Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-419/2023 02.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2, müdafiəçi- Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1958-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs qeydiyyatda olduğu ünvan 2 ünvanda təmir tikinti işləri aparmasına görə yaşadığı evin pəncərəsindən sonuncuya iradını bildirib narazılığını ifadə etməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı qəsdən əlindəki döşəmə silmək üçün istifadə edilən taxta ilə Zərərçəkmiş şəxs baş və bədən nahiyələrinə vurub sonuncuya sol təpə nahiyəsinin, bazu oynağında hərəkət məhdudluğu və ağrı simtopu ilə müşayiət olunan sol bazu nahiyəsinin dərialtı hematomaları, hər iki əlin sıyrıqlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, zərərçəkmiş şəxs ilə aralarında uzun müddətdr ki, mülki mübahisə var. Həmin iş üzrə o, iddiaçıdır və hazırda iş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin icraatındadır. Məhkəmə qərardadı ilə yekun məhkəmə aktı çıxarılanadək cavabdeh Zərərçəkmiş şəxs hər hansı tikinti işlərinin aparılması qadağan edilmişdir. Buna baxmayaraq zərərçəkmiş şəxs məhkəmə qərardadının şərtlərini pozaraq navalça düzəltdirməyə başlamışdır. O, zərərçəkmiş şəxsə bunun üçün hüququnun olmadığını və məhkəmə qərardadı ilə tikinti aparılmasının qadağan edildiyini bildirmişdir. Zərərçəkmiş şəxs isə ona “burda ağa mənəm” deyə cavab vermişdir. Bundan sonra o, evdən nazik taxta, yəni reykanı götürərək navalçanı itələyərək ustanın işləməsinə mane olmağa çalışmışdır. Bundan sonra Səma gələrək əli navalçanı tutaraq ustanın işi tamamlamasına kömək etməyə çalışmışdır. Bu zaman o, əlindəki reykayla navalçanı itələyən zaman Səma əlini arxaya edərək taxtanı uzaqlaşdırmağa çalışarkən əli pəncərədə olan mismara dəymiş və həmin vaxt əlində xəsrətlər yaranmışdır. Həmin gün Zərərçəkmiş şəxs ona üzərinə şər atacağını, guya onu döydüyünü bildirəcəyini demişdir. Polisə şikayət etdikdən sonra zərərçəkmiş şəxs ona təklif etmişdir ki, o, mülki iş üzrə iddia ərizəsini geri götürsə o, hazırki cinayət işi üzrə ondan şikayətçi olmayacaqdır. O, isə buna razılıq verməmişdir. O, zərərçəkmiş şəxsi ümumiyyətlə vurmamışdır. Zərərçəkmiş şəxsin ekspert rəyində göstərilmiş xəsarətləri onun tərəfindən yetirilməmiş, o, əlindəki taxta ilə sadəcə navalçanı itələyərək onun düzəldilməsinə mane olmuşdur. Bir dəfə də olsun Səmanı vurmamışdır. İş materiallarında olan videogörüntədən də, çoxsaylı fotoşəkillərdən də onun Səmanı vurması görünmür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onun evinin qarşısında tikili ucaldaraq onun pəncərəsinin qarşısını kəsdiyini, tikinti aparılmasının qadağan edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərardadının olduğunu, onun Səmaya tikinti aparmaq hüququnun olmadığını bildirdiyi zaman Səmanın ona əcəb etdiyini bildirdiyini, onun navalçanı reyka ilə vuran zaman Səmanın reykanı onun əlindən alaraq sındırdığını, mübahisə zamanı hadisə yerində qızının, oğlunun, Səmanın dayısı oğlunun və fəhlənin olduğunu, fəhlənin hadisə zamanı telefonla video çəkdiyini, Səmanı nə əli, nə də əlindəki taxta ilə vurmadığını, Səmanın yalnız əlində xəsarətin olmasının real olmasını, həmin xəsarəti onun əlindəki taxtanı vurarkən əlinin pəncərədəki mismara dəyməsi nəticəsində yarana biləcəyini, Səmanın nə başına, nə də qoluna vurmadığını, yalnız taxta ilə navalçanı itələdiyini, Səmadakı xəsarətlərin kim tərəfindən yetirildiyini bilmədiyini, bəlkə də mülki işdə ona təsir etmək üçün həmin xəsarətləri ona başqa şəxsin Səmanın öz sözü ilə yetirdiyini, Səma navalçanı əli ilə sağa, sola tərpətdiyindən onun da navalçanı vurub yerə salmaq üçün əlindəki taxtanı sağa və sola hərəkət etdirdiyini, həmin prosesin təxmini 5 dəqiqə davam etdiyini, nə onun, nə də qızının Səmanı söymədiyini, navalçanı itələyən zaman əlində olan taxtanın Səmanın başına dəyməsinin mümkün olmadığını, Səmanın hadisə əsnasında bir dəfə də olsun başını tutmadığını, hadisə yerinə gələn polis əməkdaşının da Səmanın əlində xəsarət olduğunu görərək ona niyə xanımın əlini cızdığını soruşduqda, onun polis əməkdaşına da Səmanın əlini cızmadığını, əlinin mismara dəydiyini dediyini bildirmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 oktyabr 2022-ci il tarixdə o, navalça düzəltdirən zaman Təqsirləndirilən şəxs ustaya işini görməkdə mane olmağa çalışmışdır. Bu zaman o, Gülşada mane olmaq üçün özü navalçanı əli saxlamışdır ki, Gülşad navalçanı vura bilməsin. Həmin vaxt Gülşad əlindəki nazik taxta ilə navalçanı itələmiş, bunu bacara bilmədikdə isə ona təzyiq etməyə başlamış, hətta onun qolundan əli ilə tutub yerə salmağa çalışmışdır. Sonra əlindəki taxta ilə onun başına və qoluna vurmuşdur. Başında yara olmasa da, dərialı ağrı var idi. Əlindəki xəsarət isə əlini arxa tərəfə edən zaman əlinin pəncərəyə dəyməsi nəticəsində yaranmış və əli cızılmışdır. Sonra usta işini bitirmiş və o, tikilinin üzərindən aşağı düşmüşdür. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Həsənova X11 əlindəki reykanı onun əlindən alaraq sındırdığını, bundan sonra Gülşadın evdən döşəmə silən taxta gətirdiyini, Gülşadın onun qolundan tutaraq silkələdiyini, o, əlini arxaya edərək Gülşadın əlindəki taxtanı tutmaq istəyən zaman əlinin Gülşadın evinin pəncərəsinə dəyərək cızıldığını, Gülşadın onun qoluna da taxta ilə vurduğunu, Gülşadın əlində taxta ilə gah navalçanı, gah da onu vurduğunu, döşəmə taxtasının uzunluğunun təxminən 1-1,3 metr uzunluğunda olduğunu, aralarında mülki qaydada mübahisənin olduğunu və Gülşadın onu cavabdeh kimi məhkəməyə verdiyini, pəncərə ilə onun tikintisi arasındakı məsafənin təxminən 2 kubik məsafəsində olduğunu, Gülşadın ona tikilinin qanunsuz olduğunu və tikə bilməyəcəyini bildirdiyini, hadisə yerində Gülşadın qızının və ustanın olduğunu, fotoşəkillərin Gülşad onu vurmadan öncə Gülşadın qızının onu söyüb təhqir etdiyi vaxt çəkildiyini, şəkillərin Rafiq adlı fəhlə tərəfindən çəkildiyini, iş materiallarında olan videogörüntüdə Gülşadın onu vurduğu anın əks olunmadığını, fəhlənin həmin anı niyə çəkmədiyini bilmədiyini, polisə onun özü tərəfindən zəng olunduğunu, polisə əllərini göstərən zaman əlində sıyrıqların olduğunu, əlini arxaya edərək Gülşadın əlindəki taxtanı tutmaq istəyən zaman əlinin Gülşadın evinin pəncərəsinə dəyərək cızıldığını, konkret pəncərə tərəfdə əlinin nəyə dəydiyini bilmədiyini, Gülşadın navalçanı vurmaq istəyərkən taxtanın ona dəydiyini, həmin vaxt əynində gödəkçə olduğunu, görüntülərdə onun Gülşad tərəfindən vurulma anının əks olunmamasının səbəbini bilmədiyini, fəhlənin ona ancaq belə çəkə bildiyini dediyini, saat təxminən 12 radələrində 102 Xidmətinə zəng etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs tərəfindən yazılı surətdə tərtib edilmiş və 05 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizədən görünür ki, o, həmin ərizəsində 31 mart 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin onun əlinə vurmadığını, pol silən taxtanı tutmaq istəyərkən təqsirləndirilən şəxs taxtanı arxaya çəkərkən əlindən xəsarət alması barədə ifadə verdiyini, həmin ifadəni məhkəmə iclasında təqsirləndirilən şəxsin ifadəsindəki xüsusatları eşidərək bərk əsəbləşdiyindən və həyəcan keçirdiyindən verərək onun əllərinə Təqsirləndirilən şəxs pol silən taxta ilə vurmadığını bildirdiyini, təqsirləndirilən şəxsin baş, qol və əllərindən pol silən taxta ilə vurduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs münaqişəli ailə kimi qeydiyyatdadılar. Dəfələrlə polis bölməsinə hər iki tərəfin, əksər hallarda isə Təqsirləndirilən şəxs şikayətləri daxil olmuşdur. Hadisə günü Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Əvvəlki şikayətlər qanunsuz tikili ilə bağlı olmuşdur. İlk dəfə idi ki, döyülmə ilə bağlı şikayət daxil olmuşdur. O, hadisə günü hadisə yerində Zərərçəkmiş şəxs əl nahiyyəsində sıyrıqlar görmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 döyülmə barədə həmin gün məlumat daxil olduğunu, hadisə yerinə gələrək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsi barədə şikayətin olduğunu bildirdikdə Təqsirləndirilən şəxs nə deməsini, hansı cavab və reaksiya verdiyini xatırlamadığını, hadisə yerində Təqsirləndirilən şəxs başqa onun qızı və yeznəsinin olduğunu, Zərərçəkmiş şəxs əlində sıyrıqlar olduğunu gördüyünü, başqa xəsarətlər görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs dayısı oğludur. Hadisə baş verən həyətdə 3 ildir ki, usta kimi işləyir. Gülşad bu illər ərzində də ona normal işləməyə icazə verməmiş, söyüşlər söyür, onun işinə mane olmağa çalışırdı. Sonuncu dəfə o, navalça düzəldən zaman Gülşad yenə də ona mane olmağa çalışmışdır. Bu zaman o, Səmanı çağırmşdır. Səma gəlib nərdivanla yuxarı qalxdı və onunla Gülşadın arasında dayandı ki, Gülşad onun işinə mane ola bilməsin və navalçanı düzəldib başa çatdırsın. Bu zaman Gülşad Səmanı vurdu və o, içəridən qışqıraraq fəhləni çağırdı ki, olanları telefona çəksin. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid hadisənin səhər saat 11-12 radələrində baş verdiyini, Gülşadın öz evinin şüşəbəndində dayandığını, Səmayla Gülşad arasındakı məsafənin təxminən 40 sm olduğunu, ilk öncə Gülşadın əlində reyka olduğunu, sonradan döşəmə taxtasına oxşar taxta götürdüyünü, Gülşadın Səmanın əllərinə, başına və kürəyinə vurduğunu, bu zaman Səmanın nərdivandan yerə düşdüyünü və hər yerinin sıyrıldığını, həmin vaxt onun qışqıraraq fəhləni çağırdığını və qarşı tərəf hər şeyi videoya çəkdiyindən fəhlədən olanları telefonla çəkməsini xahiş etdiyini, Səma yerə yıxılmış vəziyyətdə olan zaman fəhləni çağırdığını, polis gələrkən Səmanın əlinin, başının qan içində olduğunu, Səma yerə yıxılan zaman özünün iş gördüyünü bildirmişdir. Sədrlik edən şəkillərə baxış keçirərək şahidə “Əgər fotoşəkillər Zərərçəkmiş şəxs yıxıldıqdan sonra çəkilmişdirsə, hansı səbəbdən Səmanın yerdə olduğu halda fotoşəklinin olmaması, fotoşəkillərdə Zərərçəkmiş şəxs ayaq üstə nərdivanda olmasına” dair sualına Şahid2 “Bilmirəm, ola bilər o şəkillərdə Səma özü-özünü çəkib, fəhlə Səma yıxılandan sonra gəlmişdir, Səmanın iş materiallarına olan şəkillərini kimin çəkdiyini bilmirəm” kimi cavab vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs həyətində fəhlə kimi işləyirdi. Hadisə günü işləyərkən səs gəldiyini eşitmiş və Səma ilə Dərgahın olduğu tərəfə yaxışlaşdıqda Səma telefonu ona uzadaraq olanları çəkməsini xahiş etmişdir. Bundan sonra telefonu əlində saxlayaraq olanları çəkmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X4 hadisə zamanı Gülşadın öz evinin aynabəndində dayandığını, həmin günü Səmanın əlinin yaralandığını, Gülşadın əlində isə taxta gördüyünü, Gülşadın Səmanı vurmasını görmədiyini, yalnız söyüş və təhqirlər eşitdiyini, əlində telefonla çəkiliş apardığı üçün nə baş verdiyini dəqiq görmədiyini, hadisə günü Səmanın yıxılmadığını, Səmanın baş nahiyyəsində hər hansı xəsarət və ya qan görmədiyini, yalnız əlində xəsarət gördüyünü, Gülşadın əlindəki taxtanın döşəmə taxtası olduğunu və o yan, bu yana tərpətdiyini, telefonu düzgün işlədə bilmədiyini, Səma necə demişdisə elə də çəkdiyini, Dərgahın onu çağıraraq çəkiliş aparmasını bildirmədiyini, özünün səs-küyə iş gördüyü yerdən çıxaraq hadisə yerinə gəldiyini, bu zaman Səmanın ona çəkiliş aparmasını xahiş etdiyini, o, hadisə yerinə gələndə Səmanın tikintinin yanında olan nərdivanda olduğunu, o, çəkiliş edən Səmanın ayaq üstə nərdivanda dayanaraq Gülşadla mübahisə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, hadisə günü Səma navalça düzəltdirirdi. Anası Gülşad isə əlindəki nazik taxta ilə navalçanı itələyirdi. Onun anası Səmanı vurmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X2 hadisə günü onu özünün də dəfələrlə 102 Xidmətinə zəng etdiyini, anasının əlində olan taxtanın nazik taxta olduğunu, onların pəncərəsində olan qoruyucu setkanın cırıldığını və mismar qaldığını, Səmanın anasının əlindəki taxtanı itələyən zaman əlinin həmin mismara dəyərək xəsarət almasının mümkün olduğunu, anasının taxta ilə sadəcə navalçanı itələdiyini, Səmanın nə başına, nə də qoluna vurmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, hadisə günü o, içəridə yeznəsi ilə birlildə bacısının uşağını saxlayırdı. Uzaqdan da olsa baş verənləri görmüşdü. Hadisə günü anası sadəcə taxta ilə navalçanı itələmiş, lakin Səmanı vurmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X8 polis əməkdaşının hadisə yerinə anası ilə bacısının şikayəti əsasında gəldiyini, həmin gün yazılmış anası ilə bacısının da şikayət ərizlərinin polis bölməsində olduğunu, Səmanın anasına “Səni də, uşaqlarını da şərləyəcəm” kimi sözlər dediyini, bu sözləri eşitməsə də, anasının ona Səmanın dedikləri barədə sonradan məlumat verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş ekspert X10 verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs müəyyən edilmiş sol təpə nahiyyəsinin, bazu oynağında hərəkət məhdudluğu və ağrı simptomu ilə müşayiət olunan sol bazu nahiyyəsinin dərialtı hematomalarının yüngül dərəcəli xəsarətləri, hər iki əlin sıyrıqlarının isə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər olduğunu, sıyrıqların dırnaqla cızılma və ya harasa, nəyəsə dəymə nəticəsində yaranmış cızılma olduğunu, Zərərçəkmiş şəxs müayinə olunan zaman əlində qan olmadığını, sadəcə sıyrıqların olduğunu, ekspert rəyində zərərçəkmiş şəxs xəsarətlərin hansı şəraitdə törəndiyini söyləyirsə, onun ekspert rəyinin təsviri hissəsində yazıldığını bildirmişdir. Sədrlik edən ekspert rəyinin təsviri hissəsində Zərərçəkmiş şəxs müayinə zamanı eskpertə “30 oktyabr 2022-ci il tarixdə Zabrat qəsəbəsində həyətdə qonşusu Gülşadın onu əllə və pol taxtası ilə döyməsi”ni göstərdiyini elan edərək zərərçəkmiş şəxsdən Təqsirləndirilən şəxs əllə onun hansı nahiyyələrinə vurduğunu soruşduqda zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu əllə vurmadığını, yalnız döşəmə taxtası ilə vurduğunu, ola bilər ekspertə səhvən elə bir söz dediyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 20 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi, ev 8 ünvanda baş vermişdir. Ev bir mərtəbədən ibarətdir və kürsülüdür. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus ev ilə Təqsirləndirilən şəxs məxsus ev arasındakı məsafə təxminən 1,5 metrdir. Baxış zaman orada cinayət xarakterli izlər və ətrafda müşahidə kameraları aşkar edilmədi (i.v.05-08). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X16 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 2564 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol təpə nahiyəsinin, bazu oynağında hərəkət məhdudluğu və ağrı simptomu ilə müşayiət olunan sol bazu nahiyəsinin dərialtı hematomaları, hər iki əlin sıyrıqları müəyyən edildi. Xəsarətlər bər küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Lokalizasiya və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.24-25). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.53). “Sübutların qiymətləndirilməsi haqqında” 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, zərərçəkmiş şəxsin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, məhkəmə-tibbi ekspertizasının rəyinin və işdə olan digər protokolların sübut kimi qəbul edilməsi qərara alınmışdır (i.v. 74-79). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.102-104). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspert rəyinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Hazırkı ittiham üzrə Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin nə vaxt və kim tərəfindən yetirilməsi mübahisəli olmaqla həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar müəyyən edilmişdir. Məhkəmənin gəldiyi qənaətə görə istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs ittihamda göstərilən tarixdə və şəraitdə xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinə dair nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, toplanılmış sübutlar isə xəsarətin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini təsdiq etmək və ona AR CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmamışdır. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları təqsirləndirilən şəxsin xeyrinə həll etməli olması qanunvericiliklə birbaşa müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə gəldiyi qənaəti əsaslandırarkən ilk növbədə zərərçəkmiş şəxsin məhkəmə istintaqına qədərki mərhələdə verdiyi ifadələrlə məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin əlaqəli və müqayisəli şəkildə tədqiq edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan (i.v.9-10) Zərərçəkmiş şəxs ilkin izahatından görünür ki, o, həmin izahatında 30 oktyabr 2022-ci il tarixdə, saat 10:30-da qonşusu Təqsirləndirilən şəxs əlində olan pol taxtası ilə onun bədəninin bir neçə nahiyyəsindən vuraraq xəsarətlər yetirdiyini bildirmiş, verilmiş suala cavab olaraq isə hadisə zamanı hadisə yerində onlardan başqa üç nəfər ustanın olduğunu göstərmişdir. İş materiallarında olan (i.v.24-25) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X16 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 2564 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs 31 oktyabr 2022-ci il tarixdə ekspertizada müayinədən keçərkən 30 oktyabr 2022-ci il tarixdə, Zabrat qəsəbəsində həyətdə qonşusu Gülşadın onu əllə və pol taxtası ilə döydüyünü bildirmişdir. İş materiallarında olan (i.v.31) Zərərçəkmiş şəxs izahatından və zərərçəkmiş şəxs qismində dindirilərkən (i.v.48-49) verdiyi ifadəsindən görünür ki, o, həmin izahatında qonşusu Təqsirləndirilən şəxs əlindəki pol taxtası ilə onun baş nahiyyəsindən, sol qolundan və əllərindən vurduğunu göstərmiş, hadisə yerində iki nəfər fəhlənin (Dərgah və Rafiq adlı) olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs hadisə günü Təqsirləndirilən şəxs onun baş və qol nahiyyəsindən vurduğunu, əllərindəki xəsarətlərin isə əlini arxaya edərək Gülşadın əlindəki taxtanı tutmaq istəyən zaman əlinin Gülşadın evinin pəncərəsinə dəyərək cızıldığını bildirmişdir. 31 mart 2023-cü il tarixli məhkəmə iclasından 05 gün sonra isə zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək əsəbi və həyəcanlı olduğundan əlindəki xəsarətlərin Gülşad tərəfindən yetirilmədiyini və pəncərəyə dəymə nəticəsində yarandığını bildirdiyini, əslində isə əlindəki xəsarətlərin Gülşadın onu pol taxtası ilə vurması nəticəsində əmələ gəldiyini bildirmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxs hadisə günü, yəni 30 oktyabr 2022-ci il tarixdə izahat verərkən Təqsirləndirilən şəxs onun bədəninin müxtəlif nahiyyələrinə xəsarət yetirməsini göstərsə də, konkret olaraq hansı nahiyyələrinə xəsarət yetirildiyini göstərməmiş, həmin gündən sonrakı gün, 31 oktyabr 2022-ci il tarixdə ekspertizada müayinədən keçərkən ekspertə 30 oktyabr 2022-ci il tarixdə, Zabrat qəsəbəsində həyətdə qonşusu Gülşadın onu əllə və pol taxtası ilə döydüyünü bildirmiş, ekspert rəyində xəsarətlər konkret müəyyən edildikdən sonra verdiyi izahatında isə Təqsirləndirilən şəxs əlindəki pol taxtası ilə onun baş nahiyyəsindən, sol qolundan və əllərindən vurduğunu göstərmiş, məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs onun baş və qol nahiyyəsindən vurduğunu, əllərindəki xəsarətlərin isə əlini arxaya edərək Gülşadın əlindəki taxtanı tutmaq istəyən zaman əlinin Gülşadın evinin pəncərəsinə dəyərək cızılması nəticəsində yarandığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsdən ekspert rəyinin təsviri hissəsində müayinə zamanı eskpertə “30 oktyabr 2022-ci il tarixdə Zabrat qəsəbəsində həyətdə qonşusu Gülşadın onu əllə və pol taxtası ilə döyməsi”ni göstərməsinin səbəbi soruşulduqda zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu əllə vurmadığını, yalnız döşəmə taxtası ilə vurduğunu, ola bilər ekspertə səhvən elə bir söz dediyini bildirmişdir. Bununla yanaşı, zərərçəkmiş şəxs məhkəmə iclasında əlində olan xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilmədiyini bildirsə də, sonradan məhkəməyə təqdim edilmiş ərizəsində bu cür ifadə verməsini əsəbi və həyəcanlı olması ilə əlaqələndirmiş və əlində olan xəsarətlərin də Təqsirləndirilən şəxs tərəfindən yetirildiyini bildirmişdir. Məhkəmə hadisə günü yazılı şəkildə polis orqanına ünvanladığı ərizəsində zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs onun bədəninin konkret olaraq hansı nahiyyələrindən vurmasını göstərməməsini, onun ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin onu yalnız pol taxtası ilə vurmasını, ekspertizadan keçərkən həm əllə, həm də pol taxtası ilə vurmasını, məhkəmə istintaqı zamanı isə pol taxtası ilə vurmasını, əli ilə itələyərək silkələdiyini və onu pilləkənlərdən yerə yıxmağa çalışmasını bildirərək biri digərinə uyğun olmayan xüsusatları göstərməsini, məhkəmə istintaqı zamanı tam sərbəst və nümayəndəsinin iştirakı ilə verilmiş ifadəsində və məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq əllərindəki xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilmədiyini və həmin xəsarətlərin əlinin pəncərəyə dəyməsi nəticəsində yaranmasını bildirməsinə baxmayaraq ondan 05 gün sonra məhkəməyə ərizə ilə müraciət edərək sadəcə əsəbi və həyəcanlı olmasına istinad edərək həmin ifadəni verməsini göstərməsini və bununla da müxtəlif ifadələr verməsini nəzərə alaraq ona yetirilmiş xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinin digər sübutlarla təsdiq edilmədiyi halda yalnız zərərçəkmiş şəxsin hələ də tam qərarlaşmamış ifadələri əsasında şəxsə ittiham verilməsinin qanuni olmaması qənaətinə gəlir. Zərərçəkmiş şəxsin hadisədən qısa müddət sonra verdiyi ifadələrində təqsirləndirilən şəxsin onun əllərinə də pol taxtası ilə xəsarət yetirməsini göstərdiyi halda, hadisədən 05 aydan çox müddət keçdikdən sonra həyəcanlı və əsəbi olması səbəbindən təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini inandırıcı hesab etməməklə onun məhkəmə istintaqı zamanı həmin hissədə (yəni, əlində olan xəsarətlərin əlini təqsirləndirilən şəxsin əlindəki taxtanı itələmək üçün arxaya edən zaman əlinin pəncərəyə dəyməsi zamanı yaranması) verdiyi ifadəsini daha inandırıcı hesab edir. Bundan savayı, məhkəmə iclasında zərərçəkmiş şəxs hadisədən dərhal sonra 102 Xidmətinə zəng edərək hadisə barədə məlumat verdiyini bildirsə də, iş materiallarında olan raportdan (i.v.05) görünür ki, Zərərçəkmiş şəxs 30 oktyabr 2022-ci il tarixdə (saatı bəlli deyil) 15-ci PB-nə ərizə ilə müraciət edərək 30 oktyabr 2022-ci il tarixdə, saat 10:30-da divar qonşusu Təqsirləndirilən şəxs onun bədəninin bir neçə nahiyyəsinə vurduğunu göstərmişdir. Məhkəmə zərərçəkmiş şəxs tərəfindən 102 Xidmətinə hadisə günü məlumatın daxil olub-olmaması, əgər daxil olmuşdursa, məlumatın daxil olma tarixi və məzmunu barədə məhkəməyə məlumat verilməsinə dair sorğu ilə AR DİN-nin X7 Xidmətinə müraciət etmiş, həmin idarədən 16 aprel 2023-cü il tarixdə daxil olmuş cavab məktubunda arxiv bazasında baş vermiş avtomatlaşdırılmış texniki yeniləmə səbəbindən 2022-ci il üzrə müraciətlər haqqında məlumatların araşdırılmasının mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi, iş materialları ilə zərərçəkmiş şəxsin 102 Xidmətin zəng etməsi müəyyən etmək mümkün olmamış, əksinə qeyd olunan raportda onun ərizə ilə polis bölməsinə müraciət etməsi göstərilmişdir ki, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs ərizə ilə hansı saatda polis bölməsinə şikayətlə müraciət etməsinin qeyri-müəyyən olması özü də təqsirləndirilən şəxslə aralarında baş vermiş mübahisədən sonrakı zaman aralığının müəyyən edilməsinin mümkün olmamasına və həmin halın da Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinin təsdiq edilməsində şübhəli hal kimi qiymətləndirilməsinə əsas verir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin qonşu olmaqla aralarında uzun müddətdir mülki mübahisənin olduğunu, hazırda mülki qaydada məhkəmə mübahisəsinin məhkəmə baxışında olduğunu və bununla da tərəflərin biri-birinə qərəzli mövqedə olduğunu nəzərə alaraq təqsirləndirilən şəxslə münaqişəli münasibətlərdə olan zərərçəkmiş şəxsin heç bir sübutla təsdiqini tapmayan ifadəsi əsasında təqsirləndirilən şəxsə ittiham verilməsini qanunsuz və əsassız hesab edir. Bununla yanaşı, məhkəmə zərərçəkmiş şəxsin ifadələrinin təqsirləndirilən şəxs və iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə müqayisəli şəkildə təhlil edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilk günündən məhkəmə istintaqı da daxil olmaqla özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş və Zərərçəkmiş şəxs vurmadığını, əlindəki taxta ilə sadəcə navalçanı itələdiyini bildirmiş, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs əlində xəsarətlərin olmasının mümkün və real olmasını, Səmanın əlini arxaya edərək onun əlindəki taxtanı itələyən zaman onların pəncərəsindəki mismara dəyərək cızıldığını bildmirmişdir (hansı ki, həmin xüsusat zərərçəkmiş şəxsin özünün məhkəmə istintaqı zamanı verilmiş ifadəsi ilə də təsdiq edilmişdir). İş üzrə şahid qismində dindirilmiş Şahid1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisə günü hadisə yerində Zərərçəkmiş şəxs əl nahiyyəsində sıyrıqlar gördüyünü bildirmiş, zərərçəkmiş şəxsdə hər hansı başqa xəsarətlərin olmasını görmədiyini və bilmədiyini qeyd etmişdir ki, bu zərərçəkmiş şəxsin hadisə günü Təqsirləndirilən şəxs tərəfindən baş nahiyyəsinə və sol qoluna xəsarət yetirməsinə dair göstərdiyi xüsusatın hadisədən qısa müddət sonra hadisə yerinə gələn polis əməkdaşının ifadəsi ilə təsdiqini tapmamasına dəlalət edir. İş üzrə şahid qismində dindirilmiş eyni zamanda zərərçəkmiş şəxsin qohumu olan Şahid2 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs onun navalçanı düzəltməsinə mane olmaq üçün onu vurmaq istədiyini, bu zaman səsə Səmanın gəldiyini, Gülşadla alarında mübahisə yarandığını, Gülşadın əlindəki pol silən taxta ilə Səmanın baş nahiyyəsindən, sol qolundan və əllərində vurduğunu göstərməsinə baxmayaraq məhkəmə istintaqı zamanı bir az daha mübaliğəli sözlərdən istifadə edərək Gülşadın Səmanın əllərinə, başına və kürəyinə vurduğunu, bu zaman Səmanın nərdivandan yerə düşdüyünü və hər yerinin sıyrıldığını, polis əməkdaşı gələrkən Səmanın əlinin, başının qan içində olduğunu bildirsə də, zərərçəkmiş şəxs məhkəmə iclasında baş nahiyyəsində və əlində qan olmadığını, başında dərialtı ağırıların, əlində isə sıyrıqların olmasını göstərmiş, kürəyinə isə vurulmasına dair hər hansı xüsusata toxunmamışdır ki, bu da zərərçəkmiş şəxslə şahidin ifadələrinin uzlaşmamasının göstəricisidir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X4 hadisə zamanı Gülşadın öz evinin aynəbəndində dayandığını, həmin günü Səmanın əlinin yaralandığını, Gülşadın əlində isə taxta gördüyünü, Gülşadın Səmanı vurmasını görmədiyini, yalnız söyüş və təhqirlər eşitdiyini, Səmanın baş nahiyyəsində hər hansı xəsarət və ya qan görmədiyini, yalnız əlində xəsarət gördüyünü, Gülşadın əlindəki taxtanın döşəmə taxtası olduğunu və o yan, bu yana tərpətdiyini bildirmişdir ki, bu da zərərçəkmiş şəxsin baş və qol nahiyyəsinə Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməsinə dair ifadəsindəki xüsusatın şahid X3 ifadəsi ilə də təsdiq edilməməsi qənaətinə gəlməyə imkan verir. Məhkəmə iclasında dindirilmiş şahidlər X2 və X8 (təqsirləndirilən şəxsin övladları) hadisə günü analarının əlində taxta ilə sadəcə navalçanı itələdiyini və Zərərçəkmiş şəxs vurmadığını bildirmişlər, X2 isə əlavə olaraq Səmanın əlinin onların pəncərəsində olan mismara dəydiyini və həmin vaxt cızılmasının mümkün olduğunu göstərmişdir. Göründüyü ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs baş nahiyyəsinə və sol qoluna xəsarət yetirilməsinə dair ifadəsində göstərdiyi hal iş üzrə dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmamış, şahidlərdən yalnız zərərçəkmiş şəxsin bibisi oğlu təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirdiyini təsdiq etsə də, onun baş nahiyyəsi, əlləri və kürəyinə xəsarət yetirdiyini bildirmiş, sol qoluna xəsarət yetirməsi ilə hər hansı söz deməmiş, yetirilmiş xəsarətlər nəticəsində zərərçəkmiş şəxsin əllərinin və başının qan işində olmasını göstərsə də, bu xüsusat özü zərərçəkmiş şəxsin və hadisədən bilavasitə sonra hadisə yerinə gələn polis əməkdaşının ifadəsi ilə təkzib edilmişdir (Belə ki, zərərçəkmiş şəxs başında qan olmadığını, sadəcə ağrı simptomu və şiş olduğunu, əllərində isə cızıq olduğunu bildirmiş, polis əməkdaşı isə hadisə yerinə gəldikdə zərərçəkmiş şəxsin yalnız əllərində sıyrıqların olduğunu gördüyünü bildirmişdir) ki, bu da həmin şahidin ifadəsinin qohumunun mənafeyi naminə verilmiş (sadəcə bir az da şişirdilmiş formada) ifadə kimi qiymətləndirilməsinə əsas verir. Məhkəmə istintaq orqanının ittihamın təsdiq edilməsi üçün istinad etdiyi əsas sübut olan zərərçəkmiş şəxsin ifadələrinə qiymət verdikdən sonra istintaq orqanının istinad etdiyi digər sübtlara da ayrı-ayrılıqda münasibət bildirilməsini zəruri hesab edir: -Şahid1 ifadəsi-hansı ki, həmin şahidin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verilmiş ifadələrindən görünür ki, onun həmin ifadəsi ilə sadəcə zərərçəkmiş şəxsin əllərində sıyrıqların olması öz təsdiqini tapmış, zərərçəkmiş şəxsin baş və qol nahiyyəsində olan xəsarətlərlə bağlı istintaq zamanı ona hər hansı sual ünvanlanamış, məhkəmə istintaqı zamanı o, həmin xüsusatla bağlı ona ünvanlanmış suala cavab olaraq Zərərçəkmiş şəxs hadisə günü başqa xəsarətlər görmədiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsi barədə barəsində şikayət olduğunu bildirdikdə Təqsirləndirilən şəxs nə deməsini, hansı cavab və reaksiya verdiyini xatırlamadığını bildirmişdir. -Şahid2 ifadəsi-hansı ki, həmin ifadə şablon formada yazılmaqla sadə formada-“30 oktaybr 2022-ci il tarixdə, saat 10:30 radələrində mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyyəsinə, sol qoluna və əllərinə əlindəki taxta ilə vurmuşdur” formasında göstərilmiş, müstəntiq tərəfindən hər hansı dəqiqləşdirmə aparılmadan hadisənin baş vermə mexanizmi və şəraiti barədə şahidə hər hansı sual ünvanlanmadan həmin “ifadə” ittihamı təsdiq edən mötəbər sübut kimi qiymətləndirilmişdir. Halbuki, məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 hadisənin səhər saat 11-12 radələrində baş verdiyini, Gülşadın öz evinin şüşəbəndində dayandığını, Gülşadın taxta ilə Səmanın əllərinə, başına və kürəyinə vurduğunu, bu zaman Səmanın nərdivandan yerə düşdüyünü və hər yerinin sıyrıldığını, həmin vaxt onun qışqıraraq fəhləni çağırdığını və qarşı tərəf hər şeyi videoya çəkdiyindən fəhlədən olanları telefonla çəkməsini xahiş etdiyini, Səma yerə yıxılmış vəziyyətdə olan zaman fəhləni çağırdığını, polis gələrkən Səmanın əlinin, başının qan içində olduğunu bildirmişdir. Sədrlik edən şəkillərə baxış keçirərək şahidə “Əgər fotoşəkillər Zərərçəkmiş şəxs yıxıldıqdan sonra çəkilmişdirsə, hansı səbəbdən Səmanın yerdə olduğu halda fotoşəklinin olmaması, fotoşəkillərdə Zərərçəkmiş şəxs ayaq üstə nərdivanda olmasına” dair sualına Şahid2 “Bilmirəm, ola bilər o şəkillərdə Səma özü-özünü çəkib, fəhlə Səma yıxılandan sonra gəlmişdir, Səmanın iş materiallarına olan şəkillərini kimin çəkdiyini bilmirəm” kimi cavab vermişdir. Məhkəmə qeyd edir ki, şahidin ifadəsində təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs kürəyinə də vurmasını göstərməsi, zərərçəkmiş şəxsin başının və əllərinin qan içində olmasına, zərərçəkmiş şəxsin yerə yıxılaraq hər yerinin cızılmasına dair göstərdiyi xüsusatlar həm zərərçəkmiş şəxsin ifadəsi, həm də şahidlərin ifadələri ilə öz təsdiqini tapmamış, əksinə həmin ifadələrlə təkzib edilmişdir ki, bu da şahidin ifadəsinin həqiqiliyini şübhə altna almaq üçün əsasdır. Belə ki, zərərçəkmiş şəxsə şahidin ifadəsindən sonra verilmiş suallara cavab olaraq o, pilləkənlərdən yıxılmadığını, baş və əl nahiyyəsində qan olmadığını, təqsirləndirilən şəxsin onun kürəyinə deyil, sol qol nahiyyəsinə vurduğunu bildirmişdir. Bununla yanaşı, müstəntiqin dindirməyə lüzum görmədiyi, lakin hadisənin yeganə heç bir tərəflə qohumluğu olan və neytral şahidi olan X4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs həyətində fəhlə kimi işlədiyini, hadisə günü işləyərkən səs gəldiyini eşitdiyini və Səma ilə Dərgahın olduğu tərəfə yaxışlaşdıqda Səma telefonu ona uzadaraq olanları çəkməsini xahiş etdiyini, bundan sonra telefonu əlində saxlayaraq olanları çəkdiyini, hadisə zamanı Gülşadın öz evinin aynəbəndində dayandığını, həmin günü Səmanın əlinin yaralandığını, Gülşadın əlində isə taxta gördüyünü, Gülşadın Səmanı vurmasını görmədiyini, yalnız söyüş və təhqirlər eşitdiyini, hadisə günü Səmanın yıxılmadığını, Səmanın baş nahiyyəsində hər hansı xəsarət və ya qan görmədiyini, yalnız əlində xəsarət gördüyünü, Gülşadın əlindəki taxtanın döşəmə taxtası olduğunu və o yan, bu yana tərpətdiyini, Dərgahın onu çağıraraq çəkiliş aparmasını bildirmədiyini, özünün səs-küyə iş gördüyü yerdən çıxaraq hadisə yerinə gəldiyini, bu zaman Səmanın ona çəkiliş aparmasını xahiş etdiyini, o, hadisə yerinə gələndə Səmanın tikintinin yanında olan nərdivanda olduğunu, o, çəkiliş edən Səmanın ayaq üstə nərdivanda dayanaraq Gülşadla mübahisə etdiyini bildirmişdir ki, bu da zərərçəkmiş şəxsin qohumu olan Şahid2 “Səmanın nərdivandan yerə düşməsi və hər yerinin sıyrılması, həmin vaxt onun qışqıraraq fəhləni çağırması və qarşı tərəf hər şeyi videoya çəkdiyindən fəhlədən olanları telefonla çəkməsini xahiş etməsi, Səma yerə yıxılmış vəziyyətdə olan zaman fəhləni çağırması, polis gələrkən Səmanın əlinin, başının qan içində olmasına dair göstərdiyi xüsusatların uydurma və şahidin şəxsi təxəyyülünün məhsulu olmasının göstəricisidir. Bununla yanaşı, şahid X3 göstərdikləri ilə bağlı zərərçəkmiş şəxs özünün telefonu Rafiq İsgəndərova verərək hadisəni çəkməsini xahiş etdiyini, Rafiq İsgəndərova telefonu verdikdən sonra Təqsirləndirilən şəxs onun baş, qol və əl nahiyyəsinə vurduğunu, hansı səbəbdən həmin anın videoda və şəkillərdə olmamasını bilmədiyini göstərmişdir. Belə ki, həqiqətən də məhkəmə iclasında tədqiq edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş diskdə və təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı zamanı təqdim edilmiş flaşkartda olan görüntülərdə və təqdim edilmiş çoxsaylı fotoşəkillərdən hər hansı birində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurması öz əksini tapmamışdır. Halbuki, Zərərçəkmiş şəxs hələ vurulmadan öncə telefonunu çəkiliş aparmaq üçün fəhlə Rafiq İsgəndərova verdiyini göstərmişdir ki, belə olan halda əgər həqiqətən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs taxta ilə vurmuşdursa, bu qədər çəkilmiş fotoşəkillərin heç olmazsa birində və ya hadisə zamanı çəkilmiş videogörüntüdə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurmasının əks olunmaması real və məntiqli deyil. Çox maraqlıdır ki, diskdə olan videogörüntülərə baxış keçirmiş müstəntiq özü də 18 dekabr 2022-ci il tarixli protokolda (i.v.50) Təqsirləndirilən şəxs pəncərədən baxaraq Zərərçəkmiş şəxs ilə sözlü mübahisə etdiyini, daha sonra pəncərini bağlayaraq içəridə qızı ilə birlikdə münahisəni davam etdirdiyini, daha sonra pəncərini açaraq əlindəki ağ rəngli mobil telefonla həyətdə inşa edilən tikilini qeydə aldığını, baxış zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə zamanı hər hansı zorakılıq hallarının, tərəflərin biri-birinə zor tətbiq etməsinin, xəsarət yetirməsi ilə müşayiət olunan halların müəyyən edilmədiyini görtərsə də, zərərçəkmiş şəxsin sözünü əsas götürərək təqsirləndirilən şəxsə qarşı AR CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Bununla yanaşı, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və məhkəmə tərəfindən maddi sübut kimi iş materiallarına əlavə edilmiş flaşkartda olan görüntülərdə Təqsirləndirilən şəxs ilə qızının Zərərçəkmiş şəxs ilə sözlə mübahisə etmələri, Təqsirləndirilən şəxs əlindəki taxta ilə navalçanı itələməyə çalışması və quraşdırılmasına mane olması, taxtanı yalnız navalçaya tərəf aparması və hər dəfəsində Zərərçəkmiş şəxs əli ilə taxtanı tutataq geriyə itələməsi öz əksini tapmışdır. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən biri ilə bağlı müstəntiq protokolda (i.v.12) fotoşəkildə Təqsirləndirilən şəxs əlində taxta parçasının olmasını, Zərərçəkmiş şəxs isə arxası ona tərəf dayanmasını və əli ilə başını tutmasını göstərsə də, müstəntiqin qeyd etdiyi həmin fotoşəkilə (i.v.14) diqqətlə nəzər yetirdikdə Zərərçəkmiş şəxs başını tutması deyil, əli ilə başında olan yaylığı düzəltdiyi açıq-aşkar görünməkdədi. Bununla yanaşı, zərərçəkmiş şəxsin sözlərinə, o cümlədən, verilmiş ekspert rəyinə əsasən zərərçəkmiş şəxsin baş nahiyyəsində olan xəsarət onun sol təpə nahiyyəsində olmuş, fotoşəkildə isə zərərçəkmiş şəxsin əli təpə nahiyyəsində deyil, qulağının yaxınlığındadır ki, bu da müstəntiqin həmin fotoşəkili görmək istədiyi kimi protokolda təhlil etməsinin göstəricisidir. Bununla yanaşı, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş çoxsaylı fotoşəkillərə baxış zamanı həmin fotoşəkillərin heç birində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasının əks olunmadığı, Təqsirləndirilən şəxs əlindəki taxtanın yalnız navalçaya istiqamətləndirilməsi, Zərərçəkmiş şəxs tam sağlam vəziyyətdə tikintinin yanındakı daşın üzərində dayanması, sadəcə əllərində sıyrıqların olması, hətta əlindəki telefonla çəkiliş aparması, nərdivanlardan Təqsirləndirilən şəxs tərəfindən heç bir maneə və müdaxilə olmadan enməsi müəyyən edilmişdir. Həmin fotoşəkillərə və videogörüntülərə münasibətdə məhkəmə qeyd edir ki, bu qədər çəkilmiş fotoşəkillər içərisində heç olmazsa birində vurulma anının müəyyən edilmədiyini və ya Zərərçəkmiş şəxs da dediyi kimi hadisədən öncə telefonunu çəkiliş aparması üçün fəhləyə verdikdən sonra fəhlənin Təqsirləndirilən şəxs onu vurması zamanı çəkiliş aparmasını nəzərə alsaq, təqdim edilmiş videogörüntüdə belə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasının öz əksini tapmaması zərərçəkmiş şəxsin ifadəsinin hər hansı sübuta dayanmamasına dəlalət edir. -istintaq orqanının istinad etdiyi digər sübut iş materiallarında olan təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin qızı ilə zərərçəkmiş şəxsin üzləşdirilməsi protokolları olmuşdur (i.v.66-73). Həmin protokollara münasibətdə məhkəmə qeyd edir ki, qeyd olunan protokollara ifadəsi alınmış zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və hadisə yerində olan təqsirləndirilən şəxsin qızının iş materiallarında olan ifadələri eynən olduğu formada kopyalanmış və üzləşdirmə zamanı da təqsirləndirilən şəxs və qızı zərərçəkmiş şəxsin üzünə qarşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmadığını, onun əlindəki taxta ilə sadəcə navalçanı itələdiyini, zərərçəkmiş şəxsin sözlərinin şər və böhtan olduğunu bildirmişlər. Maraqlı bir məqam ondan ibarətdir ki, müstəntiq həmin üzləşdirmə protokollarına ittihamı təsdiq edən sübut kimi qiymətləndirərkən sadəcə zərərçəkmiş şəxsin söylədiklərini əsas götürərək zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin və şahidin üzünə qarşı Təqsirləndirilən şəxs onu vurmasını deməsinə istinad etmiş, lakin zərərçəkmiş şəxsin üzünə qarşı Təqsirləndirilən şəxs onu vurmadığını deyən təqsirləndirilən şəxsin və qızının ifadələrini sanki görməzdən gəlmişdir. -İstintaq orqanının istinad etdiyi digər sübut növü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X16 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 2564 saylı rəyi olmuşdur ki, həmin rəyə münasibətdə məhkəmə qeyd edir ki, ekspert rəyi Zərərçəkmiş şəxs sol təpə nahiyəsinin, bazu oynağında hərəkət məhdudluğu və ağrı simptomu ilə müşayiət olunan sol bazu nahiyəsinin dərialtı hematomaları, hər iki əlin sıyrıqları müəyyən edilməsini, xəsarətlərin bərk küt əşya (əşyalar) təsirindən törənməsini, müddətinin qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlməsini və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olmasını təsdiq edən sübut növü olsa da, həmin xəsarətlərin kim tərəfindən yetirilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Başqa sözlə, xəsarətlərin dərəcəsini, yetirilməsi şəraitini və tarixini müəyyən edən məhkəmə-tibb ekspertizasının rəyi faktı təsdiq edən sübut olmaqla həmin xəsarətlərin kim tərəfindən yetirilməsinin müəyyən edilməsində sübut kimi istifadə oluna bilmədiyindən həmin ekspert rəyindəki xəsarətlərin konkret şəxs tərəfindən yetirilməsinin müəyyən edilməsi üçün iş materiallarında kifayət qədər mötəbər və təkzibedilməz sübutlar olmalıdır. Lakin hazırki halda iş materiallarında həmin rəydə göstərilən xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini təsdiq edən sübut kimi zərərçəkmiş şəxsin ziddiyyətli ifadələrindən başqa sübut olmamaqla yanaşı, həmin hal iş materiallarında olan digər sübutlar-təqsirləndirilən şəxsin istintaqın ilk günündən məhkəmə istintaqı zamanı da verdiyi eyniməzmunlu ifadələr, şahidlər X1, X5 ifadələri ilə təkzib edilmiş, digər şahidlər X3 və Şahid1 ifadələrindəki xüsusatlarla isə öz təsdiqini tapmamışdır. Məhkəmənin diqqətini çəkən digər məsələ ondan ibarətdir ki, müstəntiq istintaq zamanı təqsirləndirilən şəxsin övladlarını, zərərçəkmiş şəxsin bibisi oğlu Şahid2, polis əməkdaşı Şahid1 dindirsə də, ittiham aktında sadəcə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsini təsdiq edən zərərçəkmiş şəxsin qohumu olan Şahid2 və Zərərçəkmiş şəxs əlində sıyrıqlarının olmasını göstərən Şahid1 ifadələrini qeyd edərək məhkəməyə çağırılmalı olan şəxslər siyahısına yalnız həmin iki şahidin adını yazaraq təqsirləndirilən şəxsin göstərdiyi xüsusatları təsdiq edən şahidlərin ifadələrinə ümumiyyətlə qiymət verməmiş, hansı səbəbdən onların ifadələrinin sübut kimi qiymətləndirilmədiyini “Sübutların qiymətləndirilməsi haqqında” qərarında da göstərməmişdir ki, bu da müstəntiqin iş üzrə obyektiv həqiqətin müəyyən edilməsində maraqlı olmamasına və işə səthi yanaşmasına dəlalət edir. Digər diqqəlayiq məqam isə ondan ibarətdir ki, iş üzrə dindirilmiş Şahid2 zərərçəkmiş şəxsin qohumu olmaqla onun zərərçəkmiş şəxsin mənafeyinə uyğun ifadə verməsi real olduğu halda müstəntiq hadisə yerində olan şəxslərdən yalnız onun ifadəsini sübut kimi qəbul etməyi məqbul hesab etmiş, lakin nədənsə iş üzrə yeganə neytral şahid olan və hadisə zamanı hadisə yerində olan X3 ifadəsini almamış və bu istiqamətdə heç bir addım atmamışdır ki, bu da müstəntiq tərəfindən iş üzrə birtərəfli (sadəcə zərərçəkmiş şəxsin mənafeyi istiqamətində) araşdırma aparılmasının göstəricisidir. Məhkəmə iş materiallarının tam, obyektiv və hərtərəfli tədqiqi, aparılmış uzunmüddətli məhkəmə istintaqının yekununda belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi öz təsdiqini tapmamış, yalnız zərərçəkmiş şəxsin əllərində sıyrıqların olması həm zərərçəkmiş şəxsin, həm təqsirləndirilən şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən, təqdim edilmiş fotoşəkillərdəki görüntülərlə öz təsdiqini tapmışdır. Həmin xəsarətlə bağlı isə həm təqsirləndirilən şəxs, həm də şahid qismində dindirilmiş X2 zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs əlindəki taxtanı itələyərkən onların pəncərəsində olan mismara dəyməsi nəticəsində yarandığını bildirmişlər, məhkəmə istintaqı zamanı dindirilərkən zərərçəkmiş şəxs özü də bu xüsusatı təsdiq etmişdir. Sonradan zərərçəkmiş şəxs yazılı ərizə təqdim edərək həmin xəsarətlərin əslində Təqsirləndirilən şəxs tərəfindən yetirildiyini, sadəcə əsəbi və həyəcanlı olduğundan məhkəmədə həmin xəsarətin Gülşadın əlindəki taxtanı itələyərkən əlinin onların pəncərəsinə dəyərək sıyrıldığını göstərsə də, məhkəmə zərərçəkmiş şəxsin əsəbindən təqsirləndirilən şəxsin xeyrinə hər hansı xüsusat göstərməsini, əgər əsəbindən səhv ifadə vermişdirsə, niyə məhz əlindəki sıyrıqlara münasibətdə Təqsirləndirilən şəxs onun əlinə vurmamasını göstərməsini, lakin digər hissələrdə ibtidai istintaq zamanı verdiyi son ifadəsindəki xüsusatları göstərməsini məntiqli hesab etmir və həmin hissədə zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı (31 mart 2023-cü il tarixli məhkəmə iclası) verdiyi ifadəsini həqiqətləri əks etdirən ifadə kimi qiymətləndirir. Belə ki, məhkəməyə təqdim edilmiş flaşkartdakı görüntülərdə də Zərərçəkmiş şəxs dəfələrlə Təqsirləndirilən şəxs əlindəki taxtanı tutaraq arxaya doğru itələməsi öz əksini tapmışdır ki, bu da tərəflərin ifadələrindəki həmin xususatın, o cümlədən, həmin xəsarətlərin Zərərçəkmiş şəxs əlini arxaya edən zaman təqsirləndirilən şəxsin yaşadığı evin pəncərəsinə (mismara və ya taxtaya) dəyərək sıyrılmasına dair göstərilənlərin inandırıcı olması qənaətinə gəlməyə imkan verir. Məhkəmə onu da qeyd edir ki, nəzərə alınsa ki, məhkəmə istintaqı zamanı öz təsdiqini tapan yeganə xəsarət zərərçəkmiş şəxsin əllərində olan sıyrıqlar olmuşdur, hətta həmin sıyrıqların təqsirləndirilən şəxs tərəfindən yetirilməsi təsdiq olunsa idi belə həmin xəsarətlər dərəcəsi təyin olunmayan xəsarətlər olduğundan şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas ola bilməzdi. Belə ki, məhkəmə ekspert rəyində xəsarətlərin hər birinin dərəcəsinin ayrılıqda göstərilmədiyini, ümumi olaraq yüngül dərəcəli bədən xəsarətləri olmasının göstərilməsini nəzərə alaraq həmin rəyi vermiş eksperti məhkəmə iclasına dəvət edərək dindirmiş və ekspert X10 verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs müəyyən edilmiş sol təpə nahiyyəsinin, bazu oynağında hərəkət məhdudluğu və ağrı simptomu ilə müşayiət olunan sol bazu nahiyyəsinin dərialtı hematomalarının yüngül dərəcəli xəsarətləri, hər iki əlin sıyrıqlarının isə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər olduğunu, sıyrıqların dırnaqla cızılma və ya harasa, nəyəsə dəymə nəticəsində yaranmış cızılma olduğunu, Zərərçəkmiş şəxs müayinə olunan zaman əlində qan olmadığını, sadəcə sıyrıqların olduğunu göstərmişdir. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların bir-biri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək qeyd edir ki, hadisənin baş vermə şəraitini müəyyən etmək üçün zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri arasındakı zidiyyətlər, ekspert rəyində göstərilən xəsarətlərin ittiham aktında göstərilən şəraitdə baş verməsini təsdiq edən Zərərçəkmiş şəxs və onun qohumu olan Şahid2 ziddiyətli ifadəsindən başqa digər sübutların mövcud olmaması, beləliklə, həmin xəsarətlərin hansı şəraitdə əmələ gəlməsi və kim tərəfindən yetirilməsi ilə bağlı hazırkı material üzrə şübhəli məqamlar olduğundan, iş materiallarında bu məqamlara aydınlıq gətirən sübutlar mövcud olmadığından və belə sübutlar məhkəmə istintaqı zamanı da müəyyən edilmədiyindən toplanmış sübutlar xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini təsdiq etmək üçün kifayət etmir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X12 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayətprosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut-01 ədəd disk və 01 ədəd flaşkart iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirliliyi sübuya yetirilmədiyindən ona AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut-01 ədəd disk və 01 ədəd flaşkart cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-419/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-419/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver