Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-407/2024 26.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2002-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə sosial şəbəkə hesablarında elan yerləşdirib özünü lotereya oyunları təşkil edən şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 həmin lotereya oyunlarına hər hansı məbləğin yatırılacağı halda bir aydan sonra həmin məbləğin bir neçə misli qədər gəlir əldə ediləcəyi barədə yalan məlumat verib aldadaraq hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun 2022-ci ilin iyul ayının ortalarından etibarən Bakı və Ağcabədi şəhərlərində müxtəlif ödəmə terminallarından, sonuncu dəfə 13 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında mobil tətbiq vasitəsilə 50 manat olmaqla göndərdiyi ümumilikdə 1800 manat məbləğində pul vəsaitinin özünə məxsus olan 4098 5844 5033 2422 nömrəli "xxxx" ASC-ə aid bank kartının hesabına köçürülməsinə nail olub həmin pul vəsaitlərini lotereya oyunlarına deyil, şəxsi məqsədlərinə sərf etməklə Zərərçəkmiş şəxs2 1800 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə sosial şəbəkə hesablarında elan yerləşdirib özünü lotereya oyunları təşkil edən şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 həmin lotereya oyunlarına hər hansı məbləğin yatırılacağı halda bir aydan sonra həmin məbləğin bir neçə misli qədər gəlir əldə ediləcəyi barədə yalan məlumat verib aldadaraq hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun 2022-ci ilin iyul ayının sonlarından həmin ilin sentyabr ayının ortalarına kimi olan müddət ərzində Ağdam rayonu ərazisində yerləşən müxtəlif ödəmə terminallarından göndərdiyi hissə-hissə olmaqla ümumilikdə xeyli miqdarda 11000 manat məbləğində pul vəsaitinin özünə məxsus olan 4098 5844 5033 2422 nömrəli "xxxx" ASC-ə aid bank kartının hesabına köçürülməsinə nail olub həmin pul vəsaitlərini lotereya oyunlarına deyil, şəxsi məqsədlərinə sərf etməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda 11000 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə sosial şəbəkə hesablarında elan yerləşdirib özünü lotereya oyunları təşkil edən şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs6 həmin lotereya oyunlarına hər hansı məbləğin yatırılacağı halda bir aydan sonra həmin məbləğin bir neçə misli qədər gəlir əldə ediləcəyi barədə yalan məlumat verib aldadaraq hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun 2022-ci ilin iyul ayının sonlarından həmin ilin sentyabr ayının ortalarına kimi olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mənzilindən mobil tətbiq vasitəsilə göndərdiyi hissəhissə olmaqla ümumilikdə 1.350 manat məbləğində pul vəsaitinin özünə məxsus olan 4098 5844 5033 2422 nömrəli "xxxx" ASC-ə aid bank kartının hesabına köçürülməsinə nail olub həmin pul vəsaitlərini lotereya oyunlarına deyil, şəxsi məqsədlərinə sərf etməklə Zərərçəkmiş şəxs6 1350 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə sosial şəbəkə hesablarında elan yerləşdirib özünü lotereya oyunları təşkil edən şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs3 həmin lotereya oyunlarına hər hansı məbləğin yatırılacağı halda bir aydan sonra həmin məbləğin bir neçə misli qədər gəlir əldə ediləcəyi barədə yalan məlumat verib aldadaraq hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun 2022-ci ilin avqust ayının əvəllərində ünvan 3 ünvanında yerləşən mənzilindən mobil tətbiq vasitəsilə göndərdiyi hissə-hissə olmaqla ümumilikdə 2300 manat məbləğində pul vəsaitinin özünə məxsus olan 4098 5844 5033 2422 nömrəli "xxxx" ASC-ə aid bank kartının hesabına köçürülməsinə nail olub həmin pul vəsaitlərini lotereya oyunlarına deyil, şəxsi məqsədlərinə sərf etməklə Zərərçəkmiş şəxs3 2300 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə sosial şəbəkə hesablarında elan yerləşdirib özünü lotereya oyunları təşkil edən şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs9 həmin lotereya oyunlarına hər hansı məbləğin yatırılacağı halda bir aydan sonra həmin məbləğin bir neçə misli qədər gəlir əldə ediləcəyi barədə yalan məlumat verib aldadaraq hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun 2022-ci ilin avqust ayının ortalarında Ağcabədi rayonu ərazisində yerləşən müxtəlif ödəmə terminallarından göndərdiyi hissəhissə olmaqla ümumilikdə xeyli miqdarda 6.000 manat məbləğində pul vəsaitinin özünə məxsus olan 4098 5844 5033 2422 nömrəli "xxxx" ASC-ə aid bank kartının hesabına köçürülməsinə nail olub həmin pul vəsaitlərini lotereya oyunlarına deyil, şəxsi məqsədlərinə sərf etməklə Zərərçəkmiş şəxs9 xeyli miqdarda 6.000 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə sosial şəbəkə hesablarında elan yerləşdirib özünü lotereya oyunları təşkil edən şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs8 həmin lotereya oyunlarına hər hansı məbləğin yatırılacağı halda bir aydan sonra həmin məbləğin bir neçə misli qədər gəlir əldə ediləcəyi barədə yalan məlumat verib aldadaraq hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun 2022-ci ilin avqust ayının ortalarında Ağcabədi rayonu ərazisində yerləşən müxtəlif ödəmə terminallarından göndərdiyi hissəhissə olmaqla ümumilikdə 1.500 manat məbləğində pul vəsaitinin özünə məxsus olan 4098 5844 5033 2422 nömrəli "xxxx" ASC-ə aid bank kartının hesabına köçürülməsinə nail olub həmin pul vəsaitlərini lotereya oyunlarına deyil, şəxsi məqsədlərinə sərf etməklə Zərərçəkmiş şəxs8 1.500 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə sosial şəbəkə hesablarında elan yerləşdirib özünü lotereya oyunları təşkil edən şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs5 həmin lotereya oyunlarına hər hansı məbləğin yatırılacağı halda bir aydan sonra həmin məbləğin bir neçə misli qədər gəlir əldə ediləcəyi barədə yalan məlumat verib aldadaraq hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun 2022-ci ilin avqust ayının ortalarında Ağcabədi rayonu ərazisində yerləşən müxtəlif ödəmə terminallarından göndərdiyi hissəhissə olmaqla ümumilikdə 1088 manat məbləğində pul vəsaitinin özünə məxsus olan 4098 5844 5033 2422 nömrəli "xxxx" ASC-ə aid bank kartının hesabına köçürülməsinə nail olub həmin pul vəsaitlərini lotereya oyunlarına deyil, şəxsi məqsədlərinə sərf etməklə Zərərçəkmiş şəxs5 1088 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə sosial şəbəkə hesablarında elan yerləşdirib özünü lotereya oyunları təşkil edən şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs7 həmin lotereya oyunlarına hər hansı məbləğin yatırılacağı halda bir aydan sonra həmin məbləğin bir neçə misli qədər gəlir əldə ediləcəyi barədə yalan məlumat verib aldadaraq hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun 17 avqust 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində Ağcabədi rayonu və Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən müxtəlif ödəmə terminallarından göndərdiyi hissə-hissə olmaqla ümumilikdə 1.400 manat məbləğində pul vəsaitinin özünə məxsus olan 4098 5844 5033 2422 nömrəli "xxxx" ASC-ə aid bank kartının hesabına köçürülməsinə nail olub həmin pul vəsaitlərini lotereya oyunlarına deyil, şəxsi məqsədlərinə sərf etməklə Zərərçəkmiş şəxs7 1.400 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə sosial şəbəkə hesablarında elan yerləşdirib özünü lotereya oyunları təşkil edən şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs4 həmin lotereya oyunlarına hər hansı məbləğin yatırılacağı halda bir aydan sonra həmin məbləğin bir neçə misli qədər gəlir əldə ediləcəyi barədə yalan məlumat verib aldadaraq hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun 2022-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşadığı mənzildə mobil tətbiq vasitəsilə göndərdiyi hissə-hissə olmaqla ümumilikdə 2.363 manat məbləğində pul vəsaitinin özünə məxsus olan 4098 5844 5033 2422 nömrəli "xxxx"ASC-ə aid bank kartının hesabına köçürülməsinə nail olub həmin pul vəsaitlərini lotereya oyunlarına deyil, şəxsi məqsədlərinə sərf etməklə Zərərçəkmiş şəxs4 2.363 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2022-ci ilin aprel ayından lotoreya oyununa qoşulmuşdur, sosial şəbəkədə bu oyunla bağlı elan olmuşdur, elanda görəndən sonra özüdə bu oyuna qoşulmuşdur . Oyunun adı “Gift of legacy” olmuşdur, həmin oyunda qollar olmuşdur, o da kiminsə qoluna qoşulmuşdur. Həmin insan gedəndən sonra bir müddət özü tək davam etmiş, belə davam etdiyinə görə artıq onda olan iştirakçiların sayı artmış, bu oyun piramida formasında bir oyun olmuş, pul dövriyyəsi olmuşdur, ona verilmiş ittihamın çox hissəsi ilə razı deyil, ona verilmiş ittihamda göstərilmişdir ki, pullar topa şəklində atılıb, zərərçəkənlərin dediklərinə görə heç bir pul qayıtmayıb, amma əslində azda olsa pulların bəzi hissəsi geri qaytarılıb. Bunun sübutları onun kartında və polis tərəfindən götürülmüş telefonunda var. o, aprel ayından sentyabra qədər bu oyuna qoşulmuşdur . 2022-ci ilin iyun ayından 2022-ci ilin sentyabr ayına kimi isə artıq başqa şəxsləri oyuna qoşmuş və onlardan pul götürmüşdür. Zərərçəkmiş şəxslərdən əksəriyyətini tanımamışdır, zərərçəkmişlərin çoxu onunla birbaşa rabitədə olmamışlar. Pulu ona kart vasitəsi ilə köçürtmüşlər, pul köçürmələri Əsmər xanım vasitəsi ilə onun kartına atılmışdır. Əsmər xanımı oyun zamanı tanımışdır. Bu oyun pramida sistemi olduğu üçün pulu beşindən alıb bir nəfərə vermişdir. Onun bu oyundan demək olar ki heç bir qazancı olmamışdır. Sonradan borcun yığıldığını görüb və bu oyuna davam etməklə bu işdən çıxa biləcəyini düşünmüşdür. Sentyabrda səhv düşündüyünü başa düşmüş və oyun dayandırılmışdır. Onuda bu oyuna “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Jalə xanım adlı bir şəxs qoşmuşdur, Jalə xanımı tanımamışdır. Həmin şəxs özünə lazım olanı götürüb oyundan çıxıb getmişdir, həmin şəxsi heç axtarmamış, sosial şəbəkə vasitəsi ilə qoşulduğu üçün izini itirmişdir. Qeydiyyatdan sayt vasitəsi ilə keçirilmişdir və heç bir vergi ödənilməmişdir. Oyunda sadəcə adlar yazılmışdı, 5 misli və 7 misli qazancı olmasını ona necə çatdırılmışdırsa oda eyni şəkildə digər qoşulanlara çatdırmışdır, oyunun qaydasına görə 1 qoyub 8 götürmək olmuş, normal olaraq 8 misli olmadığıda olmuşdur, bəzən 6 mislidə olmuşdur, öz qazancı təxmini olaraq 3000 manat olmuşdur. Aprel ayından iyun ayı ərzində sadəcə bir dəfə 170 manat pul götürmüşdür. İlk dəfə özü 25 manat pul qoymuşdur, o dəvət etdikləri adamların pul qazanacaqlarını düşünmüşdür. Sonradan oyunun mahiyyətini dərk etmişdir və qazanmayacaqlarımı anlamışdır. Zərərçəkənlərin çoxu qohumu vasitəsi ilə qoşulmuşdur. Əmisinin yoldaşı qoşmuşdur. Amma əmisinin yoldaşı özü bu oyuna qoşulmamışdır. Zərərçəkmişlər ondan qabaq başqa şəxslərlə birlikdə bu oyuna oxşar oyuna qoşulmuşdular. Daha sonra onun qoşulduğu oyuna qoşulmuşlar. Əvvəlcə qoşulduqları oyundada zərərçəkiblər. Bu söhbətlərin hamısı vatsap yazışmalarında qeyd edilmişdir. O bu oyunda batmaq riskinin olduğunu bilməmiş və buna görə hər kəsə batma riskinin olmadığını demişdir. Kart və telefon açıldıqdan sonra onun borcu nə qədərdisə ödəməyə razıdır. Zərərçəkmişlərin dedikləri 11 min və 6 min manat pulun ona köçürülməsi ilə razı deyildir. Ancaq kart və telefon açılıdıqdan sonra dəqiq nə qədər göndərdiklərini deyə bilər. Ona 2 mindən artıq pul atılmayıb və o puluda lazım olsa qaytaracaq. Məbləğ dəqiqləşəndən sonra hamısını qaytaracaq. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki,2022-ci ilin yay aylarında “İnstagram” sosial şəbəkəsində “Gift of legacy” adlı qrup yaratmış və insanlara bildirmişdir ki, lotereya təşkil etmişdir, kim həmin lotereyaya nə qədər məbləğdə pul yatırsa, bir aydan sonra həmin məbləğin 5 misli, yaxud da 7 misli qədər qazanc əldə edəcəkdir. Elanda özünə aid olan "xxxx" kartının nömrəsini qoymuş və bildirmişdir ki, kim pul yatırmaq istəsə, pulu həmin kart hesabına köçürsün. Bu yolla o, 2022-ci ilin iyul ayından həmin ilin sentyabr ayının sonuna qədər təxminən 10 nəfərə qədər şəxsdən pul almışdır. Belə ki, həmin şəxslər elanı görəndən sonra onunla “İnstagram” vasitəsi ilə danışmış, o, da həmin şəxslərə yalandan izah etmişdir ki, onun təşkil etdiyi lotereyaya pul yatırılsa, yatırdıqları pulun 5 misli qədər, bəzi şəxslərə isə 7 misli qədər qazanc əldə edəcəklər. Həmin şəxslər də inanmış və ondan soruşmuşlar ki, pulu necə yatırsınlar, o, da bank kartının şəklini göndərmiş və bildirmişdir ki, pulu həmin karta göndərsinlər. Həmin şəxslər də onun kartına pul göndərmişlər. Əslində o, heç bir lotereya təşkil etməmiş və heç kimə də qazanc verə bilməmişdir, çünki insanlardan aldığı pulu hər hansı bir dövriyyəyə buraxmamış və hər hansı bir lotereya oyununa sərf etməmişdir. Məqsədi bu imiş ki, lotereya oyununa qoşulmaq adı ilə insanları aldadıb pullarını ələ keçirsin. Ona müraciət edən həmin şəxslər də ona pul vəsaitlərini göndərəndən sonra həmin pulları Abşeron rayonunda müxtəlif bankomatlarda çıxarmış və şəxsi məqsədlərinə sərf etmişdir. Pul vəsaiti aldığı şəxslərin heç birini üzdən görməmiş, bütün danışıqlar “instagram” sosial şəbəkəsi üzərindən olmuş, yəni həmin şəxslər ona internet üzərindən zəng edib ondan məlumat almış, o, da onlara yalan məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2022-ci ilin iyul ayının ortalarında məlumat almışdır ki, Şakir adlı şəxs lotereya oyunları təşkil edir və insanlar həmin lotereya oyunlarına pul vəsaitləri yatırandan sonra gəlir əldə edirlər. Şakirin nömrəsini əldə etmiş və ona zəng etmiş, həmin lotereya ilə bağlı məlumat almışdır. Şakir bildirmişdir ki, o, həqiqətən də, lotereya oyunları təşkil edir və kim əgər həmin lotereya oyunlarına müəyyən məbləğdə pul yatırsa, bir aydan sonra həmin şəxsə yatırılan pulun 7 misli qədər gəlir veriləcək, yəni o, 100 manat lotereyaya pul yatırsa, bir aydan sonra 700 manat gəlir əldə edəcəkdir. Şakir bildirmişdir ki, o, insanların lotereyaya yatırdıqları pul vəsaitlərini depozit hesaba köçürür, həmin hesabda pul vəsaitləri dövriyyədə olur, həmin dövriyyə zamanı gəlir əldə edilir, məhz həmin əldə edilən gəlirdən insanlara pul verilir. O da qərara gəlmişdir ki, həmin lotereya oyunlarına pul yatırsın. Şakirə bildirmişdir ki, həmin lotereya oyunlarına pul yatırmaq istəyir. Şakir də özünün adına olan "xxxx" kartının nömrəsini ona vermiş və o, 2022-ci ilin iyul ayının ortasından 13 sentyabr 2022-ci il tarixədək Ağcabədi şəhərində və Bakı şəhərində olan müxtəlif bankomatlar və mobil tətbiq vasitəsi ilə Şakirin kartına 1800 manat pul köçürmüşdür. Bundan başqa o, digər şəxslərin də pullarını öz kartlarından Şakirə göndərmişdir. Amma həmin pullar ona məxsus olmamışdır. Lakin o, 1800 manat pul versə də, Şakir ona gəlir verməmişdir. O, dəfələrlə Şakirdən soruşmuşdur ki, onun gəlirlərini zaman verəcək, Şakir də hər dəfə bəhanələr gətirmiş, ona yalandan bildirmişdir ki, guya onun verdiyi pul vəsaitləri hansısa hesabda dövriyyədədir, qısa müddətdən sonra ona gəlir veriləcəkdir. Lakin o, başa düşmüşdür ki, Şakir heç bir lotereya oyunları keçirmir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2022-ci ilin iyul ayının sonlarında o, tanışları ilə söhbət edərkən eşitmişdir ki, Şakir adlı şəxs lotereya oyunları təşkil edir və insanlar həmin lotereya oyunlarına pul vəsaitləri yatırandan sonra gəlir əldə edirlər. Şakirin nömrəsini əldə etmiş və zəng edib həmin lotereya ilə bağlı ondan məlumat almışdır. Şakir bildirmişdir ki, o, həqiqətən də lotereya oyunları təşkil edir və kim əgər həmin lotereya oyunlarına müəyyən məbləğdə pul yatırsa, bir aydan sonra həmin şəxsə yatırılan pulun 7 misli qədər gəlir veriləcək, yəni o, 100 manat lotereyaya pul yatırsa, bir aydan sonra 700 manat gəlir əldə edəcəkdir. Şakir bildirmişdir ki, o, insanların lotereyaya yatırdıqları pul vəsaitlərini depozit hesaba köçürür, həmin hesabda pul vəsaitləri dövriyyədə olur, həmin dövriyyə zamanı gəlir əldə edilir, məhz həmin əldə edilən gəlirdən insanlara pul verilir. O da qərara gəlmişdir ki, həmin lotereya oyunlarına pul yatırsın. Şakirə bildirmişdir ki, həmin lotereya oyunlarına pul yatırmaq istəyir, Şakir də ona özünün adına olan "xxxx" kartının nömrəsini vermiş və o, 2022-ci ilin iyul ayının sonundan sentyabr ayının ortalarına qədər Ağdam rayonunda olan müxtəlif bankomatlar vasitəsi ilə Şakirin kartına 11.000 manat pul köçürmüşdür. Lakin o, 11.000 manat pul versə də, Şakir ona gəlir verməmişdir. O, dəfələrlə Şakirdən soruşmuşdur ki, onun gəlirləri nə zaman veriləcəkdir, Şakir də hər dəfə bəhanələr gətirib yalandan bildirmişdir ki, guya onun verdiyi pul vəsaitləri hansısa hesabda dövriyyədədir, qısa müddətdən sonra ona gəlir veriləcəkdir. Lakin o, başa düşmüşdür ki, Şakir heç bir lotereya oyunları təşkil etməmiş, bu adla insanlardan pulları almış və həmin pulları şəxsi məqsədlərinə sərf etmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2022-ci ilin avqust ayının əvvəlində xəbər tutmuşdur ki, Şakir adlı şəxs lotereya oyunları təşkil edir və insanlar həmin lotereya oyunlarına pul vəsaitləri yatırandan sonra gəlir əldə edirlər. Şakirin nömrəsini əldə etmiş və zəng edib həmin lotereya ilə bağlı ondan məlumat almışdır. Şakir bildirmişdir ki, o, həqiqətən də, lotereya oyunları təşkil edir və kim əgər həmin lotereya oyunlarına müəyyən məbləğdə pul yatırsa, bir aydan sonra həmin şəxsə yatırılan pulun 7 misli qədər gəlir veriləcək, yəni o, 100 manat lotereyaya pul yatırsa, bir aydan sonra 700 manat gəlir əldə edəcəkdir. Şakir bildirmişdir ki, o, insanların lotereyaya yatırdıqları pul vəsaitlərini depozit hesaba köçürür, həmin hesabda pul vəsaitləri dövriyyədə olur, həmin dövriyyə zamanı gəlir əldə edilir, məhz həmin əldə edilən gəlirdən insanlara pul verilir.O da qərara gəlmişdir ki, həmin lotereya oyunlarına pul yatırsın və Şakirə bildirmişdir ki, lotereya oyunlarına pul yatırmaq istəyir. Şakir də özünün adına olan "xxxx" kartının nömrəsini vermiş və o, 2022-ci ilin avqust ayının əvvəlində yaşadığı Ağcabədi şəhərində telefon vasitəsi ilə özünün “Leo” kart, “Rabitəbank” kart və digər kartlarından Şakirin kartlarına cəmi 2300 manat pul göndərmişdir. Lakin Şakir ona gəlir verməmişdir. O, dəfələrlə Şakirdən soruşmuşdur ki, onun gəlirləri nə zaman veriləcək, Şakir də hər dəfə bəhanələr gətirib yalandan bildirmişdir ki, guya verdiyi pul vəsaitləri hansısa hesabda dövriyyədədir, qısa müddətdən sonra ona gəlir veriləcəkdir. Lakin o, başa düşmüşdür ki, Şakir heç bir lotereya oyunları keçirməmiş, bu adla insanlardan pulları almış və həmin pulları şəxsi məqsədlərinə sərf etmişdir. Şakir həmin üsulla da onun 2300 manatını ələ keçirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs mənimsədiyi pulu geri qaytardığı üçün ondan şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, 2022-ci ilin avqust ayının ortalarında məlumat almışdır ki, Şakir adlı şəxs lotereya oyunları təşkil edir və insanlar həmin lotereya oyunlarına pul vəsaitləri yatırandan sonra gəlir əldə edirlər. Şakirin nömrəsini əldə etmiş və zəng edib həmin lotereya ilə bağlı məlumat almışdır. Şakir bildirmişdir ki, o, həqiqətən də, lotereya oyunları təşkil edir və kim əgər həmin lotereya oyunlarına müəyyən məbləğdə pul yatırsa, bir aydan sonra həmin şəxsə yatırılan pulun 7 misli qədər gəlir veriləcək, yəni o, 100 manat lotereyaya pul yatırsa, bir aydan sonra 700 manat gəlir əldə edəcəkdir. Şakir bildirmişdir ki, o, insanların lotereyaya yatırdıqları pul vəsaitlərini depozit hesaba köçürür, həmin hesabda pul vəsaitləri dövriyyədə olur, həmin dövriyyə zamanı gəlir əldə edilir, məhz həmin əldə edilən gəlirdən insanlara pul verilir. O fikirləşmişdir ki, həmin lotereya oyunlarına pul yatırsın. Şakirə bildirmişdir ki, həmin lotereya oyunlarına pul yatırmaq istəyir. Şakir də ona özünün adına olan "xxxx" kartının nömrəsini vermiş və o da 2022-ci ilin avqust ayının ortasında Ağcabədi şəhərində olan müxtəlif bankomatlar vasitəsi ilə Şakirin kartına 1500 manat pul köçürmüşdür. Lakin o, 1500 manat pul versə də, Şakir ona gəlir verməmişdir. Soruşmuşdur ki, onun gəlirləri nə zaman veriləcəkdir, Şakir də hər dəfə bəhanələr gətirib yalandan bildirmişdir ki, guya verdiyi pul vəsaitləri hansısa hesabda dövriyyədədir, qısa müddətdən sonra ona gəlir veriləcəkdir. Lakin o, başa düşmüşdür ki, Şakir heç bir lotereya oyunları keçirməmiş, bu adla insanlardan pulları almış və həmin pulları şəxsi məqsədlərinə sərf etmişdir. Zərərçəkmiş şəxs8 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, 2022-ci ilin avqust ayının ortalarında tanışlarından xəbər tutmuşdur ki, Şakir adlı şəxs lotereya oyunları təşkil edir və insanlar həmin lotereya oyunlarına pul vəsaitləri yatırandan sonra gəlir əldə edirlər. Şakirin nömrəsini tanışlarından əldə edib lotereya ilə bağlı məlumat almışdır. Şakir bildirmişdir ki, o, həqiqətən də, lotereya oyunları təşkil edir və kim əgər həmin lotereya oyunlarına müəyyən məbləğdə pul yatırsa, bir aydan sonra həmin şəxsə yatırılan pulun, 5 misli qədər gəlir veriləcək, yəni o, 100 manat lotereyaya pul yatırsa, bir aydan sonra 500 manat gəlir əldə edəcəkdir. Şakir izah etmişdir ki, o, insanların lotereyaya yatırdıqları pul vəsaitlərini depozit hesaba köçürür, həmin hesabda pul vəsaitləri dövriyyədə olur, həmin dövriyyə zamanı gəlir əldə edilir, məhz həmin əldə edilən gəlirdən insanlara pul verilir. O, da fikirləşmişdir ki, həmin lotereya oyunlarına pul yatırsın. Şakirə bildirmişdir ki, həmin lotereya oyunlarına pul yatırmaq istəyir. Şakir də özünün adına olan "xxxx" kartının nömrəsini vermiş və 17 avqust 2022-ci il tarixdən 10 sentyabr 2022-ci ilə qədər olan müddət ərzində Ağcabədi şəhərində və Bakı şəhərində Yasamal rayonunda müxtəlif bankomatlardan cəmi olaraq 1400 manat pul göndərmişdir. O, həmin məbləğdə pulları Şakirə versə də, Şakir ona gəlir verməmişdir. O, dəfələrlə Şakirdən gəlirlərinin nə zaman veriləcəyi barədə soruşduqda, Şakir hər dəfə bəhanələr gətirib yalandan bildirmişdir ki, guya onun verdiyi pul vəsaitləri hansısa hesabda dövriyyədədir, qısa müddətdən sonra gəlir veriləcəkdir. Lakin o,başa düşmüşdür ki, Şakir heç bir lotereya oyunları keçirməmiş, bu adla insanlardan pulları almış və həmin pulları şəxsi məqsədlərinə sərf etmişdir. Şakir həmin üsulla onun 1400 manatını ələ keçirmişdir. Zərərçəkmiş şəxs7 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2022-ci ilin sentyabr ayının sonlarında xəbər tutmuşdur ki, Şakir adlı şəxs lotereya oyunları təşkil edir və həmin lotereya oyunlarına pul vəsaitləri yatıran adamlar yaxşı pul qazana bilirlər. Şakirin nömrəsini tapıb danışmış və lotereya haqqında ondan məlumatlar almışdır. Şakir bildirmişdir ki, o, həqiqətən də lotereya oyunları təşkil edir və kim əgər həmin lotereya oyunlarına müəyyən məbləğdə pul yatırsa, bir aydan sonra həmin şəxsə yatırılan pulun, 4 misli qədər gəlir veriləcək. Şakir izah etmişdir ki, o, insanların lotereyaya yatırdıqları pul vəsaitlərini depozit hesaba köçürür, həmin hesabda pul vəsaitləri dövriyyədə olur, həmin dövriyyə zamanı gəlir əldə edilir, məhz həmin əldə edilən gəlirdən insanlara pul verilir. O, da fikirləşmişdir ki, həmin lotereya oyunlarına pul yatırsın.Şakirə bildirmişdir ki, həmin lotereya oyunlarına pul yatırmaq istəyir.Şakir də ona özünün adına olan "xxxx" kartının nömrəsini vermiş və o, 2022-ci ilin sentyabr ayının sonunda yaşadığı yerdən, yəni Sabunçu rayonu Pirşağı qəsəbəsində istifadə etdiyi mobil telefon vasitəsi ilə mobil tətbiqdən istifadə etməklə Şakirin kartına 2363 manat pul göndərmişdir. Lakin Şakir söz verdiyinə uyğun olaraq ona gəlir verməmişdir. Şakir hər dəfə bəhanələr gətirməyə başlamış, yalandan bildirmişdir ki, guya onun verdiyi pul vəsaitləri hansısa hesabda dövriyyədədir, qısa müddətdən sonra ona gəlir veriləcəkdir. Başa düşmüşdür ki, Şakir heç bir lotereya oyunları keçirməmiş, o, bu adla insanlardan pulları almış və həmin pulları şəxsi məqsədlərinə sərf etmişdir. Şakir həmin üsulla da onun 2363 manatını ələ keçirmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 2022-ci ilin iyul ayının sonlarında tanışları ilə söhbət edərkən eşitmişdir ki, Şakir adlı şəxs lotereya oyunları təşkil edir və insanlar həmin lotereya oyunlarına pul vəsaitləri yatırandan sonra gəlir əldə edirlər. Şakirin nömrəsini əldə etmiş və zəng edib həmin lotereya ilə bağlı ondan məlumat almışdır. Şakir bildirmişdir ki, o, həqiqətən də, lotereya oyunları təşkil edir və kim əgər həmin lotereya oyunlarına müəyyən məbləğdə pul yatırsa, bir aydan sonra həmin şəxsə yatırılan pulun, 5 misli qədər gəlir veriləcək, yəni o, 100 manat lotereyaya pul yatırsa, bir aydan sonra 500 manat gəlir əldə edəcəkdir. Şakir izah etmişdir ki, o, insanların lotereyaya yatırdıqları pul vəsaitlərini depozit hesaba köçürür, həmin hesabda pul vəsaitləri dövriyyədə olur, həmin dövriyyə zamanı gəlir əldə edilir, məhz həmin əldə edilən gəlirdən insanlara pul verilir. O, da qərara gəlmişdir ki, həmin lotereya oyunlarına pul yatırsın və Şakirə bildirmişdir ki, həmin lotereya oyunlarına pul yatırmaq istəyir. Şakir də ona özünün adına olan "xxxx" kartının nömrəsini vermiş və o, 2022-ci ilin iyul ayının sonundan sentyabr ayının ortalarına qədər Bakıxanov qəsəbəsində olan müxtəlif bankomatlar vasitəsi ilə Şakirin kartına 1.350 manat pul köçürmüşdür. Lakin o, 1.350 manat pul versə də, Şakir ona gəlir verməmişdir. O,dəfələrlə Şakirdən gəlirlərinin nə zaman veriləcəyini soruşduqda, Şakir də hər dəfə bəhanələr gətirib yalandan bildirmişdir ki, guya verdiyi pul vəsaitləri hansısa hesabda dövriyyədədir, qısa müddətdən sonra ona gəlir veriləcəkdir. Lakin o, başa düşmüşdür ki, Şakir heç bir lotereya oyunları keçirməmiş, bu adla insanlardan pulları almış və həmin pulları şəxsi məqsədlərinə sərf etmişdir. Şakir həmin üsulla onun 1350 manatını ələ keçirmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayının ortalarında məlumat almışdır ki, Şakir adlı şəxs lotereya oyunları təşkil edir və insanlar həmin lotereya oyunlarına pul vəsaitləri yatırandan sonra gəlir əldə edirlər. Şakirin nömrəsini əldə etmiş və zəng edib həmin lotereya ilə bağlı məlumat almışdır. O, Şakiri üzdən görməmiş, yalnız telefonla danışmışdır. Şakir bildirmişdir ki, o, həqiqətən də, lotereya oyunları təşkil edir və kim əgər həmin lotereya oyunlarına müəyyən məbləğdə pul yatırsa, bir aydan sonra həmin şəxsə yatırılan pulun, 5 misli qədər gəlir veriləcək, yəni o, 100 manat lotereyaya pul yatırsa, bir aydan sonra 500 manat gəlir əldə edəcəkdir. Şakir izah etmişdir ki, o, insanların lotereyaya yatırdıqları pul vəsaitlərini depozit hesaba köçürür, həmin hesabda pul vəsaitləri dövriyyədə olur, həmin dövriyyə zamanı gəlir əldə edilir, məhz həmin əldə edilən gəlirdən insanlara pul verilir. O, da fikirləşmişdir ki, həmin lotereya oyunlarına pul yatırsın. Şakirə bildirmişdir ki, həmin lotereya oyunlarına pul yatırmaq istəyir. Şakir də özünün adına olan "xxxx" kartının nömrəsini vermiş və o, 2022-ci ilin avqust ayının ortalarında Ağcabədi şəhərində olan müxtəlif bankomatlar vasitəsi ilə Şakirin kartına 1.088 manat pul köçürmüşdür. Lakin pul versə də, Şakir ona gəlir verməmişdir. O, dəfələrlə Şakirdən onun gəlirlərinin nə zaman veriləcəyini soruşmuş, Şakir də hər dəfə bəhanələr gətirib yalandan bildirmişdir ki, guya verdiyi pul vəsaitləri hansısa hesabda dövriyyədədir, qısa müddətdən sonra ona gəlir veriləcəkdir. Lakin o,başa düşmüşdür ki, Şakir heç bir lotereya oyunları keçirməmiş, bu adla insanlardan pulları almış və həmin pulları şəxsi məqsədlərinə sərf etmişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayının ortalarında məlumat almışdır ki, Şakir adlı şəxs lotereya oyunları təşkil edir və insanlar həmin lotereya oyunlarına pul vəsaitləri yatırandan sonra gəlir əldə edirlər. Şakirin nömrəsini tanışlarından əldə edib lotereya ilə bağlı məlumat almışdır. Şakir bildirmişdir ki, o, həqiqətən də, lotereya oyunları təşkil edir və kim əgər həmin lotereya oyunlarına müəyyən məbləğdə pul yatırsa, bir aydan sonra həmin şəxsə yatırılan pulun, 7 misli qədər gəlir veriləcək, yəni o, 100 manat lotereyaya pul yatırsa, bir aydan sonra 700 manat gəlir əldə edəcəkdir. Şakir izah etmişdir ki, o, insanların lotereyaya yatırdıqları pul vəsaitlərini depozit hesaba köçürür, həmin hesabda pul vəsaitləri dövriyyədə olur, həmin dövriyyə zamanı gəlir əldə edilir, məhz həmin əldə edilən gəlirdən insanlara pul verilir. O, da fikirləşmişdir ki, həmin lotereya oyunlarına pul yatırsın. Şakirə bildirmişdir ki, həmin lotereya oyunlarına pul yatırmaq istəyir. Şakir də ona özünün adına olan "xxxx" kartının nömrəsini vermiş və o, 2022-ci ilin avqust ayının ortalarında Ağcabədi şəhərində olan müxtəlif bankomatlar vasitəsi ilə Şakirin kartına 6000 manat pul köçürmüşdür. Lakin o, 6000 manat pul versə də, Şakir ona gəlir verməmişdir. O, dəfələrlə Şakirdən gəlirlərinin nə zaman veriləcəyi barədə soruşmuş, Şakir də hər dəfə bəhanələr gətirib yalandan bildirmişdir ki, guya onun verdiyi pul vəsaitləri hansısa hesabda dövriyyədədir, qısa müddətdən sonra ona gəlir veriləcəkdir. Lakin o, başa düşmüşdür ki, Şakir heç bir lotereya oyunları keçirməmiş, bu adla insanlardan pulları almış və həmin pulları şəxsi məqsədlərinə sərf etmişdir. Zərərçəkmiş şəxs9 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyan tam ödəmişdir, heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bank məlumatlarına baxış keçirilməsi haqqında 28 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olmuş 4098 58** **** 3880 nömrəli, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 4090 58** **** 5016 nömrəli kart hesablarından Təqsirləndirilən şəxs istifadəsində olmuş 4098 58** **** 2422 nömrəli kart hesabına müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaiti köçürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş 4098 5844 5033 2422 nömrəli kart hesabına müxtəlif şəxslərə məxsus bank kartlarından müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul vəsaitlərinin mədaxil olunmuşdur. Zərərçəkmiş şəxs2 ona 1800 manat məbləğində maddi ziyan vurulduğunu bildirsə də, daxil olmuş bank məlumatlarında onun tərəfindən Təqsirləndirilən şəxs bank kartının hesabına xeyli məbləğdə pul vəsaitlərinin göndərildiyi müəyyən edilmişdir. Bununla bağlı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, digər zərərçəkmiş şəxslərin də pullarının bir hissəsini öz hesabından göndərmişdir, lakin ona məxsus olan pul vəsaiti yalnız 1800 manatdır. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 4098 58** **** 2422 nömrəli kart hesabına müxtəlif şəxslərə məxsus bank kartlarından müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul vəsaitlərinin mədaxil olunması müəyyən olunur (cild 1, i.v.98-99); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, i.v.157); Bank məlumatlarına baxış keçirilməsi haqqında 06 fevral 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-nin 06 fevral 2023-cü il tarixli, 2023/49/915 nömrəli məktubuna əlavə edilmiş bir ədəd “CD” markalı diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 4169 74** **** 7154 nömrəli kart hesabından müxtəlif vaxtlarda alış-veriş edilməsi və müxtəlif ATM vasitəsi ilə pul vəsaitinin məxaric olunması, həmçinin dövr üzrə 800 manat pul vəsaitinin məxaric olunması və 800 manat pulun mədaxil olması müəyyən edilmişdir (cild 1, i.v.159-160); Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 2, i.v.10-13); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 2, i.v.24-27); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir (cild 2, i.v.40-43); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etirafedici izahat və ifadələri, zərərçəkmiş şəxslərin izahat ifadələri, “bank məlumatlarına baxış keçirilməsi haqqında” protokollar, zərərçəkmiş şəxslər tərəfindən Təqsirləndirilən şəxs məxsus 4098 58** **** 2422 nömrəli "xxxx" bank kartının hesabına pul vəsaitlərinin köçürülməsinə dair ödəniş qəbzlərinin surətləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. "xxxx" ASC-nin 28 dekabr 2022-ci il tarixli, HTİD/10047 nömrəli məktubuna əlavə edilmiş bir ədəd və "xxxx" ASC-nin 06 fevral 2023-cü il tarixli, 2023/49/915 nömrəli məktubuna əlavə edilmiş bir ədəd olmaqla ümumilikdə 02 ədəd “CD” disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işi materiallarına əlavə olunmuşdur (cild 2, i.v.50- 63); Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2022-ci ilin aprel ayından lotoreya oyununa qoşulmuşdur, sosial şəbəkədə bu oyunla bağlı elan olmuşdur, elanda görəndən sonra özüdə bu oyuna qoşulmuşdur. Oyunun adı “Gift of legacy” olmuşdur, həmin oyunda qollar olmuşdur, o da kiminsə qoluna qoşulmuşdur. Həmin insan gedəndən sonra bir müddət özü tək davam etmiş, belə davam etdiyinə görə artıq onda olan iştirakçiların sayı artmış, bu oyun piramida formasında bir oyun olmuş, pul dövriyyəsi olmuşdur, ona verilmiş ittihamın çox hissəsi ilə razı deyil, ona verilmiş ittihamda göstərilmişdir ki, pullar topa şəklində atılıb, zərərçəkənlərin dediklərinə görə heç bir pul qayıtmayıb, amma əslində azda olsa pulların bəzi hissəsi geri qaytarılıb. Bunun sübutları onun kartında və polis tərəfindən götürülmüş telefonunda var. o, aprel ayından sentyabra qədər bu oyuna qoşulmuşdur. 2022-ci ilin iyun ayından 2022-ci ilin sentyabr ayına kimi isə artıq başqa şəxsləri oyuna qoşmuş və onlardan pul götürmüşdür. Zərərçəkmiş şəxslərdən əksəriyyətini tanımamışdır, zərərçəkmişlərin çoxu onunla birbaşa rabitədə olmamışlar. Pulu ona kart vasitəsi ilə köçürtmüşlər, pul köçürmələri Əsmər xanım vasitəsi ilə onun kartına atılmışdır. Əsmər xanımı oyun zamanı tanımışdır. Bu oyun pramida sistemi olduğu üçün pulu beşindən alıb bir nəfərə vermişdir. Onun bu oyundan demək olar ki heç bir qazancı olmamışdır. Sonradan borcun yığıldığını görüb və bu oyuna davam etməklə bu işdən çıxa biləcəyini düşünmüşdür. Sentyabrda səhv düşündüyünü başa düşmüş və oyun dayandırılmışdır. Onuda bu oyuna “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Jalə xanım adlı bir şəxs qoşmuşdur, Jalə xanımı tanımamışdır. Həmin şəxs özünə lazım olanı götürüb oyundan çıxıb getmişdir, həmin şəxsi heç axtarmamış, sosial şəbəkə vasitəsi ilə qoşulduğu üçün izini itirmişdir. Qeydiyyatdan sayt vasitəsi ilə keçirilmişdir və heç bir vergi ödənilməmişdir. Oyunda sadəcə adlar yazılmışdı, 5 misli və 7 misli qazancı olmasını ona necə çatdırılmışdırsa oda eyni şəkildə digər qoşulanlara çatdırmışdır, oyunun qaydasına görə 1 qoyub 8 götürmək olmuş, normal olaraq 8 misli olmadığıda olmuşdur, bəzən 6 mislidə olmuşdur, öz qazancı təxmini olaraq 3000 manat olmuşdur. Aprel ayından iyun ayı ərzində sadəcə bir dəfə 170 manat pul götürmüşdür. İlk dəfə özü 25 manat pul qoymuşdur, o dəvət etdikləri adamların pul qazanacaqlarını düşünmüşdür. Sonradan oyunun mahiyyətini dərk etmişdir və qazanmayacaqlarımı anlamışdır...” Məhkəmə onun bu ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək hesab edir ki, o, bu məzmunda ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışır. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək şübhəli şəxs və təqsirləndirilən şəxs qismində yuxarıda qeyd edilən məzmunda etirafedici ifadələr vermiş, həmin ifadələr özü və müdafiəçisinin iştirakı ilə imzalanmışdır. Bundan başqa, iş üzrə zərərçəkmiş şəxslər ayrı ayrılıqda təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatları yuxarıda qeyd edilən ifadələri ilə təkzib etmişdir. Məhkəmə, zərərçəkmiş şəxslərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxslərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan başqa, bank məlumatlarına baxış keçirilməsi haqqında 28 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olmuş 4098 58** **** 3880 nömrəli, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 4090 58** **** 5016 nömrəli kart hesablarından Təqsirləndirilən şəxs istifadəsində olmuş 4098 58** **** 2422 nömrəli kart hesabına müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaiti köçürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş 4098 5844 5033 2422 nömrəli kart hesabına müxtəlif şəxslərə məxsus bank kartlarından müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul vəsaitlərinin mədaxil olunmuşdur. Zərərçəkmiş şəxs2 ona 1800 manat məbləğində maddi ziyan vurulduğunu bildirsə də, daxil olmuş bank məlumatlarında onun tərəfindən Təqsirləndirilən şəxs bank kartının hesabına xeyli məbləğdə pul vəsaitlərinin göndərildiyi müəyyən edilmişdir. Bununla bağlı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, digər zərərçəkmiş şəxslərin də pullarının bir hissəsini öz hesabından göndərmişdir, lakin ona məxsus olan pul vəsaiti yalnız 1800 manatdır. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 4098 58** **** 2422 nömrəli kart hesabına müxtəlif şəxslərə məxsus bank kartlarından müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul vəsaitlərinin mədaxil olunması müəyyən olunmuşdur (cild 1, i.v.98-99); Bank məlumatlarına baxış keçirilməsi haqqında 06 fevral 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-nin 06 fevral 2023-cü il tarixli, 2023/49/915 nömrəli məktubuna əlavə edilmiş bir ədəd “CD” markalı diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 4169 74** **** 7154 nömrəli kart hesabından müxtəlif vaxtlarda alış-veriş edilməsi və müxtəlif ATM vasitəsi ilə pul vəsaitinin məxaric olunması, həmçinin dövr üzrə 800 manat pul vəsaitinin məxaric olunması və 800 manat pulun mədaxil olması müəyyən edilmişdir (cild 1, i.v.159-160); Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrinə əsasən əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1.bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə; “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 42-ci bəndinə əsasən CPM-nin 39.1.3cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi və CPM-in 39.1.5-ci maddəsində nəzərdə tutulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ölməsi kimi cinayət təqibini istisna edən hallar olduqda və müdafiə tərəfi bəraətverici sayılmayan həmin əsaslarla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə cinayət-prosessual qanunun 44.2.1 və 44.2.1-1-ci maddələrinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə (ölmüş təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsə) cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs verilmiş ittihamda Zərərçəkmiş şəxs3 2300 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etməsi epizodu üzrə hokmün qanuni qüvvəyə minənədək cinayət məsuliyyətinə cəlb edilmə müddətinin keçməsini, müdafiə tərəfinin həmin epizodun xitam edilməsi ilə bağlı razılığının olmamasını nəzərə alaraq hesab edir ki, göstərilən halı nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə edərək onlara dəymiş ziyanı tam olaraq ödəməsini(CM-59.1.13-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır(CPM- 198.1.), maddi sübutlar-"xxxx" ASC-nin 28 dekabr 2022-ci il tarixli, HTİD/10047 nömrəli məktubuna əlavə edilmiş bir ədəd və "xxxx" ASC-nin 06 fevral 2023-cü il tarixli, 2023/49/915 nömrəli məktubuna əlavə edilmiş bir ədəd olmaqla ümumilikdə 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar-"xxxx" ASC-nin 28 dekabr 2022-ci il tarixli, HTİD/10047 nömrəli məktubuna əlavə edilmiş bir ədəd və "xxxx" ASC-nin 06 fevral 2023-cü il tarixli, 2023/49/915 nömrəli məktubuna əlavə edilmiş bir ədəd olmaqla ümumilikdə 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-407/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-407/2024
26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver