Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-401/2021 24.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Mülki iddiaçının nümayəndəsi Nümayəndə, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum edilməmiş, Xocalı rayonu, Kərkicahan qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Gilavar” sanatoriyasında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.3, 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni nəsli kəsilmək üzrə olan qiymətli balıqları tutmaq məqsədi ilə 08 mart 2021-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlib orada özü ilə gətirdiyi 01 ədəd rezin kombinezondan istifadə edərək Xəzər dənizinə girib istifadəsi qadağan olunmuş 01 ədəd uzunluğu 30 metr, eni 2 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş toru suda qurmuş və 09 mart 2021-ci il saat 17:20-dək olan müddət ərzində hər biri 11 manat dəyərində olan 7 ədəd adi siyənək və hər biri 275 dəyərində olan Azərbaycan Respublikasının “Qırmızı Kitabı”-na daxil edilmiş 6 ədəd dəniz sıfı balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1727 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 17:20-də sahilə çıxarkən X5 İdarəsinin X3 və X1 bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı ondan 01 ədəd rezin kombinezon, 01 ədəd uzunluğu 30 metr, eni 2 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 07 ədəd adi siyənək və 06 ədəd dəniz sıfı balıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Maddi vəziyyəti ağır olduğu üçün Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmaqla ailəsinə qida əldə edir. 08 mart 2021-ci il tarixdə, saat 16:30-da balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlib özünə məxsus 1 ədəd rezin kombinezondan istifadə edərək Xəzər dənizinə girib jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 30 metr, eni 2 metr, gözlərinin ölçüsü 32x32 mm olan 1 ədəd toru suda qurub sahilə qayıdaraq evinə getmişdir. 09 mart 2021-ci il tarixdə, saat 16 radələrində yenidən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlib, 1 ədəd rezin kombinezondan istifadə edərək Xəzər dənizinə girib qurduğu toru yığarkən 6 ədəd dəniz sıfı və 7 ədəd adi siyənək balıqları tora düşmüşdür. Saat 17 radələrində toru tutduğu balıqlarla birlikdə yığıb sahil istiqamətində hərəkət etməyə başlamış, sahilə çıxarkən X5 idarəsinin X3 və Balıq ehtiyatlarının mühafizəsi bölməsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətində Xəzər dənizində torla balıq tutmaq üçün balıqovlama bileti olduğunu, lakin balıqovlama biletinin şərtlərini pozaraq adi siyənək və ovlanması qadağan olunmuş dəniz sıfı balıqlarını tutduğunu bildirmişdir. Polis əməkdaşları Xəzər dənizinə çıxan zaman istifadə etdiyi 1 ədəd rezin kombinezona və jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 30 metr, eni 2 metr, gözlərinin ölçüsü 32x32 mm. olan 1 ədəd tora, həmçinin həmin balıqovlama vasitələri ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətində Xəzər dənizindən tutduğu 6 ədəd dəniz sıfı və 7 ədəd adi siyənək balıqlarına dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirmiş və baxışın keçirilməsinə dair protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol o və iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında ifadə verən mülki iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmadığını bildirmiş və ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi vəzifəsində işləyir. 09 mart 2021-ci il tarixdə X5 İdarəsinin X3 və Balıq ehtiyatlarının mühafizəsi bölməsinin əməkdaşları tərəfindən xidməti ərazidə ekoloji cinayətləri törədənlərə qarşı mübarizə xarakterli tədbir keçirilmiş, tədbir zamanı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 01 ədəd rezin kombinezon, 01 ədəd uzunluğu 30 metr, eni 2 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 07 ədəd adi siyənək və 06 ədəd dəniz sıfı balıqları aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti olsa da, lakin balıqovlama biletinin şərtlərini pozaraq adi siyənək və ovlanması qadağan olunmuş dəniz sıfı balıqlarını tutduğu müəyyən edilmişdir. 09 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs hər biri 11 manat olmaqla 7 ədəd adi siyənək və hər biri 275 manat olmaqla 6 ədəd dəniz sıfı balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyyatlarma 1727 manat məbləğində ziyan dəymişdir. Hal-hazırda dəymiş ziyandan cəmi 227 manat ödənilmişdir. Qalıq məbləğ 1500 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X5 İdarəsinin X3 və Balıq ehtiyatlarının mühafizəsi bölməsinin polis nəfəridir. 09 mart 2021-ci il tarixdə X5 idarəsinin X3 və Balıq ehtiyatlarının mühafizəsi bölməsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 17:20-də Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, 1 ədəd uzunluğu 30 metr, eni 2 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 7 ədəd adi siyənək və 6 ədəd dəniz sıfı balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 7 ədəd adi siyənək və 6 ədəd dəniz sıfı balıqlarını 1 ədəd rezin kombinezon, 1 ədəd uzunluğu 30 metr, eni 2 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti vardır, lakin dəniz sıfı balıqlarının tutulmasının qadağan olunması barədə əvvəlcədən məlumatı olub. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 09 mart 2021-ci il tarixdə X5 İdarəsinin Barkonyerliyə qarşı mübarizə və Balıq ehtiyatlarının mühafizəsi bölməsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbirinin nəticəsi ilə əlaqədar hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək baxışda iştirak etmişdir. Ona məlum olmuşdur ki, saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, 1 ədəd uzunluğu 30 metr, eni 2 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 7 ədəd adi siyənək və 6 ədəd dəniz sıfı balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs 7 ədəd adi siyənək və 6 ədəd dəniz sıfı balıqlarını 1 ədəd rezin kombinezon, 1 ədəd uzunluğu 30 metr, eni 2 metr, gözlərinin ölçüsü 32x32 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş torun vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətində Xəzər dənizindən tutduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq, balıqovlama bileti olsa da 6 ədəd dəniz sıfı balıqlarının tutulmasının qadağan olduğunu bildiyini bildirmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitələri və qanunsuz tutduğu balıqlar X5 İdarəsinin Barkonyerliyə qarşı mübarizə və Balıq ehtiyatlarının mühafizəsi bölməsinin əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra onun iştirakı ilə keçirilmiş baxışa dair protokol tərtib edilmiş və baxış iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 4-5-ci vərəqəsində olan 09 mart 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 09 mart 2021-ci il tarixdə, saat 17:20 radələrində X5 idarəsinin X3 və X1 Bölməsinin əməkdaşları ilə birgə ekoloji cinayətlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı Təqsirləndirilən şəxs qanunsuz balıq tutarkən saxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, bir ədəd uzunluğu 30 metr, eni 2 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor və 7 ədəd adi siyənək , 6 ədəd dəniz sıfı balıqları aşkar edilərək götürülmüşdür. Cinayət işinin 7-ci vərəqəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Təhlükəsizlik Xidmətinin 09 mart 2021-ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 13 ədəd balığa baxış keçirilmişdir.Həmin balıqlar təqdim olunmuş balıqovlama vasitələri ilə ovlanmış və həmin balıqlar 6 ədədi dəniz sıfı və 7 ədədi adi siyənək balıqlarıdır və bioloji əlamətlərinə görə axçalı balıqlar növünə aiddilər. Bu balıqlar qanunla balıqlovlama bileti olmadan ovlanması gadağandır. Cinayət işinin 14-cü vərəqəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Qorunması Xidmətinin 11 mart 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.06.2017-ci il tarixli 243 №-li Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları’nın 5-ci bəndinə müvafiq olaraq, T.B.Əmiraslanov tərəfindən təqdim edilmiş siyahıda və ona verilmiş 05.02.2021-ci il tarixli 89 və 89/1 nömrəli balıqovlama biletlərində Təqsirləndirilən şəxs adı balıqçı kimi keçir. Cinayət işinin 16-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 17-18-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixli 9/1432 saylı ekspert rəyindən görünür ki, tədqiq edilən iki adda balıqların 09 mart 2021-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilindən balıqların qanunsuz ovlanması ilə məşğul olmasından, 09 mart 2021-ci il tarixə, təbiətə vurulmuş maddi ziyanın məbləği 7 ədəd adi siyənək balığına görə 77,00 manat və 6 ədəd dəniz sıfı balığına görə 1650,00 manat təşkil edir. Cinayət işinin 25-ci vərəqəsində olan 01 aprel 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd rezin kombinezon, 01 ədəd uzunluğu 30 metr, eni 2 metr, gözlərinin ölçüsü 32x32 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 07 ədəd adi siyənək və 06 ədəd dəniz sıfı balıqları maddi sübut kimi tanınmış, balıqlar tez xarab olan ərzaq malı hesab edildiyi üçün 09 mart 2021-ci il tarixdə qəbul aktına əsasən "xxxx" MMC-nin direktoru X4 təhvil verilmişdir. Həmçinin balıqovlama vasitələri saxlanılması üçün X5 İdarəsinin Barkonyerliyə qarşı mübarizə və Balıq ehtiyatlarının mühafizəsi bölməsinin inspektoru, polis baş leytenantı Şahid1 təhvil verilmişdir. Cinayət işinin 49-cu vərəqəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 aprel 2021-ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, 09 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs hər biri 11 manat olmaqla 7 ədəd adi siyənək və hər biri 275 manat olmaqla 6 ədəd dəniz sıfı balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyyatlarma 1727 manat məbləğində ziyan dəymişdir. Cinayət işinin 91-92-ci vərəqəsində olan 20 may 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 30-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07.04.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun balıq və digər su bioresurslarını qanunsuz tutma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb ona islah işləri növündə cəza təyin edilməsini, cəza çəkmə müddətinin əvvəli оnun əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmasını, hökmün icrası onun yaşayış yeri üzrə probasiya idarəsinə tapşırılmasını məqsədə müvafiq hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və hazırda X5 İdarəsinin Barkonyerliyə qarşı mübarizə və Balıq ehtiyatlarının mühafizəsi bölməsində saxlanılan 01 ədəd rezin kombinezon, 01 ədəd uzunluğu 30 metr, eni 2 metr, gözlərinin ölçüsü 32x32 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, X4 məxsus "xxxx" MMC-də saxlanılan 07 ədəd adi siyənək və 06 ədəd dəniz sıfı balıqları dövlət nəfinin xeyrinə müsadirə edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş iddia ərizəsindən görünür ki, mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəymiş 1727 manat məbləğində ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəymiş 1727 manat məbləğində ziyandan 227 manat ödənildiyindən mülki iddia qismən təmin olunmalı, Təqsirləndirilən şəxs 1500 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxsnın əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs götürülmüş X5 İdarəsinin Barkonyerliyə qarşı mübarizə və Balıq ehtiyatlarının mühafizəsi bölməsində saxlanılan 01 ədəd rezin kombinezon, 01 ədəd uzunluğu 30 metr, eni 2 metr, gözlərinin ölçüsü 32x32 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, X4 məxsus "xxxx" MMC-də saxlanılan 07 ədəd adi siyənək və 06 ədəd dəniz sıfı balıqları dövlət nəfinin xeyrinə müsadirə edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Mülki iddia qismən təmin olunsun və Təqsirləndirilən şəxs 1500 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülsün. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-401/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-401/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver