Məhkəmə qərarları › İş №1(008)-411/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-411/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-411/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 Həsənovun sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 küçəsi ev 29 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni xeyli miqdarda əldə edib, saxlayıb, daşıyıb və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, 03 ədəd bükümdə öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,751 qram, 0,718 qram və 0,229 qram olan psixotrop maddə metamfetamin və xeyli miqdarda 04 ədəd bükümdə öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,245 qram, 0,229 qram, 0,243 qram və 0,286 qram narkotik vasitə heroin əldə edib, daşıyıb saxlayaraq, 01 ədəd bükümdə təmiz çəkisi 0,751 qram psixotrop maddə metamfetamini 11 fevral 2025-ci il tarixdə, saat 00 radələrində, yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 küçəsi ev 29 ünvanındakı evdə tanışı Şahid1 20 manat pul müqabilində satmış, Şahid1 narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanılmasında şübhələnildiyi üçün Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 fevral 2025-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Çiləgir” yaşayış massivində, nömrəsiz fərdi evin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən Təqsirləndirilən şəxs aldığı 01 ədəd sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0,751 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürüldükdən sonra, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 14-cü PŞ-nə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 12 fevral 2025-ci il tarixdə, saat 03:30 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X7 küçəsində, fərdi evin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli idman görəkcəsinin sol yan cibindən bir ədəd krem rəngli pul qabının içərisindən 04 ədəd qırmızı rəngli boruşəkilli plastikin içərisində şəffaf sellofan bükümdə, öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,245 qram, 0,229 qram, 0,243 qram və 0,286 qram, ümumi təmiz çəkisi 1,003 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd şəffaf sellofan bükümdə, öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,718 qram və 0,229 qram, ümumi təmiz çəkisi 0,947 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroinə məxsus izlər olan 01 ədəd gümüşü folqa, əynində olan qara rəngli idman şalvarının sağ yan aşağı cibindən üzərində heroinə və metamfetaminə məxsus izlər olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla razı olduğunu, lakin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla razı olmadığını bildirmişdir. 10 fevral 2025-ci il tarixdə gecə saatlarında dostu Şahid1 ilə birlikdə evdə narkotik vasitə istifadə edən zaman 4 nəfər polis əməkdaşı evdən onları aparmışlar. İsmayıl ilə birlikdə narkotik vasitəni almış, birlikdə istifadə etmişlər, ağrıları olduğu üçün təcili tibbi yardım çağırmışlar, İsmayıl təcili tibbi yardımı qarşılamaq üçün onun yanında olmuşdur. Bir büküm almışdır, içərisində bir qram heroin və bir qədər metamfetamin olmuşdur. Narkotik vasitə istifadəçidir, satışı ilə məşğul olmamışdır. Verilmiş suallara cavabında bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, həm metamfetamin həm də heroin istifadə edir, bəzən hər ikisini də alır, iran vətəndaşından bir büküm almışdır, başqa bükümlər olmuyub, bir bükümdə 1 qram heroin və bir qədər metamfetamin olub, 80 manat pul vermişdir, narkotik vasitəni aldığı gün onu evində saxlamışlar, dörd nəfər polis əməkdaşı olmuş, hasardan həyətə daxil olmuşlar, yanında İsmayıl adlı şəxs və qonşusu olmuşdur, o narkotik vasitənin satışı ilə məşğul olmur, həmin vaxt polis əməkdaşları onun narkotik vasitə satdığını düşünmüşlər, evində böyük elektron tərəzi olmuşdur, evində qapının ağzından videoçəkiliş olmuş, yanında olan şəxs İsmayıldan ondan narkotik vasitə alıb-almadıqlarını soruşmuşlar, İsmayıl ondan aldığını bildirmişdir, sonra onları Sabunçu RPİ-nin 14-cü PŞ-nə aparmışlar, məhkəməyədək ittiham aktı ilə tanış olmamışdır, sənədləri oxumadan imzalamışdır, materiallardan məlumatı olmamışdır, İsmayılın pulu olmamışdır, narkotik vasitəni birlikdə istifadə etmişlər, 80 manat pulu özü vermişdir, ona qarşı fiziki təzyiq olmamışdır, “yükləyəcəkləri” ilə bağlı psixoloji təzyiq olub, evində olan tərəzi cehizlik tərəzi olmuşdur, narkotik vasitə satmamışdır, istifadəsində telefon vardır, “Whatsapp” əlaqə sistemindən istifadə edir, heç bir yazışmanı silməyib, sms vasitəsilə heç kimlə əlaqə saxlamamışdır, narkotik vasitəni iranlıdan almışdır, polis əməkdaşlarının evinə hasardan daxil olması qonşunun kameralarında düşmüşdür, məhkəmə iclasında təqdim edəcəkdir. Rasim maştağa telefonun kontaktında var, “Həci” adlı şəxs iran vətəndaşıdır, özü ondan narkotik vasitə almış, telefonunda olan şəkilləri özü istifadə etdiyi saxlamışdır. İfadələri arasında ziddiyyət olduğundan ifadəsi elan olunmuş və təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsində göstərmişdir ki, o, CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməldə təqsirli olduğunu bilir, təxminən 2-3 ay əvvəl internet vasitəsi ilə tanış olduğu, adını və digər məlumatlarını bilmədiyi özünü İran vətəndaşı kimi təqdim etmiş şəxslə xatırlamadığı xarici ölkə nömrəsinin “vatsapp” tətbiqi vasitəsi ilə danışıb, xatırlamadığı hesab nömrəsinə pul göndərib, müəyyən yerə şifariş etdiyi narkotiki “atdıraraq” gedib həmin yerdən götürüb istifadə edirmiş. Sonuncu dəfə 11 fevral 2025-ci il tarixdə yenə də “iranlı” ilə danışmış və onun xatırlamadığı hesab nömrəsinə 120 manat pul göndərmişdir. Günorta saatlarında iranlı sifariş verdiyi narkotiklərin olduğu, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki “məkan” ona göndərmişdir. O da gedib həmin məkandan 3 ədəd metamfetamin və 4 ədəd heroin bükümlərini götürmüşdür. Onların çəkisini əvvəldən alıb üzərində gəzdirdiyi elektron tərəzi ilə çəkmiş və iranlının onu çəkidə aldatmadığını bilib evinə gəlmişdir. Anası həmin gün evdə olmamış və o aldığı narkotiklərdən, falqa vasitəsi ilə yandırıb tüstüsünü iyləməklə hərəsindən azca istifadə edib, qalanlarını da ona məxsus krem rəngli pul qabının içərisinə qoymuşdur. İstifadə etdiyi falqanı da pul qabına qoymuşdur. Həmin narkotikləri özü istifadə etməsi və satmaq məqsədi olmuşdur. Həmin gün axşam saatlarında bədənində dözülməz ağrılar baş verdiyi üçün TTY çağırmışdır. Lakin məhəlləyə çıxıb TTY-nı qarşılaya bilmədiyi üçün tanışı, özü telefon və nömrə işlətmədiyi İsmayılın anasının nömrəsinə zəng edib, İsmayıldan TTY avtomobilini qarşılayıb onlara gətirməsini xahiş etmişdir, İsmayılda dediyini etmiş və TTY-la həkimlər gəlib, ona ilkin yardım edib getmişlər. İsmayıl narkotikinin olub-olmamasını soruşmuş və o, olduğunu demişdir. Üzərində saxladığı iranlıdan aldığı narkotikdən bir büküm metamfetamini İsmayıla vermişdir. İsmayıl bunun qarşılığında ona pul verməmişdir. Daha sonra 12 fevral 2025-ci il tarixdə 00:45 radələrində İsmayıl narkotiki ondan götürüb onun evindən çıxıb getmişdir. Həmin gecə ağırları azaldığı üçün bir az gəzib hava almaq üçün saat təxminən 03:30 radələrində narkotikləri olan qab, elektron tərəzi üzərində ola-ola məhəlləyə çıxmışdır. O, əvvəllər də narkotik əldə edərkən, onu evə qoymamışdır və elektron tərəzi ilə birlikdə üzərində saxlamışdır ki, evdə anası da yaşayır və o narkotikləri tapa bilər. Bir qədər kənarlaşarkən yolda 2 nəfər ona yaxınlaşıb, xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olmalarını, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar olmasını deyib, həmin qərarla onu tanış edib, üzərinə videogörüntü ilə şəxsi axtarış keçiriləcəyini, etirazının olub-olmamasını soruşmuşlar. O da artıq etiraz etməyin faydasız olmasını düşünüb razılaşmış və üzərinə videogörüntü ilə şəxsi axtariş keçirilmişdir. Ona üzərindəki qanunsuz əşyaları verməyi təklif edilmişdir. O da əynindəki göy rəngli idman görəkcəsinin sol yan cibindən bir ədəd krem rəngli pul qabını, əynində olan qara rəngli idman şalvarının sağ yan aşağı cibindən 01 ədəd gümüşü rəngli elektron tərəzini, həmin şalvarının sağ yan cibindən bir ədəd “İnfinix” markalı mobil telefon və bir ədəd “Sobrania” adlı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin pul qabı açılarkən içərisindən 04 ədəd qırmızı rəngli boru şəkili plastikin içərisində, şəffaf sellofan bükümdə heroin, 02 ədəd şəffaf sellofan bükümdə, metamfetamin və 01 ədəd narkotiki istifadə etdiyi gümüşü folqa aşkar edilmişdir. Verilmiş suallara cavab olaraq həmin narkotikləri “iranlıdan aldığını, narkotikin satışı ilə məşğul olduğunu bildirmişdir. Tərəzini isə narkotikləri çəkmək üçün üzərində saxladığını demişdir. Siqaret qutusunun içəsindən 2 ədəd siqaret və bir ədəd yandıran aşkar edilmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və şalvarının sağ yan aşağı cibindən xəstəliyi ilə əlaqədar üzərində olan tibbi “sprey” qabı aşkar edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş narkotiklər, elektron tərəzi, folqa və mobil telefon qablaşdırılmış, digər əşyalar ona geri qaytarılmışdır. O da digər iştirakçılarla birlikdə qablaşdırmanı imza etmişdir. Bundan sonra polis şöbəsinə gəlmişlər və orada ona vəkil təqdim edilib, hüquqları izah edilmişdir, bu barədə bildiriş təqdim edilmiş, üzərindən aşkar olunub qablaşdırılmış narkotik maddələr və elektron tərəzi videogörüntü aparılmaqla açılmış və həmin narkotiklərin ona məxsus olub-olmaması soruşuldu. Vəkilin də iştirakı ilə aparılmış bu hərəkətlər zamanı o səmimi etriaf etmişdir ki, həqiqətən də narkotik bükümləri onundur və həmçinin tanışı İsmayıla bir büküm narkotik də vermişdir. Daha sonra həmin narkotik bükümləri və elektron tərəzi yenidən qablaşdırılmış və ekspertizaya göndəriləcəyini bildirilmişdir. Tərtib olunmuş protokollar oxunmuş, hüquqları bir daha izah edilmiş, daha sonra o və digər iştirakçılar protokolları imza etmişlər. İfadələri arasındakı ziddiyyəti sənədləri oxumadan imzalamış, nəyə imza atdığını bilməmiş, materiallardan məlumatı olmamış, norkotik və psixotrop maddələrin satışı, satış məqsədi ilə əldə etmədiyini bir daha bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, eyni məhəllə yaşayan tanışı Natiq 11 fevral 2025-ci il tarixdə öz telefonu və nömrəsi olmadığı, anasının işlətdiyi, onun adına olan 077 *** ** ** saylı nömrəyə zəng edib, TTY avtomobili çağırmasını, vəziyyətinin pis olmasını, çıxıb həmin avtomobili qarşılayıb, evinə aparmağını xahiş etmişdir. O da həmin gün axşam saatlarında Natiqin dediyi kimi etmiş və TTY avtomobilini qarşılayıb Natiqin evinə aparmışdır. Natiq evdə anası ilə yaşasa da həmin gün anası evdə olmamışdır. TTY avtomobilinin həkimləri getdikdən sonra Natiqin yanında qalmışdır. Həmin gün polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə daxil olaraq onları tutmuş və polis şöbəsinə aparmışlıar, daha sonra o MSY-dən azad olunmuşdur. Verilmiş suallara cavabında bildirmişdir ki, Natiq telefon mağazasında işləmişdir orda tanış olmuş və Natiqlə dostluq münasibətləri var, evlərinə getmişdir, Natiqin asma xəstəliyi var, təcili tibbi yardım çağırmışlar, evdə tək olmuşdur, özü narkotik vasitə istifadə edib, lakin Natiqlə birlikdə istifadə etməyiblər, Natiqin evində olan zaman gecə saatlarında polis əməkdaşları evə daxil olmuşdur, 3-4 nəfər polis əməkdaşı gəlmişdir, Natiq və onu saxlamışlar, üzərində narkotik vasitə olmayıb, videoçəkiliş olmuşdur, Natiq və onun üzərində narkotik vasitə olmadığı halda üzərlərindən çıxmışdır, evdə polis əməkdaşları bildirmişdir ki, narkotik vasitəni götür, təqdim et və Natiqdən aldığını bildir, çəkiliş çöldə olmuşdur, hər ikisinə ayrı ayrı videoçəkiliş keçirilmişdir, narkotik vasitəni polis əməkdaşları vermişlər, o da üzərinə qoymuşdur, Natiqin üzərində olub-olmadığını bilmir, videoçəkiliş zamanı üzərindən narkotik vasitə aşkar olunmuşdur, Natiq ona narkotik vasitə verməyib, satış ilə məşğul olması barədə məlumatı yoxdur, birlikdə narkotik vasitə istifadə etməmişlər, onun barəsində CM-nin 234.1-ci maddəsi ilə istintaq gedir, məhkəməyə çağırmayıblar. Yazılanlar düzgün deyil, ona psixi təzyiq olmuşdur, ona da satış ilə ittiham veriləcəyi bildirilmişdir, ona görə başqa ifadə vermişdir, protokolu oxumuşdur və imzalamışdır, ona polis əməkdaşı dediyi kimi ifadə vermişdir, bununla bağlı heç bir yerə şikayət etməmişdir. Natiqin narkotik vasitə istifadə etdiyini görməmişdir, özü əvvəllər narkotik vasitə istifadə edib, məhkum olunmuşdur. İfadələri arasında ziddiyyət yarandığından Şahid1 məhkəməyədək icraat dövründə ifadəsi elan olunmuş və ifadəsində göstərmişdir ki, eyni məhəllə yaşayan tanışı Natiq 11 fevral 2025-ci il tarixdə öz telefonu və nömrəsi olmadığı üçün anasının işlətdiyi, onun adına olan 077 *** ** ** saylı nömrəyə zəng edib, TTY avtomobili çağırmasını, vəziyyətinin pis olmasını, çıxıb həmin avtomobili qarşılayıb, evinə aparmağını xahiş etmişdir. O da həmin gün axşam saatlarında Natiqin dediyi kimi etmiş və TTY avtomobilini qarşılayıb Natiqin evinə aparmışdır. Natiq evdə anası ilə yaşasa da həmin gün anası evdə olmamışdır. TTY avtomobilinin həkimləri getdikdən sonra Natiqin yanında qalmış və ondan narkotikinin olub-olmamasını soruşmuşdur. O da üzərində narkotik olmasını, İranlıdan 7 büküm almasını demiş və 20 manat pul müqabilində Natiqdən 01 ədəd sellofan bükümdə metamfetamin alıb xx.xx.2025-ci il tarixdə təxminən saat 01 radələrində evinə getmək üçün məhəlləyə çıxmışdır. Bu zaman yolda hərəkətdə olarkən 2 nəfər şəxs ona yaxınlaşıb, xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olmalarını, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar olmasını deyib, həmin qərarla onu tanış edib, üzərinə videogörüntü ilə şəxsi axtarış keçiriləcəyini, etirazının olub-olmamasını soruşmuşlar. O da artıq etiraz etməyin faydasız olmasını düşünüb razılaşmış və üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmişdir. Ona özünün üzərindəki qanunsuz əşyaları verməyi təklif edilmişdir. O da əynindəki qara rəngli şalvarının sağ yan kiçik cibindən Natiqdən aldığı sellofan bükümdəki “patı" yəni metamfetamini, sağ yan cibindən də şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Suallara cavab olaraq, narkotiki Natiqdən almağı, başqa qanunsuz əşya saxlamadığını bildirmişdir. Daha sonra üzərinə polislər şəxsi axtarış keçirmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik qablaşdırılmışdır. O da qablaşdırmanı digər iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra polis şöbəsinə gəlmiş və orada ona vəkil təqdim edilib, hüquqları izah edilmiş, bu barədə bildiriş təqdim edilmiş, üzərindən aşkar olunub qablaşdırılmış narkotik maddə videogörüntü aparılmaqla açılmış və həmin narkotikin ona məxsus olub-olmaması soruşulmuşdur. Vəkilinin də iştirakı ilə aparılmış bu hərəkətlər zamanı o səmimi etriaf etmişdir ki, həqiqətən də narkotik onundur və Natiqdən almışdır. Daha sonra həmin narkotik yenidən qablaşdırılmış və ekspertizaya göndəriləcəyini bildirilmişdir. Tərtib olunmuş protokollar oxunmuş, hüquqları bir daha izah edilmiş, daha sonra o da protokolu imza etmişdir. İfadələri arasındakı ziddiyyətlə bağlı Şahid1 bildirmişdir ki, müstəntiq oxuyub o imza çəkmişdir, yazı ona məxsusdur, oxuya bilmir. Müstəntiq demişdir ki, imzalasın yoxsa ağır olacaq və hədələmişlər, satış olmasa işi daha ağır olacağını demişlər, ona görə məcbur olub imzalamışdır. Əvvəllər barəsində cinayət işi olmuş, narkotikdən məhkumluğu olduğu üçün şikayətinin keçərli olmayacağını, bu səbəbdən də heç bir yerə yerə müraciət etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, satması və dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən daxil olan məlumatın yoxlanılması üçün 12 fevral 2025-ci il tarixdə raport yazılmış və təsdiq alındıqdan sonra əməliyyat qrupu yaradılıb, əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu üzvləri ilə həmin tarixdə saat 03:30 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 küçəsinə yollanmışlar. Küçədə bir nəfər xarici əlamətləri Təqsirləndirilən şəxs xarici əlamətlərinə oxşayan şəxsi görmüş və ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib, onun da özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü təqdim edib, Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs barəsindəki qərar və hüquqları elan edilmiş və narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanılmasında şübhəli olması olması, buna görə də videogörüntü aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs etirazının olmamasını bildirmiş və bundan sonra əməkdaşlardan biri videogörüntü aparmağa başlamış və digər əməkdaşla o, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparmağa başlamışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman gödəkcəsinin sol yan cibindən bir ədəd krem rəngli pul qabı, qara rəngli idman şalvarının sağ yan aşağı cibindən 01 ədəd elektron tərəzi, həmin şalvarın sağ yan cibindən “İnfınix” adlı mobil telefon və siqaret qutusu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi krem rəngli pul qabı açılan zaman 01 ədəd kəsilmiş falqa, 4 ədəd qırmızı rəngli boruşəkilli plastikin içərisində şəffaf sellofan bükümdə, narkotik vasitə heroinə bənzər tünd qəhvəyi rəngli maddə və başqa 02 ədəd şəffaf sellofan bükümdə, psixotrop maddə metamfetaminə bənzər, kristal şəkilli maddə aşkar olunmuşdur. Bundan sonra üzərinə onlar tərəfindən şəxsi axtarış keçirilmiş və qara rəngli idman şalvarının sağ yan aşağı cibindən bir ədəd tibbi sprey aparatı aşkar olunmuşdur. Daha sonra xəstə olduğu üçün həmin tibbi sprey aparatı özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələrinin metamfetamin və heroin olmasını, İran vətəndaşının hesabına 120 manat pul göndərdikdən sonra Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisindən götürməsini, şəxsi istifadə və satış məqsədi ilə əldə etməsini, elektron tərəzini isə narkotikin çəkisini müəyyən etmək üçün əldə etməsini bildirmişdir. Aşkar olunan qanunsuz maddələr iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmiş, imzalarla təsdiq edilmişdir. Daha sonra araşdırmanın davam etdirilməsi üçün Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmişdir. Şöbədə Təqsirləndirilən şəxs müdafiəçi vəkil təqdim edilərək hüquqları bir daha izah edilmiş və onun üzərindən aşkar edilərək qablaşdırılmış maddələrin açılıb baxılacağı izah edilmişdir. Etiraz olmadığı üçün Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddələr təhqiqatçı tərəfindən müdafıçinin də iştirakı ilə videogörüntü aparılmaqla açılmış, baxılmış və orada da Təqsirləndirilən şəxs həmin maddələrin ona məxsus olmasını, üzərindən aşkar olunan həmin maddələrinin metamfetamin və heroin olmasını, İran vətəndaşının hesabına 120 manat pul göndərdikdən sonra Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisindən götürməsini, şəxsi istifadə və satış məqsədi ilə əldə etməsini, elektron tərəzini isə narkotikin çəkisini müəyyən etmək üçün əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitəyə və maddələrə oxşar maddələr, elektron tərəzi və mobil telefon iştirakçıların gözü qarşısında bir daha qablaşdırılaraq möhürlə möhürlənmiş, o və digər iştirakçılar tərəfindən qablaşdırmanın üzəri imzalanmışdır. Verilmiş suallara cavabında bildirmişdir ki, Təqsirləndirilən şəxs küçədə saxlamışlar, İsmayıl adlı şəxslə Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda saxlamışlar, İsmayıl adlı şəxs saxlanılan zaman narkotik vasitəni Natiqdən aldığını bildirmişdir. Natiq videoçəkiliş zamanı narkotik vasitə satışı ilə məşğul olduğunu etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır(i.v 1). Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 4da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psoxotrop maddələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat əsasında tədbirlərin həyata keçirilməsi nəzərə alınmışdır(i.v 6-7). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 12 fevral 2025-ci il tarixdə saat saat 03:35-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X8 küçəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman gödəkcəsinin sol yan cibindən bir ədəd krem rəngli pul qabı, qara rəngli idman şalvarının sağ yan aşağı cibindən 01 ədəd elektron tərəzi, həmin şalvarın sağ yan cibindən “İnfinix” adlı mobil telefon və siqaret qutusu çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi krem rəngli pul qabı açılan zaman 01 ədəd kəsilmiş falqa, 4 ədəd qırmızı rəngli boruşəkilli plastikin içərisində şəffaf sellofan bükümdə, narkotik vasitə heroinə bənzər tünd qəhvəyi rəngli maddə və 02 ədəd şəffaf sellofan bükümdə, psixotrop maddə metamfetaminə bənzər, kristal şəkilli maddə aşkar olunur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilir və qara rəngli idman şalvarının sağ yan aşağı cibindən bir ədəd tibbi sprey aparatı aşkar olunur və özünə geri qaytarılır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələrinin metamfetamin və heroin olmasını, İran vətəndaşının hesabına 120 manat pul göndərdikdən sonra Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisindən gptürməsini, şəxsi istifadə və satış məqsədi ilə əldə etməsini, elektron tərəzini isə narkotikin çəkisini müəyyən etmək üçün əldə etməsini bildirdi. Aşkar olunan qanunsuz maddələr iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənir, imzalarla təsdiq edilir(i.v. 12-13). Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında 12 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xidməti otaqda müdafiəçi vəkillə təmin olunub, baş təhqiqatçı, polis mayoru X1 tərəfindən hüquqları izah olunub, üzərindən aşkar olunmuş maddələrə baxış keçiriləcəyi bildirilir. Etiraz olmadığı üçün Təqsirləndirilən şəxs üzərindən aşkar olunub qablaşdırılmış maddələrə baxış keçirilməsi üçün açılır və Təqsirləndirilən şəxs həmin maddələrin ona məxsus olmasını, satış və şəxsi istifadə üçün əldə etməsini, 4 ədəd bükümün heroin, 2 ədəd bükümün metamfetamin olmasını, tərəzini də narkotikləri çəkmək üçün istifadə etməsini bildirir. Həmin maddələr, elektron tərəzi və “İnfinix” adlı mobil telefon açılıb, baxış keçirildikdən sonra yenidən qablaşdırılır və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənir, ekspertizaya göndəriləcəyi izah edilir(i.v 32-33). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2025-ci il tarixli, 6/635 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş n/v-yə bənzər maddə; Şübhəli şəxs: 1. “imza”; İştirakçılar: 1. “imza” Y. Yusifzadə; 2. “imza” R. Alıyev; 3. “imza” (ad oxunmur) Əliyev; Baxış keçirildi: “imza” S. Allahverdiyev” yazıları qeyd edilmiş zərfdəki 04 (dörd) ədəd bükümdə içərisində ayrı-ayrılıqda təmiz çəkiləri -0,245 qram, - 0,229 qram, - 0,243 qram, -0,286 qram, ümumi təmiz çəkisi 1,003 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və həmin bükümlərdəki heroin öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Digər 02 (iki) ədəd bükümdə təmiz çəkiləri -0,718 qram və -0,229 qram, ümumi təmiz çəkisi 0,947 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Həmin 02 (iki) ədəd bükümdə olan metamfetamin və həmçinin Şahid1 (bu obyektə dair “12” fevral 2025-ci il tarixli 6/634 N°-li rəy verilmişdir) üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükümdə olan metamfetamin öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Bu zərfdən aşkar edilmiş 01 (bir) ədəd gümüşü folqa kəsiyi üzərində heroinə məxsus izlər vardır. Aşkar edilmiş heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək həmçinin digər bükümlərdəki heroin ilə eyniləşdirmə tədqiqatını aparmaq mümkün deyildir. Üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus elektron tərəzi; 1. “imza”; İştirakçılar:

1. “imza" Y. Yusifzadə; 2. “imza” R. Alıyev; 3. “imza” (ad oxunmur) Əliyev” yazıları qeyd edilmiş zərfdəki 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzi üzərində isə heroinə və həmçinin metamfetaminə məxsus izlərin olması müəyyən edildi. Aşkar edilmiş heroin və metamfetamin iz şəklində olduğu üçün onları çəkisini müəyyən etmək həmçinin digər bükümlərdəki heroin və metamfetamin ilə eyniləşdirmə tədqiqatını aparmaq mümkün deyildir(i.v.38-43). Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şahid1 barəsində ********* saylı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır(i.v. 51). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid1 üzərindən aşkar edilmiş psoxotrop maddənin xx.xx.2025-ci il tarixdə Natiq adlı şəxsdən aldığını və şəxsi istifadə edilməsi üçün üzərində gəzdirdiyini bildirmişdir(i.v 52-53). “DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” 19 fevral 2025-ci il tarixli protokoldan görünür ki, CD diskə baxış keçirilən zaman müəyyən edildi ki, Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X4 tərəfindən videoçəkiliş aparılmaqla, həmin şöbənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və sahə inspektoru, polis kapitanı Şahid3 tərəfindən gecə vaxtı, torpaq zəmində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman gödəkcəsinin sol yan cibindən bir ədəd krem rəngli pul qabı, qara rəngli idman şalvarının sağ yan aşağı cibindən 01 ədəd elektron tərəzi, həmin şalvarın sağ yan cibindən “İnfinix” adlı mobil telefon və siqaret qutusu çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi krem rəngli pul qabı açılan zaman 01 ədəd kəsilmiş falqa, 4 ədəd qırmızı rəngli boruşəkilli plastikin içərisində şəffaf sellofan bükümdə, narkotik vasitə heroinə bənzər tünd qəhvəyi rəngli maddə və 02 ədəd şəffaf sellofan bükümdə, psixotrop maddə metamfetaminə bənzər, kristal şəkilli maddə aşkar olunur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilir və qara rəngli idman şalvarının sağ yan aşağı cibindən bir ədəd tibbi sprey aparatı aşkar olunur və özünə geri qaytarılır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələrinin metamfetamin və heroin olmasını, İran vətəndaşının hesabına 120 manat pul göndərdikdən sonra Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisindən gptürməsini, şəxsi istifadə və satış məqsədi ilə əldə etməsini, elektron tərəzini isə narkotikin çəkisini müəyyən etmək üçün əldə etməsini bildirdi. Aşkar olunan qanunsuz maddələr iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənir, imzalarla təsdiq edilir. Bundan başqa ikinci videogörünütüdə Təqsirləndirilən şəxs xidməti otaqda olması, müdafiəçi vəkillə təmin olunub, baş təhqiqatçı, polis mayoru X1 tərəfindən hüquqları izah olunub, üzərindən aşkar olunmuş maddələrə baxış keçiriləcəyi bildirilir. Etiraz olmadığı üçün Təqsirləndirilən şəxs üzərindən aşkar olunub qablaşdırılmış maddələrə baxış keçirilməsi üçün açılır və Təqsirləndirilən şəxs həmin maddələrin ona məxsus olmasını, satış və şəxsi istifadə üçün əldə etməsini, 4 ədəd bükümün heroin, 2 ədəd bükümün metamfetamin olmasını, tərəzini də narkotikləri çəkmək üçün istifadə etməsini bildirir. Həmin maddələr, elektron tərəzi və “İnfinix” adlı mobil telefon açılıb, baxış keçirildikdən sonra yenidən qablaşdırılır və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənir, ekspertizaya göndəriləcəyi izah edilir(i.v.98). Mobil telefon aparatına baxış keçirilməsi haqqında 19 fevral 2025-ci il tarixli protokol və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “İnfinix” markalı mobil telefon aparatına baxış keçirilən zaman mobil telefon aparatının vatsapp tətbiqində Təqsirləndirilən şəxs istifadə etdiyi 070 *** ** ** saylı mobil nömrənin vatsapp tətbiqinə “Rasim Maştağa” adlı kontaktdan səsli mesaj göndərilib, “30 manatım neynəmək olar?” bildirilmişdir. Həmçinin “Sosan” adlı kontaktdan “yetm kartımda 4 manat var, menimcun bidene he yox de gorey, lazim olmadi yetim var svyaz” yazılmış, “Beyrey” adlı kontaktdan “agriyiram qaqa” yazılmış və Təqsirləndirilən şəxs da ona “pulum catmir deyə goturemmedim" yazmış, +98919 *** **** nömrəli “Həci” adlı kontaktdan İsə narkotik vasitələrin alqı satqısına dair çoxsaylı smslər və səs yazıları müəyyən olundur. Mobil telefonun “vatsap” tətbiqində narkotik vasitələrin satışına dair çoxsaylı smslər və zənglər olması müəyyən edilmişdir. Bundan başqa telefonun sms qovluğunda 077 *** ** ** nömrədən “dur gəl bura, tema yoxdursa da gel” yazılması müəyyən edilmişdir. Bundan başqa telefonun şəkillər olan qovluğunda narkotik vasitə və psixotrop maddələrin şəkilləri vardır(i.v. 99-107). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 aprel 2025-ci il tarixli 2242 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu ( narkomaniya xəstəliyi ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatdadır(i.v.120-121). “sübutların qiymətləndirilməsi haqqında” 28 aprel 2025-ci il tarixli qərardan görünür ki, 13 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində həmin tarixdə Sabunçu rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələrinin tərkibi əlaməti olmadığından onun barəsində həmin maddələr üzrə cinayət təqibinin başlanması rədd edilmiş, ibtidai istintaq zamanı keçirilmiş istintaq əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamışdır, şəxsiyyəti istintaqa məlum olmayan İran İR-nin vətəndaşına dair cinayət işindən material ayrılması hazırki cinayət işinin ibtidai istintaqının tam, hərtərəfli və obyektiv aparılmasına heç bir maneə törətmədiyindən ********* saylı cinayət işinin materiallarından naməlum mənbəyə dair material ayrılmış və araşdırma aparılması üçün Sabunçu RPl-nə göndərilmiş, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən müvafiq sənədlərin sürəti çıxarılaraq hazırkı cinayət işinə əlavə edilməsi nəzərə alınmış, məhkəmə-kimyəvi ekspertizanın 6/893 saylı 12 fevral 2025-ci il tarixli rəyinin “Qeyd” hissəsindəki Təqsirləndirilən şəxs məxsus olan 1,003 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı çəkisinin 2,006 qram olmasının yazılması texniki səhv sayılmış və 1,003 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı çəkisinin 0,883 qram qalması nəzərə alınmış, iş üzrə 12 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi və özünə məxsus əynindəki geyim əşyasından aşkar olunaraq götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,245 qram, 0,229 qram, 0,243 qram və 0,286 qram, ümumi təmiz çəkisi 1,003 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd şəffaf sellofan bükümdə, öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,718 qram və 0,229 qram, ümumi təmiz çəkisi 0,947 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroinə məxsus izlər olan 01 ədəd gümüşü folqa, üzərində heroinə və metamfetaminə məxsus izlər olan 01 ədəd gümüşü rəngli elektron tərəzi, üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd “İnfinix” adlı mobil telefon, həmin mobil telefona baxış zamanı çəkilmiş fotoşəkillər, üzərinə şəxsi axtarış və götürmə, həmçinin təqdim olunmuş əşyaya baxış keçirmə və götürmə haqqında protokollara əlavə edilmiş 02 CD disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs məxsus olan 1,003 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı çəkisi 0,883 qramı, ümumi təmiz çəkisi 0,947 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı çəkisi 0,867 qramı, 01 ədəd gümüşü folqa, 01 ədəd gümüşü rəngli elektron tərəzi, 01 ədəd “İnfinix” adlı mobil telefon maddi sübutların saxlanc kamerasına verilmiş, 12 fevral 2025-ci tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni, həmçinin təqdim olunmuş əşyaya baxış keçirmə və götürməni özündə əks etdirən 2 ədəd CD diskin və Təqsirləndirilən şəxs götürülmüş mobil telefona baxış zamanı çəkilmiş fotoşəkillərin cinayət işinə əlavə edilməsi nəzərə alınmış, toplanmış ilkin təhqiqat materialları, təqsirləndirilən şəxsin etirafedici ifadələri, şəxsi axtarış və götürmə protokolu, təqdim olunmuş əşyaya baxış keçirmə və götürmə protokolları, şahid ifadələri, ekspertiza rəyləri sübut növü kimi qiymətləndirilmişdir(i.v.125-135). İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 12 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2025-ci il tarixdə, saat 03:30-dan tutulmuş hesab edilmişdir (i.v.22). “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.57-59). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 4(008)-75/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 fevral 2025-ci il tarixdən, saat 03:30-dan hesablanmışdır(i.v77-84). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 4(008)-208/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin vaxtı 15 gün, yəni 12 may 2025-ci il tarixdən 27 may 2025-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 19 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Suraxanı RİŞ-nin xx.xx.2024-cü qərarı ilə “İrşad Elektroniks MMC”-yə 1660 manat borclu olması barədə axtarış vardır(i.v.88-89). Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 18 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Şahid1 axtarışa verilmişdir. Bakı şəhər Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 49-3/2-8905 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ətarfında əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair xx.xx.2025-ci il tarixli qərar, eyni zamanda zəruri sənədlər keçirilmiş əıməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılması və müvafiq qərar qəbul edilməsi üçün nəzarət qaydasında Bakı şəhər Sabunçu Rayonu Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 5(008)-152/2025 saylı qərarı ilə Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar nqanuni hesab edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan SMS yazışmaların məzmunundan, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4- ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qərarın 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş, narkotik vasitənin ona məxsus olduğunu, lakin şəxsi istifadəsi üçün nəzərdə tutduğunu qeyd edərək məhkəmə baxışı zamanı ifadəsini dəyişmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsi və ifadəsində göstərilən dəlillərə qiymət verilməldir. Məhkəmə ilk öncə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik və psixotrop maddələrin ona məxsus olmasını qeyd edərək, həmin maddələrin növü barəsində mübahisə etməyərək həmin hissələrlə razılaşaq şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsini təzyiq altında verməsi, sənədləri oxumadan imzalaması, nəyə imza atdığını bilməməsi, materiallardan məlumatı olmaması, ona qarşı olan təzyiqin “yükləyəcəkləri” ilə bağlı psixoloji təzyiq olması ilə izah etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ilkin izahatında(i.v 35), şübhəli şəxs kimi ifadəsində(i.v 48-49), təqsirləndirilən şəxs kimi ifadəsində(i.v 66-68) metamfetaminin 01 ədəd bükümünü İsmayıla pulsuz olaraq verdiyini, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, üzərindən aşkar edilmiş tərəzini narkotik vasitələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs ona qarşı sənədləri oxumadan, nəyə imza etməsini, materiallardan məlumatı olmamasını bildirsə də, təqsirləndirilən şəxs kimi ifadəsində(i.v 66-68) əllə yazısı ilə “ifadəmi oxudum, narkotikdən İsmayıla bir büküm vermişdim əlavə yoxdur imzamla təsdiq edirəm” yazaraq imzalamışdır. Məhkəmə iclası zamanı isə ona verilmiş suallara cavabında latınca oxuya bilməsini qeyd etmişdir. Bundan əlavə xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsi və müdafiəçini cinayət işinin materialları ilə tanış etmə haqqında protokoldan(i.v. 137) görünür ki, təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə tanış olaraq vəsatət və etirazının olmadığını qeyd etmişlər. Təqsirləndirilən şəxsin ona qarşı olan təzyiqin “yükləyəcəkləri” ilə bağlı psixoloji təzyiq olmasına münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona qarşı fiziki zorakılığın(döymə faktının) olmamasını, amma psixoloji təsir olduğunu desə də, məhkəməyədək icraat dövründə buna dair hər hansı formada iradını və etirazını bildirməmiş, müvafiq qurumlara müraciət etməmişdir. Əlavə olaraq təqdim olunan əşyalara baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntüdən görünür ki, baş təhqiqatçı Samir Allahverdiyev aşkar edilmiş 4 ədəd bükümün heroin, 2 ədəd bükümün metamfetamin və elektron tərizinin ona məxsus olub-olmamasını və həmin maddələrin(vasitələrin) Şahid1 satması barədə sual ünvanlamış, təqsirləndirilən şəxs həmin narkotik vasitə, psixotrop madddələrin və elektron tərəzinin ona məxsus olmasını, metamfetamini Şahid1 verdiyini bildirmişdir. İstintaq hərəkətinin aparılmasında iştirak edən müdafiəçi təkrar sual verərək Şahid1 psixotrop maddə verib-verməməsini sual vermiş, təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini Şahid1 verdiyini bir daha təsdiq etmişdir. Həmçinin təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs ona qarşı hər hansı fizki və psixoloji təzyiqin olması barədə məlumat verməmiş, əvvəllər məhkumluğun olmamasını nəzərə alaraq bağışlanmasını, elektron tərəzinin mətbəxdə istifadə edilən tərəzi olmasını qeyd etmişdir(i.v.77-84). Göründüyü kimi şəxsin məhkəməyədək icraat dövründə bir neçə dəfə davamlı olaraq eyni ifadələri verməsi, həmin ifadələrin hər hansı təzyiq və ya psixoloji təsir altında olmadan verməsi, şübhəli və təqsirləndirilən şəxs kimi ifadəsini isə müdafiəçisinin iştirakı ilə verməsi, onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs bir deyil, bir neçə dəfə ifadəsini oxumadan imzalaması inadırıcı hesab edilə bilməz. Bunun əksinə təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə davamlı olaraq bir neçə ifadəsini sərbəst surətdə, müdafiəçisinin iştirakı ilə eyni məzmunlu ifadələr verməsi və məhkəmə iclasında ifadələrini “sənədləri oxumadan imzalaması, nəyə imza atdığını bilməməsi” ilə əsaslandırması ağlabatan və məntiqli hesab edilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsinə qeyd etdiyi “polis əməkdaşlarının onun yaşadığı evə daxil olması və buna dair video görüntülərin olmasına” dair hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə iclası bir neçə dəfə bununla bağlı başqa vaxta keçirilmiş, lakin təqsirləndirilən şəxs bununla bağlı hər hansı dəlilini məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində yalnız sözlərə əsaslanmış, buna dair hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir. Əksinə iş üzrə təqdim edilmiş sübutlarda onun saxlanılması yerini şübhə altına ala biləcək hallar aşkar edilməmişdir. Beləliklə, Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı heç bir dəlilə əsaslanmayan ifadəsinə tənqidi yanaşır, onun bu ifadəsini özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə Şahid1 ifadələri arasında olan ziddiyyətli məqamlara qiymət verilməsini zəruri hesab edir. Şahid məhkəmə iclasında bildirmişdir ki, “narkotik vasitəni polis əməkdaşları vermişlər, o da üzərinə qoymuş, Natiqin üzərində olub-olmadığını bilmir, Natiq ona narkotik vasitə verməyib, satış ilə məşğul olması barədə məlumatı yoxdur, birlikdə narkotik vasitə istifadə etməmişlər, onun barəsində CM-nin 234.1-ci maddəsi ilə istintaq gedir, məhkəməyə çağırmayıblar”. Belə ki, Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadələri arasında ziddiyyəti onun əsaslandırmışdır ki, ona psixi təzyiq olmuş, ona da satış ilə ittiham veriləcəyi bildirilmiş, ona görə başqa ifadə vermiş, protokolu oxumuş və imzalamış, ona polis əməkdaşı dediyi kimi ifadə vermiş, bununla bağlı heç bir yerə şikayət etməmişdir. Göstərilən hal məhkəməyə inandırıcı gəlməmiş və şahidin qeyri-səmimi olmasının göstəricisi kimi qiymətləndirilməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, Şahid1 özünün də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi aparıldığından Təqsirləndirilən şəxs və özünün cinayət məsuliyyətinə cəlb edilməsindən yaxa qurtarması kimi qiymətləndirir və səmimi olmaması qənaətinə gəlir. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 18 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Şahid1 axtarışa verilmişdir. Nəticədə Şahid1 təqsirləndirilən şəxs ilə tanışlıq münasibətlərində olması, onun barəsində də başqa cinayət işinin aparılması onu deməyə əsas verir ki, həmin şəxsin məhkəmə iclasında verdiyi ifadəsi gələcəkdə özünün və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmasına xidmət edir. Məhkəmə narkotik vasitə(psixotrop maddə) satmadığını bildirməsini təqsirləndirilən şəxsin həmin dəlillərini özünü müdafiə xarakterli və məhkəmə istintaqı zamanı öz təsdiqini tapmayan dəlillər kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qərarın 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə işin hallarından görünür ki, Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 12 fevral 2025-ci il tarixli qərarla ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 4da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psoxotrop maddələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat əsasında tədbirlərin həyata keçirilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs üzərindən 04 (dörd) ədəd bükümdə içərisində ayrı-ayrılıqda təmiz çəkiləri -0,245 qram, -0,229 qram, -0,243 qram, -0,286 qram, ümumi təmiz çəkisi 1,003 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 (iki) ədəd bükümdə təmiz çəkiləri -0,718 qram və -0,229 qram, ümumi təmiz çəkisi 0,947 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 01 (bir) ədəd gümüşü folqa kəsiyi və 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, həmin bükümlərdəki heroin öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Digər Həmin 02 (iki) ədəd bükümdə olan metamfetamin və həmçinin 01 (bir) ədəd bükümdə olan metamfetamin öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Bu zərfdən aşkar edilmiş üzərində heroinə məxsus izlər vardır. Üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus elektron tərəzi üzərində isə heroinə və həmçinin metamfetaminə məxsus izlərin olması müəyyən edildi. Aşkar edilmiş heroin və metamfetamin iz şəklində olduğu üçün onları çəkisini müəyyən etmək həmçinin digər bükümlərdəki heroin və metamfetamin ilə eyniləşdirmə tədqiqatını aparmaq mümkün deyildir. Həmçinin mobil telefon aparatına baxış keçirilməsi haqqında protokolda əks olunmuş təqsirləndirilən şəxsin istifadəsində olmuş telefonda olan ***-***-**-** saylı mobil nömrənin Whatsapp tətbiqinə: - “Rasim Maştağa” adlı kontaktdan səsli mesaj göndərilib “30 manatım neynəmək olar? - “Sosan” adlı kontaktdan “yetm kartımda 4 manat var, menimcun bidene he yox de gorey, lazim olmadı yetim var svyaz - “Beyrey” adlı kontaktdan “agriyiram qaqa” yazılmış və Təqsirləndirilən şəxs da ona “pulum catmir deyə goturemmedim” yazmış -+98919 *** **** nömrəli “Həci” adlı kontaktdan isə narkotik vasitələrin alqı satqısına dair çoxsaylı smslər və səs yazıları müəyyən olunmuşdur. Bundan başqa telefonun sms qovluğunda 077 *** ** ** nömrədən “dur gəl bura, tema yoxdursa da gel” yazılması müəyyən edilmişdir. Bundan başqa telefonun şəkillər olan qovluğunda narkotik vasitə və psixotrop maddələrin şəkilləri vardır. Məhkəmə qeyd edilən yazışma və fotoşəkillərin tətqiqi ilə təqsirləndirilən şəxs suallar ünvanlamış və təqsirləndirilən şəxs cavabında bildirmişdir ki, Rasim maştağa telefonun kontaktında mövcuddur, “Həci” adlı şəxs iran vətəndaşıdır, özü ondan narkotik vasitə allmışdır və telefonunda olan şəkilləri özü istifadə etdiyi narkotik vasitələrin şəkillərini salxladığını bildirmişdir. Həmçinin təqsirləndirilən şəxsin psixotrop maddəni tanışı Şahid1 verməsi iş üzrə təqdim edilmiş sübutlarla təsdiqini tapmışdır. Yuxarıda sadalanan işin halları(narkotik maddə və psixotrop maddənin növ müxtəlifliyi, onların miqdarı, çəkilib xırda bağlamalara bükülməsi, tanışı Şahid1 verilməsi, telefon üzərində olan Whatsapp tətbiqindəki məlumatlar) birlikdə tədqiq edildikdə məhkəmə üçün yekun nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs narkotik maddələrin və psixotrop vasitələrin satışı ilə məşğul olması və hazırki iş üzrə üzərindən aşkar edilmiş psixotrop maddəni də satış(məqsədi ilə) əldə etməsi işin mübahisəsiz halıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndinə əsasən Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayəttərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın həddinə münasibətdə hesab edir ki, aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin miqdarı(0,245 qram, 0,229 qram, 0,243 qram, 0,286 qram, ümumi təmiz çəkisi 1,003 qram narkotik vasitə heroin, 0,718 qram və 0,229 qram, ümumi təmiz çəkisi 0,947 qram olan metamfetamin) və şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 12 fevral 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 0.883 qram heroin, 0.867 qram psixotrop maddə metamfetamin, 01 ədəd gümüşü falqa, 01 ədəd gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD, 02 ədəd CD disk iş materialları arasında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut-ekspertiza tədqiqatından sonra qalan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,883 qram heroin, 0,867 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd gümüşü falqa, 01 ədəd gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut-01 ədəd DVD, 02 ədəd CD disk iş materiallarında saxlanılsın, Sabunçu Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş “İnfinix” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 89 manat Təqsirləndirilən şəxs AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçmirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

X11ov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar