Məhkəmə qərarları › İş №1(008)-400/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-400/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-400/2020 01.12.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Şəkərəliyev Amin Qəhrəman oğlunun, Fərdi qaydada fəaliyyət göstərən vəkil Mustafayev Əsabəli Qurban oğlunun iştirakı ilə 08 iyul 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəh., Sabunçu rayonu, Sülh küç., ev 08, mənzil 36 qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Bakı İstintaq Təcridxanasında saxlanılan-İmanlı Məhəmməd Ramiz oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu barədə bildiyi halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» 17 iyul 2020-ci il tarixli və «Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə» xx xxx 2020-ci il tarixli qərarlarının, Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarının tələblərini pozaraq, yəni yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS və «E-Təbib» mobil tətbiqi vasitəsilə 3 saatadək müddətə verilən icazə almalı olduğu halda belə icazə almadan, həmçinin insanlar arasında sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etməsinin mütləq olduğu halda, bu tələblərə riayət etməyərək, o cümlədən təcrid olunma qaydalarını pozaraq 20 iyul 2020-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Sülh küç., 8 ünvanda yolun kənarında müəyyən olunmuş qaydaları pozub tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədən və sosial məsafəni gözləmədən piyada hərəkət edib digər şəxslərlə söhbət edərək karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış və həmin vaxt ərazidə xidmət aparan Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yeni koronavirus (Covid-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yarandığı aşkar edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş İmanlı Məhəmməd Ramiz oğlu Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küç., ev 8, mənzil 36 ünvanda qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. O, yeni növ koronavirus (Covid-19) xəstəsi olmağını bilmirdi. 16 iyul 2020-ci il tarixdə, 13-cü polis bölməsinin əməkdaşı Musa adlı şəxs saat 13:30 radələrində ondan yaşadığı məhləyə çıxmağı xahiş etmiş, təxminən 15-20 dəqiqə sonra məhləyə düşmüşdür. Həmin şəxslə birlikdə 13-cü Polis Bölməsinə getməyini bildirmişdir. O, isə Musa adlı şəxsə bildiriş göndərsinlər onda bölməyə gedəcəyini demişdir. Musa isə 13cü Polis Bölməsinə gedib izahat verəcəcəyini demişdir. Musa ilə birlikdə Musanın idarə etdiyi ilə avtomobil ilə 13-cü Polis Bölməsinə getmişdir. 13-cü Polis Bölməsində üzərinə ilkin baxış keçirilmiş, telefonu götürülmüşdür. Bölmənin rəisinin yanandı olmuş, bölmənin rəisi ona 14 iyul 2020-ci il tarixdən 15 iyul 2020-ci il tarixə keçən gecə Bakı şəhərində yürüşdə iştirak etdiyini bildirmişdir. O isə yürüşdə iştirak etmədiyini, Bakı şəh., Əhmədli qəsəbəsindən Q.Qarayev prospektinə kimi gəldiyini bildirmişdir. Oradan isə saat 21:00 radələrində evə getmişdir. Üç gün Polis Bölməsində qalmış və 18 iyul 2020ci il tarixdə Polis Bölməsində ondan (Covid-19) test nümunsi götürmüşlər. Həmin günü Elməddin adlı müstəntiq onu şahid qismində dindirmişdir. 19 iyul 2020-ci il tarixdə onu Baş Prokurorluğun İstintaq İdarəsinə aparmışlar və o, şahid qismində müstəntiq Nadir adlı şəxs tərəfindən dindirilmişdir. Daha sonra onu Sabunçu RPİ-in MSY-nə gətirmişlər. xx xxxx 2020-ci il tarixdə ondan iki nəfər mülki geyimli şəxs (Covid-19) test nümunəsi götürmüşlər. Təxminən 2-3 saat sonra isə ondan Səhiyyə Nazirliyinin əməkdaşları gələrək test nümunləri götürmüşlər. 21 iyul 2020-ci il tarixdə onda testin nəticəsi pozitiv çıxması barədə məlumat verilmişdir. Hal-hazırda özünü normal hiss edir. Onun heç bir təqsiri yoxdur. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyev Musa Məmiş oğlu ifadəsində göstərmişdir ki, 20 iyul 2020-ci il tarixdə Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küç., ev 08, mənzil 36-da yaşayan Təqsirləndirilən şəxs yeni növ koronavirus (COVİD-19) xəstəsi olması barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «X1 Nəzarət Mərkəzi» Publikk Hüquqi şəxsindən PB-nə daxil olmuş məlumat məlumat üzrə və bu barədə ona məlumat verilməsi üçün tədbir görülməsi barədə tapşırığın icrası ilə əlaqədar 20 iyul 2020-ci il tarixdə, saat 14:00 radələrində ünvan 2 mənzil 36-da yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş və yaşadığı üvnana çatan zaman Təqsirləndirilən şəxs yaşadığı evdən çıxarkən ona yaxınlaşaraq onda (COVİD-19) infeksiyasına dair müsbət test nəticəsi müəyyən olunduğu barədə məlumat verilərək yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS və «E-Təbib» mobil tətbiqi vasitəsilə 3 saatadək müddətə verilən icazə almalı olduğu, həmçinin insanlar arasında sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməsinin mütləq olduğu, o cümlədən təcrid olunma qaydaların ciddi əməl etməsi və həmin xəstəliyinin yayılmaması üçün evdən çıxmaması barədə ciddi xəbərdar edilmişdir. Təqsirləndirilən şəxs xəbərdar edildikdən sonra bildirmişdir ki, xəstə olması aydın olub və həmin qaydalara əməl edəcəkdir. Həmin vaxtı Təqsirləndirilən şəxs şifahi şəkildə məlumat verilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs yanında heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyev Səyyad Məhəmməd oğlu ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə ünvan 2 mənzil 36-da yaşayan Təqsirləndirilən şəxs yeni növ koronavirus (COVİD-19) xəstəsi olması və onun Bakıxanov qəsəbəsində gəzərək həmin xəstəliyin yayılması üçün real təhlükə yaratması barədə məlumat əldə etmişlər. Həmin günü saat 20:00 radələrində Sabunçu RPİ-in 13-cü PB-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2la birlikdə Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küç., 8 ünvanda youn kənarı ilə gedən şifahi məlumat görə onlara məlum olana bir nəfər şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər. Həmin şəxsin şəxsiyyətini soruşduqda, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və həmin şəxsi şəxsin tibbi maskadan istifadə etmədiyi müşahidə edilmişdir. Buna görə də həmin şəxsin ətrafdakı şəxslərə xəstəliyi yaymasının qarşısını almaq məqsədi ilə həmin şəxsi Sabunçu RPl-nə dəvət etmişlər, o, da onlarla RPİ-nə gəlmiş və bununla bağlı raport yazmışlar. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman həmin şəxs heç bir qoruyucu vasitədən və maskana istifadə etməmişdir. Lakin onlar maskada olmuş və onlar onunla sosial məsafəni saxlayırdılar. Onlar Təqsirləndirilən şəxs yaxınlaşan zaman o tək olmuş və yolun kənarı ilə gedirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mansurov Elmir Güloğlan oğlu Əliyev Səyyad Məhəmməd oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, İmanlı Məhəmməd Ramiz oğlu əvvəllər məhkum olunmamışdır. İş materialları arasında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, «Xüsusi Təhlükəli İnfeksiyalara Nəzərat Mərkəzi» Publik Hüquqi Şəxsin 20 iyul 2020-ci il tarixli test nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs-müayinə metodu PZR, nəticə (Covid-19) müsbət, tarix 20 iyul 2020. Beləliklə, İmanlı Məhəmməd Ramiz oğlunun Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən- epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda-cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. İmanlı Məhəmməd Ramiz oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs oğlunun özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadəsi məhkəmə iclasında dindirilmiş şahid ifadələri, məhkəmə iclasında araşdırılmış, cinayət işinin materialları arasında olan digər sübutlarla təkzib olunur. İmanlı Məhəmməd Ramiz oğlunun ifadəsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs İmanlı Məhəmməd Ramiz oğlu Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən-epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda-iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs İmanlı Məhəmməd Ramiz oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs İmanlı Məhəmməd Ramiz oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə İmanlı Məhəmməd Ramiz oğlunun himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə İmanlı Məhəmməd Ramiz oğlunun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-cu il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, İmanlı Məhəmməd Ramiz oğlu 21 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,15). Cinayət işinin materiallarında olan 22 iyul 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, İmanlı Məhəmməd Ramiz oğlu Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 31). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)420/2020 saylı, 22 iyul 2020ci il tarixli qərardan görünür ki, İmanlı Məhəmməd Ramiz oğlu barəsində 21 iyul 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,44). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, İmanlı Məhəmməd Ramiz oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. İmanlı Məhəmməd Ramiz oğlunun cəza çəkmə müddətinin başlanğıcı «21» iyul 2020-ci il tarixdən hesablanmalıdır. İmanlı Məhəmməd Ramiz oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən «01» (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs İmanlı Məhəmməd Ramiz oğlu cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs İmanlı Məhəmməd Ramiz oğlunun cəza çəkmə müddətinin başlanğıcı «21» iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs İmanlı Məhəmməd Ramiz oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar