Məhkəmə qərarları › İş №1(008)-417/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-417/2025

14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-417/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-texniki təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1, 272.2.1, 273.3.1, 273- 1.4.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə mühafizə tədbirlərini pozmaqla, saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə qəsdən təkrar daxil olmuş, kompyuter sisteminə, kompyuter sistemindən və bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarını, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasını, buna hüququ olmadan texniki vasitələrdən istifadə etməklə qəsdən təkrar ələ keçirmiş, həmin məlumatları buna hüququ olmadan qəsdən təkrar dəyişdirməklə və bloklamaqla, həmin cinayətlənn törədilməsi məqsədilə kompyuter proqramlarını istehsal edib saxlamaqlə və təkrar satmaqla cəmiyyətin və ya ayrı-ayrı şəxslərin qanunla qorunan maraqlarına mühüm zərər vurmuşdur. Belə ki, o, 2021-ci ildən 2024-cü ilin oktyabr ayınadək hazırlanmasının əsas məqsədi kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq və kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarını, həmçinin əməliyyat sistemlərinə qanunsuz daxil olmaqla kompyuter məlumatlarını ələ keçirmək və həmin məlumatları buna hüququ olmadan qəsdən dəyişirmək və bloklamaq olan kibercinayətləri törətmək məqsədilə xüsusi təhlükəli ziyanverici hesab olunan “yashma”, “mad liberator”, "maddll32”, “crypnet", “hakunamatata” təxəllüsləri ilə istifadə etdiyi “RANSOMWARE”, “c2framework” və “stealer" tipli zərərverici kompyuter proqramlarını yaşadığı ünvan 2 ünvanda müxtəlif vaxtlarda ist'fadəsində olan "DC ZT90 UD AC” adlı, 192.168.1.65 İP adresü “Windows” əməliyyat sistemli və “USER” adlı, “192.168.1.64” İP adresli “Linux Ubuntu” əməliyyat sistemli kompyuterlərdə istehsal edib həmin ziyanvericiləri istifadəsində olan sistem bloklarında və sərt yaddaş qurğusunda saxlamaqla, “xss.is” forumunda və “telegram” ani mesajlaşma tətbiqində təkrar satmaqla cəmiyyətin və ya ayrı-ayrı şəxslərin qanunla qorunan maraqlarına mühüm zərər vurmuşdur. Bundan başqa, o, 12 iyul 2024-cü il tarixdə, ünvan 2 ünvanda müxtəlif vaxtlarda istifadəsində olan “PC ZT90 UD AC” adlı, 192.168.1.65 İP adresli “Windows” əməliyyat sistemli və “USER” adlı, “192.168.1.64” İP adresli “Linux Ubuntu” əməliyyat sistemli kompyuterlərdə istifadə edərək “mad liberator” təxəllüsü ilə “ransomware” tipli zərərverici proqram təminatından istifadə edərək kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə X2 ‘Cross.wer.co.uk” adlı kompyuter sisteminə qəsdən daxil olaraq həmin şirkətə aid şirkətin kompyuter sistem məlumatlarını, satış sənədlərini, sifariş tarixçəsini, maliyyə hesabatlarını, mövcud halların siyahısını, şəxslərin ünvan məlumatlarını, insan resursları departamentinin məlumatlarını texniki vasitələrdən istifadə etməklə buna hüququ olmadan qəsdən ələ keçirmiş, həmin məlumatları qəsdən buna hüququ olmadan bloklamışdır. Bundan başqa, o, 12 iyul 2024-cü il tarixdə ünvan 2 ünvanda istifadəsində olan "PC ZT90 UD AC” adlı, İP adresli “Wndows” əməliyyat sistemli və "USER” adlı, "192.168.1.64” İP adresli “Linux Ubuntu” əməliyyat sistemli kompyuterlərdə istifadə edərək “mad liberator" təxəllüsü ilə “ransomware” tipli zərərverici proqram təminatından istifadə edərək kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə Cənubi Afrika Respublikasının "Sacities.net” adlı kompyuter sisteminə qəsdən təkrar daxil olaraq həmin şirkətə aid kompyuter sistem məlumatlarını, maliyyə sənədləri biznes planlarını, illik hesabatlarını texniki vasitələrdən istifadə etməklə buna hüququ olmadan qəsdən təkrar ələ keçirmiş, həmin məlumatları qəsdən buna hüququ olmadan təkrar bloklamışdır Bundan başqa, o, 16 iyul 2024-cü il tarixdə ünvan 2 ünvanda istifadəsində olan "PC ZT90 UD AC” adlı, İP adresli “Wndows” əməliyyat sistemli və “USER” adlı, “192.168.1.64” İP adresli “Linux Ubuntu” əməliyyat sistemli kompyuterlərdə istifadə edərək “mad liberator” təxəllüsü ilə “ransomware” tipli zərərverici proqram təminatından istifadə edərək kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə İspaniyanın “Vitaldent.com” adlı kompyuter sisteminə qəsdən təkrar daxil olaraq həmin şirkətə aid kompyuter sistem məlumatlarını, işçilərin fərdi məlumatlarını texniki vasitələrdən istifadə etməklə buna hüququ olmadan qəsdən təkrar ələ keçirmiş, həmin məlumatları qəsdən buna hüququ olmadan təkrar bloklamışdır. Bundan başqa, o, 18 iyul 2024-cü il tarixdə ünvan 2 ünvanda istifadəsində olan "PC ZT90 UD AC” adlı 192.168.1.65 İP adresli “Windows” əməliyyat sistemli və "USER” adlı, “192.168.1.64” İP adresli “Linux Ubuntu” əməliyyat sistemli kompyuterlərdə istifadə edərək “mad liberator” təxəllüsü ilə “ransomware" tipli zərərverici proqram təminatından istifadə edərək kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə İtaliyanın “Benicultural.it” adlı kompyuter sisteminə qəsdən təkrar daxil olaraq həmin şirkətin kompyuter sistem məlumatları, şifrələrini, maliyyə sənədləri, imzalı rəsmi sənədlərin nüsxələri texniki vasitələrdən istifadə etməklə buna hüququ olmadan qəsdən təkrar ələ keçirmiş, həmin məlumatları qəsdən buna hüququ olmadan təkrar bloklamışdır Bundan başqa, o, 22 iyul 2024-cü il tarixdə ünvan 2 ünvanda istifadəsində olan “PC ZT90 UD AC” adlı “192.168.1.64” İP adresli, “Wndows” əməliyyat sistemli və “USER” adlı, "192.168.1.64” İP adresli “Linux Ubuntu” əməliyyat sistemli kompyuterlərdə istifadə edərək “mad liberator” təxəllüsü ilə ‘ ransomware’ tipli zərərverici proqram təminatından istifadə edərək kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə Zimbabvenin “Zb fınancial holdings” bankının “Zb.co.zw” adlı kompyuter sisteminə qəsdən təkrar daxil olaraq həmin şirkətin kompyuter sistem məlumatları, fayl serverlərində olan məlumatları, müştəri məlumatlarını texniki vasitələrdən istifadə etməklə buna hüququ olmadan qəsdən təkrar ələ keçirmiş, həmin məlumatları qəsdən buna hüququ olmadan təkrar bloklamışdır. Bundan başqa, o, 30 iyul 2024-cü il tarixdə ünvan 2 ünvanda istifadəsində olan “PC ZT90 UD AC” adlı “192.168.1.64” İP adresli, “Wndows” əməliyyat sistemli və “USER” adlı, “192.168.1.64” İP adresli “Linux Ubuntu” əməliyyat sistemli kompyuterlərdə istifadə edərək “mad liberator” təxəllüsü ilə “ransomware” tipli zərərverici proqram təminatından istifadə edərək kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə Belçikanın “Vrd.be”-nin kompyuter sisteminə qəsdən təkrar daxil olaraq həmin şirkətin kompyuter sistem məlumatları maliyyə sənədləri, işçilərin əmək fəaliyyətinə dair statistik məlumatlarını texniki vasitələrdən istifadə etməklə buna hüququ olmadan qəsdən təkrar ələ keçirmiş və qanunsuz olaraq əldə etdiyi məlumatları internet resurslarında şəxsi məqsədləri üçün paylaşmışdır. Bundan başqa, o, 31 iyul 2024-cü il tarixdə ünvan 2 ünvanda istifadəsində olan "PC ZT90 UD AC” adlı, “192.168.1.64” İP adresli, “Wndows” əməliyyat sistemli və "USER” adlı, “192.168.1.64” İP adresli “Linux Ubuntu” əməliyyat sistemli kompyuterlərdə istifadə edərək "mad liberator” təxəllüsü ilə “ransomware” tipli zərərverici proqram təminatından istifadə edərək kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə Kanadanın “orbinox.com” adlı kompyuter sisteminə qəsdən təkrar daxil olaraq həmin şirkətin kompyuter sistem məlumatları müxtəlif təqdimatlar, təlimatlar, şirkətin daxili dövriyyə sənədlərini texniki vasitələrdən istifadə etməklə buna hüququ olmadan qəsdən təkrar ələ keçirmiş və qanunsuz olaraq əldə etdiyi məlumatları internet resurslarında şəxsi məqsədləri üçün paylaşmışdır. Bundan başqa, o, 10 avqust 2024-cü il tarixdə ünvan 2 ünvanında istifadəsində olan “PC ZT90 UD AC” adlı, İP adresli “Windows” əməliyyat sistemli və “USER” adlı, “192.168.1.64” İP adresli “Linux Ubuntu” əməliyyat sistemli kompyuterlərdə istifadə edərək “mad liberator” təxəllüsü ilə “ransomware” tipli zərərverici proqram təminatından istifadə edərək kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə Niderland Krallığının “coinbv.nl” adlı kompyuter sisteminə qəsdən təkrar daxil olaraq həmin şirkətin kompyuter sistem məlumatları, maliyyə sənədləri, kompyuter sistem məlumatları müqavilələr dair məlumatlar, rəqəmsal cədvəlləri texniki vasitələrdən istifadə etməklə buna hüququ olmadan qəsdən təkrar ələ keçirmiş, həmin məlumatları qəsdən buna hüququ olmadan təkrar bloklamışdır. Bundan başqa, o, 14 avqust 2024-cü il tarixdə ünvan 2 ünvanda istifadəsində olan “PC ZT90 UD AC” adlı, İP adresli “Windows” əməliyyat sistemli və “USER” adlı, "192.168.1.64” İP adresli “Linux Ubuntu” əməliyyat sistemli kompyuterlərdə istifadə edərək “mad liberator” təxəllüsü ilə “ransomware” tipli zərərverici proqram təminatından istifadə edərək kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə İspanyanın “suandco.com” adlı kompyuter sisteminə qəsdən təkrar daxil olaraq həmin şirkətin kompyuter sistem məlumatlarını və istifadəçi hesablarını texniki vasitələrdən istifadə etməklə buna hüququ olmadan qəsdən təkrar ələ keçirmiş, həmin məlumatları qəsdən buna hüququ olmadan təkrar bloklamışdır. Bundan başqa, o, 27 avqust 2024-cü il tarixdə ünvan 2 ünvanda istifadəsində olan “PC ZT90 UD AC” adlı, İP adresli “Windows” əməliyyat sistemli və "USER” adlı, “192.168.1.64” İP adresli “Linux Ubuntu” əməliyyat sistemli kompyuterlərdə istifadə edərək “mad liberator” təxəllüsü ilə “ransomware” tipli zərərverici proqram təminatından istifadə edərək kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə Almaniyanın “awsaq.com” adlı kompyuter sisteminə qəsdən təkrar daxil olaraq həmin şirkətin kompyuter sistem məlumatlarını, Satış marketinq və layihə məlumatları və maliyyə sənədlərini texniki vasitələrdən istifadə etməklə buna hüququ olmadan qəsdən təkrar ələ keçirmiş, həmin məlumatları qəsdən buna hüququ olmadan təkrar bloklamışdır. Bundan başqa, o, 15 sentyabr 2024-cü il tarixdə ünvan 2 ünvanda istifadəsində olan “PC ZT90 UD AC” adlı, 192.168.1.65 İP adresli “Windows” əməliyyat sistemli və “USER” adlı, "192.168.1.64” İP adresli “Linux Ubuntu” əməliyyat sistemli kompyuterlərdə istifadə edərək “mad liberator” təxəllüsü ilə “ransomware” tipli zərərverici proqram təminatından istifadə edərək kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə İtaliyanın “ctelift.com” adlı kompyuter sisteminə qəsdən təkrar daxil olaraq həmin şirkətin kompyuter sistem məlumatlarını, maliyyə sənədləri, məktubları, hesabatlarını texniki vasitələrdən istifadə etməklə buna hüququ olmadan qəsdən təkrar ələ keçirmiş, həmin məlumatları qəsdən buna hüququ olmadan təkrar bloklamışdır. Bundan başqa, o, 17 sentyabr 2024-cü i! tarixdə ünvan 2 ünvanda istifadəsində olan “PC ZT90 UD AC” adlı, 192.168.1.65 İP adresli “Wndows" əməliyyat sistemli və “USER” adlı, “192.168.1.64” İP adresli “Linux Ubuntu” əməliyyat sistemli kompyuterlərdə istifadə edərək “mad liberator” təxəllüsü ilə “ransomware” tipli zərərverici proqram təminatından istifadə edərək kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə İndoneziyanın “ych.com” adlı kompyuter sisteminə qəsdən təkrar daxil olaraq həmin şirkətin kompyuter sistem məlumatları, işçilərin fotoşəkilləri, şəxsiyyətini təsdiq edən sənədlərin və digər skan olunmuş sənədlərin siyahısı, fəaliyyətə dair hesabatlarını texniki vasitələrdən istifadə etməklə buna hüququ olmadan qəsdən təkrar ələ keçirmiş, həmin məlumatları qəsdən buna hüququ olmadan təkrar bloklamışdır Bundan başqa, o, 01 oktyabr 2024-cü il tarixdə ünvan 3 ünvanda istifadəsində olan “PC ZT90 UD AC” adlı, 192.168.1.65 İP adresli “Windows” əməliyyat sistemli və “USER” adlı, “192.168.1 64” İP adresli “Linux Ubuntu” əməliyyat sistemli kompyuterlərdə istifadə edərək “mad liberator” təxəllüsü ilə “ransomware” tipli zərərverici proqram təminatından istifadə edərək kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla, saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyətilə Braziliyanın “Marthamedeiros.com.br" adlı kompyuter sisteminə qəsdən təkrar daxil olaraq həmin şirkətin kompyuter sistem məlumatları, şirkətə aid tətbiqlərin ümumi istifadə üçün nəzərdə tutulmayan maliyyə sənədlərini və hesablarını, logistika sənədlərini, verilənlər bazalarını texniki vasitələrdən istifadə etməklə buna hüququ olmadan qəsdən təkrar ələ keçirmiş, həmin məlumatları qəsdən buna hüququ olmadan təkrar bloklamışdır. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 271.2.1, 272.2.1 və 273.3.1, 273-1.4.1-ci maddələri ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 271.2.1, 272.2.1 və 273.3.1, 273- 1.4.1-ci maddələrində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əmək fəaliyyətinə 2015-ci ildə Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən kitabxanada proqramist olaraq başlamış, 2017-2019-cu illərdə "xxxx" MMC-də programist, 2019-2020-ci illərdə "xxxx" MMC-də programist işləmiş, 2021-ci ildən hazıradək isə "xxxx" MMC-də İT təhlükəsizliyi inzibatçısı vəzifəsində çalışır. İstifadəsində ********** və ********** mobil nömrələri mövcuddur, hələ uşaq yaşlarından İnformasiya texnologiyası sahəsinə marağı olmuş, 2009-2010-cu illərdən isə kompüter sistemi üzrə mütəxəssis olaraq özünü formalaşdırmağa başlamış, 2021-ci ildə "xxxx" MMC-də işə başladığı zaman artıq kiber sahədə özümü formalaşdırmış, “exploit.in”, xss.is” və sair bu kimi forumlara qoşulmuş, həmin kiber forumlar kiber cinayətlərin törədilməsində istifadə olunmuş, Həmin forum da müxtəlif təxəllüslü şəxslər qeydiyyatdan keçərək, özlərinin əldə etdiyi və ya hazırladığı zərərverici proqram təminatlarını orada müxtəlif alıcılara təqdim etmişlər, ilk dəfə “troyan” adlı müxtəlif kompüterlərə kənardan qoşulma etmək üçün virus tərtib etmişdir. Bundan sonra müxtəlif istifadəçilərin şifrələrini əldə etmək üçün “stealer’lər yaratmış, daha sonra faylların kənardan şifrələnməsi üçün “Ransomware" virusu yaratmış, hazırda aktiv “Ransomware” və "c2framework” adlı zərərvericilər yaradıb istifadə edir, “c2framework” isə "troyan” virusu kimi sistemə daxil olmaq üçün istifadə edilən zərərvericidir. Həmin zərərvericiləri Zabrat qəsəbəsində yerləşən ünvandakı kompüter sistemində saxlayır, həmin kompüter sistemlərini kiber cinayətləri törətmək üçün istifadə edir, 3 il müddətində bir çox xarici kompüter sistemlərinə kiber hücumlar edib ələ keçirmişdir. Qeyd etdiyi ona məxsus olan kompüterlərdə həmin izləri görmək mümkün olduğunu bildirmiş, hazırda mailto:qfazil@qamil.comElektron ünvan və başqa mail ünvanlarından istifadə edir, kiber cinayətlər yolu ilə pulları kripto valyuta ilə öz binance hesabına köçürmüşdür. Binance-dan isə pulu öz adına olan “Leobank” bank kartına köçürmüş, həmin elektron cüzdanlarına dair məlumatlarda istifadəsində olan kompüterlərdə mövcuddur, iş yerində olan noutbukdan “Anydesk” funksiyasından istifadə edərək Zabratdakı kompüterlərə qoşulmalar etmiş, bütün qoşulmaları “VPN” üzərində edilmiş, bunda məqsədi hüquq mühafizə orqanlarından yayınmaq istəmisi olmuşdur. Son alaraq 1 həftə əvvəl Brazilyaya məxsus “martamedira” şirkətinə kiber hücum edib ramsonware tətbiq edərək şifrələmiş, heç vaxt Azərbaycan Respublikası və ona dost və müttəfiq olan ölkələrə məxsus heç bir şirkətə kiber hücum etməmiş, daha çox Avropa, Afrika, Amerika ölkələrinə kiberhücumlar edib onlara məxsus məlumatları qanunsuz olaraq ələ keçirmiş, Beniculturali.it, Crosswear.co.uk, Suandco.com, Coinbv.nl, Zb.co.zw, Orbinox.com, Ych.com, Suandco.com, Zb.co.zw, Awsag.com, Marthamedeiros.com.br və Ctelift.com və sair şirkətlərə məxsus kompüter sistemlərinə daxil olub məlumatlarını qanunsuz ələ keçirmişdir. Əməlindən peşmandır. Əvvəllər məhkumluğu olmamışdır. Bir daha qanunsuz hərəkətlərinə yol verməyəcəyini bildirir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Dövlət Təhlükəsizliyi Xidmətinin İqtisadiyyatın əks-kəşfiyyat təminatı baş idarəsindən 03 oktyabr 2024-cü il tarixli 9-2928 saylı məktubla daxil olmuş arayışdan görünür ki, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, "xxxx" QSC-də İT təhlükəsizlik üzrə inzibatçı işləyən, ünvan 1-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ünvan 4 ünvanında quraşdırılmış 12-4504696 şəhər telefon nömrəsi üzərindən “Bakinternet” provayderinə məxsus 188.253.216.168 İP ünvanı vasitəsilə müxtəlif şirkətlərin kompüter sistemlərinə qanunsuz daxil olması müəyyən edilmişdir. -xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilmiş və baxış zamanı iki ədəd qara rəngli sistem bloku, bir ədəd “Transcend" markalı sərt yaddaş qurğusu, 1 (bir) ədəd tünd mavi metalik rəngli “Samsung” markalı smartfon, 01 ədəd kiçik ölçülü transcend markalı yaddaş qurğusu və “Asusvivobook” markalı noutbuk aşkar olunaraq götürülmüşdür. -xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş və baxış zamanı “HP Pro” markalı, C2C34654VO seriya nömrəli kompüter sistem bloku, 500 GB “WD” markalı, “WX21E43D230” seriyalı sərt disk, 1 ədəd “Twin Mos” markalı, 256 GB tutumlu M.2 tipli disk, 1 ədəd 8GB tutumlu “Corsair” markalı flash yaddaş qurğusu, 1 ədəd “Softprom” markalı flash yaddaş qurğusu aşkar olunaraq götürülmüşdür. - Tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 271.2.1, 272.2.1 və 273.3.1, 273-1.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 271.2.1, 272.2.1 və 273.3.1, 273-1.4.1-ci maddələrində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - AR BŞİH Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 38 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs M.Arif 27, ev 216 ünvanında yaşayıb, Yaşadığı müddət ərzində onun barəsində qonşulardan və digər təşkilatlardan heç bir şikayət daxil olmamışdır. Həmişə özünü nümunəvi sakin kimi aparmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 03 mart 2025-ci il tarixli 5/104 nömrəli ekspert rəyindən görünür ki, tədqiq edilən bir ədəd üzərində “Matrexx 70 ADD-RGB 3F RU” yazısı, “Wndows11 Pro” əməliyyat sistemi ilə təchiz olunmuş kompüter sistem bloku hal-hazırda işlək vəziyyətdə olub, təyinatı üzrə istifadəyə yararlıdır, tədqiq edilən bir ədəd arxa hissəsində “GAX**********363” yazıları olan “Ubuntu 24.02” versiyalı əməliyyat sistemi ilə təchiz olunmuş kompüter sistem bloku hal-hazırda işlək vəziyyətdə olub, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiq edilən bir ədəd “Asus” markalı “Vivobook_Asuslaptop X1703ZA_K1703ZA” modelli “Wndows 11 Pro” əməliyyat sistemi ilə təchiz olunmuş “notebook” tipli kompüter hal-hazırda işlək vəziyyətdə olub, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiq edilən bir ədəd üzərində “Transcend” yazısı olan xarici yaddaş qurğusu hal-hazırda işlək vəziyyətdə olub, təyinatı üzrə istifadəyə yararlıdır. Təqdim edilmiş üzərində “Matrexx 70 ADD-RGB 3F RU” yazısı olan kompüter sistem blokunun yaddaşında “Ransomware” tipli istismara yararlı ziyanvericilərin icraçı faylları, məlumatların şifrələnməsi və deşifrələnməsi üçün nəzərdə tutulmuş tərkib hissələri, fidyə tələbinə dair mətnlər və onların redaktə edilməsi üçün formalar, həmçinin eyniadlı ziyanvericilərin tam funksionallığını təmin edən digər kod hissələri, müxtəlif kompüter sistemlərinə icazəsiz girişlərə dair işlək rekvizitlər aşkarlanmışdır. Həmin kompüterin yaddaşında ziyanverici fəaliyyətinin tam həcmdə təşkil edilməsi məqsədilə “Oracle VM VirtualBox Manager” tətbiqində 12 ədəd “Windows 10 APT Clone”, “Windows 10 Customers”, Windows 10 Workstation”, ‘Windows 11 Pro”, “Windows 10 WEB”, Windows 10 APT”, “Windows 11", “Windows 10 ANTİ MALWARE”, “Kali”, “Windows 10 ANTİ MALWARE Clone”, “Whonix Gateway-CLİ”, “WhonixWorkstation-CU” adlı virtual kompüterlər aşkar edilmişdir. Eyni zamanda kompüterin yaddaşında “Anydesk” məsafədən kompüterlərin idarəedilməsi təminatının ələ keçirilməsi üçün nəzərdə tutulmuş kod layihəsi, icraçı fayllar və boşluqların istismarı nəticəsində nəzarətdə saxlanılan kompüterlərin siyahıları aşkar edilmişdir. “Cryptnet” adlı “RAAS” “ransomware as a Service” tipli fidyə məqsədiiə kiberhücum xidmətlərinin həyata keçirilməsi i!ə bağlı “qTox” ani mesajlaşma platformasında aparılmış yazışmaların məzmunlarında “Ransomware as a Service (RaaS)” xidmətlərinə qoşulmaq üçün təkliflər, alqı-satqı elanları, müxtəlif xidmətlərə görə qiymət təklifləri, kibercinayət əməllərinə dair texniki suallar və cavablar, “bruteforce” və digər kibercinayətlərin törədilməsi üçün üsullar və alətlər, təhlükəsizlik boşluqları, kibermüdaxilə alətləri, icra olunmuş müdaxilələrin nəticələri və digər mövzular ilə məlumat mübadiləsi aparılması müəyyən edilmişdir. Tədqiq olunan kompüter sistem blokunun yaddaşında awsag.com, beniculturali.it, coinbv.nl, crosswear.co.uk, ctelift.com, marthamedeiros.com.br, orbinox.com, sacities.net, suandco.com, vitaldent.com, VRD.BE, ych.com və zb.co.zw adlı şirkətlərə məxsus olan müxtəlif hesabatlar, maliyyə sənədləri, sənəd rekvizitlərinin hissələrini (imzalar, ştamplar), əməkdaşlarının siyahıları, daxili dövriyyəsini və digər məlumatları əks etdirən fayllar aşkar olundu. Tədqiq olunan bir ədəd “Asus” markalı “Vivobook_Asuslaptop X1703ZA_K1703ZA” modelli “notebook” tipli kompüterin yaddaşında müxtəlif ziyanverici fayllar, kod layihələri ilə yanaşı “Ransomware” kiberhücumlarının təşkil edilməsi üçün nəzərdə tutulmuş tətbiqlər, kodların tərtib edilməsi platformaları, virtual kompüterlərin təsis faylları aşkarlanmışdır. Belə ki, kompüterin yaddaşında “Ransomware” kiberhücum hədəfləri üçün nəzərdə tutulmuş şifrələnmiş faylların deşifrə edilməsi üçün kod layihəsi, “C2” (Command and control) “Ransomware” ziyanvericisinin idarəedilməsi platforması, virtual özəl serverlərə daxil olmaq üçün müvafiq giriş rekvizitləri (ad, mənbə və şifrə) müəyyənləşdirilmişdir. Tədqiq olunan bir ədəd “Transcend” markalı xarici yaddaş qurğunun daxilində müxtəlif zərərverici proqram təminatlarının kod hissələrinin arxiv faylları, fidyə tipli (“Ransomware”) zərərverici proqram təminatının məxsus kod hissələrininə dair fayllar, müxtəlif qovluqlarda ziyanverici proqram təminatının təkmilləşdirilməsi üçün hazlanmış kodların hissələri və buna bənzər ziyanverici fayllar müəyyən edilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 ay müddətinə yəni 03 mart 2025-ci il tarixə kimi uzadılmışdır. - təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ünvan 5 ünvanında xx.xx.2024-cü il tarixli baxış zamanı götürülmüş iki ədəd qara rəngli sistem bloku, bir ədəd “Transcend" markalı sərt yaddaş qurğusu, 1 (bir) ədəd tünd mavi metalik rəngli “Samsung” markalı smartfon, 01 ədəd kiçik ölçülü transcend markalı yaddaş qurğusu və “Asusvivobook” markalı noutbuk ittiham üzrə sübut əhəmiyyətinə malik olduğundan maddi sübut kimi tanınaraq saxlanması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1, 272.2.1, 273.3.1, 273-1.4.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 271.2.1, 272.2.1, 273.3.1, 273-1.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1 -ci maddəsinə əsasən kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma əməli təkrar törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.2.1-ci maddəsinə əsasən kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi əməlləri təkrar törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsinə əsasən kompyuter məlumatlarının qəsdən zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması buna hüququ olmayan şəxs tərəfindən təkrar törədilməklə əhəmiyyətli zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273-1.4.1-ci maddəsinə əsasən hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi bu Məcəllənin 271-273-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi olan qurğuların və ya kompyuter proqramlarının istehsalı, həmin cinayətlərin törədilməsi məqsədi ilə idxalı, istifadə üçün əldə olunması, saxlanılması, satışı, yayılması və ya əldə edilməsinə digər formalarda şərait yaradılması, təkrar törədilməklə əhəmiyyətli zərər vurduqda- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüquqlarından məhrum edilməklə cərimə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəza təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-ci maddələrinə əsasən təyin olunmuş əsas cəzalar və əlavə cəzalar qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanılması nəzərə alınmaqla barəsində təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11 -ci maddəsinə əsasən iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs məxsus iki ədəd qara rəngli sistem bloku, bir ədəd “Transcend" markalı sərt yaddaş qurğusu, 1 (bir) ədəd tünd mavi metalik rəngli “Samsung” markalı smartfon, 01 ədəd kiçik ölçülü transcend markalı yaddaş qurğusu və “Asusvivobook” markalı noutbuk sahibinə qaytarılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci - 200 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilməli əmlak müəyyən etməmişdir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüquqlarından məhrum edilməklə 4500 (dörd min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 272.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4500 (dörd min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 273-1..4.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5500 (beş min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 2 (iki) il 06 ay müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12.000 (on iki min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanılması nəzərə alınmaqla barəsində təyin edilmiş 12.000 (on iki min) manat miqdarında cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 2 (iki) il 06 ay müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus iki ədəd qara rəngli sistem bloku, bir ədəd “Transcend" markalı sərt yaddaş qurğusu, 1 (bir) ədəd tünd mavi metalik rəngli “Samsung” markalı smartfon, 01 ədəd kiçik ölçülü transcend markalı yaddaş qurğusu və “Asusvivobook” markalı noutbuk sahibinə qaytarılsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci 200 ( iki yüz manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X1 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT Bik CTREAZ 22 hesabına ödənilsin. Təqsirləndirilən şəxs 24 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 264 manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar