Məhkəmə qərarları › İş №1(008)-427/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-427/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-427/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri N7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2N25-ci il tarixdə saat 19:3N radələrində yaşadığı ünvan 1 ünvanda yerləşən evin yataq otağındakı dolabın altından nənəsi Zərərçəkmiş şəxs məxsus 5 NNN manat dəyərində 1 ədəd qızıl qolbağı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 5 NNN manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi ev 72 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda nənəsi Zərərçəkmiş şəxs ilə birgə yaşayır. Onu nənəsi Zərərçəkmiş şəxs böyütmüş, əziyyətini çəkmiş, bu gün də nənəsinin çörəyini yeyir, pensiyası ilə dolanır. Nənəsi ilə mehriban münasibətləri var, ədavətləri və ya düşmənçilikləri yoxdur. Nənəsi ilə həyət evində yaşayırlar ev 6 sot torpaq sahəsində tikilmiş, ev kürsülüdür, 1 qonaq və 2 yataq otağından, həmçinin mətbəxdən ibarətdir, evə giriş mətbəxdəndir, həyətə giriş isə dəmir darvazadandır. Həyətin darvazasının və evə olan giriş qapısının açarları onda və nənəsində olur, digər otaqları isə açarla bağlamırlar. Nənəsi Zərərçəkmiş şəxs qızılının, həmçinin özünün deməsinə görə “kəfən pulu” kimi yığdığı 2 NNN manat pulunun olduğunu özündən eşitmiş, lakin harada gizlətməsini bilməmişdir. “Novruz Bayramı”ndan əvvəl, yəni 2N25-cı ilin mart ayının ortalarında nənəsi qızılını və pulunu yatdıqları yataq otağındakı paltar dolabının altında düyü torbasında gizlədərkən görmüş, lakin konkret olaraq düyü torbasında nə qədər pulunun və ya nə kimi qızılının olmasına əhəmiyyət verməmişdir. xx.xx.2N25-ci il tarixdə saat 18 radələrində yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsindəki tanışları ilə “Novruz Bayram”ı qeyd edərkən razılaşmışlar ki, növbəti gün hansısa restoranda bayramı daha dəbdəbəli keçirsinlər. Lakin onun pulu olmadığından və heç kimin ona 15N-2NN manat pul verməyəcəyindən yadına düşmüşdür ki, nənəsi Zərərçəkmiş şəxs qızıllarından birini götürərək satıb qonaqlığı yola versin. xx.xx.2N25-ci il tarixdə saat 19:3N radələrində evə gələrkən görmüşdür ki, həyətin darvazası bağlıdır. Başa düşmüşdür ki, nənəsi Zərərçəkmiş şəxs evdə yoxdur, yaxınlıqdakı qohum-qonşuların evindədir. Küçə darvazasını özündə olan açarla açaraq həyətə girmiş, nənəsi adəti üzrə evin qapısını açıq qoymuşdur O, evə daxil olaraq tam əmin olmuşdur ki, nənəsi Zərərçəkmiş şəxs evdə yoxdur. Həmin vaxt nənəsinin qızıllarından oğurlaması üçün əlverişli şərait yarandığından yataq otağındakı paltar dolabının altından düyü torbasını götürmüşdür. Daha sonra torbanın içindəki bankanı çıxartmış, bankanın içini açarkən görmüşdür ki, bankada burun dəsmalına bükülmüş mirvari sep, qolbaq və 2 NNN manat nağd pul var. Nənəsinin 2 NNN manatı uzun illərdir halal pul kimi, yəni pensiyasından özünün dediyi kimi “kəfən pulu” olaraq topladığından həmin pula və sata bilməyəcəyi mirvari sepə toxunmamışdır. O, bankadan 1 ədəd qolbaq götürmüş, pulu və mirvari sepi səliqə ilə bankaya qoyub yenidən məhəlləyə qayıtmışdır. Evdən çıxarkən evin qapısını bağlamamış, lakin həyətin dəmir darvazasını yenidən açarla bağlamışdır. O, nənəsinin evindən çıxdıqdan sonra bir başa atası və anasının yaşadıqları Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağlarında nömrəsiz ünvanda yerləşən həyət evlərinə getmiş, anası və geri qayıdarkən nənəsi həmin qolbağı görməsinlər deyə qolbağı burun dəsmalına büküb 75N qramlıq bankaya qoymuş, qapaqla bankanın ağzını bağlamış, ata və anasının yaşadıqları evin həyətində, şam ağacının dibində basdırmışdır. Həmin tarixdə eşitmişdir ki, nənəsi qolbağının oğurlanmasını bilib DİN-in "1N2” Xidməti zəng mərkəzinə şikayət etmiş, nənəsinin evinə qayıdarkən küçədə polis əməkdaşlarını görüb həmin gecəni evə gəlməmişdir. Lakin növbəti gün eşitmişdir ki, 14-cü Polis şöbəsinin əməkdaşları onu axtarırlar. Başa düşmüşdür ki, oğurluğun onun tərəfindən törədilməsini polis əməkdaşları bilirlər, odur ki, oğurluq etdiyi gündən evə getməmişdir. xx.xx.2N25-ci il tarixdə gecə saatlarında polis əməkdaşları onu kənddə saxlayaraq İstintaq şöbəsinə təhvil vermişlər. O polis əməkdaşlarına oğurladığı qolbağı atasının həyətində basdırdığı yeri göstərmiş və qolbağı torpağın altından çıxarıb könüllü olaraq istintaqa təqdim etmişdir. Nənəsi ilə barışmışdır. Nənəsinin ona qarşı tələb və şikayəti yoxdur. Əməlindən peşmandır. Bir daha bu cür hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda nəvəsi Təqsirləndirilən şəxs ilə birgə yaşayır. Nəvəsi Murad işləmir, heç vaxt da işləməmiş, Muradı aldığı pensiya ilə dolandırır. Onun evi həyət evidir, 6 sot torpaq sahəsində tikilmiş, evi kürsülüdür, 1 qonaq və 2 yataq otağından, həmçinin mətbəxdən ibarətdir, evinə giriş mətbəxdəndir. Ona ərindən yadigar qalan mirvari sepdən və qolbaqdan ibarət qızıl-zinət əşyalarını və “kəfən pulu” adı ilə topladığı 2 NNN manat nağd pulunu əl dəsmalına bükərək bankanın içərisinə, bankanı isə düyü torbasına yerləşdirib evində, Muradla birgə yatdığı yataq otağında, 4 ədəd ayağı olan paltar dolabının içində deyil altında, döşəmənin üzərində, yəni dolabla döşəmənin arasında saxlayır. Murada dolabı açıb içindən və ya evinin istənilən yerindən hər bir əşyanı götürməyə razılıq vermiş, lakin qızıl qolbağı şəxsi əşyası olduğundan Muradın götürməsinə icazə verməmişdir. Mirvari sepini və qızıldan olan qolbağını təxminən 2NNNci ildə mərhum əri ona hədiyyə etmiş, 2 NNN manat pulu isə pensiyasının bir qismini toplamaqla yığmışdır. Bu barədə Murad bilsə də, pulunu və qızıl-zinət əşyalarını harada saxlamasından məlumatı olmamışdır. xx.xx.2N25-ci il tarixdə evdə tək olmuş, nəvəsi Murad kənddəki cavanlarla bayram keçirirmiş. O, da bayramlaşması və söhbət etməsi üçün evinin yaxınlığında yaşayan qohum-qonşuların evinə getmək qərarına gəlmişdir. Uzağa getmədiyindən və tez qayıdacağından saat 18 radələrində evdən çıxarkən evin yəni mətbəxin taxta qapısını bağlamamış, lakin həyətdən çıxarkən həyətə olan giriş qapısının dəmir darvazasını bağlamışdır. Həyətə olan darvazanın və evə giriş qapısının açarları yalnız Muratda olmuş, yataq və qonaq otağını isə heç vaxt açarla bağlamamışlar. xx.xx.2N25-ci il tarixdə saat 2N radələrində evinə qayıdarkən arvazanı açarla açaraq həyətə daxil olmuşdur. Evinə girərkən evin qapısını açıq qoyub getdiyindən qapı açıq olmuşdur O, evə daxil olarkən görmüşdür ki, evin səliqəsi pozulmamış, dağıntı, qoparma və ya sındırılma yoxdur. O, yataq otağına keçərkən görmüşdür ki, qızıl-zinət əşyalarını yığdığı düyü torbasının bir hissəsi paltar dolabının altından görünür. Dərhal başa düşmüşdür ki, qızıl-zinət əşyaları və pulları olan düyü torbasına müdaxilə edilmişdir. O, paltar dolabının altından düyü torbasını götürərək torbanın içindəki bankanı çıxartmış, bankanın içini açarkən görmüşdür ki bankada saxladığı mirvari sepi və 2 NNN manat pulu yerindədir, lakin bankada saxladığı 25 qram 583/585 əyarlı qızıldan olan, üzərində 2 ədəd sintetik, yəni adi qaşları olan 5 NNN manat dəyərində qolbağı oğurlanmışdır. Qolbağının qaşları dəyərsiz olsa da, qolbağının özü qızıldan olduğundan qiyməti 5 NNN manatdır. O, bu barədə telefonda gəlini Şahid demiş, qərara gəlmişlər ki, oğurluq barəsində polisə məlumat versinlər. Gəlini Şahid DİN-in "1N2” Xidməti zəng mərkəzinə məlumat verdikdən sonra saat 23:3N radələrində evinə polis əməkdaşları gəlmişlər. O, hadisə barəsində polis əməkdaşlarına məlumat verib şikayət ərizəsi yazmışdır. Həmin tarixdə Murad evə gəlmədikdə polis əməkdaşları Muraddan şübhələnmiş, lakin o, polis əməkdaşları ilə razılaşmamış, belə ki, qolbağının Muradın oğurlaması ağlına belə gəlməmişdir Lakin növbəti günlərdə Murad evə gəlməməkdə davam etdikdə polis əməkdaşları Muradı saxlamışlar, Murad qolbağı oğurlamasını və oğlu Vahabın, yəni atasının həyətində basdırmasını etiraf etmişdir. Bundan sonra o, inanmışdır ki, qolbağını Murad oğurlamışdır. Murad qolbağını polis əməkdaşları ilə birgə basdırdığı yerdən çıxararaq polisə təhvil vermiş, qolbaq ona geri qaytarılmışdır. Muraddan heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 21 mart 2N25-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanına baxış keçirilərək hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə olunmuşdur; Baxış keçirilməsi haqqında xx.xx.2N25-ci il tarixli protokoldan görünür ki Təqsirləndirilən şəxs iştirakı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağlarında nömrəsiz ünvanda yerləşən bağ evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs oğurladığı qolbağı gizlətdiyi yeri göstərərək qeyd edilən bağ evinin dəmir darvazasından həyətə daxil olaraq sol tərəfdə əkilən şam ağaclarına yaxınlaşaraq həyətdəki bel vasitəsilə torpağı qazaraq təxminən 7-8 sm dərinlikdən 75N qramlıq banka çıxardaraq oğurladığı qolbağın bankanın içərisində olduğunu bildirmiş, bankanı açaraq içərisindən burun dəsmalına bükülmüş qolbağı çıxardaraq təqdim etmiş və həmin qolbaq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2N25-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqlnda xx.xx.2N25-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2N25-ci il tarixdə saat 12:NN-da AR CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. əşyanın tanınmasının aparılması haqqında 27 mart 2N25-ci il tarixli protokoldan görünür ki, 2 çəhrayı qaşı olan qızıl qolbaq eyni növdən olan nömrələnmiş vəziyyətdə digər əşyalar ilə tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs təqdim edilmiş əşyaları nəzərdən keçirib göstərmişdir ki, 4-cü sırada olan qolbağını setka formalı və 2 çəhrayı qaşları olduğuna görə tanımışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2N25-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2N25-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin MSY-dən azad olunması haqqında xx.xx.2N25-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2N25-ci il tarixli, 6/1263 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş 25,N8 qram kütləli, üzərində 2 ədəd çəhrayı rəngli daş olan, sarı rəngli 1 ədəd qolbaq 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qolbağın üzərində olan 2 ədəd çəhrayı rəngli daşlar korund qrup daşlara aiddir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Maddi sübut kimi tanıma haqqında N9 may 2N25-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı qızıl qolbaq iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi olan Zərərçəkmiş şəxs qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2N25-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin N5 may 2N16-cı il tarixli hökmü ilə AR CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.4cü maddəsinə əsasən barəsində 4NN manat cərimə cəzası təyin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 11 iyul 2N16-cı il tarxili qərarı ilə AR Milli Məclisinin 2N may 2N16-cı il tarixli amnistiya qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Tərtər Hərbi Məhkəməsinin 2N iyul 2N18-ci il tarixli hökmünə əsasən AR CM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 7N-ci maddəsinə əsasən N4 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza N6 ay şərti sınaq müddəti tətbiq edilməklə təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2N18-ci il tarixli qərarına əsasən Tərtər Rayon Məhkəməsinin xx.xx.2N18-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2NN3-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1N fevral 2N17-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə olunmasını, onun şikayətçi olmamasını, törətdiyi əməldən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2N25-ci il tarixdən xx.xx.2N25-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla 8 gün islah işləri cəzası ona təyin olunmuş islah işləri cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.5-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd qızıl qolbağın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri N7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2N25-ci il tarixdən xx.xx.2N25-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla 8 gün islah işləri cəzası ona təyin olunmuş 2 il islah işləri cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 il 11 ay 22 gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qızıl qolbağın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri N7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 12 iş saatına görə 132 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri N7 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 2NN2N8, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 2N (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar