Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-41/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək 5 il, 6 ay azadlıqdan məhrum edilmiş, Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 ay, 12 gün müddətindən vaxtından əvvəl şərti azad edilsə də, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2nda yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MUƏYYƏN ETDİ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 1,066 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq ünvan 2nının yaxınlığına qədər daşımış, xx.xx.2024-cü il tarixdə saat 21:50-də Sabunçu RPİ 15-ci PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 ünvanda yerləşən Sabunçu RPİ 15-ci PB-yə gətirilmiş, PB-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,066 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o istifadəçi olub, amma daha istifadə etmir, yalnız metadon suyu qəbul edir. Bir iki nəfərə yaxın bildiklərinə xəstə olduqlarına görə kömək üçün versə də heç kimə pul qarşılığında narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Həmin gün o, daha öncə birlikdə cəza çəkdiklərinə görə cəzaçəkmə müəssisəsindən tanıdığı X8 qəsəbəsində yerləşən evinə getmişdir. Özü salon ustası olduğuna görə daima Zərifə Qocayevaya salon xidmətləri göstərmiş, Zərifə isə ona xidmət haqqı qarşılığında narkotik vasitə vermişdir. Həmin gün isə Zərifənin evinin qapısını döydükdə qapını polislər açmış evdə polislərdən başqa Zərifənin qızı olmuşdur. O gedənədək Zərifəni artıq polislər tutub aparmış və evdə oturaraq kimin gəlib getdiyini gözləmişlər. Onu evə salıb telefonunu və çantasını almışlar. Çantasında insulin şprisindən başqa heçnə olmamışdır. Evdə onu 15-ci polis bölməsinin rəisi Ramin adlı şəxs başından dəfələrlə vurmuşdur. Lakin üzərində hər hansı xəsarət izi qalmamışdır. Bundan başqa, onu qızını uşaq evinə verəcəkləri ilə bağlı hədələdiklərindən, o qorxmuş və bölməyə gətirildikdən sonra onlar nə demişlərsə etmiş və önünə qoyulan sənədləri imzalamışdır. Təqsirləndiriləndirilən şəxs Təqsirləndirilən şəxs son sözündə bir-iki dəfə yaxın bildiyi adamlara narkotik vasitə versə də heç kimə pul ilə satmadığını bildirmiş, uşağının azyaşlı olmasını nəzərə alaraq cəzanın çəkilməsinin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə qərəzsiz mənbədən daxil olmuş məlumatdan görünürdü ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, üzərində saxlanılması və daşınması və satışı ilə məşğul olur. Bununla əlaqədar PB-də əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək saat 21:50-də Bakı şəhəri, ünvan 2nın yaxınlığında onun və Şahid1 iştirakı ilə saxlanılaraq Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 ünvanda yerləşən Sabunçu RPİ 15-ci PB-yə gətirilmiş və orada üzərinə axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı üzərindən digər hər-hansı əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş büküm narkotik tərkibli maddə “patı” adlandırılan metamfetamindir, Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, qərəzsiz mənbədən daxil olmuş məlumatdan görünürdü ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, üzərində saxlanılması və satışı ilə məşğul olur. Bununla əlaqədar PB-də əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Tİngliyi küçəsi yaxınlığında onun və Şahid2 iştirakı ilə saxlanılaraq Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 ünvanda yerləşən Sabunçu RPİ 15-ci PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-yə gətirilən andan şəxsi axtarışı aparılanadək tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan psixotrop maddəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı üzərindən digər hər-hansı əşya aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxsnin qonşuluğunda yaşayan, eyni zamanda Xəzər rayonu Baş Narkotiklə Mübarizə İdarəsinin rəisi onu çağıraraq evinin təhlükəsizlik kamerasının çəkdiyi videonu göstərərək Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu, hətta bunu azyaşlı qızı vasitəsilə də etdiyini bildirərək barəsində tədbir görülməsini xahiş etmişdir. Həmin videoyazı Məhkəməyə təqdim olunur. Videoyazıdan da göründüyü kimi, azyaşlı qız uşağı həmin yoldan keçən bir oğlana tələsik nə isə verir, oğlan isə tez ona 50 manat pul verərək oradan uzaqlaşır. Bu videoyazı ilə bağlı Təqsirləndirilən şəxs qızı bildirmişdi ki, anası ona həmin oğlana vermək üçün klyokda nəsə vermişdir. Şahid1 təqdim etdiyi videoyazıda əks olunanlarla bağlı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, videodakı uşaq onun qızıdır. Digər şəxs isə onun uzun illərdir tanıdığı qonşusudur. Anası xəstə olduğu üçün pul lazım olduğundan həmin oğlandan borc pul istəmiş və onu küçənin başında gözləyib pulu orda verməsini xahiş etmişdir. Oğlan isə orada yarım saat gözlədikdən sonra Sevincə zəng vuraraq artıq məhlədə olduğunu bildirmiş, Sevinc isə tez qızına gedib həmin oğlandan pulu götürməsini bildirmişdir. Qızı həmin oğlana heçnə verməmiş, o isə aldığı tiktakı və 30 manat pulu qızına vermişdir. Oğlanın kimliyi barədə məhkəməyə məlumat vermək istəmədiyini, sonrakı iclaslarda həmin oğlanın gəlib şahidlik edərək Sevincin uşağının ona heçnə vermədiyini deyəcəyini bildirmiş, ona müdafiə tərəfi olaraq əlavə şahid cəlb edilməsi ilə bağlı vəsatət vermək hüququnun olduğu izah olunsa da, bu hüququndan istifadə etmək istəmədiyini bildirmişdir. Bundan başqa onu döydüyünü iddia etdiyi Ramin adlı şəxsin də məhkəmə iclasına dəvət edilərək dindirilməsi ilə bağlı vəsatətinin olub-olmaması soruşulduqda vəsatətinin olmadığını bildirmişdir. Dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə iclasına dəvət olunmuş Təqsirləndirilən şəxs atası X6 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2014-cü il təvəllüdlü qızı Əsnad onunla birlikdə yaşayır. Sevinc ilk dəfə məhkum olunanda uşağın 4 yaşı, cəzaçəkmə müəssisəsindən çıxdıqda isə 9 yaşı olmuşdur. Sevinc ilk dəfə məhkum olunanadək də, məhkum olunanda da uşağa onunla yoldaşı baxmışdır. Yoldaşı rəhmətə getdikdən sonra isə uşağa o özü baxmışdır. Hər gün baldızının qızlarından birinin gələrək yemək bişirdiyini, Sevinc evdə olsa da olmasa da uşağı məktəbə onun özünün aparıb gətirdiyini, gündəlik qayğısına qalmaqla bağlı bütün işləri özünün gördüyünü, nəvəsini çox sevdiyini, Sevinc evdə olduğu zaman Sevincin də bəzən bəzi işləri gördüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,066 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamini çıxararaq masanın üzərinə qoymuş, 15-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılsa da, üzərindən başqa heç nə aşkar edilməmiş, suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükümdəki maddə “patı” yəni psixotrop maddə metamfetamindir, özünün istifadəsi üçün Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 15 manata almışdır. (i.v. 29- 30). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3093 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N”161” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut; Şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs” və digər yazı ad, soyad, imzalar qeyd edilmiş zərfdəki 1 (bir) bükümdə təmiz çəkisi 1,066 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v.34-38). “Maddi sübut kimi tanıma haqqında” 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,066 qram psixotrop maddə metamfetamin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqata 0,050 qram sərf edildikdən sonra qalıq çəki 1,016 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.74). “Azerfon" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, BKC/LGL-9198/24 nömrəli məktuba əlavə edilmiş “CD” diskdə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində SMS-lə narkotik tərkibli maddələrin satışını həyata keçirməsi əksini tapmışdır. Aşağıda həmin yazışmaların bir qismi göstərilmişdir;
1. 22.05.2024-cü il; saat 12:18:40 ***-***-**-**—***-***-**-** Necəsən dünənkindən yox gör normal nəsə xəbər et mənə ruslandı.
2. xx.xx.2024-cü il; saat 13:35:28 ***-***-**-**—***-***-**-** Adamsan axı mənim nervimlə niyə oynayırsan köməklik edirsən elə eləm. xx.xx.2024-cü il; saat 13:57:32 ***-***-**-**—***-***-**-** Yekə qızsan məni qana qoyma.
3. xx.xx.2024-cü il; saat 02:18:49 ***-***-**-**—***-***-**-** Pati çəkən qızlarla danış, səliqəli qız olsun əgər varsa düz qoş et. xx.xx.2024-cü il; saat 02:18:53 ***-***-**-**—***-***-**-** E nə hörmət lazımdı mən eləyim, bir köməklik yarat, həmişə də deyişə. xx.xx.2024-cü il; saat 02:23:48 ***-***-**-**—***-***-**-** N bir hərəkət elə, xəbər elə xahiş e! hə yox bir kəlmə yaz ya xəbər elə
4. xx.xx.2024-cü il; saat 07:15:17 ***-***-**-**—***-***-**-** Ay Sevinc maşınnan dayanmışıq yolun qırağında başına dönərəm alınır ya yox. xx.xx.2024-cü il; saat 08:54:07 ***-***-**-**—***-***-**-** Sevinc 30 manat pulda var. xx.xx.2024-cü il; saat 09:52:56 ***-***-**-**—***-***-**-** Sevinc biz burda dayanmışıq (nalayiq ifadə) burda diyanmağımız.
5. xx.xx.2024-cü il; saat 21:34:03 ***-***-**-**—***-***-**-** Hardasan ay qız, camaatnan atışıb pul atmışığa sənə, varyoxuna lənət olürüy day. xx.xx.2024-cü il; saat 21:37:31 ***-***-**-**—***-***-**-** Evdəsən, Neftçilərdə hara gəlim? xx.xx.2024- cü il; saat 23:57:23 ***-***-**-**—***-***-**-** Evdəsən, gəlirəm, dolamısane sən məni. xx.xx.2024-cü il; saat 08:49:16 ***-***-**-**—***-***-**-** Sevinc aç varyoxunu...... yaxşı olmayacaq. (i.v. 97-103).
“Maddi sübut kimi tanıma haqqında” 09 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş və adına rəsmiləşdirilmiş ***-***-**-** nömrəsinə dair "xxxx" MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, BKC/LGL-9198/24 nömrəli məktuba əlavə edilmiş 1 ədəd “CD” disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir. (i.v. 108). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4867 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 91-92). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə daxil olan SMS yazışmalar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi xeyli miqdar, 2 qram olduqda isə külli miqdar, 400 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərara əsasən, şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan SMS-lər və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təkidlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ümumiyyətlə üzərindən heç bir şey çıxmadığını bildirsə də, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaqın ilk günündən sonunadək üzərindən psixotrop maddə çıxmasını inkar etməmiş, ilkin ifadələrində şəxsi istifadəsi üçün aldığını bildirsə də, sonradan ifadəsini dəyişərək üzərində pulu qalmadığı üçün metamfetaminin bir qismini satmaq, bir qismini isə özünün istifadəsi üçün saxladığını bildirmişdir. Bununla yanaşı, məhkəmə iclasında təqsirləndirilən şəxs istintaq zamanı ifadəsində qeyd etdiyi ***-***-**-** nömrəsini tutulandan sonra istifadə etməsi üçün başqa bir oğlana versə də tutulduğu 03 iyun 2024-cü il tarixədək həmin nömrənin onun öz istifadəsində olduğunu bildirmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan SMS mətnləri səsləndirildikdə təqsirləndirilən şəxs ona SMS yazan şəxsləri tanımadığını, yaxud xatırlamadığını bildirsə də, SMS-lərin mətnlərindən yazan şəxslərin ona adı ilə müraciət etdiklərini, onu məhz narkotik vasitələri satan şəxs kimi tanımaları və ona bu formada müraciət etmələri, kartına pul göndərməkləri və qarşılığında ondan nəsə tələb etmələri, hətta hədələməkləri açıq-aydın görünməkdədir. Bununla yanaşı, təqsirləndirilən şəxs həmin smslərlə bağlı bildirmişdir ki, həmin şəxslərə verdiyi Zərifə Qocayevanın malları olmuşdur. Zərifə Qocayeva ilə çox yaxın münasibətləri olmuş ətrafındakı insanlar da bunu bilmiş, buna görə də onu tanıyan şəxslər Zərifədən mal alıb onlara verməsi üçün onunla əlaqə yaratmışlar. Hətta Zərifə bir neçə gün onun evində qalmış və qonşusu ondan şikayət etdiyi üçün polis əməkdaşlarının gəlib ona xəbərdarlıq etdiklərini bildirmiş, bundan sonra Zərifə də o da evdən çıxıb getmişlər. Hadisə günü Zərifənin yanına gedərkən cəzaçəkmə müəssisəsində bir yerdə cəza çəkdiyi başqa bir qız da qeyri-rəsmi birlikdə yaşadığı oğlanla maşında onu gözləmiş, o isə özü üçün narkotik vasitə götürmək üçün Zərifənin evinə getmiş, lakin orada polis əməkdaşları tərəfindən tutulmuşdur. Bir neçə dəfə olmuşdur ki, o Zərifədən mal götürərək ona sifariş vermiş adamlara vermişdir. Yaxud da yaxın bildiklərinə xəstə olduqları üçün 1-2 dəfə mal vermişdir. Amma bu halların heç birində özü üçün pul almamışdır, həmin şəxslər pulu Zərifənin kartına göndərmişlər. Şəxslərin onun kartına pul atmışıq deməsinin səbəbi isə həmin şəxslərin kartın Zərifənin kartı olmasını bilməmələri olmuşdur. Karta göndərilən pul məbləğlərinin bəzisi isə maddi vəziyyəti ilə əlaqədar ona borc olaraq göndərilmişdir. Lakin smslərdə Zərifə Qocayevanın və ya digər üçüncü bir şəxsin adı keçməmiş, mesajları yazan şəxslərin pulu Təqsirləndirilən şəxs kartına göndərdiklərini qeyd etmələri və narkotik vasitəni də məhz ondan tələb etmələri onun həmin narkotik vasitələrin və psixotop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən hallardan biridir. Bundan başqa, smslər 25 may 2024-cü il tarixdən 30 may 2024-cü il tarixədək olan dövrü əhatə etməklə ən köhnə mesajın tarixi Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmasından təqribən 15 gün əvvələ, sonuncu mesajın tarixi isə şübhəli şəxs qismində saxlanıldığı tarixdən cəmi 6 gün əvvələ təsadüf edir. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadədə artıq narkotik vasitə qəbul etmədiyini, yalnız metadon suyu içdiyini bildirsə də, daha sonra özünü təqzib edərək tutulduğu gün cəzaçəkmə müəssisəsindən tanıdığı rəfiqəsinin və onun birlikdə qeyri-rəsmi yaşadığı şəxsin Zərifənin evinin yaxınlığında maşında onu gözlədiklərini, onun isə özü üçün Zərifədən narkotik vasitə əldə etmək üçün getdiyini bildirməsi də, həmin şəxslərin o anda maşında Təqsirləndirilən şəxs niyə gözlədikləri, Sevinc dediyi kimi yalnız metadon suyu qəbul edirsə Zərifədən öz istifadəsi üçün narkotik vasitə almasına nə ehtiyac olduğu və ya Sevincin maşında onu gözləyən şəxslər üçün də narkotik vasitə əldə etmək üçün Zərifənin evinə getməsi sualları yaranmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs bütün bunlarla bağlı ziddiyyətli, natamam, əlaqəsiz, biri digərinə uyğun olmayan cavablar vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona pul göndərilməsi ilə bağlı mesajla əlaqədar həmin pulun ona kömək məqsədilə borc verildiyini bildirsə də, “Ay Sevinc maşınnan dayanmışıq yolun qırağında başına dönərəm alınır ya yox.”, “Sevinc 30 manat pulda var.”, “Sevinc biz burda dayanmışıq, burda diyanmağımız problemdir” məzmununda mesajların eyni gündə eyni nömrədən və təqribən 2 saat yarım müddət ərzində göndərilməsi borc verən birinin saatlarla yolun kənarında duraraq “borc istəyən şəxs”in cavab verməsini gözləməsi, üstəlik nəyin alınıb-alınmamasını soruşması və yolun kənarında durub gözləməyin niyə problemli olması heç bir məntiqə uyğun gəlmir. “Hardasan ay qız, camaatnan atışıb pul atmışığa sənə, varyoxuna lənət olürüy day.” məzmununda mesajın da təqsirləndirilən şəxsin iddia etdiyi kimi ona borc verilməsi ilə hər hansı əlaqəsinin olmadığı açıq-aydın görünür. Bundan başqa, Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı söylədikləri də Məhkəmə tərəfindən inandırıcı və məntiqli hesab edilmir. Məhkəmə iclasında təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi bükümün ona məxsus olmadığını bildirsə də, şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd bükümü çıxararaq masanın üzərinə qoymuş, ona verilmiş suallara cavab olaraq üzərindən aşkar edilmiş bükümün narkotik tərkibli maddə “patı” adlandırılan metamfetamin olmasını, Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata almasını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşlarının onu döyərək təzyiq göstərdiklərini, bu səbəbdən şəxsi axtarış və götürmə zamanı bükümün ona məxsus olmasını, eləcə də ifadələrində psixotrop maddənin bir hissəsini gələcəkdə satmaq üçün saxladığını bildirdiyini göstərsə də, məhkəmə iclasında verilmiş suallara cavab olaraq onun başına zərbələr vurulsa da hər hansı xəsarət izinin olmadığını, fiziki və psixoloji təzyiqə məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmədiyini, bunun səbəbi kimi isə anasının yataq xəstəsi olmasını və ona baxmaqla məşğul olduğunu göstərmişdir. Bundan başqa, onu döyən və qızını uşaq evinə verməklə hədələyən şəxsin eyni adam və yalnız bir nəfər olmasını bildirsə də, məhkəmə iclasında fərqli vaxtlarda onu döyənin gah “Ramin” adlı, gah isə “Anar” adlı şəxs olmasını qeyd etmişdir. Bundan başqa, Məhkəmənin onu döyən şəxsin məhkəmə iclasına dəvət olunması ilə bağlı vəsatəti olubolmamasına dair sualına vəsatəti olmadığını bildirməsi və vaxtı olmadığına görə hüquq mühafizə orqanlarına müraciət etməməsini qeyd etməsi döyülməsi ilə bağlı bildirdiklərinin həqiqiliyinə şübhə yaratmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı fiziki və psixi təzyiq edilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etməmiş, bədənində hər hansı xəsarətin olmadığını bildirmiş və ümumi polis əməkdaşı tərəfindən fiziki və psixi təsirə məruz qaldığını iddia etmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman özünün göstərdiyi xüsusatları, şahid ifadələrini, onun istifadəsində olan mobil nömrəyə daxil olan SMS mətnlərini nəzərə alaraq təqsirləndirilən şəxsin həmin arqumentinə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxsin təsir-təzyiqə məruz qalmasına dair məhkəmə iclasında irəli sürdüyü dəlil onun sadəcə AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cəzaya məruz qalmasından yayınmasına yönəlik dəlil kimi qiymətləndirilməklə məhkəmə iclasında verdiyi ifadəsində səmimi olmaması qənaətinə gəlmək üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan istintaq hərəkətinin protokolları, SMS yazışmalar, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan SMS yazışmaların, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: "Şübhəli şəxsin tutulması haqqında” 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə, saat 21:50-dən tutulmuş hesab edilmişdir (i.v.9). "Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad edilmişdir (i.v.68-70). "Qətimkan tədbirinin seçilməsi haqqında” 05 iyun 2024-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.71-72). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Nəsirova X4 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 5 il 6 ay azadlıqdan məhrum edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 ay 12 gün müddətindən vaxtından əvvəl şərti azad edilmişdir. (i.v.130-131). Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(008)-788/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş 11 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qızının himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1 -ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini (əvvəllər də AR CM-nin eyni maddəsi ilə məhkum edilməsini, həmin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq həmin dövrdə yenidən eyni cinayəti törətməsini) nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 55-ci bəndinə əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir. Təqsirləndirilən şəxsin özünün və onun atasının məhkəmə iclasında söylədiklərindən aydın olmuşdur ki, təqsirləndirilən şəxsin azyaşlı övladı onun həm əvvəlki məhkumluğu dövründə, həm də azadlıqda olduğu dövrdə təqsirləndirilən şəxsin valideynlərinin himayəsində olmuş, valideynləri onun övladının qayğısına qalmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxsin atası X1 azadlıqda olduğu müddətdə də uşağın qayğısına əsasən özünün qaldığını, gündəlik baxım və ehtiyaclarının əsasən onun tərəfindən həyata keçirildiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin övladının 4 yaşından 9 yaşınadək anası cəzaçəkmə müəssisəsində olduğu dövr ərzində nənə babasının himayəsində olmasını, babasına bağlılığı ilə əlaqədar hər hansı narahatçılığın olmamasını, anasının azadlıqda olduğu cəmi 09-10 ay müddət ərzində onunla birgə yaşamasını, təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alınmaqla uşağın tərbiyəsinə və həyat şəraitinə mənfi təsir edə bilmək ehtimalını, Şahid1 məhkəməyə təqdim etdiyi video görüntünü və bütün yuxarıda sadalanan halları nəzərə almaqla hesab edir ki, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin tətbiq edilərək uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsinin təxirə salınmasına zərurət yoxdur. Bundan başqa, həm təqsirləndirilən şəxsin özünün, həm də onun yaxın qohumu olan atasının razılığı və uşaqla babası arasında olan sıx ailə bağları nəzərə alınmaqla Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan 17 oktyabr 2014-cü il təvəllüdlü qızı təqsirləndirilən şəxsin atası X3 himayəsində saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM- 65.2.) nəzərə alınmalı, AR CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(008)-788/2023 saylı qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və AR CM-nin 67.1-ci maddəsinə əsasən ona cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri "həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut - 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. AR CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 avqust 2023-cü i tarixli, 7(008)-788/2023 saylı qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və AR CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2019cu il tarixli, hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 ay 12 gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq müddəti zamanı 03 iyun 2024-cü il tarixdən 05 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 30 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınsın. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına verilmiş 1,016 qram psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan 17 oktyabr 2014-cü il təvəllüdlü qızı təqsirləndirilən şəxsin atası X3 və Təqsirləndirilən şəxs razılığı ilə təqsirləndirilən şəxsin atası X3 himayəsinə verilsin. Ekspertiza tədqiqatının dəyəri 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Günel Məmmədova