Məhkəmə qərarları › İş №1(008)-406/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-406/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-406/2024 07.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, işləməyən, Ağdam şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, vahid niyyətlə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmiş, habelə bu cür məzmunlu materialları yaymışdır. Belə ki, Təqsirləndirilən şəxs istifadəçisi olduğu “Facebook” sosial şəbəkəsində “Təhmasib Quliyev” (https://www/facebook.com/taxmasib?mibextid=ZbWKwL) adı ilə qeydiyyatdan keçirdiyi profili vasitəsilə Almaniya Federativ Respublikasının Adenau şəhərinin Briedscheid qəsəbəsində olarkən 04 may 2018-ci il tarixdə saat 16:20 dəqiqədə və həmin ölkənin Altenkirchen şəhərində olarkən 24 iyul 2018-ci il tarixdə saat 21:46 dəqiqədə dövlət hakimiyyəti barədə qəsdən həqiqətə uyğun olmayan, insanlarda hakimiyyət nümayəndələrinə qarşı nifrət və kin hissi yaradaraq hakimiyyətin zorakı yollarla dəyişdirilməsi məqsədi daşıyan, Azərbaycan Respublikası vətəndaşlarını güc tətbiq etməyə, digər formada kütləvi qanunsuz hərəkətlər etməyə sövq edən, onları hakimiyyət əleyhinə qiyama çağıran və sair oxşar məzmunlu paylaşımlar edərək vahid niyyətlə Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmiş, habelə bu cür məzmunlu materiallar yaymışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2003-cü ilin noyabr ayından 2007-ci ilin mart ayınadək Rusiya Federasiyasının Moskva şəhərində yaşayaraq ticarətlə məşğul olmuş, 2008-2017-ci illərdə Bakı şəhərində müxtəlif özəl şirkətlərdə işləmişdir. Sosial şəbəkələrdə xaricə köçmüş şəxslərin səhifələrini izləyən zaman onların xarici dövlətlərdə yaşayış səviyyəsinin Azərbaycandan yaxşı olması barədə paylaşımlarına baxaraq onlara aldanmış, bu səbəbdən və maddi vəziyyəti yaxşı olmadığına görə Almaniyaya köçmək qərarına gəlmişdir. 27 aprel 2017-ci il tarixdə turistik viza ilə ailəsi ilə Almaniya Federativ Respublikasının Bielefeld şəhərinə gedərək qaçqın kimi orada yerləşmiş, daha sonra həmin dövlətin Trier şəhərinə, miqrantların yaşadığı kampa göndərilmiş və orada ailəsi ilə birlikdə 4 ay yaşamışdır. 2017-ci ilin sentyabr ayında Almaniya Federativ Respublikası tərəfindən ona ev verilməklə Altenkirchen şəhərində yerləşdirilmişdir. Orada sosial şəbəkələri izləyərkən ali təhsili olmadığına görə təsir altına düşmüş, savadsızlıqdan və maddi vəziyyətinin yaxşı olmaması səbəbindən ağılsızlıqlar edərək “Facebook” sosial şəbəkəsində mailto:Thmasifq@gmail.comElektron ünvan 1 elektron poçt ünvanı vasitəsilə 2010-cu ildə qeydiyyatdan keçməklə açdığı və həmin vaxtdan hazıradək istifadəsində olmuş “Təhmasib Quliyev” adlı profilində 04 may 2018-ci il tarixdə “bu gucun qarşisinda hecne tab getirmeyecek, eyer 20 Yanvardaki faciemiz qeder qurban vermek gerekirse bu xalq o qurbani yene verecek, biz yene tanklarin altina uzanaciyiq, yene el ele verib olume gedeceyik, ne olursa olsun bu Xalqı ermeni esirliyinden qurtulacaq, ancaq o gun xalqina xeyanet eden, ozlerini Heyderci, İlhamci adlandirib xalqi soyub talayan bu qan icen memur tayfasi qacmag delik axtaracaq. Biz olmekden qorxuruqsa niye intihar edirik, qorxuruqsa niye kole oluruq? Haqqinizi teleb etmekden qormayin, biz rus-ermeni tanklari qormuş xalqiq, zaman-zaman bedel odemesek bu coğrafiyada var ola bilmerik, bugunde bedel odemek vaxtidi, elinizi daşin altina qoyun, dovletimizi qurtarmaqcun, Qarabaği qaytarmaqcun seferber olun, partiyaciliq ve liderciliyi kenara qoyun, sadece İNQLABCİ olun, bu xalqin dogal ve temel haqqlari ugrunda mubarizeye başlayin.” məzmunlu və 24 iyul 2018-ci il tarixdə “Milletimiz bu gündedi, oyanin, üsyan edin, susmayin, sabah hamimizin aqibeti bele olacaq.” məzmunlu paylaşımlar etmişdir. 2020-ci ildə Azərbaycan ordusunun qələbəsindən sonra o ölkə rəhbərliyinin siyasətinin tam düzgün qurulduğunu və bu siyasət nəticəsində 30 il işğalda qalmış torpaqların azad edildiyini və səhv etdiyini başa düşərək 2020-ci ildən sonra bu tip paylaşımları dayandırmışdır. Əvvəllər paylaşdığı bu yazılardan çox heyfislənmiş, bu əməli savadsızlıqdan və ölkədəki vəziyyəti düzgün qiymətləndirmək iqtidarında olmaması səbəbindən etdiyini, əməlindən peşman olduğunu bildirmişdir. O heç bir siyasi partiyanın üzvü olmadığını qeyd edərək Facebookda paylaşdığı yazıları kiminsə tapşırığı ilə yox, ağılsızlığı ucbatından etdiyini bildirmişdir. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də işlədiyi dövrdə Təqsirləndirilən şəxs də həmin MMC-də işləmiş, iş yoldaşı kimi normal münasibətləri olmuşdur. “Facebook” sosial şəbəkəsin aktiv istifadəçi olmasa da, davamlı olaraq “Facebook” sosial şəbəkəsindən istifadə etmişdir. “Facebook” sosial şəbəkəsində “İlkin Agazade” adı ilə qeydiyyatdan keçirdiyi profilini təxminən 2016-cı ildən istifadə edir. Həmin profili ondan başqa heç kəs istifadə etməmişdir. Təqsirləndirilən şəxs Almaniya Federasiyasına gedəndən sonra “Facebook” sosial şəbəkəsində “Təhmasib Quliyev" adlı profili vasitəsilə dövlət əleyhinə açıq çağırışlar etdiyini görmüşdür. Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində “Təhmasib Quliyev” adlı profilində 24 iyul 2018-ci il tarixdə “Milletimiz bu gundedi, oyanın, üsyan edin, susmayın, sabah hamimizin aqibeti bele olacaq” məzmunlu yazı yazaraq video paylaşmasını görmüşdür. Xalqı üsyana, xaosa çağırmaq xalqa ən böyük zərbə vurmaq məqsədi daşıdığından bu paylaşım onda çox mənfi təəssürat yaratmışdır. Lakin videonu bəyəndiyini və ya yenidən paylaşdığını xatırlamır. Bu barədə ona məlumat verildikdən sonra xatırlamışdır ki, səhvən həmin videonu “İlkin Agazade” adlı “Facebook” profilində paylaşmışdır. Həmişə ədalətli seçkiləri, demokratikliyi, sabitliyi dəstəkləyən şəxs olmuş, xalqı heç vaxt üsyana və ya hakimiyyətin zorla dəyişdirilməsinə sövq etmək niyyəti olmamışdır. Çox az hallarda sosial şəbəkədən istifadə etdiyindən sosial şəbəkələrdən istifadə vərdişləri zəif olmuşdur. Həmçinin paylaşım etdiyi dövrdə “Facebook” sosial şəbəkəsində hesabının dili ingilis dili olduğundan belə bir niyyəti olmadan səhvən videonu paylaşmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, “Facebook” sosial şəbəkəsində “Ali Asadov” adı ilə qeydiyyatdan keçdiyi profildən təxminən 2018-ci ilin əvvəllərindən istifadə edir, lakin aktiv istifadəçi deyildir. Təqsirləndirilən şəxs adlı şəxsi tanımır. Facebook sosial şəbəkəsində qeydiyyatdan keçmiş “Təhmasib Quliyev” adlı profilin istifadəçisini ancaq “Facebook” sosial şəbəkəsi üzərindən tanıyır. Bildiyinə görə Təhmasib Quliyev” adlı profilin istifadəçisi onun yerlisi milli qəhrəman Asif Məhərrəmovun qohumudur. Bu səbəbdən onu “Facebook” sosial şəbəkəsində dostluğuna qəbul etmiş, az hallarda narazılıq ifadə edən statuslarını görmüşdür. Ancaq, əsasən, o, uşağına aid, bəzən də vətənpərvər paylaşımlar etmişdir. “Təhmasib Quliyev” adlı profilin istifadəçisinin sonradan Almaniyada yaşadığını “Facebook” sosial şəbəkəsindən öyrənmiş, başqa əlaqəsi və münasibəti olmamışdır. O, “Təhmasib Quliyev” adlı profilinin istifadəçisinin 04 may 2018-ci il tarixli “bu gucun qarşisinda hecne tab getirmeyecek, eyer 20 Yanvardaki faciemiz qeder qurban vermek gerekirse bu xalq o qurbani yene verecek, biz yene tanklarin altina uzanaciyiq, yene el ele verib olume gedeceyik, ne olursa olsun bu Xalqı ermeni esirliyinden qurtulacaq, ancaq o gun xalqina xeyanet eden, ozlerini Heyderci, İlhamci adlandirib xalqi soyub talayan bu qan icen memur tayfasi qacmag delik axtaracaq. Biz olmekden qorxuruqsa niye intihar edirik, qorxuruqsa niye kole oluruq? Haqqinizi teleb etmekden qormayin, biz rus-ermeni tankları qormuş xalqıq, zaman-zaman bedel odemesek bu coğrafiyada var ola bilmerik, bugunde bedel odemek vaxtidi, elinizi daşin altina qoyun, dovletimizi qurtarmaqcun, Qarabaği qaytarmaqcun seferber olun, partiyaciliq ve liderciliyi kenara qoyun, sadece İNQLABCİ olun, bu xalqin dogal ve temel haqqlari ugrunda mubarizeye başlayin.” məzmunlu paylaşımına “Ordakilarin yawi 60 i 70 keçib corek axtarır indikilerde internetde ya iqra ya da bawqa wey axtarır” məzmunlu rəy yazmış, lakin niyyəti xalqı üsyana çağırmaq və ya digər mənfi niyyət olmamışdır. O, hər iki Qarabağ müharibəsinin iştirakçısıdır. Daima şəhidlər, veteranlar, döyüşlərlə bağlı mühüm dövlət tədbirlərində iştirak etmişdir. Vətən və dövlətçilik onun üçün həmişə ən mühüm rol oynamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. O, xalasıoğlu Yunis Rüstəmovla birlikdə 2009-2013-cü illərdə Əhmədli rayonunda yerləşən Altay şadlıq sarayının yanında çay evi işlətdiyi vaxtlarda Təqsirləndirilən şəxs çay evinə gəlmiş və oradan tanışlıqları yaranmışdır. Çay evi fəaliyyətini dayandırdıqdan sonra Təqsirləndirilən şəxslə görüşməmiş, yalnız “Facebook” sosial şəbəkəsində dostluğunda olduğundan sonuncunun paylaşımlarını görmüşdür. O, 2007-ci ildən “Facebook” sosial şəbəkəsindən istifadə edir, həmin sosial şəbəkədə “Azer Tagiyev” adı ilə qeydiyyatdan keçmişdir. “Facebook” sosial şəbəkəsində “Təhmasib Quliyev” adı ilə qeydiyyatdan keçmiş profilin sahibini tanıyır. Profilin sahibi adını qeyd elədiyi Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs bir sıra vətənpərvər təsir bağışlayan, bayraqla şəkilləri olduğundan onun paylaşımlarını bəzən bəyənmişdir. Sonradan dövlət əleyhinə çağırışlar etdiyini görəndə ona bu barədə xəbərdarlıq etmiş, dövlətə qarşı çıxmağın bütünlükdə millətə zərər vuracağını bildirmişdir. Təqsirləndirilən şəxs Almaniyadan gələndən sonra bir dəfə ona görüş təklif etsə də, mənfi xarakterli paylaşımlar etdiyinə görə Təqsirləndirilən şəxslə görüşdən imtina etmişdir. “Facebook” sosial şəbəkəsində “Təhmasib Quliyev” adlı profil sahibinin 04 may 2018-ci il tarixli “bu gucun qarşisinda hecne tab getirmeyecek, eyer 20 Yanvardaki faciemiz qeder qurban vermek gerekirse bu xalq o qurbani yene verecek, biz yene tanklarin altina uzanaciyiq, yene el ele verib olume gedeceyik, ne olursa olsun bu Xalqı ermeni esirliyinden qurtulacaq, ancaq o gun xalqina xeyanet eden, ozlerini Heyderci, İlhamci adlandirib xalqi soyub talayan bu qan icen memur tayfasi qacmag delik axtaracaq. Biz olmekden qorxuruqsa niye intihar edirik, qorxuruqsa niye kole oluruq? Haqqinizi teleb etmekden qormayin, biz rus-ermeni tanklari qormuş xalqiq, zaman-zaman bedel odemesek bu coğrafiyada var ola bilmerik, bugunde bedel odemek vaxtidi, elinizi daşin altina qoyun, dovletimizi qurtarmaqcun, Qarabaği qaytarmaqcun seferber olun, partiyaciliq ve liderciliyi kenara qoyun, sadece İNQLABCİ olun, bu xalqin dogal ve temel haqqlari ugrunda mubarizeye başlayin.” məzmunlu paylaşımını görmüşdür. Lakin həmin paylaşımı bəyəndiyini xatırlamır. O, bir dövlət işçisi kimi daima dövlətimizin müstəqilliyini və demokratikliyini dəstəkləyən şəxs olmuşdur. Yəqin ki, həmin paylaşımı sosial şəbəkələrdən istifadə etmək vərdişlərinin zəif olduğundan və “Facebook” sosial şəbəkəsindəki hesabının dili rus dilində olduğundan səhvən bəyənmişdir. O, Təqsirləndirilən şəxs bu məzmunlu paylaşımlarına görə “Facebook” sosial şəbəkəsində dostluğundan çıxarmışdır. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, “Facebook” sosial şəbəkəsində özünün qeydiyyatdan keçirdiyi “Şahid1” adlı profili vardır. O, aktiv istifadəçi olmasa da, arabir həmin profilə daxil olaraq müxtəlif xəbərləri oxuyur, bəzən isə paylaşımlar edir. Sonuncu dəfə 2-3 ay əvvəl həmin profilə daxil olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində tanımış, profilində dostluğunda vardır. Təxminən 2018-ci ilin ortalarında Təqsirləndirilən şəxs ona “Facebook” sosial şəbəkəsində dostluq göndərmiş, dostluğuna qəbul etdikdən sonra Təhmasiflə bir qədər söhbətlər aparmış, söhbət zamanı Təhmasif Almaniyada olduğunu, siyasi qaçqın kimi Almaniyaya getdiyini, Azərbaycana qarşı mənfi fikirləri olan şəxslərlə birlikdə qrup şəklində fəaliyyət göstərdiyini demişdir. Təhmasif həmin şəxslərin arasına qoşulmağı təklif edərək, Almaniyaya getməyə kömək edə biləcəyini, Almaniyada həm müalicə ala biləcəyini, həm də həmin qrupun fəaliyyətinə kömək göstərə biləcəyi barədə ona bildirmişdir. Həmin vaxt Təhmasifin deməsinə görə məqsədləri Azərbaycandakı hakimiyyəti devirmək üçün əhali arasında müxtəlif süni narazılıq yaratmaq olmuşdur. O, Təhmasiflə bir müddət söhbət etdikdən sonra eyni fikirdə olmadığını, Azərbaycandakı vəziyyətdən razı olduğunu bildirərək etdiyi təklifləri rədd etmiş, bundan sonra Facebook sosial şəbəkəsində heç bir söhbətləri olmamışdır. O, Təqsirləndirilən şəxslə 2018-ci ildə təxminən 2-3 ay ərzində söhbət etmiş, həmin ərəfədə paylaşdığı bütün paylaşımları, o cümlədən “Milletimiz bu gündedi, oyanin, üsyan edin, susmayin, sabah hamimizin aqibeti bele olacaq.” oxumadan “like” etmiş, yəni bəyənmək işarəsi qoymuşdur. Söhbətlərin nəticəsində Təhmasifi Azərbaycana qarşı pozucu fikirləri olan şəxs kimi tanımış, buna görə də onunla əlaqəsini kəsmişdir(i.v.122- 124); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22 dekabr 2023-cü il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:05 radələrində Azərbaycan Respublikası CM-nin 281.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.39-40); Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.77-80); “Giriş-Çıxış və Qeydiyyat” İAMAS üzrə sərhədkeçmə məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində ölkədən çıxmış, xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasına geri qayıtmışdır(i.v.87); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(i.v.88); Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş “Samsung Galaxy A51” markalı mobil telefona 07 yanvar 2024-cü il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, mobil telefonun yaddaşında “Facebook” sosial şəbəkə tətbiqi və həmin sosial şəbəkə tətbiqində “Təhmasib Quliyev” (https://www/facebook.com/taxmasib?mibextid=ZbWKwL) adı ilə qeydiyyatdan keçirdiyi profil vardır(i.v.99); “Facebook” internet sosial şəbəkəsində Təqsirləndirilən şəxs tərəfindən açılaraq özü tərəfindən istifadə olunmuş “Təhmasib Quliyev” adlı profilə baxış keçirilməsi haqqında 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin profil sahibi doğum yerini “Ağdam”, oxuduğu məktəbi “7 saylı orta məktəb”, ailə vəziyyəti “evli”, doğum tarixi “xx xxxxxx 1978”, bildiyi dilləri “alman, rus və türk” kimi qeyd etmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs həmin profildən istifadə etməklə 04 may 2018-ci il tarixdə “bu gucun qarşisinda hecne tab getirmeyecek, ey er 20 Yan varda ki faciemiz qeder qurban vermek gerekirse bu xalq o qurba ni yene verecek, biz yene tanklarin altina uzanaciyiq, yene el ele verib olume gedeceyik, ne olursa olsun bu Xalqı ermeni esirliyinden qurtulacaq, ancaq o gun xalqina xeyanet eden, ozlerini Heyderci, İlhamci adlandirib xalqi soyub talayan bu qan icen memur tayfasi qacmag delik axtaracaq. Biz olmekden qorxuruqsa niye intihar edirik, qorxuruqsa niye kole oluruq? Haqqinizi teleb etmekden qormayin, biz rus-ermeni tanklari qormuş xalqiq, zaman-zaman bedel odemesek bu coğrafiyada var ola bilmerik, bugunde bedel odemek vaxtidi, elinizi daşin altina qoyun, dövlətimizi qurtarmaqcun, Qarabaği qaytarmaqcun seferber olun, partiyaciliq ve liderciliyi kenara qoyun, sadece İNQLABCİ olun, bu xalqin dogal ve temel haqqlari ugrunda mubarizeye başlayin .” məzmunlu və 24 iyul 2018-ci il tarixdə “Milletimiz bu gündedi, oyanin, üsyan edin, susmayin, sabah hamimizin aqibeti bele olacaq.” məzmunlu paylaşımlar etdiyi müəyyən edilmişdir(i.v.105- 106); 07 yanvar 2024-cü il tarixli 915 nömrəli məktubla İstintaq baş idarəsinin Təhqiqat və kriminalistika idarəsinə edilmiş müvafiq sorğuya cavab olaraq verilmiş 14 fevral 2024-cü il tarixli 9/960 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A51” markalı mobil telefonun İMEİ kodları “**********47195” və “**********47196”-dır, həmin mobil telefona Almaniya Federativ Respublikasının mobil operatoruna məxsus “+**********553” nömrəsi quraşdırılmışdır, telefona quraşdırılmış “Facebook” mobil tətbiqinə “Taxmasib” adlı (www.facebook.com/taxmasib) “mailto:qulivevtehmasib@qmail.comElektron ünvan 2” elektron poçt ünvanı və “+**********553” mobil nömrəsi ilə qeydiyyatdan keçirilmiş profilin istifadəçisi xx xxxxxx 1978-ci il təvəllüdlü, Almaniya Federativ Respublikasının Altenkirchen şəhərində yaşamış Təqsirləndirilən şəxs məxsus olmaqla onun tərəfindən idarə olunmuşdur. Bundan başqa mobil telefonun statistik məlumatlarında aparılmış araşdırmalar zamanı “Təhmasib Quliyev” adlı “Facebook” sosial şəbəkə profili sahibi tərəfindən 04 may 2018-ci il tarixdə saat 16:20 dəqiqədə "bu gucun qarşisinda hecne tab getirmeyecek, eyer 20 Yanvardaki faciemiz qeder qurban vermek gerekirse bu xalq o qurban i yene verecek, biz yene tankların aİti na uzanaciyiq, yene el ele verib olume gedeceyik, ne olursa olsun bu Xalqı ermeni esirliyinden qurtulacaq, ancaq o gun xalqina xeyanet eden, ozlerini Heyderci, İlhamci adlandirib xalqi soyub talayan bu qan icen memur tayfasi qacmag delik axtaracaq. Biz olmekden qorxuruqsa niye intihar edirik, qorxuruqsa niye kole oluruq? Haqqinizi teleb etmekden qormayin, biz rus-ermeni tanklari qormuş xalqiq, zaman-zaman bedel odemesek bu coğrafiyada var ola bilmerik, bugunde bedel odemek vaxtidi, elinizi daşin altina qoyun, dovletimizi qurtarmaqcun, Qarabaği qaytarmaqcun seferber olun, partiyaciliq ve liderciliyi kenara qoyun, sadece İNQLABCİ olun, bu xalqin dogal ve temel haqqlari ugrunda mubarizeye başlayin.” məzmunlu paylaşım edilərkən mobil telefon sahibi Almaniyanın Adenau şəhərinin Breidscheid qəsəbəsində, 24 iyul 2018-ci il tarixdə saat 21:46 dəqiqədə "Milletimiz bu gündedi, oyanin, üsyan edin, susmayın, sabah hamimizin aqibeti bele olacaq.” məzmunlu paylaşım edilərkən Almaniyanın Altenkirchen şəhərində olmuşdur (i.v.120-121); Məhkəmə-linqvistik ekspertizasının 23 fevral 2024-cü il tarixli 4/121 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, “Facebook” sosial şəbəkəsindəki “Təhmasib Quliyev” adlı profildən 04 may 2018-ci il tarixdə edilən “bu gucun qarşisinda hecne tab getirmeyecek, eyer 20 Yanvardaki faciemiz qeder qurban vermek gerekirse bu xalq o qurbani yene verecek, biz yene tanklarin altina uzanaciyiq, yene el ele verib olume gedeceyik, ne olursa olsun bu Xalqı ermeni esirliyinden qurtulacaq, ancaq o gun xalqina xeyanet eden, ozlerini Heyderci, İlhamci adlandirib xalqi soyub talayan bu qan icen memur tayfasi qacmag delik axtaracaq. Biz olmekden qorxuruqsa niye intihar edirik, qorxuruqsa niye kole oluruq? Haqq in izi teleb etmekden qormayin, biz rus-ermeni tanklari qormuş xalqiq, zaman-zaman bedel odemesek bu coğrafiyada var ola bilmerik, bugunde bedel odemek vaxtidi, elinizi daşin altina qoyun, dovletimizi qurtarmaqcun, Qarabaği qaytarmaqcun seferber olun, partiyaciliq ve liderciliyi kenara qoyun, sadece İNQLABCİ olun, bu xalqin dogal ve temel haqqları ugrunda mubarizeye başlayin” məzmunlu və 24 iyul 2018-ci il tarixdə edilən “Milletimiz bu gündedi, oyanin, üsyan edin, susmayin, sabah hamimizin aqibeti bele olacaq.” məzmunlu paylaşımlarda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına yönələn açıq çağırışlar vardır(i.v.125-129); Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay müddətinə uzadılmışdır(i.v.147- 149); Məhkəmə kompüter-texniki ekspertizasının 28 mart 2024-cü il tarixli 5/253 saylı rəyindən görünür ki:

1. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təchizolunmuş “Samsung Galaxy A51” markalı “SM-A515F/DSN” modelli “**********47195, **********47196” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır.

2. Təqdim olunmuş “Samsung Galaxy A51" markalı “SM-A515F/DSN” modelli mobil smartfonun yaddaşında istifadəçi tərəfindən quraşdırılmış “Facebook” sosial şəbəkəsinə girişi təmin edən “444.0.0.31.114” versiyalı “Facebook” mobil tətbiqi müəyyən edildi.

3. Təqdim olunan mobil cihaz yaddaşında aşkar olunmuş “Facebook” mobil tətbiqinin daxilinə baxış keçirilən zaman “Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçmiş “Təhmasib Quliyev” adlı istifadəçi profili və həmin profil üzərində aparılmış məlumat mübadiləsi aşkar olundu.

4. Təqdim edilmiş “Samsung Galaxy A51” markalı “SM-A515F/DSN” modelli mobil smartfonun yaddaşında “7.68.0.809 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsilə əldə edilməsi mümkün olan “Facebook” sosial şəbəkəsinə aid rəqəmsal izlər (Foto şəkillər) və onların statistikasını özündə əks etdirən (Report-Flesabat) hesabat “Kespertiza 5-253” adlı qovluqda bir ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Rəyin tədqiqi hissəsinin 5-ci bəndində göstərilən səbəblərə görə “Samsung Galaxy A51” markalı “SM-A515F/DSN” modelli mobil smartfonun yaddaşında “Facebook” sosial şəbəkəsinə aid istifadəçi profili üzərində aparılmış bütün paylaşımlar və “Messenger” bölməsində aparılmış məlumat mübadilələrinə aid rəqəmsal izlər elektron formada köçürülərək (export olunaraq) istintaq orqanına təqdim etmək mümkün olmadı(i.v.152- 156); Maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “Samsung Galaxy A51” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq məhkəmənin müvafiq qərarınadək cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır(i.v.160); Sabunçu rayon İHB-nin Bakıxanov qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur(i.v.163); Doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır(i.v.164); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.1-ci maddəsinə əsasən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını (CM- 59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 281.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli 22 dekabr 2023cü il tarixdən hesablanmalı, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “Samsung Galaxy A51” markalı mobil telefon sahibinə qaytarılmalı (CPM-132), 350 (üç yüz əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq,

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 22 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “Samsung Galaxy A51” markalı mobil telefon sahibinə qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 350 (üç yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar