Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-41/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-647/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Dəmiryol küçəsində Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan onunla mübahisə edərək ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış, etik qaydalarını və əxlaq normalarını kobud surətdə pozub, ətrafda başqalarının gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edən, zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, əl və ayaq zərbələri ilə vurub Zərərçəkmiş şəxs ənsə sol alın-təpə nahiyələrinin dərialtı hematomaları, sağ qulaq seyvanı, sol qaş və boyun nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş və mişar daşından silah qismində istifadə edib sonuncunun əmlakı olan “Mersedes" markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələrini sındıraraq müxtəlif hissələrini əzib ümumilikdə 1909 manat dəyərində zərər vurmaqla qərəzli hərəkətlərə yol verib xuliqanlıq etmişdir. Bundan başqa, o, 24 mart 2023-cü il tarixdə, saat 16:30 radələrində özgənin əmlakını açıq talamaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Dəmiryol küçəsində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus "Mersedes" markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının şüşələrini sındıraraq xuliqanlıq etdikdən sonra hadisənin şahidi Şahid1 gözü qarşısında həmin avtomobilin salonunda surət qutusunun yanında quraşdırılmış 250 manat dəyərində naqilli "Nokia" markalı mobil telefonu və kağıza bükülmüş vəziyyətdə Zərərçəkmiş şəxs məxsus 870 manat pulu açıq talayıb Zərərçəkmiş şəxs 1120 manat dəyərində ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə X2 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki övladları olmuşdur. 2020-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən X2 ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulmuşdur. İşsiz olduğu üçün aliment borcunu ödəyə bilməmiş, bununla bağlı, dəfərlərlə icra şöbəsinə dəvət edilmiş, məhkəmə qərarı ilə barəsində qanunla nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbiri tətbiq edilmişdir. 24 mart 2023cü il tarixdə, saat 16:00 radələrində aliment borcunun ödənişi ilə bağlı ona vaxt vermələrinə dair Şahid1 ilə danışıq aparmaq üçün Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Dəmiryol küçəsi ərazisinə getmiş, həmin vaxt, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə ora gələrək, avtomobili ona çox yaxın məsafədə saxlamış, o, Zərərçəkmiş şəxs etdiyi hərəkətin səbəbini soruşmuş, Zərərçəkmiş şəxs ona əcəb etdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs bir neçə dəfə onun övladlarını avtomobillə məktəbdən götürməməsi ilə bağlı xəbərdarlıq etmiş, lakin, Zərərçəkmiş şəxs onun xəbərdarlıqlarına əhəmiyyət verməmişdir. O, yenidən Zərərçəkmiş şəxs övladlarını avtomobillə məktəbdən götürməsi ilə iradını bildirmiş, Zərərçəkmiş şəxs hərəkətlərinə haqq qazandıraraq etdiyini doğru olduğunu bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Şahid1 və Şahid2 araya girmiş, o, müvazinətini itirərək yerə yıxılmışdır. O, yerdə olduğu zaman Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 onu vurmağa başlamış, o, ayağa qalxaraq oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs hərəkətlərindən əsəbləşdiyi üçün bir müddət sonra geri qayadaraq mişar daşı parçası götürüb Zərərçəkmiş şəxs məxsus "Mersedes" markalı avtomobilin şüşələrini sındırmış, əsəbindən avtomobildən telefonu götürərək bir neçə gündən sonra Şahid1 qapısından içəri tullamışdır. Mübahisə zamanı ətrafa qonşular toplaşmış, "Mersedes" markalı avtomobilin şüşələrini sındırarkən Şahid1 baş vermiş hadisəni telefon vasitəsi ilə qeydə almışdır. O, Zərərçəkmiş şəxs məxsus avtomobildən oğurluq etməmiş, Zərərçəkmiş şəxs ittiham aktında göstərilən xəsarətləri yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən yeddi ildir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs keçmiş qayını Şahid2 onun yanında köməkçi işləmişdir. O, 24 mart 2023-cü il tarixdə Vüqar Rəfiyevin çağırışı əsasında divar kağızı vurmaq məqsədi ilə idarə etdiyi “Mersedes” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Dəmiryol küçəsi ərazisinə getmiş, Vüqar Rəfiyevin evinin qarşısında avtomobili saxlayaraq enmək istədiyi zaman Təqsirləndirilən şəxs ona yaxınlaşıb yer dar olduğu üçün keçə bilmədiyini əsas gətirərək ondan avtomobilini başqa yerdə saxlamasını tələb etmişdir. O, Təqsirləndirilən şəxs avtomobilini orada saxlamasının onun hərəkət etməsinə heç bir maneə yaratmadığı bildirmiş, lakin, Təqsirləndirilən şəxs onun yaxısından tutaraq avtomobilə söykəmiş onu təhqir etməyə başlamışdır. O, Təqsirləndirilən şəxs təhqirlərindən əsəbləşdiyi üçün onu özündən uzaqlaşdırmaq məsqədi ilə Təqsirləndirilən şəxs üz nahiyəsinə kəllə vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs onun yaxasından tutaraq kəllə vurmuş, aldığı zərbənin təsirindən dişi qırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs əl və ayaq zərbləri ilə ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Orada olan Elbrus adlı qonşu Təqsirləndirilən şəxs hərəkətlərini sonlandırmasını xahiş etməsinə baxmayaraq Təqsirləndirilən şəxs onu vurmağa davam etmişdir. Səsə çıxan Şahid2 onları sakitləşdirməyə çalışsa da, buna nail ola bilməmiş, anası Şahid1 səsləyərək köməyə çağırmışdır. Şahid1 və digər şəxslər Təqsirləndirilən şəxs sakitləşdirə bilməmiş, Şahid1 həyətə girərək bel götürüb geri qayıtmışdır. Şahid1 bel ilə Təqsirləndirilən şəxs kürək nahiyəsinə bir neçə zərbə endirmiş, Təqsirləndirilən şəxs müvazinətini itirərək yerə yıxılmışdır. O, Təqsirləndirilən şəxs yerdə olduğu zaman təpiklə ona bir neçə zərbə vurmuş, Təqsirləndirilən şəxs yerdən qalxaraq oradan uzaqlaşmışdır. Qurbangil ona yardım göstərmək üçün onu həyətə salmış, bir müddət sonra Təqsirləndirilən şəxs geri qayıdaraq onun avtomobilinin şüşələrini sındırmışdır. Daha sonra hadisə yerinə gələn polis əməkdaşlarının iştirakı ilə onun avtomobilinə baxış keçirilmiş, avtomobilində olan 870 manat pulun və avtomobilin salonunda surət qutusunun yanında quraşdırılmış naqilli "Nokia" markalı mobil telefonun oğurlandığı müəyyən edilmişdir. Baş vermiş mübahisə təxminən 10 dəqiqə davam etmiş, ətrafa xeyli sayda insan toplaşmış, Şahid1 ona məxsus "Mersedes" markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının şüşələrini sındırılmasını telefon vasitəsi ilə qeydə almışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, onun barəsində qanunla nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu. Pirşağı qəsəbəsində, Dəmiryolu küçəsi, nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qızının keçmiş əri, Zərərçəkmiş şəxs evlərində işləyən usta olub. 2023-cü ilin mart ayında yaşadığı evin həyətində olduğu zaman küçədən səs gəldiyini eşidərək evdən çıxmış, Təqsirləndirilən şəxs əlləri ilə Zərərçəkmiş şəxs boğazından tutaraq boğduğunu, ünvanına nalayiq ifadələr işlətdiyini, ağzından qan gəldiyini görmüşdür. O və oğlu Şahid2 araya girərək onları sakitləşdirməyə çalışmış, daha sonra, Zərərçəkmiş şəxs həyətlərinə salmışdır. Daha sonra o, küçədən yenidən səs gəldiyi eşidərək çıxmış, Təqsirləndirilən şəxs əlində olan dəmir parçası ilə Zərərçəkmiş şəxs məxsus "Mersedes" markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının şüşələrini sındırdığı görmüş, Təqsirləndirilən şəxs hərəkətlərini sonladırmasını tələb etmiş, Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək yenidən məsələyə aydınlıq gətirmək üçün Zərərçəkmiş şəxs küçəyə çıxmasını tələb etmişdir. Polis əməkdaşlarının iştirakı ilə avtomobilə baxış keçirilərkən o, telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. O, Zərərçəkmiş şəxs mübahisənin baş vermə səbəbini soruşduqda, Zərərçəkmiş şəxs ona bildirmişdir ki, Təqsirləndirilən şəxs əsaslı səbəb olmadan avtomobilini başqa yerdə saxlamasını ondan tələb edərək onun ünvanına nalayiq ifadələr işlədir. O, Təqsirləndirilən şəxs avtomobildən ağ kağız bükülü götürdüyünü görsə də, həmin ağız bükülüdə pul olmasından məlumatı olmamışdır. Hadisə zamanı ətarafa qonşuların toplaşmasına baxmayaraq onlar mübahisəyə müdaxilə etməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus avtomobilin şüşələrini sındırmasını, həmin avtomobilin salonunda olan naqilli mobil telefonu və kağız bükülünü götürməsini Zərərçəkmiş şəxs onların həyətində olduğu üçün görməmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısının keçmiş həyat yoldaşıdır. Təqsirləndirilən şəxs ilə ədavəti və ya düşmənçiliyi yoxdur. 2023-cü ilin mart ayında, saat 15-16 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Dəmiryolu küçəsi, nömrəsiz fərdi yaşayış evinin həyətində olduğu zaman qapının zəngi çalınmış, həmin vaxt darvazaları bağlı olmuşdur. O, küçədən səs-küy səslərinin gəldiyini eşidərək anası Şahid1 küçədə mübahisə baş verdiyini bildirmiş, küçəyə çıxdığı zaman Təqsirləndirilən şəxs yolun geniş olmasına baxmayaraq Zərərçəkmiş şəxs avtomobilini küçədə saxlamasının onun hərəkətinə mane olduğunu əsas gətirərək sonuncu ilə mübahisə etdiyini, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs əlbəyaxa dava edərək birbirilərini yumruq vurduqlarını görmüşdür. Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs boğazından tutmuş, o, araya girərək onları sakitləşdirməyə çalışmışdır. O, anası ilə birlikdə Zərərçəkmiş şəxs mübahisə zamanı xəsarət aldığı üçün ona yardım etmək məqsədi ilə Zərərçəkmiş şəxs həyətlərinə salmış, daha sonra Təqsirləndirilən şəxs sakitləşdirmək üçün küçəyə çıxmışdır. Həmin vaxt, Təqsirləndirilən şəxs ilk öncə daş ilə Zərərçəkmiş şəxs məxsus "Mersedes" markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındırmış, daha sonra qaz açarı ilə avtomobili zədələməyə davam etmiş, ətrafa qonşular toplaşmışdır. Orada olduğu zaman Təqsirləndirilən şəxs onunla mübahisə etməyə başlamış, bu səbəbdən anası ondan həyətə girməsini xahiş etmişdir. O, mübahisənin böyüməməsi üçün məcbur qalaraq həyətə daxil olmuşdur. Təqsirləndirilən şəxs avtomobilin salonuna daxil olmasının şahidi olmamış, lakin, əvvəllər Mersedes" markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobildə naqilli "Nokia" markalı mobil telefonun olmasını görmüşdür. Mübahisə bitdikdən sonra avtomobilə baxış keçirdikləri zaman naqilli "Nokia" markalı mobil telefon avtomobildə olmamışdır. Cinayət işinin 21-22-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 28 mart 2023-cü il tarixli, 613 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ənsə sol-alın-təpə nahiyələrinin dərialtı hematomaları; sağ qulaq seyvanı, alt və üst dodaq nahiyələrinin əzilmiş yaraları, üst çənədə İİ dişin travmatik laxlaması; sol qulaq seyvanı, sol qaş və boyun nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xarakter və lokalizasıyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 45-ci vərəqəsində olan 08 may 2023-cü il tarixli DVD diskin götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd DVD diskə baxış keçirilərkən "Mersedes" markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı boz rəngli avtomobilin alın şüşəsinin ortadan mişar daşı ilə sındırılması, daşın alın şüşəsinin içinə doğru batmış vəziyyətdə olması, arxadan alın şüşəsinin, sağ qapıların pəncərələrinin sındırılması, çəkilişi aparan qadının avtomobildən telefon və pulun oğurlandığını səsləndirdiyi müəyyən edilmişdir. Cinayət işinin 47-ci vərəqəsində olan 08 may 2023-cü il tarixli mobil telefonun götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən talanmış 01 ədəd “Nokia” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı “Nokia” markalı mobil telefonun arxa hissəsi və enerji batareyasının sındığı müəyyən edilmişdir. Cinayət işinin 58-59-cu vərəqəsində olan 17 may 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 95-96-cı vərəqəsində olan 19 may 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və tutulmaqdan azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə tutulmaqdan azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 110-111-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 23 may 2023-cü il tarixli, 1432 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “emosional davamsız şəxsiyyət pozuntusu” aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən "emosional davamsız şəxsiyyət pozuntusu" onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda "emosional davamsız şəxsiyyət pozuntusu” aşkar olunur və müəyyən edilən həmin psixi pozuntu onu öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur Cinayət işinin 118-124-cü vərəqəsində olan 10 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs götürülmüş hadisəyə dair videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən talanmış 01 ədəd “Nokia” markalı mobil telefon sübut kimi tanınaraq məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 103-104-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törədilməsində təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “amnistiya” qararının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 757/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/38/2-7117/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2023cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 16 oktyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 647/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, onun cəzasından 01 (bir) gün çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1 və 221.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 14 oktyabr 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-647/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-647/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən, ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 17 may 2023-cü il tarixdən 19 may 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı zamanı tutulduğu 02 (iki) gün, həmçinin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 647/2023 nömrəli cinayət işinin ibtidai istintaqı zamanı tutulduğu 01 (bir) gün müddəti nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 03 (üç) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs təqdim etdiyi hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən talanmış 01 ədəd “Nokia” markalı mobil telefon Zərərçəkmiş şəxs təhvil verilməli, Zərərçəkmiş şəxs götürülmüş hadisəyə dair videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 221.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 01 (bir) il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-647/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə tutulduğu 02 (iki) gün, həmçinin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-647/2023 nömrəli hökmü üzrə tutulduğu 01 (bir) gün, cəmi 03 (üç) gün müddət azadlıqdan məhrumetmə cəzasının 03 (üç) gününə bərabər tutulmaqla, onun cəzasından 03 (üç) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 14 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, Zərərçəkmiş şəxs təqdim etdiyi hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən talanmış 01 ədəd “Nokia” markalı mobil telefon Zərərçəkmiş şəxs təhvil verilsin. Zərərçəkmiş şəxs götürülmüş hadisəyə dair videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-41/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-41/2024
29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver