Məhkəmə qərarları › İş №1(008)-405/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-405/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-405/2025 02.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdə saat 19 radələrində özünə məxsus olmaqla idarə etdiyi “X6 2.2 CDİ” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi ilə Heydər Əliyev adına park istiqamətində hərəkətdə olarkən Bakı şəhəri Sabunçu rayon icra hakimiyyətinin inzibati binasının yaxınlığında olan yolda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinisürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməlidir kimi tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunan tələblərə əməl etməyərək həmin qaydaları pozmaqla yolu soldan sağa doğru keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs və Şahid ehtiyatsızlıqdan avtomobilin qabaq sağ tərəfi ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli baş beyin əzilməsi, alın sümüyünün kəllə əsasına keçən qapalı xətti sınığı, ağciyərlərin əzilməsi, üst çənədə sol İ və Vİİİ dişlərin sınıqları, həmin səviyyədə ağzın selikli qişasının əzilmiş səthi yaralan, hər iki göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan hər iki gözyuvasıətrafıalmacıq-yanaq nahiyələrinin dərialtı hematomaları, alın nahiyəsinin sıyrıqla müşayiət olunan dərialtı hematoması, burun nahiyəsinin, sağ bazunun və sağ budun qançırları xəsarətləri yetirilməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun “BD” kateqoriyalı sürücülük vəsiqəsi vardır. O hazırda özünə məxsus olan “X6 2.2 CDİ” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 25 noyabr 2024-cü il tarixdə saat təxminən 19 radələrində o texniki cəhətdən saz vəziyyətdə olan “X6 2.2 CDİ” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabnçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsi ilə Heydər Əliyev adına park istiqamətində işıqforun yaşıl işığında Sabunçu rayonu icra hakimiyyətinin inzibati binası yaxınlığında olan yolda saatda 40 km surətlə idarə edərkən qarşıda yolun sol tərəfində olan piyada qadınların piyada xəttinin üstündə sağa doğru keçməsini görərkən həmin piyadaları vurmamaq üçün tormozlama etsə də hadisədən yan qaça bilməmiş, idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə həmin piyadaları vurmuşdur. Zərbədən piyada qadınlar yerə yıxılmışdır. O avtomobili dərhal saxlayıb avtomobillə vurduğu həmin piyada qadınlara köməklik göstərib onlara tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım çağırmışdır. Hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə hadisə zamanı xəsarət almış piyadalar tibbi yardım göstərilməsi üçün Respublika Neyrocərrahiyyə xəstəxanasına aparılmışdır. Hadisə zamanı onun idarə etdiyim avtomobildə sərnişin olmamışdır. Hadisə zamanı o hər hansı bir spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Onunla barışmışdır. İş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 25 noyabr 2024-cü il tarixdə saat 19 radələrində iş yoldaşı Şahid ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Bakııxanov qəsəbəsi Sülh küçəsi Heydər Əliyev adına parkın yaxınlığında olan yolda yolun əks istiqamətinə keçmək üçün piyada xətti ilə adi yerişlə yolu soldan sağa doğru keçərkən onları üzü Sabunçu rayon icra hakimiyyətinin inzibati binası istiqamətində hərəkətdə olan «X6» markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobili qabaq tərəfi ilə vurmuşdur. Avtomobilin zərbəsindən o huşunu itirmişdir. Huşu özünə gələndə xəstəxanada həkim müayinəsi altında olduğunu bilmişdir. Xəstəxanada olarkən ona sonradan məlum olmuşdur ki, 25 noyabr 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsi Heydər Əliyev adına parkın yaxınlığında olan yolda Təqsirləndirilən şəxs idarə etdiyi «X6» markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobillə onu və rəfiqəsi Şahid vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onunla barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 25 noyabr 2024-cü il tarixdə il tarixdə saat 19 radələrində iş yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Bakııxanov qəsəbəsi Sülh küçəsi Heydər Əliyev adına parkın yaxınlığında olan yolda yolun əks istiqamətinə keçmək üçün piyada xətti ilə adi yerişlə yolu soldan sağa doğru keçərkən onları üzü Sabunçu rayon icra hakimiyyətinin inzibati binası istiqamətində hərəkətdə olan «X6» markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobili qabaq tərəfi ilə vurmuşdur. Avtomobil zərbəsindən o və rəfiqəsi Xanım xəsarət almışlar. Hadisəni törədən şəxs avtomobili dərhal saxlayaraq onlara yaxınlaşmışdır. Hadisə yerinə təcili tibbi yardım çağırılmışdır. O və rəfiqəsi Zərərçəkmiş şəxs hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına aparıılmışdır. Xəstəxanada həkim müayinəsindən sonra o evə buraxılmış, rəfiqəsi Zərərçəkmiş şəxs isə xəstəxanada qalmışdır. Xəstəxanada olarkən ona sonradan məlum olmuşdur ki, 25 noyabr 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsi Heydər Əliyev adına parkın yaxınlığında olan yolda Təqsirləndirilən şəxs idarə etdiyi «X6» markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobillə onu və rəfiqəsi Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. Verilmiş suallara cavabında bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə əl-ələ tutub yolu keçirdilər, o Xanımdan bir addım öndə olmuşdur, ona görə avtomobil ondan keçib Xanımı vurmuşdur. Avtomobil ilk ona dəymişdir, xəsarəti yüngül olmuşdur. İşıqfora fikir verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 25 noyabr 2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ilə General S.B.Mehmandarov küçəsinin kəsişməsinə baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 1/10859 nömrəli xx.xx.2024-cü il tarixli aktdan müəyyən olunur ki, sürücü Təqsirləndirilən şəxs ayıqdır, alkoqol sərxoşluğu vəziyyəti yoxdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 03 dekabr 2024-cü il tarixli, 2961 saylı rəyindən görünür ki, vətəndaş X2 yüngül dərəcəli baş beyin əzilməsi, alın sümüyünün kəllə əsasına keçən qapalı xətti sınığı, ağciyərlərin əzilməsi, üst çənədə sol İ və Vİİİ dişlərin sınıqları, həmin səviyyədə ağzın selikli qişasının əzilmiş səthi yaraları, hər iki göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan hər iki gözyuvasıətrafı-almacıq-yanaq nahiyələrinin dərialtı hematomaları, alın nahiyəsinin sıyrıqla müşayiət olunan dərialtı hematoması, burun nahiyəsinin, sağ bazunun və sağ budun qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aiddir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 06 dekabr 2024-cü il tarixli, 2965 saylı rəyindən görünür ki, vətəndaş Şahid sağ diz oynağı nahiyəsinin sıyrıqla müşayiət olunan dərialtı hematoması, sağ bud nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; 14 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsinin Sabunçu rayon icra hakimiyyətinin inzinati binası yaxınlığında olan yolun istiqamətini göstərərək bildirmişdir ki, 25 noyabr 2024-cü il tarixdə saat təxminən 19 radələrində o texniki cəhətdən saz vəziyyətdə olan “X6 2.2 CDİ” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabnçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsi ilə Heydər Əliyev adına park istiqamətində işıqforun yaşıl işığında Sabunçu rayonu icra hakimiyyətinin inzibati binası yaxınlığında olan yolda saatda 40 km surətlə idarə edərkən qarşıda yolun sol tərəfində olan piyada qadınların piyada xəttinin üstündə sağa doğru keçməsini görərkən həmin piyadaları vurmamaq üçün tormozlama etsə də hadisədən yan qaça bilməmiş və idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə həmin piyadaları vurmuşdur. Hadisə yerində dəqiqləşdirmə aparılarkən müəyyən olunmuşdur ki, Sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə piyadaların hərəkət hissəsinin sol kənarından hərəkətə başlayaraq piyada xətti ilə yolu sağa doğru keçməyə başladığı andan yaranmış və piyadalar bir biriləri ilə ələlə tutaraq həmin andan vurulmaya kimi işıqforun qırmızı işığında piyada xəttində düzünə adi yerişlə 7 metr məsafə qət etmişdir; Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 21 fevral 2025-ci il tarixli 8/3639 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «X6» markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısına almağa texniki imkanı olmuşdur. Yol nəqliyyat hadisəsinin görüntülərini əks etdirən DVD diskinə baxış keçirilməsi barədə 07 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Təhlükəsiz şəhər xidmətinin TŞ 9-004 nömrəli videomüşahidə kameralarındakı görüntüləri əks etdirən DVD diskinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin video müşahidə kamerası Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi Sabunçu rayon icra hakimiyyətinin inzibati binasının yaxınlığında olan avtomobil yolunu görüntüləyir, görüntüyə baxarkən 25 noyabr 2024-cü il tarixdə saat 18:54:49 radələrində Sabunçu rayon icra hakimiyyətinin inzibati binasının yaxınlığında olan yolda “X6 2.2 CDİ” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət etdiyi istiqamətdə piyada xəttində yolu soldan sağa doğru keçən piyadaları avtomobilin qabaq hissəsil vuraraq dayanır. Baxış zamanı iş üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüləri nəzərdən keçirdi, hadisə zamanı “X6 2.2 CDİ” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs özüdür. Görüntülərə baxış zamanı müəyyən edilir ki, piyadalar işıqforun qırmızı işığında yolu keçmişdir. Sübutların qiymətləndirilməsi haqqında 09 aprel 2025-ci il tarixli qərardan görünür ki,iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində qətimkan tədbiri seçilmişdir, 25 noyabr 2024-cü il taritdə tibbi müayinədən keçirilmiş Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1.1ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs adına xx.xx.2033-cü il tarixədək etibarlı olan BB 433004 nömrəli ”BD” kateqoriyalı sürücülük vəsiqəsi olduğundan və barəsində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüquqlarının məhdudlaşdırılması haqqında məlumat qeydə alınmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, yol nəqliyyat hadisəsi törədilmiş “X6 2.2 CDİ” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobil minik avtomobili olmaqla Təqsirləndirilən şəxs adına qeydiyyatda olmaqla onun özünə məxsus olmaqla ümumi istifadədə olan nəqliyyat vasitəsi hesab edilmədiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 265-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 25 noyabr 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Şahid sağlamlığına yüngül zərər yetirildiyindən Təqsirləndirilən şəxs barəsində inzibati tədbir görülməsi qərarın surəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmiş, təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 02 dekabr 2024-cü il tarixli 2961 nömrəli rəyi, 03 dekabr 2024-cü il tarixli 2965 nömrəli rəyi və məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 21 fevral 2024-cü il tarixli 8/3639 nömrəli rəyi sübut növü kimi qiymətləndirilmiş, Azərbaycan Respublikası DİN-in Təhlükəsiz şəhər xidmətindən götürülmüş TŞ 9-004 nömrəli videomüşahidə kamerasındakı görüntüləri əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir; Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ-dən edilmiş 06 fevral 2025-ci il tarixli 3-13- 16/2-24822/2025 saylı məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1963cü il təvvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023- cü il tarixdə (xx.xx.2033-cü il tarixədək etibarlı olan) BB 433004 nömrəli ”BD” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN BƏSİİnin əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir, heç bir şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsinə etirazı yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələb yoxdur, vurulmuş ziyan tamamilə ödənilmişdir, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 72.2-ci maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.1- 1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut-01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.3, 156.4, 300.1.7, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası CM-nin 73.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq AZ.Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübut-01 ədəd DVD disk iş materialları arasında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə göndərilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 23 iş saatına görə 253 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Sədrlik edən Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar