Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-412/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçisi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, 09 avqust 1982-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 05 may 2010-cu il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə 09 il azadlığın məhdudlaşdırılması cəzası verilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altma vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,246 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 17 fevral 2025-ci il tarixdə, saat 17:25-də Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi-4090/94, ev-5 ünvanında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılmış, orada video çəkilişlə üstünün yoxlanılması zamanı əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,246 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 fevral 2025-ci il tarixdə günorta saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi “Jasmin” çay evinin arxasında yerləşən binada tanımadığı şəxsdən dəyəri 10 manat olan bir büküm narkotik vasitə olan “kakos” almış və onu şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşımışdır. 17 fevral 2025-ci il tarixdə saat 17 radələrində çay evinin yaxınlığında küçədə piyada gəzən zaman Sabunçu RPİ-nin 13cü PŞ-nin üç nəfər əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd təqdim etməsini istəmişlər. O, üzərində narkotik vasitə heroin olduğu üçün həyəcanlı olmuş və üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmamışdır. Ona görə də, polis əməkdaşlarının yanından tez uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları videoçəkiliş aparmaqla üzərində qanunsuz əşya və ya narkotik vasitə varsa təqdim etməsini xahiş etmiş, o, əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmiş, daha sonra həmin narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq möhürlənmiş, iştirakçılar tərəfindən imzalandıqdan sonra onu Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsinə dəvət etdikdə o, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyi polis şöbəsinə getmişdir. Şöbədə barəsində şübhəli şəxs qismində tutulması ilə əlaqədar qərar qəbul edilmiş, o, dövlət hesabına vəkillə təmin edilmiş, şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı qərar qəbul edilmiş, o həmin qərarla tanış edilmişdir. Bundan sonra, üzərinə şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmişdir. Onun üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış başlamazdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşulmuşdur. Bu təklifdən sonra polis əməkdaşı onun üzərindən aşkar edilmiş zərfləşdirilmiş bir ədəd bükümdə narkotik vasitə heroini çıxarıb otaqda olan stolun üzərinə qoymaqla təqdim etmişdir. Təhqiqatçı tərəfindən zərf çırılmış, zərfin içərisində olan bir ədəd bükümdə narkotik vatisə heroinə baxış keçirilmiş, təhqiqatçı ondan narkotik vasitə heroini haradan və kimdən əldə etməsi barədə maraqlandıqda o, üzərindən aşkar edilmiş bir büküm narkotik vasitə heroini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı bir nəfər şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra, üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə narkotik vasitə heroin təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o da həmin protokolu imzalamışdır. Narkotik vasitənin satışı ilə məşğul olmur, özü istifadə edir. İttihamda yazılan çəki ilə razı deyil, qramı az olmuşdur. Verilmiş suallara cavabında bildirmişdir ki, adətən 10 manata bir ”çet” alır və qram 0.100 qram ancaq olur, narkotik vasitəni aldıqdan sonra tutulmuşdur, açıb içərisinə baxa bilməmişdir, tutulan zaman yerində narkotik vasitə zərfə qoyulmuş, üzərindən imza çəkmişlər, daha sonra bölmədə həmin zərf açılaraq, baxış keçirilmiş, narkotik vasitə yenidən zərfə qoyulmuşdur, ola bilər ki, satan şəxs artıq vermişdir. Polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş narkotik vasitəyə müdaxilə edilməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, hazırda Sabunçu RPİ-nin 13-cü PŞ- nin sahə inspektoru vəzifəsində xidmət edir və polis kapitanı rütbəsindədir. 17 fevral 2025-ci il tarixdə saat 17:25 radələrində inzibati ərazidə xidmətdə olan zaman Təqsirləndirilən şəxs özünü şübhəli aparmış, onları görüb uzaqlaşmağa çalışmışdır, Təqsirləndirilən şəxs tərəflərindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi-4090/94, ev-5 ünvanının qarşısında küçədə saxlanılmış, video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, qanunsuz olaraq üzərində gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirərək, küçədə videoçəkilişlə onun üzərinə baxış keçiriləcəyini bildirərək üstündə, paltarında, əşyalarında və bədənində ola biləcək qanunsuz əşyaları təqdim etməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmiş, narkotik vasitəyə baxış keçirildikdən sonra tərəflərindən zərfləşdirilmiş, Azərbaycan Respublikası DİN-nin 160 nömrəli möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunması barədə 13-cü PŞ-nin təhqiqatçısına telefonla məlumat verilmiş, daha sonra o, Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasına dəvət edilmiş, Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasının xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş, sonra Sabunçu RPİ-nin RPİ-nin, 13-cü PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, X4un, Müdafiəçi, Sabunçu RPİ-nin RPİ-nin, 13-cü PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və onun iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs təqdim etdiyi bir büküm narkotik vasitə heroinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə olan “kokos” adlanan heroin olmasını, həmin narkotik vasitəni 17 fevral 2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, bundan sonra həmin bir bükümdə olan narkotik vasitə heroin qablaşdırılmış, DİN-in 160 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, göstərmişdir ki, şəxsin üzərinə şəxsin üstünün yoxlanılması zamanı «İphone 16 Pro» markalı videokameradan istifadə edilmiş, şəxsin üzərinin yoxlanılması zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən şikayət daxil olmamış, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən, Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasına gətirilən zaman və Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasında olduğu zaman ona hər hansı bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Şahid3 məhkəməyədək icraat dövründə verdiyi ifadələri arasında ziddiyyət olduğundan məhkəməyədək icraat zamanı ifadəsi elan olunmuşdur. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək, məhkəmə iclasında verdiyi ifadəsində əməliyyat məlumatı olduğunu unutduğundan qeyd etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 17 fevral 2025-ci il tarixdə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev-lV ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən, həmin məlumatı yoxlamaq Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə tərəfindən özünün rəhbərliyi ilə Şahid1 və Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş, daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 17 fevral 2025-ci il tarixdə, saat 17:25 radələrində Ceyhun tərəflərindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi-4090/94, ev-5 ünvanının qarşısında küçədə saxlanılmış, video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, qanunsuz olaraq üzərində gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirərək barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə qərarla tanış etmiş, küçədə videoçəkilişlə onun üzərinə baxış keçiriləcəyini bildirərək üstündə, paltarında, əşyalarında və bədənində ola biləcək qanunsuz əşyaları təqdim etməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmiş, narkotik vasitəyə baxış keçirildikdən sonra onun tərəfindən zərfləşdirilmiş, Azərbaycan Respublikası DİN-nin 160 nömrəli möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunması barədə 13-cü PŞ-nin təhqiqatçısına telefonla məlumat verilmiş, daha sonra o, Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasına dəvət edilmiş, Sabunçu RPİ-nin 13-cü PŞnin inzibati binasının xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş, sonra onun, X4un, Müdafiəçi, Sabunçu RPİ-nin RPİ-nin, 13-cü PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Sabunçu RPİ-nin 13cü PŞ- nin sahə inspektoru, polis kapitanı Şahid3 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs təqdim etdiyi bir büküm narkotik vasitə heroinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə olan “kokos” adlanan heroin olmasını, həmin narkotik vasitəni 17 fevral 2025-ci il tarixdə günorta saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, bundan sonra həmin bir bükümdə olan narkotik vasitə heroin qablaşdırılmış, DİN-in 160 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, göstərmişdir ki, şəxsin üzərinə şəxsin üstünün yoxlanılması zamanı «İphone 16 Pro» markalı videokameradan istifadə edilmiş, şəxsin üzərinin yoxlanılması zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən şikayət daxil olmamış, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən, Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasına gətirilən zaman və Sabunçu RPİ-nin 13cü PŞ-nin inzibati binasında olduğu zaman ona hər hansı bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Əsgərzadə X3 Amid Elşad oğlu ilə oxşar məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, 09 avqust 1982-ci il təvəllüdlü Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 5 ünvanında qeydiyyatda olan və ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psoxotrop maddələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat əsasında tədbirlərin həyata keçirilməsi qərara alınmışdır(i.v 3-5). “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 17 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələrin saxlanması, daşınması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 17 fevral 2025-ci il tarixdə saat 17:25 dəqiqədə ünvan 7 ünvanının yaxınlığında saxlanılmış, saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 10 metr aralıda yoxlamağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 bükümdə, ağ rəngli kağız qəbzə bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılmış iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Verilən suallara cavabında üzərindən aşkar olunmuş narkotik vasitəni Suraxanı rayon ərazisində üzdən tanıdığı və adını bilmədiyi şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir(i.v.7-8) “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 17 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, zərfdə olan 1 bükümdə, qəhvəyi rəngli, toz şəkilli narkotik maddəyə bənzər kütlə aşkar olunmuş, sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 1 ədəd DVD-yə baxış keçirilmiş, görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunması barədə bildirməsi əksini tapmışdır(i.v.10- 11). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2025-ci il tarixli, 3-16-16/2-6/741 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün “№ 160” dairəvi möhür əksləri olan, “İştirak etdi; Müdafiəçi; Müdafiəçi “imza”; Qablaşdırdı; X4 “imza”; Digər üzündə iştirakçılar; Şahid1 “imza”; Şahid3 “imza”; Şübhəli; Təqsirləndirilən şəxs “imza” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,246 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroiıı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir(i.v. 34-38). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 mart 2025-ci il tarixli, 1470 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorlarm birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür( i.v. 93-94). 17 mart 2025-ci il tarixli protokoldan görünür ki, AR DİN –nin V.M.A.S portal sistemi vasitəsi ilə yoxlanış zamanı Təqsirləndirilən şəxs istifadəsində hər hansı mobil telefon nömrəsinin mövcudluğu müəyyən edilməmişdir(i.v.62). “videogörüntünün əks olunduğu diskə baxış keçirilməsi haqqında” 19 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Nazim Əzizov tərəfindən tərtib edilmiş bir ədəd DVD diskə baxış zamanı, DVD diskdə “WhatsApp Video 2025-02-18 at 11.27.27 2” və “WhatsApp Video 2025-02-18 at 11.30.34 V' adlı iki ədəd fayl olması müəyyən edilmişdir. Həmin DVD diskdə əks edilmiş “ WhatsApp Video 2025-02-18 at 11.27.27 2” faylında qeydə alınmış görüntülər, 17 fevral 2025-ci il tarixdə saat 17:30-da qeydə alınmışdır. Açıq hava şəraitində küçədə yaşayış binasının qarşısında polis əməkdaşı tərəfindən çəkilmiş videogörüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs iki nəfər biri mülki geyimdə digəri isə polis formasında olan iki nəfər polis əməkdaşı ona özlərini təqdim edirlər. 13-cü Polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 ilkin olaraq şübhəli şəxsə özünü təqdim edir. Daha sonra o, şübhəli şəxsə X2 haqqında qanunun tələblərini izah etdikdən sonra onun üzərinə kamera çəkilişi ilə baxış keçiriləcəyini deyir. 13-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 şübhəli şəxsdən üzərinə olan qanunsuz əşya və ya predmetləri təqdim etməsini xahiş edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən “kokos” adlanan narkotik vasitə heroini Şahid1 təqdim edir. Şahid1 təqdim edilən narkotik vasitə barəsində suallar verilir və o, narkotik vasitəni Suraxanı rayonu, Hovsan qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və maddəni ona satan şəxsi tanımadığını bildirir. Daha sonra Şahid1 tərəfindən narkotik vasitə heroinə baxış keçirilir və onun tərəfindən zərfləşdirilib, 13-cü PŞnin 160 nömrəli möhürü ilə möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanır və çəkiliş sonlandırılır. Həmin DVD diskdə olan xx.xx.2025-ci il tarixli saat 19:45-də baxış keçirilmiş “WhatsApp Video 2025-02-18 at 11.30.34 1” faylında qeydə alınmış görüntülərə nəzər saldıqda isə əvvəlcə Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Nazim Əzizov özünü təqdim edir. X5 başqa Müdafiəçi, 13-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, çəkilişi aparan Sabunçu RPİ-nin RPİ-nin, 13-cü PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid3 olması görünür. X4 CA üzrə baş əməliyyat müvəkkili Şahid1 içərisində bir büküm narkotik vasitə heroin olan zərfi təqdim etməsini xahiş edir. Həmin zərf təhqiqatçı tərəfindən açılır və zərfin içərisində olan narkotik vasitə heroinə müdafiəçinin iştirakı ilə baxış keçirilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitəni necə və haradan əldə etməsi barəsində məlumat verdikdən sonra onun təqdim etdiyi bir büküm narkotik vasitə heroin ekspertizaya təqdim edilməsi üçün zərfləşdirilib iştirkaçılar tərəfindən imzalanır(i.v.74). “maddi sübut kimi tanıma haqqında” 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0.246 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınmalı və ekspert tədqiqatından sonra qalıq çəkisi 0.196 qram olan narkotik vasitə heroin məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir(i.v.75). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 25 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, 29 may 1997-ci il tarixdə Sabunçu rayon Xalq Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi ilə 05 il azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Bakı şəhər Məhkəməsinin xx.xx.1997-ci il tarixli qərarı ilə xx.xx.1997-ci il tarixli hökm dəyişdirilib, Cinayət Məcəlləsinin 41-ci maddəsi tətbiq edilərək 05 il şərti sınaq müddəti təyin edilmişdir. Bundan başqa, 14 oktyabr 2000-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-5-ci maddəsinin 2-ci hissəsi və 67-1-ci maddəsi ilə 06 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası verilmiş və xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, 05 may 2010cu il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə 09 il azadlığın məhdudlaşdırılması cəzası verilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, 16 aprel 2021-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 -ci maddəsi ilə 01 il 09 ay azadlıqdan məhrumetmə cəzası verilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzası 06 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə Sabunçu Rayon Polis İdarəsi tərəfindən həbs edilmiş və xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasmın(BİT) rəisinin protokolu əsasında həbs qətimkan tədbiri uzadılmadığı üçün BİT-dən azad edilmiş və xx.xx.2024-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir(i.v.78-80). “Sübutların qiymətləndirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kimyəvi tədqiqatlardan sonra xeyli miqdarda qalıq çəkisi 0.196 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması nəzərə alınmış, həmin narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından ayrıca icraata material ayrılaraq, Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinə göndərilmiş, iş üzrə Təqsirləndirilən şəxs, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 fevral 2025-ci il tarixli 3- 16-16/2-6/741/2025 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 mart 2025-ci il tarixli 1470 nömrəli rəyləri, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan disk və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmişdir(i.v.96-98). İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 17 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 17 fevral 2025-ci il tarixdə, saat 17:25-də tutulmuşdur (i.v.21). “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir(i.v.50-51). Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Rahib Cəfərovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azadlığa buraxılmışdır (i.v.65- 66). “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 19 fevral 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.67-68). Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)-1015/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkləmə baxış mərhələsindədir. Sistem üzərindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsində olan 1(101)-1015/2025 saylı cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qramdan 2 qramdək olduqda xeyli miqdar hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində qeyd edilən narkotik vasitənin miqdarının az olmasına münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs ona verilmiş suallara cavabında bildirmişdir ki, narkotik vasitəni aldıqdan sonra tutulmuş, açıb içərisinə baxa bilməmiş, tutulan zaman yerində narkotik vasitə zərfə qoyulmuş, üzərindən imza çəkmişlər. Daha sonra bölmədə həmin zərf açılaraq, baxış keçirilmiş, narkotik vasitə yenidən zərfə qoyulmuşdur, ola bilər ki, satan şəxs artıq vermişdir. Polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş narkotik vasitəyə müdaxilə edilməsini görməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs özü tərəfindən verilən suallara cavabda göstərilmişdir ki, narkotik vasitəni aldıqdan dərhal sonra tutulmuş, qablaşdırılaraq polis şöbəsində baxış, daha sonra qanuni tədbirlər görülmüşdür. Cinayət işi matariallarına əlavə edilmiş ittiham tərəfinin sübutları ilə təqsirləndirilən şəxsin narkotik vasitənin miqdarının az olması inkar edilmiş, həmin sübutları şübhə altına alan hallar müəyyən edilməmişdir. Belə ki, şəxsi axtarış və baxış protokolu, onun əlavə edildiyi video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq imzalanmaqla götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin miqdarının az olmasına dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsində heç bir dəlilə əsaslanmayan hissəsinə tənqidi yanaşır, onun bu dəlilini özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq xarakterli kimi qiymətləndirir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə 09 il azadlığın məhdudlaşdırılması cəzası verilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkum olunarkən həmin maddə ağır cinayətlər kateqoriyasına aid olmuş və 30 may 2014-cü il tarixli 975-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 120.1-ci maddədə “yeddi ildən on iki” sözləri “doqquz ildən on dörd” sözləri ilə əvəz edilmişdir. Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 01 il 09 ay azadlıqdan məhrumetmə cəzası verilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzası 06 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırki əməli 17 fevral 2025-ci il tarixdə törətmişdir. Gründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın növü və həddinə münasibətdə qeyd edir ki, narkotik vasitənin miqdarı(0,246 qram heroin), törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı(CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdən 19 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut–ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan 0,196 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 89 manat Təqsirləndirilən şəxs tutularaq AZ.Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 330 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosuhesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-412/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-412/2025
13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver