Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-416/2025 30.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşıyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bakı Fəhləsi küçəsi dalan 1, ev 4-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlıqlarına az ağır və ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2024-cü il tarixdə saat 16:10 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yəni, yaşayış məntəqələrində maksimum sürət həddi 60 kilometr sürətlə məhdudlaşdırılmasına baxmayaraq saatda 80-90 kilometr sürətlə idarə etdiyi anası Şahid1 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan "Daewoo Gentra" markalı 99- TA- 091 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat şossesində üzü X1 massivi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə dönmək üçün olan yolayrıcında işıqforun qırmızı işığında dayanıqlı vəziyyətdə olan Şahid4 idarə etdiyi "Dacia Logan" markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən ehtiyyatsızlıqdan vurması nəticəsində avtomobilində sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 burun sümüyünün qəlpəli, yerdəyişən, qapalı sınığı və burun- hər iki gözyuvasıaltı nahiyənin qançırı-əzilmiş səthi yarası ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə sağlamlığına az ağır zərər vurulmasına və "Dacia Logan" markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 hər iki yuxarı və aşağı ətrafda hissi və hərəkət funksiyaların pozulmasına səbəb olan İİ,Vİ boyun fəqərələrinin sınıqçıxığı, Vİİ boyun fəqərəsinin sınığı ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, avtomobil idarə etmək üçün "B" kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində anası Şahid1 məxsus ağ rəngli "Daewoo Gentra" markalı **-TA-*** qeydiyyat nişanlı avtomobili yaşadığı evin həyətindən götürmüşdür. Belə ki, avtomobili idarə etmək üçün etibarnaməsi olmasa da, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olduğundan və avtomobil idarə etməyi bacardığı üçün anası ona lazım olanda avtomobili götürüb idarə edə biləcəyini demişdi. Həmin günü avtomobili götürüb Maştağa qəsəbəsindən dostu Vüsalı götürmüş, daha sonra Q.Qarayev metrostansiyasının yaxınlığına gedib oradan da digər dostları Fərhadla Əlini götürmüşdür. Bundan sonra yenidən Maştağa qəsəbəsinə qayıdarkən, Maştağa qəsəbəsindən üzü X1 massivi istiqamətində avtomobili təxminən 80-90 km/saat sürətlə idarə edərkən, Ramana qəsəbəsinə dönmək üçün olan yolayrıcına yaxınlaşdıqda işıqforun qırmızı işığında dayanmamaq üçün sağ hərəkət isitiqamətindən sola keçmişdir. Bu zaman qarşısında işıqforun qırmızı işığında dayanıqlı vəziyyətdə olan "Dacia Logan" markalı **-CH-*** qeydiyyat nişanlı avtomobili görmüş, həmin zaman əyləcdən istifadə etsə də, avtomobilinin qabaq hissəsilə həmin avtomobilin arxa hissəsindən vurmuşdur. Zərbədən həmin "Dacia Logan" markalı avtomobil də qarşısında olan "Changan" markalı **-RO-*** qeydiyyat nişanlı avtomobili, "Changan" markalı avtomobil də qarşısında olan "Toyota Prius" markalı 99--NF-771 qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurmuşdur. Hadisə nəticəsində avtomobilində sərnişin qismində əyləşmiş dostları Vüsal və Fərhad müxtəlif növ bədən xəsarətləri almışlar. Həmçinin "Dacia Logan" markalı avtomobildə sərnişin qismində əyləşmiş, sonradan adını bildiyi Ramin adlı şəxs də müxtəlif növ bədən xəsarətləri almışdır. Bundan sonra avtomobildən düşüb həmin sərnişinə köməklik göstərmişdir. Daha sonra hadisə yerinə təcili tibbi yardım avtomobili, həmçinin polis əməkdaşları gəlmişlər. Hadisədən əvvəl spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır, odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında dostluq münasibətləri vardır. Həsənağanın idarə etdiyi "Daewoo Gentra" markalı **-TA-*** qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Maştağa qəsəbəsindən gəlib onu götürmüş və birlikdə gəzmək üçün Qara Qarayev metrostansiyasının yaxınlığına getmişlər. Orada Əli və Fərhad adlı dostlarını da götürdükdən sonra Maştağa qəsəbəsinə qayıdarkən, Həsənağa avtomobili Maştağa qəsəbəsindən üzü Savalan yaşayış massivi istiqamətində iki istiqamətli yol ilə təxminən 80-90 km/saat sürətlə idarə etmişdir. Həsənağa Ramana qəsəbəsinə dönmək üçün olan yolayrıcına yaxınlaşdıqda işıqforun qırmızı işığında dayanan avtomobilləri görüb işıqforda dayanmamaq üçün sağ istiqamətdən sol istiqamətə keçmiş və bu zaman qarşıda işıqforda dayanan "Dacia Logan" markalı **-CH-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. Zərbədən həmin "Dacia Logan" markalı avtomobil də qarşısında olan "Changan" markalı **-RO-*** qeydiyyat nişanlı avtomobili, "Changan" markalı avtomobil də qarşısında olan "Toyota Prius" markalı **-NF-*** qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurmuşdur. Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri almışdır. Buna görə də, xəstəxanaya müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, onunla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Koroğlu metrostansiyasının yanından yaşadığı evə getmək üçün taksi fəaliyyəti ilə məşğul olan "Dacia Logan" markalı **-CH-*** qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. Avtomobildə sürücünün arxa hissəsində əyləşmişdir. Ramana qəsəbəsinə dönən yolayrıcında işıqforun qırmızı işığından dayanan zaman qəfildən arxadan başqa bir avtomobil onların avtomobilinin arxa hissəsindən vurmuş, bundan sonra huşunu itirmiş və ayılanda xəstəxanada olduğunu görmüşdür. Hadisənin konkret olaraq necə baş verdiyini xatırlamır(i.v.69-70). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə uzun müddətdir ki, aralarında dostluq münasibətləri vardır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində dostu Fərhadla birlikdə Qara Qarayev metrostansiyasının yaxınlığında olan zaman Həsənağa anasına məxsus idarə etdiyi qeyd olunan avtomobillə gəlib oradan onu və Fərhadı götürmüşdür. Həmin zaman avtomobildə digər dostu Vüsal da olmuşdur. Maştağa qəsəbəsinə qayıdanda Həsənağa avtomobili Maştağa qəsəbəsindən üzü Savalan yaşayış massivi istiqamətində təxminən 80-90 km/saat sürətlə idarə etmişdir. Həsənağa Ramana qəsəbəsinə dönmək üçün olan yolayrıcına yaxınlaşdıqda işıqforun qırmızı işığında dayanan avtomobilləri görüb işıqforda dayanmamaq üçün sağ istiqamətdən sol istiqamətə keçmiş və bu zaman qarşıda işıqforda dayanan "Dacia Logan" markalı **-CH-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. Zərbədən həmin "Dacia Logan" markalı avtomobil də qarşısında olan "Changan" markalı **-RO-*** qeydiyyat nişanlı avtomobili, "Changan" markalı avtomobil də qarşısında olan "Toyota Prius" markalı **-NF-*** qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurmuşdur. Hadisə nəticəsində Fərhad və Vüsal müxtəlif növ bədən xəsarətləri almışdır. Həmçinin "Dacia Logan" markalı avtomobildə olan sərnişin sonradan adını bildiyi Ramin adlı şəxs də xəsarət almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, özünə məxsus "Dacia Logan" markalı **-CH-*** qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə saat 16:10 radələrində idarə etdiyi qeyd olunan avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi üzü Savalan yaşayış massivi istiqamətində hərəkətdə olan zaman Ramana qəsəbəsinə dönmək üçün olan yolayrıcında işıqforun qırmızı işığında dayanmışdır. Ani bir vaxtda arxadan gələn, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi "Daewoo Gentra" markalı 99-TA- 091 qeydiyyat nişanlı avtomobillə onun avtomobilinin arxa hissəsindən vurmuşdur. Zərbədən özünün avtomobili də qarşısında olan "Changan" markalı **-RO-*** qeydiyyat nişanlı avtomobili, "Changan" markalı avtomobil də qarşısında olan "Toyota Prius" markalı **-NF-*** qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurmuşdur. Hadisə nəticəsində avtomobilində sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 müxtəlif növ bədən xəsarətləri almışdır. Hadisədən sonra "Daewoo Gentra" markalı **-TA-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü və həmin avtomobildə olan üç nəfər tanımadığı sərnişinlər avtomobildən düşmüşlər. Sonra hadisə yerinə təcili tibbi yardım avtomobili çağırmışlar. Hadisə nəticəsində onun idarə etdiyi avtomobilə ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, özünə məxsus "Toyota Prius" markalı **-NF-*** qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə saat 16:10 radələrində idarə etdiyi qeyd olunan avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi üzü Savalan yaşayış massivi istiqamətində hərəkətdə olan zaman Ramana qəsəbəsinə dönmək üçün olan yolayrıcında işıqforun qırmızı işığında dayanmışdır. Ani bir vaxtda arxasında dayanan "Changan" markalı **-RO-*** qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa hissəsindən dəymişdir. Belə ki, sonradan adını bildiyi Həsənağa adlı şəxs idarə etdiyi "Daewoo Gentra" markalı **-TA-*** qeydiyyat nişanlı avtomobillə işıqforun qırmızı işığında dayanan "Daewoo Gentra" markalı **-TA-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurduğu üçün həmin avtomobil zərbədən qarşısında dayanan "Dacia Logan" markalı **-CH-*** qeydiyyat nişanlı avtomobilin, "Dacia Logan" markalı avtomobil isə qarşısında olan "Changan" markalı avtomobilin arxasından vurduğu üçün "Changan" markalı avtomobil də onun avtomobilinin arxa hissəsindən vurmuşdur. Sonradan bilmişdir ki, hadisə nəticəsində "Daewoo Gentra" markalı avtomobildə və "Dacia Logan" markalı avtomobildə olan tanımadığı sərnişinlər müxtəlif növ bədən xəsarətləri almışlar. Lakin, özü hadisə nəticəsində heç bir xəsarət almamışdır. Həmçinin hadisə zamanı avtomobilində sərnişin olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 25 oktyabr 2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 04-11); Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə xx.xx.2034-cü il tarixədək qüvvədə olan BA209641 nömrəli sürücülük vəsiqəsi verilmişdir(i.v. 13); Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "Daewoo Gentra" markalı **-TA-*** qeydiyyat nişanlı avtomobil Şahid7 mülkiyyətindədir(i.v.14); Məhkəmə-tibbi ekspertizasının 11 noyabr 2024-cü il tarixli, 2777 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 hər iki yuxarı və aşağı ətrafda hissi və hərəkət funksiyaların pozulmasına səbəb olan İİ,Vİ boyun fəqərələrinin sınıq-çıxığı, Vİİ boyun fəqərəsinin sınığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol- nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir(i.v.40-42); Məhkəmə-tibbi ekspertizasının 07 noyabr 2024-cü il tarixli, 2709 nömrəli rəyindən görünür ki, Şahid3 sağ gicgah-təpə nahiyəsinin əzilmiş yarası müəyyən edildi. Xəsarət bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir(i.v.43-44); Məhkəmə-tibbi ekspertizasının 07 noyabr 2024-cü il tarixli, 2710 nömrəli rəyindən görünür ki, Şahid2 xəsarət aşkar edilmədi. Şahid2 adına olan tibbi arayışda qeyd olunan "Sol baldırın əzilməsi" diaqnozu xəsarətlərin obyektiv əlamətləri ilə (qançır, sıyrıq, yara və s.) əsaslandırılmadığından və şəxsin məhkəmə- tibbi ekspertizası zamanı onun sol baldır nahiyəsində xəsarət aşkar edilmədiyindən, bu diaqnozu xəsarət kimi məhkəmə-tibbi qiymətləndirmək mümkün deyil(i.v.45-46); Məhkəmə-tibbi ekspertizasının 07 noyabr 2024-cü il tarixli, 2711 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 burun sümüyünün qəlpəli, yerdəyişən, qapalı sınığı və burun-hər iki gözyuvasıaltı nahiyənin qançırı-əzilmiş səthi yarası müəyyən edildi. Xəsarət bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir(i.v.47-48); Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 dekabr 2024-cü il tarixli 8/3228 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən "Daewoo Gentra" markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur(i.v.57-60); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 04 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.103); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.131-132); Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur, barışmışdır(i.v.137); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sabunçu rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus BA209641 nömrəli sürücülük vəsiqəsi aktivdir və informasiya bazasında onun sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat aşkar edilmir(i.v.138); Sübutların qiymətləndirilməsi haqqında 01 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Şahid3 sağlamlığına yüngül zərər vuran xəsarətlər alması faktı ilə bağlı Təqsirləndirilən şəxs barəsində cinayət təqibi rədd edilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır(i.v.139- 147); xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, onunla barışıq əldə etmişlər, bununla bağlı gələcəkdə heç bir şikayət, tələb və iddiası olmayacaqdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərarına əsasən 17-ci bəndə edilmiş dəyişiklikdə göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə CM-nin 263-cümaddəsinin qeyd hissəsini nəzərə almaqla, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və onlara dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilməli və işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 85(səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda hadisəni anası Şahid1 məxsus "Daewoo Gentra" markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi göstərilmişdir. Halbuki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən "Daewoo Gentra" markalı **-TA-*** qeydiyyat nişanlı avtomobilin Şahid7 mülkiyyətində olması müəyyən edilmiş, həmin avtomobilin Şahid1 məxsus olmasını təsdiq edən hər hansı sənəd, eyni zamanda Təqsirləndirilən şəxs həmin avtomobili idarə etmək hüququ verən hər hansı sənəd iş materiallarında olmamışdır. Odur ki, həmin faktla bağlı Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olub olmaması məsələsinin araşdırılması üçün qərarın surəti və müvafiq materiallar Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.3, 156.4, 300.1.7, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və onlara dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası CM-nin 73.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs “Daewoo Gentra" markalı **-TA-*** qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ verən hər hansı sənəd olmadığından həmin faktla bağlı Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olub olmaması məsələsinin araşdırılması üçün qərarın surəti və müvafiq materiallar Sabunçu RPİ-nin DYPŞ-nə göndərilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-416/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-416/2025
30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver