu, 20-ci sahə deyilən yerdə 600 AZN pula alaraq etibarnamə ilə idarə edir. Həmin avtomobil hal-hazırda ona məxsusdur. 02 mart 2021-ci il tarixdə, saat 18:00 radələrində idarə etdiyi «Moskviç 412» markalı, «az ** NE ***» dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evin yaxınlığındakı küçədə saxlayaraq qapıları bağlayıb yaşadığı evə gəlmişdir. 03 mart 2021-ci il tarixdə təxminən saat 09:05 radlərində küçəyə çıxdıqda avtomobilinin qaçırıldığını aşkar etmişdir. Həmin avtomobili aldıqdan sonra rənglətdirmiş, ehtiyat hissələrini təzələmişdir. Baş vermiş hadisə barədə dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən bir il olar ki, S.Ə.Cəfərova məxsus «VAZ 2101» markalı, «az ** VL ***» dövlət qeydiyyat nömrə nişanlı avtomobili 3.000 AZN pula almış və etibarnamə ilə idarə etmişdir. Həmin avtomobil halhazırda ona məxsusdur. 09 mart 2021-ci tarixdə, saat 20:10 radələrində idarə etdiyi «VAZ 21011» markalı, ağ rəngli «az ** VL ***» dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvanın yaxınlığında yerləşən «Araz» marketin qarşısında saxlamış marketə gedərək evə bazarlıq etmişdir. Ondan sonra yadından çıxdığı üçün avtomobilin açarı avtomobilin kilidinin üzərində qalmışdır. Daha sonra evə getmişdir. 10 mart 2021-ci il tarixdə, saat 08:00 radələrində işə gedən zaman idarə etdiyi avtomobilin yerində olmadığını aşkar etmişdir. Ondan sonra baş vermiş hadisə barədə polisə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 03 mart 2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində özünə məxsus olan «VAZ 21074» markalı, «az ** BH ***» dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin qarşısında saxlayıb evinə girmişdir. Həmin gün təxminən saat 23:00 radələrində həyətə düşüb evinin qarşısında saxladığı həmin avtomobilinə yaxınlaşan zaman avtomobilinin qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Bu zaman ona məlum olmuşdur ki, naməlum şəxs ona məxsus olan avtomobilin qapısını açmaq yolu ilə avtomobilin içərisindən ümumilikdə 600 manat dəyərində olan bir ədəd «Pioneer» markalı maqnitafon, bir ədəd qol altı, bir ədəd qara rəngli isti kürk, bir ədəd həyat yoldaşına məxsus şəxsiyyət vəsiqəsi və 78 manat pulu oğurlamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Mehdi qızı ifadəsində göstərmişdir ki, 04 mart 2021- ci il tarixdə, təxminən saat 04:50 radələrində evdə olan zaman həyat yoldaşı Şahid1 duş qəbul etmək üçün hamama keçmişdir. Bir neçə dəqiqə sonra hamamda isti suyun kəsildiyini və axmadığını bildirərərək ondan həyətə çıxıb kombi aparatına baxmağını istəmişdir. O da həyətə düşüb 550 manat dəyərində olan «Robello» markalı kombi aparatına yaxınlaşmışdır. Bu zaman bir nəfər tanımadığı oğlanın ona tərəf baxdığını görmüşdür. Həmin şəxs ona «bağışlayın, bağışlayın» ifadəsini işlətmiş və tez hasara qalxıb çölə düşərək oradan uzaqlaşmışdır. O, qorxduğu üçün qışqırıb tez evə qaçmışdır Yoldaşı ondan nə baş verdiyini soruşduqda kombi aparatına baxmaq üçün həyətə düşdüyü zaman kombinin yanında bir nəfər şəxsin olduğunu və ona baxdığını, həmin şəxsin bağışlayın deyib hasara qalxaraq çölə düşüb oradan uzaqlaşdığını demişdir. Yoldaşı tez onunla birlikdə çölə çıxmış və bu zaman məlum olmuşdur ki, həmin şəxs kombi aparatının dörd ədəd borusunu yerindən çıxarmış və kombi aparatını oğurlamaq istəyən zaman təsadüfən çölə çıxıb onu gördüyü üçün oğurluq əməlini başa çatdıra bilməyərək qaçıb oradan uzaqlaşmışdır. Bildirirəm ki, həmin tanımadığı şəxs ona heç bir xəsarət yetirməmiş və ona qarşı heç bir kobud hərəkət etməmişdir. Hadisə nəticəsində heç bir xəsarət almamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 04 mart 2021-ci il tarixdə, saat 13:00 radələrində özünü 15-ci Polis Bölməsinin əməkdaşı kimi təqdim edən şəxs ona zəng vuraraq onun «Vaz 21099» markalı, «az ** SD ***» dövlət qeydiyyat nişanlı, «Moskviç» markalı avtomobilin üzərində aşkar olunması barədə ona məlumat vermişdir. 05 mart 2021-ci il tarixdə, səhər saat 11:00 radələrində 15-ci Polis Bölməsinə yaxınlaşdıqda həqiqətən də onun avtomobilinə məxsus dövlət nömrə nişanının «Moskiviç» markalı avtomobilin üzərində olmasını və hətda onun avtomobilindən oğurlanmış cəmi 1.882 manat olmaqla, ayrı-ayrılıqda birinin qiyməti 70 manat olan, 140 manat dəyərində iki ədəd Pioneer markalı səsgücləndirici, birinin qiyməti 85 manat olan, 170 manat dəyərində iki ədəd Pioneer markalı səsgücləndirici, 700 manat manat dəyərində bir ədəd X-Bom markalı bas səsgücləndirici, 180 manat dəyərində bir ədəd «Sony» markalı səsgücləndirici, VAZ avtomobilinə məxsus 400 manat dəyərində bir ədəd sürətlər qutusu, 50 manat dəyərində bir ədəd dinamo, 45 manat dəyərində bir ədəd babin, 140 manat dəyərində bir ədəd korbirator, 35 manat dəyəsində bir ədəd kollektoru və 22 manat dəyərində nəqliyyat vasitəsinin bir cüt «az ** SD ***» dövlət qeydiyyat nişanını «Moskiviç» markalı avtomobildən aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 1.882 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsində meyvə-tərəvəz satışı ilə məşğul olur. İşə gedib qayıdarkən qohumu Şahid4 etibarnamə ilə verilmiş «VAZ 21074» markalı, «az ** GP ***» dövlət qeydiyyat nişanlı avtomobildən istifadə edir. Həmin avtomobili hadisədən təxminən 3-4 ay əvvəl 3.300 manat qarşılığında adını xatırlamadığı şəxsdən almışdır. Lakin sürücülük vəsiqəsi olmadığı üçün etibarnaməni qohumu Şahid4 adına almışdır. 21 fevral 2021 -ci il tarixdə, saat 23:00 radələrində işdən evə qayıtmışdır. «VAZ 21074» markalı, «az ** GP ***» dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı bağlar massivi, A.Abdullayev küçəsində yerləşən evinin həyətinin darvaz qapısının qarşısında küçədə saxlamış və evinə getmişdir. Həmin vaxt avtomobilinin qapısını örtmüş, lakin qapını kilidləmədiyi üçün açıq vəziyyətdə qalmışdır. 22 fevral 2021-ci il tarixdə, səhər saatlarında işə gedəndə avtomobilini saxadığı yerdə olmadığını görüb ətrafa göz gəzdirmiş, lakin avtomobilini tapa bilmədiyi üçün polisə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 mart 2021-ci il tarixdə, təxminən saat 04:50 radələrində evdə olan zaman duş qəbul etmək niyyətilə hamama daxil olmuşdur. Bu zaman hamamda isti suyun kəsildiyini və axmadığını görmüşdür. Tez həyat yoldaşı Günelə isti suyun kəsildiyini bildirmiş və həyətə çıxıb kombi aparatına baxmasını demişdir. Bir dəqiqə sonra həyat yoldaşı Günelin qışqıraraq evə daxil olmasını eşitmişdir. Ondan nə baş verdiyini soruşduqda kombi aparatına baxmaq üçün həyətə çıxan zaman tanımadığı bir nəfər oğlanı həyətdə olan kombinin yanında gördüyünü və həmin şəxsin bağışlayın ifadəsini işlədib hasara qalxaraq çölə düşüb qaçdığını gördüyünü bildirmişdir. O, tez həyat yoldaşı ilə birlikdə çölə çıxıb kombiyə yaxınlaşmış və bu zaman görmüşdür ki, həyətində quraşdırdığı kombi aparatının 4 ədəd plastik borusu həmin naməlum şəxs tərəfindən yerindən çıxarılmış və həyat yoldaşım çölə çıxan zaman onu gördüyündən kombi aparatını oğurlaya bilməyərək qaçıb getmişdir. Hadisə nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 Zərərçəkmiş şəxs7 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 mart 2021-ci il tarixdə, saat 17:00 radələrində iş yoldaşı 12-ci PŞ-in əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə onlara təhkim olunmuş xidməti ərazidə xidmət aparan zaman Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Əliyev küçəsində olan qəbirstanlığın yaxınlığında bir nəfər şəxsin «az ** VL ***» dövlət qeydiyyat nişanlı, «VAZ 21001» markalı avtomobildə özünü şübhəli apardığını, həmçinin avtomobilin dövlət qeydiyyat nişanına dəyişikliklər olmasını görüb onu saxlayıb və özlərini təqdim edib ona izah etmişlər. Daha sonra həmin şəxsdən özünü təqdim etməsini və şəxsiyyətini təsdiq edən sənədi təqdim etmnəsini bildirmişlər. Həmin şəxs isə şəxsiyyətini təsdiq edən sənədlərin üzərində olmadığını bildirib və yayınmaq istəmişdir. Həmin şəxsin özünü şübhəli aparması və verdiyimiz suallara dağınıq cavablar verməsi, çox narahat olması və tez oradan uzaaqlaşmaq istədiyini görüb üzərində şəxsi axtarış keçirilməsi üçün onu 12-ci PŞ-nə dəvət etdik. O, etiraz etmədi və onlarla birlikdə PŞ-nə gəldi. Şöbədə həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilərək Təqsirləndirilən şəxs olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlandı. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni nəsə varsa təqdim etməsi bildirildi və bu vaxt o əynində olan açıq göy rəngli cins şalvarın sağ piston cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü çıxararaq baxış iştirakçılarına təqdim etdi və bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu dedi. Bundan sonra həmin bükülü açıldıqda, spesifik iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisində olan kütlə heroin olduğunu və onu 12 mart 2021-ci il tarixdə günorta saatlarında Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manat aldığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs razılığı ilə onun tərəfimizdən saxlanılan zaman idarə etdiyi «az ** VL ***» dövlət qeydiyyat nişanlı, «VAZ 21001» markalı avtomobilə baxış keçirildi. Əvvəlcə Təqsirləndirilən şəxs həmin avtomobildə qeyri-qanuni nəsə varsa təqdim etməsi bildirildi. Təqsirləndirilən şəxs isə avtomobildə qanunsuz heç bir əşya və ya predmet olmadığını bildirdi. Sonra tərəfimizdən həmin avtomobilə baxış keçirildi, lakin qanunsuz heç bir əşya və ya predmet aşkar olunmadı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Adilzadə X5 Rais Masi oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1022 saylı, 13 mart 2021-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikasının D.İ.N-in «Zərflər Üçün №159» möhür əksi, «vət.Təqsirləndirilən şəxs üzərindən ...» və s. yazılar, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.186 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0.186 qram, sərf edildi 0.05 qram, qalıq 0.136 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4966 saylı, 04 avqust 2021-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası, ərzaq və sənaye mallarının tədqiqi ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 479.0 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqiq hissəsində aşağıdakı kimi göstərilmişdir: 1 ədəd istifadədə olmuş kustar üsulla hazırlanmış səsgücləndirici-80.0 manat; 1 ədəd istifadədə olmuş Vaz avtomobilinə məxsus sürət qutusu-60.0 manat; 3 ədəd istidfadədə olmuş «Pioneer» markalı səsgücləndirici-45.0 manat, hər biri ayrıayrılıqda 15.0 manat;1 ədəd istifadədə olmuş «Sony Xplod 1.000W» markalı səsgücləndirici (usilitel)-100.0 manat;1 ədəd istifadədə olmuş Vaz avtomobil məxsus starter-25.0 manat; 1 ədəd istifadədə olmuş Vaz avtomobilinə məxsus babin (tok verən)-5.0 manat; 1 ədəd istifadədə olmuş Vaz avtomobilinə məxsus korbirator-40.0 manat; 1 ədəd istifadədə olmuş Vaz avtomobilinə məxsus dinamo-10.0 manat; «az ** SD ***» dövlət qeydiyyat nömrə nişanı 22.0 manat; 1 ədəd istifadədə olmuş «Pioner» markalı maqnitafon-50.0 manat; 1 ədəd istifadədə olmuş qolluq-15.0 manat; 1 ədəd istifadədə olmuş Vaz avtomobilinə məxsus saat və zajqalka (yandıran yer)-5,0 manat; «az ** BF ***» dövlt qeydiyyat nömrə nişanı-22.0 manat. Cəmi: 479.0 manat. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X8 X2 Tibbi Yoxlamanın 2317 saylı, 13 iyul 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13 oktyabr 2022-cı il tarixdə doldurulmuş tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)298/2022 saylı, 04 iyul 2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirli bilinib, cəza çəkmə müddətinin əvvəli 15 noyabr 2021-ci il tarixdən hesablanmaqla, «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs avtomoibili talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) cinayətini təkrar törətməsi ilə bağlı 1-ci epizod üzrə cinayəti 2021-ci ilin fevral ayında, 2,6,7-ci epizodlar üzrə cinayəti 2021-ci ilin mart ayında törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs oğurluq cinayətini təkrar törətməsi ilə bağlı 3 və 4-cü epizodlar üzrə cinayəti 2021-ci ilin mart ayında törətmişdir. CM-nin 75-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Əgər şəxs CM-in müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4-ci yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittihamda irəli sürülmüş avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) və oğurluq cinayətləri (oğurluğa cəhd istisna olmaqla) üzrə hər bir əmələ görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmişdir. Belə olan halda Təqsirləndirilən şəxs təkrarlığa daxil olan oğurluq cinayətləri üzrə hər iki əməlində hazırda mövcud olan CM-in 177.1-ci maddəsinin tərkib əlamətləri oğurluğa cəhd əməlində mövcud olan CM-in daha ağır cəza nəzərdə tutan 29.177.2.3-cü maddəsinin tərkib əlamətləri ilə əhatə olunur. İşin faktiki hallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli, həmçinin sonuncuya elan edilmiş ittihamda göstərilən avtomaşını talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) cinayətləri ilə bağlı 1 və 2-ci epizodlar nəzərə alınmaqla təkrar oğurluq kimi qiymətləndirilmişdir. CM-in 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Göründüyü kimi, hazırda qüvvədə olan CM-in 177-ci maddəsinin «Qeyd» hissəsinin tələbinə əsasən CM-in 185-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ondan əvvəl müxtəlif maddələrlə törədilmiş cinayətlərə münasibətdə təkrarlıq yaratmır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.2, 29.177.2.2, 29, 177.2.3, 185.2.2 və 234.1 -ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona həmin Məcəllənin 177.2.2, 29.177.2.2, 185.2.2 -ci maddələri ilə elan edilmiş ittihamdan imtina edilməli, əməli CM-in 29.177.2.3, 185.1, 234.1-ci maddələrinə tövsif edilməklə barəsində cinayət təqibi CM-in həmin maddələri ilə davam etdirilməlidir. CPM-in 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Bu səbəbdən Təqsirləndirilən şəxs CM-in 177.2.2, 29,177.2.2, 29,177.2.3, 185.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* №-li irəli cinayət işi üzrə ona həmin Məcəllənin 177.2.2, 29.177.2.2, 185.2.2-ci maddələri ilə elan edilmiş ittihamdan imtina edilmiş, əməli CM-in 29.177.2.3, 185.1, 234.1-ci maddələrinə tövsif edilməklə barəsində cinayət təqibi CM-in həmin maddələri ilə davam etdirilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» qərarından görünür ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən birinci və üçüncü əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair» 02 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 №li Qərarının 18-ci bəndində göstərilmişdir ki, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.2, 29.177.2.2, 29, 177.2.3, 185.2.2 və 234.1 -ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona həmin Məcəllənin 177.2.2, 29.177.2.2, 185.2.2-ci maddələri ilə elan edilmiş dövlət ittihamçısının ittihamdan imtinası qəbul edilməli, əməl CM-in 29.177.2.3, 185.1, 234.1-ci maddələrinə tövsif edilməklə cinayət təqibi CM-in həmin maddələri ilə davam etdirilməlidir. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən «02» (iki) il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 185.1-ci maddəsi üzrə ittiham müdafiə tərəfinin razılığı ilə cinayət törədildiyi gündən «02» (iki) il keçdiyindən, həmin hissədə icraata xitam verilməlidir. Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29.177.2.3 və 234.1-ci maddələri ilə-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaya cəhd və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş elan edilmiş, təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxs, şahidlərin ifadələri, cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli Cinayət Məcəlləsinin 29.177.2.3 və 234.1-ci maddələrinə ilə tövsif edilməli və o, həmin maddələrin sankisiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29.177.2.3 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. İnsan Hüquqlarının və X3 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində təqsirləndirilmələrinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs əməli onların etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29.177.2.3 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2021-ci il tarixdə tutulmuş, həmin tarixdən saat 17:00 radələrindən tutulmuş hesab edilmişdir (cild 01, səh., 19). Cinayət işinin materiallarında olan 13 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh., 104). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)167/2021 saylı, 13 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 mart 2021-ci il tarixdən hesablanmaqla, «03» ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, səh., 162). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)798/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimat təmin edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun əməlində cinayətin residinin olmasını, dəymiş ziyanların ödənməməsini, analoji cinayətə görə əvvələr məhkum olunmasını, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)298/2022 saylı, 04 iyul 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə cəza çəkməsini və işdə olan digər halları nəzərə alaraq, ona ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «15» noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)298/2022 saylı, 04 iyul 2022-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanı çəkməsi nəzərə alınmalı və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 12 mart 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu «07» (yeddi) ay nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 1.136 qram heroin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 159 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 60 saata görə 360 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000 207120, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29.177.2.3 və 234.1-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29. 177.2.3-cü maddəsinə əsasən «02» (iki) il, «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il, «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində «03» (üç) il, «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hal-hazırki hökmlə təyin olunmuş cəza Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)298/2022 saylı, 04 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində «04» (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 12 mart 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixə kimi həbsdə saxlandığı «07» (yeddi) ay müddət təyin olunmuş cəzadan Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «03» (üç) il, «05» (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «15» noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 1.136 qram heroin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 109 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 60 saata görə 360 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilsin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)298/2022 saylı, 04 iyul 2022-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanı çəkməsi nəzərə alınsın və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar