Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-420/2023 07.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü ildə Ağdam rayonu, İsmayılbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, işləməyən, Ağdam rayonu, Bağbanlar ərazi dairəsi, İsmayılbəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, dalan 3, mənzil 874-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdə saat 13 radələrində “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus “Mercedes E200 CDİ minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivi, Xanlar küçəsi ilə Buzovna qəsəbəsi istiqamətində yolun sağ tərəfdən 1-ci hərəkət zolağında 70 km/saat sürətlə hərəkətdə olarkən «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, nəqliyyat vasitəsini hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkət etdirməməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək, hərəkətini davam etdirib həmin küçədə 36 ünvanında yerləşən “Lider” marketin qarşısında yolu sol tərəfdən sağ tərəfə keçən piyada X4 avtomobilin qabaq hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan ona baş beyin maddəsinin əzilməsi, baş-beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma, sağ təpə-ənsə sümüyünün kəllə əsasına keçən sınığı, sağ almacıq və əng sümüklərinin, sağtərəfli qabırğaların, sol baldır sümüklərinin qapalı sınıqları, ağciyərlərin kontuziyası, sağ təpə-ənsə nahiyəsinin əzilmiş yarası, hər iki gözyuvasıətrafı nahiyənin dərialtı hematoması, sağ dirsək oynağı və hər iki əlin sıyrıqları ilə nəticələnən dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəli olan xəsarətlərin yetirilməsinə və onun sağ təpə-ənsə sümüyünün kəllə əsasına keçən qapalı sınığı ilə əlaqədar baş beyin maddəsinin əzilməsinə görə ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 16 noyabr 2022-ci il tarixdə saat 13 radələrində idarə etdiyi özünə məxsus «Mercedes E200 CDİ minik» markalı **-DZ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ilə Buzovna qəsəbəsi istiqamətində hərəkət edərək yaşadığı Bilgəh qəsəbəsinə getmiş, həmin küçədə yerləşən “Lider” marketin qarşısına çatarkən yolu sol tərəfdən sağ tərəfə keçən bir nəfər şəxsə qarşı hərəkət zolağında olan bir minik avtomobili saxlayaraq yol vermişdir. O düşünmüşdür ki, həmin şəxs hərəkətdə olduğu zolağa daxil olmamışdan qabaq hərəkətinə icazə verər və o, keçə bilər. Lakin həmin şəxs gözləməmiş və hərəkətdə olduğu zolağa daxil olduqdan sonra o, idarə etdiyi avtomobillə həmin şəxsi vurmuşdur. Bu zaman idarəetməni itirmiş və yolun əks hərəkət zolağına çıxaraq avtomobilin qabaq hissəsi yolun sol tərəfində əks istiqamətdə avtobus dayanacağında dayanan Bakı Nəqliyyat Agentliyinə məxsus sərnişin daşıyan avtobusun qabaq hissəsi ilə toqquşub dayanmışdır. O dərhal avtomobildən düşmüş və yolun hərəkət zolağında yıxılmış şəxsə yaxınlaşmışdır. Həmin şəxsi orada olan hadisə yerinə toplaşan şəxslərin köməkliyi ilə yoldan təsadüfi keçən təcili tibbi yardım maşınına qoymuş və təcili tibbi yardım maşını həmin şəxsi xəstəxanaya aparmışdır. O da hadisə yerində gözləmiş, qardaşı Gündüzə zəng etmiş, Gündüz də onun yanına gəlmişdir. Bundan sonra, hadisə yerinə gələn DYP-nin əməkdaşları ona məxsus avtomobili dayanma meydançasına aparmışlar. O da hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinin müayinəsində iştirak etmişdir. Sonradan bilmişdir ki, avtomobillə vurduğu şəxs X5 hadisə zamanı aldığı xəsarətlərdən “X12” PHŞ-də ölmüşdür. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, X5 onun doğma atasıdır. Atası Ağaməli 16 noyabr 2022-ci il tarixdə saat 12:45 radələrində bibisi oğlunun evinə getmək üçün evdən çıxmış, çox keçmədən ona xatırlamadığı bir şəxs zəng edərək atası ilə bağlı yol-nəqliyyat hadisəsi olduğunu bildirmişdir. O da dərhal Maştağa qəsəbəsi, Lider marketin qarşısına getmiş və orada atasının saxladığı özünə məxsus avtomobilin əzilmədiyini, digər bir minik avtomobilinin avtobusa dəyərək dayandığını görmüş, maraqlandıqda bilmişdir ki, atası Ağaməli yolu keçərkən həmin minik avtomobili onu vurub və avtomobil idarəetməni itirərək avtobusla toqquşmuşdur. O, hadisə yerində öyrənmişdir ki, atasını təcili tibbi yardım maşını ilə X12nə aparmışlar. O da dərhal xəstəxanaya getmiş və orada bir qədər sonra öyrənmişdir ki, atası aldığı xəsarətlərdən ölmüşdür. Səhərisi günü, yəni 17 noyabr 2022-ci il tarixdə atası Ağaməlini dəfn etmişlər. Sonradan ona aydın olmuşdur ki, Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdə saat 13 radələrində idarə etdiyi «Mercedes E200 CDİ minik» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ilə Buzovna qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçən atası X4 vurmuşdur. Təqsirləndirilən şəxs tanımır və onunla heç bir münasibəti olmamışdır. Hadisə baş verən zaman yaşadığı evində olduğu üçün hadisənin şahidlərinin kimlər olmasını bilmir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. «Mercedes E200 CDİ minik» markalı, 99- DZ- 034 dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Təqsirləndirilən şəxs məxsusdur. 16 noyabr 2022-ci il tarixdə saat 14:00 radələrində yaşadığı evdə olan zaman qardaşı Təqsirləndirilən şəxs ona zəng edərək, idarə etdiyi «Mercedes E200 CDİ minik» markalı **-DZ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən “Lider” marketin qarşısında hərəkətdə olarkən bir nəfər yolu keçən piyadanı vurduğunu bildirmiş, o dərhal evdən çıxıb həmin yerə getmiş, hadisə yerinə çatanda qardaşı Vüsalın orada olduğunu, onun idarə etdiyi avtomobilin yolun kənarında dayanmış Bakı Nəqliyyat Agentliyinə məxsus avtobusun qabaq hissəsi ilə toqquşub dayandığını görmüşdür. Qardaşı Vüsaldan hadisə ilə bağlı soruşduqda, o bildirmişdir ki, 16 noyabr 2022-ci il tarixdə saat 13 radələrində idarə etdiyi “Mercedes E200 CDİ minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivi, Xanlar küçəsi ilə Buzovna qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin küçədə yerləşən “Lider” marketin qarşısında yolu sol tərəfdən sağ tərəfə keçən piyadanı vurmuş, bundan sonra idarəetməni itirdiyindən avtomobil yolun əks tərəfində dayanan avtobusun qabaq hissəsinə dəyərək dayanmış, o avtomobildən yerə düşərək hadisə yerinə yığılmış şəxslərlə birlikdə vurduğu piyadanı təcili tibbi yardım maşınına qoymaqla xəstəxanaya yola salmışdır. Qardaşı Vüsal çox həyəcanlı olmuş və o, Vüsalı sakitləşdirməyə çalışmışdır. Bir qədər sonra hadisə yerinə DYP-nin əməkdaşları gəlib Vüsala məxsus həmin avtomobili dayanma meydançasına aparmışlar. Vüsal da hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinin müayinəsində iştirak etmişdir. Sonradan bilmişdir ki, Vüsalın avtomobillə vurduğu şəxs, sonradan şəxsiyyəti ona məlum olan X5 hadisə zamanı aldığı xəsarətlərdən “X12” PHŞ-də ölmüşdür. Şаhid qismində dindirilmiş X10 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası BNA PHŞ-də avtobus sürücüsü işləyir. "BCD” dərəcəli sürücülük vəsiqəsi vardır. 16 noyabr 2022-ci il tarixdə o, ikinci növbədə olduğu üçün saat 12:55-də yol vərəqini aldıqdan sonra BNA PHŞ-yə məxsus “BMC PROCİTY 12M AVTOBUS” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun səhər növbəsində olan sürücüsü ilə yerini dəyişmiş və həmin sürücü getmişdir. Avtobusun marşrut xətti üzrə nömrəsi “M8”-dir. Belə ki, avtobus sonuncu dayanacağında, yəni Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən, “Lider” marketin qarşısında olan dayanacaqda dayanmış vəziyyətdə olmuş, avtobusda sərnişin olmamışdır. O, avtobusun sürücü oturacağında əyləşmiş, avtobusa 4 nəfər sərnişin keçib əyləşmişdir. Saat 13 radələri olarmış. O, avtobusun qapısını bağlayıb hərəkətə başlamaq istədiyi zaman yolun əks istiqamətindən hərəkətdə olan bir minik avtomobil idarə etməni itirib dayandığı zolağa çıxaraq avtobusun qabaq hissəsi ilə toqquşmuşdur. Həmin avtomobilin tanımadığı sürücüsü avtomobildən dərhal yerə düşmüş, o da sərnişinləri avtobusdan düşürdüb avtobusdan yerə düşmüşdür. Bu zaman görmüşdür ki, həmin avtomobil yolu keçən bir piyadanı da vurmuşdur. Sürücü orada telefonla zəng etmiş, çox həyəcanlı olmuşdur. Çox keçmədən təcili tibbi yardım maşını gəlmiş və yerə yıxılmış piyadanı həmin avtomobilə qoymuşlar. Təcili Tibbi yardım maşını getmiş, bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, onun və digər sürücünün iştirakı ilə hadisə yerini müayinə etmişlər. Əyləşdiyi avtobusla toqquşan avtomobil «Mercedes» markalı **-DZ-*** dövlət nömrə nişanlı avtomobil olmuşdur(i.v.31-34); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 16 noyabr 2022-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsindən Buzovna qəsəbəsinə istiqamətdə olan hissəsində hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuş, yaxınlıqda olan Araz marketin videomüşahidə kameraları vasitəsilə hadisənin baş vermə anlarının qeydə alındığı görüntülərə baxış keçirilmiş, diskə köçürülərək protokola əlavə olunmuşdur (i.v. 07-16); 16 noyabr 2022-ci il tarixli, 1/2652 №-li sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 18); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı AC 703413 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 19); xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes E200 CDİ minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs xüsusi mülkiyyətindədir(i.v.19); baxış keçirilmə haqqında 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “Mercedes E200 CDİ minik” markalı, **-DZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, fotoşəkil çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.26-27); şübhəli şəxsin tutulması haqqında 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 18:05 radələrində Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur(i.v.43); təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır (i.v.74-75); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 20 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.76); zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə X6 zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində tanınmışdır (i.v.87); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X13 Sabunçu rayon şöbəsinin 05 dekabr 2022-ci il tarixli 276 nömrəli rəyindən görünür ki, 1. X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş beyin maddəsinin əzilməsi, baş-beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma, sağ təpə-ənsə sümüyünün kəllə əsasına keçən sınığı, sağ almacıq və əng sümüklərinin, sağtərəfli qabırğaların, sol baldır sümüklərinin qapalı sınıqları, ağciyərlərin kontuziyası, sağ təpə-ənsə nahiyəsinin əzilmiş yarası, hər iki gözyuvasıətrafı nahiyənin dərialtı hematoması, sağ dirsək oynağı və hər iki əlin sıyrıqları. - Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir.
2. X1 ölümünə səbəb sağ təpə-ənsə sümüyünün kəllə əsasına keçən qapalı sınığı ilə əlaqədar baş beyin maddəsinin əzilməsi olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə saat 14:20-də xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən inkar olunmur. 3.X1 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salsilatlar aşkar edilməmişdir(i.v.93- 101); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 16 dekabr 2022-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v. 118); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 17 fevral 2023-cü il tarixli 8/314 nömrəli rəyindən görünür ki, 1a.2a. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Mercedes Benz E200 CDİ markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü V.Y.X14 E200 CDİ markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 1b. 2b. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, BMC Procity 12M markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X7 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir(i.v.132-135); Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini (CM-59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası(CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), ibtidai istintaq zamanı 18 noyabr 2022-ci il tarixdən 20 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 128 (yüz iyirmi səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli(CPM-198.1), 1 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 18 noyabr 2022-ci il tarixdən 20 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 06(altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 05 (beş) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. 1 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Elnurə Rəcəbova