Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-428/2024 10.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1989-cu ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 10 (on) ıl müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 il 03 ay 26 gün vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilməmiş, Lerik rayonu Murya kəndində qeydiyyatda olmaqla, Sabunçu rayonu Balaxanı qəsəbəsi YYM-də yaşayan, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensıar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək olan müddət ərzində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus hər birinin dəyəri 200 manat, ümumi dəyəri 800 manat olan 4 ədəd kranın ayaq silindirini, hər birinin dəyəri 250 manat, ümumi dəyəri 5500 manat olan 22 ədəd ağır texnikalar üçün nəzərdə tutulmuş palostı, hər birinin dəyəri 250 manat, ümumi dəyəri 750 manat olan 3 ədəd 300 mm diametrdə olan barabanı, hər birinin dəyəri 60 manat, ümumi dəyəri 180 manat olan 3 ədəd fıriksion traktor ehtiyat hissəsini, hər birinin dəyəri 15 manat, ümumi dəyəri 450 manat olan 30 ədəd təkərqaldırcını, hər birinin dəyəri 120 manat, ümumi dəyəri 1440 manat dəyərində kran üçün nəzərdə tutulan lingi, hər birinin dəyəri 70 manat, ümumi dəyəri 2800 manat olan 40 ədəd şestrnanı, hər birinin dəyəri 80 manat, ümumi dəyəri 240 manat olan 3 ədəd traktor üçün piltəni, 200 manat dəyərində 01 ədəd səsboğucu D6 ehtiyat hissəsini, hər birinin dəyəri 150 manat, ümumi dəyəri 600 manat olan 01 metr uzunluğunda olan valları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 12960 manat, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 fevral 2024-cü il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub oradan 1200 manat dəyərində olan 06 ədəd avtomobil ’’starteri”, 1000 manat dəyərində olan 05 ədəd avtomobil “dinamo”su və 1000 manat dəyərində olan avtomobil “starter” və “dinamo” hissələrini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 3200 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cii il tarixinədək olan müddət ərzində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz olaraq daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus hər birinin dəyəri 200 manat, ümumi dəyəri 800 manat olan 4 ədəd kranın ayaq silindirini, hər birinin dəyərinin 250 manat, ümumi dəyəri 5500 manat olan 22 ədəd ağır texnikalar üçün nəzərdə tutulmuş palosu, hər birinin dəyəri 250 manat, ümumi dəyəri 750 manat olan 3 ədəd 300 mm diametrdə olan barabanı, hər birinin dəyəri 60 manat, ümumi dəyəri 180 manat olan 3 ədəd firiksion traktor ehtiyat hissəsini, hər birinin dəyəri 15 manat, ümumi dəyəri 450 manat olan 30 ədəd təkərqaldırcını, hər birinin dəyəri 120 manat, ümumi dəyəri 1440 manat dəyərində kran üçün nəzərdə tutulan lingi, hər birinin dəyəri 70 manat, ümumi dəyəri 2800 manat olan 40 ədəd şestrnanı, hər birinin dəyəri 80 manat, ümumi dəyəri 240 manat olan 3 ədəd traktor üçün piltəni, 200 manat dəyərində 01 ədəd səsboğucu D6 ehtiyat hissəsini, hər birinin dəyəri 150 manat, ümumi dəyəri 600 manat olan 01 metr uzunluğunda olan valları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 12960 manat, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Alimi yaşadığı Balaxanı qəsəbəsindən tanıyır, dostdurlar, İxtiyar adlı şəxsi isə təxminən 1 ay müddətdir ki, tanıyır. İxtiyar Balaxanı qəsəbəsində avtomobil təmiri sexində rəngsaz işləyir, gecələr isə taksi fəaliyyəti ilə məşğul olur. 22 yanvar 2024-cü il tarixdə gecə saatlarında onun və Alimin maddi vəziyyəti pis olduğundan oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün əlverişli şərait və mənzil axtarmağa başlamışlar. Həmin tarixdə gecə saatlarında Balaxanı qəsəbəsində Alim ilə birlikdə gəzişən zaman U.Pirməmməd küçəsində olan mənzillərin birinin işıqlarının sönülü və ətrafda heç kimin olmamasını görüb həmin mənzilin həyatyanı sahəsinə daş hasardan tullanaraq keçmişlər. Həmin həyətyanı sahədə çoxlu sayda dəmir parçalarının olmasını görmüşlər. Həmin dəmir parçalarının hamısını bir dəfəyə götürə bilməyəcəklərini düşünüb qərarlaşdırmışlar ki, növbəti günlər gəlib götürsünlər. Həmin dəmir parçalarının bir qismini daş hasardan küçəyə tullamışlar. Bir qismini yığdıqdan sonra hər ikisi həmin dəmir parçalarını daşımaq üçün avtomobil axtarmışlar. Bu zaman Alim bildirmişdir ki, İxtiyar idarə etdiyi avtomobil ilə apara bilər və Alim ilə birlikdə İxtiyarın çalışdığı avtomobil təmiri sexinə gəlmişlər. Orada bildirmişdir ki, ona məxsus bir qədər dəmir parçası var, həmin dəmir parçalarını avtomobillə əlvan metal qəbulu yerinə aparmağı xahiş etmişdir. İxtiyar dəmir parçalarını 30 manat müqabilində aparacağını bildirmişdir. Onunla razılaşmışlar, hər üçü İxiyarın idarə etdiyi Toyota Prius markalı avtomobilə əyləşərək həmin yerə, yəni Balaxanı qəsəbəsi, U.Pirməmməd küçəsinə gəlmişlər. Üçü də qeyd olunan dəmir metalları Toyota Prius markalı avtomobilə yükləyib yaxınlıqda Balaxanı qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsinə aparıb boşaltmışlar. Alim və o, özlərinin şəxsiyyət vəsiqələri olmadığını deyib, İxtiyara məxsus şəxsiyyət vəsiqəsini təqdim edib dəmir parçalarını satmışlar. Həmin dəmir parçaları müqabilində onlara alıcı 201 manat pul vermiş, həmin puldan 30 manat İxiyara vermişlər. Bundan sonra hər üçü İxiyarın idarə etdiyi avtomobil ilə onun çalışdığı sexin yanına gəlmişlər. X7 bildirmişdir ki, həmin dəmir parçalarını oğurlamışlar və sonuncuya təklif etmişdir ki, gedib yenə də götürsünlər, lakin İxtiyar həmin dəmirlərin oğurluq olduğunu biləndən sonra onlarla birlikdə ora getməmişdir. Bundan sonra o və Alim yaşadıqları evə getmişlər. Əldə etdiyi maddi vəsaiti isə öz tələbatlarına xərcləmişdir. Ertəsi gün Alim ilə birlikdə həmin həyətyanı sahədə qalan qalıq dəmir parçalarını oğurlamaq məqsədilə gecə saatlarında yenə həmin ünvana gedərək daş hasardan mənzilin həyətyanı sahəsinə tullanıb ora qalan dəmir parçalarının bir qismini daş hasardan küçəyə yığmışlar. İxtiyarın gəlməyəcəyini bilib Bolt taksi şirkəti ilə əlaqə saxlayaraq taksi sifariş vermişlər. Bir qədər sonra ora Opel markalı avtomobil yaxınlaşmış, həmin dəmir parçalarını Opel markalı avtomobilə yığmışlar. Həmin dəmir parçalarını da Balaxanı qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsinə gətirib orada həmin dəmir parçalarını ona məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək 223 manata satmışlar. Əldə olunan maddi vəsaitdən 15 manat taksiyə xidmət haqqı vermişlər, qalanını isə Alimlə aralarında bərabər şəkildə bölmüşlər. Təxminən yanvar ayının 24-də gecə saatlarında Alimlə yenidən həmin daş hasardan tullanaraq həyətə daxil olmuşlar. Orada qalan dəmir parçalarının hamısını daş hasardan küçəyə yığıb Bolt taksi şirkəti ilə əlaqə saxlayaraq sifariş vermişlər. Bir qədər sonra ora ağ rəngli AZ SAMAND markalı taksi avtomobil yaxınlaşmışdır. Həmin dəmir parçalarını AZ SAMAND markalı avtomobilə yığıb Balaxanı qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsinə gətirmişlər. Orada həmin dəmir parçalarını ona məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək 105 manata satmışlar. Əldə olunan maddi vəsaitdən 10 manat taksiyə xidmət haqqı verib qalanını isə Alim ilə aralarında bərabər şəkildə bölmüşlər. Bundan başqa, Alim ilə birlikdə oğurluq etdikləri ünvanda yenə də satıb qazanc əldə edə bilmək üçün dəmirlər olduğunu bildiyi üçün təkbaşına yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 11 fevral 2024-cü il tarixdə gecə saat 04 radələrində Balaxanı qəsəbəsi Usta Pirməmməd küçəsində yerləşən dəmirlər olan evin işıqlarının sönülü olduğunu görüb əlverişli şərait yarandığını düşünərək hasardan aşaraq həyətə keçmişdir. Həyəti gəzdikdə bir yerə yığılmış vəziyyətdə olan avtomobilə məxsus köhnə ehtiyat hissələri olan dinamo və starterləri görüb yararsız olduğunu düşünmüş və götürüb hasarın yanın yığmışdır. Sonra hasarın yanına yığdığı həmin materialları səs etmədən hasardan çölə tullamışdır. Bundan sonra mobil telefonu üzərində olmadığından taksi sifariş verə bilmədiyi üçün yola çıxaraq taksi gözləmişdir. Bir müddət gözlədikdən sonra tanımadığı bir taksini saxlatdırıb ona həmin ünvanda yaşadığını və özünə məxsus ehtiyat hissələrini götürüb aparmaq lazım olduğunu bildirmişdir. Taksi sürücüsü ona heç bir əlavə sual vermədən onunla birlikdə oğurluq etdiyi ünvana gəlmişdir. Oğurladığı köhnə ehtiyat hissələrini avtomobilin yük yerinə yığıb satmaq üçün Sabunçu bazarına aparmışdır. Sabunçu bazarında oğurladığı həmin ehtiyat hissələri olan dinamo və starterləri ümumilikdə təxminən 50 manata satmışdır. Taksi sürücüsünə oğurladığı ehtiyat hissələrinin özünə məxsus olduğunu bildirmiş və ona zəhmət haqqı olaraq 10 manat pul vermişdir. Qalan pulları isə öz ehtiyaclarına sərf etmişdir. Qeyd edilən ünvanda 2024-cü ilin yanvar ayında cinayətləri Alim ilə birlikdə törətmiş, 2024-cü ilin fevral ayında isə qeyd edilən həmin ünvandan köhnə ehtiyat hissələrini təkbaşına oğurlamışdır. Metalı qəbul edən şəxsə həmin metalların özlərinə məxsus olduğunu demişlər. Həmin dəmir parçalarını oğurlayan zaman istifadəyə yararsız olmasını düşünmüşlər. Həmin dəmir parçalarının belə dəyərli olmasını bilməmişdir. 2024-cü ilin fevral ayında Zərərçəkmiş şəxs2 yaşadığı ünvandan oğurladığı ehtiyat hissələrinin konkret olaraq sayını bilmir, maddi vəziyyəti pis olduğundan, həm də həmin materiallar köhnə və yararsız olduğu üçün məsuliyyətinin ağır olacağını düşünməmişdir. Alimlə birlikdə cinayət yolu ilə əldə etdikləri dəmir parçalarını 3 dəfəyə aparıb metal qəbulu məntəqəsinə satmışlar, həmin dəmirləri ilk dəfə aparanda 201 manata, 2-ci dəfə 90 manata, üçüncü dəfə 223 manata satmışlar. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1lə dostluq münasibətləri vardır. 22 yanvar 2024-cü il tarixdə gecə saatlarında onun və Oleqin maddi vəziyyəti pis olduğundan oğurluq etmək qərarına gəlmişlər. Həmin tarixdə gecə saatlarında Balaxanı qəsəbəsində Oleq ilə birlikdə gəzinən zaman U.Pirməmməd küçəsində olan mənzillərin birinin işıqlarının sönülü və ətrafda heç kimin olmamasını görüb həmin mənzilin həyatyanı sahəsinə daş hasarda tullanaraq keçmişlər. Həmin həyətyanı sahədə çoxlu sayda dəmir parçalarının olmasını görmüşlər. Həmin dəmir parçalarının bir qismini daş hasardan küçəyə tullamışlar. Oleq ilə birlikdə İxtiyarın çalışdığı rəngsaz sexinə gəlmişdir. Orada İxtiyara bildirmişdir ki, ona məxsus bir qədər dəmir parçası var, o həmin dəmir parçalarını avtomobil ilə əlvan metal qəbulu yerinə aparsın. İxtiyar dəmir parçalarını 30 manat müqabilində aparcağım bildirmişdir. Onunla razılaşıb hər üçü İxiyarın idarə etdiyi Toyota Prius markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobilə əyləşərək həmin yerə, yəni Balaxanı qəsəbəsi, U.Pirməmməd küçəsinə gəlmişlər. Üçü də qeyd olunan dəmir metalı Toyota Prius markalı avtomobilə yükləyib yaxınlıqda Balaxanı qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsinə aparıb boşaltmışlar. Oleq və o, özlərinin şəxsiyyət vəsiqələri olmadığını deyib İxtiyara məxsus şəxsiyyət vəsiqəsi ilə dəmir parçalarını satmışlar. Həmin dəmir parçaları müqabilində onlara alıcı 90 manat pul vermiş, həmin puldan 30 manat İxiyara vermişdir. Bundan sonra hər üçü İxiyarın idarə etdiyi avtomobil ilə onun çalışdığı sexin yanına gəlmişlər. Orada İxtiyara bildirmişdir ki, həmin dəmir parçalarını oğurlamışlar və sonuncuya təklif etmişdir ki, gedib yenə də götürsünlər, lakin İxtiyar həmin dəmirlərin oğurluq olduğunu biləndən sonra onlarla birlikdə ora getməmişdir. Bundan sonra o və Oleq yaşadıqları evə getmişlər. Əldə etdiyi maddi vəsaiti isə öz tələbatlarına xərcləmişdir. Ertəsi gün Oleqlə birlikdə yenə həmin ünvana gedərək daş hasardan mənzilin həyətyanı sahəsinə tullanıb orada qalan dəmir parçalarının bir qismini daş hasardan küçəyə yığmışlar. İxtiyarın gəlməyəcəyini bilib Bolt taksi şirkəti ilə əlaqə saxlayaraq sifariş vermişlər. Bir qədər sonra ora Opel markalı avtomobil yaxınlaşmış, həmin dəmir parçalarını Opel markalı avtomobilə yığmışlar. Həmin dəmir parçalarını da Balaxanı qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsinə gətirib orada həmin dəmir parçalarını Oleqə məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək 80 manata satmışlar. Əldə olunan maddi vəsaitdən 15 manat taksiyə xidmət haqqı, qalanını isə Oleq ilə aralarında bərabər şəkildə bölmüşlər. Təxminən yanvar ayının 24-də gecə saatlarında Oleqlə yenidən həmin mənzilin yaxınlığına gedərək daş hasardan tullanaraq həyətə daxil olmuşlar. Orada qalan dəmir parçalarının hamısını daş hasardan küçəyə yığıb Bolt taksi şirkəti ilə əlaqə saxlayaraq sifariş vermişlər. Bir qədər sonra ora ağ rəngli AZ SAMAN D markalı avtomobil yaxınlaşmış, həmin dəmir parçalarını AZ SAMAND markalı avtomobilə yığmışlar. Həmin dəmir parçalarını da Balaxanı qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsinə gətirib orada həmin dəmir parçalarını Oleqə məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək 105 manata satmışlar. Əldə olunan maddi vəsaitdən 10 manat taksiyə xidmət haqqı vermişlər, qalanını isə Oleq ilə aralarında bərabər şəkildə bölmüşlər. Həmin dəmirləri Oleq və o götürmüşlər. Metalı qəbul edən şəxsə həmin metalın özlərinə məxsus olduğunu demişlər. Həmin dəmir parçalarını oğurlayan zaman istifadəyə yararsız olmasını düşünmüşlər. Həmin dəmir parçalarının belə dəyərli olmasını bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, əvvəllər SSR istehsalı olan ağır texnikanın, yəni traktor texniki hissələrinin satışı ilə məşğul olmuşdur. Sonradan təhsili ilə bağlı olaraq bu işlə məşğul olmağı dayandırmışdır. Qalıq ehtiyat hissələrini isə dayısı X2 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsinə yığmışdır. xx.xx.2024-cü il tarixdə dayısıgilə gedib həmin ehtiyyat hissələrini yoxlayan zaman hamısı yerində olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində qeyd olunan ünvana gedib ehtiyyat hissələrini yoxlayan zaman təxminən 2000-2500 kq. çəkidə olan ehtiyat hissələrinin oğurlandığını aşkar etmişdir. Bununla əlaqədar yaxınlıqda yerləşən metal qəbulu məntəqələrinə getmiş və Balaxanı poladəritmə zavodu ilə üzbəüzdə yerləşən metal qəbulu məntəqəsində olan qeyd olunan ehtiyat hissələrinin bir qismini orada aşkar etmişdir. Orada işləyən adını bilmədiyi şəxs bildirmişdir ki, həmin malları sənədlə bir neçə dəfəyə Şahid4 və Təqsirləndirilən şəxs1 almışlar. Həmin şəxslərin ora Opel markalı, ??-??-026 dövlət qeydiyyat nişanlı avtomobillə gəldiklərini bildirmişdir. Baş vermiş oğurluq cinayət hadisəsi zamanı ona 12960 manat maddi ziyan dəymişdir. Belə ki. oğurluq hadisəsi zamanı hər birinin dəyəri 200 manat ümumi dəyəri 800 manat olan 4 ədəd kranın ayaq silindiri, hər birinin dəyəri 250 manat ümumi dəyəri 5500 manat olan 22 ədəd ağır texnikalar üçün nəzərdə tutulmuş palos, hər birinin dəyəri 250 manat ümumi dəyəri 750 manat olan 3 ədəd 300 mm diametrdə olan baraban, hər birinin dəyəri 60 manat ümumi dəyəri 180 manat olan 3 ədəd firiksion traktor ehtiyat hissəsi, hər birinin dəyəri 15 manat ümumi dəyəri 450 manat olan 30 ədəd təkərqaldırcı, hər birinin dəyəri 120 manat ümumi dəyəri 1440 manat dəyərində kran üçün nəzərdə tutulan ling, hər birinin dəyəri 70 manat ümumi dəyəri 2800 manat olan 40 ədəd şestrna, hər birinin dəyəri 80 manat ümumi dəyəri 240 manat olan 3 ədəd traktor üçün piltə, 200 manat dəyərində 01 ədəd səsboğucu D6 ehtiyat hissəsi, hər birinin dəyəri 150 manat ümumi dəyəri 600 manat olan 01 metr uzunluğunda olan vallar oğurlanmışdır. İlkin izahatında oğurlanan əşyaların konkret olaraq nə olmasını gecə olduğundan müəyyən etməmiş, lakin sonradan baxış keçirən zaman bu əşyaların oğurlanmasını müəyyən etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 aprel 2024cü il tarixli, 9/2129 saylı rəyində göstərilənlərlə razı deyil. Belə ki, ona məxsus oğurlanmış ehtiyat hissələrinin dəyəri əvvəlki ifadəsində qeyd etdiyi kimi 12960 manat təşkil edir. Ekspertizaya təqdim edilmiş mallar oğurlanmış malların bir hissəsidir, digər hissəsi əridildiyindən tapılmamışdır, həmçinin həmin mallar köhnə maşınarın ehtiyat hissəsi olduğundan ekspertiza malların dəyərini ehtiyat hissəsi olaraq deyil,qırıntı kimi qiymətləndirmişdir. Buna görə də ekspertiza rəyi ilə razı deyildir. Oğurlanmış malların bir hissəsi ona qaytarılmışdır. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, avtomobil təmiri, yəni tikinti texnikası ustası işləyərək ailəsini dolandırır. Təxminən 10 ildir ki, ünvan 3 ünvanında yaşayır. Avtomobil, yəni tikinti texnikası ustası olduğu üçün yaşadığı evin həyətində həmin texnikaların ehtiyat hissələrini saxlayır. 10 fevral 2024-cü il tarixdə saat 10 radələrində yaşadığı evə gəlmiş, bu zaman ehtiyat hissələrini yığdığı yeşiklərin yanına getmiş və əlavə olaraq ehtiyat hissəsi qoyaraq evə daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə gecə saat 04 radələrində evdə yatan zaman evin həyətindən səs eşitmişdir. Yerindən qalxıb paltarlarını geyinərək evin həyətinə çıxmışdır. Həyətdə heçnə görməyərək təkrar evə qayıtmışdır. Saat 08 radələrində işə getmək üçün həyətə çıxmış və həyətə yenidən baxış keçirmişdir. Bu zaman həyətyanı sahədən avtomobil ehtiyat hissələrinin oğurlanmasını aşkar etmişdir. Oğurlanan avtomobil ehtiyyat hissələri 1200 manat dəyərində olan 06 ədəd “starter”, 1000 manat dəyərində olan 05 ədəd “dinamo" və 1000 manat dəyərində starter və dinamonun ehtiyyat hissələri olmuşdur. Bundan sonra DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisə xx.xx.2024-cü il tarixdə saat 08 radələrində ünvan 4 ünvanında baş vermişdir. Hadisə nəticəsində ona məxsus 1200 (min iki yüz) manat dəyərində olan 06 ədəd avtomobil ’’starteri” 1000 (min) manat dəyərində olan 05 ədəd avtomobil “dinamo”su və 1000 (min) manat dəyərində olan avtomobil “starter” və “dinamo” hissələri oğurlanmış, nəticədə ona ümumilikdə 3200 (üç min iki yüz) manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Opel markalı Astra modelli **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Hazırda heç bir yerdə rəsmi işləmir. Bu səbəbdən taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Hər səhər saat 05 radələrində işə başlayır. 22 yanvar 2024-cü il tarixdə səhər saat 05 radələrində taksi fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə avtomobilini işə salaraq Balaxanı qəsəbəsində stansiya deyilən yerdə dayanıb “BOLT” taksi şirkətinin sifariş portalını açmışdır. Həmin vaxt sifariş verən şəxsin əlaqə nömrəsi ilə əlaqə saxlamış və həmin şəxsin olduğu yer olan Balaxanı qəsəbəsində yerləşən qəbirstanlığın yanına getmişdir. Orada onu iki nəfər şəxs qarşılamışdır. Həmin şəxslərdən nisbətən alcaq boylusu ona Fazenda yaşayış massivində mənzili olduğunu və oradan dəmir parçalarını Balaxanı qəsəbəsində yerləşən dəmir qəbulu məntəqəsinə aparmağı bildirmişdir. Birlikdə Fazenda qəsəbəsinə gəlmişlər. Həmin şəxslərdən birinin adı Oleq, digərinin adı Alim olmuşdur. Fazenda qəsəbəsində bir mənzilin qarşısına gəlmişlər. Orada dəmir parçalarının olmasını görmüşdür. Həmin şəxslərdən dəmir parçalarının oğurluq olub olmamasını soruşduqda Alim adlı şəxs bildirmişdir ki, mənzil onun mənzilidir və dəmir parçaları da ona məxsudur, heç bir narahatçılığa səbəb yoxdur. Onlara inanmış, həmin şəxslər təxminən 400 kq dəmir parçasını ona məxsus avtomobilin yük yerinə yığmışlar. Birlikdə həmin dəmir parçalarını Balaxanı qəsəbəsində yaşayan Vüqar adlı şəxsin çalışdığı dəmir metal qəbulu dükanına gətirmişlər. Onlar həmin dəmir parçalarını ora satmışlar. Ona isə taksi olaraq 30 manat pul vermişlər. Həmin cinayəti Oleq və Alim adlı şəxslər törətmişdir. Alim adlı şəxs bildirmişdir ki, dəmir parçaları götürülən mənzil və dəmir parçaları ona məxsudur. Həmin dəmir parçalarının oğurluq olmasından məlumatsız olmuşdur. Şahid1 Nəsibağa oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 7 ay müddətdir ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində Balaxanı Binəqədi yolunun sağ tərəfində yerləşən əlvan metal qəbulu yerində gecə növbəsində işləyir. Təqsirləndirilən şəxs1 adlı şəxsi yaşadığı Balaxanı qəsəbəsindən tanıyır. Həmin şəxslə heç bir münasibəti yoxdur. 21 yanvar 2024cü il tarixdə gecə saat 05 radələrində işdə olan zaman Oleq və yanında bir nəfər şəxslə Opel markalı avtomobildə ora gəlmişdir. Oleq ona yaxınlaşaraq bildirmişdir ki, metal gətirmişdir. Oleqin gətirmiş olduğu metalın kimə məxsus olmasını soruşduqda sonuncu bildirmişdir ki, həmin metallar onun özünə məxsusdur. Bundan sonra Oleq və yanında olan şəxs Opel markalı avtomobildən həmin metalları düşürüb tərəziyə qoymuşlar. Həmin metallar 470 kq çəkidə olmuşdur. Həmin metalların hər kiloqramını 43 qəpikdən almışdır. Ümumi 202 manat pul ödəmişdir. Sonra isə həmin metallar Oleqin şəxsiyyətini təsdiq edən sənədlə şəkillərini çəkmişdir. Onlar pulu götürüb Opel markalı avtomobilə əyləşib oranı tərk etmişlər. Bundan sonra həmin şəxsləri görməmişdir. Onun növbəsində bir dəfə Opel markalı avtomobil ilə gətirmişlər və gətirmiş olduqları dəmir parçalarının çəkisi 470 kq olmuş və Oleq adlı şəxsə 202 manat pul ödəmişdir. Oleq adlı şəxsdən almış olduğu dəmir parçalarının təyinatını bilmir(cild 1, i.v.146-148); Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 8 ay müddətdir ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində Balaxanı Binəqədi yolunun sağ tərəfində yerləşən boş sahəni aylıq 1000 manata icarəyə götürərək orada əlvan metal qəbulu yeri işlədir. 21 yanvar 2024-cü il tarixdə gecə saat 02 radələrində işdə olan zaman iş yerinə Toyota markalı Prius modelli avtomobillə üç nəfər şəxs gəlmişdir. Onlardan biri sürücü avtomobildə qalmış, digər iki nəfər ona yaxınlaşaraq bildirmişdir ki, metal gətirmişdir. Həmin şəxslərin gətirmiş olduğu metalın kimə məxsus olmasını soruşduqda onlar bildirmişlər ki, həmin metallar özlərinə məxsusdur. Bundan sonra həmin iki nəfər şəxs avtomobildən metalları düşürüb tərəziyə qoymuşlar. Həmin metallar 520 kq çəkidə olmuşdur. Həmin metalların hər kiloqramını 43 qəpikdən almış, ümumi 223 manat pul ödəmişdir. Sonra isə həmin metalların şəklini çəkmək üçün onlardan şəxsiyyət vəsiqəsini istəmiş, onlar bildirmişlər ki, şəxsiyyət vəsiqələri üzərlərində yoxdur. Onlardan biri avtomobilin sürücüsünə yaxınlaşmış və həmin şəxsi çağırmış, həmin sürücü ora yaxınlaşaraq şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, şəxsiyyət vəsiqəsinin şəklini çəkmişdir. Onlar pulu götürüb avtomobilə əyləşib oranı tərk etmişlər. Bundan sonra həmin şəxsləri görməmişdir. Onun növbəsində bir dəfə Toyota markalı avtomobil ilə gətirmişlər və gətirmiş olduqları dəmir parçalarının çəkisi 520 kq olmuş və Oleq adlı şəxsə 223 manat pul ödəmişdir. Oleq adlı şəxsdən almış olduğu dəmir parçalarının təyinatını bilmir(cild 1, i.v.154-156); Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 2 il müddətdir ki, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsi nömrəsiz evdə kirayə yaşayır. Himayəsində 4 az yaşlı övladı vardır. Təxminən iki il müddətdir ki, Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən “Nefçi” kafesinin yanında avtomobil təmiri sexində dəmirçi-malyar işləyir. Təqsirləndirilən şəxs1 və Alim adlı şəxsi təxminən 1 ay müddətdir ki, tanıyır. Belə ki, işləri zəif olanda təmirə dayanmış Pirius markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmişdir. Təxminən bir həftə bundan öncə Alim onun çalışdığı sexə gələrək bildirmişdir ki, bir iki saatdan sonra özünə məxsus mobil nömrə ilə onunla əlaqə saxlayacaq ki, onu və Oleqi Balaxanı qəsəbəsində yerləşən poçtun yanından yaxınlıqdakı, metal qəbulu yerinə aparsın. Onunla razılaşmışdır. 19 yanvar 2024-cü il tarixdə gecə saat 03 radələrində iş yerində olan zaman ona zəng edərək həmin yerə gedib dəmiri götürmələrini bildirmişlər. Bunun üçün ona 30 manat pul söz vermişlər. Beləliklə deyilən tarixdə o, Oleq və Alim ona müştəri tərəfindən təmir üçün təqdim edilmiş Toyota Prius markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobilə əyləşərək həmin deyilən yerə, yəni Balaxanı qəsəbəsi, U.Pirməmməd küçəsinə gəlmişlər. Orada fərdi yaşayış evlərinin birinin hasarına köhnə SSRİ-dən qalmış ağır texnikanın ehtiyat hissəsi yığılmışdır. Həmin vaxt üçü də qeyd olunan dəmir metalı Toyota Prius markalı avtomobilə yükləmişlər və yaxınlıqda Balaxanı qəsəbəsində yerləşən dəmir metal qəbulu məntəqəsinə aparıb boşaltmışlar. Oleq və Alim özlərinin şəxsiyyət vəsiqələrinin olmadığını deyib ona şəxsiyyət vəsiqəsini təqdim etməyini bildirmişlər və o razılaşıb sənədini metal qəbul edən şəxsə təqdim etmişdir. Bundan sonra qeyd olunan dəmir metalı həmin yerdə boşaltmışlar. Həmin dəmir tərəzidə çəkilən zaman təxminən 400-450 kiloqram olması müəyyən edilmişdir. Bundan sonra Alim və Oleq həmin dəmiri qəbul edən şəxsdən təxminən 200- 250 manat pul almışlar və ona oradan 30 manat pul vermişlər. Həmin yerdən qayıdan zaman Oleq və Alim yolda etiraf etmişlər ki, həmin dəmirlər oğurluq dəmir olmuşlar. Ona təklif etmişlər ki, gedib yenə də götürsünlər, lakin həmin dəmirlərin oğurluq olduğunu biləndən sonra bir daha ora getməmişdir. Həmin dəmirləri Oleq və Alim adlı şəxslərlə birlikdə götürmüşlər. Metalı qəbul edən şəxsə həmin metalın özlərinə məxsus olduğunu demişlər. Bir daha ora getməmiş və oradan dəmir götürməmişdir. Yalnız bir dəfə dəmir yığmaq üçün həmin yerə getmişdir(cild 1, i.v.56-58); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirmə və götürmə haqqında 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1,i.v.04- 08); Könüllü təqdim edilən əşyaların götürülməsi və baxış keçirilməsi haqqında 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsində işləyən Şahid1 Nəsibağa oğlu qeyd olunan yerin həyətində yerə toplu halda yığılmış ehtiyat hissələri və s. kimi dəmirləri göstərərək həmin metalalrı Şahid4 və Təqsirləndirilən şəxs1 adlı şəxslərdən aldığını, çəkisinin,təxminən, 400-450 kiloqram olmasını bildirmiş, maddi sübutun çəkisi nəzərə alınmaqla götürülməsi mümkün olmamış, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v. 15-16, 18); CD diskin könüllü təqdim edilməsi və baxış keçirilməsi haqqında 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə 01 ədəd CD diski könüllü şəkildə təqdim edərək hadisənin videogörüntülərinin olduğunu bildirdi. Həmin CD disk Zərərçəkmiş şəxs1 götürülərək xidməti otaqda “DELL” markalı kompüter vasitəsi ilə sonuncunun iştirakı ilə baxış keçirildi. Diskdə olan görüntülərə baxış zamanı bir ədəd markası və dövlət nömrə nişanı seçilməyən avtomobilin xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ünvan 6 ünvanının yanında hərəkət edib saxlaması, iki nəfər şəxsin avtomobildən düşüb hasardan aşma yolu ilə həyətə daxil olaraq oradan əlamətləri seçilməyən əşyalar çölə çıxardıb avtomobilə yükləmələri məlum olmuşdur. Baxış keçirildikdən sonra yuxarıda göstərilən 01 ədəd CD disk götürülərək bu barədə protokol tərtib edilmişdir (cild 1, i.v. 19-20); 30 yanvar 2024-cü il tarixli götürmə və baxış keçirmə barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 01 ədəd DVD disk götürülərək baxış keçirilmiş, baxış zamanı müəyyən edildi ki, 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024cü il tarixədək müddətdə gecə saatlarında qaranlıq hava şəraitində iki nəfər şəxs ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə tərəf baxırlar, küçə boyu gedib qayıdırlar.Və onlardan biri həmin fərdi evin hasarından aşma yolu ilə həyətə daxil olur, digər şəxs isə küçədə hasarın yanında durub hasarın üzərindən ona verilən naməlum obyektləri alıb yerə qoyur. Sonradan həmin şəxslər yerə yığılmış həmin ehtiyat hissələrini bənzər materialları küçə ilə başqa ünvana daşıyırlarş Bundan sonra markası və dövlət qeydiyyat nişanı bilinməyən avtomobil gəlir, həmin şəxslər yığdıqları materialları avtomobilin yük yerinə yığırlar və avtomobil hərəkət edərək uzaqlaşır, bundan başqa, 24 yanvar 2024-cü il tarixdə həmin şəxslər yenə qeyd edilən ünvana gəlirlər, onlardan biri həmin ünvanda yerləşən fərdi evin həyətinə hasardan aşmaqla keçir, küçədə hasarın yanında duran şəxsə materialları hasarın üzərindən ötürür, çöldə duran şəxs həmin materialları yerə yığır. Sonradan hadisə yerinə markası və dövlət qeydiyyat nişanı bilinməyən digər bir avtomobil gəlir, həmin şəxslər avtomobilin yük yerinə oğurlayaraq yerə yığdıqları materialları yükləyirlər. Bundan başqa, videogörüntülərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 metal qəbulu məntəqəsində avtomobilin yük yerinə yığdıqları ehtiyat hissələrini yerdə toplu halda yığılmış tullantı materiallarının üzərinə daşıyıb yığırlar. Sonradan kiçik otaqda Alim və Oleqin şəxsiyyət vəsiqəsi və pulu alaraq otaqdan çıxmaları müəyyən edilir (cild 1, i.v. 76-77); 14 fevral 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 20:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.97); İfadənin yerində yoxlanması haqqında 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan şübhəli şəxs Əhmədov X4 rayonu, Balaxanı qəsəbəsi, Usta Pirməmməd küçəsi ev 30 ünvanının qarşısına gələrək orada olan fərdi yaşayış evini göstərib bildirdi ki, 18 yanvar 2024-cü il tarixdən 23 yanvar 2024-cü il tarixinədək olan müddət ərzində üç dəfə ayrı-ayrı vaxtlarda Oleqlə birlikdə daş hasardan aşaraq ordan dəmir parçaları oğurlayıb satmışlar (cild 1, i.v. 112-115); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-103/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 14 fevral 2024-cü il tarixdən hesablanmaqla 02 ay 12 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir(cild 1, i.v.136-140); 19 fevral 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1, həmin tarixdə saat 15:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 182) Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-110/2024 saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 19 fevral 2024-cü il tarixdən başlayaraq 02 ay 06 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.214-218); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 181.2.5, 181.2.2-ci maddəsinə əsasən 09 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci tarixli qərarı ilə hökm qüvvədə saxlanılmış, Xəzər Rayon Məkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu tətbiq edilməklə cəzası 09 ilə endirilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 il 03 ay 26 gün vaxtından əvvəl şərti azad edilmişdir(cild 1, i.v. 220-221, 224-233); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sabunçu rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə əsasən 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir (cild 1, i.v. 222-223); Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-293/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, i.v. 234-241). Hadisə yerinə baxış keçirilməsi haqqında 11 fevral 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 2, i.v. 07-09). 17 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının verdiyi rəydən görünür ki, ekspertiza təyini haqqında qərarda və xx.xx.2024-cü il tarixli məktubda göstərilən 473 kiloqram çəkidə olan dəmir parçalarının qırıntı kimi orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən (473 kq x 0.45 manat) müəyyən edilir (cild 2, i.v. 36- 38); Sübutların qiymətləndirilməsi haqqında 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı əldə edilmiş zərərçəkmiş şəxsə məxsus 473 kiloqram çəkidə olan dəmir parçaları maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs1 qaytarılması, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 1 ədəd CD və 01 ədəd DVD formatlı disklərin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır(cild 2, i.v.59-75); Qəbzdən görünür ki, 473 kiloqram çəkidə olan dəmir parçaları Zərərçəkmiş şəxs1 təhvil verilmişdir(cild 2, i.v.77); Sabunçu rayon məhkəməsinin 28 noyabr 2003-cü il tarixli qətnaməsindən görünür ki, X1 ailəsinə şəhid statusu verilməklə ailəsinə şəhid ailələrinə verilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Levantiyeviç və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər X3 törətdiyi oğurluq əməlləri CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməlləri CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 oğlunun zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini(CM-59.1.14), şəhid ailəsi olmasını(CM-59.1.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 barəsində olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmişdir. Belə ki, CM-nin 83.3.3cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-293/2024 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(008)-293/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini(CM-59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən yeddi il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə həmçinin qeyd edir ki, Əhmədov X5 rayon Məhkəməsinin 7(050)-182/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 03 ay 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lakin cəzanın çəkilməmiş hissəsi ərzində yəni 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törətmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 tətbiq olunan şərti olaraq vaxtından əvvəl azad etmə CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli və ona CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-293/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 09(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli(CM-66.5), Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)- 293/2024 saylı hökmü üzrə müəyyən edilmiş şübhəli şəxs qismində tutulduğu 30 noyabr 2023-cü il tarixdən 02 dekabr 2023-cü il tarixədək 02(iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmalı, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-65.2), Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 7(050)-182/2022 saylı qərarına əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məkəməsinin xx.xx.2021-ci il tarixli qərarı üzrə endirilərək çəkilməmiş 01(bir) il 03(üç) ay 26(iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-67.1), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. İş üzrə maddi sübutlar- “473 kiloqram çəkidə olan dəmir parçalarının Zərərçəkmiş şəxs1 təhvil verilməsi, 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. 50 manat ekspertiza xərcinin 25(iyirmi beş) manatı Təqsirləndirilən şəxs1, 25(iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs2 tutulmaqla dövlət nəfinə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-293/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 09(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02(iki) il 01(bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 1(008)-293/2024 saylı hökmü üzrə müəyyən edilmiş şübhəli şəxs qismində tutulduğu 30 noyabr 2023-cü il tarixdən 02 dekabr 2023-cü il tarixədək olan 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 7(050)-182/2022 saylı qərarına əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məkəməsinin xx.xx.2021-ci il tarixli qərarı üzrə endirilərək çəkilməmiş 01(bir) il 03(üç) ay 26(iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 02(iki) il 09(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar- 473 kiloqram çəkidə olan dəmir parçalarının Zərərçəkmiş şəxs1 təhvil verilməsi, 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. 50 manat ekspertiza xərcinin 25(iyirmi beş) manatı Təqsirləndirilən şəxs1, 25(iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs2 tutulmaqla dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-428/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-428/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver