Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-424/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Şuşa rayonu, Səfixanlar Ərazi Dairəsi, Xanlıqpəyə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsi “Gənc geoloq” düşərgəsi nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 noyabr 2024-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs usta olaraq çalışdığı Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları dalan 35 ünvanında yerləşən təmiri tam başa çatmamış fərdi yaşayış evinin həyətinə çölə açıq olan hissəsindən qanunsuz daxil olaraq saxlanc yeri sayılan yaşayış olmayan təmiri tam başa çatmamış evin birinci mərtəbəsində yerləşən qapısı açıq olan otaqdan Zərərçəkmiş şəxs məxsus bir ədədinin dəyəri 2 manat olan 600 manat dəyərində 300 ədəd cilozu (beton montajnı sıxan), dəyəri 250 manat olan markası məlum olmayan bir ədəd böyük ölçüdə perforatoru, dəyəri 120 manat olan markası məlum olmayan bir ədəd kiçik ölçüdə perforatoru, dəyəri 130 manat olan markası məlum olmayan bir ədəd elektrik mişarını, dəyəri 220 manat olan markası məlum olmayan bir ədəd lazer aparatını, dəyəri 120 manat olan markası məlum olmayan bir ədəd kiçik ölçüdə laqondanı və evin həyətindən isə ümumi dəyəri 150 manat olan müxtəlif ölçülərdə armaturları, dəyəri 80 manat olan markası məlum olmayan bir ədəd su nasosunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 1670 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 noyabr 2024-cü il tarixdə saat təxminən 20 radələrində taksi olaraq idarə etdiyi “Tayota Prius” markalı avtomobillə yaşadığı ünvandan Pirşağı qəsəbəsi istiqamətinə taksi fəaliyyəti ilə məşğul olmaq üçün getmişdir. Yolda Sabunçu rayonu Ləhic bağları massivindən keçərkən yola yaxın daş hasara alınmış qapısı olmayan təmiri tam başa çatmamış evin həyətində yerdə armaturların olmasını görmüşdür. Həyət nəzarətsiz və mühafızəsiz olduğundan həmin həyətdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə idarə etdiyi avtomobili evin yaxınlığında saxlayıb həmin ünvanın həyətinə qapısı olmayan yerdən daxil olub ətrafa nəzər keçirmişdir. Həyətdə olan su nasosunu və müxtəlif ölçüdə armaturları götürüb idarə etdiyi avtomobilin arxa oturacağına qoymuşdur. Bundan sonra yaşayış olmayan təmiri tam başa çatmamış evin birinci mərtəbəsində açıq olan plastik qapısından otağa daxil olub 300 ədəd cilozu, bir ədəd böyük ölçüdə perforatoru, bir ədəd kiçik ölçüdə perforatoru, bir ədəd elektrik mişarını, bir ədəd lazer aparatını, bir ədəd kiçik ölçüdə laqondanı götürərək avtomobilinə yükləmişdir. Oğurladığı əşyaları avtomobilnə yüklədikdən sonra həmin ərazidən uzaqlaşmışdır. Oğurladığı armaturları elə həmin vaxtı metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən metal qəbul məntəqəsinə gətirib özünə məxsus olmağını bildirməklə 45 manata satmışdır. Oğurladığı təmir alətlərinin istifadəsində olan mobil telefonla şəkillərini çəkərək təmir işləri ilə məşğul olan tanış ustaya satmaq üçün göndərmək istəmişdir. Lakin tanışı ondan təmir alətlərini almaq istəmədiyindən oğurladığı həmin təmir alətlərini səhəri günü 26 noyabr 2024-cü il tarixdə saat 08 radələrində Sabunçu qəsəbəsində yerləşən “Rus bazarı”na gətirib bazarda tanımadığı şəxsə hamısını 220 manata satmışdır. Oğurluqdan əldə etdiyi pulu borcuna və avtomobilin icarə pulunu ödəmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək bunun nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, sifariş olduqda müxtəlif ünvanlarda hovuz tikintisi işi ilə məşğul olur. 2024-cü ilin noyabr ayının əvvəllərində Sabunçu rayonu Ləhic bağları massivində 35ci dalanda yerləşən təmiri tam başa çatmamış ünvanın həyətində hovuz tikilməsinə sifariş götürmüş və hovuzun tikilməsi zamanı istifadə olunan təmir alətlərini təmiri tam başa çatmamış evin birinci mərtəbəsində yerləşən plastik qapısı olan otağa yığmışdır. Həmin ünvan daş hasara alınmaqla darvazası olmamışdır, həyətə sərbəst daxil olmaq mümkün olmuşdur. Həmin ünvanda artıq təxminən 12 gün müddətində olardı ki, işləmişdir və hovuz tikintisi zamanı istifadə olunan təmir alətlərini də təmiri tam başa çatmamış evin birinci mərtəbəsində yerləşən plastik qapısı olan otağa yığmışdır. 25 noyabr 2024-cü il tarixdə axşam saat 18 radələrində işini yekunlaşdırıb hovuzun tikilməsi zamanı istifadə olunan təmir alətlərini də təmiri tam başa çatmamış evin birinci mərtəbəsində yerləşən plastik qapısı olan otağa yığıb qapısını da açarla bağlamadan örtmüşdür. 26 noyabr 2024-cü il tarixdə səhər saat 08 radələrində qeyd olunan ünvanın həyətinə gəlib hovuz tikintisi ilə bağlı işini davam etdirmək üçün təmir alətlərini təmiri tam başa çatmamış evin birinci mərtəbəsində yerləşən plastik qapısı olan otaqdan götürmək istəyərkən təmir alətlərinin axşam qoyduğu yerdə olmamasını, oğurlanmasını aşkar etmişdir. Ətarafa baxış keçirdikdə otağa yığdığı bir ədədinin dəyəri 2 manat olan 600 manat dəyərində 300 ədəd cilozun (beton montajnı sıxan), dəyəri 250 manat olan bir ədəd böyük ölçüdə perforatorun, dəyəri 120 manat olan bir ədəd kiçik ölçüdə perforatorun, dəyəri 130 manat olan bir ədəd elektrik mişarının, dəyəri 220 manat olan bir ədəd lazer aparatının, dəyəri 120 manat olan bir ədəd kiçik ölçüdə laqondanın və evin həyətindən isə ümumi dəyəri 150 manat olan müxtəlif ölçülərdə armaturların, dəyəri 80 manat olan bir ədəd su nasosunun oğurlanmasını aşkar etmişdir. O baş vermiş oğurluq hadisəsi barəsində ilkin olaraq DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonradan hadisə yerinə Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları gələrək oğurluğun baş verdiyi ünvana baxış keçirmişlər. Bundan sonra o, Sabunçu RPİ-nin 15-ci PB-nə ərizə ilə müraciət etmiş və baş vermiş oğurluqla bağlı izahat yazmışdır. Həmin ünvandan oğurlanmış əşyaların hamısı onun özünə məxsus olmuşdur. Baş vermiş oğurluq zamanı ona ümumilikdə 1670 manat məbləğində maddi ziyan yetirilmişdir. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Cinayət işinin 9-11-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları, dalan 35-də yerləşən yeni tikilmiş, təmirdə olan yaşayış evidir. Cinayət işinin 28-ci vərəqində olan “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” 27 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 38-ci vərəqində olan “Baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X4, Azərbaycan Respublikası CPM-nin 51, 85, 87, 134 və 236-cı maddələrinin tələblərini rəhbər tutaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 01 ədəd CD diskə köçürülmüş görüntüyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun yaddaşında saxladığı 25 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağları 35-ci dalanda yerləşən yaşayış olmayan, təmiri tam başa çatmamış evin birinci mərtəbəsində yerləşən qapısı açıq olan otaqdan və evin həyətindən oğurladığı təmir alətlərinin şəkillərini təqdim etməsi müəyyən edilmişdir. Çəkiliş 01 dəqiqə 08 saniyə davam edir. Baxış keçirilmiş disk zərfə qoyulmaqla qablaşdırıldı və möhürləndi. Cinayət işinin 61-ci vərəqində olan “Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” xx.xx.2024-cü il tarixli Etibarnamədən görünür ki, X1 Vilayət Əhməd oğluna “Toyota Prius” minik markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyə dair səlahiyyəti etibar etmişdir. Cinayət işinin 64-66-cı vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə İŞ-nin müstəntiqi Ramil Əliyevin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal saxlandığı yerdən azadlığa buraxılması qərara alınmışdır. Cinayət işinin 67-ci vərəqində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 71-72-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cəzası 6 (altı) ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 74-82-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-170/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcının 29 noyabr 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Cinayət işinin 88-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulmasına dair” 10 may 2025-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 10 may 2025ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmişdir. Cinayət işinin 94-97-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi” markalı mobil telefonun yaddaşında saxladığı 25 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Ləhic bağları 35-ci dalanda yerləşən yaşayış olmayan təmiri tam başa çatmamış evin birinci mərtəbəsində yerləşən qapısı açıq olan otaqdan və evin həyətindən oğurladığı təmir alətlərinin şəkillərinin təqdim edilməsi görüntülərini əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun cəzadan azad edildiyi gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 25 noyabr 2024-cü il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, “Axtarışda olan şəxsin tutulmasına dair” 10 may 2025-ci il tarixli protokolda göstərilmişdir ki, axtarışda olan Təqsirləndirilən şəxs 10 may 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin gün, yəni 10 may 2025-ci il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır və Təqsirləndirilən şəxs cəza təyin edilərkən, yuxarıda qeyd olunan hallar mütləq nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 3 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi” markalı mobil telefonun yaddaşında saxladığı 25 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Ləhic bağları 35-ci dalanda yerləşən yaşayış olmayan təmiri tam başa çatmamış evin birinci mərtəbəsində yerləşən qapısı açıq olan otaqdan və evin həyətindən oğurladığı təmir alətlərinin şəkillərinin təqdim edilməsi görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 3 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 02 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi” markalı mobil telefonun yaddaşında saxladığı 25 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Ləhic bağları 35-ci dalanda yerləşən yaşayış olmayan təmiri tam başa çatmamış evin birinci mərtəbəsində yerləşən qapısı açıq olan otaqdan və evin həyətindən oğurladığı təmir alətlərinin şəkillərinin təqdim edilməsi görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(008)-424/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-424/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver