Məhkəmə qərarları › İş №1(008)-404/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-404/2023

14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-404/2023 14.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağamalıoğlu küçəsi ev 47-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M. Hüseynzadə küçəsi ev 24-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 11 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 4,914 qram, 4,590 qram, 5,300 qram, 4,880 qram, 5,400 qram, 6,00 qram, 4,112 qram, 6,800 qram,6,120 qram,7,430 qram və 7,740 qram olmaqla ümumi çəkisi 63,286 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 24 noyabr 2022-ci il tarixdə saat 17:45-də Azərbaycan Respublikası DİN-nin BNMİ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Sabunçu rayonu Xanlar küçəsində yerləşən «Malikhanə» restoranının yaxınlığında saxlanılaraq 14-cü PB-nin inzibati binasına gətirilmiş və şöbənin inzibati binasındakı xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 11 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 4,914 qram, 4,590 qram, 5,300 qram, 4,880 qram, 5,400 qram, 6,00 qram, 4,112 qram, 6,800 qram,6,120 qram,7,430 qram və 7,740 qram olmaqla ümumi çəkisi 63,286 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilrək götürülmüşdür. Məhkəmə iclasında dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu müəyyən edildiyindən ona CM-in həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş (055) ***-**-** saylı və (077) ***-**-** saylı mobil nömrələrə 10 may 2022-ci il tarixdən 28 avqust 2022-ci il tarixədək ötürülmüş sms mətnləri müvafiq mobil operatorlardan əldə edilərək iş materiallarına əlavə olunmuş, lakin sms-lərin məzmunu təhlil edilməmiş, bununla bağlı müstəntiq tərəfindən təqsirləndirilən şəxs, eləcə də əlaqəli şəxslər istintaqa çağırılaraq dindirilməmiş, müstəntiq ittiham aktında isə sms-lərin məzmununa baxış keçirilməsinə baxmayaraq, iş üçün əhəmiyyətli hal müəyyən edilmədiyini göstərməklə kifayətlənmişdir. İbtidai istintaq zamanı "xxxx" MMC-dən götürülmüş və Təqsirləndirilən şəxs məxsus nömrəyə daxil olmuş sms-lərin məzmunu aşağıdakı kimi olmuşdur: -“Eyyub, alınar ata, mən şəhər tərəfə gedirəm”, “ona görə deyirdim, yox əgər alınmırsa, mən başqa yerə əl atım”, “Eyyub, evə ailəsi gələcək, o tərəfə vacib pul atmalıyam, mənə kömək etmiş olardın, gör, mənə cavab deyərdin”, “yardım əlini bu qıza toxundursan, yanında xəcalətli qalmaz”, “cürət edib yazıram, deyirdim, patı da var, koku da var”.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində (055) ***-**-** saylı və (077) ***-**-** saylı mobil nömrələrin olduğunu bildirmiş, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi, ittihamın qanuni həlli, ədalətli məhkəmə araşdırmasının təmin edilməsi, xüsusilə də təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması xüsusatının yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı və (077) ***-**-** saylı mobil nömrələrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan sms mətnlərinin Bakcell MMC və Azerfon MMC-dən götürülməsinə dair qərar qəbul edilməsi üçün məhkəməyə tərəfimdən vəsatət verilmiş və vəsatət təmin edilərək mobil operatorlara müvafiq sorğular göndərmişdir.“Bakcell MMC”-dən məhkəməyə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrəyə daxil olmuş sms-lərin məzmunu aşağıdakı kimi olmuşdur: - “qardaşım telefonum yerə düşdü, səs yeri xarab oldu, mənim işim sabaha qaldı, bir dənə qalıq pomidorum var, onu bu gün qurtarım, səni yığacam”, Eyyub, evə gəldin, mənlə vacib əlaqə saxla”, “üç dənəni gözləyirlər, tez olsa”. Təqsirləndirilən şəxsin istifadəsində olmuş (077) ***-**-** saylı mobil nömrəyə daxil olan sms-lərin məzmunu aşağıdakı kimi olmuşdur: - “bəs mən sənə arxayın oldum, Eyyub, adam kişi olar”, “qapınıza gelim, yığıram səni”, “mənim telefonum işləmir, aça bilmirəm, mən sənlə on beşi görüşəcəm, maaşımı götürə bilmədim, bayramdan sonra verəcəklər, pulu” “telefonum işləmir, yoxdur pulum, on beşi verəcəm demişəm sənə, neyniyim, öldürəcəksən məni pula görə”, “xala oğlu səbrli ol, dobla dayanıb dalanın ağzında, getsin, çıxıram”, “səbrli ol qaqaş, yüklüyəm, çıxıram”. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 11 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 4,914 qram, 4,590 qram, 5,300 qram, 4,880 qram, 5,400 qram, 6,00 qram, 4,112 qram, 6,800 qram, 6,120 qram, 7,430 qram və 7,740 qram olmaqla ümumi çəkisi 63,286 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması ilə bağlı etibarlı mənbədən daxil olmuş məlumat əsasında saxlanılmış və polis bölməsində üzərində şəxs axtarış zamanı 11 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin, iş materiallarına əlavə edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7845 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmamış, narkmaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin bükümlərinin sayı, onun istifadəsində olmuş mobil nömrələrə daxil olan sms-lərin məzmunu, şahid ifadələri (əməliyyat məlumatının məzmununun narkotik vasitələrin satışı ilə məşğul olması barədə), onda narkomaniya xəstəliyinin aşkar olunmaması, narkomaniya xəstəliyindən əzab çəkməməsi və məcburi müalicəyə ehtiyacının olmaması və digər hallar təsdiq edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsinin deyil, CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri vardır. Məhkəmə, dövlət ittihamçısının vəsatətində göstərdiyi halları cinayət işinin materialları və məhkəmədə araşdırılmış sübutlarla müqayisəli şəkildə təhlil edərək, iş üzrə məhkəməyə təqdim edilmiş sübutlar, işin faktiki halları və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham arasında uyğunsuzluq olmasını müşahidə olunduğunu nəzərə alır və bu səbəbdən də dövlət ittihamçısının vəsatətinin Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinin tələbələrinə uyğun olduğu qənaətinə gəlib vəsatətin təmin edilməsini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin müddəalarına görə dövlət ittihamçısının vəsatəti əsasında təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu əsası ilə cinayət işinə baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarılması imperativ xarakter daşıyır. Azərbaycan Respublikası CPM-nin 318.3-cü maddəsində həmçinin göstərilir ki, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X1 barəsində xüsusi qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2 və 318.2-1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin, onun hərəkətlərində ona qarşı irəli sürülmüş ittihamdan daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olub-olmaması məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərarın surəti cinayət prosesinin tərəflərinə göndərilsin. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar