Məhkəmə qərarları › İş №1(008)-4/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-4/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-4/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Verilmiş ittihama əsasən AbasovaFatimə Fərrux qızı bir qrup şəxs halında, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə etdiyi əşyalardan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 anası Təqsirləndirilən şəxs2 İlə bir qrup şəxs halında, 13 avqust 2020-ci il tarixdə saat 19 sadələrində qonşuluqda yaşayaın Zərərçəkmiş şəxs1 idarə etdiyi “Wolkswagen Tiguan" markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadıqları ünvan 4 ünvanının yaxınlığında saxladığından narazı qalaraq öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədi itə ictimai qaydalara və cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq açıq etinasızlıq göstərməklə əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə ətrafdakı insanların gözü qarşısında Zərərçəkmiş şəxs1 nalayiq ifadələrlə söyüb, yaşadığı evin həyətindən götürdüyü kənd təsərrüfat təyinatlı dırmığı silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs1 vuraraq sonuncuya sağ said nahiyəsinin sıyrığı, sol bazu nahiyəsinin qançırı xəsarətlərini yetirdikdən sonra, Təqsirləndirilən şəxs2 xüsusi qərəzli xuliqanlıq hərəkətlərini inadla davam edib saldıqları səs-küyə gəlib, hərəkətlərinə irad bildirən, onları aralamaq istəyən, ictimai qaydanın pozulmasının qarşısını alan digər qonşu Zərərçəkmiş şəxs2 müqavimət göstərməklə həmin dırmıqdan silah qismində istifadə etməklə sonuncunu vurub itələyib yerə yıxaraq Zərərçəkmiş şəxs2 so! said nahiyəsinin sıyrıqları, sağ bazu və sağ diz oynağı nahiyələrinin qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurub, həmin vaxt Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında qeyd olunan törədilən ictimai təhlükəli əməlləri davam etdirərək ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə yaşadığı evdən götürdüyü istintaqla müəyyən edilməmiş bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs2 vuraraq sonuncuya sol əlin İ barmağının kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaqla qərəzli hərəkətləri edib xuliqanlıq cinayəti törətmişdir. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə etdiyi əşyalardan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 övladı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında, 13 avqust 2020-ci il tarixdə saat 19 radələrində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Wolkswagen: Tiguan" markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadıqları ünvan 5 ünvanının yaxınlığında saxladığından narazı qalaraq öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədi itə ictimai qaydalara və cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə ətrafdakı insanların gözü qarşısında Zərərçəkmiş şəxs1 nalayiq ifadələrlə söyüb, Fatimə Abbasovanın yaşadığı evin həyətindən götürdüyü kənd təsərüfat təyinatlı dırmığı silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs1 vuraraq sonuncuya sağ said nahiyəsinin sıyrığı, sol bazu nahiyəsinin qançırı xəsarətlərini yetirdikdən sonra, o, xüsusi qərəzli xuliqanlıq hərəkətlərini inadla davam edib saldıqları səs-küyə gəlib, hərəkətlərinə irad bildirən, onları aralamaq istəyən, ictimai qaydanın pozulmasının qarşısını alan digər qonşu Zərərçəkmiş şəxs2 müqavimət göstərməklə həmin dırmıqdan silah qismində istifadə etməklə sonuncunu vurub itələyib yerə yıxaraq Zərərçəkmiş şəxs2 sol said nahiyəsinin sıyrıqları, sağ bazu və sağ diz oynağı nahiyələrinin qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurub, həmin vaxt Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında qeyd olunan törədilən ictimai təhlükəli əməlləri davam etdirərək ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə yaşadığı evdən götürdüyü istintaqla müəyyən edilməmiş bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs2 vuraraq sonuncuya sol əlin İ barmağının kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaqla qərəzli hərəkətləri edib xuiiqanlıq cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslə əvvəllər münasibətləri yaxşı olmuşdur. Sonra Zərərçəkmiş şəxs1 onun hasarının dibində ağac əkməyə başlamış, maşın saxlamışdır. Bununla bağlı qızı Xırdaxanım ona öz iradını bildirmişdir. Bundan başqa Anar uşaqların öz həyətimizdə manhı oxutmasına da müdaxilə etmişdir. Bu kimi məsələlərə görə aralarında mübahisə olmuşdur. Anar dəfələrlə onların həyətinə daxil olub, nalayiq ifadələrlə onları təhqir etmişdir. Hətta onları dəlixanaya da saldırmışdır. Anar ona başından xəsarət yetirmişdir. Qızı Xırdaxanım psixi xəstədir, eyni zamanda onkoloji xəstəlikdən əziyyət çəkir. Hadisə baş verən günü qızı əməliyyat olunub evə gəlmişdir. Həyətdə hasarın kənarında ağac əkildiyini görmüş və həmin ağacın çıxarılmasını tələb etmişdir. Bununla bağlı Anarla aralarında mübahisə yarnmışdır. Daha sonra Samirə və Anar onların həyətinə daxil olmuşdur. Samirə onun xəstə qızını vurmuşdur. Onun əlində heç bir dırmıq və ya bıçaq olmamışdır. Heç kimə xəsarət yetirməmişdir. Sonra Fatimə həyətə çıxmış Anarla, Samirə onu görüb çıxıb getmişlər. Anar və Samirə onu və qızı Xırdaxanımı vurmuşlar. Onların barəsində tədbir görülməlidir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda qızları Fatimə və övladları, qızı Xırxadanım, Aysel ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 da iki ildir ki, qonşu evdə yaşayır. Həmin vaxtlardan qonşu olan Samirə ilə heç bir mübahisəsi olmamışdır. Qonşu olan Samirənin yaşadığı evə mütəmadi tanımadığı şəxslər gəlmələrinə və avtomobillərini onların evinin ətrafında dalanda saxlamalarına görə o və qızları Xırdaxanım, Fatimə buna narazılıqlarını bir neçə dəfə Samirəyə və gələn adamlara bildirmişlər. Hadisə günü. yəni, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində təkrarən bu cür hal ilə rastlaşdığı üçün qızı Xırdaxanım orada maşın saxlanılmaması üçün küçədə olan Samirənin qohumu olan kişiyə iradını bildirmişdir ki, yenə dalanda avtomobil saxlamasın. Bu zaman orada dayanan digər qonşu Anar qızım Xırdaxanımla mübahisə etməyə başlamışdır. O də onlara yaxınlaşaraq, qızı Xırdaxanımı müdafiə etmiş və bu zaman oraya qonşu Samirə, Anarın arvadı Nərgiz gəlmişdir. Samirə qızı Xırdaxanımı təhqir edərək onunla mübahisə edəndə Xırdaxanım da onun cavabını vermişdir. Samirə onun üstünə gələrək ona əl qol atmışdır. O, da Samirənin qızını vurmaması üçün onu qızından aralaşdırmış və qızı Fatimə də səslərinə evdən küçəyə çıxmışdır. Fatimə də Xırdaxanımı Samirədən qoruyaraq aralaşdırmışdır. Bundan sonra Samirə və əmisi yaşadıqları evə girmişlər. Həmin hadisə vaxtı Samirə qızı Xırdaxanımı sifətindən vurmuş, saçını yolmuş və təpik də atmış və qızı Xırdaxanım başından, gicgah nahiyəsindən xəsarət almışdır. Bu səbəbdən o və Fatimə də 14-cü PB-nə gedərək ərizə ilə müraciət etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 3-4 il olar ki, Anar oraya köçmüşdür. Onlarla qonşuluqda yaşayır. Zərərçəkmiş şəxs1la oğluna görə mübahisələri olmuşdur. Onların hasarının qarşısında maşın saxlanılması ilə bağlı mübahisə isə bacısı ilə Anar arasında olmuşdur. Anarın dediyi torpaq sahəsi qonşunun torpağıdır. Onun Anara heç bir aidiyyatı yoxdur. Hadisə baş verən günü o, səs-küyə çölə çıxmışdır. Mübahisə onların həyətində baş vermişdir. Onların evinin qapısı ilə həyət darvazası arasında xeyli məsafə vardır. O həyətə çıxdıqda artıq mübahisə bitmişdir. Onun eşitdiyinə görə Samirə ilə bacısı Xırdaxanım bir-birilərinin saçını yolmuşlar. Onun əlində bıçaq olmamış, heç kimə xəsarət yetirməmişdir. Həmin ərazidə yaşayan qonşularla onun heç bir mübahisəsi olmamışdır. O, heç kimi vurmamışdır. Hamısı şər və böhtandır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onlarla iki ildir ki, qonşu evdə yaşayır. Həmin vaxtlardan qonşusu olan Samirə ilə heç bir mübahisəsi olmamışdır. Qonşusu olan Samırənin yaşadığı evə mütəmadi tanımadığım şəxslər gəlmələrinə və avtomobillərini onların evinin ətrafında dalanda saxlamalarına görə o və bacısı buna narazılıqlarını bir neçə dəfə Samirəyə və gələn adamlara bildirmişdir Hadisə günü, yəni, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində o, mətbəxdə yemək hazırlayarkən bayırdan bacısı Xırdaxanımm kiminlə isə mübahisə etməsinin səsini eşitmiş və tələsik küçəyə çıxdıqda görmüşdür ki, bacısı Xırdaxanımm üstünə qonşu Samirə, Samirənin əmisi, qonşu Anar və Anarın arvadı Nərgiz düşərək sözlə mübahisə etmişlər və Samirə bacısının üstünə hücum çəkmiş, o, dərhal araya girmiş və Xırdaxanımı qorumuş və aralayıb evə aparmışdır. O, həmin vaxt bıçağı heç kimə nümayiş etdirməmiş və kimisə vuracağı ilə hədələməmiş, sadəcə mətbəxdə yemək hazırlayarkən bıçaq əlində olmuş və həyəcandan, Samirənin səsinə bayıra çıxanda bıçaq əlində olmuşdur. Həmin vaxt Samirə və Anarın arvadı Nərgiz onun və övladlarının ünvanına nalayiq ifadələr işlətmişdir. O, Xırdaxanımı aralaşdırarkən Samirə onun qolundan tutııb cırmaqladığı üçün sağ əlində və sol qol nahiyəsində sıyrıq xəsarətləri yaranmışdır. Həm də Xırdaxanımı da, onlara çatana qədər Samirə sifətinə əlinin sillə zərbəsi ilə vurmasına və təpiklə də vurmasına şahid olmuşdur. Xırdaxanım və o, 14-cü PB-nə gedərək şikayət etmişlər və göndəriş əsasında məhkəmə-tibbi ekspertizasından keçmişlər. Qonşu Anar və Anarın arvadı Nərgizin bacısı Xırdaxanımı döyməsinə şahid olmasa da, ilkin izahatı alınarkən Zərərçəkmiş şəxs1 idarə etdiyi “Volkswagen Tiguan" markalı, 10- LJ-660 dövlət qeydiyyat nişanlı avtomobili yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 28 may küçəsi döngə 2, ev 5 ünvanının yaxınlığında saxlamasına irad bildirməsinə görə aralarında yaranmış mübahisə zamanı yaşadığı evin həyətindən götürdüyü kənd təsərrüfat təyinatlı dırmıqla Zərərçəkmiş şəxs1 vuraraq ona sağ said nahiyəsinin sıyrığı, sol bazu nahiyəsinin qançırı kimi dərəcəsi təyin edilməyən bədən xəsarət yetirdikdən sonra, yaranrmş səs-küyə gəlmiş Zərərçəkmiş şəxs2 yaşadığı evdən götürdüyü istintaqla müəyyən edilməmiş bıçaqla vuraraq ona sol əlin İ barmağının kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirib onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri ifadə ilə bağlı fikirlərini soruşduqda ifadələrini oxumadan qol çəkdiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 oğlu onun həyat yoldaşına qarşı nalayiq ifadələr işlətmiş, hərəkətlərə yol vermişdir. Aralarında bununla bağlı dəfələrlə mübahisə olmuşdur. Onlara uşaqlarını tərbiyə edə bilmirlərsə dövlətə versinlər qoy dövlət tərbiyə etsin şəklində təklif də etmişdir. Bundan başqa onun küçədə ağac əkməklərinə, maşın saxlamalarına da qarşı çıxmışlar. Bununla bağlı aralarında mübahisə olmuşdur. Qonşuluqda yerləşən boş torpaq sahəsi ilə bağlı da aralarında mübahisə yaranmışdır. Belə ki, təqsirləndirilən şəxslər həmin torpaq sahəsinin hasarını uçuraraq oranı zəbt etmişdir. Orada zibil yandırmışlar. xx.xx.2020-ci il tarixdə o, bununla bağlı qəsəbə nümayəndəsi Sadiq müəllimə müraciət etmişdir. Sadiq müəllim həmin sahəyə baxmış və onun dediklərinin doğru olduğunu gördükdən sonra təqsirləndirilən şəxslərə öz iradını bildirmişdir. Sadiq müəllim maşınsız olduğundan o, Sadiq müəllimi maşını ilə iş yerinə aparmaq istəyən zaman Xırdaxanım daşla onun maşının üzərinə hücum etmiş, maşını zədələmiş, nalayiq ifadələr işlətmişdir. Sonra bacısı Fatimə çıxmış, o da nalayiq ifadələr işlətmişdir. O, Sadiq müəllimi iş yerinə qoyub gəldikdən sonra Xırdaxanım və anası Gülxanım ona “sən kimsən bizim üstümüzə adam gətirirsən, ora bizim həyətimizdir” deyə irad bildirmiş, nalayiq ifadələr işlətmişlər. Bu hadisələr onun evindən 1 metr qabaqda küçədə baş vermişdir. Təxminən 3-4 dəqiqə davam etmişdir. Gülxanım öz həyətlərinə gedərək oradan dırmıq gətirmiş və dırmıqla üzərinə gələrək dırmığı ona tərəf atan zaman o, qolunu qabağa vermiş və dırmığın diş olan hissəsi onun qolunu sıyırmışdır. O, özünü müdafiə etmək məqsədilə Gülxanımı kənara itələmişdir. Təxminən 2-3 dəqiqə sonra Fatimə əlində bıçaqla çölə çıxmışdır. Həmin vaxt Samirə də səs-küyə çölə çıxmışdır. Samirə onları aralaşdırmağa çalışmışdır. Bu zaman təqsirləndirilən şəxslər elə başa düşmüşlər ki, Samirə onunla birləşib təqsirləndirilən şəxslərin üzərilərinə gəlmək istəyir. Ona görə də Samirəyə onları aralaşdırmaq istəyən zaman Fatimə bıçaqla xəsarət yetirmişdir. Onun baş barmağını kəsmişdir. Fatimənin əlində dırmıq olmamış, yalnız bıçaq olmuşdur. Qonşular da səs-küyə çıxmışdır. Fatimə sonra bıçağı özü ilə evə aparmışdır. Dırmığı da həyətlərinə aparmışlar. xx.xx.2020-ci il tarixə qədər aralarında yaxşı münasibət olmamışdır. Həm onun dırmıqla vurulması, həm Samirənin bıçaqla xəsarət yetirilməsi küçədə baş vermişdir. Samirənin qohumu Nazim müəllim də səs-küyə çölə çıxmışdır. Lakin Nazim müəllimin maşını orada saxlaması ilə bağlı mübahisə bu hadisə baş verən vaxt olmamışdır. Təqsirləndirilən şəxslərdən şikayətçidir, cəzalanmalarını tələb edir. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun Bilgəh qəsəbəsi 2-ci dalan, 28 may küçəsində bağ evi vardır, o, həmin bağ evində əsasən yay aylarında ailəsi ilə birlikdə qalır. Həmin bağ evi ilə qonşuluqda yaşayan Fatimə adlı qadın mütəmadi olaraq onunla və ailə üzvləri ilə səbəbsiz olaraq münaqişə etmiş və bununla bağlı bir neçə dəfə 14-cü PB-nə müraciətləri olmuşdur. Hadisə günü xx.xx.2020-ci il tarixdə saat 19 radələrində o, yaşadığı bağ evinin yanında qonşusu Samirənin əmisi Nazim ilə söhbət edən zaman digər qonşu Xırdaxanım adlı qız küçəyə çıxaraq onların ünvanlarına heç bir səbəb olmadan nalayiq ifadələr İşlətməyə başlamışdır. O da Xırdaxanıma söyüş ifadələri işlətməsi barədə irad bildirmiş və Xırdaxanım donquldayadonquldaya evə daxil olmuşdur. Bir qədər sonra Xırdaxanım anası Gülxanım ilə birlikdə küçəyə çıxaraq onun küçədə dalanda avtomobilini saxlamağını bəhanə gətirərək onu təhqir etməyə başlamış və Xırdaxanım digər bacısı Fatimə də bayıra çıxıb onun üstüdə hücum çəkmişdir. Həmin vaxt Nazim araya girib onları aralaşdırmağa çalışmışdır. Lakin, Fatimə əlində olan dırmıqla onu sağ tərəfindən vuranda o, sol əlini qabağa vermiş və zərbə sol əlinə də dəymişdir. Sonra görmüşdür ki, yaranmış səs-küyə qonşu Samirə və həyat yoldaşı Nərgiz də çölə çıxmışdır. Bundan sonra Xındaxanım küçəyə çıxmağı ilə bağlı Samirənin ünvanına nalayiq ifadə işlətmişdir. Samirə də Xırdaxanımdan nə səbəbə nalayiq sözlərlə təhqir etməsini soruşduqda Xırdaxanımm anası Gülxanım əlinə dırmıq alaraq Samirənin üzərinə getmiş və Samirəni əlindəki dırmıqla sağ tərəfindən vurmuşdur. Daha sonra, Xırdaxanım Samirənin üstünə hücum çekdikdə Samirə özünü qorumuş, o və Nazim Xırdaxanıma mane olmuşlar, lakin, həmin vaxt Gülxanım Samirəni itələmiş, nəticədə Samirə dizi üstə yerə yıxılmışdır. Bundan sonra Fatimə əlinə bıçaq alıb Samirənin üzərinə doğru gələrək onu bıçaqlayacağını bildirmişdir. Nazim bu dəfə də araya girmiş və Samirəni uzaqlaşdırmışdır. Fatimə bıçaqla zərbə endirmək istəyərkən Nazim Fatimənin qolundan tutaraq buna imkan verməmiş və həmin vaxt Samirənin barmağı kəsilmişdir. Samirə və o, öz evlərinə getmişlər. Daha sonra isə o, 102 xidmətinə zəng edərək polisə məlumat vermiş və Samirə də onunla birgə 14-cü PB-nə gedərək ərizə ilə müraciət etmiş və aldıqları xəsarətlərlə bağlı təhqiqatçının göndərişi əsasında tibbi ekspertizadan keçmişlər. Bu hadisədən sonra xx.xx.2020-ci il tarixdə saat 11:20 radələrində evinin qarşısında dalanda “Wolsvagen Tiguah" markalı **-LJ-*** dövlət nömrə nişanlı avtomobili saxlamağına görə qonşu Gülxanım yenə nahaq yerə narazılıq edərək onu söymüş, o da Gülxanıma iradını bildirdikdə küçəyə çıxan Xırdaxanım əlinə daş götürərək avtomobilinin şüşəsini, mühərrik hissəsinin qapağını və arxa buferi qəsdən vuraraq sındırmaqla onun əmlakına maddi ziyan vurmuşdur. Həmin vaxt bu hadisəyə qəsəbə nümayəndəsi Şahid4 və həyat yoldaşı Nərgiz də şahid olmuşdur. Həmin vaxt Sadiqi öz avtomobili ilə yola salmaq istədikdə Xırdaxanım daş götürüb avtomobilinə vuraraq müxtəlif yerlərini zədələmişdir. Bu səbəbdən o, təkrarən Xırdaxanımın xuliqanlıq hərəkətləri barədə tədbir görülməsi üçün 14-cü PB-nə müraciət etmişdir, Həmçinin Zərərçəkmiş şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş münaqişə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 12-ci dalanda Samirənin evinin yanındakı küçədə olmuşdur. İlkin olaraq onunla Xırdaxanım, anası Gülxanım mübahisə etmiş, sonradan Fatimə əlindəki dırmıqla onu vurmuş, bundan sonra səs-küyə oraya gələn Samirə, Gülxanım və Fatimə tərəfindən döyülmüşdür. Münaqişə təxminən 10 dəqiqə davam etmişdir. Hadisənin şahidi onun yoldaşı Nərgiz, Nazim, Samirə, o və digərləri isə hadisənin iştirakçıları olan qonşular Xırdaxanım, Fatimə və Gülxanım olmuşdur. Xırdaxanım, Gülxanım və Fatimə mübahisə başlayandan sonunadək ancaq nalayiq ifadələr işlətmişlər. O, tibbiekspertizadan keçərkən həyəcanlı olmuş və hadisəni tam dəqiq xatırlamışdır. Xırdaxanım onun üstünə gəlsə də, yanında olan Nazim Xırdaxanımı aralaşdırdığı üçün sonuncunun zərbələri ona dəyməmişdir. Lakin onu Fatimə əlindəki dırmıqla vuraraq sağ əlindən və sol qol nahiyəsindən xəsarət yetirmişdir. Həmin hadisədən əvvəl Samirənin əmisi Nazim həmin gün həyətdə onunla dayanıb söhbət etmiş, sonradan qonşu Xırdaxanım və bacısı Fatimə bayıra çıxıb onun üstünə hücum çəkdikdə, Nazim Xırdaxanımı ondan aralaşdırsa da, Fatimə onu dırmıqla vuraraq xəsarət yetirmişdir. Sonra isə bayıra çıxan Samirayə hücum çekmişlər və həmin vaxt Nazim Gülxanımı, qızları Fatiməni və Xırdaxanımı vurmamışdır, davada Nazim sadəcə onları ayırmışdır və əsas da Samirəni Xırdaxanım, Fatimə və Gülxanımm zərbələrindən qorumuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə aralarında Fatimənin oğluna görə mübahisələri olmuşdur. Fatimənin oğlu dəfələrlə maşından oğurluq etmişdir. Bununla bağlı ona öz iradını bildirmişdir. Anarla da təqsirənləndirilən şəxslərin mübahisələri yenə uşağa görə olmuşdur. xx.xx.2020-ci il tarixdə rəhmətlik əmisi Nazim onlara qonaq gəlmiş və maşını Fatiməgilin hasarının yanında saxlamış və daha sonra evə daxil olmuş, siqareti olmadığından siqaret almağa getmişdir. Bu zaman evin qabağında Anarla rastlaşmışdır. Daha sonra Xırdaxanımın küçəyə çıxaraq ona maşını hasarlarının yanında saxlaması ilə bağlı irad bildirmişdir. Əmisi evə gəlmiş və bunu ona dedikdə o, mübahisə olmaması üçün maşını çəkib öz evlərinin qabağında saxlamasını bildirmişdir. Daha sonra əmisi getmişdir. O, əmisinin gec gəldiyini görmüş və həyətdən səs gəldiyi üçün narahat olaraq küçəyə çıxmışdır. Əmisini evə gətirmək üçün çölə çıxmışdır. O, küçəyə çıxanda Xırdaxanım, Gülxanım, Fatimə, Anar, Anarın yoldaşı küçədə olmuşlar. Xırdaxanımla Anarın yoldaşı sözlə mübahisə edirdilər. Anarın qol hissəsində sıyrıq xəsarətinin olduğunu görmüşdür. Xırdaxanım onun ünvanına “sarıbaş filankəs” də gəldi demişdir. O, Xırdaxanıma danışığına fikir verməsini bildirmişdir. Lakin Xırdaxanım dayanmamışdır. Onun ünvanına çox nalayiq ifadə işlətdiyi üçün o, Xırdaxanım üzərinə gedərək onun dilini kəsəcəyini demiş, onu vurmuş, evlərinə tərəf itələmişdir. Onlar təqsirləndirilən şəxslərin həyətinə daxil olmuşlar. Anargildə orada olmuşdur. Gülxanım qızını müdafiə etmək üçün əlinə dırmaq götürmüşdür. Gülxanım onunla Xırdaxanımın davasına müdaxilə etmiş, onu vuraraq qızından aralaşdırmağa çalışmışdır. Xırdaxanım elə başa düşmüşdür ki, o, Anarın tərəfini tutaraq mübahisəyə qarışmışdır. Ancaq o, əmisinə görə küçəyə çıxmışdır. Tərəflərin sözlə bir-biriləri ilə mübahisə etdiyini görüb onlara qonşu olduqlarını, bir-birilərinin ünvanına bu cür ifadələr işlətməmələrini bildirmişdir. O, Xırdaxanımı itələyib həyətlərinə salanda Xırdaxanım onun saçından tutmuşdur. O, da Xırdaxanımın saçından tutmuşdur. Bu zaman Fatimə guya ki, onu qorxutmaq üçün evdən gedib bıçaq gətirmişdir. Onu vurmaq istəyəndə əmisi Nazim “Samirə səni vurdu” deyib qışqırmışdır. Bu zaman o, əlini qaldırıb özünü müdafiə etmək istyəndə bıçaq onun baş barmağını kəsmişdir. Daha sonra o, əlinin qanadığını görmüş və Fatiməgilin həyətindən küçəyə çıxmışdır. Həmin vaxt orada heç bir qonşu olmamışdır. Emil adlı qonşu da dava qutarandan sonra gəlmişdir. Fatimənin bıçaqla Anara xəsarət yetirməsini və ya hədələməsini görməmişdir. O, bıçaqla xəsarət alandan sonra küçəyə çıxanda Gülxanımın Anara tərəf dırmıq atdığını görmüşdür. Təqsirləndirilən şəxs2 qarşı şikayəti yoxdur. Təqsirləndirilən şəxs1 isə şikayətçidir. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə ünvan 7 ünvanında yaşayır. Gülxanım və onun qızlan Xırdaxanım, Aysel və Fatiməni uzun müddətdir ki, tanıyır. Onlar qonşuluqda yaşayırlar. Aralarında əvvəllər heç vaxt mübahisələri olmamışdır. Anar və sonuncunun arvadı Nərgizi də tanıyır. Onlar da qonşuluqda yaşayırlar. 13.08,2020-ci İl tarixdə saat təxminən 19 radələrində, yaşadığı ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evincjə otmuşdur. Həmin vaxt əmi Nazim onlara qonaq gəlmiş və Nazim küçəyə çıxaraq qonşuluqda yaşayan Anarla söhbət etmişdir. O isə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olmuşdur. Evinin həyətyanı sahəsində olarkən küçədə səs-küy eşitmişdir. Küçəyə çıxdıqda görmüşdür ki, Anarla Gülxanım və sonuncunun qızları Xırdaxanım, Aysel və Fatimə sözlə mübahisə edirlər. O, əmisi Nazimi çağıraraq Nazimin də mübahisə edib-etməməsini soruşmüşdur. Nazim də bildirmişdir ki, heç kimlə mübahisə etmir. Bundan sonra Xırdaxanım küçəyə çıxmağı ilə bağlı onun ünvanına nalayiq ifadə işlətmişdir. O, da Xırdaxanımdan nə səbəbə onu nalayiq sözlərlə təhqir etməsini soruşduqda Xırdaxanım yaşadıqları fərdi yaşayış evinin həyətyanı sahəsinə keçmişdir. O da Xırdaxanımm arxasında sonuncunun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə keçmişdir. Xırdaxanım yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin darvazasının kandarında dayanarkən Xırdaxanımın anası Gülxanım əlinə dırmıq alaraq üzərinə gəlmişdir. Gülxanım əlindəki dırmıqla onu sağ tərəfindən vurmuşdur. Sonra Xırdaxanım üzərinə gələrkən onu vurmaması üçün əli itə Xırdaxanımı üz nahiyəsindən vurmuşdur. Həmin vaxt Gülxanım onu itələmiş, nəticədə o, yerə yıxılaraq diz nahiyəsindən xəsarət almışdır. Bundan sonra Fatimə əlinə bıçaq alıb üzərinə doğru gələrək onu bıçaqlayacağını bildirmişdir. Fatimə bıçaqla ona zərbə endirmək istəyərkən o, sol əlini irəliyə doğru verib Fatimənin ona bıçaqla zərbə endirməsinə imkan verməmişdir. Nəticədə Fatimə bıçaqla onun sol əlinə xəsarət yetirmişdir. Həmin vaxt Anar və əmi Nazim onu Gülxanım və Fatimənin əlindən alıb evə aparmışlar. Eyni zamanda Zərərçəkmiş şəxs2 verilmiş suallara caväb olaraq bildirmişdir ki, qonşuları Gülxanım və sonuncunun qızları Xırdaxanım və Fatimə arasında xx.xx.2020-ci il tarixdə saat 19 radələrində baş vermiş mübahisə Gülxanımın qızları ilə yaşadığı Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahəsində darvazanın kandarında olmuşdur. Sözlə mübahisə Gülxanım və Fatimənin onu döymələri, həmçinin onun Xırdaxanımı əl zərbəsi ilə vurmağım ümumilikdə 10 dəqiqə müddətində davam etmişdir. Mübahisə zamanı həm Xırdaxanım, həm Fatimə, həm qə Gülxanım onun ünvanına yüksək səslə nalayiq ifadələr işlətmişlər. Mübahisənin konkret şahidləri tanıdıqlarından Anar və əmisi Nazim olmuşdur. Bundan başqa kənardan keçən şəxslər də mübahisəyə cəlb olunmuş, lakin həmin şəxslərin kim olmaların xatırlamamışdır. O, yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən küçəyə çıxarkən görmüşdür ki, küçədə Fatimə, Xırdaxanım və Gülxanım olmuşdur. Həmin vaxt həqiqətən də Fatimə Anarın üzərinə hücum çəkmiş və Fatimənin əlində dırmıq olmuşdur. Anar: isə sakit dayanmışdır. Həmin vaxt Fatimə əlindəki dırmıq ilə Anarı vuraraq yaşadıqları fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olmuşdur. Anarı vurduğu dırmığı da özü ilə həyətyanı sahəyə aparmışdır. O da Fatimənin yaşadığı evin həyətyanı sahəsinə daxil olarkən darvazanın kandarında Gülxanım onu elə həmin dırmıqla da vurmuşdur. Həmin hadisə zamanı Aysel onunla dava-dalaşda iştirak etməmişdir. O, məhkəmə-tibbi ekspertizasında müayinə zamanı həyəcanlı olduğundan səhv bildirmiş və o, həmin vaxt ona hücum çəkən Xırdaxanımın adını demək əvəzinə Ayselin adını demişdir. Lakin ona dava-dalaş zamanı Gülxanım və Fatimənin zərbələri dəymişdir, Xırdaxanımdan isə özünü qoruyaraq onu vurmaq istədikdə Xırdaxanımdan əvvəl ö, sonuncunun sifətinə vurmuşdur. O, Xırdaxanımı xx.xx.2020-ci il tarixdə saat 19, radələrində baş verən mübahisə zamanı saçından tutaraq yerə yıxmamışdır. X10 Xıdaxanımı döyməmişdir. Hadisə onun qeyd etdiyi kimi olmuşdur; Ona Gülxanım dırmıqla xəsarət yetirdikdən sonra Xırdaxanım onun üzərinə gələrkən Xırdaxanımın onu vurmaması üçün əli ilə sonuncunun üz nahiyəsindən vurmuşdur. Həmin hadisə zamanı o, bayıra çıxanda Gülxanımı, qızları Fatimən və Xırdaxanım ona hücum çəkmişlər və həmin vaxt Nazim Gülxanımı, qızları Fatiməni və Xırdaxanımı vurmamışdır, davada Nazim sadəcə onları ayırmışdır və əsas da onu Gülxanımı, Fatimə və Xırdaxanımın zərbələrindən qorumuşdur. Həmin hadisə zamanı o, özünü ancaq müdafiə etmiş və sadəcə Xırdaxanım onu vurmaq istəyəndə sonuncunun sifətinə vurmuşdur. Fatiməni ise vurmamış, əksinə Fatimə onun üstünə ətində bıçaqla hücum çəkərək vurmaq istəyəndə araya əmisi Nazim girərək onu qorumağa çalışmış, lakin, Fatimənin bıçaq zərbəsi onun sol əlinin barmağını kəsmişdir Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə baş verən ərəfədə o, Bilgəh qəsəbə nümayəndəliyində nümayəndə işləmişdir. Dəqiq yadında qalmayan tarixdə o, qəsəbə nümayəndəliyində olarkən Anra Məmmədov oraya gəlmiş, ona məxsus həyətə uşaqların hasardan aşaraq hovuza daş atdıqlarını bildirmişdir. Bu məqsədlə onu həmin ünvana dəvət etmişdir. O, Anarla birlikdə həmin həyətə baxmağa getmişdir. Orada divarın bir hissəsinin söküldüyünü görmüşdür. Anar qonşusu Təqsirləndirilən şəxs2 və onun ailə üzvlərinin bunu etdiyini, orada zibil yandırdıqlarını bildirmişdir. O, Təqsirləndirilən şəxs2 bununla bağlı soruşduqda Gülxanım heçnə etmədiklərini bildirmişdir. Daha sonra onlar Anarın maşına minib oradan getmək istəyən zaman Gülxanımın qızı Xırdaxanım küçəyə çıxmışdır. Xırdaxanım Anarı görüb aqresivləşmişdir. Anarın maşının şüşə silənlərini qırmış, yan güzgüsünə zərər yetirmişdir. Anar maşını sürüb gedəndə daşla maşına zədə yetirmişdir. Həmin vaxt Anar ona qonşunun öncəki günlər onu döyməsi barədə heç bir məlumat verməmişdir. Anarın üzərində hər hansı xəsarət görməmişdir. Ümumiyyətlə bu hadisəyə qədər Zərərçəkmiş şəxs1 tərəfindən ona təqsirləndirilən şəxslərlə bağlı şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 11 noyabr 2020-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid xəsarət alması faktı üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 xx.xx.2020-ci il tarixli 1243 saylı ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 sağ said nahiyəsinin sıyrığı, sol bazu nahiyəsinin qançırı müəyyın edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir, və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 xx.xx.2020-ci il tarixli 1277 saylı ekspert rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs1 sağ bazu və sol said nahiyələrinin qançırları müəyyın edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 xx.xx.2020-ci il tarixli 1276 saylı ekspert rəyindən görünür ki, vət. Şahid3 sol təpə və sağ gicgah nahiyələrinin sıyrıqları müəyyın edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 xx.xx.2020-ci il tarixli 1242 saylı ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 sol əlin İ barmağının kəsilmiş yarası, sol said nahiyəsinin sıyrıqları, sağ bazu və sağ diz oynağı nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlərdən sol əlin İ barmağının kəsimiş yarası kəsici kənara malik əşyanın, sol said nahiyəsinin sıyrıqları, sağ bazu və sağ diz oynağı nahiyələrinin qançırları bərk küt əşyanın təsirindən törənmişlər. Müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur; zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında məlumat mövcud deyil; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında məlumat mövcud deyil; zərərçəkmiş şəxs qismində tanınma haqqında 23 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir; qətimkan tədbirinin seçilməsi haqqında 24 mart 2021-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir; qətimkan tədbirinin seçilməsi haqqında 24 mart 2021-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, 20056108 saylı cinayət işi üzrə əməlin AR CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilməsi, ibtidai istintaqın həmin maddə ilə davam etdirilməsi qərara alınmışdır. təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir; təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs1 və X1 törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onların əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx.xx.2020-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxslərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, hadisə xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən evin qarşısında küçədə başlamış, təqsirləndirilən şəxslərin evinin həyətində başa çatmışdır. Hadisə nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 sağlamlığına dərəcələri təyin edilməyən xəsarətlər, Zərərçəkmiş şəxs2 sağlamlığına isə yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Eyni zamanda təqsirləndirilən şəxslərin üzərində də həmin tarixə uyğun gələn dərəcələri təyin edilməyən xəsarətlər müəyyən edilmişdir. Həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxslərin ifadələri ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 ilə təqsirləndirilən şəxslər arasında əvvəllər təqsirləndirilən şəxslərin hasarının qarşısında maşın saxlamaq, ağac əkilməsi, eyni zamanda Təqsirləndirilən şəxs1 oğlunun hərəkətləri ilə bağlı mübahisələr olmuş, qonşu kimi yaxşı münasibətləri olmamışdır. Digər Zərərçəkmiş şəxs2 ilə də təqsirlləndirilən şəxslər arasında Təqsirləndirilən şəxs1 oğlunun hərəkətləri ilə bağlı mübahisələr olmuşdur. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə şəxsi münasibətlər zəminində baş vermiş, tərəflər arasında qarşılıqlı mübahisə baş vermiş və nəticədə hər iki tərəf bir-birinə dərəcələri təyin edilən və ya təyin edilməyən xəsarətlər yetirmişlər. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Belə olan halda hadisənin təşəbbüskarının kimliyi hadisəyə hüquqi qiymətin verilməsi və əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir. Bu baxımdan məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli, hətta onların hərəkətləri nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına xəsarətlər yetirilsə belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərərçəkmiş şəxslərə istiqamətlənən hərəkət kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Hazırki cinayət hadisəsinin xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən evin qarşısında baş verməsi daha sonra təqsirləndirilən şəxslərin həyətinə doğru irəliləyərək davam etməsi və orada başa çatması, iş üzrə təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxslərin ifadələri ilə təsdiq edilmiş, ibtidai istintaq orqanı tərəfindən hadisə yerində kənar şəxslərin olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə, ittiham tərəfinin sübut kimi istinad etdiyi şahid ifadəsi ilə bağlı qeyd edir ki, Şahid4 xx.xx.2025-ci il tarixdə baş verən hadisədə orada olmamasını, hadisəni görmədiyini bildirmişdir. Bundan başqa, təqsirləndirilən şəxslərin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir.Təqsirləndirilən şəxslərə elan edilmiş ittihamda ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verildiyi qeyd edilməsinə baxmayaraq, bunun təqsirləndirilən şəxslərin konkret olaraq hansı hərəkətlərində ifadə olunduğu göstərilməmişdir. Təqsirləndirilən şəxslərə xuliqanlıq cinayətinə dair elan olunmuş ittiham onun “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmişdir. Cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar istintaq orqanın təqsirləndirilən şəxslər tərəfindən törədilməsi qənaətinə gəldikdləri xuliqanlıq cinayətinin təsvirində əks etdirilməmişdir. İctimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə (başqalarının gözü qarşısında) törədilməsinə istinad edilməsinə baxmayaraq bunu təsdiq edəcək sübutlar göstərilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, təqsirləndirilən şəxslərin hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərərçəkmiş şəxslərə istiqamətlənən, ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, şəxsi münasibətlər zəminində mübahisə və ya dava-dalaş gedişində sağlamlığa zərər vurma kimi təzahür etmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından da görünür ki, tərəflər arasında əvvəllər də mübahisə olmuşdur. Hadisə baş verən gün Zərərçəkmiş şəxs1 və təqsirləndirilən şəxsin qızı Şahid3 arasında öncə sözlə mübahisə baş vermişdir. Daha sonra təqsirləndirilən şəxslər mübahisəyə qoşulmuşlar. Mübahisənin küçədə başlayıb daha sonra təqsirləndirilən şəxslərin həyətinə doğru davam etməsi də zərərçəkmiş şəxslərin onların üzərinə doğru getməsinin göstəricisidir. Zərərçəkmiş şəxs2 da ifadəsində Xırdaxanımı vurduğunu Fatimənin gördüyünü, bundan sonra onu qorxutmaq üçün gedib evdən bıçaq götürüb onun üzərinə gəlməsini, Gülxanımın özlərini müdafiə etmək üçün dırmıq götürməsini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 da ifadəsində bildirmişdir ki, “Samirə onları aralaşdırmağa çalışmış, bu zaman təqsirləndirilən şəxslər elə başa düşmüşlər ki, Samirə onunla birləşib təqsirləndirilən şəxslərin üzərilərinə gəlmək istəyir. Ona görə də Samirəyə onları aralaşdırmaq istəyən zaman Fatimə bıçaqla xəsarət yetirmişdir”. Yəni, zərərçəkmiş şəxslər özləri də mübahisənin bir tərəfli olmadığını, qarşılıqlı mübahisə olduğunu təsdiq etmişlər. Bunu yaranmasının hadisə baş verən tarixə uyğun olduğunu göstərən təqsirləndirilən şəxslərin üzərində aşkar olunan xəsarətləri özündə əks etdirən ekspert rəyi də təsdiq edir. Bundan əlavə Zərərçəkmiş şəxs2 küçəyə məhz əmisinin küçədə olmasından dolayı, onu evə gətirmək üçün çıxdığını bildirmişdir. Bu isə onun həyətə çıxmasının ictimai qaydanı qorumaq kimi bir vəzifəsindən irəli gəlmədiyini göstərir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onların əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə isə ittihamda “ətrafdakı şəxslərin gözü qarşısında” Zərərçəkmiş şəxs1 qarşı uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozması qeyd olunduğu halda, ibtidai istintaq orqanı dindirdiyi şəxslərin dairəsini müstəsna olaraq zərərçəkmiş şəxslərin özü və onların qohumları ilə məhdudlaşdırmış, həmin “ətrafdakı şəxslərin”dən bir nəfərini belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmişdir. Şahid4 şahid qismində tanınsa da məhkəmədə verdiyi ifadəsində xx.xx.2020-ci il tarixdə baş verən hadisədə orada olmadığını, hadisənin şahidi olmadığını qeyd etmişdir. Yəni toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə CM-nin 221.3-cü maddəsi ilə ittiham elan etmək üçün əsaslı deyildir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxslərin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni zamanda yuxarıda adı çəkilən qərardadda göstərilir ki, təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Yuxarıda qeyd edilənlərə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərində xuliqanlıq motivinin olması, yəni onların ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olması toplanmış sübutlarla təsdiq edilmir. Təqsirləndirilən şəxslərin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onların əməli (Zərərçəkmiş şəxs2 münasibətdə) Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Digər Zərərçəkmiş şəxs1 yetirilmiş xəsarətlərlə bağlı isə məhkəmə qeyd edir ki, həmin xəsarətlər ekspert rəyinə əsasən dərəcəsi təyin olunmayan xəsarətlər olduğu üçün ona münasibətdə təqsirləndirilən şəxslərin AR CM-nin 128-ci maddəsi ilə məsuliyyətinin yaranması istisna olunur. Məhkəmə belə olan halda təqsirləndirilən şəxslərin inzibati məsuliyyətə cəlb olunması məsələsinin həll olunması üçün materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi ilə bağlı qeyd edir ki, inzibati xətanın töədildiyi vaxtdan 1 ildən artıq müddət keçmişdir. Belə olan halda şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərarına əsasən “Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən AR CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Ona görə də məhkəmə təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməmələrinə dair ifadələrini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə; Beləliklə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini təqsirli bilmədiklərindən AR CPM-nin 44.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən AR CPM-nin 44.2.1-ci maddəsinə əsasən barələrində cəza təyin edilməməklə ittiham hökmü çıxarılmalıdır. AR CPM-nin 154.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə və bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə olan zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barəsində cəza təyin edilməyəcəyindən qətimkan tədbirinin tətbiqinə olan zərurət aradan qalxmış hesab olunaraq, təqsirləndirilən şəxslər barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən AR CPM-nin 44.2.1-ci maddəsinə əsasən barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən AR CPM-nin 44.2.1-ci maddəsinə əsasən barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar