Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-426/2023 02.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, neft kəmərlərinə, dövlət əhəmiyyətli elektrik xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 yanvar 2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs19 MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahədə yerləşən PQ (Paylayıcı qurğu) 244-dən 1478, 2600 və 875 saylı quyuları qidalandıran 1 metri 4,39 manat təşkil edən 100 metr 35x4 mm SİP kabelini kəsib gizli talayaraq zərərçəkmiş hüquqi şəxs “Azgerneft MMC”yə ümumilikdə 439 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 yanvar 2022-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs19 MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahədə yerləşən PQ (Paylayıcı qurğu) 244-dən 1478, 2600 və 875 saylı quyuları qidalandıran 1 metri 4,39 manat təşkil edən 100 metr 35x4 mm SİP kabelini kəsib gizli talayaraq zərərçəkmiş hüquqi şəxs “Azgerneft MMC”yə ümumilikdə 439 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 26 fevral 2022-ci il tarixdə, saat 03 radələrində vət. Zərərçəkmiş şəxs13 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozunda yerləşən fərdi tikilmiş evinə plastik pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə qanunsuz daxil olaraq 01 ədəd 200 manat dəyərində “Bosch” markalı pereporatoru, 01 ədəd 100 manat dəyərində “Bosch” markalı dreli, 01 ədəd 70 manat dəyərində “Viktoriya” maraklı laqondanı, 01 ədəd 150 manat dəyərində lazer aparatını, 24 ədəd 108 manat dəyərində elektrik yuvacığını və 100 manat dəyərində təmir materiallarını gizli talayarq Zərərçəkmiş şəxs13 728 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 mart 2022-ci il tarixdə, saat 05 radələrində vət. Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu yeni yaşayış massivində yerləşən fərdi tikilmiş evin həyətinə hasardan aşaraq qanunsuz daxil olaraq həyətdə tikilmiş qapısı olmayan qarajdan 160 manat dəyərində “Hofman” markalı lazer aparatını, 01 ədəd 85 manat dəyərində pertporatoru, 01 ədəd 250 manat dəyərində qədimi samovarını, 01 ədəd 60 manat dəyərində lobziki və 01 ədəd 350 manat dəyərində velosipedi gizli talayaraq Zərərçəkmiş şəxs8 905 manat dəyərində maddi zyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 mart 2022-ci il tarixdə, saat 04 radələrində vət. Zərərçəkmiş şəxs11 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 11-ci dalan ev 12-də yerləşən fərid tikilmiş evin həyətində tikilmiş quş hininə pəncərədən qanunsuz dail olaraq 1200 manat dəyərində qırqovul quşlarını, 3000 manat dəyərində 500 metr uzunluğunda mis təkibli elektrik naqillərini, 1750 manat dəyərində 25 metr mis boruları gizli talayarq Zərərçəkmiş şəxs11 ümumilikdə 5950 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundanbaşqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 mart 2022-ci il tarixdə, saat 04 radələrində vət. Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, M.Qafarov küçəsi ev 19A envanında yerləşən fərdi tikilmiş evin həyətinə açıq giriş qapısından qanunsuz daxil olaraq 500 manat dəyərind 02 ədəd elektrik mühərrikini və 2000 manat dəyərində aliminium-mis tullantılarını gizli talayaraq Zərərçəkmiş şəxs14 2500 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundanbaşqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 aprel 2022-ci il tarixdə saat 03 radələrində vət. Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən fərdi tikilmiş evin plastik pəncərəsini istintaqa məlum olmayan əşya ilə açıb qanunsuz daxil olaraq qonaq otağında olan ümumi dəyəri 300 manat olan “Gewiss” markalı elektrik yuvalarını, hər biri 10 manat ümumi 120 manat dəyərində 12 ədəd led spot işıqlarını, bir metri 5 manat olan ümumilikdə 250 manat dəyərində 50 metr gizli işıqları, ümumi dəyəri 500 manat olan 20 rulon oboyu, 3 ədəd ümumi dəyəri 150 manat olan hamam krantlarını, ümumi dəyəri 700 manat olan “Bosch” markalı 1 ədəd laqonda və 2 ədəd dreli, 1 ədəd 150 manat dəyərində olan perefaratoru, 1 ədəd 150 manat dəyərində olan samovarı, həyətdən isə 50 manat dəyərində olan araba və armaturu gizli talayıb Zərərçəkmiş şəxs9 2370 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 aprel 2022-ci il tarixdə, saat 04 radələrində vət. X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozunda yerləşən fərdi tikilmiş evinə plastik pəncərəsini istintaqa məlum olmayan əşya ilə açıb qanunsuz daxil olaraq 240 manat dəyərində təmir alətlərinin, iki top hər birinin uzunluğu 100 metr olmaqla 160 manat dəyərində ki, elektrik naqillərini və uzunluğu 200 metr olmaqla 145 manat dəyərində divarda quraşdırılmış elektrik naqillərini gizli talayıb zərərçəkmiş şəxs X1 ümumilikdə 545 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 aprel 2022-ci il tarixdə, saat 20 radələrində vət. Zərərçəkmiş şəxs12 məxsus ünvan 1 ünvanında yerləşən fərdi tikilmiş evinə qanunsuz daxil olaraq evin həyətində qoyulmuş 800 manat dəyərində surətlər qutusunu gizli talayaraq Zərərçəkmiş şəxs12 ümumilikdə 800 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundanbaşqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 aprel 2022-ci il tarixdə, saat 04 radələrində vət Zərərçəkmiş şəxs10 icarəyə götürüb işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Sovxozunda yerləşən metal qəbulu məntəqəsinə taxta pəncərəinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə qanunsuz daxil olaraq 2000 manat olan 3 ədəd kisənin içəsinidəki 150 kq mis borularını gizli talayarq Zərərçəkmiş şəxs10 2000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundanbaşqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 24 may 2022-ci il tarixdə, saat 03 radələrində vət. X3 məxsus ünvan 2 ünvanında yerləşən həyətyanı sahəsinə qanunsuz daxil olaraq vət. Zərərçəkmiş şəxs2 Ağ əli oğluna məxsus 350 manat dəyərində 01 ədəd qaynaq aparatı, 150 manat dəyərində 01 ədəd böyük laqonda, 150 manat dəyərində 01 ədəd pereparator və 70 manat dəyərində kiçik laqonda aparatını gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 Ağəli oğluan 720 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində vət. Zərərçəkmiş şəxs16 ünvan 3 ünvanında yerləşən icarəyə götürüb işlətdiyi avtomobil ehtiyyat hissələrinin satışını həyata keçirən mağazanın plastik pəncərəsinin sındırılması yolu ilə qanunsuz daxil olaraq 1 ədəd 150 manat dəyərində “Etro” markalı akkumlyatorun, 400 manat dəyərində 2 ədəd “Sznajder" markalı akkumlyatorun, 100 manat dəyərində manat dəyərində 5 ədəd ayaqaltı dəstinin, 240 manat dəyərində “Maxima” markalı 6 ədəd 1 (bir) lirtlik mühərrik yağının, 450 manat dəyərində “Maxima" markalı 5 ədəd 5(beş) lirtlik mühərrik yağınının, 100 manat dəyərində 2 ədəd avtomobil siqnalının, 100 manat dəyərində 40 ədəd dəsmal dəstinin, hər biri 1 manat olan 200 manat dəyərində 200 ədəd avtomobil lampalarının gizli talayaraq Zərərçəkmiş şəxs16 ümumilikdə 1740 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə gecə saatlarında vət. Zərərçəkmiş şəxs7 məxsus ünvan 4 ünvanın zirzəmisində saxlanc yeri hesab olunan anbara qapıdan qanunsuz daxil olaraq 2 ədəd 250 manat və 150 manat dəyərində velosipedləri, 02 ədəd ümumi dəyəri 50 manat olan skuterləri, 40 manat dəyərində qış ayaqqabılarını, 50 manat dəyərində qazanları gizli talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 540 manat maddi ziyan vurmaqla oğurlqu etmişdir. Bundan başqa o, təkrarən əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində vət. Zərərçəkmiş şəxs3 məxsus ünvan 5 ünvanın binanın birinci mərtəbəsinin arxa tərəfində yerləşən saxlanc yeri hesab edilən anbarın qapısını sındrımaq yolu ilə qanunsuz daxil olaraq 1 ədəd 50 manat dəyərində direlin, 1 ədəd 100 manat dəyərində preparatorun,1 ədəd 90 manat dəyərində laqondanın və bir ədəd 26-lıq 210 manat dəyərində velosipedin gizli talayarq Zərərçəkmiş şəxs3 450 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 04 radələrində vət. Zərərçəkmiş şəxs4 məxsus ünvan 6 ünvanında yerləşən köşkə arxa tərəfində yerləşən plastik girişin sındırılması yolu ilə qanunsuz daxil olaraq 23 manat dəyərində bir blok “Keno” markalı, 40 manat dəyərində bir blok “Davidoff” markalı, 31,20 manat dəyərində 08 ədəd “Kent Mentol” markalı, 23,40 manat dəyərində 06 ədəd “Kent qara” markalı, 39 manat dəyərində bir blok “Kent 8” markalı, 27,3 manat dəyərində 07 ədəd “Kent 4 “ markalı, 39 manat dəyərində bir blok “Kent 1” markalı, 11,20 manat dəyərində 04 ədəd “Rothmans” markalı, 28 manat dəyərində bir blok “Rothmasn boz” markalı, 28 manat dəyərində bir blok “Rothmans göy” markalı, 28 manat dəyərində bir blok “Palmal” markalı, 14 manat dəyərində 05 ədəd “Palmal boz” markalı, 16,20 manat dəyərində 06 ədəd “Vest” markalı, 6,90 manat dəyəmdə 03 ədəd “Veceroy” markalı, 23 manat dəyərində bir blok “Viceroy” markalı, 21 manat dəyərində bir blok “Agro” markalı, 34,50 manat dəyərində 15 ədəd “Maqna” markalı, 18,40 manat dəyərində 08 ədəd “Vant” markalı, 25.20 manat dəyərində 05 ədəd “Vinston” markalı siqaretləri, 1,60 manat dəyərində 02 ədəd “Bizon" markalı enerji içkisi, 31 manat dəyərində 08 ədəd “Redd Bull” markalı enerji içkisi, 10,20 manat dəyərində böyük ölçüdə “Snikers” markalı, 3 manat dəyərində 03 ədəd kiçik ölçüdə “Snikers” markalı şokoladlar və 60 manat pulu gizli talayarq Zərərçəkmiş şəxs4 ümumilikdə 583,10 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundna başqa o, təkrarən əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində vət. Zərərçəkmiş şəxs1 məxsus ünvan 7 ünvanında yerləşən “Məktəb” adlı marketə jalyüzü açmaq yolu ilə qanunsuz daxil olaraq 69 manat nağd pullar, 200 manat dəyərində 20 ədəd 10 manatlıq ödəmə kartları, bir ədədi 3 manat 90 qəpik olan 156 manat dəyərində 40 qutu “Sobranie Blue”, 117 manat dəyərində 30 qutu “Sobranie White", 117 manat dəyərində 30 qutu “Sobranie Black”, 156 manat dəyərində 40 qutu “Sobranie Caster”, 117 manat dəyərində 30 qutu “X7”, 78 manat dəyərində 20 qutu “X6”, bir ədədi 3 manat 50 qəpik olan 35 manat dəyərində “Kent 1”, 70 manat dəyərində 20 qutu “Kent 4”, 70 manat dəyərində 20 qutu “Kent 8”, 70 manat dəyərində 20 qutu “Kent Mentol”, hər biri 3 manat 40 qəpik olan 34 manat dəyərində 10 qutu “Winston Blue”, 68 manat dəyərində 20 qutu “Winston Mentol", 68 manat dəyərində 20 qutu “ Winston Caster”, 102 manat dəyərində 30 qutu “Winston XS”, hər biri 2 manat 20 qəpik olan 44 manat dəyərində 20 manat dəyərində “X13”, hər biri 2 manat 20 qəpik olan 88 manat dəyərində 40 qutu “Want” markalı siqaret, hər biri 2 manat 80 qəpik olan 84 manat dəyərində 30 qutu “Rotmans” markalı, hər biri 2 manat 20 qəpik olan 88 manat dəyərində “Clasik” markalı ümumilikdə 1831 manatlıq siqaret, 300 manat dəyərində energetik içkilər, 100 manat dəyərində spirtli içkilər, 400 manat dəyərində ərzaq məhsulları gizli talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2631 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində vət. Zərərçəkmiş şəxs5 məxsus ünvan 8 ünvanında yerləşən avtotəmir sexinə açıq qapıdan qanunsuz daxil olaraq 01 ədəd 330 manat dəyərində palirofka aparatını, 01 ədəd 90 manat dəyərində direli, 01 ədəd 170 manat dəyərində preforatoru, 01 ədəd 50 manat dəyərində laqondanı və 01 ədəd 90 manat dəyərində avtomobil təmir açar dəstini gizli talayarq Zərərçəkmiş şəxs5 730 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkarən əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 04 radələrində vət. Zərərçəkmiş şəxs17 məxsus ünvan 9 ünvanında yerləşən fərdi tikilmiş evinə qanunsuz daxil olaraq 01 ədəd 250 manat dəyərində 29 markalı, sarı və qara rəngli üzərində "Ural Sport” yazılmış velosipedi gizli talayaraq Zərərçəkmiş şəxs17 250 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində vət. Zərərçəkmiş şəxs18 məxsus Sabunçu rayonu, Sabunçu rayonu. Ramana qəsəbəsi, Haqverdiyev küçəsində yerləşən fərdi tikilmiş evinə hasardan aşaraq qanunsuz daxil olaraq 1 ədəd “Samsung” markalı 800 manat dəyərində paltaryuyan maşınının, 200 manat dəyərində 1 dəst qab dəstinin, ümumi dəyəri 400 manat olan 2 ədəd böyük həcmli və ümumi dəyəri 450 manat olan 3 ədəd aliminium qazanların və 1 ədəd 100 manat dəyərində olan BK markalı kondinsionerin 30 manat dəyərində olan mis borularını gizli talayaraq Zərərçəkmiş şəxs18 1980 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 04 radələrində vət. Zərərçəkmiş şəxs6 məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində yerləşən yarımtikiliyə qanunsuz daxil olaraq 200 manat dəyərində 150 metr elektrik naqilinin və 100 manat dəyərində bir ədəd divar deşən preparatorun gizli talayıb Zərərçəkmiş şəxs6 300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən cinayətin işinin istintaqı zamanı kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, 31 mart 2023-cü il tarixli məhkəmənin hazırlıq iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs17 Həmdulla oğlu cinayət işinin materialları ilə tanış olmadıqlarını, cəmi bir dəfə oğurluq hadisəsi barədə ərizə yazarkən 2022-ci il tarixdə polis bölməsində olduqlarını, 2023-cü ildə ümumiyyətlə polis bölməsində olmadıqlarını və müstəntiqi heç zaman görmədiklərini, iş materiallarında olan sənədlərdə-zərərçəkmiş şəxs qismində tanınma, zərərçəkmiş şəxsin ifadələri, zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında sənədlərdə olan imzaların onlara məxsus olmadığını bildirmişlər. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 1(008)-426/2023 saylı qərarı ilə zərərçəkmiş şəxslər tərəfindən qeyd olunan xüsusatların dəqiqləşdirilməsi məqsədi ilə cinayət işi üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş 11 may 2023-cü il tarixli, 4/596 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş cinayət işinin 4-cü cildinin 89-cu vərəqində olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarda, 90-92-ci vərəqlərdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin izah etmək haqqında protokolda, 93-cü vərəqdə zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin izah etmək haqqında bildirişdə, 94-cü vərəqdə xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarın surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında protokolda, 95-ci vərəqdə olan xx.xx.2022-ci il tarixli etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların zərərçəkmiş şəxsə bildirilməsinə dair protokolda, 96-98-ci vərəqlərdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin dindidilməsi protokolunda, 174-cü vərəqdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsə ibtidai istintaqın qurtarmasını elan etmək haqqında protokolda 207-ci vərəqdə olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında protokolda X2 adından olan imzalar onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuş, ekspertizaya təqdim olunmuş cinayət işinin 4-cü cildinin 50-ci vərəqində olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarda, 51-53-cü vərəqlərdə olan zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin izah etmək haqqında protokolda, 54-cü vərəqdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin izah etmək haqqında bildirişdə, 55-ci vərəqdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarın surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında protokolda, 56-cı vərəqdə olan xx.xx.2022-ci il tarixli etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların zərərçəkmiş şəxsə bildirilməsinə dair protokolda, 57-59-cu vərəqlərdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin dindidilməsi protokolunda, 185-ci vərəqdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsə ibtidai istintaqın qurtarmasını elan etmək haqqında protokolda 212-ci vərəqdə olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında protokolda Zərərçəkmiş şəxs6 adından olan imzalar onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuş, 2-ci cildin 31-ci vərəqində olan 07 may 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarda, 32-34-cü vərəqlərdə olan zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin izah etmək haqqında protokolda, 35-ci vərəqdə olan zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin izah etmək haqqında bildirişdə, 36-cı vərəqdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarın surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında protokolda, 37-ci vərəqdə olan xx.xx.2022-ci il tarixli etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların zərərçəkmiş şəxsə bildirilməsinə dair protokolda, 38-40-cı vərəqlərdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin dindidilməsi protokolunda, cinayət işinin 4-cü cildinin 109-cu vərəqəsində olan xx.xx.2022-ci il tarixli etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların zərərçəkmiş şəxsə bildirilməsinə dair protokolda, 173-cü vərəqdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsə ibtidai istintaqın qurtarmasını elan etmək haqqında protokolda 201-ci vərəqdə olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında protokolda Zərərçəkmiş şəxs9 adından olan imzalar onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuş, ekspertizaya təqdim edilmiş cinayət işinin 3-cü cildinin 48-ci vərəqində olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarda, 49-51-ci vərəqlərdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin izah etmək haqqında protokolda, 52-ci vərəqdə olan zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin izah etmək haqqında bildirişdə, 53-cü vərəqdə olan zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarın surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında protokolda, 54-cü vərəqdə olan xx.xx.2022-ci il tarixli etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların zərərçəkmiş şəxsə bildirilməsinə dair protokolda, 55-57-ci vərəqlərdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin dindidilməsi protokolunda, cinayət işinin 4-cü cildinin 108-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların zərərçəkmiş şəxsə bildirilməsinə dair protokolda, 172-ci vərəqdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsə ibtidai istintaqın qurtarmasını elan etmək haqqında protokolda 200-cü vərəqdə olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında protokolda Zərərçəkmiş şəxs14 adından olan imzalar onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuş, cinayət işinin 4-cü cildinin 88-89-cu vərəqində olan xx.xx.2022-ci il tarixli izahatda Zərərçəkmiş şəxs3 adından olan imzalar, 80-cı vərəqdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarda, 81-83-cü vərəqlərdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin izah etmək haqqında protokolda, 84-cü vərəqdə zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin izah etmək haqqında bildirişdə, 85-ci vərəqdə xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarın surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında protokolda, 86-cı vərəqdə olan xx.xx.2022-ci il tarixli etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların zərərçəkmiş şəxsə bildirilməsinə dair protokolda, 87-89-cu vərəqlərdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin dindidilməsi protokolunda, 180-ci vərəqdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsə ibtidai istintaqın qurtarmasını elan etmək haqqında protokolda 208-ci vərəqdə olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında protokolda Zərərçəkmiş şəxs3 adından olan imzalar onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuş, cinayət işinin 3-cü cildinin 95-ci vərəqində olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarda, 96-98-ci vərəqlərdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin izah etmək haqqında protokolda, 99-cu vərəqdə zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin izah etmək haqqında bildirişdə, 100-cü vərəqdə xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarın surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında protokolda, 101-ci vərəqdə olan xx.xx.2022-ci il tarixli etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların zərərçəkmiş şəxsə bildirilməsinə dair protokolda, 102-104-cü vərəqlərdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin dindidilməsi protokolunda, cinayət işinin 4-cü cildində 174-cü vərəqdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsə ibtidai istintaqın qurtarmasını elan etmək haqqında protokolda, 202-ci vərəqdə olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında protokolda Zərərçəkmiş şəxs15 adından olan imzalar onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuş, cinayət işinin 1-ci cildində 246- 247-ci vərəqdə olan izahatdakı, 262-ci vərəqdə olan zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarda, 263-264-cü vərəqlərdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin izah etmək haqqında protokolda, 265-ci-cı vərəqdə xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarın surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında protokolda, 266-cı vərəqdə olan xx.xx.2022-ci il tarixli etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların zərərçəkmiş şəxsə bildirilməsinə dair protokolda, 267-269-cu vərəqlərdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin dindidilməsi protokolunda, cinayət işinin 4-cü cildində 106-cı vərəqdə olan 24.11..2022-ci il tarixli etiraz edilə bilən şəxslər barəsində məlumatların cinayət prosesinin iştirakçısına bildirilməsi haqqında protokolda, 170-ci vərəqdə xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsə ibtidai istintaqın qurtarmasını elan etmək haqqında protokolda, 198-ci vərəqdə olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında protokolda Zərərçəkmiş şəxs8 adından olan imzalar onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuş, cinayət işinin 4-cü cildində 30-cu vərəqdə olan xx.xx.2022-ci il zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarda, 31-33-cü vərəqlərdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin izah etmək haqqında protokolda, 34-cü vərəqdə zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin izah etmək haqqında bildirişdə, 35-ci vərəqdə zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarın surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında protokolda, 36-cı vərəqdə olan xx.xx.2022-ci il tarixli etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların zərərçəkmiş şəxsə bildirilməsinə dair protokolda, 37-39-cu vərəqlərdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin dindidilməsi protokolunda, 183-cü vərəqdə olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsə ibtidai istintaqın qurtarmasını elan etmək haqqında protokolda 211ci vərəqdə olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında protokolda Zərərçəkmiş şəxs17 adından olan imzalar onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Müvafiq ekspert rəyindən göründüyü kimi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs17 zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarlarda, zərərçəkmiş şəxsin hüquq və vəzifələrinin izah edilməsi haqqında protokollarda, etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların zərərçəkmiş şəxsə bildirilməsinə dair protokollarda, müvafiq olaraq zərərçəkmiş şəxslərin dindirilməsi protokollarında, zərərçəkmiş şəxsə ibtidai istintaqın qurtarmasını elan etmək haqqında protokollarda, zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmə haqqında protokollarda olan imzalar həmin zərərçəkmiş şəxslər, “Etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların zərərçəkmiş şəxsə bildirilməsinə dair protokolda olan imza isə Zərərçəkmiş şəxs1 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur ki, bu da zərərçəkmiş şəxslərin AR CPM-də nəzərdə tutulmuş hüquqlarının əhəmiyyətli pozulmasının və iş materiallarının saxtalaşdırılmasının göstəricisidir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı yazılı vəsatət təqdim edərək cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, Bakı şəhəri Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırlıq iclasında zərərçəkmiş şəxslər məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı cinayət işinin materialları ilə tanış olmadıqlarını və iş materialları ilə tanış etmə protokollarında olan imzaların onlara məxsus olmadıqlarını bildirmişlər. Mövcud zərurətlə əlaqədar iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş 11 may 2023-cü il tarixli 4/596 nömrəli rəyinə əsasən, bəzi prosessual sənədlərdə, zərərçəkmiş şəxs qismində tanıma haqqında qərar, zərərçəkmiş şəxslərə hüquq və vəzifələrin izah edilməsi, etiraz edilə bilən şəxslərin barədə məlumatların bildirilməsi, zərərçəkmiş şəxsin dindirilməsi, ibtidai istintaqın qurtarmasını elan etmək haqqında protokollarda, xüsusən də cinayət işinin materialları ilə tanış etmə protokollarında olan imzaların iş üzrə olan 18 zərərçəkmiş şəxsdən 9-na məxsus olmamışdır. Qeyd olunan zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs17 Hambulla oğlu olmuşdur. Göründüyü kimi, müstəntiq tərəfindən zərərçəkmiş şəxslərin qanunla nəzərdə tutulmuş iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq və protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək, ibtidai istintaq başa çatdığı, o cümlədən cinayət işinin icraatına xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq kimi hüquqları təmin edilməyərək qanunun tələbləri pozulmaqla kobud prosessual pozuntuya yol vermişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü təqsirləndirilməsinə dair cinayət işi üzrə mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular olduğundan aradan qaldırılması mümkün deyildir. Yuxarıda qeyd olunanlara əsasən, hazırkı iş üzrə CPM-in 303.3.8-ci maddəsinə əsasən, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntusudur və bu qanun pozuntularına yol verildikdə, cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Eləcə də, CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 87.6.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin ifadə vermək; 87.6.5-ci maddəsinə əsasən etirazlar etmək; 87.6.6-cı maddəsinə əsasən vəsatətlər vermək; 87.6.8-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı öz etirazını bildirmək və həmin etirazın istintaq və ya digər prosessual hərəkət protokollarında qeyd olunmasını tələb etmək; 87.6.9-cu maddəsinə əsasən iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq və protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən, habelə məhkəmə iclasında qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını tələb etmək; 87.6.10-cu maddəsinə əsasən ibtidai istintaq başa çatdığı, o cümlədən cinayət işinin icraatına xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq hüquqları var. 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. 285.2-ci maddəsinə əsasən cinayət prosesinin iştirakçılarını cinayət işinin materialları ilə tanış edərkən müstəntiq onların xahişi ilə müvafiq texniki vasitələrdən istifadə etməklə protokollara əlavə edilən yazılar, fotoşəkillər, çəkiliş lentləri və başqa məlumat daşıyıcılarını nümayiş etdirir. 285.3-cü maddəsinə əsasən zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. 285.5-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış olan şəxslər ona aid zəruri sənədlərdən çıxarışlar etmək, surət çıxarmaq, maddi sübutların fotoşəklini çəkmək hüququna malikdirlər. 287.1-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olubolmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları və dövlət ittihamçısının vəsatətində göstərdiyi dəlilləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı AR CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bununla yanaşı CPM-nin 306.1-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Təqsirləndirilən şəxs cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, məhkəmə baxışının normal gedişinə mane olmaq, istintaq orqanının və məhkəmənin çağırışlarına üzrlü səbəb olmadan gəlməmək və cəmiyyət üçün təhlükə yaratmaq ehtimalları müəyyən olunmadığından, habelə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasına dair hallar mövcud olmadığından məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-426/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-426/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver