Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-410/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı Qəhrəman oğlunun, 07 saylı vəkil bürosunun vəkili Kərimov Aydın Əli oğlunun, Zərərçəkmiş şəxs İbişov İlham İnqilab oğlunun iştirakı ilə xx xxxxxx 1977-ci il tarixdə Yevlax rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, Yevlax rayonu, Nemətabad kəndində qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəs., R.Qəmbərov küçəsində yaşayan barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 14:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən AE seriyalı 230723 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi «Nissan Maxima» markalı, «az ** VR ***» dövlət qeydiyyat nişanlı avtomobilin mühərəkkini işə salmaq üçün avtomobilin sükanı arxasında avtomobili arxaya doğru Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi ilə hərəkət etdirərkən Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində yerləşən yataqxananın yaxınlığında olan yolda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq avtomobili arxaya hərəkət etdirməzdən əvvəl arxada hərəkəti üçün heç bir maneənin olmamasına əmin olmalı və piyadanın olması şəraitində piyada avtomobilin araxaya hərəkət etdiyi hissədən kənarlaşdıqdan sonra avtomobili arxaya hərəkət etdirməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək, həmin qaydaları pozmaqla hərəkət etdiyi istiqamətdə avtomobilin arxa hissəsi ilə yolun kənarında dayanmış piyada Zərərçəkmiş şəxs vurmuş, avtomobilin sol arxa təkərinin Zərərçəkmiş şəxs sol ayağının pəncəsinin üstündə keçməsi nəticəsində ehtiyatsızlığından sol ayaqda V daraq sümüyünün qapalı sınığı xəsarətləri yetirilməklə zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olan xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş İsmayılov Ramin Əli oğlu ona Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ildən avtomobil idarə edir. Onun «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. O hazırda etibarnamə ilə «Nissan Maxima» markalı, «az ** VR ***» dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx xxxx 2020-ci il tarixdə, saat 14:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində etibarnamə ilə idarə etdiyi «Nissan Maxima» markalı, «az ** VR ***» dövlət qeydiyyat nişanlı avtomobilin mühərikkini işə salmaq üçün qonşuları itəliyib mühərrəki işlək vəziyyətə salıb avtomobildən uzaqlaşdıqdan sonra avtomobilin sükanı arxasında avtomobili arxaya doğru saatda 5-10 km surətlə hərəkət etdirərkən arxada adamın olmasına diqqət vermədiyindən qonşuluqda yaşayan Zərərçəkmiş şəxs sol ayağı avtomobilin arxa sol təkərinin altında qalmışdır. Avtomobilin saxlayandan sonra İlhamın başına qonşuların yığışmasını görüb İlhama yaxınlaşıb ondan nə baş verməsini soruşduqda İlham ona avtomobillə ona xəsarət yetirdiyini bildirmişdir. O İlhamı həkimə aparmağı təkid edərək qonşunun avtomobili ilə onu 11 saylı poliklinikaya aparmışdır. Poliklinikada İlham ona problem olmasın deyə xəsarəti həyətdə yıxılaraq almasını bildirmişdir. Bundan sonra o İlhama xəsarət alması ilə bağlı 300 manat pul vermiş və xəstəxana xərcini ödəmişdir. Sonradan İlham ondan 200 manat pul yenidən istəmiş və həmin pulu ona verə bilmədiyindən İlham onun barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat vermiş və almış olduğu xəsarəti onun idarə etdiyi avtomobillə vurulması nəticəsində almasını bildirmişdir. Hal-hazırda onlar barışmışlar. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs İnqilab oğlu ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 14:00 saatlarında yaşadığı Bakı şəh., Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində yerləşən yataqxananın yaxınlığında yerləşən «Həyat Yolu» şadlıq evinin istiqamətində olan yolda yol kənarında quraşdırılmış qaldırıcı yük kranının yanında dayanarkən onu həmin vaxtı arxaya doğru hərkətdə olan qonşuluqda yaşayan Ramin adlı şəxs idarə etdiyi «Nissan Maxima» markalı, «az ** VR ***» dövlət qeydiyyat nişanlı avtomobillin arxa hissəsi ilə vurmuşdur. O zərbənin təsirindən yerə yıxılmış və sol ayağı avtomobilin təkəri altında qaldığından xəsarət almışdır. Ramin dərhal idarə etdiyi avtomobili saxlayıb ona köməklik edərək tibbi yardım göstərilməsi üçün qeydiyyatda olduğu 11 saylı polklinikaya aparmışdır. Polikilinikada olarkən Ramin ondan müalicə xərclərini ödəyəcəyini, avtomobillə vurulması barədə bildirməməsini və buna görə də o polikilinikada xəsarət almasını avtomobillə vurulma nəticəsində deyil yıxılaraq xəsarət almasını bildirməsini xahiş etmişdir. Lakin sonradan Ramin söz verdiyi kimi müalicə xərclərini qarşılamadığından məcbur olaraq Raminin ona qarşı etmiş olduğu hadisə barəsində xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hal-hazırda onlar barışmışlar. Onun şikayət və tələbi yoxdur. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədiyyə Nazirliyinin, Məhkəmə Ekspertizası Mərkəzinin 8/660 saylı, xx xxxx 2020-ci il tarixli yol nəqliyyat hadisələri məhkəmə eskpertizasının rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən «Nissan» markalı, «az ** VR ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısına almağa texniki imkanı olmuşdur. İş üzrə keçirilmiş məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X3 Sabunçu rayon şöbəsinin 653 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sol ayaqda V daraq sümüyünün qapalı sınığı olmuşdur. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, avtomobilin vurması nəticəsində əmələ gələ bilər, müddəti qərarda göstərilən xx xxxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən 18 aprel 2020-cu il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər qarnizonu hərbi məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 243, 39-cu maddələriilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxx 2001-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məcləsinin xx xxxxxx 2001-ci il tarixli Amnistiya qərarına əsasən azad edilmişdir. Təqsirləndirilən şəxs AE230723 salyı sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin materiallarında olan xx xxxxxxx 2020-ciil tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, İsmayılov X2 Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 58). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 12 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (səh.,73). Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddənin qeydinə əsasən, bu məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inziabti xəta tərkibinin əlamətləri olduqda, o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə ərizələr) nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması ilə əlaqədar məhkəmənin qərarının icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəh., Sabunçu RPİ-nə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub AZ.MEM VÖEN **********, Dövlət xəzinədarlığı Agentliyi, Kod 21005 VÖEN ********** müxbir hesab AZ 41, NABZ******************** SVİFT BİK CTREAZ 22 hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair cinayətişi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən, yəni zərərçəkmiş şəxslərlə barışdığı üçün xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs oğlunun əməlində inzibati xəta tərkibinin əlamətləri müəyyən edildiyindən aidiyyəti araşdırma aparılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəh., Sabunçu RPİ-nə həvalə edilsin. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub AZ.MEM VÖEN **********, Dövlət xəzinədarlığı Agentliyi, Kod 21005 VÖEN ********** müxbir hesab AZ 41, NABZ******************** SVİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-410/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-410/2020
20.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver