Məhkəmə qərarları › İş №1(008)-429/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-429/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-429/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2da yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qulluq mövqeyindən istifadə etməklə, etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib, təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Regional Qazın Satışı Departamentinin qaz balansı və satış şöbəsinin 11-ci dərəcəli mühəndisi vəzifədə işləyərkən, yaşayış sahəsinə qaz xəttinin çəkilməsi, qaz sayğaclarının quraşdırılması və abunəçinin qeydiyyata alınması kimi işlərinin aparılmasına səlahiyyəti olmadığı halda, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə qulluq mövqeyindən istifadə etməklə xidmət etdiyi ərazidə yaşayan Zərərçəkmiş şəxs1 onu məhz qeyd edilən idarənin əməkdaşı kimi tanıdığına görə etibarından sui-istifadə edib Zərərçəkmiş şəxs1 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsi, T.Hüseynov küçəsində tikilmiş nömrəsiz üç evini təbii qazla təciz edilməsini, qaz xəttinin çəkdirilməsini, qaz sayğaclarının quraşdırmaqla abunəçi kimi qeydiyyata aldıracağını iqtidarında olduğunu bildirib aldatmaqla, həmin işlərin görəcəyənə dair dair yalan vədlər verib həmin ünvanda 2020-ci ilin dekabr ayından 2021 ci ilin may ayının ortalarına kimi olan müddət ərzində ondan hissə-hissə ümumilikdə 1150 manat məbləğində pulunu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs1 1150 manat məbləğində maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Regional Qazın Satışı Departamentinin Sayğacların idarə edilməsi şöbəsinin Nəzarət-ölçü cihazlarının və avtomatika üzrə 5-ci dərəcəli çilingər vəzifədə işləyərkən yaşayış sahəsinə qaz xəttinin çəkilməsi, qaz sayğaclarının quraşdırılması və abunəçinin qeydiyyata alınması kimi işlərinin aparılmasına səlahiyyəti olmadığı halda, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq qulluq mövqeyindən istifadə etməklə xidmət etdiyi ərazidə yaşayan Zərərçəkmiş şəxs2 onu məhz qeyd edilən idarənin əməkdaşı kimi tanıdığından etibarından sui-istifadə edib Zərərçəkmiş şəxs2 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X1 tikilmiş nömrəsiz evini təbii qazla təciz edilməsini, qaz xəttinin çəkdirirlməsini, qaz sayğaclarının quraşdırmaqla abunəçi kimi qeydiyyata aldıracağı iqtidarında olduğunu bildirrib aldatmaqla, həmin işləri görəcəyənə dair dair yalan vədlər verib 2022-ci ilin avqust ayının əvəllərində, Bakı şəhəri, Pirşağı qəsəbəsi, X1 tikilmiş nömrəsiz fərdi evində ondan 600 manat məbləğində pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 manat məbləğində maddi ziyan vurub təkrarən dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyini, onlarla barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş zərərin 25% məbləğində dövlət büdcəsinə ödəniş etdiyini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Digər Zərərçəkmiş şəxs2 tərəfindən ötən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, o, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 19 aprel 2023-cü il tarixdə cinayət nəticəsində vurulmuş zərərin 25%-i (437,50 manat) dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığından və onlara dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla, məhkəmə istintaqı zamanı sərf etdiyi 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar