Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-412/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Goranboy rayonu, Borsunlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə Apellyasiya Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarı ilə 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, işləməyən, Goranboy rayonu, Borsunlu kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaq məqsədi ilə 01 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində binaların arasındakı qarajların yanından keçən Zərərçəkmiş şəxs arxasınca gedib, oradakı zibil qutusunun qarşısına çatdıqda yan tərəfdən qaçaraq ona yaxınlaşıb başından əli ilə vurub yerə yıxaraq təpə nahiyəsinin qançırı, sağ dirsək oynağı və sağ baldır nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edərək Zərərçəkmiş şəxs əlindəki içində həmin dövrə olan məzənnə ilə 13430 manat təşkil edən 7900 ABŞ dolları və 1280 manat məbləğində pulları, hər birinin dəyəri 10 manat olan “Accesbank”, “Kapitalbank", “Bank of Baku”, “Unibank” və “Muğanbank” 5 ədəd bank kartları olan sellofan torbanı dartıb alaraq açıq talayıb hadisə yerindən qaçaraq zərərçəkmiş şəxsə 14760 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Göygöl Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarına əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılaraq üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. O, 2022-ci ilin iyul ayında işləmək məqsədi ilə Bakı şəhərinə gələrək Nizami rayonu ərazisində yerləşən taxta sexində işləməyə başlamış, həmçinin, həmin taxta sexində qalmışdır. Zərərçəkmiş şəxs işlədiyi sexdə olduğu zaman tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda sexə gələrək taxta yeşik satmışdır. Dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs sexdə olduğu zaman xırda pula ehtiyac yarandığı üçün o, bununla bağlı Zərərçəkmiş şəxs mürcaiət etmişdir. Zərərçəkmiş şəxs pullu xırdalamaq üçün əlində sellofan torbanı açdığı zaman o, torbada xeyli miqdarda dollar və manatın olduğunu görmüş, hər dəfə, Zərərçəkmiş şəxs sexə gəldiyi zaman sellofan torba onda olduğu üçün Zərərçəkmiş şəxs pulu daim üzərində gəzdirdiyinə əmin olmuşdur. Onun atası Şahid Gəncə şəhərində ehtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmiş, qəza nəticəsində zərərçəkmiş şəxs aldığı xəsarətlərdən ölmüşdür. Zərərçəkmiş şəxsin qohumlarına yas mərasimi xərcləri ilə bağlı ödəniş etmək lazım olduğundan o, qərara almışdır ki, Zərərçəkmiş şəxs izləyərək onun üzərində olan sellofan torbadakı pulları oğurlasın. Bu məqsədlə, 2022-ci ilin sentyabr ayının sonlarından etibarən Zərərçəkmiş şəxs izləməyə başlamış, onun Nizami rayonu ərazisində yerləşən 8-ci KM bazarında xırdavat mallarının satışı ilə məşğul olduğunu müəyyən etmişdir. 01 oktyabr 2022-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs izləməyə başlamış təxminən saat 19:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində binaların arasındakı qarajların yanından keçən Zərərçəkmiş şəxs arxasınca gedib, oradakı zibil qutusunun qarşısına çatdıqda yan tərəfdən qaçaraq ona yaxınlaşıb əlindəki sellofan torbanı dartaraq almış, həmin vaxt, Zərərçəkmiş şəxs yerə yıxılmışdır. O, sellofan torbanı aldıqdan sonra qaçaraq oradan uzaqlaşmış, torbaya baxdığı zaman torbanın içərisində 7900 dollar, 1280 manat pul və bank kartları olduğunu müəyyən etmişdir. O, həmin gün, gecə saatlarında Gəncə şəhərinə getmiş, növbəti gün, atası Bayrama 10000 manat verərək dostundan aldığını bildirmiş, pulun geri qalanını isə şəxsi ehtiyaclarına sərf etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxs, şahidin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, o, 1996-cı ildən etibarən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hal-hazırda Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Sunay” ticarət mərkəzində tikinti materiallarının satışı ilə məşğul olur. 01 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində özünə məxsus pulları banka qoymaq məqsədi ilə sellofan torbaya yığaraq işdən çıxmış, təxminən saat 18:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində binaların arasında piyada hərəkət edərək yaşadığı evə doğru getdiyi zaman qarajların yanından keçərək zibil qutusunun qarşısına çatdıqda yan tərəfdən qaçaraq ona bir nəfər şəxs hücum çəkmiş, onu əli ilə başından vurub itələmiş və o, yerə yıxıldıqda qışqırmış, başında olan kepka papaq yerə düşmüşdür. Həmin şəxs onun yıxılmasından istifadə edib əlindəki ağ rəngli sellofan torbanı dartıb aldıqdan sonra qaçaraq uzaqlaşmışdır. Həmin şəxsə müqavimət göstərmək istəsə də, torbanı əlindən almış və özünü itirdiyi üçün ona müqavimət göstərə bilməmişdir. Həmin şəxs qaçdıqda onun arxası ilə qaçmasına baxmayaraq yaşlı olduğundan ona çata bilməmişdir. Ona qarşı soyğunçuluq edən şəxs qaçaraq binaların arasından sol tərəfə dönmüş və oradan uzaqlaşmışdır. O, dərhal DİN-nin 102 xidmətinə zəng edərək ona qarşı soyğunçuluq edildiyini bildirmişdir. Onun əlindəki torbanın içində 7900 ABŞ dolları, 1280 manat pul, “Accesbank”, “Kapitalbank”, “Bank of Baku”, “Unibank” və “Muğanbank” bank kartları, qeydiyyat dəftərçəsi olmuşdur. Baş vermiş soyğunçuluq hadisəsi nəticəsində ona ümumilikdə 14760 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun oğludur. 2022-ci ilin iyul ayında oğlu Təqsirləndirilən şəxs Bakı şəhərinə gələrək Nizami rayonu ərazisində yerləşən taxta sexində işləməyə başlamış, həmçinin, həmin taxta sexində qalmışdır. 2022ci ilin may ayının sonlarında Gəncə şəhərində 15 saylı sərnişin avtobusunu idarə edərkən ehtiyatsızlıqdan piyadanı vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə xəsarət alan piyada xəstəxanada vəfat etmişdir. Bu səbəbdən, Gəncə şəhəri Kəpəz RPŞ-də istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək daha sonra cinayət işi baxılması üçün Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Bununla bağlı, oğlu Təqsirləndirilən şəxs da, məlumatı olmuşdur. 2022-ci ilin oktyabr ayının əvvəlində oğlu Təqsirləndirilən şəxs Bakıdan Göygöl rayonunda yaşadıqları evə gəlmiş və həmin ərəfədə barəsində aparılan cinayət işi üzrə zərərçəkmiş şəxsə pul ödənməli olduğundan Vüqar evə gəldikdə ona əsas hissəsi dollarla olan 12000 manat pul vermiş və dostundan borc aldığını demişdir. O da həmin pulu manata çevirdikdən sonra zərərçəkmiş şəxsin qohumuna ödəmişdir. Oğlu Təqsirləndirilən şəxs sonradan tutulması barədə ona Sabunçu RPİ-dən bildirildikdə o bilmişdir ki, oğlu Təqsirləndirilən şəxs həmin ona verdiyi pulu soyğunçuluq edərək əldə etmişdir. O bunu öyrəndikdən sonra Zərərçəkmiş şəxs ilə əlaqəyə çıxmış və ona vurulmuş 14700 manat maddi ziyanı tam olaraq ödəmiş və bu barədə zərərçəkmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiqlənmiş ərizənin surətini də istintaqa təqdim etmişdir. Onun oğlu Təqsirləndirilən şəxs əvvəlcədən soyğunçuluq cinayəti törətmək məqsədinin olmasından xəbəri olmamış, onu belə bir cinayət törətməyə o sövq etməmiş, sonradan Vüqar ona pul verdikdə də həmin pulun cinayət yolu ilə əldə etməsini ona bildirməmişdir. Daha sonra ona məlum olmuşdur ki, Vüqarın zərərçəkmiş şəxsin qohumlarına ödəmək üçün verdiyi pul soyğunçuluq yolu ilə əldə edilib. O, zərərçəkmiş zəxs Zərərçəkmiş şəxs ilə əlaqə yaradaraq ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Cinayət işinin 26-27-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X5 Sabunçu Rayon Şöbəsinin 08 oktyabr 2022-ci il tarixli, 2362 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs təpə nahiyyəsinin qançırı, sağ dirsək oynağı və sağ baldır nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 01 oktyabr 2022-ci il tarixinə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin 39-cu vərəqəsində olan 17 yanvar 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 88-94-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-41/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 yanvar 2023cü il tarixdən hesablanılmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 97-ci vərəqəsində olan Zərərçəkmiş şəxs 28 yanvar 2023-cü il tarixli ərizəsindən görünür ki, dəymiş ziyanın ödənildiyini üçün Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 106-131-ci vərəqəsində olan Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-340/2021 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarından görünür ki, “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Göygöl Rayon Məhkəməsinin 1(066)-39/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 (bir) il azaldılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 132-136-cı vərəqəsində olan 05 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 95-96-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 yanvar 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarına əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılaraq üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Probasiya Şöbəsinin 24 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 1(104)- 340/2021 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarı ilə 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzanın icrası ilə bağlı 16 fevral 2022-ci il tarixdə qeydiyyata alınaraq cəza müddəti həmin müddətdən hesablanmağa başlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-41/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həmin tarixdən cəza müddətinin axımı dayanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, şahidin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4 və 180.2.5-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə X1 azadlığının 17 yanvar 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4 və 180.2.5-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-340/2021 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş (Gəncə şəhər Probasiya şöbəsində qeydiyyata alındığı 16 fevral 2022-ci il tarixdən hazırkı iş üzrə tutulduğu 17 yanvar 2022-cü il tarixədək 11 ay 01 gün azadlığın məhdudlaşdırılması cəzası çəkilmişdir) 06 (altı) ay 25 (iyirmi beş) günü hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-340/2021 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 (altı) ay 25 (iyirmi beş) günü, yəni azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 03 (üç) ay 12 (on iki) gün azadlıqdan məhrum etmə cəzası kimi nəzərə alınmaqla, hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 17 yanvar 2023-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-412/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-412/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver