Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-417/2020 25.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, məhkum olunmamış, ünvan 1 A ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, S.Vurğun küçəsi, yeni yaşayış massivində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əldə edərək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, yeni yaşayış massivi nömrəsiz ünvanında yerləşən həyətyanı sahəsində qanunsuz olaraq cəmi 5 ədəd, ümumi çəkisi 1800 qram olan əkib yetişdirilməsi qadağan olmuş tərkibində narkotik təbiətli maddələr olan çətənə (kannabis) bitkilərini xüsusi aqrotexniki qaydada qulluq göstərərək xeyli miqdarda kultivasiya etdikdən sonra, həmin çətənə (kannabis) bitkilərindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 8,127 qram olan kustar üsulla narkotik vasitə qurudulmuş marixuana hazırlayıb yaşadığı evin mətbəxindəki dolabın içində dəsmalın arasında saxlamış, xx.xx.2020-ci il saat 19 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvandakı həyətyanı sahəsinə videoçəkiliş vasitəsi ilə axtarış və baxış keçirilən zaman həyətdəki sahədə daş hasara yaxın torpaqda əkilmiş 01 ədəd, həmin həyətdə dibçəkdə əkilmiş 01 ədəd, həyətin arxa hissəsində dəmir torlu hasarla əhatə olunmuş yerdə ağ rəngli sintetik torbaya qoyulmuş 03 (üç) ədəd əkib yetişdirilməsi qanunla qadağan olunmuş xeyli miqdarda kultivasiya olunmuş yaş vəziyyətdə narkotik təbiətli cəmi 05 ədəd ümumi çəkisi 1800 qram olan çətənə (kannabis) bitkiləri, daha sonra onun yaşayış evin mətbəxindəki dolabın içində dəsmalın arasına bükülmüş vəziyyətdə ümumi təmiz çəkisi 8,127 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il olar narkotik vasitə olan marixuanadan istifadə edir. 2020-ci ilin aprel ayının ortalarında Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən qəbirstanlığın yanından keçərkən mişar daşının üstündən xırda toxum dənələri tapmış, marixuanadan istifadə etdiyi üçün həmin toxumların çətənə bitkisinin toxumları olmasını bilmiş və öz istifadəsi üçün evinin həyətində əkib istifadə etməyi qərara almışdır. Tapdığı 5 ədəd çətənə bitkisinin toxumlarını götürüb yaşadığı evə getmiş, toxumlardan birini həyətdəki dibçəyə, qalanlarını isə hasarın dibində torpağa əkmişdir, həmin bitki toxumları torpaqda və dipçəkdə cücərib yetişməyə başladıqdan sonra onlara gündəlik qulluq edib suvarmışdır. Daha sonra, həmin çətənə bitkiləri yetişdikdən sonra onlardan hasarın dibində olan 3 ədəd kolu torpaqdan çıxarıb sındıraraq ağ rəngli torbaya yığmış, gün işığında quruması üçün həmin torbanı da, həyətdəki dəmir torla əhatə olunan yerdə qoymuşdur. Həmçinin əkdiyi narkotik vasitə marixuanın kollarının yarpaqlarından yığıb qurudaraq dəsmalın arasında evdə mətbəxdə saxlamışdır. xx.xx.2020-ci il saat 19 radələrində yaşadığı ünvanda olarkən Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları gəlmiş, ona narkotik tərkibli çətənə bitkisini əkib becərməkdə, saxlamasında şübhəli olduğunu bildirərək evinə və həyətyanı sahəyə baxış və axtarış keçirməli olduqlarını izah etmişlər. Baxış zamanı həyətdəki sahədə daş hasara yaxın torpaqda əkdiyi 01 ədəd, həmin həyətdə dipçəkdə əkdiyi 01 ədəd, həyətin arxa hissəsində dəmir torla əhatə olunmuş yerdə ağ rəngli sintetik torbaya sındırıb yığdığı 03 ədəd torpadan çıxarılmış halda əkib yetişdiyi, yaş vəziyyətdə cəmi 05 ədəd çətənə bitkiləri götürülmüşdür. Daha sonra, o, sorğu zamanı polis əməkdaşlarına evin mətbəxində də qurudulmuş vəziyətdə narkotik vastiə olan marixuana olduğunu və şəxsi istifadəsi üçün saxladığını etiraf etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 14-cü PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxx 2020-ci il tarixdə «Xaş-Xaş-2020» tədbirlər planı ilə əlaqədar Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Həmin tarixdə əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmiş, onunla birlikdə Sabunçu RPİnin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ibarət qrup yaradılmış və Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi məqsədi ilə mütəxəssis-aqranom dəvət etmişlər. Saat 19:00 radələrində Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarını əkilib-becərilməsində və evində saxlamasında şübhəli olduğunu bildirərək yaşadığı evin həyətyanı sahəsinə və evinə baxış keçirəcəklərini bildirmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etməyərək bu barədə ərizə vermişdir. Baxış zamanı evin həyətyanı sahəsində daş hasara yaxın torpaq sahədə bir ədəd, həmin həyətdə dipçəkdə əkilmiş bir ədəd, həyətin arxa hissəsində dəmir torla əhatə olunmuş yerdə ağ rəngli sintetik torbanın içərisindən 3 ədəd sındırılmış halda, yaş vəziyyətdə çətənə bitkisinə bənzər kollar aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün yaşadığı evin mətbəxində dolabda qurudulmuş halda marixuana olduğunu bildirdiyi üçün tədbirin davamı olaraq evin otaqlarına və mətbəxinə baxış keçrilmiş və dolabda, dəsmalın arasında qurudulmuş halda ot şəkilli kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkilərin və qurudulmuş kütlənin narkotik vasitə marixuana olduğunu, şəxsi istifadəsi üçün əkib becərərək qulluq etdiyini və qurutduğunu bildirmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-74-cü vərəqələrində olan xx xxxx 2020-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair İŞ-nin müstəntiqi Ülvi Novruzovun vəsatətinin müdafiə edilməsində Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 75-76-cı vərəqələrində olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Heyrət Ulduzxan oğlu barəsində xx xxxx 2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 30-31-ci vərəqəsində olan şəxsi axtarış, baxış və götürmə aparılması barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid1, Şahid2, Ramis Bayramovun və Təqsirləndirilən şəxs iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, yeni yaşayış massivi nömrəsiz ünvanında yerləşən fərdi evə və onun həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətdəki sahədə daş hasara yaxın torpaqda əkilmiş 40 sm hündürlükdə 01 ədəd, həmin həyətdə dibçəkdə əkilmiş 60 sm hündürlükdə 01 ədəd, həyətin arxa hissəsində dəmir torlu hasarla əhatə olunmuş yerdə ağ rəngli polietilen torbaya qoyulmuş 03 (üç) ədəd 80 sm hündürlükdə, kök hissəsi gövdədən ayrılmış, torpaqdan çıxarılmış vəziyyətdə çətənə bitkisi, daha sonra onun yaşadığı evin mətbəxindəki dolabın içində yaşıl rəngli dəsmala bükülmüş vəziyyətdə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin 32-ci vərəqində olan xx xxxx 2020-ci il tarixli aqronomik rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, yeni yaşayış massivi nömrəsiz ünvanında yerləşən fərdi evə və onun həyətyanı sahəsinə baxış zamanı aşkar edilmiş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Cinayət işinin 41-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 66 (altmış altı) manat 46 (qırx altı) qəpik müəyyən edilmişdir. Cinayət işinin 42-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/428 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ rəngli sintetik torbada sındırılmış vəziyyətdə, yaş halında, sayı 3(üç) ədəd və üzəri skoçla bağlanmış sellofan bağlamada yaş vəziyyətdə, sayı 2 (iki), ümumi say 5 (beş) ədəd, ümumi çəkisi 1800,0 qarm olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət.Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən və mənzilindən aşkar olunmuş bitkilər” yazılar və imzalar olan üzəri skoçla bağlanmış sellofan bağlamadə bir ədəd yaylığa bükülü təmiz çəkisi - 8,127qram bitki mənşəli kütlə, təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra çətənə bitkilərinin ümumi çəkisi 1799,9 qram, marixuananın təmiz çəkisi 8,107 qramdır. Cinayət işinin 83-cü vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 66 (altmış altı) manat 46 (qırx altı) qəpik müəyyən edilmişdir. Cinayət işinin 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/435 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, MEM-ə məxsus ağ rəngil torbada ümumi sayı 5 (beş) ədəd, ümumi çəkisi-1,799,9 qram (ilkin tədqiqat zamanı həmin bitkilərin ümumi çəkisi-1800,0 qarm olmuşdur, rəy № 7/428) olan çətənə (kannabis) bitkiləri ilə bir ədəd mərkəzə məxsus qəhvəyi rəngli kağız paketdə sellofan bağlamadakı bir ədəd yaylığa bükülü təmiz çəkisi-8,017 qarm (ilkin tədqiqat zamanı həmin bitki mənşəli kütlənin çəkisi-8,127 qram olmuşdur, rəy № 7/428) olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Tədqiqata sərf edildikdən sonra çətənə bitkilərinin ümumi çəkisi 1799,8 qram, marixuananın təmiz çəkisi 8,087 qramdır. Cinayət işinin 102-103-cü vərəqəsində olan AZ İİ 645502, 842769 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı var. Cinayət işinin 111-112-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2020-ci il tarixli, 2763 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi peraparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 117-122-ci vərəqəsində olan xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 1800,0 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri tədqiqat zamanı aparılmış bioloji ekspertizası nəticəsində qalmış 1799,8 qram qalığı və evin mətbəxindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 8,127 qram olan narkotik vasitə-marixuana tədqiqat zamanı aparılmış bioloji ekspertizası nəticəsində qalmış 8,087 qram qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 87-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidin məhkəmə iclasında verdiyi ifadələri ilə, digər iş materialları ilə onun qanunsuz olaraq yetişdirilməsi qadağan olmuş tərkibində narkotik təbiətli maddələr olan çətənə (kannabis) bitkilərini xüsusi aqrotexniki qaydada qulluq göstərərək xeyli miqdarda kultivasiya etməsi və satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitəni saxlaması əməllərini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı övladlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CMnin 234.1 və 237.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmasına zərurət yoxdur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış 1799,8 qram çətənə bitkiləri,8,087 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 132 manat 92 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci ilə maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Şirvan şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi ümumilikdə 1799,8 qram çətənə bitkiləri, 8,087 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 132 manat 92 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №1(008)-417/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-417/2020
25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver