Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-403/2024 07.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən silah qismində istifadə olunan əşyadan istifadə edilməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən “Bavaria” kafesində “Orta” dərəcəli sərxoşluq halında özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə bundan bir qədər əvvəl sərxoş halda kafedə olan digər müştərilər ilə mübahisə etdiyinə görə davranış normalarına riayət etməsinə çağırış edərək, etik qaydaların pozulmasından çəkindirərək hərəkətlərindən irad bildirmiş Zərərçəkmiş şəxs haqlı iradını qəbul etməyərək bunu cuzi bəhanə kimi istifadə edərək sonuncu ilə mübahisə etmiş, bununla kifayətlənməyib ictimai qaydanı, yəni, insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını, əxlaq normalarını kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək cinayətkar hərəkətlərini xüsusi qərəzli formada inadla davam etdirərək özündə olan soyuq silah hesab edilməyən məişət təyinatlı bıçaqdan silah qismində istifadə edərək sonuncuya qəsdlə zərbələr endirərək sol təpə nahiyyəsinin, sol əlin və sağ əlin 1-ci barmağının kəsilmiş yaraları ilə müşayiət olunan dərəcələrinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən, boyun nahiyyəsinin kəsilmiş səthi yarası ilə müəyiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə 10 illik dostu olan Fəridlə görüşüb Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “BAVARİA" kafesinə getmişlər. Onlar kafedə əyləşib spirtli içki olan pivə içərək söhbət etmişlər. Bir neçə bakal pivə içdikdən sonra Fərid durub oynamış, yan masadakı şəxslər Fəridə baxıb gülmüşlər, buda ona pis təsir etdiyindən həmin şəxslərə irad bildirmək üçün qalxıb masaya yaxınlaşmaq istəmiş, lakin Fərid buna imkan verməmiş, əksinə onu günahlandırmışdır, Fəridin bu hərəkəti onun xoşuna gəlmədiyi üçün kafedən çıxıb evinə getmişdir, spirtli içki qəbul etdiyindən Fəridin onu haqsız yerə günahlandırmasını qəbul edə bilməmiş, onu qorxutmaq üçün mətbəxdən bıçaq götürərək yenidən kafeyə qayıtmış, Fəridə demişdirki, gəl çıxaq çölə söhbət edək, lakin Fərid çölə çıxmaq istəməmiş, onu təhqir etmişdir, o da bundan əsəbləşərək bıçağı çıxararaq Fəridi vurmuş, bıçağı kafedə tullayaraq evinə getmişdir. Hadisə vaxtı kafedə Fəridlə ondan başqa heç kim olmamışdır. Fərid onu nalayiq sözlərlə təhqir etdikdən sonra onu bıçaqla vurmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. 10 ildən artıqdır ki, aralarında dost münasibətləri olmuşdur. Tez-tez onunla görüşmüşdür. 07.0.2024-cü il tarixdə Orxan ilə zəngləşərək görüşmək barədə razılaşmışlar. Elə həmin gün saat 15:30 radələrində Orxan ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “BAVARİA” kafesində görüşmüşlər. Kafedə olan zaman Orxanla pivə içib söhbət etmişlər. Pivə içdikdən sonra kafedə musiqi qoyulduğundan o ayağa durub rəqs etməyə başlamış, Orxan yan masadakı şəxslərin ona baxıb güldüyünü bildirərək onlara yaxınlaşıb irad bildirmək istəyərkən o buna imkan verməmiş, əksinə Orxanı günahlandırmışdır, bundan sonra Orxan kafedən çıxıb getmişdir. Bundan sonra dostu Rüstəm bir nəfər tanışı ilə kafeyə gəlmiş, onun əyləşdiyi masaya əyləşib söhbət etmişlər. Axşam saat 20 radələrində Orxan yenidən kafeyə gəlmiş, həmin vaxt dostu Rüstəm adını bilmədiyi tanışı ilə kafedən çıxıb getmişlər. Orxan ona çölə çıxmağı təklif etmiş, aralarında mübahisə baş vermiş, onlar sözlə mübahisə edərkən Orxan hardansa bıçaq çıxarıb onu vurmuşdur. Bundan sonra Orxan təkrar zərbə vurmaq istəyərkən o bıçağı əli ilə tutmuş, bıçaq onun boğaz nahiyyəsinə dəymişdir. O, əli ilə Orxanın əlində olan bıçağın tiyəsini buraraq sındırmış, həmin vaxt bıçaq onun sol əlinin ovuc nahiyyəsini kəsmişdir. Bundan sonra Orxan da, o da kafedən çıxıb getmişlər. O, yaxınlıqda yerləşən TTYS-na getmiş, oradan TTYS-nın həkimləri onu 3 saylı ŞKX-na aparmışlar. Həmin vaxt baş vermiş hadisə barədə həkimlərə danışmış, həkimlər onu dinlədikdən sonra bu barədə polisə məlumat vermişlər. Bundan sonra o, 13-cü PŞ-nə getmiş, 13-cü PŞ-də hadisə ilə polis əməkdaşları onun ərizə və izahatını almışlar. Sonra o, polis əməkdaşları ilə birlikdə hadisənin baş verdiyi “BAVARİA” kafesinə getmiş, orada onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı hadisə yerində Orxanın ona xəsarət yetirdiyi bıçaq müəyyən edilmiş, o da polis əməkdaşlarına bildirmişdir ki, məhz həmin bıçaqla Orxan ona xəsarət yetirmişdir. Həmin bıçaq da polis əməkdaşları tərəfindən götürülmüşdür. O, qeyd etmişdir ki, Orxanla heç bir ədavət və ya düşmənçiliyi olmamış, onunla həmişə dostluq münasiblətlərində olmuşlar. Orxan onu vurduğu zaman kafedə kənar şəxslər olmamışdır, hadisəni heç kim görməmişdir, hadisə ani vaxt ərzində olmuşdur, Orxan ona qarşı nalayiq ifadə işlətməmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Fəridi uzun müddətdir ki, tanıyır, onunla iş yoldaşıdır. xx.xx.2024-cü il tarixdə saat 15-16 radələrində Fəridlə telefonla danışarkən o bildirmişdir ki, tanışı Orxanla birlikdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Bawaria” kafesindədirlər. O da Fəridə demişdir ki, dostu Aqşinlə birlikdədir, ola bilsin ki, onunla birlikdə “Bawaria” kafesinə gələcəklər. O, həmin gün saat 19-20 radələri aralığında Aqşinlə birlikdə “Bawaria" kafesinə getmiş, orada Fəridlə görüşüb masa arxasında əyləşmişlər. Həmin vaxt Fərid masa arxasında tək olmuş, həmin gün saat 20 radələrində Fəridlə kafedə əyləşərkən Fəridin dostu olan adının sonradan Orxan olduğunu bildiyi bir nəfər şəxs kafeyə gəlmişdir. Fərid Orxanı əyləşdikləri masaya dəvət etmiş, bundan sonra işi olduğundan Aqşinlə o, kafedən çıxıb getmişlər. Sonradan Fərid ona demişdir ki, onlar kafedən getdikdən sonra Orxan Fəridə bıçaqla xəsarət yetirmişdir. Orxanın Fəridə bıçaqla xəsarət yetirməsinin şahidi olmamışdır. O, kafedə olarkən Fəridlə Orxan arasında heç bir mübahisə baş verməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.144-145); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında yerləşən “Bavaria” kafesini hadisədən 1 həftə əvvəl icarəyə götürüb işlətmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində o, kafedə olmuş, həmin vaxt da kafeyə adlarının sonradan Orxan və Fərid olduğunu bildiyi şəxslər gəlmişlər. Kafedə olan zaman həmin şəxslər spirtli içki olan pivə içib səmimi söhbət etmişlər. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Orxan getmiş, Fərid isə kafedə qalmışdır. Orxanla Fərid kafedə olarkən yan masada daha iki nəfər əyləşmiş, Orxan kafedən getdikdən sonra kafedə olan digər iki nəfər də çıxıb getmişdir. Bir müddət sonra isə Fəridin əyləşdiyi masaya iki nəfər tanımadığı şəxs gəlmiş, həmin gün saat 20 radələrində Orxan yenidən kafeyə geri qayıtmış və Fəridin əyləşdiyi masaya yaxınlaşmışdır. İşləri olduğundan o, mətbəxə keçmiş, təxminən 10-15 dəqiqədən sonra yenidən zala qayıtmışdır. Həmin vaxt zalda heç kim olmamışdır, Fəridlə Orxanın əyləşdiyi masada qan izləri görmüş, həm də masanın yanında sınmış bıçaq olmuş, nəsə hadisə baş verməsindən şübhələnib bıçağa əl vurmamışdır. Bir müddət sonra Fərid polis əməkdaşları ilə birlikdə kafeyə gəlmiş, həmin vaxt ona məlum olmuşdur ki, Fəridlə Orxan kafedə olarkən sonuncu Fəridə kafedə sınmış halda olan bıçaqla xəsarət yetirmişdir. Polis əməkdaşları hadisə yerinə baxış keçirmiş, Orxanın Fəridə xəsarət yetirdiyi bıçağı götürmüşlər. O, kafedə olarkən heç bir mübahisənin şahidi olmamış, həmçinin xx.xx.2024-cü il tarixdə saat 20 radələrində onun icarədə işlətdiyi “Bavaria” kafesində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub bədən xəsarətləri yetirməsi hadisənin şahidi olmamışdır. Hadisə zamanı kafedə işçilərdən heç kim olmamış, yalnız özü olmuş, o da mübahisə zamanı mətbəxdə olmuşdur. Həmin vaxt kafedə yüksək səslə musiqi səsləndiyindən səs küy eşitməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v.1); hadisə yerinə baxış keçirilməsi haqqında 07 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində fəaliyyət göstərən “Bavaria” kafesinə baxış keçirilmiş, fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə olunmuşdur(i.v.09-11); xx.xx.2024-cü il tarixli, 1/157 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Zərərçəkmiş şəxs orta dərəcəli alkoqol sərxoşluğunda olmuşdur(i.v.18); xx.xx.2024-cü il tarixli, 1/158 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğunda olmuşdur(i.v.19); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 52 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs xəsarətləri sol təpə nahiyyəsinin, sol əlin və sağ əlin 1-ci barmağının kəsilmiş yaraları, boyun nahiyyəsinin kəsilmiş səthi yarasıdır. Xəsarətlər kəsici alət (alətlər) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə sol təpə nahiyyəsinin, sol əlin və sağ əlin 1-ci barmağının kəsilmiş yaraları ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, boyun nahiyyəsinin kəsilmiş səthi yarası isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v.20-21); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(i.v.37); Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, CM-nin 128-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin materialları həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir(i.v.50-51); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə olma müddətinin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablanmaqla 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.76-81); İfadənin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları hadisə yerində göstərərək bir daha təsdiq etmişdir(i.v.98-101); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 ay müddətinə uzadılmışdır(i.v.107-110); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 07 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilərək məhkəmə iclas zalından azad edilmişdir(i.v.116-123); Qətimkan tədbirinin seçilməsi haqqında 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 124-125); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan CM-nin 128-ci maddəsi ilə olan ********* saylı material xx.xx.2021-ci il tarixdə CPM-nin 40.3-cü maddəsinə(CM 73.2) əsasən rədd edilmişdir(i.v.150-151); MTE-nın xx.xx.2024-cü il tarixli 165-2024-MTBŞ nömrəli rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs ABO sistemi üzrə grup göstəricisi: 0(l)/şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/.- 2.X1 ABO sistemi üzrə qrup göstəricisi: A(lİ)/ şəxsiyyət vəsiqəsi və axtarış vəsiqəsinin surətinə əsasən/.- Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq üzərində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “Fl” antigeni alındı. “H" antigeni O(l) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə alfa, beta (İ) qruplu şəxsə, o, cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər(i.v.163- 167); MTE-nın xx.xx.2024-cü il tarixli 121-2024/MTKŞ/T223-2024 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol təpə nahiyyəsinin, sol əlin və sağ əlin 1-ci barmağının, boyun nahiyyəsinin kəsilmiş yaraları olmuşdur. Qeyd edilən xəsartlər deşici-kəsici alətin təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni, xx.xx.2024-cü il tarixdə ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilməsi inkar olunmur, dərəcəsinə görə sol təpə nahiyyəsinin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Eybəcərləşmə tibbi məvhum olmadığından, onun təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətinə aid deyildir. Vətəndaş Zərərçəkmiş şəxs boyun nahiyyəsində olan deffekt hal-hazırda sifətdə asimmetriya və mimika pozğunluğu yaratmadığından silinən hesab edilir. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsusu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın 03 ədəd fraqment halında təqdim edilmiş dəstəyi və tiyəsi eni bir tamın (bıçağın) hissələridir. Bıçağın və onun fraqmentlərinin üzərində sonradan he bir dəyişiklik edilməmişdir. Bıçağın tiyəsi və dəstəyi küt mexanizmlə qarşılıqlı təsirindən sınmışdır. Ekspertizaya 03 (üç) ədəd fraqment şəkildə təqdim edilmiş 01 ədəd bıçağın dəstəyi və tiyəsində aşkar edilmiş çoxsaylı sınmalar müxtəlif şəraitlərdə əmələ gələ bilərdi, lakin həmin bıçağın Zərərçəkmiş şəxs əli ilə bıçağın tiyəsindən tutub burması nəticəsində sınmasının mümkünlüyü istisna olunur(i.v.169-174); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadəsində göstərdikləri xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.180- 181); sübutların qiymətləndirilməsi haqqında 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi qərara alınmışdır(i.v.183-188); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddia, tələbi və şikayəti yoxdur. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 07 yanvar 2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 07 yanvar 2024-cü il tarixdə baş vermiş hadisə on ildən artıq müddətə aralarında dostluq münasibəti olmuş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs zərbələr endirərək sol təpə nahiyyəsinin, sol əlin və sağ əlin 1-ci barmağının kəsilmiş yaraları ilə müşayiət olunan dərəcələrinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 07 yanvar 2024-cü il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, zərərçəkmiş şəxsə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli, hətta onun hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilsə belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun davam etməkdə olan hərəkətinə qarşı olan cavab hərəkətləri kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Hazırki cinayət hadisəsinin xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən “Bavaria” kafesində olmasına baxmayaraq, hadisə zamanı həmin kafedə heç kimin olmaması iş üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə təsdiq edilmiş, ibtidai istintaq orqanı tərəfindən hadisə yerində kənar şəxslərin olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, şəxsi münasibətər zəminində başlamış mübahisə və ya dava-dalaş gedişində sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsi bıçaqla vurmaqla ictimai qaydanı pozması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi qeyd olunduğu halda, şahid qismində dindirilmiş şəxslər həm ibtidai istintaq zamanı həm məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində hadisənin şahidi olmadıqlarını bildirmişlər. Yəni toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə CM-nin 221.3-cü maddəsi ilə ittiham elan etmək üçün əsaslı deyildir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni zamanda yuxarıda adı çəkilən qərardadda göstərilir ki, təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq motivinin olması, yəni onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olması toplanmış sübutlarla təsdiq edilmir. Təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını(CM- 59.1.4), zərərçəkmiş şəxslə barışmasını(CM-59.1.12) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona əsas cəza kimi təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 10 yanvar 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 26(iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Maddi sübut-Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş bir ədəd qırılmış bıçaq təsərüffat təyinatını itirdiyindən məhv edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09(doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 26(iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 03(üç) ay 22(iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 09(doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 05(beş) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut- Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş bir ədəd qırılmış bıçaq məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-403/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-403/2024
07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver