Məhkəmə qərarları › İş №1(008)-405/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-405/2023

15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-405/2023 15.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1972-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhəri, Ə.Hüseynov küçəsi, ev 4 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Digah qəsəbəsi, Əliçıraq yaşayış massivi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində mülkiyyətində olan “Mercedes Benz C220 CDİ” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektindən Balaxanı yolu ilə Digah qəsəbəsinə doğru mərkəzi yolla hərəkətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən «AzVirt Beton Zavodun»un qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin yerdəyişmə və ötmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçılarına maneə yaratmamalıdır kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib həmin qaydaları pozmaqla ötmə əməliyyatı yerinə yetirərkən qarşı hərəkət zolağına çıxmış yolun hərəkət istiqamətinin sol hissəsindən sağ hissəsinə keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə vurması nəticəsində sağ baldır sümüklərinin qapalı yerdəyişən sınıqları və sol sarğı nahiyəsinin qançırı kimi ehtiyatsızlıqdan sağlamlığın üzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, İsmayıllı şəhəri, Ə.Hüseynov küçəsi, ev 4 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Digah qəsəbəsi, Əliçıraq yaşayış massivi, nömrəsiz evdə yaşayır. “Mercedes Benz C220 CDİ” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Qeyd olunan avtomobili AE 961606 nömrəli sürücülük vəsiqəsi əsasında idarə edir. 14 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində idarə etdiyi «Mercedes Benz C-220 CDİ» markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektindən Sabunçu rayonu, Balaxanı yolu ilə üzü Digah qəsəbəsi istiqamətində hərəkətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən «AzVirt” beton zavoduna az qalmış qarşıda gedən avtomobili ötmək məqsədi ilə idarə etdiyi avtomonbili sola çəkmiş, bu zaman qarşıdan, yəni, əks istiqamətdən avtomobil gəldiyini görərək avtomobilinin sürətini artırmış, avtomobilin sürəti 40 km/ saat həddinə çatmışdır. Həmin vaxt, təxminən 7-8 metr məsafədən yolu soldan sağa doğru keçmək istəyən piyadanı görərək, piyadanı vurmamaq üçün avtomobili sola çəkmiş, lakin, hadisənin qarşısını ala bilməmiş, yolda olan piyadanı avtomobilin sağ qanadı ilə vurmuşdur. O, idarə etdiyi avtomobili saxlayaraq piyadaya yaxınlaşmış, sonradan adını bildiyi Zərərçəkmiş şəxs avtomobilinə qoyaraq vəziyyətini soruşmuş, piyada ona ayağının ağradığını bildirərək onu xəstəxanaya aparmasını xahiş etmişdir. O, evi hadisə yerinin yaxınlığında yerləşdiyi üçün evə gedərək pul götürmüş, həyat yoldaşı ilə xəsarət almış piyadanı X5 aparmışdır. O, qəbul şöbəsinə yaxınlaşaraq piyada Zərərçəkmiş şəxs təqdim etmiş, həmin şəxsin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını bildirmişdir. Zərərçəkmiş şəxs tibbi yardım göstərildikdən sonra ona bildirilmişdir ki, baş vermiş hadisə nəticəsində Zərərçəkmiş şəxs mil sümüyü və bazu sümüyü sağ ayaq nahiyyəsindən sınmışdır. O, daha sonra evə getmiş, növbəti gün xəstəxanaya gələrək Zərərçəkmiş şəxs səhhəti ilə maraqlanmış, orada özünü Zərərçəkmiş şəxs bacısı kimi təqdim edən şəxs Zərərçəkmiş şəxs əməliyyatı üçün 2500 manat lazım olduğunu bildirmiş, o, İsmayıllı rayonuna gedərək qohumlarından pul toplamışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona qarşı şikayət və tələb yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsi birlikdən yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən «Azvirt beton zavod»da növbə ilə fəhlə işləyir. 14 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində işdən çıxaraq evə getmək istəmiş, lakin, Mehdiabad qəsəbəsinə getməli olduğu yadına düşdüyü üçün yolu soldan sağa doğru keçmək məqsədi ilə adi addımlarla əsas yola daxil olmuş, bu zaman sağ tərəfindən markasını xatırlamadığı sedan tipli avtomobil gəlmiş, avtomobil ona çatmağa az qalmış, həmin avtomobilin arxası ilə gələn «Mercedes Benz C-220 CDİ» minik markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşıdan gələn nəqliyyat vasitəsinin yolunda həmin yola 2,5 metr daxil olmasına baxmayaraq onu qabaq sağ tərəfi ilə vurmuş, nəticədə, sağ ayağı sınmış və yerə yıxılmışdır. Daha sonra sürücü Təqsirləndirilən şəxs onu avtomobilinə mindirərək səhhətini soruşmuş, o, həmin şəxsə ayağının ağradığını bildirmişdir. Təqsirləndirilən şəxs yaxınlıqda yerləşən evinə gedərək pul götürmüş, daha sonra onu tibbi yardım göstərilməsi üçün X5 aparmış, həkimlər tərəfindən ondan tibbi yardım göstərilmişdir. Baş vermiş yol-nəqliyyat hadisə nəticəsində ona ümumilikdə 2000 manat ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Digah qəsəbəsi, Əliçıraq yaşayış massivi, nömrəsiz evdə yaşayır. Təqsirləndirilən şəxs onun əridir. 14 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində evdə olan zaman Rəfail içəri daxil olmuş, evə gələn zaman yolu piyada keçən piyadanı vurduğunu, nəticədə piyadanın ayağının əzildiyini ona bildirmişdir. O, əri Rəfail ilə birlikdə xəsarət almış piyadanı X5 aparmış, həkimlər tərəfindən həmin şəxsə tibbi yardım göstərilmişdir. Cinayət işinin 18-19-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X2” X6 Sabunçu Rayon Şöbəsinin 2927 nömrəli, 26 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onda sağ baldır sümüklərinin qapalı yerdəyişən sınıqları və sol sağrı nahiyəsinin qançırı kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənmişdir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin 40-cı vərəqəsində olan DİN-nin Bakı şəhəri Baş Dövlət Yol Polis 16 yanvar 2023-cüil tarixli, 3-13-1612-5098/2023 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs AE961606 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququndan məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 44-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 45-46-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə X4 Ekspertizasının 8/129 saylı, 13 fevral 2023-cü il tarixli rəyindən görünür ki, « istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, «Mersedes Benz C-220 CDİ» minik markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 83-84-cü vərəqəsində olan 18 fevral 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 41-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 yanvar 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş 27 aprel 2023-cü il tarixli barışıq sazişindən görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən ona qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar