Məhkəmə qərarları › İş №1(008)-405/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-405/2024

29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-405/2024 29.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, xx xxxxxx 1989-cu ildə Rusiya Federasiyası Sverdlovsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu götürülməmiş və ödənilməmiş, hazırda Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, xx xxx 1970-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi 8 saylı inzibati binada qeydiyyatda olmaqla, Sabunçu rayonu E.Mehdiyev küçəsi fərdi yaşayış evində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olub, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib, saxlamış, daşımışdır. Belə ki, o, tamah məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əldə olunmuş birgə razılığa əsasən bir qrup şəxs halında 27 yanvar 2024-cü il tarixdə saat 04- 05 radələrində ünvan 3 ünvanın həyətində inşa edilmiş, qapısı küçə istiqamətində olan Zərərçəkmiş şəxs məxsus avtomobil qarajının qapısına güc tətbiq etməklə içəridən bağlanmış cəftəsinin açılmasına nail olub, başqa saxlanc yeri olan avtomobil qarajına qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus 02 ədəd hər birinin ayrı-ayrılıqda dəyəri 30 manat olan, cəmi 60 manat dyərində «Marguis» markalı su mühərrikini, 01 ədəd 20 manat dəyərində «Povertec» markalı dreli, 01 ədəd 15 manat dəyərində «Almaz» markalı dreli, 01 ədəd 30 manat dəyərində «Viktor» markalı laqonda aparatını, 01 ədəd 25 manat dəyərində «Craft» markalı lobzik aparatını və 01 ədəd 70 manat dəyərində «Termo» markalı, 20 L həcmli su qızdırıcısını (pyatiminutka) gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 220 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,482 qram xeyli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 29 yanvar 2024-cü il tarixdə saat 13:00-da Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Əsildar Məmmədəliyev küçəsində nömrəsiz fərdi yaşayış evin yaxınlığında özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb 12- ci PŞ-yə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,482 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bır qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olub, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib, saxlamış, daşımışdır. Belə ki, o, tamah məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əldə olunmuş birgə razılığa əsasən bir qrup şəxs halında 27 yanvar 2024-cü il tarixdə saat 04- 05 radələrində ünvan 3 ünvanının həyətində inşa edilmiş, qapısı küçə istiqamətində olan Zərərçəkmiş şəxs məxsus avtomobil qarajının qapısına güc tətbiq etməklə içəridən bağlanmış cəftəsinin açılmasına nail olub, başqa saxlanc yeri olan avtomobil qarajına qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus 02 ədəd hər birinin ayrı-ayrılıqda dəyəri 30 manat olan, cəmi 60 manat dyərində «Marguis» markalı su mühərrikini, 01 ədəd 20 manat dəyərində «Povertec» markalı dreli, 01 ədəd 15 manat dəyərində «Almaz» markalı dreli, 01 ədəd 30 manat dəyərində «Viktor» markalı laqonda aparatını, 01 ədəd 25 manat dəyərində «Craft» markalı lobzik aparatını və 01 ədəd 70 manat dəyərində «Termo» markalı, 20 L həcmli su qızdırıcısını (pyatiminutka) gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 220 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,490 qram xeyli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 29 yanvar 2024-cü il tarixdə saat 13:00-da Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Əsildar Məmmədəliyev küçəsində nömrəsiz fərdi yaşayış evinin yaxınlığında özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 12-ci PŞnin əməkdaşları tərəfindən saxlanılıb 12-ci PŞ-nə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,490 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, oğurluq eləmişdir, lakin narkotik vasitə ona məxsus deyil. Oğurluğu Bakı şəhəri Xəzər rayonu Qala kəndində etmişdir və oradan Sabunçu qəsəbəsinə gəlmiş, Sabunçu qəsəbəsində köşkün qabağından keçərkən Səbuhinin orada dayandığını görmüşdür. Hara getdiyini soruşduqda eve getdiyini bildirmişdir. O, taksi maşınında olduğundan, Səbuhiyə bir əşyanı bir yerə verib oradan evə gedəcəyini, onuda məhəlləyə düşürə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 onun qonşusudur. Səbuhini götürüb həmin oğuladığı əşyaları metalqəbul məntəqəsinə aparmışdır. Həmin yerdə metal qəbul edən şəxs polislərə xəbər verdiyindən əməliyyatçı həmin yerə gəlmiş və onları oradan götürmüşdür. Oradan onları götürüb bölməyə gətirmişlər. Onlara bölmədə zor tətbiq etmişlər və Səbuhinin oğurluqda onunla əlbir olduğunu məcburi şəkildə yazdırmışlar. Narkotik vasitə ona məxsus olmayıb, məcburi şəkildə üzərinə qoyub yazdırıblar. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, özünü yalnız oğurluq əməlində təqsirli bilir. Oğurluqda Təqsirləndirilən şəxs1 onunla iştirak etməyib. İstintaq zamanı verdiyi ifadəni məcburi olaraq vermişdir. Saxlanılan zaman üzərində mobil telefon olmuşdur. Oğurluğu qapısı küçə istiqamətində olan avtomobil qarajından etmişdir. Metal qəbul məntəqəsinə gəlməyi təxmini gecə 3-4 arası olardı. Metal qəbul yerində işləyən Tofiq adlı şəxsə gecə 2 dəfə zəng etmişdir. Birinci əşyaları gətirdiyini ona bildirmişdir. Sonradan polislər gəldikdə oradan qaçmışdır və daha sonra Tofiqə zəng vurmuşdurki, soruşsun polislər gediblər yoxsa yox. Tofiq polislərin getdiyini bildirdikdə o oraya yenidən qayıtmışdır. Amma polislər orada olduğundan onu tutmuşlar. 2 zəngin arası təxminən yarım saat olmuşdur. Polislər tərəfindən təziqə məruz qaldığı üçün narkotik vasitəni qəbul etmişdir. Səbuhi həmin vaxtı köşkdə olmuşdur, maşınla olduğu üçün Səbuhini evə düşürəcəkdi. Səbuhi həmin vaxtı işdən çıxırdı, Sabunçu bazarında gecə işləyir. O, oradan təsadüfən keçmiş və Səbuhinin orada dayandığını təsadüfən görmüşdür. Səbuhi saat 5-6 radələrində işdən çıxmışdı. Sabunçu bazarının yanında köşkün yanında dayanmışdı Səbuhi, yanında tanımadığı başqa şəxslər var idi. Metal qəbulu üçün Tofiqin nömrəsini küçədən plakatdan götürüb zəng vurmuş, o da qapını açmışdır. Onları 4-5 gün polis bölməsində saxlamışlar. Onun istifadəsində 077 *** ** ** nömrəli mobil telefon olmuşdur. Sonradan isə onun üzərində olan nömrənin 077 yox 070 *** ** ** olduğunu bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, Şəki rayon məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29.177.2.1, 29.177.2.2, 29.177.2.3, 177.2.1, 177.2.2,177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 30 avqust 2023-cü ildə Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə 05 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuşdur. ünvan 4 ünvanında inzibati binada qeydiyyatdadır, ünvan 5 ünvanında anası Südabə, arvadı X2 və üç azyaşlı qız övladı ilə birlikdə yaşamışdır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil, ruhi-əsəb xəstəliklərindən əziyyət çəkmir. 27 yanvar 2024-cü il tarixdə saat 03-04 radələrində tanışı Təqsirləndirilən şəxs1la birlikdə olmuşdur. Hər ikisi narkotik vasitə istifadə etdiyi üçün və heç bir yerdə işləmədiklərindən pula ehtiyacları olmuşdur. Qərara gəlmişdirlər ki, oğurluq edib cinayət yolu ilə ələ keçirdikləri əşyaları ucuz qiymətə satıb pul əldə etsinlər. Beləliklə 27 yanvar 2024-cü il tarixdə saat 04-05 radələrində ünvan 3 ünvanın qarşısından keçərkən qapısı küçə istiqamətində quraşdırılmış avtomobil qarajın olduğunu görmüşdürlər. Səbuhi ilə həmin qarajdan oğurluq etmək qərarına gəlmişdirlər. Bu fikir hər ikisinin olmuşdur. Qarajın qapısı taxta materialdan idi. Gecə saatları olduğu üçün ətrafda kənar şəxsin olmadığına əmin olduqdan sonra qarajın qapısını bir neçə dəfə möhkəm silkələməklə qapının içəridən bağlanmış cəftəsinin açılmasına nail olmuşdurlar. Daha sonra o, Səbuhi ilə qaraja daxil olub, oradan 02 ədəd «Marguis» markalı su mühərriklərini, 01 ədəd «Povertec» markalı dreli, 01 ədəd «Almaz» markalı dreli, 01 ədəd «Viktor» markalı laqonda aparatını, 01 ədəd «Craft» markalı lobzik aparatını, 01 ədəd «Termo» su qızdırıcısını (pyatiminutka) götürüb oradan çıxmışdırlar. Çıxarkən qarajın qapısını örtmüşdürlər. Oradan bir qədər piyada uzaqlaşıb və dəqiq ünvanı bilmədiyi yerdə yoldan keçən dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı taksi avtomobil ilə həmin əşyaları Sabunçu qəsəbəsində yerləşən Sabunçu bazarına aparmışdırlar. Orada metal qəbulu məntəqəsində işləyən Tofiq adlı şəxsə oğurladıqları əşyaları 30 manata satmışdırlar. Tofiqə isə bildirmişdirlər ki, həmin əşyalar özlərinə məxsusdur və pula ehtiyacları olduğundan satırlar. Tofiqə oğurluq yolu ilə həmin əşyaları əldə etdiklərini deməmişdirlər. 30 manatın 10 manatını taksi sürücüsünə gediş haqqı kimi ödəmişdirlər, 10 manatını özü, 10 manatını isə Səbuhi götürmüşdür. İlkin ifadəsində səhvən həmin əşyaları 20 manata satdığını və qeyd olunan hadisənin saxlanılmamışdan təxminən iki həftə əvvəl törətdiklərini bildirmişdir. Oğurladıqları əşyaların ümumi dəyəri 100 manatdan artıq olmazdı. Oğurluq etdikləri ünvan 3 ünvanda yerləşən qarajın sahibini tanımamış, onunla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamış və yoxdur. Qeyd olunan oğurluq hadisəsindən başqa tək, Təqsirləndirilən şəxs1 və ya digər hər hansı bir şəxslə birlikdə oğurluq cinayət hadisəsi törətməmişdir. Bundan başqa 28 yanvar 2024-cü il tarixdə axşam saatlarında narkotik vasitə əldə etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə getmiş, orada adını və anket məlumatlarını bilmədiyi şəxsdən 15 manata öz istifadəsi üçün narkotik vasitə heroin alıb üzərində saxlayıb daşımışdır. 29 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evlərinin qarşısında küçədə piyada hərəkət edən zaman iki nəfər şəxs ona yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim edib, xidməti vəsiqələrini göstərdikdən sonra ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini tələb etmişdirlər. Üzərində narkotik vasitə olduğundan və şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmadığı üçün həyəcanlanmış və tez bir zamanda polis əməkdaşlarından uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları onun bu kimi hərəkətlərindən şübhələnib birlikdə Sabunçu RPİ-nin 12-ci PŞyə getməyi təklif etmişdirlər. Artıq qaça bilməyəcəyini anlayıb, etiraz etməyib onlarla birlikdə 12-ci PŞ-yə getmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən xidməti otaqların birində polis şöbəsinə gətirilməsinin səbəbi, hüquq və vəzifələri izah edilərək, hüquqlarını müdafiə etməkdən ötrü dövlət hesabına təyinat üzrə vəkil dəvət olunacağı bildirilib, vəkillərin siyahısı ona təqdim edilmişdir. Siyahını nəzərdən keçirib Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini deyib bu barədə ərizə yazmışdır. Dəvət olunmuş vəkil ona təqdim olunmuş, onun yanında bir daha hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Gələcəkdə hüquqlarını müdafiə edəcək vəkilin yanında üzərində olmuş heroini çıxarıb təqdim etməkdən utanıb, yəni onun etibar və inamını itirməməkdən ötrü vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş edib ərizə yazmışdır. Vəkil çıxdıqdan sonra təhqiqatçı ondan üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya alətin olub olmadığını soruşmuş, müsbət təqdirdə təqdim etməyi təklif etmişdir. O, da əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə heroini çıxarıb təqdim etmiş və bildirmişdir ki, sellofan bükümdə olan maddə narkotik vasitə heroindir. Həmin narkotik vasitəni 28 yanvar 2024-cü il tarixdə Sabunçu rayonu Balaxanı qəsəbəsində anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 15 manata almışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüş, bununla bağlı müvafiq protokol tərtib edilmiş, doğruluğu onun və axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamışdır. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, ilkin ifadəsində oğurluq etdiyi tarixi unudub səhvən saxlanılmamışdan iki həftə əvvəl törətdiyini qeyd etmişdir. Həqiqətən isə oğurluğu 27 yanvar 2024-cü il tarixdə törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Sabunçu bazarında işləyir. Gecə saat 4-5 olardı o bazardan çıxmış və evə gedəcəkdi. Səhər 7-də gəlib yenidən işləyir. Dayanacaqda dayanan zaman Təqsirləndirilən şəxs2 gəlmiş və evə gedəcəyini, yolüstü metal qəbul məntəqəsinə metal verəcəyini bildirmişdir. Elxan taksi ilə getmişdir. Elxan metal qəbul məntəqəsində olarkən o, maşında oturub gözləmişdir. Elxan tez gələcəyini demişdir. Sonra Elxanın əməliyyatçı Bəxtiyar ilə gəldiyini görmüşdür. Polis onuda tutub aparmışdır ki, Səbuhi ilə birlikdə o da oğurluq edib. O, oğurluq etməmişdir, sadəcə Səbuhini gözləmişdir. Onun üzərində narkotik vasitə olmayıb. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaq zamanı ifadə verməmiş və imza etməmişdir. Təcidxanaya aparılan zaman xəsarətləri olub, Polis Şöbəsində ona fiziki zor tətbiq edilib. O, saat 5-6 radələrində işdən çıxmışdır, Elxan onu yoldan keçərkən görmüş və evə gedəcəyi üçün onunla getmişdir. O, maşında oturmuşdur, Səbuhi bir kisə malı metal qəbul məntəqəsinə verib gələcəyini demişdir. Birdə əməliyyatçı Bəxtiyarın Elxanı tutub gətirdiyini və onunda Elxanla bir yerdə olduğunu demişdir. O, biraz gözlədikdən sonra Elxanın gəlmədiyini görüb, həmin yerə yaxınlaşmış ki, Elxanın nə vaxt gələcəyini soruşsun. 15 dəqiqə olardı gözləyirdi, Elxan gəlmirdi. O, yenidən işə qayıdacaqdı. Elxan taksi ilə gedirdi. Sabunçu rus bazarı gecə səhərə qədər işləyir deyə o, orada işdə olmuşdur. Onları şahid qismində dindirilmiş polis əməkdaşları saxlamayıb, Bəxtiyar adlı əməliyyatçı və başqa bir əməliyyatçı saxlayıb. O telefon işlətməmiş, üzərində mobil telefon olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2001-ci ildən ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Evinin həyəti mişar daşı ilə hasara alınmışdır. Həyətdə avtomobil üçün mişar daşından qaraj inşa etdirmişdir, qarajın qapısı taxta materildan olmaqla küçə istiqamətində açılır. Qarajın qapısı içəridən dəmir cəftə ilə bağlanır. Həmin qarajda o, az istifadə etdiyi özünə məxsus əşyalar da yığır. 26 yanvar 2024-cü il tarixdə saat 06-07 radələrində qaraja daxil olduqda görmüşdür ki, əşyaları orada yoxdur. Başa düşmüşdür ki, naməlum şəxs qaraja daxil olub həmin əşyaları oğurlayıb. Aradan 2-3 gün keçdikdən sonra polislər çağırmışdır. Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs1 adlı şəxsləri tanımır, onların heç biri ilə münasibəti olmayıb. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, yararsız vəziyyətdə olan əşyaları geri qaytarılıb. Təqsirlənidirlən şəxslərin heç birindən şikayətçi deyildir. Hadisə 2024-cü ilin yanvar ayının 25-inə keçən gecə baş verib. 25 yanvar onun ad günü idi, qonaqları olmuşdur, səhər yoldaşı qaraja girəndə gəlib baxmışdır ki, əşyalar dağılıb. 26 yanvar səhər əşyaların olmadığını görmüşdür. O, polisə müraciət etməmişdir, polislər özləri təqsirləndirilən şəxsi tutduqdan sonra hadisə yerinə gəlib baxmışlar. Hadisədən neçə gün sonra polislərin gəldiyini xatırlamır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsində inzibati ərazidə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra ondan vəsiqəsini təqdim etməyini istəmişlər. Həmin şəxsin şəxsiyyət vəsiqəsi üzərində olmamışdır. Onu şübhəli şəxs qismində 12-ci PŞ-nə aparmışlar. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğunu müəyyən etmişlər. Üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürüldükdən sonra bununla bağlı protokol tərtib olunmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi saxlamışdır. Yanvar ayının axırları idi, təxminən yanvarın 28-i Sabunçu qəsəbəsi ərazisində saxlamışlar. Təqsirləndirilən şəxs1 saxladıqları zaman o tək olmuşdur.O, Şahid3 və Şahid4 ilə birlikdə xidmətdə olmuşdur. Üzərindən səhv eləmirsə heroin aşkar olunmuşdur. O, Təqsirləndirilən şəxs1 Polis Şöbəsinin yaxınlığında saxlamışdır. Yanvar ayında günorta radələrində saxlamışlar. Özünü şübhəli apardığı üçün və şübhəli göründüyü üçün ona yaxınlaşıb özlərini təqdim etmişlər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə 29 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsində inzibati ərazidə xidmət apararkən bir nəfər əvvəllər tanımadığı, heç bir münasibəti və ədavət düşmənçiliyi olmadığı, polis şöbəsində aparılıb şəxsiyyətini müəyyənləşdirdikləri Təqsirləndirilən şəxs2 onları gördükdə həyəcanlandığını görüb, ona yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişdirlər. Təqsirləndirilən şəxs2 üzərində heç bir sənədi olmadığını deyib, suallara qeyri adekvat cavab verməklə tez bir zamanda onlardan yayınmağa çalışdığını hiss edib, onun hərəkətləri şübhə yaratdığından təklif etmişdirlər ki, birlikdə 12-ci PŞ-yə getsin. Təqsirləndirilən şəxs2 artıq yayına bilməyəcəyini başa düşüb birlikdə polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs2 polis şöbəsinə aparılıb təhvil verilməsi ilə bağlı tərəflərindən 12-ci PŞ-nin rəhbərliyinə raportla məruzə olunmuş, barəsində toplanmış material üzrə araşdırmanın aparılması təhqiqatçı Elşən Abbasova həvalə edilmişdir. Polis Şöbəsində hüquqlarını müdafiə etməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan dövlət hesabına vəkil dəvət olunaraq, vəkil Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, onun razılığı əsasında vəkilinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirildikdən sonra, maddənin tərkibi və haradan əldə etməsi barədə verilmiş suala Təqsirləndirilən şəxs2 bükümün içərisində olan maddə narkotik vasitə heroin olduğunu, özü istifadə etmək üçün 15 manata Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisindən adını və anket məlumatlarını bilmədiyi şəxsdən alıb üzərində saxlayıb daşıdığını, təxminən 2 il olar ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, təqdim etdiyi əşyadan başqa qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Polis şöbəsinə gətirilərkən və şöbədə olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalıb-qalmaması ilə bağlı təhqiqatçı tərəfindən verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs2 hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən təqdim olunmuş 01 ədəd sellofan bükümdə olan maddə təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürüldükdən sonra bununla bağlı protokol tərtib olunmuş, protokolun doğruluğu Təqsirləndirilən şəxs2 və onlar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 tərəflərindən saxlanılarkən və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 29 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsində inzibati ərazidə Şahid4 ilə xidmət apararkən bir nəfər əvvəllər tanımadığı, heç bir münasibəti və ədavət düşmənçiliyi olmadığı, polis şöbəsində aparılıb şəxsiyyətini müəyyənləşdirdiyi Təqsirləndirilən şəxs1 onları gördükdə həyəcanlandığını görüb, ona yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmiş. Təqsirləndirilən şəxs1 üzərində heç bir sənədi olmadığını deyib, suallara qeyri adekvat cavab verməklə, tez bir zamanda onlardan yayınmağa çalışdığını hiss edib, onun hərəkətləri şübhə yaratdığından təklif etmişdir ki, birlikdə 12-ci PŞ-yə getsin. Təqsirləndirilən şəxs1 artıq yayına bilməyəcəyini başa düşüb onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs1 polis şöbəsinə aparılıb təhvil verilməsi ilə bağlı tərəflərindən 12-ci PŞ-nin rəhbərliyinə raportla məruzə olunmuşdur. Barəsində toplanmış material üzrə araşdırmanın aparılması təhqiqatçı Ayxan Səfərova həvalə edilmişdir. Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılarkən və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 tanıyır, onu saxlamışlar. Təqsirləndirilən şəxs1 saxlanılan zaman tək idi. Dəqiq olaraq 29-u yanvar günorta radələrində saxlamışlar.Özünü şübhəli apardığı üçün onu saxlamışlar. O, Təqsirləndirilən şəxs2 xatırlamır. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 29 yanvar 2024-cü ıl tarixdə saat 13 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsində inzibati ərazidə xidmət apararkən bir nəfər əvvəllər tanımadığı, heç bir münasibəti və ədavət düşmənçiliyi olmadığı, polis şöbəsində aparılıb şəxsiyyətini müəyyənləşdirdikləri Təqsirləndirilən şəxs2 onları gördükdə həyəcanlandığını görüb, ona yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişdirlər. Təqsirləndirilən şəxs2 üzərində heç bır sənədi olmadığını deyib, suallara qeyri adekvat cavab verməklə tez bir zamanda onlardan yayınmağa çalışdığını hiss edib, onun hərəkətləri şübhə yaratdığından təklif etmişdirlər ki, birlikdə 12-ci PŞ-yə getsin. Təqsirləndirilən şəxs2 artıq yayına bilməyəcəyini başa düşüb birlikdə polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs2 polis şöbəsinə aparılıb təhvil verilməsi ilə bağlı tərəflərindən 12-ci PŞ- nin rəhbərliyinə raportla məruzə olunmuş, barəsində toplanmış material üzrə araşdırmanın aparılması təhqiqatçı Elşən Abbasova həvalə edilmişdir. Polis Şöbəsində hüquqlarını müdafiə etməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan dövlət hesabına vəkil dəvət olunaraq, vəkil Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, onun razılığı əsasında vəkilinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olubolmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirildikdən sonra, maddənin tərkibi və haradan əldə etməsi barədə verilmiş suala Təqsirləndirilən şəxs2 bükümün içərisində olan maddə narkotik vasitə heroin olduğunu, özü istifadə etmək üçün 15 manata Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisindən adını və anket məlumatlarını bilmədiyi şəxsdən alıb üzərində saxlayıb daşıdığını, təxminən 2 il olar ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, təqdim etdiyi əşyadan başqa qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Polis şöbəsinə gətirilərkən və şöbədə olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalıb-qalmaması ilə bağlı təhqiqatçı tərəfindən verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs2 hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən təqdim olunmuş 01 ədəd sellofan bükümdə olan maddə təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürüldükdən sonra bununla bağlı protokol tərtib olunmuş, protokolun doğruluğu Təqsirləndirilən şəxs2 və onlar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 tərəflərindən saxlanılarkən və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır(cild 1, i.v.50-52); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 29 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsində inzibati ərazidə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra ondan vəsiqəsini təqdim etməyini istəmişlər. Həmin şəxsin şəxsiyyət vəsiqəsi üzərində yox idi. Onu şübhəli şəxs qismində 12-ci PŞ-nə apardıq. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğunu müəyyən etmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, onun razılığı əsasında vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olmuş qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürüldükdən sonra bununla bağlı protokol tərtib olunmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 yanvar ayının 29-unda Sabunçu qəsəbəsində görmüşdür. Narkotik vasitə istidadəçisi görkəmində idi, onu gördükdə yolunu dəyişdiyi üçün özünü şübhəli aparmışdır. Ona bölməyə getməli olduğunu demişlər. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 12-ci PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid4 ilə birlikdə 29 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsində inzibati ərazidə xidmət apararkən bir nəfər əvvəllər tanımadığı, heç bir münasibəti və ədavət düşmənçiliyi olmadığı, polis şöbəsində aparılıb şəxsiyyətini müəyyənləşdirdikləri Təqsirləndirilən şəxs1 onları gördükdə həyəcanlandığını görüb, ona yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişdirlər. Təqsirləndirilən şəxs1 üzərində heç bir sənədi olmadığını deyib, suallara qeyri adekvat cavab verməklə, tez bir zamanda onlardan yayınmağa çalışdığını hiss edib, onun hərəkətləri şübhə yaratdığından təklif etmişdirlər ki, birlikdə 12ci PŞ-yə getsin. Təqsirləndirilən şəxs1 artıq yayına bilməyəcəyini başa düşüb onlarla birlikdə polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs1 polis şöbəsinə aparılıb təhvil verilməsi ilə bağlı tərəflərindən 12-ci PŞ-nin rəhbərliyinə raportla məruzə olunmuş, barəsində toplanmış material üzrə araşdırmanın aparılması təhqiqatçı Ayxan Səfərova həvalə edilmişdir. Polis Şöbəsində hüquqlarını müdafiə etməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan dövlət hesabına vəkil dəvət olunaraq, vəkil Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, onun razılığı əsasında vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olmuş qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirildikdən sonra, maddənin tərkibi və haradan əldə etməsi barədə verilmiş suala, Təqsirləndirilən şəxs1 bükümün içərisində olan maddə narkotik vasitə heroin olduğunu, özü istifadə etmək üçün 15 manata Balaxanı qəsəbəsi ərazisindən adını və anket məlumatlarını bilmədiyi şəxsdən alıb üzərində saxlayıb daşıdığını, təxminən 2 il olar ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, təqdim etdiyi əşyadan başqa qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Polis şöbəsinə gətirilərkən və şöbədə olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalıb-qalmaması ilə bağlı təhqiqatçı tərəfindən verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs1 hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən təqdim olunmuş 01 ədəd sellofan bükümdə olan maddə təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürüldükdən sonra bununla bağlı protokol tərtib olunmuş, protokolun doğruluğu Təqsirləndirilən şəxs1 və onlar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılarkən və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır.(cild 2, i.v.15-17); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu rayonu ərazisində fəaliyyət göstərən Sabunçu bazarında metal qəbulu məntəqəsində işləyir. Səbuhi və Elxan adlı şəxsləri hadisə ilə bağlı tanıyır, ona satmaq üçün metal gətirmişlər, təxminən gecə vaxtı idi. Ayın tarixi dəqiq yadında deyil. Saat dəqiq yadında deyil amma hava qaranlıq idi, ona zəng gəlmiş, onun nömrəsi plakatın üstünə yazılıb küçəyə vurulmuşdur. Elxan taksini yola salmaq üçün taksi pulu istəmişdir. Səbuhi içəri girdi, oturdu pilləkəndə, Elxanda gəlib kisənin içində olan əşyaları tökmüşdür, taksinin pulunu verdikdən sonra taksi getmişdir. Birdən qapı açılmış və polislər içəri girmişlər. Polislər həmin əşyaların şəklini çəkmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, bu şəxsləri saxlamağa 2 nəfər polis gəlmişdi, biri mülki geyimdə idi, digəri isə Bəxtiyar müəllim idi. Bəxtiyar müəllimi əvvəlcədən tanıyır, 12-ci bölmədə işləyir. Polislər gəldikdə Elxan oradan qaçdı, daha sonra Elxan zəng vuranda Bəxtiyar ona orada olmadığını deməyini tapşırdığı üçün elə demişdir. Elxanıda tutub aparmışlar. Onun istifadəsində olan mobil nömrə 055 *** ** ** olmuşdur. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 4-5 il olar ki, Bakı şəhəri Sabunçu rayonu ərazisində fəaliyyət göstərən Sabunçu bazarında metal qəbulu məntəqəsində işləyir. Metalları fərdi qaydada müxtəlif şəxslərdən ucuz qiymətə alıb, bir qədər baha qiymətə zavodlara satıb gəlir əldə edir. Metalı alarkən ona satan şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənəd tələb edir, onların kserosurətini çıxarıb özündə jurnalda qeydlər aparır. 2024-cü ilin yanvar ayının 27-də dəqiq saat yadında deyil Səbuhi və Elxan adlı şəxslər onun işlədiyi metal qəbulu məntəqəsinə gəlib bir neçə əşya olduğunu onu satmaq istədiklərini bildirmişlər. Onlara həmin əşyaları təqdim etmələrini təklif etmişdir. Bundan sonra Elxanla Səbuhi metal qəbulu məntəqəsinin qarşısında yerdə özləri ilə gətirdikləri əşyaları yığmışlar. Həmin əşyalara diqqət yetirdikdə görmüşdür ki, 02 ədəd «Marguis» markalı su mühərrikləri, 01 ədəd «Povertec» markalı dreli, 01 ədəd «Almaz» markalı dreli, 01 ədəd «Viktor» markalı laqonda aparatı, 01 ədəd «Craft» markalı lobzik aparatı, 01 ədəd «Termo» su qızdırıcısıdır (pyatiminutka). Elxan və Səbuhidən hansı qiymətə satmaq istədiklərini soruşduqda onlar hamısını 30 manata satacaqlarını bildirmişlər. Onlardan şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etmələri xahiş etmiş, lakin onlar üzərlərində şəxsiyyətlərini təsdiq edən sənəd olmadığını bildirmişlər. Elxan və Səbuhidən həmin əşyaların kimə məxsus olduğunu soruşduqda onlar bildirmişlər ki, həmin əşyalar onlara məxsusdur, pula ehtiyyacları olduğu üçün satırlar. İnanıb onlara 30 manat verib əşyaları almışdır. Həmin əşyalar bu günə qədər satılmamış, istintaqa təqdim edə bilər. Hazırda ona məlum olmuşdur ki, Elxanla Səbuhinin ona satdığı əşyalar oğurluq yolu ilə əldə olunub. Əgər bu barədə əvvəlcədən məlumat əldə etsə idi həmin əşyaları almazdı və hüquq mühafizə orqanına məlumat verərdi. Verilmiş suallara cavab olaraq Şahid5 göstərmişdir ki, məhkəmədə verdiyi məzmunda istintaqda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş müstəntiq X1 verilmiş suallara cavab olaraq göstərmişdir ki, tarixlərlə bağlı texniki səhv ola bilər. Çünki, təqsiləndirilən şəxslər də hadisənin nə vaxt baş verdiyini bilmirdilər. Həmçinin zərərçəkmiş şəxsdə hadisənin tarixi barədə dəqiq məlumat verməmişdir. Ona dəqiq tarix deyilmədiyi üçün hadisənin baş vermə tarixi səhv ola bilər. Təqsriləndirilən şəxslər 6 gündən çox polisin müvəqqəti saxlama yerində saxlanıldıqlarını ona deməmişlər. Təqsirləndirilən şəxsləri şübhəli şəxs qismində təhqiqatçı tutmuşdur. Oğurluq epizodunun tarixinin texniki səhv olaraq 27 yanvar olmasını qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 yanvar 2024-cü il tarixli raportdan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və X4 raportla müraciət edərək Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxladıqlarını bildirmişlər(cild 1, i.v.4); Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə 13:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.17); Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs2 verilmiş suallara cavab olaraq həmin maddələri narkotik vasitə “Kakos” olduğunu, Sabunçu rayonu, Balaxanı qəsəbəsi üzdən tanıdığı adını bilmədiyi şəxsdən 15 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq 2 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi (cild 1, i.v.27-28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/566 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün №159» dairəvi möhür əksi, «vət. Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş...(imza) Təqsirləndirilən şəxs2» yazısı və imzalar olan zərfdəki 1 (bır) ədəd bükümdə təmiz çəkisi 0,482 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir (cild 1, i.v.32-35); Videogörüntünün əks olunduğu diskə baxış keçirilməsi haqqında 31 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 könüllü olaraq əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini çıxararaq könüllü olaraq təqdim etdi və bildirdi ki, bükümün içərisindəki maddə heroindir, şəxsi istifadəsi üçün 28 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 sellofanın içərisində narkotik vasitə heroin olduğunu, heroini özü istifadə etməsi üçün 28 yanvar 2024-cü il tarixdə axşam saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsindən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən 15 manata əldə etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroin zərfə qoyulur, möhürlənir və imzalarla təsdiq olunur (cild 1, i.v.53); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-63/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir(cild 1, i.v.75-80); Maddi sübut kimi tanıma haqqında 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 0,482 qram narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq 0,432 qram heroin məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir (cild 1,i.v.84-85); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin 13 fevral 2024-cü il tarixli 907 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs2 opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v.92-93); İfadənin yerində yoxlanması barədə 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 vermiş olduğu ifadələrini təsdiq edib, oğurluq cinayət hadisəsini törətdiyi ünvanı, oğurladıqları əşyarı dəqiq haradan götürdüklərini əyani olaraq göstərmiş, oğurladıqları əşyaları Şahid5 satdıqlarını bildirmişdir (cild 1, i.v.98-101); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Şəki rayon məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29.177.2.1, 29.177.2.2, 29.177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 30 avqust 2023-cü ildə Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə 05 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuşdur (cild 1, i.v.102-103; 108-126); Könüllü təqdim etmə haqqında 09 mart 2024-cü il tarixli protokoldan görünür ki, Şahid5 tərəfindən istintaqa təqdim olunmuş 02 ədəd «Marguis» markalı su mühərrikləri, 01 ədəd «Povertec» markalı drel, 01 ədəd «Almaz» markalı drel, 01 ədəd «Viktor» markalı laqonda aparatı, 01 ədəd «Craft» markalı lobzik aparatı, 01 ədəd «Termo» su qızdırıcısı (pyatiminutka) iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şahid5 bildirmişdir ki, həmin əşyalar ona 27 yanvar 2024-cü il tarixdə Elxan və Səbuhi adlı şəxslər tərəfindən satılmışdır (cild 1, i.v.137-149); Əşyanın tanınmaya təqdim edilməsi haqqında 09 mart 2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Şahid5 tərəfindən təqdim olunmuş 02 ədəd «Marguis» markalı su mühərrikləri, 01 ədəd «Povertec» markalı drel, 01 ədəd «Almaz» markalı drel, 01 ədəd «Viktor» markalı laqonda aparatı, 01 ədəd «Craft» markalı lobzik aparatı, 01 ədəd «Termo» su qızdırıcısı (pyatiminutka) tanınmaq üçün Zərərçəkmiş şəxs təqdim olunmuşdur. Zərərçəkmiş şəxs alətlərin üzərində olan markalanma, yazılar və zədələrdən tanıyıb, həmin alətlərin ona məxsus olduğunu, onları yaşadığı ünvan 3 ünvanında avtomobil qarajında saxladığını, 27 yanvar 2024-cü il tarixdə saat 04-05 radələrində naməlum şəxs(lər) tərəfindən qaraja qanunsuz daxil olmaqla oradan oğurlandığını bildirmişdir (cild 1, i.v.161); 16 mart 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 ilə şahid qismində Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 vermiş olduğu ifadələrini təsdiq edib, Təqsirləndirilən şəxs1 birgə törətmiş olduqları oğurluq cinayət əməlini ifşa etmişdir (cild 1, i.v.179-180); 16 mart 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə Şahid5 ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid5 vermiş olduğu ifadəsini təsdiq edib, 02 ədəd «Marguis» markalı su mühərriklərinin, 01 ədəd «Povertec» markalı drelin, 01 ədəd «Almaz» markalı drelin, 01 ədəd «Viktor» markalı İaqonda aparatın, 01 ədəd «Craft» markalı lobzik aparatın, 01 ədəd «Termo» su qızdırıcısısının (pyatiminutka) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona satıldığını bir daha bildirib, sonuncuları cinayət əməlində ifşa etmişdir (cild 1, i.v.181- 182: 184-185); Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə 13:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.209); Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq həmin maddələri narkotik vasitə “Kakos” olduğunu, Sabunçu rayonu, Balaxanı qəsəbəsi üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 15 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq 2 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi (cild 1, i.v.220-221); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/565 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün №159» dairəvi möhür əksi, «vət. Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş...(imza) Təqsirləndirilən şəxs1”. yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,490 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir (cild 1, i.v.225-228); DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynində olmuş qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirildikdən sonra, maddənin tərkibi və haradan əldə etməsi barədə verilmiş suala Təqsirləndirilən şəxs1 bükümün içərisində olan maddə narkotik vasitə heroin olduğunu, özü istifadə etmək üçün 15 manata Balaxanı qəsəbəsi ərazisindən adını və anket məlumatlarını bilmədiyi şəxsdən alıb üzərində saxlayıb daşıdığını, təxminən 2 il olar ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, təqdim etdiyi əşyadan başqa qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Polis şöbəsinə gətirilərkən və şöbədə olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalıb-qalmaması ilə bağlı təhqiqatçı tərəfindən verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs1 hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən təqdim olunmuş 01 ədəd sellofan bükümdə olan maddə təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürüldükdən sonra bununla bağlı protokol tərtib olunmuş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir (cild 2, i.v.07-08); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-62/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir(cild 2, i.v.40-42); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 18 mart 1999-cu il tarixdə Nəsimi rayon xalq məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 28 iyul 1999cu ildə Azərbaycan Respublikası 50-ci maddəsinə əsasən vaxtından əvvəl şərti azad edilmişdir. Nəsimi rayon xalq məhkəməsinin 25 fevral 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami rayon xalq məhkəməsinin 02 yanvar 2001-ci il tarixli qərarı ilə əməli 234.1-ci maddəsinə tövsif edilərək cəzası 03 il müddətinə endirilmiş, 25 iyul 2001-ci ildə Dəvəçi rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Nizami rayon məhkəməsinin 12 dekabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 01 iyun 2009-cu ildə Abşeron rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il tarixli Amnistiya qərarın 4-cü bəndinə əsasən cəzası 06 ay müddətinə azaldılmış, 18 sentyabr 2009-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Nəsimi rayon məhkəməsinin 03 mart 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 10 aprel 2012-ci ildə Binəqədi rayon məhkəməsinin 09 aprel 2012-ci il tarixli qərarı ilə cəzasının 01 ay 17 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Nizami rayon məhkəməsinin 16 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 30 sentyabr 2013-cü ildə Bakı Apellyasiya məhkəməsinin qərarı ilə 16 iyul 2013-cü il tarixli hökmü dəyişdirilib və cəzası artırılaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 02 oktyabr 2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci ildə Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Sabunçu rayon məhkəməsinin 30 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 23 iyul 2020-ci ildə Xəzər rayon məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş 06 ay 07 gün müddəti vaxtından əvvəl şərti azad olunmuş, təyin edilmiş şərti vaxtından əvvəl azad etmə bitdiyindən şöbənin qeydiyyatından çıxarılmışdır (cild 2, i.v.52-55); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin 06 fevral 2024-cü il tarixli 770 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs1 Opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, i.v.67-68); Doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2013-cü il təvəllüdlü, xx.xx.2014-cü il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü üç övladı var (cild 2, i.v.103-105); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 aprel 2024-cü il tarixli 9/2431 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 220 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda qiyməti və adları aşağıdakı kimidir: 1.«Marguis» markalı su mühərrikin 01 ədədinin dəyəri 30, 02 ədədin dəyəri 60 manat: 2.«Povertec» markalı drelin 01 ədədin dəyəri 20 manat; 3.«Almaz» markalı drelin 01 ədədin dəyəri 15 manat; 4.«Viktor» markalı laqonda aparatın 01 ədədinin dəyəri 30 manat; 5.«Craft» markalı lobzik aparatın 01 ədədinin dəyəri 25 manat; 6.«Termo» markalı, 20 L həcmli su qızdırıcısının 01 ədədin dəyəri 70 manat təşkil edir (cild 2, i.v.112-115); Sübutların qiymətləndirilməsi haqqında 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri CM-nin 234.1-ci maddəsindən CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi - 0,490 qr narkotik vasitə heroin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq 0,440 qram heroin məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir.Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 0,482 qram narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq 0,432 qram heroin məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir.Şəxsi axtarış keçirilməsi və götürmə zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 02 ədəd DVD yaddaş daşıyıları iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur.2 ədəd «Marguis» markalı su mühərriki, 01 ədəd «Povertec» markalı drel, 01 ədəd «Almaz» markalı drel, 01 ədəd «Viktor» markalı laqonda aparatı, 01 ədəd «Craft» markalı lobzik aparatı və 01 ədəd «Termo» markalı, 20 L həcmli su qızdırıcısı (pyatiminutka) iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, qorunub saxlanılması üçün sahibinə qaytarılmışdır (cild 2, i.v.119-135); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(008)-231/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixadək uzadılmışdır (cild 2, i.v.218-223); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(008)-232/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixadək uzadılmışdır (cild 2, i.v.224-230); Bakı şəhəri Nizami rayon məhkəməsinin 1(007)-262/2024 saylı, 07 iyun 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilərək, Şəki rayon məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü üzrə çəkilməmiş 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə ona qəti olaraq 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 Nəcəfqulu oğlu xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibbi-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinədə xəsarət almadığını bildirmişdir. Bədədninə baxış keçirilən zaman burun, hər iki saidin ön səthində köhnə çapıq toxumaları, sol qasıq büküşündə postinyeksion döyənək, hər iki aşağı ətraflarda narkomaniya ilə bağlı dəri piqmentasiyası aşkar edilmişdir. Rentgen müayinədə sol V qabırğanın bitişmiş sınığından sonrakı qalıq əlamətləri izləndi. Məhkəmənin 23 oktyabr 2024-cü il tarixli qərarına əsasən 27 yanvar 2024-cü il tarixdən 30 yanvar 2024-cü il tarixədək Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin siyahısı (aparılmış giriş və çıxış danışıqları) və həmin nömrənin qeyd edilən tarixdə anten dairələri barədə məlumatlar məhkəməyə təqdim edilməsi barədə qərar qəbul edilərək icra edilməsi üçün göndərilmişdir. Azərfonn LLC-dən daxil olmuş məktubdan görünür ki, 077 *** ** ** saylı mobil nömrə sorğulanan müdətdə Azərfon şəbəkəsində istifadə edilməmişdir. Məhkəmənin 06 noyabr 2024-cü il tarixli qərarına əsasən 25 yanvar 2024-cü il tarixdən 29 yanvar 2024-cü il tarixədək Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin siyahısı (aparılmış giriş və çıxış danışıqları) və həmin nömrənin qeyd edilən tarixdə anten dairələri barədə məlumatlar məhkəməyə təqdim edilməsi qərara alınmışdır. Bakcell MMC-dən daxil olmuş müştəri zənglərinin detallaşması barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 070 *** ** ** nömrəli mobil nömrə ilə Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2024-cü il tarixdə saat 07:37-də 21 saniyə, xx.xx.2024-cü il tarixdə saat 08:05-də 19 saniyə danışıq olmuşdur. Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi 12-ci PŞ-nin 21 noyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmişlər. Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3, 234.1-ci maddələri ilə sənədləşdirilərək xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin İŞ-nə təhvil verilmişlər. Məlumat üçün bildiririk ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş əməliyyat müvəkkili Bəxtiyar Nəhmədov dövlət əhəmiyyətli tədbirdə olması ilə əlaqədar məhkəmə baxışında iştirakı mümkün deyildir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham şəxsi axtarış və götürmə aparılması haqqında protokola, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinə əsaslandığından və bu protokolun qanuniliyi mötəbər sübutlarla təkzib edildiyindən, eləcə də təqsirləndirilən şəxs və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittiham aktına əlavə edilmiş və istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin təqsirini sübut edən faktlar kimi istifadə edilmiş ibtidai istintaq dövründə verilmiş ifadələrlə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, oğurluq eləmişdir, lakin narkotik vasitə ona məxsus deyil. Oğurluğu Bakı şəhəri Xəzər rayonu Qala kəndində etmişdir və oradan Sabunçu qəsəbəsinə gəlmiş, Sabunçu qəsəbəsində köşkün qabağından keçərkən Səbuhinin orada dayandığını görmüşdür. Hara getdiyini soruşduqda eve getdiyini bildirmişdir. O, taksi maşınında olduğundan, Səbuhiyə bir əşyanı bir yerə verib oradan evə gedəcəyini, onuda məhəlləyə düşürə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 onun qonşusudur. Səbuhini götürüb həmin oğuladığı əşyaları metalqəbul məntəqəsinə aparmışdır. Həmin yerdə metal qəbul edən şəxs polislərə xəbər verdiyindən əməliyyatçı həmin yerə gəlmiş və onları oradan götürmüşdür. Oradan onları götürüb bölməyə gətirmişlər. Onlara bölmədə zor tətbiq etmişlər və Səbuhinin oğurluqda onunla əlbir olduğunu məcburi şəkildə yazdırmışlar. Narkotik vasitə ona məxsus olmayıb, məcburi şəkildə üzərinə qoyub yazdırıblar. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, özünü yalnız oğurluq əməlində təqsirli bilir. Oğurluqda Təqsirləndirilən şəxs1 onunla iştirak etməyib. İstintaq zamanı verdiyi ifadəni məcburi olaraq vermişdir. Saxlanılan zaman üzərində mobil telefon olmuşdur. Oğurluğu qapısı küçə istiqamətində olan avtomobil qarajından etmişdir. Metal qəbul məntəqəsinə gəlməyi təxmini gecə 3-4 arası olardı. Metal qəbul yerində işləyən Tofiq adlı şəxsə gecə 2 dəfə zəng etmişdir. Birinci əşyaları gətirdiyini ona bildirmişdir. Sonradan polislər gəldikdə oradan qaçmışdır və daha sonra Tofiqə zəng vurmuşdurki, soruşsun polislər gediblər yoxsa yox. Tofiq polislərin getdiyini bildirdikdə o oraya yenidən qayıtmışdır. Amma polislər orada olduğundan onu tutmuşlar. 2 zəngin arası təxminən yarım saat olmuşdur. Polislər tərəfindən təziqə məruz qaldığı üçün narkotik vasitəni qəbul etmişdir. Səbuhi həmin vaxtı köşkdə olmuşdur, maşınla olduğu üçün Səbuhini evə düşürəcəkdi. Səbuhi həmin vaxtı işdən çıxırdı, Sabunçu bazarında gecə işləyir. O, oradan təsadüfən keçmiş və Səbuhinin orada dayandığını təsadüfən görmüşdür. Səbuhi saat 5-6 radələrində işdən çıxmışdı. Sabunçu bazarının yanında köşkün yanında dayanmışdı Səbuhi, yanında tanımadığı başqa şəxslər var idi. Metal qəbulu üçün Tofiqin nömrəsini küçədən plakatdan götürüb zəng vurmuş, o da qapını açmışdır. Onları 4-5 gün polis bölməsində saxlamışlar. Onun istifadəsində 077 *** ** ** nömrəli mobil telefon olmuşdur. Sonradan isə onun üzərində olan nömrənin 077 yox 070 *** ** ** olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində göstərilən xüsusatlar şahid qismində dindirilmiş Şahid5 ifadəsi ilə üst üstə düşərək öz təsdiqini tapmışdır. Belə ki, Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu ərazisində fəaliyyət göstərən Sabunçu bazarında metal qəbulu məntəqəsində işləyir. Səbuhi və Elxan adlı şəxsləri hadisə ilə bağlı tanıyır, ona satmaq üçün metal gətirmişlər, təxminən gecə vaxtı idi. Ayın tarixi dəqiq yadında deyil. Saat dəqiq yadında deyil amma hava qaranlıq idi, ona zəng gəlmiş, onun nömrəsi plakatın üstünə yazılıb küçəyə vurulmuşdur. Elxan taksini yola salmaq üçün taksi pulu istəmişdir. Səbuhi içəri girdi, oturdu pilləkəndə, Elxanda gəlib kisənin içində olan əşyaları tökmüşdür, taksinin pulunu verdikdən sonra taksi getmişdir. Birdən qapı açılmış və polislər içəri girmişlər. Polislər həmin əşyaların şəklini çəkmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, bu şəxsləri saxlamağa 2 nəfər polis gəlmişdi, biri mülki geyimdə idi, digəri isə Bəxtiyar müəllim idi. Bəxtiyar müəllimi əvvəlcədən tanıyır, 12-ci bölmədə işləyir. Polislər gəldikdə Elxan oradan qaçdı, daha sonra Elxan zəng vuranda Bəxtiyar ona orada olmadığını deməyini tapşırdığı üçün elə demişdir. Elxanıda tutub aparmışlar. Onun istifadəsində olan mobil nömrə 055 *** ** ** olmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatlar Bakcell MMCdən daxil olmuş müştəri zənglərinin detallaşması barədə məlumatlarla da bir daha öz təsdiqini tapmışdır. Həmin məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 070 *** ** ** nömrəli mobil nömrə ilə Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2024-cü il tarixdə saat 07:37-də 21 saniyə, xx.xx.2024-cü il tarixdə saat 08:05-də 19 saniyə danışıq olmuşdur. Bundan başqa, cinayət işində olan sənədlərə əsasən 29 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılmasında iştirak etmiş Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2ı tanımadığını, onu şübhəli şəxs qismində saxlamadıqlarını təsdiq etməklə ifadəsində göstərdi ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsində inzibati ərazidə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra ondan vəsiqəsini təqdim etməyini istəmişlər. Həmin şəxsin şəxsiyyət vəsiqəsi üzərində olmamışdır. Onu şübhəli şəxs qismində 12-ci PŞ-nə aparmışlar. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğunu müəyyən etmişlər. Üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürüldükdən sonra bununla bağlı protokol tərtib olunmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi saxlamışdır. Yanvar ayının axırları idi, təxminən yanvarın 28-i Sabunçu qəsəbəsi ərazisində saxlamışlar. Təqsirləndirilən şəxs1 saxladıqları zaman o tək olmuşdur.O, Şahid3 və Şahid4 ilə birlikdə xidmətdə olmuşdur. Üzərindən səhv eləmirsə heroin aşkar olunmuşdur. O, Təqsirləndirilən şəxs1 Polis Şöbəsinin yaxınlığında saxlamışdır. Yanvar ayında günorta radələrində saxlamışlar. Özünü şübhəli apardığı üçün və şübhəli göründüyü üçün ona yaxınlaşıb özlərini təqdim etmişlər. Halbuki, ibtidai istintaq zamanı Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, 12ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə 29 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsində inzibati ərazidə xidmət apararkən bir nəfər əvvəllər tanımadığı, heç bir münasibəti və ədavət düşmənçiliyi olmadığı, polis şöbəsində aparılıb şəxsiyyətini müəyyənləşdirdikləri Təqsirləndirilən şəxs2 onları gördükdə həyəcanlandığını görüb, ona yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişdirlər. Təqsirləndirilən şəxs2 üzərində heç bir sənədi olmadığını deyib, suallara qeyri adekvat cavab verməklə tez bir zamanda onlardan yayınmağa çalışdığını hiss edib, onun hərəkətləri şübhə yaratdığından təklif etmişdirlər ki, birlikdə 12-ci PŞ-yə getsin. Təqsirləndirilən şəxs2 artıq yayına bilməyəcəyini başa düşüb birlikdə polis şöbəsinə getmişdir... Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, təqdim etdiyi əşyadan başqa qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş və götürülməmişdir...” Eyni zamanda ibtidai istintaq orqanının sübut kimi təqdim etdiyi şahid X4 məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təkzib edən ifadə verərək göstərmişdir ki, 29 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsində inzibati ərazidə Şahid4 ilə xidmət apararkən bir nəfər əvvəllər tanımadığı, heç bir münasibəti və ədavət düşmənçiliyi olmadığı, polis şöbəsində aparılıb şəxsiyyətini müəyyənləşdirdiyi Təqsirləndirilən şəxs1 onları gördükdə həyəcanlandığını görüb, ona yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmiş. Təqsirləndirilən şəxs1 üzərində heç bir sənədi olmadığını deyib, suallara qeyri adekvat cavab verməklə, tez bir zamanda onlardan yayınmağa çalışdığını hiss edib, onun hərəkətləri şübhə yaratdığından təklif etmişdir ki, birlikdə 12-ci PŞ-yə getsin. Təqsirləndirilən şəxs1 artıq yayına bilməyəcəyini başa düşüb onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs1 polis şöbəsinə aparılıb təhvil verilməsi ilə bağlı tərəflərindən 12-ci PŞ-nin rəhbərliyinə raportla məruzə olunmuşdur. Barəsində toplanmış material üzrə araşdırmanın aparılması təhqiqatçı Ayxan Səfərova həvalə edilmişdir. Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılarkən və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 tanıyır, onu saxlamışlar. Təqsirləndirilən şəxs1 saxlanılan zaman tək idi. Dəqiq olaraq 29-u yanvar günorta radələrində saxlamışlar.Özünü şübhəli apardığı üçün onu saxlamışlar. O, Təqsirləndirilən şəxs2 xatırlamır. Halbuki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 29 yanvar 2024-cü ıl tarixdə saat 13 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsində inzibati ərazidə xidmət apararkən bir nəfər əvvəllər tanımadığı, heç bir münasibəti və ədavət düşmənçiliyi olmadığı, polis şöbəsində aparılıb şəxsiyyətini müəyyənləşdirdikləri Təqsirləndirilən şəxs2 onları gördükdə həyəcanlandığını görüb, ona yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişdirlər. Təqsirləndirilən şəxs2 üzərində heç bır sənədi olmadığını deyib, suallara qeyri adekvat cavab verməklə tez bir zamanda onlardan yayınmağa çalışdığını hiss edib, onun hərəkətləri şübhə yaratdığından təklif etmişdirlər ki, birlikdə 12-ci PŞ-yə getsin. Təqsirləndirilən şəxs2 artıq yayına bilməyəcəyini başa düşüb birlikdə polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs2 polis şöbəsinə aparılıb təhvil verilməsi ilə bağlı tərəflərindən 12-ci PŞ- nin rəhbərliyinə raportla məruzə olunmuş, barəsində toplanmış material üzrə araşdırmanın aparılması təhqiqatçı Elşən Abbasova həvalə edilmişdir. Polis Şöbəsində hüquqlarını müdafiə etməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan dövlət hesabına vəkil dəvət olunaraq, vəkil Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, onun razılığı əsasında vəkilinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olubolmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirildikdən sonra, maddənin tərkibi və haradan əldə etməsi barədə verilmiş suala Təqsirləndirilən şəxs2 bükümün içərisində olan maddə narkotik vasitə heroin olduğunu, özü istifadə etmək üçün 15 manata Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisindən adını və anket məlumatlarını bilmədiyi şəxsdən alıb üzərində saxlayıb daşıdığını, təxminən 2 il olar ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, təqdim etdiyi əşyadan başqa qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Polis şöbəsinə gətirilərkən və şöbədə olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalıb-qalmaması ilə bağlı təhqiqatçı tərəfindən verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs2 hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən təqdim olunmuş 01 ədəd sellofan bükümdə olan maddə təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürüldükdən sonra bununla bağlı protokol tərtib olunmuş, protokolun doğruluğu Təqsirləndirilən şəxs2 və onlar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 tərəflərindən saxlanılarkən və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi 12ci PŞ-nin 21 noyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmişlər. Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3, 234.1-ci maddələri ilə sənədləşdirilərək xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin İŞ-nə təhvil verilmişlər. Halbuki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşlar, 30 yanvar 2024-cü il tarixdə onlar barəsində cinayət işi başlanılmış, 18 mart 2024-cü il tarixdə onlar barəsində olan cinayət işləri bir icraatda birləşdirilərək ********* nömrə altında istintaqı davam etdirilmiş, 19 aprel 2024-cü il tarixdə onların əməli CM-nin 234.1-ci maddəsindən CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddəsinə tövsif edilmişdir. Göründüyü kimi, Sabunçu Rayon Polis İdarəsi 12-ci PŞ-nin 21 noyabr 2024-cü il tarixli cavab məktubu da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularkən oğurluq cinayəti törətmələri faktına əsasən tutulmalarını bir daha təsdiq edir. Həmçinin həmin dövr bir yerdə oğurluq əməli törətməsi ehtimal edilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində eyni gündə ayrı ayrılıqda narkotik vasitə daşımaları ilə əlaqədar cinayət işi başlanaraq sonradan oğurluqla bağlı cinayət işi ilə birləşdirilməsi məhkəmədə haqlı şübhələr yaratmışdır. Beləliklə də, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq əməli törədildikdən sonra polis tərəfindən saxlanılması məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda göstərilən sübutlarla öz təsdiqini tapdığından, 25 yanvar 2024-cü il tarixdə tutuldaqdan sonra onların polis bölməsindən buraxılmasını təsdiq edən hər hansı hal müəyyən edilmədiyindən, 29 yanvar 2024-cü il tarixdə təqsirləndirilən şəxslərin üzərindən aşkar edilmiş narkotik vasitə heroinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində göstərildiyi kimi onların üzərinə “atılması” ehtimalına əsas verir. İbtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilən məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/565 saylı və xx.xx.2024-cü il tarixli 3-16- 16/2-6/566 saylı rəylərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin rəylər təqdim edilmiş maddənin növünü, çəkisini müəyyən edən sübut olsada, göstərilən ekspert rəyi həmin maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü deyildir. İttiham aktında istinad edilən digər sübut növü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin xx.xx.2024-cü il tarixli 770 nömrəli və 13 fevral 2024-cü 907 nömrəli rəylərlə bağlı məhkəmə qeyd edir ki, CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkomaniya xəstəliyindən əzab çəkməsinə görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranırki, bu da təqsirləndirilən şəxslərin CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. Beləliklə, göründüyü kimi ibtidai istintaq orqanının təqsirləndirilən şəxslərin təqsirli olması ilə bağlı istinad etdiyi sübutlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşıması ilə razılaşmır və hesab edir ki, təqsiləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi sübuta yetirilmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X7 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı ( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxslər barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxslərə istinad edilən CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxslərin ziyanına, onların vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxslərə verilmiş oğurluq əməlinə münasibətdə qeyd edir ki, verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əldə olunmuş birgə razılığa əsasən bir qrup şəxs halında 27 yanvar 2024-cü il tarixdə saat 04-05 radələrində ünvan 3 ünvanın həyətində inşa edilmiş, qapısı küçə istiqamətində olan Zərərçəkmiş şəxs məxsus avtomobil qarajının qapısına güc tətbiq etməklə içəridən bağlanmış cəftəsinin açılmasına nail olub, başqa saxlanc yeri olan avtomobil qarajına qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus 02 ədəd hər birinin ayrı-ayrılıqda dəyəri 30 manat olan, cəmi 60 manat dyərində «Marguis» markalı su mühərrikini, 01 ədəd 20 manat dəyərində «Povertec» markalı dreli, 01 ədəd 15 manat dəyərində «Almaz» markalı dreli, 01 ədəd 30 manat dəyərində «Viktor» markalı laqonda aparatını, 01 ədəd 25 manat dəyərində «Craft» markalı lobzik aparatını və 01 ədəd 70 manat dəyərində «Termo» markalı, 20 L həcmli su qızdırıcısını (pyatiminutka) gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 220 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham irəli sürülmüş oğurluq əməli 25 yanvar 2024-cü il tarixdə baş vermişdir. Bu hal məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və Şahid5 ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş müstəntiq X1 verilmiş suallara cavab olaraq göstərmişdir ki, tarixlərlə bağlı texniki səhv ola bilər. Çünki, təqsiləndirilən şəxslər də hadisənin nə vaxt baş verdiyini bilmirdilər. Həmçinin zərərçəkmiş şəxsdə hadisənin tarixi barədə dəqiq məlumat verməmişdir. Ona dəqiq tarix deyilmədiyi üçün hadisənin baş vermə tarixi səhv ola bilər. Təqsriləndirilən şəxslər 6 gündən çox polisin müvəqqəti saxlama yerində saxlanıldıqlarını ona deməmişlər. Təqsirləndirilən şəxsləri şübhəli şəxs qismində təhqiqatçı tutmuşdur. Oğurluq epizodunun tarixinin texniki səhv olaraq 27 yanvar olmasını qəbul edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 oğurluq əməlində özünü tam olaraq təqsirli bilsə də, Təqsirləndirilən şəxs1 onunla birlikdə bu əməli törətməsində iştirak etməməsini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 digər cinayət işi üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən Təqsirləndirilən şəxs1 məsuliyyətdən yaxa qurtarması üçün bu məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Sabunçu bazarında işləyir. Gecə saat 4-5 olardı o bazardan çıxmış və evə gedəcəkdi. Səhər 7-də gəlib yenidən işləyir. Dayanacaqda dayanan zaman Təqsirləndirilən şəxs2 gəlmiş və evə gedəcəyini, yolüstü metal qəbul məntəqəsinə metal verəcəyini bildirmişdir. Elxan taksi ilə getmişdir. Elxan metal qəbul məntəqəsində olarkən o, maşında oturub gözləmişdir. Elxan tez gələcəyini demişdir. Sonra Elxanın əməliyyatçı Bəxtiyar ilə gəldiyini görmüşdür. Polis onuda tutub aparmışdır ki, Səbuhi ilə birlikdə o da oğurluq edib. O, oğurluq etməmişdir, sadəcə Səbuhini gözləmişdir. Onun üzərində narkotik vasitə olmayıb. Lakin, Şahid5 məhkəmə istintaqı zamanı yuxarıda göstərilən məzmunda verdiyi ifadəsi ilə Təqsirləndirilən şəxs1 ifadəsində göstərilən xüsusatlar təkzib edilərək oğurluq əməlində iştirak etməsi öz təsdiqini tapmışdır. Belə ki, Şahid5 ifadəsində göstərmişdir ki, “...Səbuhi içəri girdi, oturdu pilləkəndə, Elxanda gəlib kisənin içində olan əşyaları tökmüşdür, taksinin pulunu verdikdən sonra taksi getmişdir. Birdən qapı açılmış və polislər içəri girmişlər. Polislər həmin əşyaların şəklini çəkmişlər.” Göründüyü kimi Təqsirləndirilən şəxs1 Elxanla birlikdə taksi ilə evə getmək məqsədilə taksiyə mindiyini göstərsə də, Şahid5 bildirmişdir ki, Elxan ondan ilk öncə taksinin pulunu istəmiş, taksinin pulunu verdikdən sonra taksi oradan getmiş malların pulunu almaq üçün Elxanla birlikdə Səbuhidə orada qalmışdır. Bundan başqa ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsində Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq əməlini törətdiyini etiraf etmişdir. Həmçinin, 16 mart 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 ilə şahid qismində Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 vermiş olduğu ifadələrini təsdiq edib, Təqsirləndirilən şəxs1 birgə törətmiş olduqları oğurluq cinayət əməlini ifşa etmişdir (cild 1, i.v.179-180); Eləcə də, 16 mart 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə Şahid5 ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid5 vermiş olduğu ifadəsini təsdiq edib, 02 ədəd «Marguis» markalı su mühərriklərinin, 01 ədəd «Povertec» markalı drelin, 01 ədəd «Almaz» markalı drelin, 01 ədəd «Viktor» markalı laqonda aparatın, 01 ədəd «Craft» markalı lobzik aparatın, 01 ədəd «Termo» su qızdırıcısısının (pyatiminutka) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona satıldığını bir daha bildirib, sonuncuları cinayət əməlində ifşa etmişdir (cild 1, i.v.181-182: 184-185); Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi yuxarıda göstərilən sübutlarla öz təsdiqini tapdığından onun bu cinayətin törədilməsində iştirak etməməsi ilə bağlı ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi Təqsirləndirilən şəxs2 qismən etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadəsi, digər istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla törədildikdə– bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə onunla barışmasını(CM-59.1.12-59.1.13) nəzərə alır və cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əvvəlki hökmlər üzrə olan məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə onunla barışmasını(CM-59.1.12-59.1.13), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini (CM-59.2) nəzərə alır və cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində olan Şəki rayon məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü üzrə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Bundan başqa Təqsirləndirilən şəxs2 Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-262/2024 saylı hökmü ilə 02(iki) il 08(səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-262/2024 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-262/2024 saylı hökmü ilə təyin edilmiş 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən əməlində cinayətin residivi olması nəzərə alınmalı(CM-65.2), CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-262/2024 saylı hökmü ilə təyin edilmiş 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli(CM-66.5), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəlinin təqsirləndirilən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 25 yanvar 2024-cü il tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.3), narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, CMnin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəlinin təqsirləndirilən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 25 yanvar 2024-cü il tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.2), narkomaniyadan məcburi müalicə təyin edilməli(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar –02 ədəd «Marguis» markalı su mühərrikləri, 01 ədəd «Povertec» markalı drel, 01 ədəd «Almaz» markalı drel, 01 ədəd «Viktor» markalı laqonda aparatı, 01 ədəd «Craft» markalı lobzik aparatı, 01 ədəd «Termo» su qızdırıcısının (pyatiminutka) saxlanması üçün zərərçəkmiş şəxsə qaytarılması, 02 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üstünə baxış keçirilən zaman narkotik vasitə olan heroinin aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,440 qram və 0,432 qram narkotik vasitə heroinin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması faktı müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, maddi sübut – narkotik vasitə heroinin bəraət almış şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan narkotik vasitə heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün hökm qanuni qüvvəyə mindikdən sonra zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 0, 440 qram və 0,432 qram narkotik vasitə heroin isə aparılan araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc otağında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bəraət verildiyindən, cinayət işi üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 228( iki yüz iyirmi səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50(əlli) manat isə, 25(iyirmi beş) manat Təqsirləndirilən şəxs2 25(iyirmi beş) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili əhrəmanova Qəmizə Salman qızına və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-262/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 02(iki) il 08(səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02(iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 11(on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar –02 ədəd «Marguis» markalı su mühərrikləri, 01 ədəd «Povertec» markalı drel, 01 ədəd «Almaz» markalı drel, 01 ədəd «Viktor» markalı laqonda aparatı, 01 ədəd «Craft» markalı lobzik aparatı, 01 ədəd «Termo» su qızdırıcısının (pyatiminutka) saxlanması üçün zərərçəkmiş şəxsə qaytarılması, 02 ədəd DVD diskin iş materiallarında saxlanılması, 02 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə maddi sübut 02 ədəd bükümdə ilkin təmiz çəkisi 0.490 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.440 qram, ilkin təmiz çəkisi 0.482 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.432 qram narkotik vasitə heroin həmin maddələrin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc otağında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin narkotik vasitələrin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 228( iki yüz iyirmi səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabından ödənilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 25(iyirmi beş) manat Təqsirləndirilən şəxs2 25(iyirmi beş) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 35 iş saatına görə 210 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 35 iş saatına görə 210 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar