Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-402/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1999-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi ilə narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımaqla yaşadığı Sabunçu rayonu Zabrat qəsəbəsi Tramvay küçəsi 3D ünvanının yaxınlığında 14 dekabr 2022-ci il tarixdə saat 15:10 radələrində Sabunçu RPl-nin 15-ci PB-nin əməkdaşlarının keçirmiş olduğu əməliyyat tədbirləri nəticəsində polis bölməsinə gətirilmiş və polis bölməsində videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli gödəkçənin sol iç cibindən 8 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrıayrılıqda təmiz çəkiləri 1,356 qr, 0,678qr, 0,500 qr, 0,550 qr, 0,962 qr, 0,832 qr, 0,910 qr və 1,600 qram olmaqla ümumi təmiz çəkisi 7,388 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddət əvvəl narkotik vasitə hesab edilən qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. Onlar tərəfdə yaşayan adını Səid kimi bildiyi şəxsdən 14 dekabr 2022-ci il tarixdə səhər saatlarında 08 büküm narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 8 manata almışdır ki həm özü istifadə etsin, həmdə tanışlarına versin. 14 dekabr 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvanın yaxınlığında iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etmişlər, lakin üzərində sənəd olmadığı üçün onu Sabunçu RPİnin 15-ci PB-nə gətirmişlər, polis bölməsində barəsində tutma prokolu tərtib edilmiş, daha sonra videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılmışdır, şəxsi axtarış və götürmə aparılan zaman onun öz razılığı ilə vəkil iştirak etməmişdir. Həmin vaxt polis əməkdaşının xidməti otağında ondan üzərində qanunla daşınması və saxlanılması qadağan olunmuş əşyanın olub-olmamasını soruşmuşlar, o isə bildirmişdir ki üzərində 8 büküm narkotik vasitə qurudulmuş marixuana vardır. Bundan sonra o əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 08 ədəd kağıza bükülmüş bükülələri çıxararaq masanın üstünə qoymuş və bildirmişdir ki, həmin bükümdəkilər narkotik vasitə qurudulmuş marixuanadır və onu adının Səid kimi bildiyi şəxsdən 08 manata almışdır. Səiddən bir bükümü 8 manata almış, ondan aşkar edilən 08 büküm bükülülərə baxış keçirilmiş və daha sonra zərfə qoyularaq möhürlənmişdir və bu barədə protokol tərtib edilmişdir. O həm zərfi, həm protokolu oxuyub tanış olduqdan sonra imzalamışdır. Narkotik vasitəni özü istifadə etmək məqsədi ilə almış, satmaq niyyəti olmamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o bir ay olarmış narkotik vasitə hesab edilən qurudulmuş marixuanadan istifadə edirmiş. Onlar tərəfdə yaşayan adını Səid kimi bildiyi şəxsdən o 14 dekabr 2022-ci il tarixdə səhər saatlarında 08 büküm narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 8 manata almışdır ki həm özü istifadə etsin, həmdəki 10 manata digər şəxslərə versin. Həmin şəxsləri o tanımırmış. 14 dekabr 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvanın yaxınlığında iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər həmin şəxslər Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları imişlər.Polis əməkdaşları ondan adını soruşmuşlar o da Zaman olduğunu demiş, daha sonra ondan sənəd tələb etmişlər, lakin üzərində sənəd olmadığı üçün onu Sabunçu RPİ-nin 15-ci PB-nə gətirmişlər, polis bölməsində barəsində tutma prokolu tərtib edilmiş, daha sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır, qeyd edirəm ki, şəxsi axtarış və götürmə aparılan zaman onun öz razılığı ilə vəkil iştirak etməmişdir.Həmin vaxt polis əməkdaşının xidməti otağında ondan üzərində qanunla daşınması və saxlanılması qadağan olunmuş əşyanın olub olmamasını soruşmuşlar, o isə bildirmişdir ki üzərində 8 büküm narkotik vasitə qurudulmuş marixuana vardır.Bundan sonra o əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 08 ədəd kağıza bükülmüş bükülələri çıxardıb masanın üstünə qoymuş və bildirmişdir ki həmin bükümdəkilər narkotik vasitə qurudulmuş marixuanadır və o onu adının Səid kimi bildiyi şəxsdən 08 manata alıb müxtəlif şəxslərə 10 manata verirmiş. Həmin Səid onlar tərəfdə yaşayır, ev ünvanını bilmirmiş.O həmin Səiddən əvvəllərdə narkotik vasitə qurudulmuş marixuna almışdır. Səiddən o bir bükümü 8 manata almışdır, ondan aşkar edilən 08 büküm bükülülərə baxış keçirilmiş və daha sonra zərfə qoyularaq möhürlənmişdir və bu barədə protokol tərtib edilmişdir.O həm zərfi həm protokolu oxuyub tanış olduqdan sonra imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Sabunçu RPİ-nin 15-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 14 dekabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nə əməliyyat məlumatı daxil olmuş, Sabunçu rayonu Zabrat qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi daşınması, üzərində saxlanması və satışı ilə məşğul olur, ona görə də Sabunçu RPİ-nin 15-ci PB-də əməliyyat qrupu təşkil edilmişdir. O da həmin qrupun üzvü təyin edilmişdir. Bundan sonra əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxılığında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmişdir. Polis bölməsində videoçəkilişlə xidməti otaqda vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, bu hərəkət aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanması qadağan edilmiş əşyanın olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 08 ədəd büküm çıxardıb masanın üstünə qoyaraq bildirmişdir ki, həmin bükümdəkilər narkotik vasitə qurudulmuş marixuanadır və o bir bükümü 8 manata Səid adlı şəxsdən alıb 10 manat müxtəlif şəxslərə satır. Onun təqdim etdiyi bükümlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, spesifik iyə malik olan, ot kimi maddə aşkar edilmişdir. Daha sonra həmin bükümlər zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, əvvəllər “Şamfi” şirkətində ekspeditor işləmiş və şirkət tərəfindən korparativ mobil telefon nömrəsi verilmişdir. Həmin nömrə ***-***-**-** nömrəsi olmuş, 01 noyabr 2022-ci il tarixədək həmin nömrədən istifadə etmiş, sonra şirkətdən işdən çıxdığından istifadəsində olmamışdır. 2022-ci ilin aprel-may aylarında o narkotik vasitə olan qurudulmuş marixunadan istifadə etməyə başlamış, Təqsirləndirilən şəxs o uzun müddətdir ki, tanıyır və onların yaxşı münasibətləri olmuşdur. Son zamanlar o, Zamandan qurudulmuş marixuanın ona gətirməsini istəmişdir. Zaman ona qurudulmuş marixuana gətirmiş və o Zamana müəyyən miqdarda pul verərək ondan almışdır. O bir neçə dəfə Zamandan narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün almış, lakin Zamanın ona gətirdiyi marixuananı kimdən aldığını bilməmişdir. Zamana smsləri o yazmışdır. Zamandan başqa o heç kimdən narkotik vasitə marixuana almamışdır. Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o Zamanı Hacı adlı dostunun vasitəsi ilə müəyyən bir müddətdirki tanımışdır. Dostu Hacı bilmişdirki, Zaman narkotik vasitə olan qurudulmuş marixuananın satışı ilə məşğul olur. Dostu Hacıda marixuanadan istifadə etmişdir. Qeyd etmişdir ki, Hacı onun telefonu ilə Zamana sms yazmışdır və onlar Zabrat qəsəbəsinə getmişlər və orada Zamana nə qədərsə pul vermişdir, lakin o bunu bilməmişdir və sonradan onlar oturmuşlar avtomobilə və orada ikisidə Hacının Zamandan aldığı marixuanadan bir yerdə istifadə etmişlər. Zamandan o mal almamışdır, dostu Hacı almışdır, Zamanın haradan almasını o bilməmişdir. O Zamanla heç bir vaxt kontaktda olmamışdır, sadəcə bir iki dəfə onu üzdən görmüşdür(i.v.100-101); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə, saat 15:10-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.16); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 15:10 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətfə verməsi təklif olunmuş, bu təklifdən Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sol iç cibindən 08 ədəd kağıza bükülmüş, spesifik iyə malik olan, narkotik tərkibli bitki olan marixuanaya bənzər qurudulmuş otları çıxardaraq könüllü təhvil vermiş, bu narkotik vasitəni qonşuluqda yaşayan Səid adlı şəxsdən 8 (səkkiz) manata aldığını və 10 (on) manata digər şəxslərə satmaq məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 08 ədəd kağıza bükülmüş, spesifik iyə malik olan, narkotik tərkibli bitki olan marixuanaya bənzər qurudulmuş otlar aşkar edildi. Aşkar edilmiş 08 ədəd kağıza bükülmüş, spesifik iyə malik olan, narkotik tərkibli bitki olan marixuanaya bənzər qurudulmuş otlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (i.v. 30- 31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 15 dekabr 2022-ci il tarixli 7/1407 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut “yazı və imzalar olan ağ rəngli kağız zərfdə 8 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,356 qr, 0,678 qr, 0,500 qr, 0,550 qr, 0,962 qr, 0,832 qr, 0,910 qr və 1,600 qram olmaqla, ümumi çəkisi 7,388 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır(i.v.43-45); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* nömrəli cinayət işi üzrə CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 53-54); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 70-72); Videodiskə baxış keçirilməsi haqqında 15 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis bölməsinin inzibati binasında xidməti otaqda polis əməkdaşının üzərinizdə qanunla daşınması və saxlanması qadağan olunmuş əşyanın olub-olmaması sualına o cavab olaraq əynindəki göy rəngli gödəkçənin sol iç cibindən 8 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,356 qr, 0,678 qr, 0,500 qr, 0,550 qr, 0,962 qr, 0,832 qr, 0,910 qr və 1,600 qram olmaqla ümumi təmiz çəkisi 7,388 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir(i.v.80); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 86); maddi sübut hesab edilməsi haqqında 27 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş 1,356 qr, 0,678 qr, 0,500 qr, 0,550 qr, 0,962 qr, 0,832 qr, 0,910 qr və 1,600 qram olmaqla, ümumi çəkisi 7,388 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut hesab edilmiş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 6,8258 qram narkotik vasitə olan qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (i.v.87); diskə baxış keçirilməsi haqqında 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Azercell MMC-dən daxil olmuş bir ədəd videodiskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11:45-də +**********59 nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********32 saylı mobil telefon nömrəsinə “Zaman sonra deyirsən mənə belə yazırsan telefona cavab verdə. Nə oldu 10 manat” və xx.xx.2022-ci il tarixdə saat 20:51-də +**********07 nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********32 saylı mobil telefon nömrəsinə “ Abisi 2 dənə lazımdı, men çıxıram gelirəm” kimi smslər vardır, başqa istintaq marağı kəsb edən sms və zənglər müəyyən edilməmişdir(i.v.95); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X2 X3 Komissiyasının 24 dekabr 2022-ci il tarixli 7810 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin epizodik istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v.104-105); məhkəmə bioloji ekspertizasının 26 dekabr 2022-ci il tarixli 7/1428 saylı rəyindən görünür ki, «vət.Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdə 08(səkkiz) ədəd kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər(i.v.106-108); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi 7,388 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və məhkəmə bioloji ekspertizası keçiriləndən sonra qalıq qalmış 6,988 qram narkotik vasitə qurudulmuş marixuana Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. (i.v.110-114); Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bir ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilmiş, həmin video görüntü şəxsi axtarış və götürmə aparılması haqqında 14 dekabr 2022-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələri satış üçün əldə etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Sabunçu RPİ-nin 15-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 14 dekabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nə əməliyyat məlumatı daxil olmuş, Sabunçu rayonu Zabrat qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi daşınması, üzərində saxlanması və satışı ilə məşğul olur, ona görə də Sabunçu RPİ-nin 15-ci PB-də əməliyyat qrupu təşkil edilmişdir. O da həmin qrupun üzvü təyin edilmişdir. Bundan sonra əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxılığında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmişdir. Polis bölməsində videoçəkilişlə xidməti otaqda vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, bu hərəkət aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanması qadağan edilmiş əşyanın olubolmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 08 ədəd büküm çıxardıb masanın üstünə qoyaraq bildirmişdir ki, həmin bükümdəkilər narkotik vasitə qurudulmuş marixuanadır və o bir bükümü 8 manata Səid adlı şəxsdən alıb 10 manat müxtəlif şəxslərə satır. Onun təqdim etdiyi bükümlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, spesifik iyə malik olan, ot kimi maddə aşkar edilmişdir. Daha sonra həmin bükümlər zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilən zaman belə, ona hər hansı bir təzyiqin göstərilməsi barədə məlumat verməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı o, narkotik vasitəni qonşuluqda yaşayan Səid adlı şəxsdən 8 (səkkiz) manata aldığını və 10 (on) manata digər şəxslərə satmaq məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan başqa, Azercell MMC-dən əldə edilmiş məlumatlara baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 11:45-də +**********59 nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********32 saylı mobil telefon nömrəsinə “Zaman sonra deyirsən mənə belə yazırsan telefona cavab verdə. Nə oldu 10 manat” və xx.xx.2022-ci il tarixdə saat 20:51-də +**********07 nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +**********32 saylı mobil telefon nömrəsinə “ Abisi 2 dənə lazımdı, men çıxıram gelirəm” kimi smslər müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngüləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 166 (yüz altmış altı) manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 03(üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 7,388 qram, tədqiqatdan sonra qalıq qalmış 6,828 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 166 (yüz altmış altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-402/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-402/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver