Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-416/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsi, nömrəsiz fərdi evdə yaşayan və barəsində «poiisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” zərərvurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdə, saat 08.00 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Sahə yaşayış massivi, nömrəsiz fərdi evdə ondan xəbərsiz boşanmaq məqsədi ilə məhkəməyə müraciət etdiyinə görə aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs əli və evdən götürdüyü dəmir qaz açarı ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona baş beyin silkələnməsi, sağ təpə nahiyəsinin dərialtı hemotoması, sol kürək sağ bazu, hər iki said və so! diz oynağın nahiyələrinin qançırları ilə müşaiyət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən sağlamlığına “yüngül” zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2003-cü ildə Zərərçəkmiş şəxs ilə rəsmi ailə həyatı qurmuş və bu nikahdan xx.xx.2004-cü il təvəllüdlü Şahid2 adlı övladları olmuşdur. Əvvəllər həyat yoldaşı Zərərçəkmiş şəxs ilə münasibətləri normal olmuş, lakin 2022-ci ilin əvvəllərindən Güldanə tərəfindən özünə qarşı soyuq münasibət görmüş, bunun səbəbini soruşduqda isə Zərərçəkmiş şəxs onunla mübahisə etmiş, bu səbəbdən aralarında sözlə mübahisələr olmuşdur. xx.xx.2022-ci il tarixdə, təxminən, saat 08.00 radələrində birgə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Sahə yaşayış massivi, nömrəsiz fərdi evdə olarkən tanımadığı poçt əməkdaşı ona zəng edib Sabunçu rayon məhkəməsinə çağırılması barədə məlumat vermiş, həmin vaxt həyat yoldaşı Zərərçəkmiş şəxs onun xəbəri olmadan nikahlarının pozulması üçün məhkəməyə müraciət etdiyini bilmiş, bunun səbəbini soruşduğuna görə Zərərçəkmiş şəxs onunla sözlə mübahisə etməyə başlamış, həmin vaxt özündən asılı olmayaraq əli ilə Zərərçəkmiş şəxs üz və baş nahiyyəsinə sillə vuraraq itələmişdir. Həmin vaxt qızı Şahid2 yaxınlaşaraq onları sakitləşdirməyə çalışmışdır. Zərərçəkmiş şəxs qaz açarı ilə vurmamış və saçlarından tutub döşəmədə sürüməmişdir, bu barədə Zərərçəkmiş şəxs göstərdikləri yalandır. Qızı Şahid2 isə ümumiyyətlə heç əli ilə də vurmamışdır. Əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2003-cü ildə Təqsirləndirilən şəxs ilə rəsmi ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü övladları Şahid2 olmuş, əvvəllər əri Təqsirləndirilən şəxsla münasibətləri normal olmuş, lakin 2015-ci ildən etibarən Təqsirləndirilən şəxs ona məlum olmayan səbəblərdən üzərinə böyük miqdarda borc yığmış, bu səbəbdən aralarında sözlə mübahisələr olmuş, cari ilin iyun ayında əri Təqsirləndirilən şəxs ondan borclarını ödəməyi tələb etmiş, buna etiraz etdiyi üçün aralarında münasibətləri gərginləşmiş, buna görə iyul ayının əvvəllərində əri Təqsirləndirilən şəxs heç bir səbəb olmadan yaşadıqları evdə onu əli ilə döymüş, lakin ailəsinin dağılmasını istəmədiyinə görə bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməmişdir, artıq Təqsirləndirilən şəxs hərəkət və davranışı dözülməz dərəcəyə çatdığına görə boşanmaq üçün ərizə ilə Sabunçu rayon məhkəməsinə müraciət etmiş, bu səbəbdən xx.xx.2022-ci il tarixdə, saat 08.00 radələrində Təqsirləndirilən şəxs yaşadıqları Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Sahə yaşayış massivi, nömrəsiz fərdi evdə qəfildən əlində olan qaz açarı ilə arxadan onun baş nahiyyəsinə zərbə vurmuş, onu sakitləşdirməyə çalışmasına baxmayaraq Təqsirləndirilən şəxs həmin qaz açarı ilə onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmağa davam etmişdir, bu zaman qızı Şahid2 atasını sakitləşdirmək istəmiş, Təqsirləndirilən şəxs buna məhəl qoymayaraq həmin qaz açarı ilə qızı Şahid2 da baş nahiyyəsindən zərbə vuraraq hər ikisinin saçlarından tutub döşəmədə sürümüşdür, ağrılara dözmədiyi üçün Zəhra huşunu itirmiş, Təqsirləndirilən şəxs əlindən çıxaraq Anar adlı qonşusunu köməyə çağırmaq üçün onun evinə tərəf qaçmış və bu zaman huşunu itirmişdir. Sonradan Anar onlara gələrək Təqsirləndirilən şəxs sakitləşdirib yola salmışdır. Hazırda təqsirləndirilən şəxsdən boşanmış, onunla barışmır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək anası Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 2014-cü ildən Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayır, onunla və əri Təqsirləndirilən şəxs ilə aralarında səmimi qonşuluq mübasibətləri olmuşdur. xx.xx.2022-ci il tarixdə, təxminən saat 08.00 radələrində Zərərçəkmiş şəxs uca səslə onu çağırdığını eşitmiş, nə baş verdiyini öyrənmək üçün həyətə düşmüş, Güldanə əri Təqsirləndirilən şəxs qaz açarı ilə onu və qızı Şahid2 döydüyü bildirmişdir. Zərərçəkmiş şəxs qızı Zəhranın evdə olduğunu bildirib onlara köməklik göstərməyi xahiş etmiş, o da onların yaşadığı evə getdiyi zaman Təqsirləndirilən şəxs evindən çıxdığını görmüş və onu sakitləşdirib oradan uzaqlaşdırmışdır. Təqsirləndirilən şəxs qaz açarı ilə həyat yoldaşı Zərərçəkmiş şəxs və övladı Şahid2 baş və bədənlərinin müxtəlif nahiyyələrinə zərbə vurmasını, eləcə də onların hər ikisinin saçlarından tutub döşəmədə sürüdüyünü görməmişdir. Hadisə vaxtı ondan başqa orada heç kim olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X3 Sabunçu rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1975 nömrəli Ekspert rəyindən görünür ki, Şahid2 ənsə və üst dodaq nahiyələrinin qançırları, sol əl və sol mil bilək oynağı nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir(i.v.21-22); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X3 Sabunçu rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1966 nömrəli Ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sağ təpə nahiyyəsinin dərialtı hemotoması, sol kürək, sağ bazu, hər iki said və sol diz oynağı nahiyyələrinin qançırları ilə müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarın təsviri hissəsində göstəriiən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərərvurmaya aiddir.Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v.23-25); hadisə yerinin baxışının aparılması haqqında 24 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə nömrəsiz fərdi evə baxış keçirilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur(i.v.28-30); fotoşəkillərin götürülməsi haqqında 15 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən döyülməsi nəticəsində müxtəlif bədən xəsarətləri almasını əks etdirən 05 ədəd və döyüldüyü qaz açarının 01 ədəd fotoşəkilləri götürülmüşdür(i.v.38); zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. ( i.v. 42); maddi sübut kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi, Təqsirləndirilən şəxs onu metal materialdan hazırlanmış qaz açarı ilə döyməsi nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almasını əks etdirən 05 ədəd, eləcə də üzərində göy rəngli boya olan qaz açarı əks olunan 01 ədəd fotoşəkil olmaqla, ümumilikdə 06 ədəd fotoşəkil cinayət işi üzrə maddi sübut qismində tanınmışdır(i.v.54-56); maddi sübut kimi tanıma haqqında 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi, xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs onu döydüyü metal materialdan hazırlanmış və üzərində göy rəngli boya olan qaz açarı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama anbarına təhvil verilmişdir(i.v.57); xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs istintaq prosesində verdiyi ifadəsini iş üzrə Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq edərək xx.xx.2022-ci il tarixdə, saat 08.00 radələrində yaşadıqları Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Sahə yaşayış massivi, nömrəsiz fərdi evdə onun tərəfindən döyülməsi, eləcə də baş vermiş hadisə zamanı qaz açarı ilə onun baş və bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq xəsarət yetirdiyini bildirmişdir(i.v.62-63); xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 istintaq prosesində verdiyi ifadəsini iş üzrə Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq edərək xx.xx.2022-ci il tarixdə, saat 08.00 radələrində yaşadıqları Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Sahə yaşayış massivi, nömrəsiz fərdi evdə onun tərəfindən döyülməsi, eləcə də baş vermiş hadisə zamanı qaz açarı ilə onun baş və bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq xəsarət yetirdiyini bildirmişdir(i.v.64-65); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.66); Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, barəsində axtarış işi açılmış Təqsirləndirilən şəxs xx.xx.2023-cü l tarixdə saat 09:00 radələrində Nizami rayonu ərazisində saxlanılaraq Sabunçu RPİ-nin istintaq şöbəsinə təhvil verilmişdir(i.v.81); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə saat 15:00-da ona ittiham elan edilmişdir(i.v.102-103); xx.xx.2023-cü il tarixli qərarda görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saxlanıldığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir(i.v.124-125); Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və qaz açarı ilə Zərərçəkmiş şəxs vurmadığı barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən hallar kimi əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. X2 ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə saat 09:00-da tutularaq 01(bir) gün saxlanılmış, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən X1 cərimə cəzası təyin edilərkən həbsdə saxlanma müddəti nəzərə alınmaqla cəzası yüngülləşdirməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (CM 59.2) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, həbsdə saxlanma müddəti nəzərə alınmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli(CM-69.4), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş 01 ədəd qaz açarı Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən X1 təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində 1400(min dörd yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş 01 ədəd qaz açarı Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-416/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-416/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver