Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-410/2023 14.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X17 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və müdafiəçisi “Arbitrium” vəkil bürosunun vəkili X7, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsilli, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, əvvəllər məhkum olunmamış, işləməyən, Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 3A, mənzil 28-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə, xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.2 və 32.5,127.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama əsasən o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sifarişlə və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı X8 təşkilatçılığı ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin sifarişi əsasında hansısa şəxsin döyülərək cəzalandırılmasını təşkil etmələri barədə razılığa gəlib cinayətin törədilməsində “Toyota Prius” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobili ilə köməklik edəcəyinə qabaqcadan vəd vermiş Orxan Vəliyevin qonşusu Təqsirləndirilən şəxs2 və tanışı X9 ilə cinayət əlaqəsinə girib 26 noyabr 2022-ci il tarixdə, saat 04:30 radələrində qeyd edilən nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu yaşayış massivində yerləşən fərdi evin qarşısına gəlib orada zərərçəkmiş şəxsin gəlməsini gözləyərək Orxan Vəliyevin sifarişin icra olunması ilə bağlı göstərişi əsasında heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonradan şəxsiyyəti onlara məlum olan Zərərçəkmiş şəxs əllərində olan istintaqa məlum olmayan dəmir və taxta parçalarından istifadə edərək qəsdən Zərərçəkmiş şəxs sifət, baş və sol böyrək nahiyələrindən zərbələr vuraraq, sonuncuya sol gozyuvasıətrafı nahiyənin dərialtı hematoması və ağlı qişaya qansızma ilə müşayiət olunan sol almacıq sümüyünün yerini dəyişən, qapalı sınığı, təpə nahiyəsinin əzilmiş yaraları, qarın nahiyəsinin qançırı kimi həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sifarişlə və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 elan edilmiş ittihama əsasən o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sifarişlə və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurulması cinayətinin törədilməsinə vasitələr verməyi qabaqcadan vəd etməklə köməklik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1 və X2 dəqiq səbəbini bilmədən hansısa şəxsin döyülərək cəzalandırılmasını təşkii etmələri barədə tanışı X5 şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsin sifarişini aldıqlarını bilərək, sifarişlə və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin qəsdən sağlamlığına zərər vurulması cinayətinin həyata keçirilməsində bilavasitə iştirak etmədən lakin, idarə etdiyi nəqliyyat vasitəsindən istifadə etməklə kömək edəcəyinə, yəni həmin cinayəti planlaşdırdıqları vaxtda, ünvanda və istədikləri üsulla həyata keçirilməsindən ötrü cinayət əlaqəsinə girdiyi yuxarıda adları qeyd edilən şəxsləri öz avtomobili ilə cinayətin törədiləcəyi ünvana aparıb orada gözləyəcəyini və maneəsiz oradan uzaqlaşdıracağını vəd edib köməkçi qismində cinayətdə iştirakına razılaşaraq, 26 noyabr 2022- ci il tarixdə saat 04:30 radələrində idarə etdiyi “Toyota Prius” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobili ilə cinayətin digər iştirakçıları Təqsirləndirilən şəxs1, X4 və X10 cinayəti törədəcəkləri ünvana, yəni Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu yaşayış massivinə apararaq, vədinə əməl edərək cinayətin təşkilatçısı Orxan Vəliyevlə avtomobildə qalıb həmin şəxslərin ifşa olunmamaları üçün cinayət törətdikdən sonra hadisə yerindən tez bir zamanda uzaqlaşdırmaq məqsədi ilə gözləməklə cinayətin törədilməsində bilavasitə iştirak etmədən, Təqsirləndirilən şəxs1 oğiunun və X3 həmin ünvanın yaxınlığındakı fərdi evin qarşısında əllərində olan dəmir və taxta parçaları ilə qəsdən Zərərçəkmiş şəxs sifət, baş və sol böyrək nahiyələrindən zərbələr vuraraq, sonuncuya sol gözyuvasıətrafı nahiyənin dərialtı hematoması və ağlı qişaya qansızma ilə müşayiət olunan sol almacıq sümüyünün yerini dəyişən, qapalı sınığı, təpə nahiyəsinin əzilmiş yaraları, qarın nahiyəsinin qançırı kimi həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126- cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sifarişlə və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurulmasına və hadisə yerindən idarə etdiyi avtomobillə uzaqiaşdırılmalarına idarə etdiyi avtomobildən vasitə kimi istifadə etməklə köməklik etmişdir. Məhkəmənin gəldiyi qənaətə görə isə Təqsirləndirilən şəxs2 əməlində AR CM-nin 32.5,127.2.2 və 32.5,127.2.3-cü maddələrinin tərkibi olmamış və iş materiallarında olan, o cümlədən, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla onun ümumiyyətlə cinayətdən məlumatlı olması təkzib edilmiş, Təqsirləndirilən şəxs1 əməlində isə AR CM-nin 127.2.2 və 127.2.3-cü maddələrinin deyil, AR CM-nin 127.1-ci maddəsinin tərkibinin olması iş materialları və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs2 AR CM-nin 32.5,127.2.2 və 32.5,127.2.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi, Təqsirləndirilən şəxs1 əməlində isə AR CM-nin 127.2.2 və 127.2.3-cü maddələrinin deyil, həmin Məcəllənin 127.1ci maddəsinin tərkibinin olması aşkar müəyyən edildiyi halda ibtidai istintaq orqanı iş materiallarında olan sübutlarla uzlaşmayan, yalnız şəxsi mülahizələrinə əsaslanmaqla kifayətlənmiş və iş üzrə düzgün nəticəyə gəlinməsi və təqsirləndirilən şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları ümumiyyətlə nəzərə almadan Təqsirləndirilən şəxs2 AR CM-nin 32.5,127.2.2 və 32.5,127.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 isə AR CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirli olması qənaətinə gəlmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, hadisə günü o, Bakı Əyləncə Mərkəzində olan klubda olmuşdur. Əvvəllər o, həmin klubda çalışmışdır. X13 onunla X2 ortaq dostu idi. Həmin gün Orxan kluba gəlib onu çağıraraq demişdir ki, “bir yer var ora getmək lazımdı”. Çölə çıxan zaman o, görmüşdür ki, Orxan Əyyubu da çağırmış və həmin vaxt Əyyub çöldə gözləyirdi. Orxan dedi ki, bir adam var onun dostuna qarşı səhv hərəkət edib, o səhvi ona qəbul edilmiş səhv kimi qəbul etməmizi xahiş etdi. Həmin şəxsi vurmaq, yəni başa salmaq lazımdı. Biz də Əyyubla razılaşdıq və problem olmadığını dedik. Orxan dedi ki, gedib məhlədən maşını götürmək lazımdı. Onlar gəzə-gəzə məhləyə doğru getdilər. Həmin vaxt Orxan telefonda kiminləsə danışırdı. Sonra o, bizə zərərçəkmiş şəxsin maşını barədə məlumat verdi ki, hansı maşını idarə edir. Orxan dedi ki, zərərçəkmiş şəxs gələndə onu vurub qaçmaq lazımdı. Və bildirdi ki, elə etsinlər, heç kim, hətta zərərçəkmiş şəxs onları görməsin. Məhləyə çatanda onlar Təqsirləndirilən şəxs2 idarə etdiyi maşına əyləşərək hadisə yerinə, Ramana qəsəbəsi, Gülçülük Sovxozuna getmişlər. Onlar hadisə yerinə çatdıqda Orxan, mən və Əyyub maşından endik, sürücü isə qabaqdan maşını döndərib geri qayıtmaq üçün maşını idarə edərək onlardan uzaqlaşdı. Bu zaman Orxan onlara zərərçəkmiş şəxsin gələcəyi yeri göstərdi. Sonra o və Əyyub zərərçəkmiş şəxs gələndə arxadan onu vuraraq qaçmışlar. O, özünü sadəcə zərərçəkmiş şəxsi vuraraq ona xəsarət yetirməkdə təqsirli bilir. Hazırda zərərçəkmiş şəxslə barışmış və törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 onunla Orxan arasında hər hansı pul və ya “hörmət” söhbəti olmadığını, sadəcə Orxan onun yaxın dostu olduğundan və ondan xahiş etdiyindən onun təklifi razılaşdıqlarını, zərərçəkmiş şəxsi tanımadıqlarını, Orxanın onlara, yəni ona və Əyyuba zərərçəkmiş şəxsin Orxanın dostuna qarşı səhv hərəkət etdiyini, “dostum ya mən fərqi yoxdur, elə düşünün ki, həmin səhv mənə qarşı edilib, məni onun yerinə qoyun” dediyini, lakin həmin səhvin nədən ibarət olduğunu demədiyini, Orxanla çox yaxın dost olduqlarından və Orxanın da onlara görə eyni addımı ata biləcəyini düşündüklərindən onunla razılaşdıqlarını, Orxanın onlara “zərərçəkmiş şəxslə söhbət etməyin, yüngül cəzalandırın. Elə edin ki, sizi görməsin” dediyini, bunun qarşılığında Orxanın onlara heç nə vəd etmədiyini və aralarında hörmət söhbətinin olmadığını, onun ümumiyyətlə pula ehtiyacının olmadığını və pul müqabilində belə bir hərəkət etməsinin mümkün olmadığını, onun sadəcə dostu Orxana görə, Orxan “dostumun yerinə məni qoyun, elə bilin həmin şəxs mənə qarşı səhv etmişdir” dediyindən həmin şəxsi qorxutmağa və vurmağa razılıq verdiyini, Orxanın onlara zərərçəkmiş şəxsi necə və hansı qaydada vurmalarını demədiyini, sadəcə “yüngül vurun qayıdın, zərərçəkmiş şəxs məni tanıyır, yoxsa mən də sizinlə gedərdim” dediyini, Orxanın onları özünün hadisə yerinə aparıb orada gözləyəcəyini bildirdiyini, Orxan maşının məhlədə olduğunu dedikdə, onların Orxanın öz maşınından danışdığını düşündüklərini, məhləyə çatanda Orxanın taksini nəzərdə tutduğunu gördüklərini, birbaşa hadisə yerinə getmədiklərini, taksi şoferi maşında benzinin az olduğunu bildirdiyindən ilk olaraq Bakı Əyləncə Mərkəzinə gedərək oradan pul götürərək maşına benzin vurduqdan sonra hadisə yeri olan Ramana qəsəbəsi, Gülçülük Sovxozuna getdiklərini, hadisə yerinə gedən yolu taksi şoferinin bilmədiyini, yolun Orxan tərəfindən ona göstərildiyini, Təqsirləndirilən şəxs2 da ilk dəfə hadisə günü gördüyünü və daha öncə tanımadığını, hadisə yerinə gedən zaman Təqsirləndirilən şəxs2 heç nədən xəbərinin olmadığını, gedərkən yolda Orxan, Əyyub və onu arasında zərərçəkmişlə bağlı bir kəlmə belə danışıq aparılmadığını, bütün danışıqların taksiyə gedənə qədər olan yolda piyada gedərək və hadisə yerində çatdıqdan sonra o, Orxan və Əyyub avtomobildən endikdən sonra aparıldığını və bu danışıqlarının heç birini Elmirin eşitmədiyini, yol boyu taksidə tamamilə başqa mövzudan danışdıqlarını, hadisə yerinə çatıb avtomobildən enən zaman Orxanın zərərçəkmiş şəxsin həmin əraziyə gələcəyini bildirdiyini, zərərçəkmiş gələn zaman onu arxadan hadisə yerindən tapdığı kiçik taxta parçası ilə başına vurduğunu, o, üzünü çevirmək istəyərkən isə bir dəfə qarnına vurduğunu, zərərçəkmiş şəxsi Orxanın dediyi kimi yüngül vurduğunu, Əyybun isə əlindəki dəmir parçası ilə zərərçəkmiş şəxsi vurduğunu, həmin dəmir parçasını hadisə zamanı Əyyubun əlində gördüyünü, hadisə yerinə gedərkən onun əlində heç nə görmədiyini, bundan sonra oradan qaçdıqlarını, zərərçəkmiş şəxsin onların arxası ilə gəldiyini, zərərçəkmiş şəxsə yaxalanmamaq üçün dalanlara girdiklərini, mağazaya çatdıqda dayandıqlarını, maşın səsi eşitdiklərini, bu zaman həmin maşının gəldikləri taksi maşını olduğunu gördükdə maşına əyləşdiklərini, maşına əyləşən zaman Orxan onlara “neylədiz?” deyə sual verdikdə, onların Orxana “necə demişdinsə elə, vurduq, gəldik” deyə cavab verdiklərini, bu zaman Elmirin Orxanla mübahisə edərək gələrkən ona niyə bu işə görə gəldiklərini demədiyini bildirdiyini, buna görə Orxana sərt reaksiya verdiyini, hadisə yerinə gedən zaman Orxanın taksidə olarkən heç kimlə telefonla danışmadığını, Elmirin hadisə yerinə gedərkən heç nədən xəbərinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Orxan Vəliyev onunla eyni məhlədə qalır və onun üzbəüz qonşusudur. O, özü taksi fəaliyyəti ilə məşğuldur. Sifariş olduğu zaman gecə ya gündüz olmasından asılı olmayaraq sifarişi qəbul edir. 26 noyabr 2022-ci il tarixdə, gecə radələrində Orxan ona zəng edərək onu bir yerə aparmaq lazım olduğunu demiş, o isə razılaşmışdır. Sonra o məhlədə maşında Orxanı gözləyərək Orxan yanından iki nəfər şəxslə gəlmiş və həmin iki nəfərin Ramana qəsəbəsində işlərinin olduğunu, bir nəfərlə tez söhbət edib qayıdacaqlarını demişdir. O, avtomobildə benzinin az olduğunu bildirmiş, bundan sonra Orxan pul götürmək üçün Bakı Əyləncə Mərkəzinə sürməsini bildirmiş, Məhəmməd gedib içəridən 5 manat gətirmiş, onlar benzin vuraraq Ramanaya getmişlər. Hadisə yerinə çatanda Orxan və yanındakı iki nəfər düşmüşlər, o isə qarşıya sürərək maşını döndərib geri dönmüşdür. Sonra Orxan maşına əyləşərək iki nəfərin bir nəfərlə söhbət edib qayıdacaqlarını bildirmişdir. O vaxta qədər isə Orxan ona gedib su və siqaret almalarını təklif etmiş, sonra isə qayıdıb uşaqları götürmələrini demişdir. Həmin vaxt bir nəfər şəxs onların yanından keçərək ondan buradan iki nəfərin keçib keçmədiyini soruşmuş, o, isə keçmədiyini dedikdə həmin şəxs iki nəfərin onu vurub qaçdığını bildirmişdir. Bu zaman o, həmin şəxsə kömək etmək lazımdısa köməyini təklif etmiş, həmin adam isə ehtiyac olmadığını bildirmişdir. Həmin vaxt o, şübhələnmiş və Orxandan bu şəxsi vuran şəxsin onlarla gələn şəxslər olub-olmadığını soruşmuş, Orxan isə onların olmadığını bildirmişdir. Sonradan Məhəmməd və Əyyub maşına əyləşdikdə Orxan onlardan neylədiklərini soruşduqda həmin şəxslər “Necə demişdin elə, vurduq, gəldik” dedikdə o, həmin şəxsi Məhəmməd və Əyyubun vurduğunu başa düşmüş və dərhal Orxana etirazını bildirərək onu hansı səbəbdən davaya gətirdiyini bildirmiş və Orxanla mübahisə etməyə başlamışdır. Bundan sonra o, Məhəmməd və Əyyubu Bakı Əyləncə Mərkəzinə aparıb özü Orxanla məhləyə gedərək mübahisəni davam etdirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 onun cinayətdən, Orxan, Məhəmməd və Əyyub arasında olan danışıqlardan xəbərinin olmadığını, hadisə yerinə gedərkən Orxanın qabaqda, digər iki şəxsin isə arxada oturduqlarını, yol boyu heç kəsin kimisə döymək və ya vurmaq barədə danışmadığını, onun hadisədən yalnız Əyyubla Məhəmməd zərərçəkmiş şəxsi vurub maşına qayıtdıqdan sonra xəbərinin olduğunu, həmin vaxt buna görə Oxanla mübahisə etdiyini, özünün hər zaman dava və mübahisədən kənar olduğunu, Orxangilin nə məqsədlə Ramanaya getdiklərindən xəbərinin olduğu təqdirdə onları aparmaqdan imtina edəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsində yerləşən kafeni icarə əsasında işlədir. Hər gün səhər saatlarında işə gəlir, axşam saatlarında isə işdən çıxaraq yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, nömrəsiz fərdi evə gedir. Həmçinin bacısının uşağı xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün hər gün saat 04-05 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsindən çıxaraq bacısının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu yaşayış massivində yerləşən fərdi evə yemək və qan aparır. Yeməyi və qanı bacısının evinə verdikdən sonra oradan çıxaraq işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gedir. 25 noyabr 2022-ci il tarixində, səhər saatlarında işlədiyi kafeyə gedərək oranı açmış və axşama qədər işləmişdir. Axşam saatlarında işdən çıxaraq yaşadığı evə getmiş, yemək yedikdən sonra yatmışdır. 26 noyabr 2022-ci i! tarixində, saat 04:00 radələrində yuxudan oyanaraq idarə etdiyi "Mercedes Benz” markaiı, ** EB *** dövlət nömrə nişanlı avtomobillə bacısının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu yaşayış massivi, nömrəsiz fərdi evə gəlmişdir. İdarə etdiyi avtomobili fərdi evin qarşısında saxlayaraq aşağı düşmüşdür. Aşağı düşdüyü zaman mobil telefon aparatı maşından oturacağın altına düşdüyündən əyilərək mobil telefonunu götürmüşdür. Telefonunu götürüb avtomobilin qapısını bağladığı zaman arxasında kiminsə dayandığını hiss etmişdir. Arxaya dönmək istədiyi zaman arxa tərəfində dayanan şəxs başından dəmir parçası ilə vurmuşdur. O, nə baş verdiyini anlamasa da, özünü müdafiə etmək üçün geri dönmək istəmişdir. Bu zaman arxadan ona zərbə vuran şəxsin iki nəfər olduğunu görmüşdür. Həmin şəxslərin üzlərini görməsə də, həmin şəxslər sifətindən, başından dəmir və taxta parçaları ilə zərbələr vurmuşdur. Zərbələrin təsirindən halsız vəziyyətə düşmüşdür. Bu zaman həmin şəxslər onu vurmağı dayandıraraq qaçmışlar. O, özündə güc toplayaraq həmin şəxslərin arxası ilə qaçmaq istəmişdir. Ancaq halının olmadığını görüb avtomobilinə əyləşmiş və avtomobili işə salaraq onların getdiyi istiqamətə doğru idarə etmişdir. Lakin onları tapa bilməmiş və bacısının yaşadığı məhlənin baş hissəsində “Toyota Prius” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobilə yaxınlaşmış və bu zaman avtomobildə sürücünün, yanında isə bir nəfər şəxsin olduğunu görmüşdür. Onlara iki nəfər şəxsin onu vuraraq qaçdıqlarını bildirərək qaçan şəxsləri görübgörmədiklərini soruşmuşdur. Sürücü qaçan şəxsləri görmədiyini, köməyə ehtiyacının olubolmamasını soruşdur. O, həmin şəxsə heç bir kömək lazım olmadığını bildirmiş və avtomobilini idarə edərək yenidən onu vuran şəxsləri axtarmağa başlamışdır. Lakin həmin şəxsləri tapa bilməmişdir. Bundan sonra bacısının yaşadığı fərdi evin qarşısına gəlmiş və oradan Azərbaycan Respublikası DİN- nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Orxanı, Məhəmmədi, Əyyub və Elmiri öncədən tanımadığını, Orxan adlı şəxsin onunla nə ədavətinin olduğunu bilmədiyini, təqsirləndirilən şəxslərin onu arxadan vurduqlarını, sonradan o, üzünü çevirmək istəyən zaman üzündən və qarnından vurulduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, hadisə günü o, Bakı Əyləncə Mərkəzində tək əyləşdiyi zaman dostu Orxan ona yaxınlaşaraq problem olduğunu və getməli olduqlarını bildirmiş, o, isə əlavə sual vermədən razılıq vermişdir. Sonra Orxan onunla Məhəmmədə demişdir ki, bir nəfər var, onun dostuna qarşı səhv hərəkət edib, onu qorxutmaq üçün vurub qaçmaq lazımdı. Onlar səbəbini soruşmadan ona razılıq vermişlər. Belə ki, Orxan onların yaxın dostu idi, onlar da xahiş etsələr, Orxan da onlara görə eyni hərəkəti edərdi. Onlar zərərçəkmiş şəxsi əvvəllər tanımamışlar. Orxan hadisə yerinə çatanda maşından enərək ona və Məhəmmədə zərərçəkmiş şəxsin gələcəyi yeri deyərək onu vurmalarını söylədi. Bu zaman Orxanla onların arasında pul və ya digər hörmət söhbəti olmamışdır, onun pul müqabilində adam vurmasının mümkün deyil. Belə ki, o, pul müqabilində kimisə vurmağı özünə sığışdırmaz. Onun zərərçəkmişi vurmasının səbəbi yaxın dostunun zərərçəkmiş şəxsin səhv hərəkət etdiyini bildirməsi olmuşdur. Onlar zərərçəkmiş şəxsi vurduqdan sonra qaçmışlar. Zərərçəkmiş şəxs onların arxası ilə gəlsə də, onlar dalanların arasında gizlənmişlər, sonra Elmirin maşını gördükdə maşına əyləşərək hadisə yerindən uzaqlaşmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X1 Təqsirləndirilən şəxs2 onun, Məhəmmədin və Orxanın arasında olan razılıqdan xəbərinin olmadığını, Orxanın onu sadəcə sürücü kimi çağıraraq onları Ramana qəsəbəsinə aparmasını bildirdiyini, hadisə yerinə gedərkən yolda bir kəlmə belə planları barədə, hər hansı şəxsi vurmağa getmələri barədə danışmadıqlarını, hadisə yerinə çatanda Elmirin maşını qarşıya idarə edərək döndərmək üçün getdiyi zaman Orxanın onlara zərərçəkmiş şəxsin gələcəyi yeri göstərdiyini, Elmirin hadisədən yalnız onlar zərərçəkmiş şəxsi vurub maşına qayıtdıqdan sonra xəbər tutduğunu, bu zaman Elmirin Orxana sərt reaksiya verib nəyə görə öncədən bu barədə ona məlumat vermədiyini qeyd edərək onunla mübahisə etdiyini, Orxan onlara zərərçəkmiş şəxsin onun yaxın adamına qarşı səhv etdiyini bildirdiyindən və “elə düşünün həmin səhv mənə qarşı edilib” dediyindən, Orxanla çox yaxın dost olduqlarından və Orxanın da onlara görə hər söhbətə gedəcəyini düşündüklərindən Orxanın dediyini sorğu-sualsız etdiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən fərdi yaşayış evinin qarşısıdır (i.v.6-19). Məkəmə-tibb ekspertizasının 30 noyabr 2022-ci il tarixli, 2772 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gozyuvasıətraf nahiyənin dərialtı hematoması və ağlı qişaya qansızma ilə müşayiət olunan sol almacıq sümüyünün yerini dəyişən, qapalı sınığı; təpə nahiyəsinin əzilmiş yaralan, qarın nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sol gozyuvasıətraf nahiyənin dərialtı hematoması və ağlı qişaya qansızma ilə müşayiət olunan sol almacıq sümüyünün yerini dəyişən, qapalı sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan az ağır zərərvıırmaya; təpə nahiyəsinin əzilmiş yaraları ümumilikdə və hər biri ayrı- ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, qarın nahiyəsinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.226-228). “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 127.2.2 və 127.2.3-cü maddələrinə, Təqsirləndirilən şəxs2 əməli həmin Məcəllənin 32.5,127.2.2 və 32.5,127.2.3-cü maddələrinə tövsif edilmişdir (i.v.239-246). “Cinayət işi materiallarından digər cinayət işinin ayrılması barədə” 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən X9 və X13 barəsində AR CM-nin 127.2.2 və 221.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və ayrıca icraatda istintaqın aparılması qərara alınmışdır (i.v.248-249). Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, eksperti rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.2 və 32.5,127.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır, Təqsirləndirilən şəxs2 əməlində AR Cinayət Məcəlləsinin 32.5,127.2.2 və 32.5,127.2.3-cü maddələrinin tərkibi olmamış, Təqsirləndirilən şəxs1 əməlində isə AR CM-nin 127.2.2 və 127.2.3-cü maddələrinin deyil, onun sıyalnız zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurması, yəni AR CM-nin 127.1-ci maddəsinin tərkibinin olması iş materialları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə cinayət işi üzrə təqsirləndirilən şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün 26 noyabr 2022-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, ibtidai istintaq dövründə verilmiş hər bir ifadənin, o cümlədən məhkəmə istintaqı zamanı verilmiş ifadələrin müqayisəli şəkildə təhlilinin aparılmasını əhəmiyyətli hesab edir. Hazırda məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 32.5,127.2.2 və 32.5,127.2.3-cü maddələri, Təqsirləndirilən şəxs1 AR CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə ittiham verilməsinin əsasında yalnız istintaq orqanının şəxsi mülahizələri dayanmışdır. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs2 münasibətdə gəldiyi qənaəti əsaslandırmağı və bunun üçün ilkin olaraq proses iştirakçılarının ibtidai istintaq zamanı verdikləri ifadələrin tədqiq edilməsini zəruri hesab edir. İbtidai istintaq zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, o, icarəyə götürdüyü “Toyota Prius” markalı, ** DV *** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 26 noyabr 2022-ci il tarixində, saat 02 radələrində yaşadığı evin yaxınlığında olduğu zaman X13 yanına gəlmişdir. O, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə gedərək bir nəfər şəxslə görüşməli olduğunu bildirərək onu həmin yerə aparmasını xahiş etmişdir. O, heç bir problemin olmadığını bildirmiş və bundan sonra Orxan avtomobilin ön oturacağına əyləşmişdir. Bu zaman Orxanın yanında əvvəllər tanımadığı, sonradan adlarının Məhəmməd və Əyyub olduğunu bildiyi şəxslərində olduğunu görmüşdür. Məhəmməd və Əyyub avtomobilin arxa oturacağına əyləşmiş, bundan sonra o, avtomobili işə salaraq idarə etməyə başlamışdır. Avtomobili işə saldıqdan sonra avtomobildə yanacaq olmadığını Orxana bildirmişdir. Bu zaman Orxan avtomobili Bakı Əyləncə Mərkəzinə idarə etməyi, oradan pul götürərək yanacaq vuracağını demişdir. O, avtomobili Bakı Əyləncə Mərkəzinə doğru hərəkət etdirmiş və orada saxlamışdır. Avtomobili saxladıqdan sonra Orxan Məhəmməd adlı şəxsdən xahiş edərək Bakı Əyləncə Mərkəzində fəaliyyət göstərək karaoke kluba gedərək oranı işlədən Ruhlandan 5 manat almasını xahiş etmişdir. Məhəmməd etiraz etməyərək avtomobildən düşərək içəri keçmiş və bir neçə dəqiqə sonra geri qayıdaraq Orxana 5 manat pul vermişdir. Orxan 5 manat pulu ona vermiş və birlikdə yaxınlıqda yerləşən “Günəş” petrola gedərək idarə etdiyi “Toyota Prius” markalı, ** DV *** dövlət nömrə nişanlı avtomobilə yanacaq vurmuşdur. Bundan sonra oradan çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə gəlmişdir. Yol boyu Orxan kiminləsə telefonla danışaraq gəldiklərin bildirmişdir. Ramana qəsəbəsinə daxil olduqları zaman Orxanın mobil telefonuna zəng gəlmiş və o, danışaraq telefonu söndürmüşdür. Telefonu söndürdükdən sonra Orxan Məhəmməd və Əyyuba şəxsin Abşeron rayonundan çıxaraq gəldiyini bildirmişdir. Bundan sonra Orxan Ramana qəsəbəsində yerləşən fərdi evlərdən birinin qarşısında avtomobili saxlamasını xahiş etmişdir. O, avtomobili saxlamış və saxladıqdan sonra Məhəmməd və Əyyub avtomobildən aşağı düşmüşlər. Onlar avtomobildən düşdükdən sonra qarşıda onları gözləyəcəyini demiş və ona avtomobili idarə etməyini xahiş etmişdir. O, gəldiyi yolla geri qayıtmış və əsas yoia çıxdıqdan sonra orada gözləməsini demişdir. O, avtomobili yolun kənarında saxlamış və Məhəmmədlə Əyyubun gəlməsini gözləmişdir. Bir neçə dəqiqə gözlədikdən sonra Orxan avtomobili idarə edərək qarşıda yerləşən dükandan su almasını demişdir. O, avtomobili idarə edərək dükanlardan birinin qarşısında saxlamış və Orxan avtomobildən düşərək su alaraq geri qayıtmışdır. Geri qayıtdıqdan sonra yenidən Məhəmməd və Əyyubu göziədikiəri yerə gəlmişlər. Orada dayandıqları zaman yanında “Mercedes Benz” markalı avtomobil dayanmış, içərisindən bir nəfər əlində bıçaqla düşərək onlara yaxınlaşmışdır. Həmin şəxs avtomobilinə çatdığı zaman sifətindən qan gəldiyini görmüşdür. O, iki nəfər şəxsin onu vuraraq qaçdıqlarını, onları axtardığını bildirmişdir. O, və Orxan həmin şəxsdən kömək lazım olub-olmadığını soruşmuşdur. Lakin həmin şəxs köməyə ehtiyacının olmadığını deyərək yenidən avtomobilinə əyləşərək getmişdir. O, getdikdən sonra Orxandan onu döyən şəxslərin Məhəmməd və Əyyub olub-olmadığını soruşmuşdur. Orxan isə belə bir şeyin olmadığını, Məhəmməd və Əyyubun başqa bir şəxslə görüşərək gələcəklərini deyərək avtomobili idarə edərək Məhəmməd və Əyyubu axtarmaqlarını xahiş etmişdir. Bir qədər irəliyə getdikdən sonra qəfildən Məhəmməd və Əyyub qarşılarına çıxmışlar. Onlar əl edərək avtomobili saxlatmış və o, avtomobili saxlamışdır. Bu zaman Məhəmməd və Əyyub avtomobilə əyləşmişlər. Onlar əyləşdikdən sonra Orxan danışaraq bir nəfər şəxsin onun dostuna qarşı səhv etdiyini, bu səbəbdən onu döydüklərini bildirmişdir. Bundan sonra o, Orxana etirazını bildirərək bu barədə əvvəlcədən ona nə üçün məlumat vermədiyini demişdir. Ancaq Orxan heç bir söz deməmiş və bundan sonra o, onları Bakı Əyləncə Mərkəzinə gətirmişdir. Orxan, Məhəmməd və Əyyubu avtomobildən düşürdükdən sonra yaşadığı evə getmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, X10 bir neçə ildir ki, əvvəllər işlədiyi Bakı Əyləncə Mərkəzində yerləşən karaoke klubdan tanıyır. Onunla tanış olduqdan sonra münasibəti hər zaman normal olmuş, aralarında heç bir zaman ədavət və ya düşmənçilik olmamışdır. 26 noyabr 2022-ci il tarixində, saat 02 radələrində əylənmək üçün Bakı Əyləncə Mərkəzində yerləşən karaoke kluba getmişdir. Orada olduğu zaman həmin klubdan tanıdığı X2 və X8 da orada olduğunu görmüşdür. Onlarla salamlaşdıqdan sonra klubda keçirilən “mafya” oyunu oynamağa hazırlaşmışdır. Bu zaman X13 onu və X4 çölə çağırmışdır Onlar birlikdə Bakı Əyləncə Mərkəzinin qarşısına çıxmışlar. Orada Orxan dostuna qarşı bir nəfər şəxsin səhv etdiyini, bu səbəbdən həmin şəxsi cəzalandırmaq istədiyini bildirərək birlikdə onu döyməyi təklif etmişdir. Həm o, həm də Əyyub Orxanla razılaşmış və heç bir problemin olmadığını bildirmişlər. Bundan sonra Orxan dostunun ona qarşı səhv edən şəxsi döydükdən sonra onlara “hörmət" edəcəyini bildirmişdir. Onlar narahatçılığın oimadığını bildirdikdən sonra Orxan, Əyyub və o biriikdə Orxanın yaşadığı binanın həyətinə getmişlər. Orada Orxan taksi fəaliyyəti ilə məşğul olan, sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxslə görüşmüşdür. Görüşdükdən sonra Elmirlə söhbət etmiş və onlar Elmirin idarə etdiyi “Toyota Prius” markalı, ** DV *** dövlət nömrə nişanlı avtomobilə əyləşmişlər. Orxan avtomobilin ön oturacağında, o və Əyyub isə arxa oturacaqda əyləşmişlər. Avtomobilə əyləşdikdən sonra sürücü Elmir benzinin olmadığını bildirmişdir. Bu zaman Orxan Elmirdən avtomobili Bakı Əyləncə Mərkəzinə doğru idarə etməyi xahiş etmişdir. Elmir avtomobili Bakı Əyləncə Mərkəzinin qarşısına doğru idarə etmiş və Mərkəzin qarşısında Orxan ondan karaoke klubu işlədən Ruhlanın yanına gedərək 5 manat pul almağı tapşırmışdır. O, avtomobildən düşərək karaoke kluba getmiş və klubda Ruhlana yaxınlaşaraq Orxanın 5 manat pul istədiyini demişdir Ruhlan heç bir söz demədən ona 5 manat pul vermişdir Pulu götürərək yenidən Orxangiiin yanına qayıdaraq avtomobiiə əyləşmişdir. Orxan 5 manat pulu götürərək Eimirə vermiş və o, Xətai rayonunda yerləşən yanacaqdoldurma məntəqəsindən avtomobilinə benzin vurmuşdur. Bundan sonra yanacaqdoldurma məntəqəsindən çıxaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə getmişlər. Yolda olduğu müddətdə Orxan döyməyə getdikləri şəxsi tanıyan kiminləsə telefonda danışıqlar aparmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə çatmaqlarına az qalmış kimsə Orxana zəng etmiş və döyməyə getdiyi şəxsin yaşadığı Abşeron rayonundan çıxdığını bildirmiş, Orxan isə dediyi ünvana çatdıqlarını deyərək telefonu söndürmüşdür. Orxan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi evlərdən birinin qarşısında avtomobili saxlatmış və onlara döyüləcək şəxsin “Mercedes Benz” markalı avtomobillə həmin yerə gələcəyini, adam gəldikdən sonra ona heç bir söz demədən döyərək oradan qaçmağı tapşıraraq gəldikləri yolun üzərində gözləyəcəklərini demişdir. Bundan sonra o və Əyyub avtomobildən düşmüş, Orxan isə Elmirlə birlikdə oradan uzaqlaşmışlar. Onlar avtomobildən düşdükləri fərdi evlə üzbəüz yerləşən, giriş darvazası olmayan fərdi evin həyətinə daxil olaraq orada döyüləcək şəxsin gəlməsini gözləmişlər. Orada gözlədikləri zaman yerdən taxta taparaq əlində saxlamışdır. Bir müddət sonra həmin yerə Mercedes Benz" markalı avtomobilin gəiaiyini görmüşlər. Avtomobii dayandıqdan sonra sürücü aşağı düşmüş və yenidən başını avtomobilin içərisinə salaraq nəsə axtarmağa başlamışdır. Bu zaman o və Əyyub arxadan sürücüyə yaxınlaşmış, o, əlində olan taxta, Əyyub isə cibindən çıxardığı dəmir parçası ilə onun başından, sifətindən və bədəninin müxtəlif nahiyələrindən zərbələr endirmişlər. Bundan sonra hər ikisi oradan qaçaraq getmişlər və qaçdıqları zaman əlində olan taxta, eyni zamanda dəmir parçasını fərdi evlərdən birinin həyətinə tullamışdır. Yollarına davam etdikləri zaman döydükləri şəxsin idarə etdiyi “Mercedes Benz” markalı avtomobilə əyləşərək arxaları ilə gəldiyini görmüşlər. Surətini artıraraq Orxan gözlədiyini dediyi yerə çatmışlar. Lakin Orxanın və Elmirin oradan olmadığını görüb kənarda gizlənmişlər. Döydükləri şəxsin onları axtaraaxtara oradan keçdiyini görmüşlər və o, getdikdən sonra gizləndikləri yerdən çıxaraq yollarına davam etmişlər Yolda Elmirin idarə etdiyi avtomobilin gəldiyini görüb avtomobilin qarşısına çıxaraq onu saxlatdırmışlar, daha sonra avtomobilə əyləşərək oradan Bakı Əyləncə Mərkəzinə gəlmişlər. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi məzmunda ifadə vermişdir. Çox maraqlıdır ki, nə təqsirləndirilən şəxslərin, nə də zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs2 hadisə yerinə gedərkən öncədən Orxan, Əyyub və Məhəmmədin hansı səbəbdən Ramana qəsəbəsinə getdiklərindən xəbərinin olmasına dair heç bir xüsusat olmadığı halda istintaq orqanı bununla bağlı cinayət prosesi iştirakçılarına hər hansı dəqiqləşdrici sual vermədən, Təqsirləndirilən şəxs2 hadisə yerinə getmədən öncə hara və nəyə görə getmələrindən xəbərinin olmasını, həqiqətənmi öncədən onlara kömək edəcəyini vəd etməsinə dair ittihamda göstərilən məsələni aydınlaşdırmadan sadəcə öz şəxsi və heç bir sübuta dayanmayan mülahizələri əsasında Təqsirləndirilən şəxs2 köməkçi kimi cinayətin iştirakçısı olmasına dair əsassız nəticəyə gəlmişdir. Halbuki, hələ heç məhkəmə istintaqı zamanı verilmiş ifadələrə istinad edilmədən məhz istintaq zamanı verilmiş ifadələr əsasında da Təqsirləndirilən şəxs2 törədilməsi planlaşdırılan cinayətdən xəbərinin olmaması aşkardır. Belə ki, onun ibtidai istintaq zamanı verilmiş ifadəsindən aydın şəkildə görünür ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərmiş, hadisə günündən öncə Təqsirləndirilən şəxs1 və Əyyub Bağırovu tanımamış, Orxan Vəliyev isə onun qonşusu olmuşdur. Hadisə günü Orxan ona Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə gedərək bir nəfər şəxslə görüşməli olduğunu bildirərək onu həmin yerə aparmasını xahiş etmiş, o, heç bir problemin olmadığını bildirmiş və bundan sonra Orxan avtomobilin ön oturacağına əyləşmiş, bu zaman Orxanın yanında əvvəllər tanımadığı, sonradan adlarının Məhəmməd və Əyyub olduğunu bildiyi şəxslərin də olduğunu görmüş, yalnız hadisədən sonra zərərçəkmiş şəxs onun idarə etdiyi avtomobilə yaxınlaşaraq iki nəfər şəxsin onu vuraraq qaçdıqlarını, onları axtardığını bildirdikdə Orxandan həmin şəxsi döyən şəxslərin Məhəmməd və Əyyub olubolmadığını soruşmuş, Orxanın isə belə bir şeyin olmadığını, Məhəmməd və Əyyubun başqa bir şəxslə görüşərək gələcəklərini deyərək avtomobili idarə edərək Məhəmməd və Əyyubu axtarmaqlarını xahiş etdiyini, Əyyubla Məhəmməd qayıdıb maşına əyləşdikdən sonra Orxanın danışaraq bir nəfər şəxsin onun dostuna qarşı səhv etdiyini, bu səbəbdən onu döydüklərini bildirdiyini, bundan sonra onun Orxana etirazını bildirərək bu barədə əvvəlcədən ona nə üçün məlumat vermədiyini demişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində də Təqsirləndirilən şəxs2 o, Əyyub və Orxan tərəfindən öncədən planlaşdırılmış cinayətdən xəbərinin olmasına, qabacaqcadan Təqsirləndirilən şəxs2 idarə etdiyi nəqliyyat vasitəsindən istifadə etməklə onlara kömək edəcəyinə, yəni həmin cinayəti planlaşdırdıqları vaxtda, ünvanda və istədikləri üsulla həyata keçirilməsindən ötrü cinayət əlaqəsinə girdiyi yuxarıda adları qeyd edilən şəxsləri öz avtomobili ilə cinayətin törədiləcəyi ünvana aparıb orada gözləyəcəyini və maneəsiz oradan uzaqlaşdıracağını vəd etməsinə dəlalət edən bir kəlməyə rast gəlmək mümkün olmamışdır. Məhkəmənin diqqətini çəkən digər maraqlı bir məqam ondan ibarətdir ki, müstəntiq Təqsirləndirilən şəxs2 qarşı irəli sürdüyü, heç bir sübuta əsaslanmayan ittihamını möhkəmləndirmək üçün guya təqsirləndirilən şəxslər, yəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında 29 noyabr 2022-ci il tarixdə üzləşdirmə istintaq hərəkəti keçirmişdir. Həmin istintaq hərəkətinin protokolundan (i.v.112-117) görünən odur ki, müstəntiq təqsirləndirilən şəxslərin verdikləri ifadələri müvafiq olaraq “Təqsirləndirilən şəxsin dindirilməsi”nə dair protokollardan kopyalamış, Təqsirləndirilən şəxs2 istintaqın ilk günündən etibarən “cinayətdən öncədən xəbərinin olmaması, Məhəmməd və Əyyubu hadisə günü ilk dəfə görməsi, hadisədən yalnız Əyyubla Məhəmmədin zərərçəkmiş şəxsi vurub maşına qayıtdıqdan sonra xəbərinin olması, bu zaman Orxana etirazını bildirərək nəyə görə ona öncədən bu barədə məlumat verməməsini bildirməsi”nə dair göstərdiyi xüsusatlarla bağlı bir dənə də sual verməmiş, Elmirin göstərdiyi halların doğruluğunun digər Təqsirləndirilən şəxs1 tərəfindən təsdiq və ya təkzib edilməsi istiqamətində hər hansı dəqiqləşdirmə aparmamış və sadəcə ifadələri üzləşdirmə protokoluna köçürməklə və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 təqsirlilik məsələsinin həllinə aidiyyəti olmayan suallar ünvanlamaqla kifayətlənmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin məhkəmə iclasında sərbəst şəkildə verdiyi ifadələr, zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş X2 ifadələri tam və hərtərəfli tədqiq edilmiş və Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründən məhkəmə istintaqı zamanı da verdiyi ifadəsində göstərilən xüsusatların dəqiqləşdirilməsi istiqamətində araşdırma aparılmış və araşdırma nəticəsində Təqsirləndirilən şəxs2 hadisə günü hadisə yerinə gedərkən X13, X9 və Təqsirləndirilən şəxs1 arasında olan razılaşmadan xəbərinin olması öz təsdiqini tapmamış, əksinə verilmiş ifadələr və məhkəmə istintaqı zamanı suallara verilmiş cavablarla onun təqsirləndirilən şəxslər arasında olan razılaşmadan hadisə öncədən xəbərinin olması təkzib edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrin məzmuna uyğun ifadə verərək hadisə günü baş vermiş cinayətdən, Orxan, Məhəmməd və Əyyub arasında olan danışıqlardan hadisədən öncə xəbərinin olmadığını, hadisə yerinə gedərkən Orxanın qabaqda, digər iki şəxsin isə arxada oturduqlarını, yol boyu heç kəsin kimisə döymək və ya vurmaq barədə danışmadığını, onun hadisədən yalnız Əyyubla Məhəmməd zərərçəkmiş şəxsi vurub maşına qayıtdıqdan sonra xəbərinin olduğunu, həmin vaxt buna görə Oxanla mübahisə etdiyini, özünün hər zaman dava və mübahisədən kənar olduğunu, Orxangilin nə məqsədlə Ramanaya getdiklərindən xəbərinin olduğu təqdirdə onları aparmaqdan imtina edəcəyini bildirdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq hadisə yerinə gedən yolu taksi şoferinin bilmədiyini, yolun Orxan tərəfindən ona göstərildiyini, Təqsirləndirilən şəxs2 da ilk dəfə hadisə günü gördüyünü və daha öncə tanımadığını, hadisə yerinə gedən zaman Təqsirləndirilən şəxs2 heç nədən xəbərinin olmadığını, gedərkən yolda Orxan, Əyyub və onu arasında cinayətlə bağlı bir kəlmə belə danışıq aparılmadığını, bütün danışıqların taksiyə gedənə qədər olan yolda piyada gedərək və hadisə yerində çatdıqdan sonra o, Orxan və Əyyub avtomobildən endikdən sonra aparıldığını və bu danışıqlarının heç birini Elmirin eşitmədiyini, yol boyu taksidə tamamilə başqa mövzudan danışdıqlarını, hadisə yerinə çatıb avtomobildən enən zaman Orxanın zərərçəkmiş şəxsin həmin əraziyə gələcəyini bildirdiyini, həmin vaxt Elmirin maşına qarşıdan döndərib qayıtmaq üçün getdiyini, zərərçəkmiş gələn zaman onu arxadan hadisə yerindən tapdığı kiçik taxta parçası ilə başına vurduğunu, o, üzünü çevirmək istəyərkən isə bir dəfə qarnına vurduğunu, zərərçəkmiş şəxsi Orxanın dediyi kimi yüngül vurduğunu, Əyybun isə əlindəki dəmir parçası ilə zərərçəkmiş şəxsi vurduğunu, həmin dəmir parçasını hadisə zamanı Əyyubun əlində gördüyünü, hadisə yerinə gedərkən onun əlində heç nə görmədiyini, bundan sonra oradan qaçdıqlarını, zərərçəkmiş şəxsin onların arxası ilə gəldiyini, zərərçəkmiş şəxsə yaxalanmamaq üçün dalanlara girdiklərini, mağazaya çatdıqda dayandıqlarını, maşın səsi eşitdiklərini, bu zaman həmin maşının Elmirin maşını olduğunu gördükdə maşına əyləşdiklərini, maşına əyləşən zaman Orxan onlara “neylədiz?” deyə sual verdikdə, onların Orxana “necə demişdinsə elə, vurduq, gəldik” deyə cavab verdiklərini, bu zaman Elmirin Orxanla mübahisə edərək gələrkən ona niyə bu işə görə gəldiklərini demədiyini bildirdiyini, buna görə Orxana sərt reaksiya verdiyini, hadisə yerinə gedən zaman Orxanın taksidə olarkən heç kimlə telefonla danışmadığını, Elmirin hadisə yerinə gedərkən heç nədən xəbərinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 verilmiş suallara cavab olaraq sürücü Təqsirləndirilən şəxs2 onun, Məhəmmədin və Orxanın arasında olan razılıqdan xəbərinin olmadığını, Orxanın onu sadəcə sürücü kimi çağıraraq onları Ramana qəsəbəsinə aparmasını bildirdiyini, hadisə yerinə gedərkən yolda bir kəlmə belə planları barədə, hər hansı vurmağa getmələri barədə danışmadıqlarını, hadisə yerinə çatanda Elmirin maşını qarşıya idarə edərək döndərmək üçün getdiyi zaman Orxanın onlara zərərçəkmiş şəxsin gələcəyi yeri göstərdiyini, Elmirin hadisədən yalnız onlar zərərçəkmiş şəxsi vurub maşına qayıtdıqdan sonra xəbər tutduğunu, bu zaman Orxana sərt reaksiya verib nəyə görə öncədən bu barədə ona məlumat vermədiyini qeyd edərək onunla mübahisə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində Məhəmmədlə Əyyubun onu vurub qaçdıqdan sonra avtomobilinə əyləşərək avtomobili işə salaraq onların getdiyi istiqamətə doğru idarə etdiyini, bacısının yaşadığı məhlənin baş hissəsində “Toyota Prius” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını gördüyünü, həmin avtomobilə yaxınlaşdığını və bu zaman avtomobildə sürücünün, yanında isə bir nəfər şəxsin olduğunu gördüyünü, onlara iki nəfər şəxsin onu vuraraq qaçdıqlarını bildirərək qaçan şəxsləri görüb-görmədiklərini soruşduğunu, ancaq sürücünün qaçan şəxsləri görmədiyini, köməyə ehtiyacının olub-olmamasını soruşduğunu, həmin şəxsə heç bir kömək lazım olmadığını bildirdiyini və avtomobilini idarə edərək yenidən onu vuran şəxsləri axtarmağa başladığını, lakin üzərinə hücum edərək ona xəsarət yetirən şəxsləri tapa bilmədiyini göstərmişdir. Zərərçəkmiş şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərdiyi “Məhəmmədlə Əyyubun onu vurub qaçdıqdan sonra avtomobilinə əyləşərək avtomobili işə salaraq onların getdiyi istiqamətə doğru idarə etdiyini, bacısının yaşadığı məhlənin baş hissəsində “Toyota Prius” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını gördüyünü, həmin avtomobilə yaxınlaşdığını və bu zaman avtomobildə sürücünün, yanında isə bir nəfər şəxsin olduğunu gördüyünü, onlara iki nəfər şəxsin onu vuraraq qaçdıqlarını bildirərək qaçan şəxsləri görüb-görmədiklərini soruşduğunu, ancaq sürücünün qaçan şəxsləri görmədiyini, köməyə ehtiyacının olub-olmamasını soruşması” ilə bağlı xüsusata münasibətdə qeyd edir ki, həmin hal özü də Təqsirləndirilən şəxs2 həmin zaman Məhəmmədlə Əyyubun törətdikləri əməldən xəbərinin olmamasına dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründən başlayaraq eyni məzmunlu ifadə verərək cinayətdən öncədən xəbərinin olmadığını, yalnız təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsi vurub qayıtdıqdan sonra maşına əyləşib Orxanla bu barədə danışdıqları zamanı hadisədən xəbər tutduğunu, bu zaman Elmirin Orxana etirazını bildirərək onunla mübahisə etdiyini bildirdiyini, onun ifadəsində göstərilən xüsusatların Təqsirləndirilən şəxs1 və hazırki cinayət işi üzrə şahid qismində dindirilmiş cinayətin digər iştirakçısı X2 ifadələri ilə təsdiq olunduğunu, zərərçəkmiş şəxsin ifadəsində Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətin iştirakçısı olmasına dəlalət edən hər hansı bir hala rast gəlinmədiyini, bir sözlə, Təqsirləndirilən şəxs2 26 noyabr 2022-ci il tarixdə törədilmiş cinayətdən əvvəlcədən xəbərinin olmasını təsdiq edən hər hansı sübutun olmadığını, əksinə iş materiallarında olan sübutların onun cinayətin iştirakçısı olmasını və hadisədən öncədən xəbərinin olmasını istisna etdiyini nəzərə alaraq onun əməlində AR CM-nin 32.5,127.2.2 və 32.5,127.2.3-cü maddələrinin tərkibinin olmaması qənaətinə gəlir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 AR CM-nin 32.5,127.2.2 və 32.5,127.2.3-cü maddələri ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs2 əməlində AR CM-nin 32.5,127.2.2 və 32.5,127.2.3-cü maddələrinin tərkibinin olmaması qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs2 AR CPM-nin 42.1.2-ci maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 32.5,127.2.2 və 32.5,127.2.3-cü maddələri ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X12 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.2-ci maddəsinə əsasən məldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlinə münasibətdə onun özünün, zərərçəkmiş şəxsin, Təqsirləndirilən şəxs2 və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadələrinin hər birini ayrı-ayrılıqda, həm də biri digəri ilə əlaqəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 əməlində AR CM-nin 127.2.2-ci (sifarişlə qəsdən sağlamlığa az ağır zərər vurma) və 127.2.3-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddələrinin deyil, AR CM-nin 127.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlir. İlk növbədə məhkəmə AR CM-nin 127.2.2-ci maddəsinə münasibətdə gəldiyi qənaəti əsaslandırmağı zəruri hesab edir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 AR CM-nin 127.2.2-ci maddəsi ilə ittiham elan edilməsinin səbəbi Təqsirləndirilən şəxs1 özünün istintaq zamanı verdiyi ifadələr olmuşdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, həmin ifadəsində bildirmişdir ki, 26 noyabr 2022-ci il tarixində, saat 02 radələrində əylənmək üçün Bakı Əyləncə Mərkəzində yerləşən karaoke kluba getmişdir. Orada olduğu zaman həmin klubdan tanıdığı X2 və X8 da orada olduğunu görmüşdür. Onlarla salamlaşdıqdan sonra klubda keçirilən “mafya” oyunu oynamağa hazırlaşmışdır. Bu zaman X13 onu və X4 çölə çağırmışdır Onlar birlikdə Bakı Əyləncə Mərkəzinin qarşısına çıxmışlar. Orada Orxan dostuna qarşı bir nəfər şəxsin səhv etdiyini, bu səbəbdən həmin şəxsi cəzalandırmaq istədiyini bildirərək birlikdə onu döyməyi təklif etmişdir. Həm o, həm də Əyyub Orxanla razılaşmış və heç bir problemin olmadığını bildirmişlər. Bundan sonra Orxan dostunun ona qarşı səhv edən şəxsi döydükdən sonra onlara “hörmət" edəcəyini bildirmişdir. Məlumdur ki, sifarişlə cinayətin törədilməsi əsasən tamah motivi ilə törədilir. Təqsirkarın maddi və sair mükafat müqabilində başqa şəxsin sağlamlığına zərər vurması bütün hallarda sifarişlə törədilmiş cinayət üzrə məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2022-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, cinayətin icraçısının maddi və ya digər mükafat alması ilə şərtləndirilən qəsdən adam öldürmə sifarişlə adam öldürmə kimi tövsif edilməlidir. Əməlin sifarişlə qəsdən adam öldürmə kimi tövsif edilməsində qətli sifariş edənin və cinayətin icraçısının rəhbər tutduqları motivin hər hansı rolu yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsində Orxanın onlara edəcəkləri əməl müqabilində dostunun onlara “hörmət” edəcəyini bildirmədiyini, müstəntiqin onun ifadəsində həmin xüsusatı hansı səbəbdən göstərdiyini bilmədiyini, onunla Orxan arasında hər hansı pul və ya “hörmət” söhbətinin olmadığını, sadəcə Orxan onun yaxın dostu olduğundan və ondan xahiş etdiyindən onun təklifi razılaşdıqlarını, zərərçəkmiş şəxsi tanımadıqlarını, Orxanın onlara, yəni ona və Əyyuba zərərçəkmiş şəxsin Orxanın dostuna qarşı səhv hərəkət etdiyini, “dostum ya mən fərqi yoxdur, elə düşünün ki, həmin səhv mənə qarşı edilib, məni onun yerinə qoyun” dediyini, Orxanla çox yaxın dost olduqlarından və Orxanın da onlara görə eyni addımı ata biləcəyini düşündüklərindən onunla razılaşdıqlarını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 da Təqsirləndirilən şəxs1lə eyni məzmunlu ifadə verərək həmin xüsusata münasibətdə Orxanla onların arasında pul və ya digər hörmət söhbətinin olmadığını, onun pul müqabilində adam vurmasının mümkün olmadığını və pul müqabilində kimisə vurmağı özünə sığışdırmadığını, onların zərərçəkmiş şəxsi vurmasının səbəbinin yaxın dostunun xahiş etməsinin olduğunu göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxsi hər hansı hörmət və ya digər maddi nemətin vəd edilməsi müqabilində vurmadığına dair göstərdiyi xüsusatı təsdiq edən hər hansı digər sübutun iş materiallarında olmadığını, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş cinayətin digər iştirakçısı X2 Təqsirləndirilən şəxs1 həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edərək Orxanla onların arasında pul və ya digər hörmət söhbətinin olmadığını bildirməsini, Təqsirləndirilən şəxs2 cinayətdən öncədən xəbəri olmayan şəxs kimi həmin xüsusatla bağlı onun ifadələrinə istinad edilməsinin mümkün olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun sifarişlə zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasının öz təsdiqini tapmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs1 AR CM-nin 127.2.3-cü maddəsi ilə verilmiş ittihama münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına zərər vurmada ifadə olunur. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş cinayət kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, ya da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Xuliqanlıq niyyəti ilə törədilən əməl çox vaxt heç bir səbəb olmadan, yaxud da cüzi səbəbi bəhanə etməklə törədilir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır Azərbaycan Respublikası Ali Məhkəməsinin "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2022-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir. Məhkəmə xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarında verilmiş təfsirlərdən çıxış edərək qeyd edir ki, “xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Təqsirləndirilən şəxs1 AR CM-nin 127.2.3-cü maddəsi ilə ittiham verilərkən istintaq orqanı Təqsirləndirilən şəxs1 Əyyub Bağırovla birlikdə Orxan Vəliyevin göstərişi əsasında heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonradan şəxsiyyəti onlara məlum olan Zərərçəkmiş şəxs əllərində olan istintaqa məlum olmayan dəmir və taxta parçalarından istifadə edərək qəsdən Zərərçəkmiş şəxs sifət, baş və qarın nahiyələrindən zərbələr vuraraq onun sağlamlığına az ağır zərər vurmasına istinad etmişdir. Lakin hazırki işin hallarından, həm təqsirləndirilən şəxsin, həm hazırki iş üzrə şahid qismində dindirilmiş Əyyub Bağırovun ifadələrindən, o cümlədən, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatlardan görünür ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsi vurmasına səbəb onun çox yaxın dostu olan Orxanın ona “zərərçəkmiş şəxsin Orxanın dostuna qarşı səhv hərəkət etdiyini, həmin hərəkətin ona qarşı edilmiş hərəkət kimi qəbul edilməsini” bildirdirməsi, onun Orxanla çox yaxın dost olması və Orxanın da ona görə eyni addımı atacağını düşünməsi olmuş, onun cinayəti törətməsinin motivini xuliqanlıq niyyəti təşkil etməmişdir, başqa sözlə, Təqsirləndirilən şəxs1 bilərəkdən (qəsdən) ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərlərə qarşı etinasızlıq göstərməmiş, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlər və onların pozuntuları onun şüuru ilə əhatə olunmamışdır. İstintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs1 cinayəti törətməsinin səbəbinin olmasını qəbul etmiş, sadəcə həmin səbəbi öz şəxsi mülahizələri əsasında əsaslı olmayan səbəb kimi qiymətləndirmişdir. Halbuki, AR 127.2.3-cü maddəsi (Ali Məhkəmənin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində izah edildiyi kimi) xuliqanlıq niyyətini “əsaslı səbəb”in olmaması ilə deyil, təqsirkarın səbəbsiz olaraq hərəkət etməsi və yaxud cüzi səbəbi bahanə etməsi ilə əlaqələndirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Orxan onun yaxın dostu olduğundan və ondan xahiş etdiyindən onun təklifi razılaşdıqlarını, zərərçəkmiş şəxsi tanımadıqlarını, Orxanın onlara, yəni ona və Əyyuba zərərçəkmiş şəxsin Orxanın dostuna qarşı səhv hərəkət etdiyini, “dostum ya mən fərqi yoxdur, elə düşünün ki, həmin səhv mənə qarşı edilib, məni onun yerinə qoyun” dediyini, Orxanla çox yaxın dost olduqlarından və Orxanın da onlara görə eyni addımı ata biləcəyini düşündüklərindən onunla razılaşdıqlarını, onun sadəcə dostu Orxana görə, Orxan “dostumun yerinə məni qoyun, elə bilin həmin şəxs mənə qarşı səhv etmişdir” dediyindən həmin şəxsi qorxutmağa və vurmağa razılıq verdiyini göstərmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi bu xüsusat şahid qismində dindirilmiş X2 ifadəsi ilə uzlaşmış və Əyyub Bağırov da zərərçəkmiş şəxsi öncədən tanımadıqlarını, Orxanın onlara zərərçəkmiş şəxsin onun yaxın adamına qarşı səhv etdiyini bildirdiyindən və “elə düşünün həmin səhv mənə qarşı edilib” dediyindən, Orxanla çox yaxın dost olduqlarından və Orxanın da onlara görə hər söhbətə gedəcəyini düşündüklərindən Orxanın dediyini sorğu-sualsız etdiklərini bildirməklə Təqsirləndirilən şəxs1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 ifadəsində Məhəmməd və Əyyub maşına əyləşdikdə Orxan onlardan neylədiklərini soruşduqda və həmin şəxslər “Necə demişdin elə, vurduq, gəldik” dediklərini göstərmişdir ki, bu hal özü də təqsirləndirilən şəxsin və şahid X16 Vəliyevin sözü ilə zərərçəkmiş şəxsi vurmalarına dair göstərdikləri xüsusatların doğruluğunu təsdiqləyir. Göstərilən bu hallar Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin səbəbsiz olmamasına, onun yaxın dostunun xahişi ilə “zərərçəkmiş şəxsin onun (Orxanın) dostuna qarşı səhv etməsini, dostuna edilmiş səhvin ona edilmiş səhv olmasını və dostunun yerində onu təsəvvür etməsini” bildirməsi səbəbindən dostluq naminə zərərçəkmiş şəxsi vurmasına dəlalət etməklə onun davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaq niyyəti ilə, yəni xuliqanlıq motivi ilə cinayət törətməsini istisna edir. Məhkəmə onu da qeyd edir ki, X11 Mehdiyev və Əyyub Bağırova zərərçəkmiş şəxsin etdiyi səhv barədə məlumat verməməsi və təqsirləndirilən şəxsin həmin səbəbin əsaslı və əsassız səbəb olmasını bilməməsi onun ziyanına şərh olunaraq müstəntiqin ittiham aktında öz şəxsi mülahizələri əsasında göstərdiyi kimi əsassız səbəb kimi qiymətləndirilə bilməz. Məlumdur ki, təqsir şəxsin öz əməlinə olan şüurlu münasibətidir. Hazırki halda ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərlərə qarşı etinasızlıq göstərilməsi, başqa sözlə, kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlər və onların pozuntularının Təqsirləndirilən şəxs1 şüuru ilə əhatə olunmaması açıq-aşkar müəyyən edildiyi halda onun əməlində xuliqanlıq niyyətinin olmasından söhbət gedə bilməz. Qanunvericiliyin tələbindən və yuxarıda sadalanan Plenum qərarlarından görünür ki, əməlin xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi qiymətləndirilməsi üçün ilk növbədə xuliqanlıq niyyətinin konkret cinayətin motivi kimi özünü biruzə verməsi, təqsirkarın davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla həmin cinayəti törətməsi, xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunması tələb olunur. Təqsirləndirilən şəxs1 və şahid qismində dindirilmiş X2 ifadələrindən görünür ki, Orxan onlardan zərərçəkmiş şəxsi qorxutmasını xahiş edərkən bildirmişdir ki, “elə edin ki, heç kim, hətta zərərçəkmiş şəxs sizi görməsin”. Zərərçəkmiş şəxs ifadəsindən də görünür ki, Təqsirləndirilən şəxs1 və Əyyub Bağırov onu gəldiyi fərdi yaşayış evinin qarşısında o, maşında yerə düşmüş telefonunu əyilərək götürdükdən sonra maşının qapısını bağlayan zaman arxadan vuraraq qaçmışlar, o, həmin şəxslərin iki nəfər olduğunu görsə də, həmin şəxslərin üzünü görməmişdir. Məhkəmə qeyd edir ki, ictimai təhlükəli əməlin onun yaxın dostunun xahişi ilə “zərərçəkmiş şəxsin onun (Orxanın) dostuna qarşı səhv etməsini, dostuna edilmiş səhvin ona edilmiş səhv olmasını və dostunun yerində onu təsəvvür etməsini” bildirməsi səbəbindən törətməsi, gecə saat 04 radələrində hadisə yerində heç kəsin olmadığı şəraitdə təqsirləndirilən şəxsin və Əyyub Bağırovun məhz hadisə yerində heç kəsin olmadığına əmin olduqdan sonra zərərçəkmiş şəxsi məhz arxadan, yəni onları görmək imkanı olmadığı şəraitdə vurmaları, zərərçəkmiş şəxs çevrilmək istəyərkən onu vurub tez qaçmaları, bir kəlmə söz demədən, səs-küy salmadan hadisə yerindən uzaqlaşmaları onların bilərəkdən ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərlərə qarşı etinasızlıq göstərməsini, həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını, onların cinayəti ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətməsini, bununla da xuliqanlıq niyyətinin cinayətin motivi yəni, cinayəti törətməyə sövq edən, hərəkətverici amil olmasını istisna edir. Təqsirləndirilən şəxsin əməlində xuliqanlıq niyyətinin olmasına hüquqi qiymət verilərkən ən vacib məqam hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) və şəxsin məqsədinə lazımi əhəmiyyət verilməsidir. Məlumdur ki, niyyət sözünün mənası məqsəd, məram, xuliqanlıq sözünün mənası isə ictimai qayda, nizam-intizamın, əxlaqın normalarının pozulması, cəmiyyətə hörmət etməmə deməkdir. Belə olan halda şəxsin əməlinin xuliqanlıq niyyəti ilə tövsif edilməsi üçün ən önəmli meyar da onun cinayəti məhz xuliqanlıq məqsədi ilə törətməsinin müəyyən edilməsidir ki, hazırki iş üzrə məhkəmə iş materialları və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli törədərkən onu həmin əməli törətməyə sövq edən amilin, yəni hərəkətverici qüvvənin xuliqanlıq niyyətinin olmaması və belə olan halda onun cinayəti də xuliqanlıq niyyəti olmadan, yuxarıda göstərilən səbəblə törətməsi qənaətinə gəlir. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs1 əməlində AR CM-nin 127.2.3-cü maddəsinin tərkibinin olmamasına, onun AR CM-nin 127.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 127.2.2 və 127.2.3-cü maddələrindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli və o, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs notarial qaydada verilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmış və onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 32.5,127.2.2 və 32.5,127.2.3-cü maddələri ilə bəraət verilməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 127.2.2 və 127.2.3-cü maddələrindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli, onun zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması nəzərə alınaraq Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə icraata xitam verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. AR CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs2 bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 350, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.2 və 32.5,127.2.3-cü maddələrinin tərkibi olmadığından ona AR CPM-nin 42.1.2ci maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələrindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibinə AR CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla ibtidai istintaq və məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla ibtidai istintaq və məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-410/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-410/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver