Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-43/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi Dövlət ittihamçısı - Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, X6 iştirakı ilə 10 avqust 1968-cı il tarixdə Pakistan İslam Respublikasından doğulmuş, evli, Pakistan İslam Respublikasının vətəndaşı, «İmtiyaz Tradinq» turizm şikrətinin icraçı direktoru vəzifəsində işləmiş, hal-hazırda fərdi qaydada işləyər, orta təhsilli, Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əzimzadə küç., ev 47-J müvəqqəti qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əzimzadə küç., fərdi yaşayış evində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş - X14 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X20 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusunda təmiz çəkisi 5.634 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış, 23 iyul 2021-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəh., Sabunçu RPİ-in 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əzimzadə küç., nömrəsiz fərdi yaşayış evinin qarşısında dayanmış vəziyyətdə olan «X10» markalı, «az ** ZY ***» dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Sabunçu RPİ-in 12-ci PŞ-nə aparılmış, orada nəqliyyat vasitəsinə baxış keçirilərkən avtomobilin salonundan sürətlər qutusunun yanından bir ədəd kibrit qutusunda təmiz çəkisi 5.634 qram bitki məşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X9 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2009-cu ildən Azərbaycan Respublikasında yaşayır. 27 iyun 2015-ci il tarixdə rəsmi olaraq X13 ilə nikaha daxil olmuşdur. Birgə nikahdan 17 dekabr 2015-ci il tarixdə oğlanları Amir, 03 avqust 2018-ci il tarixdə isə qızları Ayan dünyaya gəlmişdirlər. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən «İmtiyaz Trading» turizm şirkətinin icraçı direktoru vəzifəsində işləyirdi. Ara-sıra narkotik vasitə marixuanadan istifadə edir. 23 iyul 2021-ci il tarixdə, saat 21:30 radələrində "xxxx" MMC-dən icarəyə götürüb idarə etdiyi «X10» markalı, «az ** ZY ***» dövlət qeydiyyat nişanlı avtomobildə oturarkən iki nəfər polis məkdaşı ona yaxınlaşıb özlərinin təqdim edib, həyat yoldaşı X5 şikayət ərizəsi əsasında barəsində Sabunçu RPİ-in 12-ci PŞ-də araşdırma aparılmışdır. Bu səbəbdən birlikdə 12-ci PŞ-nə getməsi təklif olunmuşdur. Avtomobilində marixuananın olduğuna görə narahat olub bir qədər həyəcanlanmış və avtomobildən düşüb polis əməkdaşları ilə uca səslə danışıb onlardan yayınmaq istəmişdir. Lakin polis əməkdaşları ondan şübhələnib 12-ci PŞ-nə getməyi təkrar təklif etmişlər. Etiraz etməyib polis əməkdaşları ilə ilə birlikdə idarə etdiyi avtomobil ilə şöbəyə getmişlər. Pakistan İslam Respublikasının vətəndaşı olduğu üçün araşdırmanı aparan təhqiqatçı tərəfindən tərcüməçi, həmçinin hüquqlarını müdafiə etməsindən ötrü dövlət hesabına müdafiəçi dəvət olunmuşdurlar. Tərcüməçi və müdafiəçi ona təqdim olunmuş, hüquq və vəzifələri izah edilmiş və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verdikdən sonra üzərində daşınması və saxlanılması qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olub-olmaması ilə bağlı təhqiqatçının sualına, üzərində daşınması və saxlanılması qanunla qadağan olunan hər hansı bir əşyanın olmadığını bildirib, əynində olmuş cins şalvarın sağ yan cibindən özünə məxsus istifadə etdiyi iki ədəd «Samsung» markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və heç bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra təhqiqatçı ondan polis şöbəsinin həyətində saxlanılmış idarə etdiyi avtomobildə daşınması, saxlanılması qanunla qadağan olunan hər hansı bir əşyanın olub-olmamasını soruşduqda o, avtomobilin salonunda sürətlər qutusunun yanından içərisində narkotik vasitə marixuana olan bir ədəd kibrit qutusunu götürüb polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitəni bir neçə gün öncə özü istifadə etməkdən ötrü Səbail rayonu ərazisindən tanımadığı şəxsdən alıb avtomobilində saxlayıb daşıdığını, həmin narkotikdən bir qədər özü istifadə etdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən avtomobilinə baxış keçirilmiş, lakin daşınması və saxlanılması qanunla qadağan olunan digər əşya və predmet aşkar olunmamışdır. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-in 12-ci PŞ-in təhqiqatçısı Hüseyn Nağıyev tərəfindən aparılan araşdırma ilə verilmiş tapşırığa əsasən 23 iyul 2021-ci il tarixdə, saat 21:30 radələrində Pakistan İslam Respublikasının vətəndaşı X14 Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əzimzadə küçəsində nömrəsiz fərdi evin qarşısında olduğunu müəyyənləşdirib Sabunçu RPİ-in 12-ci PŞ-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə həmin ünvana getmişdir. X17 dayanmış vəziyyətdə olan «X10» markalı, «az ** ZY ***» dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında oturduğunu görmüşdürlər. X7rı görüb bir qədər həyəcanlı və şübhəli apardığı üçün, onun şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə yaxınlaşıb, özlərini təqdim etdikdən sonra ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişdirlər. X20 qeyri adekvat cavab verərək öz dilində yüksək səslə danışmağa başlamış və onlardan yayınmağa çalışmışdır. X14 bu hərəkətləri şübhə yaratdığından ona birlikdə polis şöbəsinə getməyi təklif edib, X17 idarə etdiyi «X10» markalı, «az ** ZY ***» dövlət qeydiyyat nişanlı avtomobil ilə 12-ci Polis Şöbəsinə aparıb avtomobili şöbənin həyətində saxlamışdırlar. X14 polis şöbəsinə aparıb təhvil verilməsi ilə bağlı tərəflərindən 12-ci Polis Şöbəsinin rəhbərliyinə raport tərtib olunmuşdur. Daha sonra araşdırmanın aparılması 12-ci Polis Şöbəsinin təhqiqatçısı Hüseyn Nağıyevə həvalə edildiyindən onun tərəfindən müvafiq sənədləşmə tərtib olunmuş, tərcüməçi və dövlət hesabına müdafiəçi dəvət olunmuş, X18 hüquq və vəzifələri izah olunmuşdur. X18 üzərinə şəxsi axtarış keçiriləcəyi, üzərində saxlanması və daşınması qanunla qadağan olunan əşya və ya predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. X20 üzərində saxlanması və daşınması qanunla qadağan olunan əşya və ya predmet olmadığını bildirib, əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd «Samsung» markalı mobil telefonları təqdim etmiş, həmin telefonların özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra onun, tərcüməçinin və 12-ci PŞ-in əməliyyat müvəkkili Şahid2 iştirakı ilə və X14 razılığı əsasında müdafiəçinin iştirakı olmadan üzərinə axtarış keçirilmiş, lakin üzərindən saxlanması və daşınması qanunla qadağan olunan hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra 12-ci PŞ-in həyətində saxlanılmış «X10» markalı, «az ** ZY ***» dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl X11 idarə etdiyi avtomobildə saxlanması və daşınması qanunla qadağan olunan hər hansı bir əşya və ya predmet olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra X20 avtomobilin salonunda sürətlər qutusunun yanından bir ədəd kibrit qutusunu götürüb təqdim etmişdir. Təqdim olunmuş qutunun içərisinə baxış keçirdikdə qutunun içərisində spesifik iyə malik olan yaşıl rəngli ot kütləsinin olduğu müəyyən edilmişdir. X20 bildirmişdir ki, həmin kütlə narkotik vasitə marixuanadır bir neçə gün öncə öz istifadəsi üçün anket məlumatlarını bilmədiyi şəxsdən alıb avtomobilində saxlayıb daşımışdır. X15 təqdim etdiyi kütlə təhqiqatçı tərəfindən götürülüb müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra avtomobilə baxış keçirilmiş, lakin avtomobildən saxlanması və daşınması qanunla qadağan olunan hər hansı bir digər əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/704 saylı, 24 iyul 2021-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «X14 idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ot kütləsi» yazılar və imzalar olan zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 5.634 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi-5.634 qram, tədqiqata sərf edildi-0.02 qram, qalıq-5.614 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X21 X2 Tibbi Yoxlamanın 2987 saylı, 20 avqust 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı X16 kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03 avqust 2021-cı il tarixdə doldurulmuş tələbnamədən görünür ki, X20 əvvvəllər məhkum olunmamışdır. Beləliklə, X14 Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. X14 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X20 Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs X19 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X3 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs X19 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə X14 törətdiyi əməldən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törətməsini Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə X20 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasasının Ali Məhkəməsinin 02 saylı, 04 mart 2011-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan 23 iyul 2021-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, X20 23 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh., 13). Cinayət işinin materiallarında olan 25 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, X20 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 62). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)520/21 saylı, 25 iyul 2021-ci il tarixli qərarından görünür ki, X20 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin olunmamışdır (səh., 84). Cinayət işinin materiallarında olan 25 iyul 2021-ci il tarixli qərarından görünür ki, X20 barəsində «həbs» qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin olunmamışdır (səh., 84). Cinayət Məcəlləsinin 52-1.6-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. X20 Pakistan İslam Respublikasının vətəndaşı olduğundan ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməz. Məhkəmə, X4 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun əvvəllər məhkum olunmamasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törətməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ dərəcə əlilliyi olan şəxs olan şəxslərə. Qanunun bu normalarına əsasən Azərbaycan Respublikasının ərazisində 05 ildən artıq yaşadığına, Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olmasına və himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağın olmasına görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası X19 şamil edilmir. Cinayət Məcələlsinin 56.1.2-ci maddəsinə əsasən-qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı-«ümumi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, X20 Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümümui rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. X14 cəza çəkmə müddətinin başlanğıcı «06» may 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. X19 cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. X20 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan ilə əvəz olunmalı, məhkəmə iclas zalından həbs olunmalı və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 5.614 qram marixuana məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 66.46 manat ekspertiza xərci X12 tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X20 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs X19 Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs X14 23 iyul 2021-ci il tarixdən 25 iyul 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq təqsirləndirilən şəxs X14 üzərində «05» (beş) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs X20 cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs X20 cəza çəkmə müddətinin başlanğıcı «06» may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs X19 cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut hesab edilmiş, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 5.614 qram marixuana məhv edilsin, bir ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. 66.46 manat ekspertiza xərci təqsirləndirilən şəxs X12 tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs X20 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan ilə əvəz olunsun, məhkəmə iclas zalından həbs olunsun və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №1(008)-43/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-43/2022
06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver