Məhkəmə qərarları › İş №1(008)-408/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-408/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-408/2024 26.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Ermənistan Respublikasının Zəngibasar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evvli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək» haqqında iltizam qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs Qurban oğlu cavabdeh kimi ondan əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 170,00 manat olmaqla üç uşağa cəmi 510,00 manat, habelə xx.xx.2022-ci il təvəllüdlü X3 üç yaşı tamam olanadək hər ay 100.00 manat olmaqla cəmi 610,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(008)- 3467/2023 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə vetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(008)-5975/2023 nömrəli qərarı ilə on gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək cəmi 4867 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı işin tədqiq olunmuş obyektiv halları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ilə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 adında üç övladları dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olmasına baxmayaraq sonradan münasibətləri pozulduğundan Zərərçəkmiş şəxs ilə ayrılmışdır. Birgə nikahdan doğulmuş övladları ananın himayəsində qalmışdır. Zərərçəkmiş şəxs aliment tələbi ilə bağlı məhkəmə iddia qaldırmış, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ondan əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 170,00 manat olmaqla üç uşağa cəmi 510,00 manat, habelə xx.xx.2022-ci il təvəllüdlü X3 üç yaşı tamam olanadək hər ay 100,00 manat olmaqla cəmi 610.00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə ona bildiriş göndərilmişdir. Maddi imkanı kifayət qədər olmadığından aylıq aliment pulunu ödəyə bilməmişdir. Bundan sonra icra məmurunun qanuni tələbini icra etmədiyindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə on gün müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra ona icra üçün yeni müddətlər təyin edilərək, icra sənədini könüllü icra etməsi tələb olunmuş, həmçinin cinayət işı başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq edilmişdir. Təqdimat verilən xx.xx.2024-cü il tarixədək 4857,00 manat aliment borcu yaranmışdır. Gündəlik 30,00 manata icarəyə götürdüyü maşınla taxsi fəaliyyəti ilə məşğul olaraq yığılmış borcu ödəyir. Lakin hazrkı vaxta qədər borcunu tam ödəyə bilməmişdir. Мəhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 adında üç övladları dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olmasına baxmayaraq sonradan münasibətləri pozulduğundan Təqsirləndirilən şəxs ilə ayrılmışdır. Birgə nikahdan doğulmuş övladları ananın himayəsində qalmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqlarla maraqlanmamış və heç bir maddi köməklik göstərməmişdir. Bu səbəbdən boşanmaq və aliment tələbi ilə məhkəməyə müraciət etmiş, hazırda boşanma məhkəmələri davam edir. Lakin, aliment tələbinə dair iddiası təmin edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 170,00 manat olmaqla üç uşağa cəmi 510,00 manat, habelə xx.xx.2022-ci il təvəllüdlü X3 üç yaşı tamam olanadək hər ay 100,00 manat olmaqla cəmi 610,00 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs ünvanına göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs bildirişləri qəbul etməsinə baxmayaraq aliment borcunu maddi imkanı olduğu halda ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan soma icra məmurunun qanuni tələbini icra etmədiyindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə on gün müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra ona icra üçün yeni müddətlər təyin edilərək, icra sənədini könüllü icra etməsi tələb olunmuşdur. Həmçinin cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdadıq edilsə də işləməsinə və gəlir əldə etməsinə baxmayaraq alimenti tam ödəməmiş və təqdimat verilən xx.xx.2024-cü il tarixədək 4857,00 manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı müəyyən ödənişlər etsə də, hazırkı vaxtadək borcunu tam ödəməmişdir. Bunda başqa keçən bu müddət ərzində də yeni aliment borcları yığılmışdır. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3467/2023 saylı xx.xx.2023-r/u il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə, xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2010cu il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 170,00 manat, cəmi 510,00 manat, habelə xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək hər ay 100.00 manat olmaqla, ümumilikdə 610,00 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlanılmış, icraata başlama haqqında qərar bildiriş və məlumatla birlikdə tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs tələbi dərhal icra etməsi ilə bağlı bildiriş göndərilsə də, sonuncu icra vərəqəsi üzrə tələbi təmin etmədiyindən barəsində "EMF” elekton icra portalından onun əmlak və gəlirləri barədə sorğu edilmiş, lakin, adına tələbin yönəldilə biləcəyi əmlak və gəliri aşkar olunmamışdır, Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığından axtarılması haqqında xx.xx.2023-cü il tarixdə qərar qəbul edilərək polis orqanına göndərilmiş, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsəsən Sabunçu Rayon Məhkəməsinin 3(008)-5975/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin Sabunçu Rayon Məhkəməsıinin 8(008)-720/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İnzibati məsuliyyətdən sonra Təqsirləndirilən şəxs icra üçün yeni müddət təyin edilmiş, icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə xəbərdarlıqlar edilmiş, lakin, o, həmin müddətlər ərzində məhkəmə qətnaməsini icra etməmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixinə 4857,00 manat aliment borcu mövcud olmuşdur. Lakin məhkəmə baxışı zamanı borclu müəyyən ödənişlər etsə də, tələbkar borcun tam ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Şahid1 Vaqit qızı Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 14-18-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3467/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2009-cu il təvəllüdlü X1, 28 fevral 2010-cu il təvəllüdlü X2 və 23 dekabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 11 aprel 2023-cü il tarixdən hər ay hər uşağa 170 manat olmaqla, cəmi 510 manat, habelə, 23 dekabr 2022-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək hər ay 100 manat olmaqla, ümumilikdə 610 manat sabit pul məbləğdə alimentin alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan 10 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3467/2023 saylı, 07 iyun 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin 10 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Cinayət işinin 26-cı vərəqəsində olan Sabunçu rayon İcra və Probasiya şöbəsinin 07 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, aparılan icra tədbirləri nəticəsində icra sənədi üzrə Təqsirləndirilən şəxs yerini müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan olunmuşdur. Cinayət işinin 34-37-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-5975/2023 saylı, 13 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Cinayət işinin 47-48-ci vərəqəsində olan Sabunçu Rayon İcra Şöbəsinin 27 oktyabr 2023-cü il tarixli bildirişinin surətindən görünür ki, Təqsirləndirilən şəxs icra şöbəsinə gəlmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi və cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin 50-51-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-720/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 61-62-ci vərəqəsində olan Sabunçu Rayon İcra Şöbəsinin 27 dekabr 2023-cü il tarixli bildirişinin surətindən görünür ki, Təqsirləndirilən şəxs icra şöbəsinə gəlmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi və cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin 140-141-ci vərəqəsində olan 22 aprel 2024-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 144-149-cu vərəqəsində olan qəbzlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı zamanı yaranmış aliment borcundan 1100 manat ödəniş etmişdir. Cinayət işinin 110-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 03 aprel 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin e-153772/2023-4-28-013 nömrəli, 22 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3467/2023 saylı, 07 iyun 2023-cü il tarixli icra sənədi üzrə Zərərçəkmiş şəxs ödənilməli olan 9760 manat aliment borcundan 4380 manat ödəniş etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğin bir qisminin ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsində qeyd olunan borcu maddi imkan yaxşı olmadığı üçün tam ödəmədiyini deməsi iş üzrə dindirilmiş zərərçəkmiş və şahid ifadələri ilə tam təkzib olunur. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi işdə olan sübutlarla təkzib olunduğundan özünü müdafiə xarakterli ifadə kimi qəbul olunaraq əsaslı sayılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 26 sentyabr 2024-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar