Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-423/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu ildə Sabirabad rayonu, Qalaqayın kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Pirəhmədli kəndində qeydiyyatda olmaqla, ünvan 5də kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 noyabr 2023-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 5in qapısını açar ilə açma yolu ilə həyətə qanunsuz daxil olaraq, həyətin sol tərəfində yerləşən saxlanc yeri hesab edilən sanitar qovşağın içərisində olan 01 ədəd 800 manat dəyərində “3YBP” markalı “3M-280CK” model böyük ölçülü boz rəngli perforator, 01 ədəd 600 manat dəyərində olan generatoru və evin zirzəmisində olan 01 ədəd 250 manat dəyərində “ATEC Circular Saw” markalı “AT-9185” model, boz rəngli elektrik mişarı və ümumi dəyəri 100 manat olan 30 ədəd beton bərkitmək üçün istifadə olunan sancaqları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1750 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, həmin vaxt atası rayona getmişdir, o, isə yeni bir iş götürmüşdür. İş sahibi ona bəzi əşyaları arendaya götürmək lazım olduğunu bildirmiş, o da əşyaları özü gətirə bildiyini demişdir. Atası rayondan qayıtdıqdan sonra əşyaların yerində olmadığını görüb təlaşlandığından polisə müraicət etmişdir. O, həmin vaxt işlədiyi yerdə qaldığından və yanında telefon olmadığından atası onunla əlaqə saxlaya bilməmiş və əmisi oğluna hadisə haqqında məlumat vermişdir. Əmisi oğlu ona bir gün sonra məlumat verdikdə o dərhal evə qayıtmış və atasının artıq polisə məlumat verdiyini öyrənmişdir. Daha sonra onlar atası ilə 14-cü polis bölməsinə getmiş, həmin vaxt iki əşyanı özü ilə gətirmişdir və orada təhvil vermişdir, digər iki əşyanı isə buraxıldıqdan sonra gətirib Zərərçəkmiş şəxs təhvil vermişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, ona qarşı ibtidai istintaq zamanı heç bir təzyiq olmamışdır, artıq oğurluq hadisəsi ilə bağlı cinayət işi başladığından ibtidai istintaq zamanı elə məzmunda ifadə vermişdir. Əşyalardan istifadə etmək üçün götürmüşdür, iş gördürən ev sahibi əşyaları arendaya götürməli olmuş, o da əşyaların ona olduğunu bildirmişdir. Atasından əşyaları götürmək üçün icazə almamışdır. Atası evdə olmayanda bağa o da baxmışdır, ona görədə açarlar həmişə evdə olmuşdur. Daha əvvəldə bir neçə dəfə atasına deyib götürmüşdür, lakin bu dəfə atası rayonda olduğundan və yanında telefon olmadığından məlumat verə bilməmişdir. Polis şöbəsinə gələndə preparatorla mişarı orada təhvil vermiş, digər iki əşya iş yerində olduğundan onları sonra gətirib zərərçəkənə təhvil vermişdir. Sonradan qaytardığı əşyaların şəklini çəkərək məhkəməyə təqdim edəcəkdir. Sancaqları Şahid2 satdığı doğrudur, onun satmağa ixtiyarı olmamışdır, amma sancaqlar o qədər deyil az olmuşdur. Hadisə vaxtı başqa yerdə işləmişdir və telefonu olmadığından atası onunla əlaqə saxlaya bilməmiş, polisə müraciət etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, ailəsinin maddi imkanı zəif olduğundan atası Şahid1 yaşadıqları ünvanın yaxınlığında olan ev sahibləri yaşamayan evlərə gözətçilik edərək onun müqabilində pul qazanır. O da taksi sürməklə məşğul olmuş, lakin maşın xarab olduğu üçün maşını sahibinə qaytarmış və bir müddət işsiz qalmışdır. Maddi ehtiyacları olduğu üçün buna görədə oğurluq etmək qərarına gəlmişdir. 04 noyabr 2023-cü il tarixdə saat 10 radələrində atası Şahid1 Füzuli rayonuna anasının qəbrini ziyarət etmək üçün getdiyindən istifadə edərək ondan xəbərsiz olaraq atasının gözətçilik etdiyi yaşadıqları evə yaxın olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası nömrəsiz evdə təzə tikilmiş Zərərçəkmiş şəxs məxsus olan 4.5 sotun içərisində olan 2 mərtəbəli yaşayış olmayan evin açarlarını öz evlərində olan şkafın içərisindən götürərək həmin ünvana getmiş və həmin evin çöl darvazasını açaraq həyətə daxil olmuş, həyətə daxil olduqdan sonra sol tərəfdə yerləşən tualetin qapısını açaraq içəridə olan 01 ədəd Rusiya istehsalı olan “ZUBR” markalı “3M- 280CK” model böyük ölçülü boz rəngli beton dağıdan perforatoru, 01 ədəd markasını bilmədiyi generatoru, evin zirzəmisindən isə 01 ədəd "ATEC Circular Saw” markalı “AT- 9185” model, boz rəngli elektrik mişarını və 1 balaca qum kisəsində olan beton üçün istifadə olunan 30 ədəd sancaqları götürərək oradan uzaqlaşmışdır. Oğurladığı əşyaları həmin günü yaşadığı evin həyətində olan tövlədə gizlətmişdir. Ondan sonra 01 ədəd markasını bilmədiyi generatoru həmin həyətdə sökmüşdür ki, misini çıxarsın, lakin sökə bilmədiyi üçün həmin generatoru və 1 balaca qum kisəsində olan beton üçün istifadə olunan 30 ədəd sancaqları götürərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Kanal market” lə üzbə-üz yerləşən metal qəbulu məntəqəsinə həmin generatoru 26 manata, beton üçün istifadə olunan 30 ədəd sancaqları isə 12 manata sataraq ümumilikdə 38 manat pul qazanmışdır. Qazandığı həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. 04 noyabr 2023-cü il tarixdə saat 19 radələrində atası Elman rayondan qayıdıb gəldikdə həmin evə baxış keçirdikdə həmin oğurladığı əşyaların orada olmadığını aşkar etdikdə ona zəng vuraraq oradan nəsə götürdüyünü soruşduqda o, oradan oğurluq etdiyini etiraf etmişdir. Bu barədə atası Sabunçu RPİ-nin 14-cü polis şöbəsinə ərizə ilə müraciət edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Oğurluq cinayətini 04 noyabr 2023cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası nömrəsiz evdə törətmişdir. Oğurluq etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası nömrəsiz evin sahibini əvvəllər tanımışdır. Oğurluq etməyi ilə bağlı heç kimə məlumat verməmişdir. 01 ədəd markasını bilmədiyi generatoru və 1 balaca qum kisəsində olan beton üçün istifadə olunan 30 ədəd sancaqları satarkən oğurluq yolu ilə əldə edildiyindən məlumatsız olmuşlar, onlara qeyd edilən əşyaların özünə məxsus olduğunu bildirmişdir. Hazırda qeyd edilən cinayətdən başqa hər hansı bir cinayət törətməmişdir. Beləliklə o, əməlindən səmimi peşman olduğunu, habelə zərərçəkmiş şəxslə barışdığını, ona vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir(i.v.149-151); Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 onunla qonşudur, o, həmin bağa gec-gec gedir, Şahid1 aylıq məvacib verir ki, bağa baxsın. Şahid1 rayonda olarkən oğlu Təqsirləndirilən şəxs usta olduğundan bağda olan bəzi əşyaları istifadə etmək üçün götürmüşdür, bu zaman Şahid1 rayondan qayıtdıqdan sonra bəzi əşyaların olmadığını görüb bununla əlaqədar polisə müraicət etmişdir. Daha sonra əşyaların Təqsirləndirilən şəxs tərəfindən götürüldüyü müəyən edilmişdir. Elmar işlərini bitirdikdən sonra əşyaları geri qaytarmışdır.Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Elmarın əşyaları götürməyə icazəsi olmuşdur, o da atası Şahid1la birlikdə bağa baxmışdır. Bu hadisəyə qədər Elmar bir neçə dəfə də alətlərdən istifadə etmək üçün götürmüşdür, lakin oğurluq kimi etməmişdir. Elmarın əşyaları götürdüyünü polis şöbəsində öyrənmişdir, daha sonra atası ilə əlaqə saxladıqda o oğurluq olmadığını, əşyaları Elmarın istifadə etmək üçün götürdüyünü bildirmişdir. 4 əşya olub ikisi ekspertizaya verilmiş, ikisi isə bağ evinə qoyulmuşdur. Onu ifadə vermək üçün çağıranda müstəntiq artıq oğurluq hadisəsi ilə bağlı cinayət işinin açıldığını və şikayətçi olmadığı halda sadəcə ona dəymiş ziyanın ödənildiyini bildirməyinin kifayət olduğunu demiş və o da buna görə ifadəsini o şəkildə vermişdir. Açarı atasına verəndə razılaşmışdır ki, bağa baxsın ağaclarını sualasın, onun özünə icazə vermişdir, lakin bəzən özü olmayanda ağacları oğlu və qızı da sulamışdır. Zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan zərərçəkmiş şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşasa da, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası nömrəsiz ünvanda yerləşən 4.5 sot bağ sahəsi almış, həmin bağ sahəsində 2 mərtəbəli ev tikdirmiş və işi ilə əlaqədar olaraq arada bir həmin ünvana gedib-gəlir. Həmin bağa nəzarət etmək üçün qonşuluqda yaşayan Şahid1 aylıq olaraq məvacib verir. Elman da bunun müqabilində ona məxsus olan bağ sahəsində olan ağaclara qulluq edir. Buna görə də həmin evin açarlarını Elmana vermiş və ondan başqa həmin bağ sahəsinə daxil olmağı icazə verməmişdir. Sonuncu dəfə 04 noyabr 2023-cü il tarixdə Elman ona zəng edərək oğurluq olması barədə məlumat vermişdir. O da işi ilə əlaqədar olaraq Bakı şəhərində olmadığını bildirmiş və tezliklə ora gələcəyini bildirmişdir. Elmandan hansı əşyaların oğurlandığını soruşduqda sonuncu ona bağ evinin giriş hissəsində sol tərəfdə yerləşən sanitar qovşağın içərisində olan 01 ədəd “ZUBR” markalı Rusiya istehsalı olan beton dağıdan preparatorun və 01 ədəd generatorun, bundan başqa 2 mərtəbəli evin zirzəmisindən isə 01 ədəd “ATEC” markalı elektrik mişarının və 1 balaca qum kisəsinin içərisində olan beton üçün istifadə olunan 30 ədəd sancaqların naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Ona məxsus olan 01 ədəd “ZUBR” markalı Rusiya istehsalı olan beton dağıdan preparatoru işlənməmiş vəziyyətdə 2 il əvvəl 800 manata, 01 ədəd generatoru 2 il əvvəl işlənməmiş vəziyyətdə 600 manata, 01 ədəd “ATEC” markalı elektrik mişarını 2 il əvvəl işlənməmiş vəziyyətdə 250 manata və 01 ədəd qum kisəsinin içərisində olan işlənmiş vəziyyətdə bir ədədinin dəyəri 3 manat 33 qəpik təşkil edən 30 ədəd beton bərkitmək üçün istifadə olunan dəmir sancağı 100 manata almışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1800 manat dəyərində maddi ziyan dəymişdir. Oğurluq hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası nömrəsiz ünvanda baş vermişdir. O, sonuncu dəfə isə orada 2023-cü ilin oktyabr ayının axırlarında olmuşdur. Bağ evinin giriş hissəsində sol tərəfdə yerləşən sanitar qovşağın içərisində olan 800 manat dəyərində 01 ədəd “ZUBR” markalı Rusiya istehsalı olan beton dağıdan preparator, 600 manat dəyərində 01 ədəd generator, evin zirəmisindən isə 250 manat dəyərində 01 ədəd “ATEC” markalı elektrik mişarı və 100 manat dəyərində 30 ədəd beton bərkitmək üçün istifadə olunan dəmir sancaqlar oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1800 manat dəyərində maddi ziyan dəymişdir. Ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası nömrəsiz ünvanda yerləşən 2 mərtəbəli evdən hər hansı bir əşya oğurlanmamışdır. Rəydə ona məxsus olan 01 ədəd 800 manat dəyərində “ZUBR” markalı “3M-280CK” model böyük ölçülü boz rəngli perforatorun 2023-cü ilin noyabr ayına olan orta bazar qiymətinin 100 (yüz) manat və 01 ədəd “ATEC Circular Saw” markalı “AT- 9185” model, boz rəngli elektrik mişarının 2023-cü ilin noyabr ayına olan orta bazar qiymətinin isə 70 (yetmiş) manat müəyyən edilməsi göstərilmişdir. Ekspertizada göstərilən qiymətlə razı deyil, həmin 01 ədəd “ZUBR” markalı “3M-280CK” model böyük ölçülü boz rəngli perforatoru 800 manata və 01 ədəd “ATEC Circular Saw” markalı “AT-9185” model, boz rəngli elektrik mişarını isə 250 manata almışdır. Bundan başqa baş vermiş oğurluq hadisəsi zamanı ona 1750 (bir min yeddi yüz əlli) manat maddi ziyan vurulmağını istintaqın sonrakı mərhələsində nəzərə alınmasını xahiş etmişdir. Həmçinin o, ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir(i.v.25-27, 125-127); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, həmin ərəfələrdə rayonda olmuşdur, rayondan qayıtdıqdan sonra həmişəki kimi əşyaların yerində olub olmadığına baxanda bəzi əşyaların olmadığını görmüşdür. Dərhal polisə bunla bağlı müraciət etmiş, həm müharibə iştrakçısı olduğundan həmdə biraz əsəbi olduğundan düşünmədən, araşdırmadan polisə şikayət etmişdir. Daha sonra məlum olmuşdur ki, oğlu əşyaları tikintidə istifadə etmək məqsədilə götürmüş, istifadə etdikdən sonra gətirib yerinə qoymuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, dəqiq tarixi xatırlamır, amma polisə özü gedib şikayət etmişdir. Götürdüyü əşyaların hamsını gətirib yerinə qoymuşdur. Ondan başqasının icazəsi olmamışdır, lakin oğlu və qızı da arada gedib baxmışlar, o, icazə vermişdir. Şahidin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası fərdi nömrəsiz ev ünvanında övladları ilə birlikdə yaşayır. Özü müharibə veteranıdır. Təxminən 10 ilə yaxındır ki, yaşadığı evin yaxınlığında olan bir neçə evlərin sahibləri ilə razılığa gələrək pul müqabilində onların evlərinə həyətlərinə baxaraq bağbanlıq edir. Həmin qeyd etdiyi evlərin sahibləri evlərə və həyətə yalnız onun girib-çıxmağına icazə vermişlər və açarlarını da ona əmanət etmişlər. 04 noyabr 2023-cü il tarixdə səhər saatlarında Füzuli rayonuna getmişdir. Həmin gün axşam saat 19 radələrində yaşadığı evə qayıtmış və ona həvalə edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanasında təzə tikilmiş Zərərçəkmiş şəxs məxsus olan 4.5 sotun içərisində olan 2 mərtəbəli yaşayış olmayan evə baxmağa gələn zaman həyətdə olan sanitar qovşağın qapısının açıq olduğunu və həmin yerdən 01 ədəd “ZUBR" markalı Rusiya istehsalı olan beton dağıdan preparator, 01 ədəd “ATEC” markalı elektrik mişarı, 01 ədəd markasını bilmədiyi generator və 1 balaca qum kisəsində olan beton üçün istifadə olunan 30 ədəd sancaqların oğurlandığını aşkar etmişdir. Açar evdə olduğu üçün oğlu Elmandan şübhələnmiş və zəng edərək ona oğurladığı əşyaların hara apardığını tez gətirib yerinə qoymasını bildirmişdir. Oğlu Elmar 01 ədəd “ZUBR” markalı Rusiya istehsalı olan beton dağıdan preparator, 01 ədəd “ATEC” markalı elektrik mişarını gətirib ona təhvil vermiş və digər əşyaları isə gətirmədiyini, satdığını bildirdiyi üçün o, polisə şikayət etmək qərarına gəlmiş və Sabunçu rayon Polis İdarəsinin 14- cü Polis Şöbəsinə gedərək baş vermiş hadisə ilə bağlı ərizə və izahat yazmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmişlər və orada o, 01 ədəd “ZUBR” markalı Rusiya istehsalı olan beton dağıdan preparatoru və 01 ədəd “ATEC” markalı elektrik mişarını polis əməkdaşlarına təqdim etmişdir. Polislər həmin əşyaların götürülməsi ilə bağlı protokol tərtib etmişlər və o, həmin protokolu imzalamışdır. Oğlu Elman əvvəllər oğurluq etməmişdir. Oğlu Elmanın oğurluq etməyi ilə bağlı onun və ailə üzvlərinin məlumatı olmamışdır. Oğlu Elmanın hazırda qeyd edilən cinayətdən başqa hər hansı bir cinayət törətməyi barədə məlumatı yoxdur(i.v.30-32); Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi “Kanal” marketlə üzbəüz ərazidə metal qəbulu məntəqəsində işləyir. 04 noyabr 2023-cü il tarixdə tanımadığı bir şəxs ona yaxınlaşaraq öz şəxsiyyət vəsiqəsini təqdim etməklə kisədə olan 30 ədəd beton sancaqlarını və balaca sellofan klokda isə təxminən yarım kiloqram misi ona almağı təklif etmişdir. O da həmin şəxsə həmin metallların kimə məxsus olduğunu və nə üçün satdığını soruşduqda həmin mallların özünə məxus olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsə ümumilikdə 38 manat pul vermiş və özündə qeydiyyat aparmışdır. Sonradan isə polis əməkdaşları onun işlədiyi yerə gələrək bir nəfər şəxsin ona oğurluq yolu ilə əldə edilən metal və misin satıldığını bildirdikdə o, polis əməkdaşlarına öz dəftərində apardığın qeydlərini göstərmişdir. O, həmin şəxsdən ona təqdim etdiyi 30 ədəd beton sancaqlarını və balaca sellofan paketdə isə təxminən yarım kiloqram misin kimə məxsus olmasını soruşduqda həmin şəxs ona qeyd edilən malların özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa həmin şəxs öz şəxsiyyət vəsiqəsini təqdim etməsi oğurluq yolu ilə əldə etməməsi fikri yaratmışdır(i.v.104-106); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şahid1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Sabunçu RPİ-nin 14-cü PŞ-nə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığında fərdi yaşayıç evinin qorunması ona həvalə edilmiş, evdən oğlu Təqsirləndirilən şəxs tərəfindən təmir-tikinti əşyalarının oğurlandığını aşkar etmiş, bu barədə qanuni tədbirlər görülməsini xahiş etmişdir(i.v.03); xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, Şahid1 izahatında göstərmişdir ki, təxminən 10 ildir yaşadığı evin yaxınlığında bir neçə evin sahibləri tərəfindən icazə verilərək sahibsiz evlərə baxır və buna görə hər ay ona 100 manat pul verilir. Həmin evlərin açarları yaşadığı evdə olur və həmin evlərə ondan başqa heç kimin daxil olmasına icazə verilmir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Füzuli rayonuna getmiş, həmin tarixdə saat 19 radələrində yaşadığı ünvana qayıtmış və ona həvalə olunmuş evin açarını götürərək evə baxmağa getmişdir. Zərərçəkmiş şəxs adlı şəxsin evinə gedən zaman həyətdə olan sanitar qovşağın qapısının açıq olduğunu və həmin yerdən bir ədəd prefarator, bir ədəd elektron taxta mişarı və digər təmir əşyalarının oğurlandığını aşkar etmişdir. Açar evdə olduğu üçün oğlu Elmardan şübhələnmiş və zəng edərək ona dedikdən sonra oğurladığı prefaratoru və taxta mişarı gətirmişdir. Lakin digər əşyalar, yəni 01 ədəd generator, beton vibirator və beton üçün ilgəcləri gətirməmişdir. Buna görə polisə müraciət etməyə qərar vermişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, oğlu Elmar təhvil vermədiyi əşyaları kiməsə satdığını bildirmişdir(i.v.04-05); Hadisə yerinə baxış keçirilməsi haqqında 09 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivində Zərərçəkmiş şəxs məxsus evə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 06-09); Baxış və maddi sübutun götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 müraciəti əsasında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası ünvanında fərdi evə gedilmiş, Şahid1 ona axran kimi həvalə edilmiş evdən oğurluq edən oğlu Təqsirləndirilən şəxs oğurladığı 01 ədəd Rusiya istehsalı olan “Zubr” markalı preferatoru və 01 ədəd “ATEC” markalı elektrik mişarını təqdim etmiş, həmin əşyalar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, ə.yaların fotoşəkli çəkilərək protokola əlavə edilmişdir(i.v.10-12); xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü ildə Şahid1 müraciət edərək oğlu Təqsirləndirilən şəxs gözətçilik etdiyi evdən təmir-tikinti alətlərinin oğurlanması barədə bildirmiş, onun müraciəti əsasında toplanmış materialda CM-nin 177.2.3-cü maddəsinin tərkib əlamətlərinin olması nəzərə alaraq material aidiyyatı üzrə Sabunçu RPİ-nin İŞ-nə həvalə edilmişdir(i.v.17); Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v. 20); Tutma haqqında 04 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:20 radələrində şübhəli şəxs qismində tutulmuşdur (i.v. 58); Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, o, məhkəmə iclas zalından dərhal azad edilmişdir(i.v.90-92); qətimkan tədbirinin seçilməsi haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.93-94); Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası fərdi nömrəsiz evdə və Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, “Kanal market”in yaxınlığında olan metal qəbulu məntəqəsində yerində yoxlanılarkən, Təqsirləndirilən şəxs bildirmişdir ki, 04 noyabr 2023-cü il tarixdə saat 10:00 radələrində atasından xəbərsiz açarları götürərək onun gözətçilik etdiyi Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daş karxanası fərdi nömrəsiz evə getmiş və həmin evin çöl darvazasını açaraq həyətə daxil olmuş, həyətdə sol tərəfdə yerləşən tualetin qapısını açaraq içəridə olan 01 ədəd “ZUBR” markalı Rusiya istehsalı olan beton dağıdan preparatoru, 01 ədəd markasını bilmədiyi generatoru, evin zirzəmisindən isə 01 ədəd “ATEC” markalı elektrik mişarını və bir balaca qum kisəsində olan beton üçün istifadə olunan 30 ədəd sancaqları götürərək oradan uzaqlaşmış, oğurladığı əşyaları yaşadığı evin həyətində olan tövlədə gizlətdiyini, ondan sonra bir ədəd markasını bilmədiyi generatoru və 1 balaca qum kisəsində olan beton üçün istifadə olunan 30 ədəd sancaqları götürərək Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən “Kanal Market”lə üzbəüz yerləşən metal qəbulu məntəqəsinə generatoru 26 manata, beton üçün istifadə olunan 30 ədəd sancaqları isə 12 manata sataraq ümumilikdə 38 manat pul əldə etdiyini bildirmişdir(i.v.100-102); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.107); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/2225 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd “ZUBR” markalı, “3M-280CK” model, böyük ölçülü, boz rəngli perforator -100,00 manat, 01 ədəd “ATEC Circular Saw” markalı, “AT-9185” model, boz rəngli, elektrik mişarı - 70,00 manat. Qərarda göstərilən 01 ədəd generator, 30 ədəd beton bərkitmək üçün sancaqlar tədqiqata təqdim edilmədiyindən və haqqında ətraflı məlumat (markası, modeli, texniki göstəriciləri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı(i.v.115-119); Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd “3YBP” markalı “3M-280CK” model böyük ölçülü boz rəngli perforator və 01 ədəd “ATEC Circular Saw” markalı “AT-9185” model, boz rəngli elektrik mişarı iş üzrə maddi sübut kimi tanınmış,saxlanması üçün qanuni sahibinə qaytarılması qərara alınmışdır(i.v.123); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 01 ədəd “3YBP” markalı “3M-280CK” model böyük ölçülü boz rəngli perforator və 01 ədəd “ATEC Circular Saw” markalı “AT-9185” model, boz rəngli elektrik mişarı Zərərçəkmiş şəxs təhvil verilmişdir(i.v.129); Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi həmin əşyaları istifadə etmək məqsədilə götürməsi və sonradan qaytarması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu hissədə ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yuxarıda göstərilən ifadəsində törətdiyi cinayət əməlini etiraf edərək ətraflı təsvir etmiş, bu barədə protokol tərtib edilərək özü və müdafiəçisi tərəfindən imzalanmışdır. Bundan başqa, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası fərdi nömrəsiz evdə və Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, “Kanal market”in yaxınlığında olan metal qəbulu məntəqəsində yerində yoxlanılarkən, Təqsirləndirilən şəxs bildirmişdir ki, 04 noyabr 2023-cü il tarixdə saat 10:00 radələrində atasından xəbərsiz açarları götürərək onun gözətçilik etdiyi Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daş karxanası fərdi nömrəsiz evə getmiş və həmin evin çöl darvazasını açaraq həyətə daxil olmuş, həyətdə sol tərəfdə yerləşən tualetin qapısını açaraq içəridə olan 01 ədəd “ZUBR” markalı Rusiya istehsalı olan beton dağıdan preparatoru, 01 ədəd markasını bilmədiyi generatoru, evin zirzəmisindən isə 01 ədəd “ATEC” markalı elektrik mişarını və bir balaca qum kisəsində olan beton üçün istifadə olunan 30 ədəd sancaqları götürərək oradan uzaqlaşmış, oğurladığı əşyaları yaşadığı evin həyətində olan tövlədə gizlətdiyini, ondan sonra bir ədəd markasını bilmədiyi generatoru və 1 balaca qum kisəsində olan beton üçün istifadə olunan 30 ədəd sancaqları götürərək Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən “Kanal Market”lə üzbəüz yerləşən metal qəbulu məntəqəsinə generatoru 26 manata, beton üçün istifadə olunan 30 ədəd sancaqları isə 12 manata sataraq ümumilikdə 38 manat pul əldə etdiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı götürdüyü əşyaların hamısını zərərçəkmiş şəxsə qaytardığını bildirmiş, bu fakt məhkəmə istintaqı zamanı zərərçəkmiş tərəfindən də təsdiq edilsə də, qaytarılmış həmin əşyaların fotoşəklinin çəkilərək məhkəməyə təqdim edilməsi təklif edilmiş, bu səbəbdən məhkəmə iclasının təxirə salınmasına baxmayaraq həmin əşyaların şəkilləri nə zərərçəkmiş şəxs, nə də təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu da onu təsdiq edir ki, Təqsirləndirilən şəxs həqiqətən həmin əşyaları oğurlayaraq satdığından onların fotoşəklinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Həmçinin, şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi “Kanal” marketlə üzbəüz ərazidə metal qəbulu məntəqəsində işləyir. 04 noyabr 2023-cü il tarixdə tanımadığı bir şəxs ona yaxınlaşaraq öz şəxsiyyət vəsiqəsini təqdim etməklə kisədə olan 30 ədəd beton sancaqlarını və balaca sellofan klokda isə təxminən yarım kiloqram misi ona almağı təklif etmişdir. O da həmin şəxsə həmin metallların kimə məxsus olduğunu və nə üçün satdığını soruşduqda həmin mallların özünə məxus olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsə ümumilikdə 38 manat pul vermiş və özündə qeydiyyat aparmışdır. Sonradan isə polis əməkdaşları onun işlədiyi yerə gələrək bir nəfər şəxsin ona oğurluq yolu ilə əldə edilən metal və misin satıldığını bildirdikdə o, polis əməkdaşlarına öz dəftərində apardığın qeydlərini göstərmişdir. O, həmin şəxsdən ona təqdim etdiyi 30 ədəd beton sancaqlarını və balaca sellofan paketdə isə təxminən yarım kiloqram misin kimə məxsus olmasını soruşduqda həmin şəxs ona qeyd edilən malların özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa həmin şəxs öz şəxsiyyət vəsiqəsini təqdim etməsi oğurluq yolu ilə əldə etməməsi fikri yaratmışdır. Məhkəmə istintaqı zamanı bu xüsusatla bağlı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, “Sancaqları Şahid2 satdığı doğrudur, onun satmağa ixtiyarı olmamışdır, amma sancaqlar o qədər deyil az olmuşdur.” Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin əşyaları istifadə etmək məqsədilə götürdüyünü bildirsə də, həmin əşyalardan bəzilərini ixtiyarı olmadan satdığını məhkəmə istintaqı zamanı etiraf etmişdir. Bütün bu hallar, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlini törətməsinə dəlalət edir. Eyni zamanda, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onunla qonşudur, o, həmin bağa gec-gec gedir, Şahid1 aylıq məvacib verir ki, bağa baxsın. Şahid1 rayonda olarkən oğlu Təqsirləndirilən şəxs usta olduğundan bağda olan bəzi əşyaları istifadə etmək üçün götürmüşdür, bu zaman Şahid1 rayondan qayıtdıqdan sonra bəzi əşyaların olmadığını görüb bununla əlaqədar polisə müraicət etmişdir. Daha sonra əşyaların Təqsirləndirilən şəxs tərəfindən götürüldüyü müəyən edilmişdir. Elmar işlərini bitirdikdən sonra əşyaları geri qaytarmışdır.Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Elmarın əşyaları götürməyə icazəsi olmuşdur, o da atası Şahid1la birlikdə bağa baxmışdır. Bu hadisəyə qədər Elmar bir neçə dəfə də alətlərdən istifadə etmək üçün götürmüşdür, lakin oğurluq kimi etməmişdir. Elmarın əşyaları götürdüyünü polis şöbəsində öyrənmişdir, daha sonra atası ilə əlaqə saxladıqda o oğurluq olmadığını, əşyaları Elmarın istifadə etmək üçün götürdüyünü bildirmişdir. 4 əşya olub ikisi ekspertizaya verilmiş, ikisi isə bağ evinə qoyulmuşdur. Onu ifadə vermək üçün çağıranda müstəntiq artıq oğurluq hadisəsi ilə bağlı cinayət işinin açıldığını və şikayətçi olmadığı halda sadəcə ona dəymiş ziyanın ödənildiyini bildirməyinin kifayət olduğunu demiş və o da buna görə ifadəsini o şəkildə vermişdir. Açarı atasına verəndə razılaşmışdır ki, bağa baxsın ağaclarını sualasın, onun özünə icazə vermişdir, lakin bəzən özü olmayanda ağacları oğlu və qızı da sulamışdır. Lakin, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşasa da, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası nömrəsiz ünvanda yerləşən 4.5 sot bağ sahəsi almış, həmin bağ sahəsində 2 mərtəbəli ev tikdirmiş və işi ilə əlaqədar olaraq arada bir həmin ünvana gedibgəlir. Həmin bağa nəzarət etmək üçün qonşuluqda yaşayan Şahid1 aylıq olaraq məvacib verir. Elman da bunun müqabilində ona məxsus olan bağ sahəsində olan ağaclara qulluq edir. Buna görə də həmin evin açarlarını Elmana vermiş və ondan başqa həmin bağ sahəsinə daxil olmağı icazə verməmişdir. Sonuncu dəfə 04 noyabr 2023-cü il tarixdə Elman ona zəng edərək oğurluq olması barədə məlumat vermişdir. O da işi ilə əlaqədar olaraq Bakı şəhərində olmadığını bildirmiş və tezliklə ora gələcəyini bildirmişdir. Elmandan hansı əşyaların oğurlandığını soruşduqda sonuncu ona bağ evinin giriş hissəsində sol tərəfdə yerləşən sanitar qovşağın içərisində olan 01 ədəd “ZUBR” markalı Rusiya istehsalı olan beton dağıdan preparatorun və 01 ədəd generatorun, bundan başqa 2 mərtəbəli evin zirzəmisindən isə 01 ədəd “ATEC” markalı elektrik mişarının və 1 balaca qum kisəsinin içərisində olan beton üçün istifadə olunan 30 ədəd sancaqların naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Ona məxsus olan 01 ədəd “ZUBR” markalı Rusiya istehsalı olan beton dağıdan preparatoru işlənməmiş vəziyyətdə 2 il əvvəl 800 manata, 01 ədəd generatoru 2 il əvvəl işlənməmiş vəziyyətdə 600 manata, 01 ədəd “ATEC” markalı elektrik mişarını 2 il əvvəl işlənməmiş vəziyyətdə 250 manata və 01 ədəd qum kisəsinin içərisində olan işlənmiş vəziyyətdə bir ədədinin dəyəri 3 manat 33 qəpik təşkil edən 30 ədəd beton bərkitmək üçün istifadə olunan dəmir sancağı 100 manata almışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1800 manat dəyərində maddi ziyan dəymişdir. Oğurluq hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası nömrəsiz ünvanda baş vermişdir. O, sonuncu dəfə isə orada 2023-cü ilin oktyabr ayının axırlarında olmuşdur. Bağ evinin giriş hissəsində sol tərəfdə yerləşən sanitar qovşağın içərisində olan 800 manat dəyərində 01 ədəd “ZUBR” markalı Rusiya istehsalı olan beton dağıdan preparator, 600 manat dəyərində 01 ədəd generator, evin zirəmisindən isə 250 manat dəyərində 01 ədəd “ATEC” markalı elektrik mişarı və 100 manat dəyərində 30 ədəd beton bərkitmək üçün istifadə olunan dəmir sancaqlar oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1800 manat dəyərində maddi ziyan dəymişdir. Ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası nömrəsiz ünvanda yerləşən 2 mərtəbəli evdən hər hansı bir əşya oğurlanmamışdır. Rəydə ona məxsus olan 01 ədəd 800 manat dəyərində “ZUBR” markalı “3M-280CK” model böyük ölçülü boz rəngli perforatorun 2023-cü ilin noyabr ayına olan orta bazar qiymətinin 100 (yüz) manat və 01 ədəd “ATEC Circular Saw” markalı “AT-9185” model, boz rəngli elektrik mişarının 2023-cü ilin noyabr ayına olan orta bazar qiymətinin isə 70 (yetmiş) manat müəyyən edilməsi göstərilmişdir. Ekspertizada göstərilən qiymətlə razı deyil, həmin 01 ədəd “ZUBR” markalı “3M-280CK” model böyük ölçülü boz rəngli perforatoru 800 manata və 01 ədəd “ATEC Circular Saw” markalı “AT-9185” model, boz rəngli elektrik mişarını isə 250 manata almışdır. Bundan başqa baş vermiş oğurluq hadisəsi zamanı ona 1750 (bir min yeddi yüz əlli) manat maddi ziyan vurulmağını istintaqın sonrakı mərhələsində nəzərə alınmasını xahiş etmişdir. Həmçinin o, ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, həmin ərəfələrdə rayonda olmuşdur, rayondan qayıtdıqdan sonra həmişəki kimi əşyaların yerində olub olmadığına baxanda bəzi əşyaların olmadığını görmüşdür. Dərhal polisə bunla bağlı müraciət etmiş, həm müharibə iştrakçısı olduğundan həmdə biraz əsəbi olduğundan düşünmədən, araşdırmadan polisə şikayət etmişdir. Daha sonra məlum olmuşdur ki, oğlu əşyaları tikintidə istifadə etmək məqsədilə götürmüş, istifadə etdikdən sonra gətirib yerinə qoymuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, dəqiq tarixi xatırlamır, amma polisə özü gedib şikayət etmişdir. Götürdüyü əşyaların hamsını gətirib yerinə qoymuşdur. Ondan başqasının icazəsi olmamışdır, lakin oğlu və qızı da arada gedib baxmışlar, o, icazə vermişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası fərdi nömrəsiz ev ünvanında övladları ilə birlikdə yaşayır. Özü müharibə veteranıdır. Təxminən 10 ilə yaxındır ki, yaşadığı evin yaxınlığında olan bir neçə evlərin sahibləri ilə razılığa gələrək pul müqabilində onların evlərinə həyətlərinə baxaraq bağbanlıq edir. Həmin qeyd etdiyi evlərin sahibləri evlərə və həyətə yalnız onun girib-çıxmağına icazə vermişlər və açarlarını da ona əmanət etmişlər. 04 noyabr 2023-cü il tarixdə səhər saatlarında Füzuli rayonuna getmişdir. Həmin gün axşam saat 19 radələrində yaşadığı evə qayıtmış və ona həvalə edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanasında təzə tikilmiş Zərərçəkmiş şəxs məxsus olan 4.5 sotun içərisində olan 2 mərtəbəli yaşayış olmayan evə baxmağa gələn zaman həyətdə olan sanitar qovşağın qapısının açıq olduğunu və həmin yerdən 01 ədəd “ZUBR" markalı Rusiya istehsalı olan beton dağıdan preparator, 01 ədəd “ATEC” markalı elektrik mişarı, 01 ədəd markasını bilmədiyi generator və 1 balaca qum kisəsində olan beton üçün istifadə olunan 30 ədəd sancaqların oğurlandığını aşkar etmişdir. Açar evdə olduğu üçün oğlu Elmandan şübhələnmiş və zəng edərək ona oğurladığı əşyaların hara apardığını tez gətirib yerinə qoymasını bildirmişdir. Oğlu Elmar 01 ədəd “ZUBR” markalı Rusiya istehsalı olan beton dağıdan preparator, 01 ədəd “ATEC” markalı elektrik mişarını gətirib ona təhvil vermiş və digər əşyaları isə gətirmədiyini, satdığını bildirdiyi üçün o, polisə şikayət etmək qərarına gəlmiş və Sabunçu rayon Polis İdarəsinin 14- cü Polis Şöbəsinə gedərək baş vermiş hadisə ilə bağlı ərizə və izahat yazmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmişlər və orada o, 01 ədəd “ZUBR” markalı Rusiya istehsalı olan beton dağıdan preparatoru və 01 ədəd “ATEC” markalı elektrik mişarını polis əməkdaşlarına təqdim etmişdir. Polislər həmin əşyaların götürülməsi ilə bağlı protokol tərtib etmişlər və o, həmin protokolu imzalamışdır. Oğlu Elman əvvəllər oğurluq etməmişdir. Oğlu Elmanın oğurluq etməyi ilə bağlı onun və ailə üzvlərinin məlumatı olmamışdır. Oğlu Elmanın hazırda qeyd edilən cinayətdən başqa hər hansı bir cinayət törətməyi barədə məlumatı yoxdur. Göründüyü kimi, Şahid1 məhkəmə istintaqı zamanı polisə məlumat verdikdən sonra həmin əşyaların oğlu tərəfindən götürüldüyünü bildiyini göstərsə də, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində oğluna zəng edərək oğurladığı əşyaları qaytarmasını bildirdiyini, oğlu Elmar preparator və elektrik mişarını gətirib ona təhvil versədə digər əşyaları satdığını bildirdiyindən polisə müraciət etdiyini göstərmişdir. Həmçinin, Şahid1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Sabunçu RPİ-nin 14-cü PŞ-nə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığında fərdi yaşayıç evinin qorunması ona həvalə edilmiş, evdən oğlu Təqsirləndirilən şəxs tərəfindən təmir-tikinti əşyalarının oğurlandığını aşkar etmiş, bu barədə qanuni tədbirlər görülməsini xahiş etmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, Şahid1 izahatında göstərmişdir ki, təxminən 10 ildir yaşadığı evin yaxınlığında bir neçə evin sahibləri tərəfindən icazə verilərək sahibsiz evlərə baxır və buna görə hər ay ona 100 manat pul verilir. Həmin evlərin açarları yaşadığı evdə olur və həmin evlərə ondan başqa heç kimin daxil olmasına icazə verilmir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Füzuli rayonuna getmiş, həmin tarixdə saat 19 radələrində yaşadığı ünvana qayıtmış və ona həvalə olunmuş evin açarını götürərək evə baxmağa getmişdir. Zərərçəkmiş şəxs adlı şəxsin evinə gedən zaman həyətdə olan sanitar qovşağın qapısının açıq olduğunu və həmin yerdən bir ədəd prefarator, bir ədəd elektron taxta mişarı və digər təmir əşyalarının oğurlandığını aşkar etmişdir. Açar evdə olduğu üçün oğlu Elmardan şübhələnmiş və zəng edərək ona dedikdən sonra oğurladığı prefaratoru və taxta mişarı gətirmişdir. Lakin digər əşyalar, yəni 01 ədəd generator, beton vibirator və beton üçün ilgəcləri gətirməmişdir. Buna görə polisə müraciət etməyə qərar vermişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, oğlu Elmar təhvil vermədiyi əşyaları kiməsə satdığını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, hadisənin baş verdiyi xx.xx.2023-cü il tarixdən düz 5 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxsin atası Şahid1 oğurluq faktı ilə əlaqədar polisə müraciət etmiş, həmin ünvandan oğurluq edən şəxsin oğlu olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı o, düşünmədən araşdırmadan polisə müraciət etdiyini göstərsə də, məhkəmə onun bu ifadəsini inandırıcı hesab etmir. Belə ki, bu halı araşdırmaq üçün Şahid1 kifayət qədər vaxtı olmuşdur. Həmçinin, baxış və maddi sübutun götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 müraciəti əsasında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası ünvanında fərdi evə gedilmiş, Şahid1 ona nəzarətçi kimi həvalə edilmiş evdən oğurluq edən oğlu Təqsirləndirilən şəxs oğurladığı 01 ədəd Rusiya istehsalı olan “Zubr” markalı preferatoru və 01 ədəd “ATEC” markalı elektrik mişarını təqdim etmiş, həmin əşyalar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, əşyaların fotoşəkli çəkilərək protokola əlavə edilmişdir Bu da onu göstərir ki, Şahid1 polisə oğurluq faktı ilə bağlı müraciət etdikdə, artıq həmin əşyaların oğlu tərəfindən götürüldüyündən məlumatı olmuş, hətta oğlu Təqsirləndirilən şəxs qaytardığı preferator və elektrik mişarını belə məhz ərizə ilə polisə müraciət etdiyi gün, yəni xx.xx.2023-cü il tarixdə istintaq orqanına təhvil vermişdir. Beləliklə, məhkəmə, Şahid1 təqsirləndirilən şəxsin atası olmasını, məhkəmə istintaqı zamanı ziddiyətli ifadələr verməsini, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin atasının 12 ildən artıq müddətdə yaxın münasibətdə olaraq onun evinə baxmasını, ona dəymiş ziyanın ödənilməsini nəzərə alaraq zərərçəkmiş şəxs və şahidin ibtidai istintaq zamanı verdiyi ifadələrin daha mötəbər olmasına inanır və həmin ifadələr iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Qanunsuz “daxil olma” əlaməti ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, eləcə də Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri ilə müəyyən edilmişdir ki, oğurluq faktının müəyyən edildiyi evin açarı təqsirləndirilən şəxsə deyil məhz onun atası Şahid1 həvalə edilmiş, yalnız onun həmin evə daxil olmasına icazə verilmişdir. Eyni zamanda, Şahid1 məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq göstərmişdir ki, ondan başqasının ora daxil olmasına icazəsi olmamışdır, lakin onun icazəsi ilə oğlu və qızı da arada gedib baxmışlar. Göründüyü kimi, şahid X3 yalnız oğlu və qızının onun icazəsi ilə göstərilən fərdi yaşayış evinə getməsini göstərsə də, hadisə zamanı həmin fərdi yaşayış evinə oğlunun getməsinə icazə verdiyini bildirməmiş, hətta Təqsirləndirilən şəxs da atasından xəbərsiz həmin əşyaları götürdüyünü etiraf etmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə ilk növbədə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 noyabr 2023-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 5in qapısını açar ilə açma yolu ilə həyətə qanunsuz daxil olaraq, həyətin sol tərəfində yerləşən saxlanc yeri hesab edilən sanitar qovşağın içərisində olan 01 ədəd 800 manat dəyərində “3YBP” markalı “3M-280CK” model böyük ölçülü boz rəngli perforator, 01 ədəd 600 manat dəyərində olan generatoru və evin zirzəmisində olan 01 ədəd 250 manat dəyərində “ATEC Circular Saw” markalı “AT-9185” model, boz rəngli elektrik mişarı və ümumi dəyəri 100 manat olan 30 ədəd beton bərkitmək üçün istifadə olunan sancaqları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1750 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/2225 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd “ZUBR” markalı, “3M-280CK” model, böyük ölçülü, boz rəngli perforator -100,00 manat, 01 ədəd “ATEC Circular Saw” markalı, “AT-9185” model, boz rəngli, elektrik mişarı - 70,00 manat. Göründüyü kimi, istintaq orqanı əsassız olaraq təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs ümumilikdə 1750 manat ziyan vurmaqla oğurluq etdiyini qeyd etmiş və zərərçəkmiş şəxsin ifadəsini daha mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, istintaq orqanı tərəfindən təyin edilmiş və müvafiq qərara əsasən əldə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli 9/2225 nömrəli ekspert rəyində təqdim edilmiş bir ədəd perforatorun orta bazar qiyməti 100 manat, 01 ədəd “ATEC Circular Saw” markalı, “AT-9185” model, boz rəngli, elektrik mişarı - 70,00 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına daha uyğun gəldiyindən daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, sözügedən epizod üzrə ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanın miqdarının 870 (səkkiz yüz yetmiş) manat olması müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanın miqdarının 870 (səkkiz yüz yetmiş) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 04 mart 2025-ci il tarixdən 05 mart 2025-ci il tarixədək 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı(CM 69.3), barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “3YBP” markalı “3M-280CK” model böyük ölçülü boz rəngli perforator və 01 ədəd “ATEC Circular Saw” markalı “AT-9185” model, boz rəngli elektrik mişarının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı(CPM-132.1), ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidır(CPM-198.1). Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 5 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdən 05 mart 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01(bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01(bir) il 05(beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – 01 ədəd “3YBP” markalı “3M-280CK” model böyük ölçülü boz rəngli perforator və 01 ədəd “ATEC Circular Saw” markalı “AT-9185” model, boz rəngli elektrik mişarının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-423/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-423/2025
04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver