Məhkəmə qərarları › İş №1(008)-423/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-423/2024

28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-423/2024 28.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs, Müdafiəçilər - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-53/2024 nömrəli, 22 fevral 2024cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs oğlu Şahid2 xidməti iş yerini Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirə biləcəyi ilə bağlı yalan vəd verib aldadaraq 06 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs oğlu Şahid2 vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “İL” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə istifadəsində olan "Rabitəbank” ASC-yə aid **********561866 saylı plastik bank kartına 4500 manat pulun, 28 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, N.B.Yusifbəyli küçəsində yaşadığı evdə olarkən oğlu Şahid2 vasitəsi ilə mobil tətbiqlə istifadəsində olan "Kapital Bank” ASC-yə aid **********168425 saylı plastik bank kartına 750 manat, 13 avqust 2023-cü il tarixdə eyni ünvanda eyni plastik bank kartına Zərərçəkmiş şəxs oğlu Mədanət Allahyarov vasitəsi ilə mobil tətbiqlə 100 manat pul vəsaitinin köçürülməsinə nail olub vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 5350 manat pulunu ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs və Şahid2 ilə Şahid1 vasitəsi ilə tanış olmuşdur. Belə ki, Şahid1 ilə 2023-cü ilin yay aylarında Bakı Metropoliteninin “28 May” metrostansiyasında tanış olmuş, Şahid1 hərbi geyimdə olduğu üçün ona özünü hərbiçi kimi təqdim edərək hərbi sahə ilə bağlı hər hansı bir çətinliyi olarsa ona məxsus mobil nömrə ilə əlaqə saxlamasını təklif etmişdir.2023-cü ilin iyul ayının əvvəlində dəqiq xatırlamadığı tarixdə Şahid1 ona zəng edərək, keçmiş iş yoldaşı olan Şahid2 hərbiçi işlədiyi Kəlbəcər rayonunda yerləşən hərbi hissələrdən birində olan xidməti iş yerini ailə quracağı üçün Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişməkdə ona köməklik etməyini xahiş etmiş, o, Şahid1 həmin şəxsə köməklik göstərə biləcəyini deyərək özünə məxsus mobil nömrəni həmin şəxsə verməsini təklif etmişdir. Onun kimisə işə düzəltmək səlahiyyəti olmamasına baxmayaraq həmin vaxt pula ehtiyacı olduğundan Şahid2 6000 manat pul müqabilində xidməti iş yerini Bakı şəhərinə dəyişə biləcəyini bildirmiş, Şahid2 onun təklifi ilə razılaşmışdır. 2023-cü ilin iyul ayının əvvəlində Şahid2 mobil nömrəsinə özünə məxsus "xxxx"-ın **********561866 saylı plastik bank kartının fotoşəklini göndərdikdən sonra Şahid2 həmin karta 4500 manat pul göndərmişdir. Təxminən 20 gün sonra təkrar olaraq Şahid2 ona məxsus "xxxx"ın **********168425 saylı plastik bank kartına 750 manat pul göndərmişdir. O, 2023-cü ilin avqust ayında təkrarən Şahid2 ilə əlaqə saxlayaraq sənədləşmə işləri ilə bağlı ona əlavə 100 manat göndərməsini bildirmiş, Şahid2 ona məxsus "xxxx" plastik kartına 100 manat pul köçürmüşdür. O, Şahid2 göndərdiyi pulları nağdlaşdıraraq şəxsi ehtiyyaclarına sərf etmişdir. Bir müddət sonra Şahid2 və onun atası zəng edərək ondan işin həllinin hansı mərhələdə olduğunu soruşduqda, o, müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayında oğlunun keçmiş iş yoldaşı Şahid1 vasitəsi ilə tanımışdır. Belə ki, Şahid1 ilə Təqsirləndirilən şəxs 2023-cü ilin yay aylarında Bakı Metropoliteninin “28 May” metrostansiyasında tanış olmuş, Şahid1 hərbi geyimdə olduğu üçün Təqsirləndirilən şəxs özünü ona hərbiçi kimi təqdim edərək hərbi sahə ilə bağlı hər hansı bir çətinliyi olarsa ona məxsus mobil nömrə ilə əlaqə saxlamasını təklif etmişdir. Şahid2 Kəlbəcər rayonunda yerləşən 8 saylı hərbi polisdə işlədiyi xidmət yerini Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişmək istədiyindən Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs ona bu işdə köməklik edə biləcəyini, həmin işin müqabilində 5500 manat pul lazım olduğunu bildirmişdir. O, mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs özünü geniş əlaqələrə malik insan kimi təqdim edərək iş yerini dəyişməkdə onlara köməklik edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə razılaşdıqdan sonra, 04 iyul 2022-ci il tarixdə “Beynəlxalq bank”ın Nizami filialından 5000 manat kredit götürmüş, 06 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şahid2 “Watshapp” sosial şəbəkəsi vasitəsilə göndərdiyi “Rabitə Bank”ın **********561866 saylı plastik bank kartına Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən "İl” marketin qarşısında quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə 4500 manat göndərmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq pul istəməsi səbəbindən o, oğlu Şahid2 750 manat pul vermiş, Şahid2 28 iyul 2023-cü il tarixdə onun yaşadığı ünvan 3 ünvanında yaşadığı evdə olan zaman özünə məxsus "xxxx"-a aid olan 416979******6473 saylı plastik bank kartından Təqsirləndirilən şəxs ona göndərmiş olduğu "xxxx"ın **********168425 saylı plastik bank kartına mobil tətbiq vasitəsi ilə 750 manat pul köçürmüşdür. Təqsirləndirilən şəxs ona zəng edərək əlavə olaraq 100 manat pul lazım olduğunu dediyi üçün o, digər oğlu Mədanət Allahyarova 100 manat pul vermiş və Mədanət həmin pulu 13 avqust 2023-cü il tarixdə onun yaşadığı ünvan 3 ünvanında yerləşən evində olan zaman özünə məxsus "Unibank”a aid olan plastik bank kartından Təqsirləndirilən şəxs məxsus "xxxx"ın **********168425 saylı plastik bank kartına mobil tətbiq vasitəsi ilə göndərmişdir. Təqsirləndirilən şəxs 2023cü ilin sentyabr ayının 30-dək oğlunun işinin düzələcəyini bildirmiş, o, Təqsirləndirilən şəxs sözlərinə inanaraq həmin müddətin tamam olmasını gözləmişdir. Təqsirləndirilən şəxs vəd etdiyi müddət tamam olmasına baxmayaraq, onlara verdiyi sözə əməl etməmiş, bu səbəbdən, Təqsirləndirilən şəxs zəng edərək ona verdikləri pulu geri qaytarmalarını tələb etmişdir. Təqsirləndirilən şəxs telefon danışığı zamanı pulları şəxsi ehtiyyaclarına xərclədiyini və geri qaytaracağını vəd etməsinə baxmayaraq vədinə əməl etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun mobil nömrəsini qara siyahıya əlavə etdiyinə görə aldadıldığına tam əmin olub bu barədə şikayət etmək qərarına gəlmişdir. İlk dəfə 06 iyul 2023-cü il tarixdə Nurlanın onun oğlu Şahid2 “Vatsap” sosial şəbəkəsi vasitəsilə göndərdiyi “Rabitə Bank”ın **********561866 saylı plastik bank kartına Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “İl” marketin qarşısında quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə 4500 manat, daha sonra oğlu Şahid2 28 iyul 2023-cü il tarixdə onun yaşadığı ünvan 3 ünvanında yaşadığı evdə olan zaman özünə məxsus "xxxx"-a məxsus 416979******6473 saylı plastik bank kartından Nurlanın ona göndərmiş olduğu "xxxx"ın **********168425 saylı plastik bank kartına mobil tətbiq vasitəsi ilə 750 manat, sonuncu dəfə digər oğlu Mədanət Allahyarov 13 avqust 2023-cü il tarixdə onun yaşadığı ünvan 3 ünvanında yaşadığı evdə olan zaman özünə məxsus “Uniban”-a məxsus plastik bank kartından Nurlanın ona göndərmiş olduğu "xxxx"ın **********168425 saylı plastik bank kartına mobil tətbiq vasitəsi ilə 100 manat pul göndərmişdir. O, həmin köçürmələrə dair qəbzləri araşdırma zamanı təqdim etmişdir. Təqsirləndirilən şəxs əməli nəticəsində ona 5350 manat maddi ziyan dəymişdir. Mülki iddianın təmin edilməsini, təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 5350 manat və ödənilmiş dövlət rüsumuna görə 74 manat Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2023-cü ilin yay aylarında Bakı Metropoliteninin “28 May” metrostansiyasında tanış olmuş, hərbi geyimdə olduğu üçün Təqsirləndirilən şəxs özünü ona hərbiçi kimi təqdim edərək hərbi sahə ilə bağlı hər hansı bir çətinliyi olarsa ona məxsus mobil nömrə ilə əlaqə saxlamasını təklif etmişdir. O, Şahid2 2022-ci ildə Kəlbəcərdə yerləşən 8-ci hərbi polis bölməsində bir yerdə işləyən zaman tanımış, 2023-cü ilin yay aylarında Şahid2 ona zəng edərək Bakı şəhərində xidmət etmək istədiyini, lakin, bunun üçün tanışı olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs mobil nömrəsini Şahid2 verərək məsələnin həlli ilə bağlı onunla əlaqə saxlamasını bildirmişdir. Bir neçə gün sonra Şahid2 ona zəng edərək Təqsirləndirilən şəxsyla danışdığını, Təqsirləndirilən şəxs onu 25 gün ərzində Bakı şəhərində yerləşən hərbi polis bölməsinə düzəldəcəyinə söz verdiyini və bu məqsədlə onun plastik kartına 5000 manat pul göndərdiyi bildirmişdir. Bir müddət sonra Ülvin və onun atası Şükür onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Nurlana ümumilikdə işə düzəltmək məqsədilə 5350 manat pul verdiklərini, lakin, sonuncunun onları aldadaraq işə düzəltmədiyini, pulunu ələ keçirdiyini bildirməsi səbəbindən o, Nurlana zəng etmiş, Nurlan telefon əlaqəsi zamanı Şahid2 xidməti iş yerini dəyişdirməsi üçün onun kartına 5350 manat pul köçdüyünü etiraf etmişdir. Onun bu məsələ ilə bağlı heç bir məqsədi olmamış, sadəcə Ülvin ilə iş yoldaşı olduğundan onun xidməti iş yerini Bakı şəhərinə dəyişməsinə köməklik göstərməsini Nurlandan xahiş etmişdir. Cinayət işinin 29-cu vərəqəsində olan ********** nömrəli, 28 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, "Kapital Bank” ASC-yə aid **********168425 saylı plastik bank kartına 750 manat pul ödənilmişdir. Cinayət işinin 30-cu vərəqəsində olan 26522 nömrəli, 06 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, "Rabitəbank” ASC-yə aid **********561866 saylı plastik bank kartına 4500 manat pul ödənilmişdir. Cinayət işinin 48-58-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-53/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, müddətinin 01 (bir) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 03 fevral 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 69-cu vərəqəsində olan 13 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, "Kapital Bank” ASC-yə aid **********168425 saylı plastik bank kartına 100 manat pul ödənilmişdir. Cinayət işinin 46-47-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 mart 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Tərtər Hərbi Məhkəməsinin 26 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3, 32.4, 312.2, 66.3, 69.4-cü maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin 67765/10-25 nömrəli, 04 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 1-1(104)-3/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 32.4, 312.2 və 333.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza şərti hesab edilsin. Cinayət işi materiallarında olan İ-10655 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işi materiallarında olan İ-62675 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işi materiallarında olan 1040 nömrəli Azərbaycan Respublikası Müharibə veteranı vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Müharibə veteranı” medalı ilə təltif edilmişdir. Cinayət işi materiallarında olan 145 nömrəli “30 il” Yubiley Medalı vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs veteran hərəkatında fəal iştirakına görə “30 il” yubiley medalı ilə təltif edilmişdir. Cinayət işi materiallarında olan AZ İİ seriyalı, 986074 nömrəli və AZ İV seriyalı, 051926 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı var. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını, vətən müharibəsi iştirakçısı olmasını, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Müharibə veteranı” və “30 il” yubiley medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi və cinayətlərin residivini isə onun əməlində cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 1-1(104)- 3/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 32.4, 312.2 və 333.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tətbiq edilməklə 01 (bir) il sınaq müddəti təyin edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin 1-1(104)-3/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı ilə müəyyən olunmuş şərti məhkum etmə ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasına Gəncə Apellyasiya Məhkəməsinin 1-1(104)-3/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi hazırki hökmlə təyin olunan cəzaya qismən birləşdirilməklə cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-53/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-53/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən, ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-53/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 03 fevral 2024-cü il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-53/2023 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-53/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-53/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə cinayət prosessual qanunvericiliyin mülki iddiaya aid yuxarıda sadalanan normalarını rəhbər tutub, mülki iddiaçının mülki iddiaya aid izahatını və cinayət işinin mülki iddiaya aid materialını nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki iddiaçı X1 Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, X2 təqsirləndirilən şəxs X5 tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 5350 manat və ödənilmiş ödvlət rüsumuna görə 74 manat Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 32.4, 312.2 və 333.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 (bir) il sınaq müddəti təyin edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin 1-1(104)- 3/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı ilə müəyyən olunmuş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 1-1(104)-3/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-53/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-53/2024 nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 03 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-53/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə mülki iddia təmin edilsin, təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 5350 manat və ödənilmiş dövlət rüsumuna görə 74 manat Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar